Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dünyanın xilaskarı (da Vinçi)
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. Ən bahalı rəsm əsərlərinin siyahısı Qiyməti 201 milyon dollar olan portret!
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Mustafa Bilir
Mustafa Bilir və ya təxəllüsü ilə Aşıq Obalı (8 mart 1958, Şavşat[d], Artvin ili) — Türkiyə aşığı.
Dünyanın möcüzələri
Dünyanın möcüzələri Bəlkə də ilk belə siyahı eramızdan əvvəl V əsrdə Herodot tərəfindən tərtib edilmişdir. Yazılarında "tarixin atası" antik zamanlarda İon mədəniyyətinin mərkəzi olan Samos adasının üç möcüzəsini sadalayır. Həmən möcüzələr bunlardır: Evpalin tuneli (Samos akveduku) — (bir kilometr uzunluğunda su kəməri şəhəri təmiz su ilə təmin edirdi) Adanın limanındakı damba — (sahilləri qorumaq üçün nəzərdə tutulmuşdur, günümüzə qədər qalmamışdır) Heraion — Samos adasındakı Hera ilahəsinin məbədi Təqribən eramızdan əvvəl III əsrdə dünyanın yeddi möcüzəsindən ibarət klassik bir siyahı meydana gəldi: Xeops ehramı (Cizə, bizim e.ə. 2550-ci il) Semiramidanın asma bağları, (Babil, bizim e.ə. 600-cü il) Olimpdə Zevsin heykəli, (Olimpiya, bizim e.ə. 435-ci il) Artemida məbədi, (Efes, bizim e.ə. 550-ci il) Halikarnas mavzoleyi, (Halikarnas, bizim e.ə. 351-ci il) Rodoslu Koloss, (Rodos, bizim e.ə. 292–280-ci illər arası) İsgəndəriyyə mayakı, (İsgəndəriyyə, bizim e.ə. III əsr) 2001-ci ildə qeyri-kommersiya təşkilatı New Open World Corporation tərəfindən dünyanın müasir yeddi möcüzəsini ortaya çıxarmaq üçün hazırlanmış bir layihə başladıldı.
Dünyanın mənşəyi
Dünyanın mənşəyi (fr. l'Origine du monde) — fransız rəssamı Qüstav Kurbe tərəfindən 1866-cı ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsərdə yataqda uzanaraq ayaqlarını aralamış qadının cinsiyyət üzvü və qarnı geniş planda təsvir edilmişdir. Baş, qollar və ayaqların çılpaq bədənlə birlikdə təsvir olunmaması əsərin erotisizmini daha da qabardır. Əsərə münasibət birmənalı olmadığından, mümkün təcavüzün qarşısını almaq məqsədilə o, daim gözətçi nəzarətində saxlanılır. Əsər üzərində işlədiyi dövrdə Kurbenin sevimli modeli Co (Jo) ləqəbi ilə tanınan Coanna Hiffernan olmuşdur. Coannanın sevgilisi Kurbenin dostu olan amerikan rəssamı Ceyms Uistler idi. 1866-cı ildə Kurbenin işlədiyi "Gözəl irlandiyalı" (La belle Irlandaise) (Conun portreti — Portrait of Jo) əsərinin də modeli Hiffernan olmuşdur. Bütün yaradıcılığı boyu Kurbe Hiffernanın dörd portretini işləmişdir. Ehtimal ki, "Dünyanın mənşəyi" əsərinin modeli də Hiffernan olmuşdur və bu əsərin təqdim edilməsindən qısa müddət sonra Kurbe ilə Uistlerin münasibətləri kəskin şəkildə pisləşmişdir.
Dünyanın xatirəsi
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın xilaskarı
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. Ən bahalı rəsm əsərlərinin siyahısı Qiyməti 201 milyon dollar olan portret!
Dünyanın yaddaşı
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın yaradılması
Dünyanın yaradılması — dinlərdə kosmoqonik miflərin süjetidir, onun xüsusiyyəti demiurqun və ya Yaradan Tanrının varlığıdır, onun hərəkətləri və ya iradəsi ardıcıl yaradılış zəncirinin səbəbi və hərəkətverici qüvvəsidir. "Yaradılış" termini müasir təbiət elmlərində istifadə olunan " Kainatın mənşəyi" termini ilə antonimdir. Bu həm " yaradılış " – " mənşə " antonimiyasına, həm də qeyri-müəyyən arxaik "dünya" termininin " Kainat " kosmoloji termininə qarşı qoyulmasına aiddir. Əksər dinlərdə hər şeyin mənşəyi haqqında ümumi hekayələr var: nizamlı elementlərinin ilkin xaosdan ayrılması, ana və ata tanrılarının ayrılması, dünya okeanından qurunun yaranması, ilkin sular, sonsuz və zamansız və s. okean xaosun və ya özünün xaosun təcəssümlərindən biridir. Bir çox qədim kosmoqonik miflərdə okean və xaos ekvivalentdir və bir-birindən ayrılmazdır . Kosmoqonik (dünyanın mənşəyi haqqında) və antropoqonik (insanın mənşəyi haqqında) əfsanələrdə yaradılış haqqında bir qrup hekayə önə çıxır — dünyanın yer və ya kainat kimi yaradılması, heyvanlar və bitki aləminin yaradılması, insanın yaradılması, onların mənşəyini ən yüksək məxluqlar tərəfindən öz-özünə "yaradılış" aktı kimi təsvir edir. Dünyanın yaranması mifik zamanda, empirik (tarixi) "profan" zamandan əvvəlki xüsusi ilkin müqəddəs dövrdə, xüsusi yerdə — dünyanın mərkəzində baş verir. Mifopoetik şüurda məkan və zaman homogen (bircins) deyil. Ən yüksək dəyər (maksimum sakrallıq) yaradılış aktının baş verdiyi məkan və zaman nöqtəsinə — dünyanın mərkəzinə və "əvvəlində" — yaradılış vaxtının özünə (mifik zaman) aiddir.
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
Tısbağalar uça bilir
Tısbağalar uça bilir-(Kurmanc dilində Kûsî Jî Dikarin Bifirin; farsca Lākpošthā Ham Parvāz Mikonand) Kürd müharibəsi dram filmi olub, Bahman Qobadi tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmişdi. Filmdə Hüseyn Əlizadənin məşhur musiqisi səsləndirilmişdir. Film, Səddam Hüseyn rejiminin süqutundan sonra çəkilmiş ilk İraq filmi oldu. Film, ABŞ-nin İraqın işğalı ərəfəsində İraq-Türkiyə sərhəddindəki kürd qaçqın düşərgəsində qurulub. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən kimsəsiz uşaqlar. On üç yaşlı Satellite (Soran Ebrahim) zəif ingilis dili biliyi və antenaların quraşdırılması ( yerli kənd camaatının Səddam Hüseyn xəbərlərini izləməsi üçün) ilə tanınır. O dinamikdir, uşaqları başına toplayarq onlara təsir eməyə çalışır və onları təhlükəli işlərə yönəldir. Bu uşaqların çoxusu davamlı olaraq xəsarət alır. Lakin özlərini təsdiqləmək üçün tapşırıqları yerinə yetirirlər.
Tanrı bilir (film, 1995)
Ram Jaane (nəstəliq: رام جانے, mənası: Tanrı bilir) Raciv Mehranın rejissorluq etdiyi Bollivud filmidir.
Dünyanın 7 möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dünyanın Yeddi Möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dünyanın geosentrik sistemi
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Dünyanın heliosentrik sistemi
Heliosentrik sistem — Yer və başqa planetlərin öz oxu ətrafında fırlanması və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təlimidir. Təbiət elmlərinin inkişafında geniş rol oynamışdır. O dünyanın geosentrik sistemi təlimini ləğv etmişdir. Banisi polyak alimi Nikolay Kopernikdir. O, "Göy sferalarının fırlanması" (1543) əsərində Yerin hərəkətini riyazi əsaslandırmış, Yer və digər beş planetin (XVI əsrdə 6 planet məlum idi) Günəş ətrafında eyni zamanda dolandığını sübut etmişdir. Kopernik planetlərin yerləşmə ardıcıllığını təyin etmiş, Günəşdən nisbi məsafələri təxmini hesablamışdır. Təlimi Cordano Bruno və Qalileo Qaliley inkişaf etdirmişlər.
Dünyanın hüquq coğrafiyası
Hüquq coğrafiyasının elm olmasını fransız komparativisti M.Ansel iki istiqamətdən, bir-birindən fərqlənən, eyni zamanda bir-birini tamamlayan iki nöqteyi-nəzərdən izah edir. Birinci istiqamət hər hansı bir ölkənin hüquq institutlarının və problemlərinin öyrənilməsi zamanı müqayisəli rnetoddan istifadə ilə bağlıdır. Bu halda konkret bir hüquqi problem müxtəlif həcmli müqayisəli-hüquqi əsasda öyrənilir. Bu amil, bir qayda olaraq, ayrı-ayrı hüquq sahələri daxilində, mikrosəviyyədə müqayisə aparılmasını əhatə edir. İkinci istiqamət, xarici ölkə hüququnun bütövlükdə hüquq sis- temi səviyyəsində əlahiddə öyrənilməsidir. Bura, həmçinin hüququn ayrı-ayrı sahələrinin və ya institutlarının da öyrənilməsi daxil edilir. Bu istiqamətdə məqsəd, əvvəllər müqayisə əsasında hüquq tarixini canlandırmaq üçün göstərilən cəhd kimi dünyanın "hüquq coğrafiyasını" yaratmaqdır. Mikrosəviyyədə aparılan belə müqayisədən məqsəd dünyanın hüquq xəritəsində baş verənləri, müasir dövrün əsas hüquq sistemlərinin inkişafının necəliyini, ayrı-ayrı dövlətiərin milli hüquq sistemindəki dəyişiklikləri üzə çıxarmaqdır. Hüquq coğrafiyasının predmetini müxtəlif hüquq sistemlərinin tarixən yaranmasındakı ümumi qanunauyğunluqlar, prinsiplər, fərqli cəhətlər, onların formalaşması və inkişafı sahəsindəki tədqiqatlar təşkil edir. Obyektini isə dünyanın hüquqi gerçəkliyinin tədqiqi təşkil edir.
Dünyanın qədim şəhərləri
Qədim şəhər iddiası şəhər anlayışında fərqli baxışlara görə mübahisəli ola bilər. Qədim şəhər dedikdə ilk növbədə daima məskunlaşma başa düşülür.
Dünyanın xatirəsi (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Dünyanın yaddaşı (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Dünyanın ən yaxşıları
Dünyaların ən yaxşıları (ing. Worlds Finest) – “Supergörl” teleserialının CBS telekanalında yayımlanmış birinci mövsümünün 28 mart 2016-cı ildə efirə verilmiş on səkkizinci seriyası. Seriyanın ssenarisi Endryu Kraysberq və Maykl Qrassi tərəfindən yazılmış, rejissor kürsüsüni isə Nik Qomez tutmuşdur. Seriyada The CW telekanalında yayımlanan “Fleş” teleserialının (həmçinin Qreq Berlanti və Endryu Kraysberq tərəfindən yaradılmış və inkişaf etdirilmişdir) əsas personajı iştirak etmiş və beləliklə də, “Dünyaların ən yaxşıları” Ox Kainatı personajının iştirak etdiyi ilk “Supergörl” seriyası, Barri Allen isə serialın The CW telekanalına keçməsindən əvvəl “Supergörl”də rol almış ilk personaj olmuşdur. Seriyanın hadisələri “Fleş” teleserialının II mövsümünün “Versus Zoom” adlı seriyası ilə əlaqəlidir. Seriyada Melissa Benoyst daha əvvəl “Xor” serialında birlikdə rol aldığı Barri Allen rolunun ifaçısı Qrant Qastinlə yenidən birləşmişdir. Seriya, Supermenin Fleş də daxil olmaqla digər DC qəhrəmanları ilə bir komandada birləşdiyi “World's Finest Comics” seriyasından ilhamlanaraq yaradılmışdır. Kara özünü Ceymslə necə aparmağı bilmir, Ket ona daha passiv mövqe tutub Ceymsin müstəqil qərar verməsinə imkan yaratmağı məsləhət görür. O, həm də qırmızı kriptonitin təsiri altında etdiklərinə görə şəhər sakinlərinin gözündə günahını necə yumağı bilmir. Heç kimin ona kömək edə bilməyəcəyini anlayan Şivon D.E.O.-nu tərk edir, lakin, qəzəbi onu işdən çıxarılmasına görə qisas almaq üçün yenidən işə gələrək Karanı öldürməyə məcbur edir.
Tısbağalar uça bilir (film, 2004)
Tısbağalar uça bilir-(Kurmanc dilində Kûsî Jî Dikarin Bifirin; farsca Lākpošthā Ham Parvāz Mikonand) Kürd müharibəsi dram filmi olub, Bahman Qobadi tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmişdi. Filmdə Hüseyn Əlizadənin məşhur musiqisi səsləndirilmişdir. Film, Səddam Hüseyn rejiminin süqutundan sonra çəkilmiş ilk İraq filmi oldu. Film, ABŞ-nin İraqın işğalı ərəfəsində İraq-Türkiyə sərhəddindəki kürd qaçqın düşərgəsində qurulub. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən kimsəsiz uşaqlar. On üç yaşlı Satellite (Soran Ebrahim) zəif ingilis dili biliyi və antenaların quraşdırılması ( yerli kənd camaatının Səddam Hüseyn xəbərlərini izləməsi üçün) ilə tanınır. O dinamikdir, uşaqları başına toplayarq onlara təsir eməyə çalışır və onları təhlükəli işlərə yönəldir. Bu uşaqların çoxusu davamlı olaraq xəsarət alır. Lakin özlərini təsdiqləmək üçün tapşırıqları yerinə yetirirlər.
Ürək həqiqəti bilir (film, 1992)
Dil Aashna Hai (hind. दिल अश्ना ह, urdu dil. دل اَشنا ہے, mənası: Ürək həqiqəti bilir) hind-urdu dilində olan filmin rejissoru Hema Malinidir. Filmin baş rollarında Divya Bharti və Şahrux Xan çəkilib. İkinci dərəcəli rollarda Mitxun Çakraborti, Dimpl Kapadiya, Amrita Sinqx və s. yer alıb. Ssenari xətti Leyla (Divya Bharti) adlı qızın sevgilisi Karanla(Şahrux Xan) həqiqi anasının axtarışını əks etdirir. Film 1992-ci ildə tamaşaçılara təqdim edilib. Kassada böyük uğursuzluqla qarşılaşan film iflasa uğrayır, belə ki, 140 mln büdcə ilə hazırlanan proyekt kassadan 10 mln qazana bilir. Buna baxmayaraq ekran əsərində yer alan aktyor və aktrisaların ifası qiymətləndirilir, mərhum Divya Bharti və Şahrux Xan cütlüyü bəyənilir.
BƏƏ-də təhsil
BƏƏ-də təhsil — Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində mövcud olan çoxşaxəli təhsil sistemi. BƏƏ tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. BƏƏ-nin müasir təhsil sistemi əsasən XX əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu. BƏƏ-də neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilmişdir. Ölkədə təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir. Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Bu ölkədə əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.
Üstüpü
Üstüpü (əvvəlki adı: Ustupu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənnəb kənd inzibati ərazi dairəsi tərkibindəki Ustupu kəndi Üstüpü kəndi adlandırılmış, Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilmiş, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Dağ ətəyindədir. Yerli əhali kəndin adını Üstüpü kimi tələffüz edir. Yaşayış məntəqəsi kimi hələ səfəvilər dövründən (XVI əsr) məlumdur. Yerli əhalinin məlumatına görə kəndin üst tərəfində pir olduğuna görə kənd Üstüpir adlandırılmış sonralar oykonim bir qədər dəyişilmişdir. Azərbaycan dilinin qərb qrupu dialektində ustupulu/ustuflu/ustublu "səliqəli, abad" mənalarında işlənir.Güman etmək olar ki, kəndin adı elə bu məna ilə bağlıdır. 2003- cü ildən kəndin adı Üstüpü kimi rəsmiləşdirilmişdir. Rayon mərkəzindən 36 km şimal-qərbdədir. Çənnəb və Məzrə kəndləri ilə qonşudur.
Altıncı
Altıncı (Çaroymaq) Altıncı (film, 2004) Altıncı (film, 1981) (rus.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Bilim
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi.
Bili
Bili — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Bili Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Toponim tat dilindəki bil (sucaq, bataqlıq sözündən) və -i topoformantının birləşməsindən ibarət "bataqlıq yerdə salınmış kənd" mənalı soz kimi izah olunur. Yerli əhalinin dilində bili "ördək" mənasında işlənir. Bu baxımdan oykonim Zəngilan rayonundakı Ördəkli oykoniminin sinonimidir. Oykonim "bil" — talış dilində bataqlıq və "i" topoformantının birləşməsindəndir (Bataqlı kənd).
Üstüpü hamamı
Üstüpü hamamı — Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən ən möhtəşəm hamamlardan biri. Hamam Üstüpü kəndinin cənub tərəfində yerləşən Hacalı məhəlləsində, Düylünçayın sol sahilində inşa olunmuşdur. Hamam tikintisində yerli dağ və çay daşından, həmçinin bişmiş kərpicdən istifadə olunmuşdur. Zəmanəmizə dağılmış vəziyyətdə gəlib çatmışdır. Hamamın girişi qərbdəndir. İndiyədək onun soyunma otağı, yuyunma salonu və tulanbarxanası qalmaqdadır. İnşa olunarkən binanın üç günbəzi olmuşdur. Zaman keçdikcə soyunma otağının günbəzi dağılmışdır. Ancaq şimal günbəz salamat qalmışdır. Hamam şərqdən qərbə doğru yenən yamacda inşa edildiyindən şərq tərəfdə binanın damı yer səviyyəsindədir.
Üstüpü körpüsü
Üstüpü körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Üstüpü kəndinin 18 km-də, Düylünçayın üzərində memarlıq abidəsidir. Uzunluğu 10 paqonometrdir. XIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq xüsusiyyətlərini və möhkəmliyini qoruyub saxlamışdır. Hörgüsündə adi yerli daşdan istifadə edilmişdir. Üstüpü körpüsü 1996-cı ildə yenidən qurulmuşdur. Körpünün yenidən qurulması nəticəsində Məzrə və Üstüpü kəndləri magistral yola çıxış əldə etmişdir.
Üstüpü piri
Üstüpü piri — Ordubad rayonunun Üstüpü kəndindən şərqdə, hündür təpənin üzərində ziyarətgah. Bu müqəddəs yer Ordubad rayonunun Üstüpü kəndinin şərq tərəfində, yüksək ərazidə yerləşir. Coğrafi cəhətdən yaşayış məskəninin səviyyəsindən yüksəklikdə yerləşir. Piri bəzən "İsfəndiyar" da adlandırırlar. Qərbdən şərqə uzanan binadan (ölçüsü: uzunu 8,7 m, eni 3,5 m, hündürlüyü 2,7 m) ibarət olan pirdə ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü 50 sm ucalığında hörülüb, qara mərmərlə üzlük çəkilib. Ancaq qəbirin üstündə epiqrafik sənəd — kitabə olmadığı üçün onun mənsubiyyəti haqqında tutarlı elmi fikir söyləmək mümkün deyil. Kənd əhalisindən bəzi adamların fikrincə bu birdə İsfəndiyar adlı müqəddəs şəxsiyyət dəfn olunmuşdur. Yerli əhalinin söylədiyinə görə bu qəbirdə uyuyan mərhumla, kənddən cənub tərəfdə yerləşən Düylün kəndindəki pirdə dəfn olunan şəxs bacı qardaşdırlar. Deyilənə görə buruda dəfn olunan mərhum dəvə ilə bu əraziyə gəlmiş, burada yaşamış, vəfat etdikdən sonra burada da dəfn olunmuşdur.
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.
Bilik Günü
Bilik Günü — Azərbaycanda və bir sıra ölkələrdə məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu.
Bilik bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik — predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.
Bilik fondu
Bilik iqtisadiyyatı
Bilik iqtisadiyyatı — postsənaye iqtisadiyyatı və informasiya cəmiyyəti və ya bilik cəmiyyəti ilə xarakterizə olunan yenilikçi iqtisadiyyatın ən yüksək inkişaf mərhələsi; eyni zamanda — dünyanın qabaqcıl ölkələrinin iqtisadiyyatı və cəmiyyətinin böyük inkişafının növbəti mərhələsi. İndiyə qədər bilik iqtisadiyyatı ABŞ tərəfindən və qismən AB tərəfindən yaradılmışdır. Bilik iqtisadiyyatı termini çox vaxt yenilikçi iqtisadiyyatın sinonimi kimi istifadə olunur. Lakin, bilik iqtisadiyyatı yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bilik cəmiyyətinin və ya informasiya cəmiyyətinin əsası, təməlidir. Bilik iqtisadiyyatı, inkişafın əsas amillərinin bilik və insan kapitalı olduğu bir iqtisadiyyatdır. Belə bir iqtisadiyyatın inkişaf prosesi insan kapitalının keyfiyyətinin yüksəldilməsindən, həyat keyfiyyətinin yaxşılaşdırılmasından, yüksək texnoloji biliklərin, innovasiyaların və yüksək keyfiyyətli xidmətlərin istehsalından ibarətdir. Sosiologiyada: Gündəlik Texnoloji İnqilabın İqtisadiyyatı. Bilik iqtisadiyyatı post-sənaye iqtisadiyyatı və yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bu səbəbdən ABŞ, Almaniya, Böyük Britaniya, Koreya Respublikası və Yaponiya kimi ən inkişaf etmiş ölkələr üçün ən xarakterikdir. Ədəbiyyatda inkişaf etmiş və gələcək cəmiyyətlərin və iqtisadiyyatların digər tərifləri mövcuddur. Vurğulamaq lazımdır ki, bilik iqtisadiyyatı ilə innovasiya iqtisadiyyatı arasındakı əsas fərq, ilk bilik vəziyyətində bazara çıxarıla bilən daxili bir əmtəə halına gəlməsidir.
.de
.de — Almaniyanın internet kodu.
Pa-de-de
Cütlük rəqsi (fr. Pas de deux [pa dǝ dø]) — Baletin zirvə səhnəsində ənənəvi duet — cütlük rəqsi.
Dao De Tszin
Tao Te Çinq, Qədim Çin fəlsəfəsi olan Taoizmə aid kitabdır. Tao Te Çinq ənənəyə görə eramızdan əvvəl 600-cü illərdə yazılmışdır. Kitabın müəllifi taoist mütəfəkkir [[Lao Tszı]] (və ya Lao Zı, mənası "Qoca Usta") hesab olunur. Rəvayətə görə Lao Tszı sarayda arxiv baxıcısı imiş. Lakin kitabin müəllifliyi və yazılış tarixi tam təyin edilməmiş hesab olunur. Tao Te Çinqin mətninin daha əvvəlki dövrlərə aid olduğu, eramızdan əvvəl 6-cı əsrdə onun sadəcə olaraq qələmə alındığı hesab edilir. Tao Te Çinq özündən sonra gələn fəlsəfi və dini cərəyanlara, o cümlədən Neo Konfusianizmə və Çin Buddizminə dərin təsir göstərmişdir. Tao Te Çinq 250 dəfədən çox müxtəlif dillərə tərcümə edilmişdir. Tao Te Çinq adı müxtəlif formalarda tərcümə oluna bilər. Tao (Dao) – sözü əsasən "yol" kimi tərcümə olunsa da, "cığır", "kök", "metod" mənalarını da verir.
Vyala-dü-Pa-de-Jo
Vyala-dü-Pa-de-Jo (fr. Viala-du-Pas-de-Jaux, oks. Lo Vialar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kornyu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12295. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 140 km şərqdə, Rodezdən isə 60 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 104 nəfər təşkil edirdi. 2007-ci ildə 57 yaşdan yuxarı (15-64 yaş arasında) 40 nəfər iqtisadi cəhətdən fəal, 17 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 63.8%).
De, Gəlsin!
De, Gəlsin! — 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan meyxana yarışma televerilişi. 2001-ci ildən televerilişin introsu meyxana, hip-hop və kapoeyra elementlərindən ibarət olub. Verilişin loqosunun dizaynı "Mortal Kombat" video oyunun əjdaha loqosu üzərində əsaslanıb. Verilişin qalibləri 2001-ci ildə Aydın Xırdalanlı, 2002-ci ildə Aqşin Fateh və Vüqar Coratlı (III mövsümdə), 2004-cü ildə Vüqar Yasamallı, 2006-cı ildə Namiq Məna, 2008-ci ildə Fariz Bərdəli və 2013-cü ildə Pərviz Arif olub. Rəng açarı De, Gəlsin!
Bılıx
Bılıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Vaxtilə Bılıx dağının ətəyində bu adda kənd mövcud olub, indi hətta onun xarabalıqları da mövcuddur. Hazırkı Bılıx kəndi isə köhnə Bılıx bağlarının yerində salınıb. Bu barədə toponimiklər belə deyir. El dilində desək bılıxlılar Qaraçayın boğazında oturublar. Bir tərəfindən də Göyçayın axması kəndin görkəminə xüsusi gözəllik verir. Təmiz dağ havası, dağ çaylarının şırıltısı gecələr qoynunda uyuyanları suların səsinə doğmalaşdırıb. Bılıx sözünün mənası “gəlib-getmişlər” deməkdir. İndi ləzgilərin üstünlük təşkil etdiyi kənd camaatının yarısı oturaq, yarısı köçəridir. Qoyun sürüləri bol olduğundan əhalinin maddi vəziyyəti də yüksək səviyyədədir.
Bığır
Bığır (İsmayıllı) — Azərbaycanın İmişli rayonunda kənd. Bığır (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Altiani
Altiani (fr. Altiani, kors. Altiani) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Bustaniko kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B012. 2008-ci ildə kommunanın əhalisi 107 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 48 nəfər (15-64 yaş) arasında 31 nəfər iqtisadi fəal, 17 nəfər qeyri-fəal (fəaliyyət göstəricisi 64,6%, 1999-cu ildə 36,6%) olmuşdur. Fəaliyyətdə olan 31 nəfərdən 28 nəfər (16 kişi və 12 qadın) işləyir, 3 nəfər işsiz (1 kişi və 2 qadın) olmuşdur.
Altinq
Altinq (isl. Alþingi "Ümumi yığıncaq") — İslandiyanın parlamenti. Altinq 930-cu ildə açılmışdır. Bu göstərici ilə Altinq Avropada fəaliyyətə başlamış ilk parlament hesab olunur. İslandiyanın milli parlamenti Altinq (tərcümədə-ümumi yığıncaq) adlanır. O, dünyada ən qədim parlament hesab olunur. İlk dəfə olaraq parlament 930-cu ildə Tinqvelir adlı yerdə toplanıb. Bununla da, İslandiya dövlətinin əsasının qoyulması hesab olunur. Altinqin toplandığı ərazi Tinqvadlvatn adlı gölün sahilində yerləşib. Tinqvadlvatının özəlliyi ondan ibarətdir ki, göl iki materik tavasının üzərində yerləşib: Şimali Amerika və Avrasiya.
Do Sar (Bicar)
Do Sar (fars. دوسر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (20 ailə). Əhalisini kürdlər təşkil edir.
Bilal Bilici
Bilal Bilici (1984, Adana ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Bilal Bilici 1984-cü ildə Adana ilində anadan olub. Boston Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Bahçeşehir Universitetində qlobal əlaqələr üzrə magistr dərəcəsi alıb. Birləşmiş Ştatlarda özəl sahədə baş məsləhətçi vəzifələrində çalışıb. Dubayda (BƏƏ) neft sahəsində menecer olaraq çalışıb. Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) üzvü, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) — ABŞ-Karib hövzəsi İş Şurasının vitse-prezidenti, Qvatemalanın İstanbulda Fəxri Konsulu və Dünya Konsullar Assosiasiyasının Qəyyumlar Şurasının üzvüdür. İYİ Partiyada sədrin müşaviri və İYİ Partiya Vaşinqton təmsilçisi olub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Barnaba da Modena
Barnaba da Modena (it. Barnaba da Modena; 1328, Modena – təq. 1386, Modena) — İtaliya rəssamı. Barnaba da Modena rəssamlıq fəaliyyətinə İtaliyada başlamışdır. Onun əsərləri Vizantiya stilindədirlər. Ən məşhur əsəri "Axirət günü" Müqəddəs Aqostino kilsəsi üçün çəkilmişdir. Barnaba Barokko rəssamlığı Pietro Toesca, Dipinti di Barnaba da Modena, in "Bollettino d'arte del Ministero della Pubblica Istruzione", 16, 1922/23, pp. 291–294. Pasquale Rotondi, Il polittico di Barnaba da Modena a Lavagnola, Genova, Stab. Tip.
Cristina da Suécia
Kristina (7 dekabr 1626, Stokholm – 9 (19) aprel 1689, Roma) 1632-ci ildən 1654-cü ildə taxtdan əl çəkənə qədər İsveç kraliçası idi. O, Kral II Qustav Adolf və onun həyat yoldaşı Brandenburq şahzadəsi Mari Eleonorun yeganə övladı idi. Onun doğulması gözlənildiyi kimi bir o qədər də yaxşı qarşılanmadı. Lützen döyüşündə atasının ölümündən sonra altı yaşında İsveç taxtına çıxdı. Otuz illik müharibədə protestantizm tərəfdarının qızı olan Kristina 1654-cü ildə taxt-tacdan imtina edərək katolikliyi qəbul edərək qalmaqala səbəb oldu. Qalan illərini Romada keçirərək yerli musiqi və teatr həyatının lideri oldu. Ölkəsiz bir kraliça kimi bir çox sənətçi və layihələri qoruyub. Romada onu çox yaxşı qarşıladılar və onu "Roma kraliçası" hesab edən insanların heyranlığından həzz aldılar. Kristina 1689-cu ildə vəfat edib və Vatikanda dəfn edilən azsaylı qadınlardan biridir. Kristina əhval-ruhiyyəli, ağıllı idi və kitablar və əlyazmalar, din, kimyagərlik və elmə maraq göstərirdi.
Da Vinci (telekanal)
Da Vinci (2018-ci ilə qədər Da Vinci Learning) — yayım mərkəzi Berlində olan uşaqlar və böyüklər üçün tədqiqat və təhsil telekanalı. 15 sentyabr 2007-ci ildə saat 9:00-da Polşada efirə buraxıldı. Telekanal, təbiət, yer, texnologiya, insan və mədəniyyət haqqında elmi verilişləri efirə verir. Hazırda Da Vinci Learning TV telekanalı Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Makedoniya, Malayziya, Moldova, Polşa, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Tayland, Türkiyə, Ukrayna, Xorvatiya, Çexiya, Estoniya və Cənubi Afrikada yayımlanır. 2017-ci il sentyabr ayından etibarən, Da Vinci Learning Yaponiyada, 1 yanvar 2018-ci ildən Yunanıstan, Gürcüstan və İsraildə yayımlanır. Rusiyada yayımlanma Viasat tərəfindən dəstəklənir. Rus dilinə köçürmə və off-screen tərcümələr studiyalar tərəfindən həyata keçirilir: "Leksikon" (Rusiya) və "Tak Treba Production" (Ukrayna). 18 noyabr 2010-cu ildə telekanal Raduqa TV peyk televiziya paketinin bir hissəsi kimi ABS-1 peykində yayıma başladı. 9 yanvar 2018-ci ildə telekanal rebrendinq edildi və adını müvafiq olaraq "Da Vinci" adına dəyişdirdi. Bundan əlavə telekanalın yayım strategiyası da dəyişdi: Da Vinci Kids loqosu səhərdən axşam 20:00-a qədər, Da Vinci Learning loqosu isə axşam 20:00-dan sonra göstərilməyə başladı.
Da Vinçi şifrəsi
Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan detektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir. Roman, muzey müdirü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır. Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekulyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbi tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə tərcümə edilərək ən çox satanlar siyahısında yerini aldı. 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı.2009 (2009) tarixinə olan məlumata əsasən,. As of 2016, it had sold 80 million copies worldwide.
Da Vinçinin şifrəsi
Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan detektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir. Roman, muzey müdirü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır. Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekulyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbi tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə tərcümə edilərək ən çox satanlar siyahısında yerini aldı. 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı.2009 (2009) tarixinə olan məlumata əsasən,. As of 2016, it had sold 80 million copies worldwide.
Denilson da Kosta
Deodoru da Fonseka
Deodoru da Fonseka (5 avqust 1827, Alaqoas, Braziliya İmperiyası — 23 avqust 1892, Rio-de-Janeyro, Braziliya) — Braziliya generalə və dövlət adamı; İmperator II Pedronu devirən inqilabın lideri və Braziliya Respublikasının ilk prezidenti. Hərbçi ailəsində dünyaya gələn Fonseka Paraqvay müharibəsində (1864–1870) göstərdiyi xidmətlərə görə mayor rütbəsinə yüksəldi. Siyasi cəhətdən mühafizəkar olan Fonseka imperatora bağlı bir əsgər idi. Ancaq imperator hökumətinin apardığı siyasətlə heç cürə barışmırdı. Rio-Qrande-du-Sul ştatına icra başçısı ikən zabitlərə siyasi söz azadlığının verilməsi barədə yazılan bir ərizəyə qol çəkdi. Bu səbəbdən II Pedro tərəfindən vətən xaini elan olundu və 15 noyabr 1889-cu ildəki inqilaba öndərlik etməyə başladı. İnqilabın sonunda imperator II Pedro taxtdan endirildi və 1891-ci ilin fevral ayına qədər ölkəni idarə edən müvəqqəti hökumətin başına Deodoru da Fonseka gətirildi. 1891-ci ilin fevral ayında isə bir çox generalın dəstəyi ilə hakimiyyətə gəldi. Ancaq güclü bir ölkə başçısı ola bilmədi. Bir tərəfdən hökumətdəki müxalifətin güclənməsi, digər tərəfdən keçmiş imperatorun qızı Kontez İzabellanın xalq arasında hökumətə qarşı çıxışlar etməsi ölkəyə yeni bir vətəndaş müharibəsinin toxumlarını səpdi.
Albina dü Buaruvrey
Albina dü Buaruvrey (fr. Albina du Boisrouvray; d. 1941, Paris, Fransa) — keçmiş jurnalist və film istehsalçısı; QİÇS nəticəsində yetim qalmış uşaqlarla işləyən qlobal xeyriyyəçi və sosial sahibkar 1941-ci ildə Parisdə doğulan Albinanın kino sənətində gözəl karyerası var. Həyat yoldaşı biznes maqnatı idi. Lakin 1986-cı ildə onun oğlu Fransua-Haviyer Bonyu 24 yaşında ikən vertolyot qəzasında həlak olandan sonra Albinanın həyatı büsbütün dəyişdi. Həyatının ən ağır itkisini verdikdən - yeganə oğlunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istəyir. Ona görə də oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatını – "Fransua-Haviyer Bonyu Assosiasiyası"nı yaradır. UN Women’s Newsletter, Vol.
De-Moyn
De-Moyn(ing. Des Moines) — ABŞ­-ın Ayova ştatının inzibati mərkəzi və ən iri şəhəridir.Şəhər De-­Moyn çayı sahilində, Rakkun çayının ona töküldüyü yerdədir. 1843-cü ildə hərbi post kimi əsası qoyulmuşdur. Adı çayın adından götürülmüşdür. 1851-ci ildən şəhərdir. 1857-ci ildən Ayova ştatının inzibati mərkəzidir. Şəhərin işgüzar mərkəzinin simasını göy dələnlər, o cümlədən “Ruan center”in 36 mərtəbəli binası (1974), 30 mərtəbəli“Mariott” hoteli (1981), “Principal Financial Group” şirkətinin mənzil-qərargahının 44 mərtəbəli binası (1990) müəyyən edir. Şəhərin işgüzar mərkəzinin ofis binalarını birləşdirən yerüstü keçidlərin ümumi uzunluğu 5 km-dən çoxdur.Tamaşa müəssisələri mərkəzinin kompleksinə 4 konsert-idman zalı (1955,1985, 2004 və 2005), kütləvi kitabxananın yeni binası (2006, memar D. Çipperfild) daxildir.Ayova ştatının Kapitoli binası (1871–1896)memarlıq abidələrindəndir. Şəhər universitetləri:De-Moyn (1898-ci ildə kollec kimi yaradılmış, 1980-ci ildən universitet statusu alıb),Dreyk (1881), Yuxarı Ayova (1857), Uil -yam Pen (1873-ci ildə kollec kimi yaradılmış, 2000 ildən universitet statusu alıb); Qrand-Vyu kolleci (1896). Botanika Mərkəzi (1979),De-Moyn İncəsənət Mərkəzi (1945),De-Moyn fortu muzeyi (2004), Ayova ştatı elmin populyarlaşdırılması mərkəzi kompleksi (IMAX teatrı ilə, 2005;əsası NASA tərəfindən qoyulmuşdur).“KRNT Theatre”, Ayova rəqs teatrı.Hər il Ayova ştatı yarmarkası (1854 il -dən) və İncəsənət festivalı keçirilir.
De-fakto
De-fakto — faktiki tanınmadır. Bu barədə xüsusi rəsmi bəyanat vermədən ticarət müqaviləsi və ya başqa müqavilə bağlamaq, viza vermək və s. bu kimi işgüzar münasibətlər faktiki girmək yolu ilə mümkündür. Faktiki tanınma hüquqi tanınmaya nisbətən məhdud, natamam məzmunlu olmaqla yanaşı, hüquqi tanınmadan əvvəl olur və onun üçün keçid sayılır.
De-yure
De-yure — Hüquqi və ya diplomatik tanınmadır. Bəyannamə, nota, müqavilə və s. kimi müəyyən diplomatik aktla ifadə edilərək müvafiq dövlətlər arasında qarşılıqlı iqtisadi, siyasi və s. münasibətlərin inkişafında normal və daha yaxşı inkişaf üçün zəruri şərait yaradır. Hüquqi tanınma öz qüvvəsinin yalnız tanınma aktı üçün əsas olan şəraitin ləğv olunması ilə itirir.
De Havilland
De Havilland Aircraft Company Limited, 1920-ci ildə yaradılmış olan Böyük Britaniyanın aviasiya məhsulları istehsalı ilə məşğul olan şirkətidir. Mərkəzi Hatfielddə yerləşirdi. Cüt qanadlı de Havilland Biplane No. 1 de Havilland Biplane No.
De Koksdorp
De Koksdorp — Şimali Hollandiya əyalətində bir şəhərcik. Teksel bələdiyyə qurumunu tabeliyindədir və Den-Helderin şimalında 25 km boyunca uzanır. 2001-ci il statistikasına istinadən bölgədə 481 nəfər əhali yaşamaqdadır. 0.21 km2 ərazidə 195 yaşayış məntəqəsi mövcuddur.
De Koog
De Koq — Şimali Hollandiya vilayətində şəhərcik. Adanın turistik mərkəzi hesab olunur. Bir sıra mehmanxana və kamp düşərgələri mövcuddur. Mərkəzi Teksel bələdiyyəsi tabeliyindədir. Şəhərcik Şimal dənizi sahilində yerləşir 2001-ci il statistikasına istinadən bölgədə 775 nəfər yaşayır. 0.36 km2 ərazidə təxminən 429 yaşayış məntəqəsi mövcuddur.
De Kooq
De Koq — Şimali Hollandiya vilayətində şəhərcik. Adanın turistik mərkəzi hesab olunur. Bir sıra mehmanxana və kamp düşərgələri mövcuddur. Mərkəzi Teksel bələdiyyəsi tabeliyindədir. Şəhərcik Şimal dənizi sahilində yerləşir 2001-ci il statistikasına istinadən bölgədə 775 nəfər yaşayır. 0.36 km2 ərazidə təxminən 429 yaşayış məntəqəsi mövcuddur.
De Koq
De Koq — Şimali Hollandiya vilayətində şəhərcik. Adanın turistik mərkəzi hesab olunur. Bir sıra mehmanxana və kamp düşərgələri mövcuddur. Mərkəzi Teksel bələdiyyəsi tabeliyindədir. Şəhərcik Şimal dənizi sahilində yerləşir 2001-ci il statistikasına istinadən bölgədə 775 nəfər yaşayır. 0.36 km2 ərazidə təxminən 429 yaşayış məntəqəsi mövcuddur.