Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Edi Rama
Edi Rama (alb. Edi Rama; 4 iyul 1964, Tirana) — albaniyalı siyasətçi, sənətçi, yazıçı, publisist, pedaqoq və keçmiş basketbolçu, Albaniyanın 33-cü Baş naziri. Baş nazir seçilməzdən əvvəl Rama bir sıra vəzifələrdə çalışıb. 1998-ci ildə Mədəniyyət, Gənclər və İdman Naziri təyin edildi və 2000-ci ilə qədər bu vəzifədə çalışdı. İlk dəfə 2000-ci ildə Tirananın bələdiyyə sədri seçilmiş, ardınca 2003 və 2007-ci illərdə də bu vəzifəni yenidən icra etmişdir. Edi Rama 2005-ci ildən bu yana Albaniya Sosialist Partiyasının sədridir. 2013-cü ildə Edi Ramanın rəhbərlik etdiyi mərkəz-sol partiyalar koalisiyası sağçı Albaniya Demokratik Partiyasını məğlub edərək parlament seçkilərində qalib gəldi. 4 iyul 1964-cü ildə Albaniyanın Tirana şəhərində Edvin Rama olaraq anadan olub, Kristak və Aneta Ramanın iki övladından ilkidir. Atası Dürresdə anadan olan məşhur heykəltaraş, Albaniyanın kommunist diktatoru Ənvər Xocanın bir çox heykəlinin yaradıcısı Kristak Rama (1932–1998) idi. Anası Aneta Rama (1938–2020) kommunist Albaniya dövründə Siyasi Büronun üzvü olan Spiro Kolekin bacısı, Vloranın cənub-qərbindəki Vuno kəndindən tibb məzunu idi.
Edi Rexsi Dviçayu
Edi Resxi Dviçao
Edi Reski Dviçayo
Edi Reski Dviçayo (13 may 1998, İndoneziya) — Azərbaycanı təmsil edən badmintonçu. == Karyerası == Edi Reski Dviçayo Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Edi Reski Dviçayo Ümumdünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlində 31-ci pillədə qərarlaşdı və olimpiya lisenziyasının sahibi oldu. Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci badmintonçu olaraq tarixə düşdü. Edi Reski Dviçayo olimpiadada Danimarka nümayəndəsi Anders Antonsen və Vyetnam nümayəndəsi Nquyen Tien Min ilə birgə L qrupunda mübarizə apardı. İyulun 27-də baş tutan qrup mərhələsinin birinci turunda Edi Reski Dviçayo Vyetnam Nquyen Tien Min ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibinə 2:0 (21:14, 21:18) hesabı ilə qalib gəldi. İyulun 28-də baş tutan qrup mərhələsinin növbəti turunda isə Edi Reski Dviçayo Danimarka nümayəndəsi Anders Antonsen ilə üz-üzə gəldi. Bu görüşdə o, rəqibinə 0:2 (16:21, 15:21) hesabı ilə məğlub oldu və olimpiadada mübarizəsini dayandırdı. Edi Reski Dviçayo 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən 28-ci pillədə qərarlaşaraq lisenziyalara sahib oldu.
Cryptolepis edithae
Cryptolepis sinensis (lat. Cryptolepis sinensis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin cryptolepis cinsinə aid bitki növü. Emericia sinensis (Lour.) Roem. & Schult. Pergularia sinensis Lour.
Cuğa nekropolunun məhv edilməsi iddiası
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır. Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir.
Cəbrayılın azad edilməsi
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. Sentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H. İ. Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi.
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi (Azərbaycan)
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib: Azərfoto Səyahət agentliyi Prezident yeni agentlik yaratdı Yeni Dövlət Agentliyi yaradıldı.
Ediakar
Ediakar, Neoproterozoy erasının sonuncu dövrüdür. Proterozoy eonun sonunu və Fanerozoy eonunun başlanğıcını qeyd edir. Cənubi Avstraliyadakı Ediakar təpələrinin adını daşıyır. 635 milyon il əvvəl Kriogen dövrünün bitməsi ilə başlamış, 541 milyon il əvvəl Kembrinin başlaması ilə bitmişdir. Ediakar Dövrünün rəsmi bir geoloji dövr olaraq statusu 2004-cü ildə Beynəlxalq Geologiya Elmləri Birliyi (IUGS) tərəfindən təsdiqlənərək son 120 ildə elan edilmiş ilk yeni geoloji dövr olmuşdur. Dövr adını geoloq Reg Spriggin 1946-cı ildə ilk dəfə Ediakar faunası fosillərini kəşf etdiyi Ediakar təpələrinin adından götürsə də, növ bölmə Cənubi Avstraliyanın Flinders silsiləsindəki Enorama dərəsinin yatağından öyrənilmişdir.
Edifikator
Edifikator — fitosenozun əsasını təşkil edən bitki növləri. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Edigey
Yedigey (d. 1352 – ö. 1419) — Ağ Orda əmiri, Noqay Ordasının banisi, mənşəcə Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı olmuşdur. 1399-cu ildə Litva knyazı Vitovtun və Toxtamışın birləşmiş ordusunu məğlub etmişdi. Həmin ildən əslində Qızıl Ordanın başçısı idi. Keçmiş Cuçi uluslarının hamısını birləşdirmişdi. 1406-cı ildə Toxtamışı öldürmüş, 1408-ci ildə rus torpaqlarına hücum edərək bir çox şəhəri dağıtmışdı. 1410 – 1412-ci illərdəki ara müharibələri zamanı hakimiyyətini itirmiş və Xarəzmə qaçmışdı. Toxtamışın oğlanları ilə mübarizədə öldürülmüşdür.
Edigey dastanı
"Edigey" – özündə canlı tarixi əks etdirən dastandır və onun Krım-tatarlarına, başqırdlara, qazaxlara, qaraqalpaqlara, noqaylara, özbəklərə, baraba tatarlarına, dağlı altaylara və s. bir çox türk xalqlarına aid variantı mövcuddur. "Edigey" ilk olaraq 1820-ci ildə "Сибирский вестник"də Q. İ. Spasski tərəfindən nəşr olunmuşdur. Daha sonralar Ç. Vəlixanov, V. V. Radlov, S.Cığatay və başqaları tərəfindən dastanın 30-a yaxın mətni nəşr edilmişdir. XIV əsrin sonu XV əsrin əvvəllərində baş verən hadisələri özündə bədii şəkildə əks etdirən dastanda Toxtamış xanla Edigey arasında gedən mübarizədən bəhs olunur. Azərbaycanda "Edigey" dastanının noqay və Anadoludan toplanmış rumeli variantları Qumru Şəhriyar tərəfindən tərcümə olunaraq "Dədə Qorqud" dərgisində (Bakı, 2017 (1), (2); 2018 (1) nəşr edilmişdir. 1. В. М.Жирмунский. Избранные труды. Тюркский героический эпос. Издательство "Наука", Ленинградское отделение, Ленинград, 1974 2. Qəhramanlıq salnaməsi – "Edigey" dastanı (noqay variantı) – I (noqaycadan tərcümə edəni Q. Şəhriyar).
Edil Eyvazov
Edil Əli oğlu Eyvazov (9 avqust 1940, Tarovlu, Qubadlı, Azərbaycan SSR) — Azərbaycan alimi, fizik, yarımkeçiricilər fizikası və bərk cisimlər fizikasına dair bir sıra kitabların müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mexanika və Molekulyar fizika kafedrasının müdiri. 9 avqust 1940-cı ildə Qubadlı rayonunun Tarovlu kəndində, müəllim ailəsində anadan olmuşdur. 1957-ci ildə Qubadlı orta məktəbini, 1963-cü ildə isə “Aşağı temperaturlar fizikası” ixtisası üzrə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Edil Eyvazov 1963-67-ci illərdə həmin universitetin kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. Professor Edil Eyvazovun elmi araşdırmaları əsasən bərk cisimlərdə makroskopik və quruluş deffektlərinin, maqnit yarımkeçiricilərdə kinetik və maqnito-rezonans hadisələrin tədqiqinə həsr olunmuşdur. O, xarici qüvvə sahələrinin təsiri ilə ion kristallarında dislokasiya zonalarının yaranma effektini aşkar edən müəlliflərdən biridir. Bu effekt dislokasiya nəzəriyyəsi və radiasiya materialşünaslığı üçün xüsusilə əhəmiyyətlidir. O, ilk olaraq maqnit keçid temperaturu otaq temperaturuna yaxın olan maqnitnizamlı materialların alınmasının kristallofiziki prinsipini müəyyən etmiş, onun rəhbərliyi altında bir sıra yeni maqnit materialları sintez edilmiş, bu maddələrdə maqnito-rezonans və kinetik hadisələr müfəssəl öyrənilmişdir. Bu qəbildən, onun ferromaqnit xrom halkoşpinellərin maqnit faza keçidi zamanı kinetik parametrlərin dəyişməsi, bu maddələrdə maqnit nizamının formalaşmasında altqəfəslərarası və altqəfəslərdaxili mübadilə qarşılıqlı təsirlərinin rolu və maqnit nizamlığının energetik spektrə təsirinə həsr olunmuş tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.
Edilli
Edilli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edilli kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Etnotoponimdir. Toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin üç paytaxt şəhərindən birinin adı İdil, Edil (Volqa) çayının keçmış adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur. Edilli kəndinin başqa adı Eqdillu kimidir. Bu adın mənbəyi haqqında iki fikir ola bilər. Birincisi Xəzər xaqanlığının İtil şəhərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yarandığına görə "İtil" adından fonetik formadır.
Edin Ceko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.
Embrion gizli ov edir (film, 1966)
Embrion gizli ov edir (yap. 胎児が密猟する時 Taiji ga mitsuryô suru toki, ing. The Embryo Hunts in Secret)- 1966-cı ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir. Film boyu ər öz həyat yoldaşını vəhşivəsinə döyür və onunla çox aşağı səviyyədə rəftar edir. Ər arvadını döyərək ona keçmiş arvadını çox bənzədiyini bildirir. Keçmiş arvadı isə onun döyülməsindən qaçaraq başqa bir yerdə uşaq dünyaya gətirməyə getmişdir. Lakin sonradan süjetdən məlum olur ki, ərinin arvadını döyməsinə əsas səbəb hamiləliyi bitirən zaman özünü asaraq öldürən anası səbəb olur... Embrion gizli ov edir — Internet Movie Database saytında.
Ermənilər tərəfindən işğalı edilmiş Qazax rayonun kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun işğal altında olan anklav kəndləri: Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun işğaldan azad olunan kəndləri: Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir. Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhmədin dedikləri: Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.
Eroziyalı Yamaclardan İstifadə edilməsi (1983)
Eroziyalı yamaclardan istifadə edilməsi (film, 1983)
Fontenblo edikti
Fontenblo edikti — IV Henrix tərəfindən 1598-ci ildə qəbul edilmiş və Hugenotlara din azadlığını təmin edən Nant ediktini ləğv etmək üçün XIV Lüdovikin 18 oktyabr 1685-ci il tarixli edikti. Nant ediktinə könülsüz tabe olan XIV Lüdovik dövründəki katolik ruhaniləri hər vasitə ilə onu məhv etməyə və ya əhəmiyyətini iflic etməyə çalışdılar. Dini təqiblər 1661-ci ildə başladı. Nant ediktinin 9-cu maddəsində 1596 və 1597-ci illərdə ibadət edildiyi yerlərdə ibadət etməyə icazə verildi. Bu əsasda katoliklər başqa yerlərdə protestant kilsələrini dağıtmağa başladılar. 2 aprel 1666-cı ildə Lui Nant edikti ilə tanınan azadlıq prinsipinin məhv edildiyi bir bəyannamə verdi. Nəhayət, 1685-ci il oktyabrın 18-də XIV Lüdovik Fontenbloda Nant ediktini ləğv edən fərman imzaladı. Bu sənəd kansler Letelye tərəfindən tərtib edilmişdir. Kral orada deyir ki, Nant fərmanı onun əcdadı tərəfindən Huqenotların lehinə onları katolik kilsəsinin bağrına qatmaq niyyəti ilə tərtib edilib, lakin təbəələrin ən yaxşı və çoxlu hissəsi katolikliyi qəbul etdiyi üçün, Nant fərmanı artıqlaması ilə çıxır. Huqenotların son məbədlərini və onların məktəblərini dağıtmaq əmri verildi.
Füzulinin azad edilməsi
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.
Fəth edilməmiş (pyes)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Fəth edilməmiş (pyes, 1940)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Girişi mandatlı idarə edilməsi
Girişi mandatlı idarə edilməsi (ing. Mandatory access control) − obyektlərə girişin idarə edilməsi üsulu. Obyektdə olan informasiyanın məxfilik dərəcəsinə və kritikliyinə, verilən kritiklik səviyyəsinə (xüsusi nişanlarla təsvir olunmuş) malik informasiyaya giriş zamanı subyektin səlahiyyətlərinin və hüquqlarının formal yoxlanılmasına əsaslanır İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Girişin idarə edilməsi mexanizmi
Girişin idarə edilməsi mexanizmi− avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Hadrutun azad edilməsi
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Halide Edip Adıvar
Xalidə Ədib Adıvar (osman. خالده اديب اديوار; 11 iyun 1884[…], Konstantinopol – 9 yanvar 1964[…], İstanbul) — Türk yazıçı, siyasətçi, alim, müəllim. Xalidə Onbaşı olaraq da tanınır. "Atəşdən köynək", "Sinəkli baqqal", "Tatarcıq", "Zeynonun oğlu" kimi romanların müəllifi kimi tanınır. Xalidə Ədib 1919-cu ildə İstanbul xalqını ölkənin işğalına qarşı səfərbər etmək üçün etdiyi çıxışlarla yadda qalan bir natiqdir. Qurtuluş savaşında cəbhədə Mustafa Kamalla bərabər xidmət etmiş sıravi vətəndaş olsa da, rütbə alaraq müharibə qəhrəmanı sayıldı. Müharibə illərində Anadolu Agentliyinin yaradılmasında iştirak edərək jurnalist kimi də fəaliyyət göstərib. İkinci Məşrutiyyətin elanı ilə yazmağa başlayan Xalidə Ədib, yazdığı iyirmi bir romanı, dörd hekayə kitabı, iki səhnə əsəri və müxtəlif araşdırmaları ilə Məşrutiyyət və Cümhuriyyət dövründə türk ədəbiyyatında ən çox əsər yaradan yazarlardan biridir. Onun "Sinekli Bakkal" romanı onun ən məşhur əsəridir. O, əsərlərində qadınların təhsilinə, cəmiyyətdəki mövqeyinə xüsusi yer vermiş, yazıları ilə qadın hüquqlarını müdafiə etmişdir.
Hamı belə edir
Hamı belə edir və ya aşiqlər məktəbi (KV 527, it. Così fan tutte, ossia La scuola degli amanti)) — Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu iki pərdəli opera. Operanın ilk premyerası 26 yanvar 1790-cı ildə Vyanada Burqteatrda oynanılmışdır. Gənc zabitlər Quqlielmo və Ferrando öz sevgililərinin: bacılar Dorabella (Ferrandonun sevgilisi) və Fiordilicinin (Quqlielmonun sevgilisi) sədaqətliliyindən danışaraq fəxr edirlər. Qoca filosof don Alfonso buna inanmır və onlara mərc gəlməyi təklif edir. Qalib gələcəklərinə əmin olan zabitlər buna tez razı olurlar. Don Alfons bacılara sevgililərinin müharibəyə çağrıldıqlarını xəbər verir. Onlar göz yaşları içində vidalaşırlar. Don Alfons qulluqçu Despinanın köməyi ilə evə iki alban gəncini gətizdirir. Bunlar libaslarını dəyişmiş zabitlərdir.
.edu
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. Fəlsəfə Filologiya Qeyri-adi С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
EDR
Ermənistan Demokratik Respublikası (erm. Հայաստանի Դեմոկրատական Հանրապետություն), bəzi mənbələrdə İlk Ermənistan Respublikası və ya Ararat Respublikası — 1918–1920-ci illərdə mövcud olmuş erməni dövləti. Ermənistan Demokratik Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra Daşnaksütun təşkilatının liderləri tərəfindən yaradılmışdır. Ermənistan Demokratik Respublikası fəaliyyət göstərdiyi 2 il ərzində, daim öz ərazilərini qonşu dövlətlərin ərazisini qəsb yolu ilə genişləndirmək siyasəti yürütmüşdür. Bu respublika yarandığı gündən süqut etdiyi günə kimi demək olar ki, bütün qonşularına qarşı torpaq iddiaları ilə çıxış edirdi. Ərazi iddialarının nəticəsi olaraq mövcud olduğu iki il ərzində Ermənistan qonşuları olan Azərbaycan, Türkiyə və Gürcüstan ilə hərbi münaqişələr yaşamışdır. 29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvan şəhərinə daxil olması ilə Ermənistan Demokratik Respublikasının fəaliyyətinə son qoyulmuşdur. Gürcüstan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyəti Délégation de la République arménienne à la Conférence de la. Paix (1920) Армянская республика Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)).
ETİ
ETİ — 1962-ci ildə Firuz Qanadlı tərəfindən Əskişəhərdə yaradılıb. Biskvit, peçenye, keks, tort, şokolad, vafli, uşaq yeməyi və hazır ərzaq məhsulları istehsal edərək, hal-hazırda Dünya şirkətləri ilə yarışa girib. Şirkət loqosunda olaraq Het Günəş Simvolundan istifadə edir. Həmçinin şirkət, Əskişəhərsporun da baş sponsoru mövqeyindədir. Türkiyədə 1962-ci ildən bu yana ərzaq məhsulları istehsalında ilk sıralarda gələn ETİ adı ilə bütünləşmiş krekerlər və səhər yeməyi, şokoladlar və şokoladlı məmulatlar, biskvitlər və vaflilər, körpə məhsulları ilə kekslər və tortları ilə məşhurdur. Türkiyənin ilk lifli biskviti Burçak, ilk hazır qızarmış çörəyi Etimek, ilk sənaye istehsalı tortu, ilk qablaşdırılmış piroqu Turdu, ilk qlütensiz biskviti Pronot və ilk yaş tortu Browni kimi məhsullarla ilklərə imza atıb. 1970-ci illərdə nəşr olunan ETİ reklamındakı Oqtay Tem tərəfindən bəstələnən "Bir Sirrim Var" mahnısı ilə ETİ məhsulları məşhurluğunu daha da artırmışdır.
Eddi
Eddi — ad. Eddi Albert — ABŞ aktyoru. Eddi İsrafilov — Azərbaycan futbolçusu. Eddi Mörfi — ABŞ aktyoru. Eddi O'Hara — Şotlandiya futbolçusu. Eddi Redmeyn — Britaniyalı aktyor.
Edip
Edip (yun. Οἰδίπους, Oidípous, lat. Oedipus) yunan mifologiyasına görə Fiv çarı, Lay və İokastanın oğlu. Yunan qəhrəmanlarından ən tragik personajı Kadma nəslindən olan Edipdir. Polidoranın nəvəsidir. Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğəmbərinə müraciət edir. Peyğəmbər ona övladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir.
Edj
Edj (norv. Edgeøya) — Şpitsbergen arxipelaqının cənub-şərqində yerləşən, yaşayışı olmayaq ada. Sahəsi 5074 km² təşkil edir. Bu göstəriçi ilə ada arxipelaqda üçüncüdür. Ada ingilis taçiri Tomas Edjin (1587/1588–1624) şərəfinə adlandırılıb. Böyük ehtimal ki, ada pomorlardan sonra 1613-cü ildə kəşf edildilmişdir. Ada qumlardan və bərk suxurlardan təşkil olunmuşdur. 1880 km² ərazisi buzlaqlarla örtülüdür Onlardan ən iriləri Stune və Yuxan Kralı buzlağıdır. Ərazi əsasən Arktik səhralar və Tundra ilə örtülüdür. Tundra bitkilərindən Şibyə və Mamır geniş yayılmışdır.
Emi
Emi — ad Emi Uaynhaus — Emi Li - Amerikalı vokalist və bəstəkar. Emi Adams — Amerikan aktrisası və müğənnisi Emi Yip — Çin aktrisası Emi Yamamoto — Yaponiya qadın futbolçusu. Emi Nakacima — Yaponiya qadın futbolçusu. Emi Morris Bredli — ABŞ-nin Men ştatından olan müəllim Emi Paskal — amerikalı biznesmen və film istehsalçısı. Emi Saymetz — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor.
Epi
Epi (Əkbər Novruzlu; 15 yanvar 1999, Bakı) — Azərbaycan reperi, Vətən müharibəsinin iştirakçısı. Əkbər Novruzlu 15 yanvar 1999-cu ildə Bakıda anadan olmuşdur. 2005–2016-cı illərdə 45 nömrəli orta məktəbdə təhsil almışdır. 2016–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Epi 2013-cü ildən peşəkar olaraq "BizimEra Studio" ilə replə məşğul olmağa başlamışdır. 2014-cü ildən Bar Home adlı qrup yaratmış və dağılana kimi rəhbərlik etmişdir. 2014–2015-ci illərdə Şərab olmuşuq və Qırmızı Winston trekləri ilə populyarlıq qazanmışdır. 2015-ci ildə 6 trekdən ibarət Epinin Ədəbiyyatı albomu işıq üzü görmüşdür.
Odi
Odi (ing. Odie) — Cim Devisin yaratdığı "Qarfild" karikaturalarında görünən uydurma it. O, "Qarfild və dostları" cizgi serialında, həmçinin "Qarfildin şousu" animasiya teleserialında görünüb. Odi sarı tüklü, qəhvəyi qulaqlı və qara quyruğu olan bir itdir. Əvvəlcə onun qulaqları tamamilə qara idi, lakin 1979-cu ildə Peanuts komiksindəki Snupi ilə çaşqınlığın qarşısını almaq üçün bu dəyişdirildi. Odi 2004-cü ildə çəkilmiş film adaptasiyasında dachshund və terrier cinslərinin qarışığı kimi göstərilib. Odinin iri dili və sulu ağızı var. 1997-ci ilin oktyabrında onun personajında dəyişiklik edildi və o, Qarfild kimi dörd ayaq əvəzində iki ayaq üstə yeriməyə başladı. Odi rəqs etmə bacarığı ilə bilinir. Əvvəlki karikaturalarda Qarfild Odini zəhlətökən bir it kimi görür, lakin zaman keçdikcə ona qarşı daha yaxşı rəftar edir.
Eli
Eli — ad. Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. Eli Dükommen — isveçrəli jurnalist, pasifist. Eli Puje — ABŞ aktrisası. Eli Qlader — Norveç rəssamı.
Eri
Eri (Pensilvaniya) — şəhər. Eri-TV — telekanal Eri gölü — Kanada və ABŞ arasında, Böyük göllər sisteminə daxil göl Eri Kanalı — Eri gölü ilə Hudson çayını bir-birinə bağlayır.
Vedi
Böyük Vedi (1946-cı ildən Vedi) — Ermənistanda şəhər, Vedi rayonunun mərkəzi. Şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي‎) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. Böyük Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
Cəbrayıllı eli
Cəbrayıllı eli — Qarabağın ellərindən biri. Orta çağda Cəbrayıllı Əhmədli elinin oymaqlarından biri idi. Əhmədli eli Dizaq nahiyyəsində məskunlaşmışdı. 1588-ci ildə Osmanlıların Qarabağa yürüşü zamanı Əhmədli eli sünnü olmaq nədəniylə heç yana qaçmayaraq yurdunda qaldı. Dirəniş göstərmədən osmanlı ordusuna tabe oldu. I Şah Abbas Səfəvi 1606-cı ildə Qarabağı yenidən ələ keçirəndən sonra dönüklərə divan tutulmasını əmr etdi. Əhmədli elinin başçıları cəzalandı. Qorçubaşı Allahqulu bəy Qəpanaoğlu-Qacar dönükləri talan və tarac etdi. 1615-ci ildə elin Mazandarana sürülməsinə buyruq verildi. Sürgünə şahın iki adlı-sanlı ərkanı Lətifxan bəy davatdar Qacar və Isfəndiyar bəy Ərəbgirli-Şamlı başçılıq edirdi.
Cəlali eli
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlayır eli
Cəlayır eli — azərbaycanlıların etnogenezində iştirak etmiş tayfa. Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər. Cəlayırlar Azərbaycana və İrana monqol işğalları zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş tümənbaşı Bala-noyonu, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim Munkasar-noyonu, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqedey uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb. Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik yerə köçürülmüşdü. Əmir Teymur tərəfindən pərən-pərən salınmış cəlairlər sonralar bir çox türk xalqlarının etnogenezində iştirak ediblər. Merqen qeqen öz xronikasında XV əsrdə onların monqolların tərkibində də, ancaq cəlair adı altında yaşamasından danışır.
Cəm evi
Cəm evi — Ələvilik inancının əsas ibadət məkanı. Cəm evindən zikr edilməsi və müxtəlif dini ibadətlərin icra edilməsi üçün istifadə edilməkdədir. Cəm evinə daxil olmaq üçün müəyyən şərtlər vardır. Qul haqqı yeyən, haqq sahibi ilə halallaşmayan şəxs ibadətxanaya daxil ola bilməz. İbadətlər Allah-Məhəmməd-Əli və 12 imam ətrafında sıxlaşdırılmışdır.
Cənazə evi
Cənazə evi (ing. Funeral home) — Vəfat etmiş şəxsin dəfn edilməzdən əvvəl saxlanılması üçün nəzərdə tutulmuş fərdi və inzibati evlər. Cənazə evləri XIX əsrdə Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. XIX əsrdə cənazə evləri ölüm elanlarının hazırlanması, vəfat etmiş şəxslərin saxanılması, onlara xüsusi tibb baxımın həyata keçirilməsi və vəfat etmiş şəxs barədə müxtəlif sənədləşmə işlərinin həyata keçilməsi kimi xidmətlər göstərirdilər. Müasir dövrdə də cənazə evlərinin xidmət sahələri arasında ciddi bir dəyişiklik olmamışdır.
Doğum evi
Doğum evi — hamilə qadınların körpələrini dünyaya gətirdikləri yer. Tarixdə ilk doğum evləri Qədim Romada mövcud olmuşdur.
Dəqiqə evi
Dəqiqə evi və ya Dəqiqənin yanındakı ev (çex. Dům U Minuty) — Praqanın Köhnə Şəhər meydanı №2-də yerləşən tanınmış memarlıq abidəsi. Bina Köhnə Şəhər ratuşası və Qızıl buynuz evlərinin arasında yerləşir. Tikili Çexiya İntibah memarlıq üslubunun ən tipik nümunələrindəndir. Onun fundamenti XV əsrə aiddir və qotika üslubunda inşa olunmuşdu. XVI əsrdə isə Dəqiqə evi yenidənqurmaya məruz qalır. Həmin əsrdə də binanın dördüncü mərtəbəsinə ifadəli lünet karniz əlavə olunur. Karnizin həcmi elə də böyük olmadığından, evin ümumi quruluşu və ansamblı pozulmur. Əlbəttə ki, "Dəqiqə evi" haqqda ilk dəfə eşidən insanlar onun qeyri-adi adına diqqətlə nəzər yetirilər. Və evin adının tarixi həqiqətən də çox maraqlıdır.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi.
ƏDV
Əlavə dəyər vergisi (ƏDV) — istehlak vergisinin növü. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fransanın Vergi Vəkalətinin (Direction générale des impôts) birgə direktoru Maurice Lauré 1964-cü ildə aprelin 10-da bu vergini ilk dəfə tətbiq edən olub, baxmayaraq ki bu konsepti 1918-ci ildə təklif edən alman sənayeçi Vilqeym fon Simens (Wilhelm von Siemens) olub. İlkin olaraq o böyük bizneslərə yönəldilmişdir, amma sonra biznesin bütün sahələri əhatə edib. Fransada o dövlət gəlirlərin 50%nı təşkil edən dövlət maliyyənin vacib mənbəyidir. Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Onun adı Serafino idi (film, 1974)
İkinci Dünya müharibəsi illərində İtaliyada faşizmə qarşı mübarizə aparan Beynəlmiləl Müqavimət Hərəkatı briqadasında azərbaycanlılar da iştirak etmiş, igidlik və şücaət göstərmişlər. Bu film vətəndən uzaqlarda hitlerçilərə qarşı vuruşan Tahir İsayev haqqındadır. Döyüş yoldaşları Tahir İsayevi "Serafino" çağırırdılar. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur. Göstərdiyi igidliklərə görə T.İsayev yeddi İtaliya ordeni ilə təltif olunmuşdur. Onların arasında "Yaşıl məşəl", "Antonio Qramşi" ordenləri, "Qaribaldi ulduzu" vardır. Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Olqa Petrova Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Əli Əsğər Əli oğlu
Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi (?-?) — Abbasi sərkərdəsi. Xürrəmilərin qələbəsi Xəlifə Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi. Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi (?-?) — Abbasi sərkərdəsi. Xürrəmilərin qələbəsi Xəlifə Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi. Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.