Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cuybar
Cuybar — İranın Mazandaran ostanınında şəhərlər.. Həm də Cuybar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,117 nəfər və 7,052 ailədən ibarət idi.
Cuybar şəhristanı
Cuybar şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cuybar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 70,204 nəfər və 18,276 ailədən ibarət idi.
Cabbar
Cabbar — Azərbaycanlı kişi adı.
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Lumbar
Tibb elmində L2 adı ilə qeyd edilmiş olan və ayrıca olaraq “İkinci Bel” olaraq da tanınan bədənin bir parçası. Epidural anesteziyada “uyuşan” (ağrı hissi ortadan qalxan) bölgələr T10 (onuncu döş qəfəsi (Thoracal) fəqərəsi) - bu L2 (ikinci bel (Lumbar) fəqərəsi) arasında qalmış olan dermatom bölgələrdir.
Rudbar
Rudbar — İranın Gilan ostanında yerləşən şəhər. Rudbarın əhalisinin əksəriyətini tatlar təşkil edir.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Cupar
Cupar— İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,830 nəfər və 1,054 ailədən ibarət idi.
Nubar
Nubar — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Abşeron rayonu ərazisində yaşayış yeri.
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Kubbar adası
Kubbar adası (ərəb. جزيرة كبر‎) — Küveytə məxsus olan, yaşayışı olmayan adada. Fars körfəzində, Faylaka və Umm-əl-Maradim adaları arasında yerləşir. Qar və Umm-əl-Maradim adalarından sonra ən cənubda yerləşən ada sayılır. Dairəvi formaya malikdir, diametri 370–380 metr təşkil edir. Uzunluğu şərqdən qərbə 470 m, şimaldan cənuba isə 390 m təşkil edir. Sahəsi 0,14 km²-dır (14 ha). Subtropik iqlimə malik mərcan adasıdır. Qumlu ada şimal hissədə çimərliyə sahibdir. Qərb hissədə isə daşlı sahə vardır.
Kəlate Rudbar
Kəlatə Rudbar və ya Kəlatə— İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,826 nəfər və 711 ailədən ibarət idi.
Kəlatə Rudbar
Kəlatə Rudbar və ya Kəlatə— İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,826 nəfər və 711 ailədən ibarət idi.
Rudbar (Kirman)
Rudbar — İranın Kirman ostanının şəhərlərindən və Rudbar Cənub şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,275 nəfər və 1,677 ailədən ibarət idi.
Bala Məhəllə-ye Çubar (Talış)
Bala Məhəllə-ye Çubar (fars. بالامحله چوبر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 500 nəfər yaşayır (117 ailə).
Aşıq Cabbar
Aşıq Cabbar (20 avqust 1950, Ağbulaq, Laçın rayonu) — aşıq, Laçın rayonunun "İşıqlı" aşıqlar ansamblının bədii rəhbəri, 1977-ci ildə Tacikistanda keçirilmiş zəhmətkeşlərin I Ümumittifaq yaradıcılıq festivalının laureatı. == Həyatı == Aşıq Cabbar 20 avqust 1950-ci ildə Laçın rayonun Ağbulaq kəndində anadan olub. 1969-1974-cü illərdə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil alıb.
Cabbar (Maku)
Cabbar — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 8 km cənub-şərqdədir.
Cabbar Abdullayev
Cabbar Yolçu oğlu Abdullayev (16 mart 1936, Arış, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycann pedaqoqu, Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi. == Həyatı == Cabbar Abdullayev 16 mart 1936-cı ildə Azərbaycan Respublikasının Qaryagin rayonunun (indiki Füzuli rayonu) Arış kəndində anadan olmuşdur. 1953-cü ildə Füzuli rayonunun Qarğabazar kənd orta məktəbini bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) daxil olmuşdur. 1960-cı ildə həmin institutun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1960- 1965-ci illər Zəngilan rayonunda fizika-riyaziyyat müəllimi kimi çalışmışdır. 1965-1972-ci illərdə Jdanov (indiki Beyləqan) şəhər 1 saylı orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. 1992-ci ildə Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. 1992-1993-cü illərdə Qarabağ döyüşlərində fəal iştirak etmişdir. 1993-cü ildə Füzuli şəhər sovetinin sədri vəzifəsində işləmişdir.
Cabbar Bağçaban
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Rudbar mahalı
Rudbar mahalı — tarixi-coğrafi ərazilərdən biri. Rudbar adının İran İslam Respublikasının Gilan bölgəsindəki Rudbar şəhəri ilə əlaqəsinin olduğu ehtimal edilir. Hazırda həmin şəhərin əhalisinin əksəriyyəti tatlardır. “Rudbar” fars dilində “böyük çay kənarı” deməkdir. Kür çayının kənarında yerləşən kəndləri əhatə etdiyi üçün belə adlandırılmışdır. Abbasqulu ağa Bakıxanovun da qeyd etdiyi kimi, Rudbar bəyləri ilə Dağıstan feodallarının qohumluq əlaqələri vardı. Qubalı Fətəli xanın Rudbar və Salyan mahallarına meyl etməsi bu qohumluq əlaqələrindən irəli gəlirdi. Quba bölgəsində tat əhalinin sayının artması da məhz Rudbar ailəsinin hakimiyyətdə olması ilə əlaqədardır. Maraqlıdır ki, Şirvanın Rudbar mahalındakı bütün kəndlərin əhalisi türk dilində danışırdılar. XVII-XVIII əsrlərdə Rudbar mahalındakı Cavad kəndi şəhər kimi də tanınmışdır.
Rudbar şəhristanı
Rudbar şəhristanı və ya Rudbar bölgəsi — İran İslam Respublikasının Gilan ostanında şəhristanlardan biridir.
Sumbar çayı
Sumbar çayı - Türkmənistanın cənubunda və İranın şimalında sürətlə axan çay, Ətrak çayının qolu. 1954-cü ilin yanvarında sonunda fərd öldürülənə qədər yaxın çevrələr Türkmənistanda Xəzər pələnginin yaşadığı ərazi idi. Sumbar 245 km (152 mil) uzunluğundadır. İranın Kopet dağlarından başlayır və Türkmənistana doğru axır. Sumbar Ətrak çayına daxil olana qədər uzun bir müddət ərzində ondan Marabeh adlanan bir sıra təpələrlə ayrılır.
Xubyar (Çaroymaq)
Xubyar (fars. خوبيار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Əl-Cəbbar
Əl-Cəbbar (ər. الجبّار) — Allahın adlarından biri. "O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır" (Həşr Surəsi, 23) Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında, insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.
Əminə Cabbar
Əminə Ayyar qızı Cabbar (krımtat. Emine Ayar qızı Ceppar) və ya Əminə Ayyarovna Cabbarova (ukr. Еміне Айярівна Джапа́рова; 5 may 1983, Krasnodar) — Krım tatarı mənşəli Ukrayna siyasi və dövlət xadimi, jurnalisti, Ukrayna Xarici İşlər nazirinin birinci müavini. Əminə Ayyar qızı Cabbar 5 may 1983-cü ildə SSRİ-nin bir hissəsi olan RSFSR-nin Krasnodar şəhərində bir Krım tatarı ailəsində anadan olmuşdur. O, orta təhsilini Krımda almışdır. Cabbar 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər ixtisasına daxil olmuşdur. O, ABŞ Dövlət Departamentində və Ukrayna Ali Radasında təcrübə keçmişdir. Cabbar 2006-cı ildə beynəlxalq politoloq və ingilis dilindən tərcüməçi diplomlarını fərqlənmə diplomu ilə almışdır. Cabbar 2005-ci ildə ABŞ Dövlət Departamentinin "Beynəlxalq Ziyarətçi Liderlik Proqramı" və "Gənclər üçün Alternativ" proqramlarında iştirak etmişdir. O, həmin il Ali Rada sədrinin birinci müavini Katibliyində keçirilən "Gənclər Alternativi" təcrübəsində iştirak etmişdir.
Çaykar
Çarikar — Əfqanıstanda şəhər. Hindi Quş dağları ilə əhatələnib.
Çaylar
Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını, təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axınıdır. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir… Hər bir çay uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meyilliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Çayın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər çayla birləşdiyi yerə çay mənsəbi deyilir. Yayda quruyan azsulu çayların çoxunun mənsəbi olmur. Belə çaylara kormənsəbli çaylar deyilir. Belə çaylara Avstraliyada krik deyilir. Bəzi çayların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas çay, buna birləşənlər çay qolu adlanır. Çaydan ayrılan qollar (bax Bifurkasiya) da olur (məs., Kürdən ayrılan qol — Bala Kür yaxud Aquşa).
Çubdar
Çubdar (fars. چوبدر‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.
Cüyür
Cüyür (lat. Capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi. Dağlıq və dağətəyi meşələrdə daim yırtıcı heyvanların əhatəsində yaşayan cüyürü, sözsüz ki, canavar, çaqqal, vəhşi pişik, yenot və vaşaq kimi yırtıcılar asanlıqla tutub yeyirlər. Mühafizə zonalarında da yırtıcı heyvanlar cüyürlərin həyatına mütəmadi təhlükə törədir. Digər tərəfdən, nəinki dağlıq və dağətəyi yerlərdə, həmçinin qoruqlarda da bəzi ovçular cüyürün real düşməninə çevrilirlər. Hər anı təhlükə qarşısında qalan cüyür yaşayış sahəsini seçərkən ilk növbədə salamatlığının qayğısına qalır. Odur ki, kəsilmiş sahələrlə növbələnən qarışıq və enliyarpaq meşələri, tala və gölməçələri seçir. Burada onlar həm özlərini gizləyir, həm də rəqibini aydın görmək imkanı əldə edir. Sabit qar örtüyü olmayan yerlərdə dağların cənub yamaclarındakı seyrək meşələrə çəkilməklə qışı keçirirlər. Cüyürlərdə də bir sıra heyvanlar kimi mövsümi uyğunlaşmalar var.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çubər
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çuvar
Çuvar — İranın İlam ostanının İlam şəhristanının Çuvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,574 nəfər və 1,080 ailədən ibarət idi.
Çüyya
Çüyya (v. e.ə. 7) — Hunların XVI şanyüsü. Digər qardaşları kimi sakit həyat sürən Çüyya 4 il hakimiyyətdə olduqdan sonra vəfat etdi.
Günbar (Üskü)
Günbar (fars. گنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.091 nəfər yaşayır (639 ailə). == Təsərrüfat == Günbar mülayim yay iqlimi ilə məşhurdur. Yaxınlıqdakı şəhərlərdən, xüsusən də Təbrizdən bura çox sayda turist gəlir. İnsanların əsas məşğuliyyəti əkinçilik və bağçılıqdır. Qoz əsas məhsuldur.