Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daryarpaq dəvəqıran
== Təbii yayılması: == Türkiyədə təsvir edilmişdir. == Botaniki təsviri: == 2,5-5 sm hündürlüyündə olan alçaqboylu kolcuqdur. Yarpaqları xırda, dairəvi, qalın, oturaq, pərdəvari yarpaqaltlığı tünd yaşıl, ətli, dərivari, neştərvarı-xətvarı və ya xətvari, uzunluğu 1,5-4 sm, eni 1,5-3 mm-dir. Çiçəkləri buğumları olan qısa çiçək saplağında yerləşməklə iki-iki və ya üç-üç, ağ pərdəvari yarpaqaltlığı qoltuqdan çıxır və dalğavari oxa malik olan sünbülvarı salxım əmələ gətirir. Çiçəkyanlığı bəsit, tökülməyən, 4-5 bölümlü, 2 xarici hissəsi xırda, meyvələrdə aşağı qatlanır, daxili hissələri isə daha iridir. Erkək çiçəkləri 6 və ya 8, qaidə hissələri bitişərək vəzili halqa əmələ gətirir. Yumurtalığı üst, biryuvalı, birtoxumlu, mərcivari, basıq və ya üçtilli, sərbəst və ya qaidə hissələri bitişik olan, 2-3 qısa başcıqvari, dişicik ağızlıdır. Çiçəkyanlığı ağ, çəhrayı-qırmızı və ya çəhrayı rəngli, sonralar kənarları qonurlaşır. Fındıqcığı üçtilli, tilləri küt, şişuclu, çılpaq, qara və ya boz, hamar və parlaqdır. Aprel-may aylarında çiçəkləyir.
Daryarpaq iydə
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Daryarpaq mahmızlalә
Daryarpaq alma
Daryarpaq alma (lat. Malus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Daryarpaq pirakanta
Daryarpaq pirakanta (lat. Pyracantha angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Cənubi Çindir. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, budaqları iynəli koldur. Yarpaqlarının uzunluğu 5 sm-ə qədər olub, ensiz-uzunsovdur, əsasən, küt uclu, kənarları bütöv, üstü əvvəlcə tüklü olub, sonradan çılpaqlaşır. Çiçəklərinin diametri 0,8 sm-dir və ağ rənglidir. Meyvələrinin diametri 0,6-0,8 sm olub, şar şəkillidir, narıncı və ya qırmızı rəngdədir. Toxumla çoxaldılır. == Ekologiyası == Quraqlığa davamlı, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir.
Daryarpaq mahmızlalə
Daryarpaq mahmızlalә (lat. Corydalis angustifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-15 (20) sm, gövdəsi sadə və ya nazik tək budaqlı çoxillik ot bitkisidir. Kök yumruları kiçikdir, diametri 7-15 mm olub, şarşəkillidir, bərkdir və boz-qonur rəngdədir. Yarpaqlarının sayı 2 ədəddir, kifayət qədər uzun saplaq üzərində yerləşmişdir, uzunsov-xətvari dilimləri olan, ikiqat üçərdir. Çiçəkləri qısa, seyrək, azçiçəkli salxımda toplanmışdır. Çiçəkaltlığı üç bölümlüdür. Çiçək tacı ağ və ya tutqun-sarı rəngdədir, uzunluğu 20-23 mm-dir; mahmızları kifayət qədər nazikdir, düz və kütdür. Qutucuq xətvaridir, uzunluğu 25 mm-ə qədərdir, 2-3 dəfə çiçək saplağından uzundur. Aprel ayında çiçəkləyir.
Daryarpaq ölməz kol
Daryaraq səna
== Təbii yayılması == Afrika və Hindistanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan çoxillik, tropik yarımkoldur. Gövdəsi düz dayanan, budaqları yuxarıya doğru yönəlmişdir. Az şaxələnən, torpağın dərin qatlarına gedən mil kök sisteminə malikdir. Yarpaqları növbəli, cütlələkvari, 4-8 cüt ensiz, 20-yə qədər yumurtavari-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların kənarları bütöv, ucu biz, dərili, uzunluğu 3-4 sm, eni 0,5-1 sm, qısa saplaqlıdır. Avqust ayında çiçəkləyir. Çiçəkləri bir az əyri, iri, qızılı-sarı, salxımşəkilli çiçək qrupunda yığılmışdır. Ləçəkləri sarıdır. Paxlası oraqvari, əyri, dərivari, yastı, hamar, uzunluğu 5,5 sm, eni 2,5 sm, tünd qonur rəngli, çoxtoxumludur.
Dikyarpaq
Dikyarpaq (lat. Agriophyllum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Dazıyarpaq topulqa
Dazıyarpaq topulqa (lat. Spiraea hypericifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın Avropa hissəsində, Qərbi və Şərqi Sibirin cənubunda, Qafqaz, Türkiyə, Çin, Monqolustanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan, düz dayanan, əyilmiş budaqlı, uzunömürlü koldur. Yumurtavari və ya lansetvari yarpaqları çox xırda, uzunluğu 3,5 sm-dək, eni 1,5 sm-dəkdir. Yarpaqların rənginin üstü boz-yaşıl, alt tərəfi açıq və ya göyümtül-yaşıldır. Mayın axırlarından təxminən 2 həftə diametri 5-7 sm, kiçik çiçək saplaqlarında 4-10 ağ çiçəkdən ibarət çətir çiçək qrupları olur. Ucunda 2-dən 5 dişiciyədək vardır. Meyvələri iyulda yetişir. 4 yaşından çiçəkləyir.
Dördyarpaq çadırçiçəyi
Düzyarpaq gəvən
Astragalus mercklinii (lat. Astragalus mercklinii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanda Talaqon dərəsində tapılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-40 sm, çətirinin diametri 80 sm olan, sıxbudaqlı, yastıq əmələ gətirən, yarpağını tökən, tikanlı koldur. Tikanları 4-13 sm uzunluqda, möhkəm və yaxud çox oraqvarı əyilmiş, cavanları açıq sarımtıl rəngli olub, yuxarıya meyillidir. Yarpaqaltlıqları cavan vaxtında 1 sm uzunluqda, keçəvari tüklü, darçını rəngdə, sarımtıldır, sonradan azca əyilir. Yarpağı 3-5 cüt, yarpaqcıqları uzunsov- neştərvari, hər iki tərəfdən sıxılmış, tikanlı, keçəvaridir. Çiçəyi sarı, hər yarpağın qoltuğundan 5-7 ədəd çıxaraq, uzunsov, bəzən yumurtavari, 3-5 (8) sm uzunluqda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvari, uzun, ucu şiş, üzəri ağ, keçəvari tüklü, kasacığa bərabərdir. Kasacığı qalın, ağ tüklü olub, 8 mm uzunluqda dişləri vardır.
Tamyarpaq ağəsmə
Tamyarpaq ağəsmə (lat. Clematis integrifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Ağyarpaq qovaq
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Tamyarpaq yalançı sabunağacı
Tamyarpaq yalançı sabunağacı (lat. Koelreuteria integrifoliola) Çində və Kоrеyada yayılmışdır. Hündürlüyü 10 m-dən yuxarı, yaraşıqlı, tükcüklü, sonradan çılpaqlaşan zoğlu, yarpağını tökən ağacdır. Yarpaqları 35 sm-dək uzunluqda, iri, tam kənarlı, cüt lələkvaridir. Yarpağın əsas oxu 3-4 yerə şaxələnmişdir. Xırda yarpaqları uzunsov- yumurtavari və ya uzunsov- ellipsvari, ucu biz, bünövrəsi pazşəkilli və ya yumru, kənarları bütöv və ya zəif inkişaf etmiş dişcikli olub, uzunluğu 7-10 sm və eni 3-4 sm-ə çatır. Çiçəkləri süpürgə çiçək qrupunda tоplaşmışdır Süpürgələri iri, təxminən yarpaqlarla eyni uzunluqdadır. Qutucuğu ellipsvari- yumurtavari, uzunluğu 3 sm, eni 2 sm, ucu yumrudur. Tоxumla çоxaldılır. Tоrpağa az tələbkar, quraqlığa və şaxtaya davamlıdır.