Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Delfi
Delfi — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbədir. Antik çağlarda Yunan xalqları üçün əhəmiyyətli bir dini mərkəz idi.
Dilçi
Dilçi, dilşünas və ya linqvist – insanların danışdıqları dillərin mənşəyi, quruluşu, konkret dillərin formal və qrammatik nəzəriyyələrinin qurulması, dillərin izahlı lüğətlərinin, dillərarası və digər xüsusi təyinatlı lüğətlərin hazırlanması ilə məşğul olan şəxs. 8-ci əsrdə Xəlil ibn Əhməd ərəb dilinin qrammatikasını və izahlı lüğətini yazmış (Kitabu`l-Ayn), ərəb dilinin bu günə qədər də bənzəri olmayan ensiklopediyasını yaratmışdı. Mahmud Qaşqarlı "Divanü Luğat-it-Türk" əsəri ilə türk dilçiliyinin və ümumiyyətlə türkşünaslığın əsasını qoydu (1073–1077-ci illər arasında yazıldığı güman edilir). Ərəb dilçiliyinin görkəmli nümayəndələri sırasında Xətib Təbrizi nin (1030–1146) xüsusi yeri var. 13-cü əsrdə yaşayıb yaratmış İbni Mühənna türk-fars-monqol lüğəti yazmış, mütəxəssislərin fikrincə sonralar Azərbaycan türkcəsi adlanacaq dilin xüsusiyyətlərini də öz əsərində göstərmişdir. Hinduşah Naxçıvani (1275–1329) də ərəb və fars dillərini cəlb etməklə Azərbaycan türkcəsinin izahlı lüğəti sahəsində maraqlı lüğətin müəllifi kimi tanınmışdır. Kazan və Peterburq universitetlərinin professoru, görkəmli şərqşünas Mirzə Kazım bəy (1802–1870) "Türk-tatar dilinin ümumi qrammatikası" kitabı (1839, 1848) Avropa üsullu ilk dolğun dərslik olmuş, eyni zamanda türkologiyanın ən dəyərli əsərlərindən biri olaraq qəbul edilmişdir. Müasir dövr türk xalqları dilçiləri arasında Azərbaycandan Türkiyəyə köç etmiş Əhməd Cəfəroğlunun xüsisi yeri var. Avropada dilçilk elmi 18-ci əsrdə ciddi inkişaf yoluna qədəm qoymuşdur. Məhz bu dövrdə dilçiliyin nəzəri əsasları üzərində tədqiqatlar başlanılmış, böyük lüğətçilik ənənəsinin əsası qoyulmuşdur.
Deli
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.
Duel
Duel — iki şəxs arasında olan mübahisənin silahla həll edilməsi. Duel əsasən şərəf, namus və ya millət kimi anlayışlara qarşı açıq və ya dolayı təhqir edildiyi zaman XIX əsr kübar mühitində geniş istifadə edilmişdir. Məşhur insanlarda duel döyüşlərində iştirak etmişlər. Dahi rus şair Aleksandr Puşkin dueldə öldürülmüşdür. Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr isə duel nəticəsində ağır yaralanmışdır. Qədim dövrlərdə qəbilələr arasında olan mübahisələrin həll edilməsində dueldən çox istifadə edilirdi. Həmin duel döyüşləri müasir döyüşlərdən xeyli fərqlənirdi. Əsas fərq ilk duel döyüşləri zamanı odlu silahdan istifadə edilmirdi. Hər iki qəbiləninin rəisi və ya fiziki baxımdan ən sağlam olan şəxsin iştirakı ilə keçirilən döyüşlərdə soyuq silahdan istifadə edilib, edilməməsi əvvəlcədən müəyyənləşirdi. Tərəflər arasında mübarizə bir tərəfin digərini tam məğlub edib, sonda ölürməsinə qədər davam edirdi.
Elçi
Elçi bu mənaları ifadə edə bilər: Elçi — oğlan yaxud onun yaxınları tərəfindən qızı istəmək üçün onun evinə göndərilən şəxs və ya şəxslər. Səfir və ya elçi — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək dərəcəli diplomatik nümayəndəsi.
Delfi arabaçısı
Delfi arabaçısı (yun. Ἡνίοχος, cilov sahibi) — Qədim Yunanıstandan bu dövrümüzə gəlib çıxmış heykəldir və qədim tunc heykəltəraşlıq nümunəsidir. Heykəltəraşın adı məlum deyil, lakin stilistik səbəblərə görə heykəlin Afinada hazırlandığını iddia edirlər. Onun Afina mənşəli olduğu bilinən Pirey Apollon heykəli ilə müəyyən oxşarlıqları var. Heykəl Yunanıstanın Delfi şəhərində Siciliyadakı tiran Gelalı Polizalın və onun arabasının eramızdan əvvəl 478 və ya 474-cü illərdə Delfidə Pithean Apollonun şərəfinə keçirilən Pif Oyunlarında qazandığı iki qələbədən birinin xatirəsinə ucaldılıb. .
Delfi metodu
Delfi metodu və ya delfi texnikası informasiyanın toplanmasının ekspert qiymətləndirmələri metodlarından biridir. Birinci mərhələdə tədqiq edilən problem üzrə işçi qrupu yaradılır və onlar məntiqi əsaslandırmalarla tədqiq edilən problemə dair hipotezalar irəli sürür və onun əsasında ekspertlərin qiymətləndirəcəyi sualları özündə əks etdirən anket hazırlayırlar. İkinci mərhələdə həmin anket müəyyən kriteriyalara uyğun olaraq seçilmiş ekspertlərə təqdim edilir. Hər bir ekspert bir-birindən xəbərsiz anketlərdə qoyulmuş sualları müəyyən bal şkalasına uyğun olaraq qiymətləndirir. Ekspertlərin verdikləri qiymətlər atributiv və ya kəmiyyət əlamətlərinə görə sıralanır. Hər bir sual üzrə orta qiymət, meddiana və kvartili (birinci və üçüncü kvartili) hesablanılır. Birinji və üçünjü kvartilinin qiymətləri intervalına uyğun gəlməyən cavablar nəzərdən keçirilmir. Kvartilinin qiymət intervalına daxil olan cavablar əsasında verilmiş qiymətlərin dispersiyası hesablanılır. Dispersiyanın kənarlaşma səviyyəsinin sıfıra yaxın olması verilmiş qiymətlərin cavablarının reprezentativliyini xarakterizə edir. Üçüncü mərhələdə cavabları kvartilinin qiymət intervalına uyğun gəlməyən ekspertlərin suallara verdikləri cavabların qiyməti və onların rəyləri verdikləri qiymətldər kvartilinin qiymətləri intervalında yerləşən ekspertlərə təqdim edilir.
Edmund Delli
Edmund Delli — Amerika hərbçisi, polkovnik, mühəndis. Birinci dünya müharibəsi (1914-1918) dövründə Şərur və Naxçıvan mahallarında yaradılmış müttəfiq idarəçiliyi zonasına Antanta dövlətlərinin Ermənistandakı ali komissarı, amerikalı polkovnik V.Haskel tərəfindən təyin edilmiş qubernator. 1919-cu il oktyabrın 23-də vəzifəsinin icrasına başlayacağı bildirilsə də, yalnız Naxçıvanın deyil, bütün İrəvan quberniyasının türk-müsəlman əhalisi Haskelin bu təyinatına qarşı çıxdı. 1919-cu il oktyabrın ortalarında Haskel Parisə çağırılmış, onun müavini polkovnik Ceyms Rey isə neytral zona məsələsini müzakirə etmək üçün Bakıya getmişdi. Oktyabrın 24-də o, Naxçıvana gələrək, Haskelin bəyanatını elan etmiş və bu bəyanata uyğun olaraq, Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund L.Dellinin qubernator təyin edilməsi haqqında sərəncam imzalamışdı. Lakin bundan narazı qalan Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə Ceyms Rey qərarını dəyiş məli olmuş, polkovnik Edmund L.Delli Naxçıvanda general-qubernator kimi deyil, ali komissarın nümayəndəsi kimi qalmışdı. Ermənistanda olan ABŞ zabitlərinin noyabrda Edmund L.Delliyə köməyə gəlməsi Naxçıvan və Şərur əhalisinin narazılığını daha da artırmış və Delli ona köməyə gəlmiş zabitləri yenidən İrəvana qaytarmağa məcbur olmuşdu. Amerikalılar 1920-ci ilin yanvarında Şəruru və Naxçıvanı tərk etmişdilər. Naxçıvanda Amerika general-qubernatorluğu Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
Luici Pulçi
Luici Pulçi (15 avqust 1432, Florensiya – 11 noyabr 1484, Padova) — XV əsr italyan şairi. Lorenso Mediçi və Ancelo Politsiano ilə birlikdə Luici Pulçi (1432–1484) Kvatroçento dövrünün Florensiya şairlərinin triumviratını (üçlük) təşkil edir. Bu şairin ən məşhur əsəri olan "Nəhəng Morqante" — yeni tipli epopeya Lorenso Mediçinin via Larqa adlı malikanəsində yazılmışdır. Görkəmli italyan şairi Luici Pulçi qədim qvelf ailəsində anadan olmuşdur. Gənc yaşlarından başlayaraq o, taleyini Mediçi ilə bağlamışdır. 1467-ci ildə Pulçi diplomatik missiya ilə Pizaya, sonra isə Neapol kralının sarayına getmiş, burada araqonluları türklər əleyhinə ittifaq bağlamağa dəvət etmişdir. 1473-cü ildə o, Lukretsiya dela Albitsi ilə evlənmiş, ancaq bu da onun narahat həyatına təsir etməmişdir. Onun səfərləri davam etmiş, bu səfərlərin birində o, Paduyada vəfat etmişdir. L.Pulçi öz gücünü müxtəlif janrlarda sınamışdır. O, 1469-cu ildə Lorensonun yarışda qələbəsi şərəfinə "Kostra Lorenso" adlı poema yazmışdır.
Cüli Delpi
Cüli Delpi (ing. Julie Delpy; 21 dekabr 1969, XIV arondisman (Paris)) — fransız-amerikalı aktrisa, rejissor, bəstəkar və müğənni. O, Nyu-York Universitetinin nəzdində olan Tiş İncəsənət Məktəbində kino təhsili alıb. Cüli o vaxtdan bəri 30-dan çox filmə çəkilib. Onun diqqətəlayiq əsərlərindən bəziləri "Europa Europa", "Voyager", "Three Colours: White", "Əvvəl" trilogiyası, "An American Werewolf in Paris" və "2 Days in Paris" filmləridir. Cüli üç "Sezar", iki "Onlayn Film Tənqidçiləri Cəmiyyəti" və iki "Oskar" mükafatına namizəd olub. O, 1990-cı ildə ABŞ-a köçmüşdür. 2001-ci ildə ABŞ vətəndaşı olmuşdur. Cüli Delpi Parisdə anadan olub. Albert Delpi və Mari Pilletin yeganə övladıdır.
Delfi orakulu
Delfi orakulu (yun. Μαντείο των Δελφών), həmçinin Pifiya (yun. Πυθία) — Fokisdə Parnas dağının cənub yamacının ətəyində yerləşən Delfidə Apollon məbədindəki orakul. Qədim yunan mifologiyasına görə, o, Apollonun özü tərəfindən dəhşətli ilan Pithon üzərində qələbə qazandığı yerdə qurulmuşdur. Nominal olaraq əsas şəxsin keşiş ( Pythia ) olduğu, lakin əslində bütün proqnozların onu təfsir edən məbəd kahinləri tərəfindən tərtib edildiyi Delfi kahinləri ellin dünyasındakı əsas kahinlərdən biri idi. Görünüşü Mikena dövrünə, son yoxa çıxması isə eramızın 4-cü əsrinə aiddir. Orakul eramızdan əvvəl 7-5-ci əsrlərdə çiçəkləndi: Qədim Yunanıstan tarixinin arxaik və klassik dövrlərində . Delfi kahini Apollonik müdrikliyin simvolu idi .
Gül Dueti
Gül dueti (fr. Duo des fleurs) – Leo Delibin 1883-cü ildə yazdığı "Lakme" operasının ən məşhur hissələrindən biri. Bu duet operanın birinci pərdəsində Lakme və onun xidmətçisi Mallika tərəfindən ifa edilir və opera musiqisinin ən tanınmış duetlərindən biri kimi qəbul edilir. Duet sopranolar üçün yazılmış harmonik və lirik bir parça olaraq, Delibin melodik zövqünü və təbiət təsvirini nümayiş etdirir. Mahnının başlanğıcında Lakme və Mallika arasında dialoq, təbiətin gözəlliyini tərənnüm edən yumşaq və axıcı melodiyalarla səslənir. Mahnının mətni əsasən çiçəklərin gözəlliyini və göl kənarında keçirdikləri sakit anları təsvir edir.
Arif Hüseynov (dilçi)
Arif Rza oğlu Hüseynov (26 iyul 1944, Gədəbəy rayonu) — Azərbaycan dilçisi, filoloqu, germanist, filologiya üzrə fəlsəfə doktoru, professor. Arif Hüseynov 1944-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində müəllim ailəsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin İngilis dili şöbəsinə daxil olmuş, həmin İnstitutu 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmiş və Elmi Şuranın qərarı ilə həmin İnstitutda müəllim kimi saxlanmışdır. O vaxtdan bu günə kimi taleyini Dillər İnstitutunun (indi isə Dillər Universitetinin) İngilis dilinin qrammatikası kafedrası ilə bağlamışdır. 1963–1966-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1980-ci ildə T. Q. Şevçenko adına Kiyev Dövlət Universitetində müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib. 1983–1993-cü illərdə 3 №-li İngilis dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. German və ümumi dilçiliyə dair 40-a yaxın çap olunmuş məqalə və tezisləri var. Onun rəhbərliyi altında 2 nəfər müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. 1 nəfərin elmi məsləhətçisi olub.
Cəfər Cəfərov (dilçi)
Cəfər Mehdi oğlu Cəfərov (22 dekabr 1904–8 dekabr 1968) — dilçi, tərcüməçi. Cəfər Mehdi oğlu Cəfərov 22 dekabr 1904-cü ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 1912–1917-ci illərdə Bakı şəhəri A. P. Yemilyanov adına gimnaziyada, 1918–1920-ci illərdə Bakı şəhəri IV kişi gimnaziyasında orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunun Mühəndislik fakültəsinə daxil olub, lakin müəyyən səbəblərdən təhsilini Almaniyada davam etdirib. 1922-ci ildə Almaniyanın Berlin Universitetinin nəzdində fəaliyyət göstərən Alman dilinin Tədrisi İnstitutuna daxil olub, burada təhsilini bitirdikdən sonra Berlin Kommersiya İnstitutunda təhsilini davam etdirib və buranı 1926/27-ci illərdə bitirib. 1927-ci ildə hərbiyə cəlb olunub. 1937-ci ildə Təkminləşdirmə İntitutunun nəzdində fəaliyyət göstərən Xarici dil müəllimlərinin hazırlanması üzrə kurs keçib. 1937-ci ildən V. İ. Lenin adına APİ-nin Xarici dillər fakültəsində çalışıb. 1941–1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yenidən V. İ. Lenin adına APİ-də pedaqoji fəaliyyətini davam etdirib.
Firudin Hüseynov (dilçi)
Firudin Hüseyn oğlu Hüseynov (10 noyabr 1937, Novoivanovka, Gədəbəy rayonu – 28 noyabr 2004, Bakı) — rus dilçiliyi üzrə tanınmış alim, filologiya üzrə elmlər doktoru (1979), professor (1983), Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kafedra müdiri, prorektor, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda rektor vəzifələrində işləmişdir. Azərbaycan elmi və təhsilinin inkişafında böyük rolu vardır. O, Azərbaycanda, SSRİ məkanında tanınmış dilçi alimlərdən biri olmuşdur. Rus dilçiliyi üzrə tanınmış məşhur alimlər - akademik B.L.İmnadze, akademik - N.M. Şanski, pofessorlar -V.P.Jukov,V.M.Makiyenko və başqa dilçilər Firudin Hüseynovun əsərlərinə böyük qiymət vermişlər. 10 noyabr 1937 – ci ildə Azərbaycan SSR Gədəbəy rayonu Novoivanovka kəndində anadan olmuşdur. 28 noyabr 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir. 1955-ci ildə Novoivanovka orta kənd məktəbini əla qiymətlərlə başa vurmuşdur. 1960-cı ildə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, institutda "Stalin" adına təqaüd almışdır. 1960-cı il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa vurmuşdur.
Məhəmməd Həsənov (dilçi)
Məhəmməd Həsənov (20 mart 1930, Daşkəsən, Qaryagin qəzası – 1 iyul 1998) — Bakı Dövlət Universitetində professor. 1930-cu il martın 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1946-cı ildə Qaryagində (indiki Füzulidə) Pedaqoji texnikumu əla attesttla, 1953-cü ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda, M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) işləmişdir. 1973-cü ildən ömrünün sonuna qədər isə Bakı Dövlət Universitetində çalışmışdır. Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru idi. 1962-ci ildə "V sinifdə sifət bəhsinin tədrisi" mövzusunda namizədlik, 1989-cu ildə isə "Azərbaycan dili sintaksisi tədrisinin linqvistik-didaktik əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, bir sıra elmi əsərlərin redaktoru, N. Tusi adına APU-nun "Elmi əsərlər" məcmuəsinin redaksiya heyətinin üzvü idi.
Nadir Abdullayev (dilçi)
Abdullayev Nadir Əziz oğlu (15 avqust 1935, Qaraman, Göyçay rayonu – 26 dekabr 2022, Bakı) — elmlər doktoru, professor, filoloq-dilçi, metodist, pedaqoq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Qabaqcıl təhsil işçisi. Abdullayev Nadir Əziz oğlu 1935-ci il avqust ayının 15-də Göyçay rayonunun Qaraman kəndində anadan olmuş, natamam orta təhsilini həmin kənddəki yeddiillik məktəbdə almışdır. Atası Əziz Qafur oğlu Abdullayev Kürdəmir rayonu Mollakənd orta məktəbində kimya-biologiya müəllimi və məktəb direktoru işləmişdir. İkinci Dünya müharibəsində hərbi xidmətə çağırılmış və cəbhədə həlak olmuşdur. Anası İsmət xanım Bakı şəhərində, tanınmış ziyalı və iş adamı, bir çox mülklərin və ticarət binalarının sahibkarı, məşhur tacirbaşı Rzanın ailəsində anadan olmuşdur. 1920-ci ildə Bakıda fəaliyyət göstərən Müəllimlər Seminariyasını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirən İsmət xanım, təyinatla Göyçay rayonunun Qaraman kənd məktəbində müəllim işləmiş, bu kənddə Əziz Abdullayevlə ailə qurmuşdur. Həyat yoldaşı Əziz müharibəyə gedib həlak olduqdan sonra İsmət xanım iki oğlunu böyütmüş, onlara savad vermiş və ali təhsil almalarına şərait yaratmışdır. Nadir Abdullayev 1950-ci ildə Qaramanda yeddiillik məktəbi bitirdikdən sonra 1950–1954-cü illərdə Göyçay Pedaqoji Texnikumunda təhsil almış, 1954-cü ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix-filologiya fakültəsinə daxil olmuşdur. 1959-cu ildə ali təhsilini tarix və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirdikdən sonra iki il Sumqayıt peşə məktəbində müəllim işləmişdir.
Nadir Məmmədli (dilçi)
Nadir Məmmədli (tam adı: Nadir Baloğlan oğlu Məmmədov; 19 sentyabr 1959, Bülbülə) — Azərbaycan alimi və naşiri; filologiya elmləri doktoru (2001), professor (2004); AMEA Dilçilik İnstitutunun baş direktoru (2021); Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Nadir Məmmədli 19 sentyabr 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində doğulub. 1977-1979-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olub. 1997-ci ildə ailə həyatı qurub. Və 1998-ci ildə Ülya adında qızı dünyaya gəlib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik Fars dili şöbəsini əla qiymətlərlə bitirib. 1989–1992-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda təcrübə keçib. 1992–1994-cü illərdə Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb. Həmçinin İran İslam Respublikasının Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində də təcrübə keçib. 1985–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyib, 1992-ci ildən bu günədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında çalışır.
Nikolay Andreyev (dilçi)
Nikolay Dvbnhbyeviç Andreyev (rus. Николай Дмитриевич Андреев, 16 fevral 1920 — 15 noyabr 1997) — Sovet və Rusiya dilçisi. N.D. Andreyevin 1986-cı ildə çap etdirdiyi "Ranne-indoevropeyskiy praəzık" əsəri yalnız Hind-Avropa dillərini deyil, müəllifin Ural və Altay dilləri adlandırdığı dilləri də əhatə edir. Bu dillər boreal (lat. boreus – şimal) yerləşmə əsasında tədqiqata cəlb edilmiş, Ural ətrafı və Altay səmtində yaşayan xalqların -tunqus və mancurların dilləri də əhatə olunmuşdur. Yunan, fin, sanskrit, evenk, latın, litva, nanay, eston, Avesta, qot, xantı, oroç, xett, qədim alman, nehid, qədim slavyan, ulç, oroq, Veda, udagir, erməni və s. dillərdən gətirilən faktlar göstərir ki, müəllifin müqayisə dairəsi Hind-Avropa dilləri ilə məhdudlaşmamışdır. Bu dillərin bir qismi Tunqus-Mancur dil ailəsinə aiddir (nanay, evenk,ulç, oroq, nehid və s.). Müəllifin tədqiqat, müqayisə, uyğunlaşdırma üsulu da maraqlıdır. Müəllif 203 kök sözün etimoloji müqayisəsi əsasında bu qənaətə gəlmişdir ki, "Mövcudluğunun başlanğıc mərhələsində erkən Hind-Avropa (EHA) ulu dili boreal ulu dil (BUD) daxilində müstəqil qol kimi ayrılaraq, uzun müddət boreal ulu dil tipologiyasından aldığı irsi tam şəkildə saxlamışdır." A.S.Melniçuk "Dünya dillərinin ümumi qohumluğu haqqında" məqələsi ilə buşmenlərin və huttentotların dillərindən başqa, Yer üzündəki bütün dil ailələrinin qohumluğunu, bir kökdən, bir ulu dildən törəmiş olduğunu daha əsaslı şəkildə, orijinal bir üslubda sübuta çalışmışdır.
Tofiq Hacıyev (dilçi)
Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — azərbaycanlı dilçi alim, filologiya elmləri doktoru (2003), professor (2013). Tofiq Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub. 1965-1975-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbdə təhsil alıb. Ali təhsilini 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. Tofiq Hacıyev əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. O, 1975-1976-cı illərdə Neftçala Rayon Tikinti İdarəsində fəhlə işləyib. Daha sonra 1987-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında baş laborant olaraq fəaliyyət göstərib. 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının metodikası kafedrasında müəllim və baş müəllim kimi çalışıb. 1994-2005-ci illərdə yenə həmin universitetin Azərbaycan dilçiliyi kafedrasının dosenti olub. Tofiq Hacıyev Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini vəzifəsini 1994-2000-ci illərdə yerinə yetirib.
Zahid Quliyev (dilçi)
Zahid İsfəndiyar oğlu Quliyev (21 dekabr 1936, Qubadlı – 18 fevral 2016, Bakı) — Dilçilik elimləri doktoru, professor. Zahid Quliyev 21 dekabr 1936-cı ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Natamam orta təhsilini Mahmudlu kəndində, orta təhsilini isə Qubadlı qəsəbəsində alıb. 1959-cu ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun Alman dili fakültəsini bitirib. Əmək fəaliyyətinə Duvanlı qəsbəsindəki orta məktəbdən başlayıb. Əvvəl müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib. 1962-ci ildə bitirdiyi İnstituta qayıdaraq əmək fəaliyyətini davam etdirib. Baş müəllim, dekan müavini, dekan və 10 il kafedra müdiri olub. 1990-cı ildən Azərbaycan Dillər Universitetinin Roma-German filologiyası fakültəsinin dekanı işləyib. Zahid Quliyev 1973-cü ildə "Tədrisin ilk mərhələsində şagirdlərə almanca danışığın öyrədilməsi metodikası" mövzusunda namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.
Deli (mahnı)
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.
Nyu Deli
Dehli (hind. दिल्ली, pənc. ਦਿੱਲੀ, urdu دِلّی‎, ing. Delhi, köhnə adı Şahcahanabad) — Hindistanın böyüklüyünə görə ikinci böyük şəhəri (Mumbaydan sonra), Hindistanın ittifaq ərazisi statusuna malikdir (Dehli milli paytaxt dairəsi). Hindistanın şimaında Yamuna çayının sahilində yerləşir.
Ueli Maurer
Ueli Maurer (1 dekabr 1950, Vetsikon[d]) — İsveçrə Maliyyə departamentinin üzvü; İsveçrə Konfederasiyasının Prezidenti.
Ulçi dili
Ulçi dili — ulçilərin dili. Tunqus-mancur dillərinə aiddir. Rusiyanın Xabarovsk diyarının Uliç rayonunda yayılıb. Rusiyada 2010-cu ildə danışanların sayı — 154 nəfər idi. 2002-ci ildə isə danışanlar 732 nəfər idi. Uzun müddət uliç dili nanay dilinin dialekti hesab edilirdi, 1990-cı illərdən öz əlifbasını və ayrı dil statusunu alıb. İbtidai məktəbdə dərslər keçilir, tədris ədəbiyyatı var. «Амурский маяк» rayon qəzetində materiallar dərc edilir. Bədii dili formalaşmayıb. İlk dəfə dil üçün əlifba variantı latın qrafikası əsasında hazıtlansa da qəbul edilməmişdi Aşağıdakı hərfləri ar idi: A a, ā, B в, C c, D d, Ӡ ӡ, E e, ē, Ә ә, ә̄, F f, G g, H h, I i, ī, J j, K k, Ǩ ǩ, L l, M m, N n, Ņ ņ, Ŋ ŋ, O o, ō, P p, R r, S s, T t, U u, ū, Ụ ụ, ụ̄, W w.
Agrostis dulcis
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Düləbi (Sərdəşt)
Düləbi (fars. دوله بي‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (17 ailə).
Euseius querci
Euseius querci (lat. Euseius querci) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Garcinia dulcis
Garcinia dulcis (lat. Garcinia dulcis) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Phyla dulcis
Phyla dulcis (lat. Phyla dulcis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin phyla cinsinə aid bitki növü.
Prunus dulcis
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara. Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar.
Vilfa dulcis
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Dülcin (Xudabəndə)
Dülcin (fars. دولجين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (73 ailə).
Hovenia dulcis
Şirin hoveniya (lat. Hovenia dulcis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin hoveniya cinsinə aid bitki növü. Vətəni Yaponiya, Şərqi Çin, Koreya, Himalaydır. Hündürlüyü 10-20 m-dək olan ağacdır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. Ağ çiçəkləri çətirvari formada olub, yarpaq qoltuğunda və ya zoğun ucunda yerləşir. Şaxələnmiş çətiri, böyük, parlaq, tünd yaşıl yarpaqları, xırda, açıq sarı çiçək salxımları bitkiyə çox dekorativ görünüş verir. İyulda çiçəkləyir. Quru, çəyirdəkli meyvələri ətli meyvə saplaqlarının ucundan çıxır. Hoveniya toxum və qələmlərlə çoxalır.
Laurus dulcis
Cinnamomum burmanni (lat. Cinnamomum burmanni) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. Cinnamomum burmanni var. kiamis (Nees) Meisn.
Persea dulcis
Cinnamomum burmanni (lat. Cinnamomum burmanni) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. Cinnamomum burmanni var. kiamis (Nees) Meisn.
Stalagmitis dulcis
Garcinia dulcis (lat. Garcinia dulcis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Garcinia elliptica Choisy Xanthochymus dulcis Roxb. === Heterotipik sinonimləri === Stalagmitis dulcis Cambess.
Xanthochymus dulcis
Garcinia dulcis (lat. Garcinia dulcis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Garcinia elliptica Choisy Xanthochymus dulcis Roxb. === Heterotipik sinonimləri === Stalagmitis dulcis Cambess.
Dəli
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Foeniculum dulce
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Sueci Umehara
Sueci Umehara (梅原末治, Umehara Sueci, 13 avqust 1893, Osaka – 18 fevral 1983) – Yaponiya arxeoloqu. Sueci Umehara 1893-cü ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Kioto şəhərində yerləşən Doşişa orta məktəbini bitirdikdən sonra Kioto Universitetinin yenicə qurulmuş arxeologiya sərgisi zalında köməkçi kimi işləməyə başlamışdır. 1921-ci ildə Koreyadakı arxeoloji qazıntı yerlərinin araşdırılması üzrə yaradılmış komitədə işləmişdir. 1925–29-cu illərdə Avropada təhsil aldıqdan sonra Yaponiyaya qayıdaraq Kioto İnstitutunun Şərq Mədəniyyəti Akademiyasının üzvü və Kioto Universitetində mühazirəçi olmuşdur. 1939-cu ildə isə Kioto Universitetinin professoru olmuşdur. Umeharanın ilk maraq dairəsinə Yaponiya və Koreyadakı kofunları daxil idi Daha sonra qəbirlərdə tapılmış tunc güzgülər və Asiya qitəsinin tunc mədəniyyətini araşdırmağa başlamışdır. Güzgülərin Kofun dövrünün hökmdarları arasında yayılması barədə hipotezi Yaponiyadakı erkən siyasi həyatı başa düşməkdə kömək etmişdir. "Koday hoppokey bunbutsu no kenkyu" (1938, "Qədim şimal sivilizasiyaları üzrə araşdırmalar") "Şina kokoqaku ronko" (1938, "Çin arxeologiyası haqqında düşüncələr") "Nihon kokoqaku ronko" (1940, "Yaponiya arxeologiyası haqqında düşüncələr") "Çosen koday no bunka" (1946, "Qədim Koreya mədəniyyəti") Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z).