Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbu-Dabi
Əbu-Dabi (ərəb. ابوظبي ‎, azərb. ata cüyür‎, ing. Abu Dhabi) — Birləşmiş Ərəb Əmirliklərinin və Əbu-Dabi əmirliyinin paytaxtı. Ölkənin siyasi, iqtisadi, sənaye və mədəni mərkəzi, onun BƏƏ-nin ÜDX-ə töhfəsi 56 %-dir (2008). Şəhərin əhalisi — 1 463 491 nəfər (2007). == Tarixi == 1760-cı ildə salınıb. Onun yerində eramızdan əvvəl 3 mininci ildə yaşayış məskəni olması barədə arxeloji qazıntılardan təsdiqlər vardır. == Coğrafyası == Fars körfəzində şimal-şərq hissəsində bir adada, Materikdən dörd kilometr aralıda yerləşir. Adanı materiklə üç avtomobil körpüsü birləşdirir.
Əbu-Dabi əmirliyi
Əbu-Dabi əmirliyi — (ərəb. إمارة أبو ظبي‎) — Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə daxil olan ən iri əmirlik. Paytaxtı, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı olan Əbu-Dabi şəhəridir. Ərazisi — 67 340 кm², əhalisi — 1 975 000 nəfər (2008-ci il). Əbu-Dabi ölkənin 70 % ÜDM təmin edir. Əmirliyin Əl-Ayn şəhəri ölkənin əhali sayına görə ikinci şəhəridir.
Luvr Əbu-Dabi Muzeyi
Luvr Əbu-Dabi Muzeyi (fr. Louvre Abu Dhabi, ərəb. متحف اللوفر أبوظبي‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, layihəsi fransız memarı Jan Nuvel tərəfindən hazırlanmış sənət muzeyi. Fransa hökuməti ilə Əbu-Dabi şəhəri arasında imzalanan və 30 il qüvvədə olacaq müqavilə ilə inşa edilən Luvr Əbu-Dabi Muzeyi Səadət adası kompleksi üzərinə – təxminən 24.000 kvadratmetrlik bir sahəyə inşa edilmişdir. Muzeyin xərcinin 83-108 milyon avro arasında olduğu güman edilir. Muzey rəsmi olaraq 2017-ci il 8 noyabr tarixində açıldı. Əbu-Dabi Muzeyində dünyanın hər yerindən gələn sənət əsərləri nümayiş olunur. Muzeyin əsas məqsədi Şərq sənəti ilə Qərb sənəti arasında körpü yaratmaqdır. Bütün bunlara baxmayaraq, Parisdəki Luvr Muzeyinin bu işdə hansı marağının olması məqamı sənət dünyasında olduqca qızğın müzakirələrə səbəb oldu. == Layihənin konvensiyası == 1.3 milyard dollar müqabilində 30 il qüvvədə olacaq və Əbu-Dabinin mərkəzindəki Saadiyat adasında inşa ediləcək Əbu-Dabi Luvr Muzeyinin layihəsinin konvensiyası Fransa Mədəniyyət naziri Reno Dennode de Vabres ilə Sultan bin ən-Nəhayyən arasında 2007-ci ildə imzalandı.
Əbu-Dabi Qran-prisi
Əbu-Dabi Qran-prisi (ərəb. سباق جائزة أبوظبي الكبرى‎) - Formula 1 üzrə dünya çempionatının əsas mərhələlərindən biri. BƏƏnin paytaxtında keçirilir. == Ümumi məlumat == Əbu-Dabi yarışları ilk dəfə 2009-cu il sezonunda keçirilmişdir. Əslində Qran-pri Əbu-Dabi şəhəri yaxılığındakı Yas adasında qurulmuş Yas Marina avtodromunda keçirilir. Süni şəkildə yaradılmış ada Əbu-Dabi əmirliyinə daxildir. Qran-pri Formula 1 tarixində gecə-gündüz sistemi ilə keçirilən ilk yarışdır. Gecə yarışlarını keçirmək üçün avtodromda projektorlar qurulmuşdur. Bu sistemin tətbiqinin əsas səbəb ərazidə iqlimdən aslı olaraq havanın çox isti keçməsidir. Pilotlar yarışa təbii işıqda başalayır və süni işıqlar altında bitirirlər.
Əbu-Dabi Döyüş Klubu Tabeliyi Güləş Dünya Çempionatı
== Tarix == Yarış sabiq BƏƏ prezidenti Şeyx Zeyidin oğlu Şexy Təhnun Bin Zeyd Əl Nahyan,bu ideya onun Braziliya ciu-citsusu müəllimi Nelson Monteironun olmuşdur.Royle Qreysi bunu "yeni grappling erası" kimi səciyələndirdi. == Yarış Haqqında == Yarış əsasən güləşin sərt növləri olan Grappling,Sambo,Cüdo,Ciu-citsu,Braziliya ciu-citsusu üzrə keçirilir.
Kouadio-İves Dabila
Kouadio-İves Dabila (1 yanvar 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Klub karyerası == === Monako === Dabila öz peşəkar karyerasında debütünü Monako klubu ilə 26 aprel 2017-ci ildə etmişdir. O, 60-cı dəqiqədə Andrea Raggi ilə əvəz olunmuşdur. Həmin görüşdə Monako Fransa Kubokunun yarımfinal mərhələsində Pari Sen-Jermenə 5-0 hesabı ilə məğlub olmuşdur.
Kristof Jozef Mari Dabire
Kristof Jozef Mari Dabire (fr. Christophe Joseph Marie Dabiré; 27 avqust 1948, Fransa Yuxarı Voltası[d]) — siyasətçi, Burkina-Fasonun keçmiş Baş naziri. == Fəaliyyəti == Dabire Tomas Sankara rəhbərliyində İqtisadiyyat və Planlaşdırma Nazirliyində Əməkdaşlıq baş direktoru olduğu 1984–1988-ci illərdə İqtisadiyyat və Planlaşdırma Nazirliyində Tədqiqatlar və Layihələr Direktoru vəzifəsində çalışıb. Bu vəzifəni 1992-ci ilə qədər tutdu.1992-ci ildə Dabire 2000-ci ilə qədər çalışdığı Burkina-Fasonun Orta, Ali Təhsil və Elmi Araşdırmalar şöbəsində 1997-ci ilə qədər məsul olduğu Səhiyyə Departamentini idarə etdi. Bu müddət ərzində Burkina Faso Milli Məclisində kreslo qazandı. 2002-ci ildə Milli Məclisə yenidən seçildikdən sonra Dabire 2007-ci ilə qədər daha beş il müddətə vəzifəsini icra etdi. 21 yanvar 2019-cu ildə Baş nazir vəzifəsinə təyin edildi və üç gün sonra vəzifəsinə başladı. 8 dekabr 2021-ci ildə artan təhlükəsizlik böhranı fonunda Burkina-Fasonun Prezidenti Rok Kabore Dabireni Baş nazir vəzifəsindən azad etdi. Prezidentin fərmanında deyilirdi ki, səlahiyyət müddəti başa çatan hökumət üzvləri yeni hökumət qurulana qədər ölkəni idarə edəcəklər.
Salvia dabieshanensis
Salvia dabieshanensis (lat. Salvia dabieshanensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Vabi-Sabi
Vabi-Sabi (yap. 侘 寂) — ənənəvi Yapon estetikasında keçici olanın və qeyri-mükəmməlliyin qəbul edilməsinə yönəlmiş bir dünya görüşüdür. Bu estetika, çox vaxt qeyri-mükəmməl, keçici və yarımçıq olanın gözəlliyi kimi təsvir olunur. Vabi-sabinin tarixi Buddizm fəlsəfəsi ilə sıx bağlı olub onun müvəqqəti, qeyri-mükəmməl, və qeyri-təbii xüsusiyyətlərlə barışıb onları qəbul etməmizi tövsiyə etməsinə əsaslanır. Vabi-Sabi estetikasının xarakteristikalarına asimmetriya, kələ-kötürlük, sadəlik, qənaətcillik, təvazökarlıq, yaxınlıq və təbii cisim və proseslərin bütövlüyünün qiymətləndirilməsi daxildir. == Təsviri == Leonard Korenin fikrincə, vabi-sabi "ənənəvi yapon gözəlliyi haqqındakı təsəvvürümüzün ən aydın və xarakterik xüsusiyyəti kimi təsvir edilə bilər. Yapon estetik dəyərləri panteonunda o, qərbdə yunan gözəllik və mükəmməllik idealları ilə, demək olar ki, eyni mövqedədir. Andrey Cuniper isə qeyd edir ki, "Bir şey və ya ifadə içimizdə sakit bir melanxoliya hissini və ruhani bir arzunu canlandıra bilərsə, o obyektin vabi-sabi olduğu söylənilə bilər." Riçard Pouell üçün "Vabi-sabi üç sadə gerçəyi bizə tanıtmaqla bu həqiqətləri işıqlandırır: heç bir şey daimi deyil, heç bir şey bitmir və heç bir şey mükəmməl deyil. "Vabi və Sabi sözləri birbaşa tərcümə olunmur. Vabi əvvəllər cəmiyyətdən uzaq, təbiətdə yaşamağın təkliyinə istinad edən mənanı kəsb edirdi; sabi isə "soyuq", "arıq" və ya "quru" demək idi.
Dabo
Dabo — Afrika ölkələrində daha çox işlədilən soyad. Baqali Dabo — Qəbələ klubunda çıxış edən Fransa futbolçusu. Abdulaye Dabo — Nant klubunda çıxış edən Fransa futbolçusu. Mustafa Dabo — Seneqal futbolçusu. Usman Dabo — Fransa futbolçusu. Muhamadu Dabo — Fransa futbolçusu. Bakiro Dabo — Qvineya-Bisau siyasətçisi.
Dali
Salvador Dali (tam adı Salvador Domenek Felip Jasint Dali i Domenek, markiz de Pubol, kat. Salvador Domènec Felip Jacint Dalí i Domènech, Marqués de Dalí de Púbol, isp. Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí y de Púbol; 11 may 1904[…] və ya 21 may 1904, Fiqeras[d] – 23 yanvar 1989[…], Fiqeras[d]) — məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri idi. == Həyatı == === Uşaqlığı === Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi,özünü bu keyfiyyətdə dərk edirdi və bu özəlliyində israr edirdi. Onun böyük qardaşı (12 oktyabr 1901 - 1 avqust 1903) meningitdən öldü. Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı. Çoxsaylı komplekslər və fobiyalar - məsələn, çəyirtkə qorxusu - onun adi məktəb həyatına qarışmasına, uşaqlarla adi dostluq və rəğbət bağları qurmasına mane oldu, lakin hər bir insan kimi, duyğusal aclıq hiss edərək, emosional olmağa çalışdı.
Dari
Dəri dili – (dəri دری ) Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Tabi
Tabi (yap. 足袋) — Yaponların ənənəvi milli corabı. Ayaq biləyinə qədər hündürlüyə malik olan pambıq üzü və pambıq astarlı, klassik ağ rəngdə və də bağlamaq üçün dəmir sancaqlara malik bu corablar adət etdiyimiz corablardan həm də baş barmağının digər barmaqlardan ayrılması ilə fərqlənir. Bu formada olduqlarından onları kişi və qadınlar zori, geta və digər qayış və ya ipli ənənəvi ayaqqabılarla geyinə bilirlər. Tabi milli geyimləri — kimono (yap. 着物) və digər vafuku (yap. 和服 — Yaponiya geyimi) növlərini, eləcə də, orta əsrlərdə samuray paltarlarını bir növ tamamlayır. Tabinin daha geniş yayılmış forması ağ rəngdədir. Ağ tabilər rəsmi mərasimlərdə, məsələn, məşhur çay mərasimi zamanı geyinilir. Kişilər səfərlər zamanı bəzən qara və göy tabi geyinir.
Abdulaye Dabo
Abdulaye Dabo (fr. Abdoulaye Dabo; 4 mart 2001, Nant) — Liqa 1 təmsilçilərindən olan Nant klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === "Nant" === 4 oktyabr 2017-ci ildə Dabo 16 yaşı olarkən Nant klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır, bununla da o, klubla müqavilə imzalayan ən cavan futbolçu oldu. Dabo peşəkar karyerasında debütünü 11 avqust 2018-ci ildə Monako klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Emiliano Sala ilə əvəz olunmuşdur. Liqa 1 görüşündə Nant rəqibinə 1-3 hesabı ilə məğlub olmuşdur.İki Liqa 1 oyunlarından sonra Dabo Fransanın 4-cü səviyyəli liqasında ehtiyat komandada çıxış etməyə başladı. === "Yuventus U-23" === 13 yanvar 2021-ci ildə Dabo Seriya C-də çıxış edən Yuventusun ehtiyat komandasına qoşuldu, transfer etmə imkanı verən 6 aylıq müqavilə imzalandı. == Milli karyerası == Dabo Fransada anadan olmuşdur. Valideynləri isə Qvineya vətəndaşlarıdır. Dabo Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
Ali Daei
Əli Dayi (fars. علی دایی‎; 21 mart 1969, Ərdəbil, İran) — İran futbolçusu. Futbolçu karyerasını 2007-ci ildə bitirib. Milli futbol komandalarının tarixi boyu ən çox qol vuran oyunçudur. Milli komandanı Futbol üzrə dünya çempionatı 2006-dan sonra tərk edib. UNİCEF-in xoşməramlı səfiridir. == Həyatı == Əli Dayi 1969-cu il martrın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olmuşdur. Olan bu futbolçu milli yığmalar arasında beynəlxalq görüşlərdə braziliyalı Pele, arqentinalı Maradona və macar Puşkaş kimi futbol korifeylərindən daha çox qol vurmuşdur (109 qol). Əli Dayi İran milli futbol komandasının və İranın (İstiqlal, Persepolis, Saypa və b.), Qətərin (Əl-Sədd), BƏƏ (Əl-Şəbab), Almaniyanın (Arminiya, Bayern Münhen, Herta) bir çox futbol komandalarının heyətində çıxış etmişdir. YUNİSEF-in xoş məramlı səfiridir.
Alman dəbi
Almaniya Fransa, İtaliya, ABŞ, İngiltərə və Yaponiya ilə birlikdə moda sənayesində lider bir ölkədir. Alman modası zərif xəttləri, qeyri-adi gənc dizaynları və idman və açıq geyim istehsalçıları ilə məşhurdur. Berlin Moda Həftəsində önə çıxan Almaniyanın gənc və yaradıcı moda mərkəzidir. Düsseldorf, Igedo ilə əhəmiyyətli bir moda ticarət mərkəzidir. Səhnənin digər vacib mərkəzləri Münih, Hamburq və Kölndür. Kiçik yerlər Alman moda sənayesinin Herford, Metzingen, Herzogenaurax, Schorndorf, Chemnitz, Albstadt və Detmold kimi mühüm dizayn və istehsal mərkəzləridir. == İqtisadiyyat == 130.000-dən çox işçisi olan 1300 şirkətdə Alman tekstil sənayesi tərəfindən 28 milyard avro gəlir əldə edilir.Məhsulların, demək olar ki, 44 faizi ixrac olunur. Beləliklə, tekstil filialı qida istehsalından sonra Almaniyada ikinci ən böyük istehlak malları istehsalçısıdır. === Brend === Məşhur moda markalarına Hugo Boss, Adidas, Puma, Escada, JOOP!, MCM, Bruno Banani, Jil Sander, Triumph, Schiesser, Closed, Reusch, Valisere, Jack Wolfskin, Ulla Popken, Buffalo, Rohde, Marc O'Polo, Tom daxildir. Dərzi, s.Oliver, Esprit, Wunderkind, Seidensticker, Windsor., Jaques Britt, Naketano.Eyni zamanda zLabels Berlin kimi birdən çox Alman marka və dizaynerə ev sahibliyi edən müxtəlif agentliklər var.
Babi Bədəlov
Babi Bədəlov (18 iyun 1959, Lerik) — Azərbaycanlı şair və incəsənət xadimi. == Həyatı == Babi Bədəlov 18 iyun 1959-cu ildə Azərbaycan SSR Lerik rayonunda doğulub. 15 yaşı olanda Bakıya köçüb. 2 il Sovet ordusunda xidmət etdikdən sonra 1980-ci ildən Leninqradda yaşamağa başlayıb və rəssamlıq edib. 2008-ci ildə İngiltərəyə gedib və mühacirət etmək istəyib, lakin Babinin müraciəti sığınacaq üçün yetərli hesab olunmayıb. O, sığınacaq üçün İngiltərədən sonra Fransaya üz tutub. Nəhayət, iki ildən sonra Fransa vətəndaşlığını ala bilib. Paris, Kartaxena, Antverpen kimi şəhərlərdə sərgiləri baş tutub. == Əsərləri == Gustie usi indusa adlı şeir kitabı 2010-cu ildə Berlində çap olunub.
Babi Yar
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir.Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.Ərazidə gercəkləşdirilmiş digər qətliamların qurbanları arasında sovet müharibə əsirləri, kommunistləri, ukrayn millətçiləri və qaraçılar üstünlük təşkil edirdi. Ümumilikdə alman işğalı zamanı Babi Yarda 100.000–150.000 insanın öldürüldüyü təxmin edilməkdədir.
Baqali Dabo
Baqali Dabo (27 iyul 1988, Klişi-la-Qarenn[d]) — Kipr klubu olan Apollon klubunda hücumçu kimi çıxış edən Fransalı peşəkar futbolçudur. == Klub karyerası == Dabo öz peşəkar karyerasında debütünü 2014-cü ildə İstres klubu ilə Liqa 2-də Anje klubuna qarşı 4–2 hesablı məğlubiyyət yaşandığı oyunda etmişdir.29 iyun 2016-cı ildə Dabo Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə 2 illik müqavilə imzalamışdır.17 iyun 2018-ci ildə Dabo Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi klubu ilə iki illik müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 19 avqust 2018-ci il məlumatlarına əsasən.
Dahi (kitab)
Dahi (ing.
Daki İordanov
Daki İordanov (bolq. Даки Йорданов; 14 sentyabr 1893 və ya 1 (13) sentyabr 1893 – 5 aprel 1978, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Daki İordanov bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Əsas elmi işləri sistematika, geobotanika, floristika, ekologiya və Bolqarıstanın və digər Balkan yarımadası ölkələrinin ali bitkilərinin öyrənilməsinə həsr edilmişdir. Daki İordanov 120-dən artıq elmi işin müəllifidir. Silene velcevii növünü təsnif etmişdir. == Şərəfinə adlandırılmış taksonlar == Myosotis jordanovii Verbascum jordanovii Anthemis jordanovii Poa jordanovii Vicia jordanovii Brassica jordanovii == İstinadlar == == Ədəbiyyat == Jordanow, Daki. In: Taschenlexikon Bulgarien, Bibliographisches Institut Leipzig 1983, Seite 87.
Dali (ilahə)
Dali (gürc. დალი) — Cənubi Qafqaz xalqlarının mifalogiyasında ilahə. Əsasən Svan əfsanələrində görünsə də, Meqrellər kimi digər Cənubi Qafqaz xalqlarında Daliyə bərabər qəbul edilən fiqurlar da vardır. Dali dağ keçisi və maral kimi vəhşi heyvanları müdafiə edən ov ilahəsidir. Dalinin qanunlarına riayət edən ovçuların ovu uğurlu, riayət etməyənlərinki isə uğursuz keçir və onlar cəzalandırılır. Dali əfsanələrdə əsasən, qızıl saçlı və parıldayan dərili gözəl və çılpaq qadın olaraq təsvir edilir. Əfsanələrdə bəzən sevdiyi heyvanların formasında olduğuna görə çox vaxt sürüdən fərqlənmək üçün bəzi işarələr gəzdirir. Şayiələrə görə o, dağların yuxarı hissəsindəki çuxurda yaşayır və qayalarda gəzən dırnaqlı ov heyvanlarını qoruyur. Dali bəzən əfsanəvi ov iti Qurşa ilə birlikdə olur. Müxtəlif yazıçılar Dali və digər mifaloji varlıqlar arasındakı oxşarlıqlar haqqında yazmışdırlar.
Dami İm
Dami İm (kor. 임다미, ing. Dami Im; 17 oktyabr 1988, Seul) — Cənubi Koreyada anadan olmuş Avstraliya müğənnisi və bəstəkarı. İm doqquz yaşında ikən ailəsi ilə birlikdə Cənubi Koreyadan Avstraliyaya köçmüşdür. O, 2013-cü ildə Avstraliyanın The X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmış və nəticədə Sony Music Australia albom şirkəti ilə müqavilə fürsəti əldə etmişdir. Yarışmadakı qalibiyyətindən sonra İmin "Alive" adlı debüt sinqlı təqdim olunmuşdur. Mahnı Avstraliya hit paradlarında birinciliyə yüksələ bilmişdir. Daha sonra ifaçının öz adını verdiyi ikinci studiya albomu işıq üzü görmüşdür. Albom Avstraliyanın albom siyahılarında zirvədə yer almışdır. İmin Heart Beats adlı üçüncü studiya albomu 2014-cü ildə işıq üzü görmüş və ümumilikdə ifaçının ikinci uğur qazanan albomu olmuşdur.
Dani Doberson
Dani Doberson (16 yanvar 1925 – 16 mart 1979, Marsel) — Fransa müğənnisi və aktyoru. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Il est là" mahnısı ilə təmsil etmişdir.
Dani Karvaxal
Daniel Karvaxal Ramos (isp. Daniel Carvajal Ramos; 11 yanvar 1992, Leqanes, İspaniya) — İspaniya futbolçusu, "Real Madrid" klubunun və İspaniya milli futbol komandasının sağ cinah müdafiəçisi. == Həyatı == Daniel Karvaxal 11 yanvar 1992-ci ildə İspaniyanın Leqanes şəhərində dünyaya göz açıb. Hazırda "Real Madrid" klubunda 2 nömrəli forma geyinir. == Karyeası == === Real Madrid Kastilya === Daniel Karvaxal peşəkar karyerasına "Real Madrid Kastilya" klubunda başlayıb. Bu klubun heyətində o, 68 oyun keçirərək 3 qol vurub. === Bayer 04 === 2012-ci ildə Daniel Karvaxal "Bayer 04" klubuna transfer olunub. Bu klubun heyətində 32 oyun keçirən Karvaxal cəmi 1 qol vura bilib. === Real Madrid === Daniel Karvaxal 2013-cü ildən heyətində çıxış etdiyi "Real Madrid" klubunun forması ilə 106 oyuna çıxıb və 2 qol vurub. O, bu klubda əvvəlcə 15, sonra isə 2 nömrəli forma geyinib.
Dani Kintana
Dani Kintana (8 mart 1987, Las-Palmas-de-Qran-Kanariya) — İspaniya futbolçusu. == Karyera == Kintana Las Palmas şəhərində anadan olub, karyerasının əvvəlində İspaniyanın 2-ci liqasında oynayıb. 2012\2013 illərdə Polşa premyer liqasında oynayan Yagelloniya Belostok klubuna trasfer olunmuşdur. O,29 sentyabr 2014-cü ildə Əl-Əhli klubuna trasfer olunur. 2015-ci ilin mart ayında Qarabağ futbol klubuna trasfer olunmuşdur. Kintana 17 iyun 2019-cu ildə Çempionlar Liqası çərçivəsində Partizani ilə matçda 90+4-cü dəqiqədə fərqlənməklə klubun tarixinə keçib. Belə ki, Kintana Qarabağın 100-cü avroliqa qolunun müəllifi olub.
Dani Lokati
Dani Lokati (3 yanvar 1977, Milan) — İtaliyanı təmsil edən skeletonçu. Dani Lokati, İtaliyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Dani Lokati, 2002-ci ildə İtaliya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Dani Lokati, 1-ci gedişdə 53.19 saniyə, 2-ci gedişdə isə 53.46 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 9-cu yerdə başa vurdu.
Dani Rodrik
Dani Rodrik (14 avqust 1957[…], İstanbul) — Türk iqtisadçı. Hazırda Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat üzrə professor kimi fəaliyyət göstərir. == Həyatı == Dani Rodrik 1957-ci ildə İstanbulda yəhudi əsilli ailədə doğuldu. 1976-cı ildə İstanbulda Robert Kollecindən məzun oldu. Dövlət idarəçiliyi üzrə bakalavr və magistr təhsilini ABŞ-nin Harvard Universitetində aldı. Ardınca Prinston Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili aldı. 1990-cı ildə professor olan Rodrik, 1982-ci ildən Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğuldur. Dani Rodrik ehtiyatda olan türk general Çətin Doğanın qızı, Harvard Universitetinin müəllimi Pınar Doğanla evlidir. == Elmi fəaliyyəti == Dani Rodrikin tədqiqat sahəsi qloballaşma, beynəlxalq iqtisadiyyat, siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi artım, gəlir və tədiyyə balansı bərabərsizliyi kimi mövzuları əhatə edir. Nəşrləri də əsasən bu mövzulardadır.
Dani Seballos
Daniel "Dani" Seballos Fernandez (7 avqust 1996, Utrera, İspaniya) — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda yarımmüdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İspaniya futbolçusudur.
Dani Sebalyos
Daniel "Dani" Seballos Fernandez (7 avqust 1996, Utrera, İspaniya) — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda yarımmüdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İspaniya futbolçusudur.
Dani əməliyyatı
Dani əməliyyatı (ivr. ‏מבצע דני‏‎) — İsrail Müdafiə Qüvvələrinin 1948-1949-cu illər ərəb-İsrail müharibəsinin birinci və ikinci atəşkəsləri aralığında 1948-ci il iyulun 9-dan 18-dək davam edən hərbi hücum əməliyyatı. Ölkə rəhbərliyi əməliyyatda iştirak edən bölmələrə ərəblərin Lida, Ramla və Ramallah şəhərlərini nəzarət altına almağı, həmçinin Latrunda Qüdsə gedən yola nəzarət edən möhkəmləndirilmiş bir mövqeni ələ keçirmək əmrini vermişdi. Bununla da, Quş-Dana yəhudi yaşayış məntəqələri üçün ən yaxın təhlükəni aradan qaldırmaq və Qüds ilə yəhudilərin nəzarətində olan ərazilər arasında daimi bir əlaqə qurmaq niyyəti güdülürdü. Əməliyyatın hərbi məqsədlərinə tam olaraq nail olunmadı: yaxınlıqdakı hava limanı və Ramla ilə Lida iyulun 13-nə qədər tutuldularsa, ikinci atəşkəs razılığına qədər Latrunu tutmaq cəhdləri uğursuz oldu, Ramallaha isə yəhudi birləşmələri ümumiyyətlə gedib çıxa bilmədi. Eyni zamanda, Qüdsə aparan əsas yol ərəblərin nəzarəti altında qalsa da, yəhudilər şəhəri təmin etmək üçün başqa bir alternativ yol əldə edə bildilər. Bundan əlavə, israillilərin uğurları İordaniya kralı I Abdullanın Qüdsün bölüşdürülməsinə razılıq verməsini təmin etdi, əks təqdirdə o, şəhərə bütünlüklə nəzarətə iddia edə bilərdi. Lida və Ramla bölgəsindəki hərbi əməliyyatlar bu şəhərlərin sakinlərinin transiordaniyalıların nəzarətində olan ərazilərə kütləvi surətdə köçürülməsi ilə müşayiət olundu və bu da öz növbəsində Transiordaniyada kütləvi nümayişlərə gətirib çıxardı. Nümayişçilər ərəb legionunun komandanı Con Qlabbı xəyanətdə ittiham edirdilər. == Zəmin == Ərəb ölkələrinin ərəb əhalisi tərəfində Fələstində silahlı qarşıdurmaya qoşulması ilə ərəb qüvvələri bölgənin daxilinə, o cümlədən yəhudi dövləti yarandıqdan sonra ona çatacaq ərazilərin içinə doğru xeyli irəliləməyi bacardı.
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Babı
Babı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIII əsr mənbələrində Babı kəndinin adı çəkilir. Bu kəndin Beyləqan vilayətinə bağlı olduğu göstərilir. Babı kəndi Şeyx Babi Yəqubun olacağı idi. Şeyx Babi Yəqub bin İsmayıl Qur Xərdir. Şeyx Babi Yəqub XIII yüzildə yaşayıb. Hazırkı Babı kəndinin ərazisində yerləşən İmamzadə məqbərəsi yaxınlığında zaviyəsi varmış. Dövrünün böyük alimlərindən, təriqət mürşidlərindən sayılıb. Elxanlı sultanları ona hörmət edirmişlər. Onun müridlərini də əzizləyirmişlər.
Dazı
Dazı (lat. Hypericum) — dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.
Acıdərə dağı
Acıdərə — Şamaxı rayonu ərazisində dağ. == Ümumi məlumat == Acıdərə Şamaxı rayonu ərazisində dağ. Hündürlüyü 931 m.1. Şamaxı rayonunda eyniadlı çayın dərəsi. Şamaxı şəhəri kənarından başlayıb,Acıdərə kəndi yaxınlığında qurtarır.2. Qazax rayonunun şm.-q.-ində yarğan. Yaylacıq dağlarından cənub istiqamətdə ayrılan Dəmirdağ, İlanlıcadağ və Sacdağ yüksəklikləri ilə birləşir. Həmin yüksəkliklərin arasındakı dərə keçmişdə Böyük Acı adlanırdı. Oronim buradakı şor sulu bulaqlarla əlaqədardır. 3.
Acıçeşmə dağı
Acıçeşmə dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 2094,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Gilançayın sağ sahilində zirvə. Ələhi kəndindən 2,2 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Adı cənub yamacındakı acıtəhər dadı olan mineral bulaqla əlaqədardır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ələngəzdağ sinklinalının nüvə hissəsində yerləşir. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri müşahidə edilir.
Adi dazı
Adi dazı (lat. Hypericum perforatum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi dazı üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Hündürlüyü 30-60 sm, bəzən də artıq olur. Gövdəsi iki qabırğalıdır. Yarpaqları saplaqsız olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər, ovalşəkilli, bir qədər uzunsov və tam kənarlıdırlar. Yarpaqlarının üzərində çoxlu vəzilər vardır. 5 kasa və 5 taç yarpaqlarından ibarət olan qızılı-sarı rəngli çiçəkləri qalxanabənzər süpürgə çiçək qrupu əmələ gətirir. Ləçəklərinin kənarlarında nöqtə şəkilli qırmızı rəngli vəzilər yerləşir. Meyvəsi yumurtavari, üç yuvalı qırmızımtıl qəhvəyi rəngli çoxtoxumlu qutucuqdur.
Alacıdərə dağı
Alacıdərə dağı — Culfa rayonu ərazisində dağ (hünd. 799,5 m). Arazın sol sahilində, Gülüstan (keçmiş Cuğa) kəndindən 1,2 km cənub-şərqdədir. Zirvəsi və cənub-şərq yamacı Orta Eosen yaşlı Dərəlik lay dəstəsinin, şimal-qərb yamacı isə Alt Eosen yaşlı Arısu lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli, submeridional istiqamətli Cuğa antiklinalının maili cənub-şərq qanadında yerləşir.
Alagöz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. == Toponim == Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır.
Amuduq dağı
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Amundsen dağı
Amundsen dağı — Şərqi Antarktidada, Uilks Topağı ərazisində, Deman buzlağının şərqində, 67° 13' cənub enliyi və 100° 44' şərq uzunluqları arasında yerləşir. Dağ ilk dəfə 1912-ci ilin dekabrında Avstraliya Antarktika ekspedisiyası zamanı kəşf edilmişdir. Duqlas Mouson norveçli səyyah Raul Amundsenin şərəfinə adlandırmışdır.
Ara dağı
Qarnıyarıq dağı və ya Ara dağı (erm. Արա լեռ, translit. Ara ler) — Ermənistan ərazisində yerləşən sönmüş vulkan. Zirvə hazırda Ara olaraq adlandırılır. İnzibati baxımından Araqacotn mərzi ərazisində, Kotayk mərzi ilə sərhəddə yerləşir. Zirvə Zəngiçay və Abaransuçay arasında qərarlaşır. Vulkanik zirvənin hündürlüyü 2577 metrə bərabərdir. Vulkan halqaya bənzər kraterə malik olub, düz olmayan konusludur. Dağda faydalı qazıntılardan adnezitobazalt və andezit mövcuddur. == Flora == Qarnıyarıq dağını yerləşdiyi ərazi yarımsəhra iqliminə malikdir.
Aracı dağı
Aracı dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 3071,6 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın Şahbuzçay və Əlincəçayın Ərəfsəçay qollarının mənbə hissəsində, Keçili kəndidən 6,5 km şərqdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli uzunsov ştok formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir.
Arsia dağı
Arsia dağı — Marsda vulkan. Planetin ekvatora yaxınlığında Tharsis çöküntüsündə üç vulkan Tharsis cənubunda yerləşir. Şimalına Pavonis dağı , şimaldan isə Askraus dağı yerləşir. Günəş sistemindəki ən yüksək vulkan, Olmpus Dağı, şimal-qərbindədir. Onun adı Giyovanni Siparelli tərəfindən ardıcıl Roman Arsiya Silvanın meşəsindən sonra adını verdiyi bir xəritədə müvafiq albedo xüsusiyyətindən gəlir. == Quruluş == Arsia Dağı zirvəsində nisbətən aşağı yamacda və kütləvi olan bir qalxan vulkandır. Üç Tarsis dağı vulkanının cənub hissəsi ekvatorun cənubundakı yeganə böyük Tarsis vulkanıdır. Vulkan 435 kilometr (270 mil) diametri, təxminən 20 km (12 mil) yüksək (ətrafdakı ovalardan 9 kilometr (5,6 mil) yuxarıda) ) və zirvə 110 km (72 mil) geniş. Zirvədə 107 Paskaldan aşağı atmosfer təzyiqi aşağı olur. Olmpus dağı istisna olmaqla, həcm baxımından ən böyük bilinən volkan.
Arvan dağı
Arvan dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1280,0 m). Müasir relyefda iki konusvari yüksəklik əmələ gətirir.
Arxac dağı
Arxac dağı – Babək rayonu ərazisində dağ (hünd. 1094,4 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənar hissəsində, Nehrəm kəndindən 4,3 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinin alt hissəsinə aid Alt Dərəlik yarımlay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş, sıldırımlı cənub-qərb yamaclarında Üst Tabaşirin Turon mərtəbəsinin alt hissəsinə aid eyniadlı lay dəstəsinin vulkanogen törəmələri açılan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Arısu dağı
Arısu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1404,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə. Əylisçayın sağ sahilində, Aşağı Əylis kəndindən 1,5 km şimal-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təskil olunmus konusvari yüksəklikdir. Ilkin subhorizontal yatımlı süxur qatlarının neotektonik mərhələdə dizyunktiv deformasiyalar təsirindən bloklara parçalanması və sonradan aşınması nəticəsində əmələ gəlmiş geomorfoloji obyektdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin ucqar cənub-şərqində müşahidə edilən asimmetrik quruluşlu eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Cənub-qərb yamacında Alt Eosen (Arısu lay dəstəsi) və Üst Paleosen (Ordubad lay dəstəsi) yaşlı süxurlar eyniadlı şimal-qərb istiqamətli dərinlik qırılması boyu tektonik təmasa gətirilmişdir.