Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazma
Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun Qazma kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 6,660 nəfərdən çoxdur. Qazma bələdiyyəsinin tərkibinə Qazma, Bədağar, Darvazbinə, Cillik, Öküzovtala və Şambulbinə kəndləri daxildir. Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, qoz, qarğıdalı yığımı, maldarlıq, arıçılıq, tütünçülükdür (son illərdə az sayda). Yaşayış məntəqəsinin ilk evləri vaxtilə sadə yeraltı ev tipli qazmalardan ibarət olduğuna görə ona belə ad verilmişdir. Qazma tipli yaşayış yerləri kənddə XX əsrin 50-60-cı illərinə qədər istifadə edilmişdir. Kənd əhalisi arasında olan versiyaya görə Qazma kəndi qədimdə sıx meşəlik ərazi olmuş, bura ilk köçən insanlar özlərinə torpağın altında qazma sığınacaqlar düzəltmişlər. Tarixçi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin fikrinə görə Gereyli, Tülü, Qullar Qazma və Katak kimi kənd adları qədim Bulqar türkləri ilə bağlı olub, II-IV əsrlərdə formalaşmışdır. Qazma kəndinin əhalisi arasında "Qoz tala" adı ilə tanınan hissəsində, 2010-cu ildə kənd sakinlərindən birinin fındıq bağında kurqan-nekropol aşkar edilmişdir. Arxeoloq N.Muxtarovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar çox maraqlı faktları, o cümlədən çox qədim bir məbədin qalıqlarını üzə çıxardı.
Küsnət qazma
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur. Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir.
Qazma (dəqiqləşdirmə)
Qazma - Balakən rayonunda kənd. Qazma ev - Qədim yaşayış məskəni.
Qazma baltası
Qazma baltası — yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir. Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli. Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur.
Qazma bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qazma ev
Qazma — Azərbaycaının ən qədim məskən tiplərindən biri. Mağara tipli yaşayış evlərinin sonrakı mərhələsini qazma, yarımqazma adlandırırdılar. Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində bu tip evləri pəyə evlər kimi də adlandırıblar. Planda düzbucaqlı olan bu tip evlər, onun sahibinin maddi vəziyyətindən asılı olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq ərazilərdə son zamanlara qədər qalmaqda olan qazma (pəyə) tipli evlərin inşaqaydası bəsit olduğundan, onları hər kəs özü tikə bilirdi. Bunun üçün yamacın gündöyən səmtində (güney) tikiləcək ev üçün ilk növbədə yer müəyyənləşdirib kalafa qazılırdı. Kalafanın arxa və ya iki yan divarları yamacın dik çapılmış torpaq divarından, açıq qalmış qabaq tərəfi isə daş hörgüdən ibarət olur və burada giriş yolu qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların dördü də torpaqdan olurdu. Kalfa qazılıb başa çatdıqdan sonra qazmanın (pəyənin) dam örtüyü qurulurdu. Bunun üçün evin uzunu boyunca bir-birindən 1,5-1, 7 m aralı dirəklər basdırılır, üzərinə yoğun tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə "hərmə" (pasna) adlanan yastı ağaclar uzadılırdı.
Qazma mağarası
Qazma mağarası — Ordubad və Şərur rayonları ərazisində 1983-cü ildə aşkarlanmış və paleolit dövrünə aid düşərgə. O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb. 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında qazıntı işləri aparılmışdır. Qazıntı zamanı qalınlığı 3 m olan mədəni təbəqə aşkar edilmişdir. 6 mədəni təbəqə qeydə alınmışdır. 1-2-ci təbəqələrdən Orta əsrlər və Tunc-Eneolit dövrü maddi mədəniyyət qalıqları tapılmışdır.Düşərgənin aşağı təbəqələrindən isə Daş dövrü nümunələri aşkarlanıb.Qazma mağarasından aşkar olunmuş daş məmulatının hazırlanma texinkası və tipologiyası əsasında alimlər burada Mustye mədəniyyəti dövründə yaşayış olduğunu deyirlər. Mədəni təbəqələrin üçündə IV, V və VI təbəqələrdə zəngin osteoloji material, ocaq yerləri və Mustye mədəniyyətinə aid daş alətlər aşkar edilmişdir. Mustye mədəniyyətinə aid təbəqələr tərkibcə eyni olub az miqdarda əhəngdaşı çınqılının qarışığı olan yüngül gil torpaqdan ibarətdir. Kəsiklərin birində bir neçə ocaq qeydə alınmışdır.
Qazma məhlulu
Qazma məhlulu — Geotexniki mühəndislikdə qazma məhlulu torpaqdakı buruq quyularını qazmağa kömək etmək üçün istifadə edilir. Qazma mayesi tez-tez istifadə olunan neft və təbii qaz və həmçinin də kəşfiyyat qazma quyusunda artezian quyularındakı kimi çox sadə buruq quyularında istifadə olunur. Qazma mayesi tez-tez gilli məhlul da adlandırılır. Qazma mayesinin üç əsas növü var:su əsaslı qazma məhlulu (hansı ki dipers və qeyri-dispers ola bilir) , adətən neft əsaslı gilli məhlul adlanan qeyri sulu məhlullar və qazların geniş çeşidi istifadə oluna bilən qazəmələgətirici qazma məhlulu. Qazma məhlulunun əsas funksiyasına quyu lüləsinə daxil olan lay mayelərinə olan təzyiqin qarşısını almaq, qazma zamanı qazma baltasını təmiz və sərin saxlamaq, qazma suxurlarını çıxarmaq daxildir. Xüsusi iş üçün istifadə olunan qazma mayesi laydakı zərərdən qaçmaq və korroziyanı məhdudlaşdırmaq üçün seçilib. Qazma məhlullarının bir çox növləri gündəlik istifadə olunur. Bəzi quyular tələb edir ki, dəliyin müxtəlif hissələrində qazma məhlulunun müxtəlif növlərindən istifadə olunsun və ya bəzi növləri digərləri ilə kombinasiyada istifadə olunsun. Ümumiyyətlə mayenin müxtəlif növləri bir neçə geniş kateqoriyaya bölünür: Hava:Sıxılmış hava ya quyunun dairəvi yeri ilə aşağı ya da qazma kəmərinin özünün aşağısına vurulur. Hava/su: Su əlavə etməklə özlülüyü artırmaq, quyunu yumaq, daha soyuq olmasını təmin etmək və təmizliyinə nəzarət etməkdir.
Qazma qurğuları
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Hər bir layihə olunmuş quyu üçün qazıma avadanlığı komplekti və qurğusu seçildikdə geoloji və iqlim şəraiti, yer səthinin relyefi, qazmanın növü və s. amillər nəzərə alınır. Seçilmiş komplekt və qazma qurğusu bu göstərilən mümkün qədər müvfiq olmalıdır. Bundan başqa hər bir qazma qurğusu aşağıdakı tələbləri ödəməlidir: Qazma qurğusu çox sadə olmaqla qazma prosesini tamamilə təmin etməlidir; Qurğunun qurulması və sökülməsi mümkün qədər az vaxt tələb etməlidir; Qurğuda qazma prosesi və endirmə qaldırma əməliyyatı mexanikləşdirilməlidir; Qazma qurğusu təhlükəsizlik tələblərini tam təmin etməlidir; Qurğu bir nöqtədən başqa nöqtəyə olduqca rahat və sökülmədən aparılmalıdır; Qurğu iqtisadi cəhətdən mümkün qədər ucuz başa gəlməlidir. və s. Ümumi halda qazma qurğuları stasionar və səyyar olur. Səyyar qazma qurğuları tırtıllı traktor, avtomaşın və sürüngəclər üzərində quraşdırılmış dayaz və nisbətən dayaz quyuların qazılmasında tətbiq edilir. Güc intiqallarına görə qazma qurğuları fərdi və qrup ilə işləyən olur. Enerjinin növünə görə isə qazma qurğuları: elektrik intiqallı, dizel intiqallı və elektrik-dizel intiqallı ola bilər.
Qımıl-qazma
Qımılqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. Buraya XIX əsrin sonları, XX əsrin əvvəllərində Qımıl və keçmiş Orduxan qazmalarından köç etmişlər. Ehtimal edilir ki, burada daha əvvəllər də yaşayış olub. Buna misal kimi kəndin girəcəyində olan, yaşı dəqiq bilinməyən qəbirstanlıqdır. Bu kənd magistiral yol üzərində yerləşir və buna görə də buraya gəliş-gediş asanlaşır. Qımılqazma oyk., miir. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir.
Sumağava Qazma
Sumağava Qazma — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Xəndək (qazma)
Xəndək — uzununa qazılmış dərin çuxur. İnşaatda və mədən işlərində boru kəməri, kabel xətti və s. basdırmaq, habelə su arxları və səngər üçün xəndəkdən istifadə olunur. Xəndək müasir dövrdə xəndəkqazan maşınla qazılır.
Giriş qurğusu
Giriş qurğusu (en. input device ~ ru. устройство ввода ~ tr. giriş aygıtı) – verilənləri və / və ya komandaları kompüterə daxil etmək üçün qurğu, çox zaman klaviatura və siçan. Bu qurğular daxil edilən informasiyanı rəqəmli formaya çevirir ki, sonradan onu kompüterdə emal etmək və saxlamaq mümkün olsun . Qrafik verilənləri daxil etmək üçün qrafik planşetlərdən, oyunlarda isə coystiklərdən istifadə olunur. Fotoqrafiyalar və şəkillər skanerlər vasitəsilə daxil edilir, skanerdə daranmış mətnlər isə OCR vasitələrinin köməyilə fayla çevrilir. Getdikcə nitqin mikrofon vasitəsilə daxil edilməsi populyarlaşır. Cib kompüterlərində, adətən, stilus (qələm) vasitəsilə daxiletmədən və əlyazısının tanınması vasitələrindən istifadə olunur. Ağır istismar şəraitində çox zaman sensor ekranlar tətbiq edilir.
Havalandırma qurğusu
Havalandırma qurğusu — böyük həcmdə kənd təsərrüfatı məhsullarının (ot, dənli bitkilər) hava axını ilə qurutmaq üçün tətbiq olunur. Əsas məqsədi məhsulun quru soyuq və ya isidilmiş hava ilə konservə edilməsindən ibarətdir. Bəzi hallarda qaz mübadiləsi və soyudulması üçün də istifadə olunur. Məsələn, kartofların saxlanmasında buna böyük ehtiyac yaranır. Havalandırmanın ən geniş tətbiq olunduğu sahə biçilmiş otların qurudulmasıdır. Qurğunun əsas hissəsini mühərriklə işləyən üfürcək təşkil edir. Bu üfürcəklə aşağı təzyiqdə (bir neçə millibar) və böyük həcmdə (məsələn, 20000 m³/saat) hava axını yaratmaq olur. Hava, paylayıcı sistemin vasitəsilə əsas sahəyə yənəldilir və axınla məhsula daxil edilir. O, çox vaxt bir neçə metr yol qət edir. Otun havalandırılması zamanı onun rütubəti 40%-dan çox olmamalıdır.
Zip-qurğusu
Zip-qurğusu - (ing.zip drive, ru. zip-дисковод) – verilənləri arxivləşdirmək üçün nəzərdə tutulmuş və tutumu 100 Mbaytdan 250 Mbaytadək olan disklərlə işləyən qurğu. Ötən əsrin sonlarında Iomega şirkəti tərəfindən işlənib hazırlanıb. İnterfeys cədvəli: İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dərin Web
Deep web — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir. Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir. Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir. Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir. Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır. Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi.
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Dərin öyrənmə
Dərin öyrənmə — təmsil öyrənmə yolu ilə süni neyron şəbəkələrə əsaslanan maşın öyrənmə metodlarının alt dəsti. "Dərin" sözü şəbəkədə çoxlu təbəqələrin istifadəsinə aiddir. İstifadə olunan üsullar nəzarətli, yarı nəzarətli və ya nəzarətsiz ola bilər. Dərin neyron şəbəkələr, dərin etimad şəbəkələri, təkrarlanan neyron şəbəkələr, konvolyusiya neyron şəbəkələr və transformatorlar kimi dərin öyrənmə arxitekturaları kompüter görüşü, nitqin tanınması, təbii dilin emalı, maşın tərcüməsi, bioinformatika, dərman hazırlanması, tibbi şəkil təhlili, klimatologiya, material analizi və stolüstü oyun proqramları kimi sahələrə tətbiq edilmişdir. Burada onlar insan ekspert performansı ilə müqayisə edilə bilən və bəzi hallarda onları üstələyən nəticələr əldə etmişlər. Süni neyron şəbəkələri (SNŞ) bioloji sistemlərdə informasiyanın emalı və paylanmış kommunikasiya qovşaqlarından ilhamlanaraq yaradılmışdır. SNŞ-lərin bioloji beyinlərdən müxtəlif fərqləri mövcuddur. Xüsusilə, süni neyron şəbəkələri statik və simvolik olur, əksər canlı orqanizmlərin bioloji beyni dinamik (plastik) və analoqdur. SNŞ ümumiyyətlə beyin funksiyası üçün aşağı keyfiyyətli modellər kimi qəbul edilir. Dərin öyrənmə, xam daxiletmə məlumatlarından daha yüksək səviyyəli xüsusiyyətləri mərhələli olaraq çıxarmaq üçün çoxlu qatlardan istifadə edən maşın öyrənmə alqoritmləri sinfidir.:199–200 Məsələn, şəklin emalı zamanı aşağı təbəqələr kənarları, yüksək təbəqələr isə rəqəmlər, hərflər və ya üzlər kimi insana aid olan anlayışları müəyyən edə bilər.
Sistem qurğusu
Yaddasaxlama qurğusu
Yaddasaxlama qurğusu (storage,запоминающее устройство (ЗУ), depolama, bellek) — hesablama texnikasında: verilənlərin saxlandığı istənilən xarici qurğu. Mikrokompüterlərdə əsasən iki növ yaddasaxlama qurğusu olur. Onun özünün operativ yaddaşında iş gedişində proqramlar və müxtəlif növ daxili idarəedici informasiyalar müvəqqəti olaraq saxlanılır. Kompüterin disksürənlərində və başqa yaddasaxlama qurğularında informasiya həmişəlik saxlanılır və onlara yalnız mikroprosessora lazım olduqda erişilir. Kompüterlərdə başqa növ yaddasaxlama qurğuları da olur. Onun daimi yaddaşı (ROM) başlatma komandaları və giriş-çıxış prosedurları kimi zəruri informasiyanı saxlamaq üçün nəzərdə tutulmuş silinməyən yaddasaxlama qurğusudur. Bundan başqa, kompüterdə müəyyən verilənləri (məsələn, printerə göndərilən və ya klaviaturadan oxunan simvolları) müvəqqəti saxlamaq üçün ehtiyat yaddaş hissələrindən – buferlərdən istifadə olunur. DASD (birbaşa keçidli yaddasaxlama qurğusu) İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 816 s.
Kola dərin quyusu
Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir. 1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur. Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib). 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır.
Üzən-yarı suya salınmış qazma qurğusu-"Şelf" (film, 1982)
Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Üzən-yarı suya salınmış qazma qurğusu — "Şelf" (film, 1982)
Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Dərin Paket Təftişi
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Daimi yaddaş qurğusu
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
Qamma
Qamma - yunan əlifbasının üçüncü hərfi. Foton şüalanması bu hərflə işarələnir. Betadan sonra gələn hərfdir.
Qayma
Qayma (rus. глыба, ing. block, massiph) — 1) yer qabığının qırılmalarla ayrılmış hissəsi olub, digər sahələrdən quruluşuna, şaquli tektonik hərəkətlərin sürəti və istiqamətinə görə fərqlənir. Qalxmış Q.-horstlar, enmiş Q. – qrabenlərdir; 2) eni və uzunluğu bir neçə yüz metr, qalınlığı on metrlərlə olan ekzotik və yaxud buzlaq vasitəsilə qopardılmış (ayrılmış) belə Q. Buz-laqlar vasitəsilə ilkin yerlərindən 100 km-lərlə məsafəyə aparılır; 3) diametri 1 metrdən böyük olan süxur parçaları.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Çazma
Çazma (xorv. Čazma) — Xorvatiyanın Belovarsko-Biloqorskaya bölgəsindəki bir şəhər və bələdiyyədir. == Demoqrafiyası == Şəhərin 2,801 əhalisi var, bələdiyyə isə cəmi 8,077 nəfərin yaşadığı 36 kənddən ibarətdir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin 98% xorvatlardır.
Dorin
Dorin — "Ulduz müharibələri" kainatında uydurma planet. Dorin qalaktikanın ucqar nöqtələrində yerləşir və kel-dor növünün ana planetidir. Klon müharibələri zamanı ceday generalı Anakin Skayvolker və komandir Asoka Tano Dorin yaxınlığında separatçı qüvvələri məğlub etmişdir. Planetdən olan ən görkəmli şəxs ceday ustası Plo Kundur. Dorin — Vukipediya saytında.
Qurğuşun
Qurğuşun (Pb) (lat. Plumbum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 82-ci element. Adətən bitkilərdə qurğuşunun miqdarı az olur: külün çəkisinin təxminən 1–2 mində bir faizi qədər. Qurğuşunun miqdarının son həddi müəyyənləşdirilməmişdir. Bitki məhsulları heyvan məhsullarına nəzərən daha çox qurğuşuna malik olurlar. Səbəbi yay yarpaq tökülməsi və havada qurğuşunun yüksək miqdarda olmasıdır. Amma, qurğuşunu toplayaraq bitkilər havanı təmizləyirlər. Qurğuşunun miqdarı çox olduqda yonca və yulafın böyüməsi ləngiyir. Çəkisi 70 kq olan yaşlı adamın orqanizmində 120 mq qurğuşun olur. Insan sutkada orta hesabla 26–42 mkq qurğuşun qəbul edir.
Qarquşu
Qarquşu (lat. Pyrrhula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Çаzmа
Çаzmа (xorv. Čazma) — Xorvatiyanın Belоvаrskо-Bilоqоrskаya bölgəsindəki bir şəhər və bələdiyyədir. Şəhərin 2,801 əhalisi var, bələdiyyə isə cəmi 8,077 nəfərin yaşadığı 36 kənddən ibarətdir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin 98% xorvatlardır.
Dəri duyğusu üzvləri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Zulu
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Yerin quruluşu
Yerin quruluşu deyildikdə, adətən, onun daxili quruluşu, yəni planetin qabığından mərkəzinə qədər olan dərinlik quruluşu nəzərdə tutulur. Yer kürəyə yaxın formaya malikdir (ekvatorial diametr 12 754 km, qütb diametri isə 12 711 km-dir) və bir neçə qatdan ibarətdir. Yerin daxili quruluşu haqqında ən səhih məlumatı seysmik dalğalar, yəni zəlzələlərin səbəb olduğu Yer maddələrinin rəqsi hərəkətləri üzərində müşahidələr verir. Bu zaman üç dalğa tipi yaranır: Uzununa dalğalar (P) — maddənin öz vəziyyəti yaxınlığında dalğanın yayılma istiqaməti üzrə elastik rəqslərindən ibarətdir, yəni onun dəyişən sıxılması və dartılmasıdır. Eninə dalğalar (S) — dalğaların yayılması perpendikulyar istiqamətdə maddənin rəqsləridir; onlar maddənin üfüqi yerdəyişməsi, yəni formasının dəyişməsi ilə əlaqədardır. Yer üç əsas təbəqə, yaxud geosferdən ibarətdir: 70 km dərinliyə qədər Yer qabığı, ondan altdan 2900 km dərinliyə qədər Yerin mantiyası (yuxarı mantiya və aşağı mantiya) və ondan Yerin mərkəzinə qədər nüvə. Yer nüvəsi xarici və daxili nüvələrə ayrılır. Seysmoqramların, yəni Yer səthinin müxtəlif nöqtələrində yerləşmiş seysmik stansiyalarda zəlzələ dalğalarının formasının, qiymətinin və keçmə sürətinin qeydə alındığı sənədlərin tutuşdurulması dalğaların bütün Yer cismindən keçmə sürətini və məsafəsini müəyyənləşdirməyə imkan verir. Əgər Yer bir cinsli olsaydı, ondan keçən dalğanın yolu düzxətli, sürəti isə hər yerdə eyni olardı. Həqiqətdə isə dalğalar çox mürəkkəb yol keçir.