DUAÇI

is. köhn. Dua edən, birinə yaxşılıq, uzun ömür, səadət arzu edən adam. Borclunun duaçısı alacaqlıdır. ( Ata. sözü ).
Duaçınam, salma məni nəzərdən; Əskik olmayasan sənadan, Pəri! M.P.Vaqif.
[Xudayar bəy:] Bəlı, qazı ağa, əgər işi bir təhərnən yoluna qoysanız, biz sizə, duaçı olarıq. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DUAÇI DUAÇI (dua edən adam) [Qoca:] Sənə duaçı ollam; Çək bu işə bir əncam (B.Vahabzadə); DUAGU Vaqif: Ömrünüzə duagu olar (Çəmənzəminli)
DUA-SƏNA
DUAGU

Digər lüğətlərdə