Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Efedra
Acılıqotu və ya efedra (lat. Ephedra) — çılpaqtoxumluların acılıqotukimilər fəsiləsindən həmişəyaşıl kol və ya ağac cinsi. Bu bitkilərə şimal yarımkürəsində Avropanın cənubunda, Afrikanın şimalında, Mərkəzi Asiyanın cənub-qərbində, Şimali Amerikanın cənub qərbində, cənub yarımkürəsində isə Cənubi Amerikada rast gəlinir. Təqribən 70 növü məlumdur. Azərbaycanda 4 yabanı növü: ortaboylu acılıqotu, qatırquyruğuyabənzər acılıqotu, ikisünbül acılıqotu, hündürboylu acılıqotu və 1 becərilən kirpikli acılıqotu məlumdur. Meyvəsinin tərkibində S vitamini, efedrin və psevdoefedrin alkaloidləri var. Buna görə də açı dadır. Ayaz dəydikdə meyvəsi şirinləşir və yeməli olur. Bəzi növlərinin cavan şivlərindən efedrin alınır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === İkisünbül acılıqotu; Adi acılıqotu (Ephedra distachya L.) Qatırquyruğuyabənzər acılıqotu (Ephedra equisetina Bunge) Ortaboylu acılıqotu (Ephedra intermedia Schrenk et C.A.Mey.) Birtoxumlu acılıqotu (Ephedra monosperma C.A. Mey.) Hündürboylu acılıqotu (Ephedra procera Fisch.
Aleksander Ceferin
Aleksander Çeferin (13 oktyabr 1967, Lyüblyana) — Sloveniyalı hüquqşünas. UEFA-nın 7-ci prezidenti (14 sentyabr 2016-cı ildən). == Həyatı == Lyublyana Universitetindən məzun olduqdan sonra Ceferin ailəsinin yanına qayıdaraq ailəsinə məxsus hüquq şirkətində çalışmışdır. Bir müddət çalışdıqdan sonra atasının yerinə şirkətin direktoru vəzifəsinə keçmişdir. Ceferinin futbola olan həvəskar marağı onu 2005-ci ildə yerli futzal komandası olan Litijada idarə heyəti üzvlüyünə gətirmişdir. Aleksander Ceferin 2011-ci ildə Sloveniya Futbol Federasiyası prezidenti seçilib. == UEFA prezidenti == 14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilmişdir. O, 55 mümkün səsdən 45-ni toplamışdır.
Rodion Şedrin
Rodion Konstantinoviç Şedrin (rus. Родио́н Константи́нович Щедри́н, 16 dekabr 1932[…], Moskva[…])— Rusiya bəstəkarı. == Həyatı == Rodion Konstantinoviç Şedrin 16 dekabr 1932-ci ildə Moskva şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərən Rodion, sonradan musiqi təhsili ilə ciddi məşğul olur və nəhayət, Moskva konservatoriyasına qəbul olur.
Yuri Şedrin
Yuri Yevgenyeviç Şedrin (rus. Юрий Евгеньевич Щедрин; 21 fevral 1950, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1986–1987), Azərbaycan Kommunist Partiyası Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi (1987–1991), Rusiya Federasiyasının Azərbaycan Respublikasında ilk ticarət nümayəndəsi (2006-cı ildən). == Həyatı == Yuri Yevgenyeviç Şedrin 21 fevral 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə "Qaradağneft"in neft-qazçıxarma idarəsində fəhlə kimi başlamış, müxtəlif illərdə mexanik, kortej rəisi, Azərbaycan KP Qaradağ Rayon Komitəsinin təlimatçısı vəzifələrində işləmişdir. Paralel olaraq Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində təhsil almışdır. 1978-ci ildə buranı avtomobil və avtomobil sənayesi ixtisası üzrə bitirmişdir.Yuri Şedrin 1979–1982-ci illərdə əvvəlcə Azərbaycan KP Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsinin, sonra isə Azərbaycan KP Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. 1986-cı ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilmiş, sonra isə Azərbaycan KP MK-nın şöbə müdiri, Azərbaycan KP Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.Yuri Şedrin Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, 1991-ci ildən Ali Sovetin Nəqliyyat, rabitə və informatika məsələləri daimi komissiyasının sədri olmuşdur. 1992–1993-cü illərdə "Azərbaycan–Rusiya" Cəmiyyətinin idarə heyəti sədrinin müavini, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının üzvü olmuşdur. 1995-ci ilin mart ayından Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının MDB işləri üzrə komitəsində mütəxəssis-ekspert, məsləhətçi, müşavir, 2005-ci ilin iyul ayından isə komitənin aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır. Rusiya Federasiyası hökumət başçısınin 4 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilmişdir.
Ələddin
Ələddin (ərəb. علاء الدين‎‎, ʻAlāʼ ad-Dīn‎) - Min bir gecə əsərinin qəhrəmanlarından biridir. Bəzi alimlər "Ələddin" personajının kitaba daxil olmadığını və qərb mədəniyyətindən gəldiyini iddia edirlər. Fransız tərcüməçisi Antuan Qallan "Min bir gecə" əsərini tərcümə edən zaman "Ələddinin sehrli çırağı" əhvalatı haqqında məlumat vermişdir.Ələddin və sehrli çırağı haqqında bir çox film və cizgi filmlər mövcuddur.
Mixail Saltıkov-Şedrin
Mixail Yevqrafoviç Saltıkov-Şedrin (rus. Михаил Евграфович Салтыков-Щедрин, 15 (27) yanvar 1826 – 28 aprel (10 may) 1889, Sankt-Peterburq)—Rusiya yazıçısı. == Həyatı == Mixail Yevqrafoviç Saltıkov-Şedrin 1826-cı il yanvar ayının 27-də Moskva vilayətinin Taldom rayonunda anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. Natural məktəb ruhunda yazılmış ilk povestlərin ("Ziddiyyətlər" 1847, "Dolaşıq iş" 1848) görə həbs olunmuş və sonradan Vyatkaya sürgün edilmişdi. 1855-ci ildə sürgündən Peterburqa qayıdaraq, ədəbi fəaliyyətini davam etdirmişdir. "Quberniya oçerkləri"ndə (1856–1857) təhkimçilik quruluşuna nifrət, təhkimçi kəndlilərə rəğbət motivləri geniş əks olunmuşdur. 1856–1862-ci illərdə bir sıra yüksək quberniya vəzifələrində çalışan Saltıkov onlarla cinayətkar mülkədarı məhkəməyə cəlb etmiş, çoxlu rüşvətxor məmur xidmətdən çıxarılmışdır. 1862-ci ilin əvvəllərində, ehtimal ki, "yuxarıların" təkidi ilə Saltıkov istefaya göndərilmişdir. Qeyd etmək lazımdır ki, əyalətdə yaşayıb-işləmək yazıçıya zəngin yaradıcılıq materialı vermişdir.
Əfrin
Əfrin və ya Afrin (ərəb. عفرين‎, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər. Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir.1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir. Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi.. Suriya vətəndaş müharibəsinin əvvəlindən şəhər kürd hərbi dəstələrinin nəzarəti altında idi.
Cüveyni Ələddin
Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Cüveyni Ələddin (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226 – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi. == Həyatı == Cüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur. Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir. Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi. Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur. Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır. Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi.
Şahzadə Ələddin
Şahzadə Ələddin Əli (1425, Ədirnə – 1443) — 6. Osmanlı padşahı II Muradın Tacünisa Xədicə Həlimə Xatundan doğulan oğludur. Lələsi Yörgüc Paşanın da təşviqi ilə 1437-ci ildə Şadi Bəyzadə Mahmudşahın qızı Səlmin Xatunla evlənmişdir. Bu evlilikdən Səlvi Xatun adlı bir qızı dünyaya gəldi. 1438-ci ildə qardaşı Şahzadə Mehmedlə birlikdə Ədirnədə sünnət edildi. 1439-cu ildə Qara Xızır Paşa Amasiya gəldi və II Muradın əmriylə Şahzadə Böyük Əhmədi gecə saraya gizlicə girərək boğdurdu. Şahzadə Əhmədlə birlikdə onun 6 aylıq və 1 yaşlı iki oğlu da boğularaq edam edildi. Cəsədləri Amasiyada Turumtay türbəsinə dəfn edildi. Bütün bu hadisələrdən sonra 1439-cu ildə Şahzadə Ələddin Əli Amasiyaya hakim təyin edildi. 1443-cü ildə at çaparkən ağır yaralanmış və vəfat etmişdir.
Əlfəddin Abdullayev
Əlfəddin Abdullayev (2 aprel 1929, Qumlaq, Vartaşen rayonu – 4 sentyabr 2014, Bakı) — Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi, Ali Sovetin deputatı, 4 saylı Şəhər Xəstəxanasının baş həkimi, "Sağlamlıq" verilişlərinin aparıcısı, 91-lərdən biri. == Həyatı == Əlfəddin Abdullayev 1929-cu ildə Oğuz rayonunun Xalxal kəndində anadan olub. 1946-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olub.1950-ci ildə institutu bitirmiş, təyinatla Cənubi Qazaxıstan vilayətinin Bostandık rayonuna işə göndərilmişdir. Əvvəllər Xocakənd kənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləmişdir. Üç il Qazaxıstanda işlədikdən sonra 1955-ci ildə Azərbaycana, doğma rayona qayıtmışdır. Bir il rayon xəstəxanasında həkim-terapevt, 1956-cı ildən 1962-ci ilə qədər baş həkim işləmişdir. Sonra Elmlər Akademiyasının əyani aspiranturasına qəbul olunur və 1956-cı ildə müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1965-ci ildən 1968-ci ilə qədər Səhiyyə Nazirliyinin dördüncü idarəsinin (Leçkomissiya) birinci poliklinikasında təxirə salınmaz xidmət üzrə baş həkimin müavini və həkim endokrinoloq işləmişdir. Eyni zamanda 1968-ci ilə qədər Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Nəzər oğlu Əlixanovun şəxsi həkimi olmuşdur. 1968-ci ildən 1970-ci ilə qədər tibb institutunun daxili xəstəliklər kafedrasının assistenti işləmiş, tələbələrə dərs demişdir.
Ələddin (ad)
Ələddin — Kişi adı. Ələddin Abbasov — Azərbaycan teatr və kino aktyoru. Ələddin Allahverdiyev — Azərbaycan, Rusiya və SSRİ alimi. Ələddin Əhmədov — Texnika elmləri doktoru, Professor Ələddin Əsədov — Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini Ələddin Əsgərov — professor. Ələddin Əliyev — Avropa (1996) və Dünya (1998) çempionu. Ələddin İncəli — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələddin Paşa — sədrəzəmlik etmiş Osmanlı dövlət adamı Ələddin Süleymanov — Qarabağ müharibəsinin iştirakçısı, şəhid. Ələddin Səidov — Vətən müharibəsinin iştirakçısı, şəhid.
Ələddin (dəqiqləşdirmə)
Ələddin (ad)
Ələddin (seriyalar)
Ələddin (seriyalar) - "The Walt Disney Company" şirkəti tərəfindən istehsal edilən cizgi seriyalarıdır.
Ələddin (Ərdəbil)
Ələddin (fars. علاالدين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (31 ailə).
Ələddin Abbasov
Ələddin Aslan oğlu Abbasov (5 may 1922, Gəncə – 13 iyul 2014, Gəncə) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1971). == Həyatı == Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova,Məhəmməd Bürcəliyev,Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov,Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb. Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat etmişdir. Gəncə şəhər Fəxri xiyabanında dəfn edilmişdir.Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aslan Abbasovun əmisidir. == Yaradıcılığı == Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb.
Ələddin Allahverdiyev
Ələddin Məmmədhüseyn oğlu Allahverdiyev (29 may 1947, Kəsəmən, Basarkeçər rayonu) — Dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan piezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimi. Professor (2001). == Həyatı == Ələddin Allahverdiyev 1947-ci il may ayının 29-da Qərbi Azərbaycanda Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1964-cü ildə Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla bitirib (məktəbi medalla bitirən ilk Kəsəmənlidir), S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsinə daxil olmuşdur. Üçüncü kursu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. Həmin Universiteti bitirdikdən sonra onun aspiranturasında saxlanılmış, Moskva Dövlət Universitetinin qapalı Elmi Şurasında "Pyezoelektrik konstruksiyaların əlaqəli rəqslərdə elektrofiziki parametrlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi rəhbəri Sosialist Əməyi Qəhrəmanı akademik Xəlil Raxmatulin olmuşdur.Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” institutuna işə qəbul edilmiş, 1974-1994-cü illərdə kiçik elmi işçi, baş elmi işçi və “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.2001-ci ildə Ələddin Allahverdiyev Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmişdir, o onlarla dissertasiyanın müdafiəsində rəsmi opponent olmuşdur. 1994-1995-ci illərdə Rusiya-ABŞ müştərək "Qreen Star İnternational" şirkətində Baş Direktorun elm və istehsalat işləri üzrə müavini vəzifəsində çalışmışdır. 1995-1996-cı illərdə Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyasının direktoru işləmişdir.1996-cı ilin sentyabrından Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru vəzifələrində işə başlamış, 1997-1999-cu illərdə eyni zamanda iqtisadiyyat və menecment fakültəsinin dekanı olmuş, 2000-ci ildən etibarən həmin Akademiyanın 1-ci prorektoru – tədris-metodika işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.
Ələddin Eyvazov
Ələddin Qismət oğlu Eyvazov (26 mart 1967, İsmətli, Puşkin rayonu) — Azərbaycan alimi, aqrar elmlər üzrə fəlsəfə doktoru, 16.11.2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun, 28.07.2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktoru. == Həyatı == Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir.2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində distant təhsil alaraq baytar həkim ixtisasını almışdır. Ə. Eyvazov 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi, 1994–2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında aparıcı aqronom, baş aqronom, aparıcı mütəxəssis, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2005-ci ilin sentyabr ayından 2015-ci ilin iyul ayına qədər KTN yanında DFNX-nin rəis müavini vəzifəsində çalışmış, Respublikanın baş dövlət fitosanitar müfəttişinin müavini olmuşdur. 3 iyul 2015-ci il tarixdən 11 may 2018-ci il tarixə qədər KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, həmin tarixdən 21 iyun 2018-ci il tarixə qədər KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifəsində çalışmışdır. 05 mart 2020-ci ildən 16.11.2020-ci ilə kimi AMEA-nın İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 16.11.2020-ci ildən 28.07.2022-ci ilədək AMEA Zoologiya İnstitutunun direktoru, 28 iyul 2022-ci ildən hal-hazıradək ETN Zoologiya İnstitutunun baş direktoru vəzifəsini icra edir.
Ələddin Mahmudov
Ələddin Mahmudov — azərbaycanlı fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Avqust ayında doğum günü qeyd edilən görkəmli şəxsiyyətlərdən biri də professor Ələddin Mahmudovdur. O, Azərbaycan riyaziyyat elminin tanınmış nümayəndələrndən biridir. Fizika-riyaziyyat elmləri doktoru Ə. Mahmudov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru olmuşdur. O, qeyri-xətti analizin bəzi məsələləri və operatorların spektral nəzəriyyəsi üzrə respublikamızın ən tanınmış mütəxəssislərindən biri sayılır. Ələddin Mahmudov 11 avqust 1934-cü il Gürcüstan Respublikasının Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Orta məktəbi 1954-cü ildə medalla bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1959-cu ildə oranı bitirdikdən sonra ADU-nun aspiranturasında təhsilini davam etdirmişdir. Ə.Mahmudov 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Qoşqar Əhmədovun rəhbərliyi altında "Hammerşteyn tipli qeyri-xətti inteqral tənliklər sisteminin həlli barədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində "Qeyri-xətti tənliklərin məxsusi elementlərinin tamlığı haqqında" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1987-ci ildə isə ona çalışdığı Riyazi analiz kafedrasının professoru elmi adı verilmişdir.
Ələddin Məlikov
Ələddin Mehman oğlu Məlikov (16 sentyabr 1982, Sumqayıt) — müəllim, fəlsəfə və din fəlsəfəsi tədqiqatçısı, epistemoloq, şərqşünas, tərcüməçi və araşdırmaçı yazar, fəlsəfə üzrə elmlər doktoru, dosent. == Həyatı == Ələddin Məlikov 16 sentyabr 1982-ci ildə Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. 1989-cu ilin sentyabr ayının biri Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbə getmiş və 2000-ci ildə məktəbi müvəffəqiyyətlə bitirmişdir. Ailəlidir. == Təhsili == 1989–2000-ci illər şəhid Z.Nəcəfov adına iki saylı tam orta məktəbdə təhsil almışdır. 2000–2004-ci illərdə Ümumdünya İslam Elmləri Akademiyası, Dinşünaslıq fakültəsi, "İslam fəlsəfəsi və mistikası" ixtisası üzrə bakalavr pilləsi. 2004–2007-ci illərdə Qərb fəlsəfəsi üzrə "fəlsəfə və elmin metodologiyası" ixtisası, magistr pilləsi. 2007–2010-cu illərdə, Fəlsəfə tarixi üzrə "fəlsəfə doktoru" (Ph.D) elmi dərəcəsi. 2010–2013-cü illərdə "Transandental fəlsəfə" üzrə "fəlsəfə elmlər doktoru" elmi dərəcəsi. 2011–2013-cü illərdə fəlsəfənin tədrisi, elmi konfranslarda iştirakı, aktual elmi müddəaların həlli, əsaslandırması və göstərmiş təhsil, tədris, tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsi sonuçu, "dosent" elmi adı verilmişdir.
Ələddin Məmmədov
Ələddin Çakıcı
Ələddin Çakıcı (türk. Alaattin Çakıcı; 20 yanvar 1953) — Türkiyənin mütəşəkkil cinayət aləminin liderlərindən biri. Ultra-millətçi Bozqurdlar təşkilatının keçmiş üzvü. Ələddin Çakıcı 1998-ci il avqustun 17-də modelyer Canan Yaka və müğənni Səlcuq Uralın qızı Asan Ural ilə Fransanın Nitsa şəhərində tutulmuşdur. Saxlanılma zamanı Çakıcının üzərində Nedim Canerə verilmiş qırmızı pasport və 17 min dollar aşkar edilmişdir.Tükiyədə 5 illik həbs yatdıqdan sonra ölkəni qanunsuz olaraq tərk etmişdir. Çakıcı 2004-cü ildə türk və Avstriya polisinin birlikdə keçirdiyi əməliyyat sonrası Qrats şəhərində oğlunu xəstəxanada ziyarət edərkən saxlanılmışdır. Türkiyənin tələbi ilə Avstriyadan deport edilən Çakıcı ölkəsində məhkəmə qarşısına çıxarılmış və bir çox cinayətlərdə ittiham edilərək ümumilikdə 36 il 8 ay həbs cəzasına məhkum edilmişdir.2020-ci il aprelin 15-də Ələddin Çakıcı həbsdən vaxtından əvvəl azad edilmişdir. == Milli kəşfiyyat təşkilatının tərkibində == Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) aparıcı işçisi Mehmet Eymur müsahibəsində Çakıcını gizli MİT əməliyyatına cəlb edən ilk şəxs olduğunu söyləmişdi. Təşkilatın əməkdaşı Yavuz Ataç Çakıcıya təhkim edildiyini təsdiqləmiş və cəmisi iki ay sonra 1987-ci ilin mayında təşkilata təhlükəsizlik işçisi olaraq qəbul edilmişdir. Ataç Çakıcı ilə görüşdüyü anda onun artıq 6 və ya 7 qətldə ittiham olunduğunu və qaçaq olduğunu demişdir.
Ələddin Çələbi
Ələddin Çələbi (Hələb – 1496, Ədirnə) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Hələbdə dünyaya gəlmiş, bu səbəblə Ərəbi ləqəbiylə məşhurlaşmışdır. Burada təhsilini tamamladıqdan sonra Ədirnəyə gəldi və Molla Güranidən dərslər aldı. Daha sonra Ədirnədəki Darülhədis müdərrisi Fəxrəddin Əcəminin müridi və Bursa Kaplıca mədrəsəsinə müdərris oldu. Bu əsnada xəlvətiyyə təriqətinin məşhur simalarından Şeyx Ələddin Əlinin xidmətinə girdi. Ancaq çox keçmədən şeyx sürgün edildi və buna etiraz olaraq Ələddin Çələbi də Manisaya sürgün edildi. Burada Şahzadə Mustafanın himayəsinə girdi. Onun vasitəçiliyi ilə çox keçmədən bağışlandı və Sahn-ı səman müdərrisi oldu. 1495-ci ilin aprelində 100 axca maaşla şeyxülislamlığa gətirildi. Ancaq bu vəzifədə çox qala bilmədi və 1496-cı ilin aprelində vəfat etdi.
Ələddin İncəli
Ələddin İncəli — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. == Həyatı == Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini bitirmişdir. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. == Fəaliyyəti == Ağdərə rayonunun Manikli kənd orta məktəbində dil=ədəbiyyat müəllimi və dərs hissə müdiri (1951-1954), 1954-cü ildən Qazax rayon qəzetində ədəbi işçi və şöbə müdiri (1954-1962) , "Kommuna yolu" qəzetində ədəbi işçi, "Göyəzən" qəzetində ədəbi işçi və məsul katib, Ağstafada "Qalibiyyət bayrağı" qəzetində kənd təsərrufati şöbəsinin müdiri (1962-1966) və redaktor müavini (1971-1991) vəzifələrində , sonralar Rayon partiya komitəsində təlimatçı , Maarif şöbəsində metodist, rayon kino birliyində direktor (1966-1971), M.V.Vidadi adına Qazax dram teatrında ədəbi hissə müdiri vəzifələrində çalışmışdır. Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Ədəbi yaradıcılığa 50-ci illərdə başlamışdır. Sovet hakimiyyəti illərində "Ceyran"(1970), "Gəl Kür qırağına"(1980) kitabları, "Gedin deyin Xançobana", "Əfsanə", "Nifaq alması" pyesləri, Müstəqillik illərində isə "Əlvida, XIX əsr (2001), Salam, üçüncü minillik (2002), "Ömür istə", "Ömrün illəri", "Babam buyurdu", "Mərdi- mərdanə", "Yetişdim 80-nə, Vətən", "söz incilərim", "Qarabağnamə", "O illər hanı", "Salam, İstanbul", "Yeddi güllə (nəşr), "Pyeslər", "Könül rübabım"(2014), "İllər, sizinəm"(2016) kimi şerlər toplusu nəşr olunmuşdur.
Ələddin Şamilov
Ələddin Xalıqverdi oğlu Şamilov (10 mart 1943, Qoşabulaq, Basarkeçər rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Ələddin Şamilov 1943-cü ildə Basarkeçər rayonunun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olmuş, 1963-cü ildə Gəncə Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, iki il əsgərlik, daha sonra isə iki il anadan olduğu kənddə müəllim işləmiş və 1967-ci ildə Azərbaycan Dövlət Universiteti (ADU) Diferensial və İntegral Tənliklər kafedrasının aspirantı və 1969-cu ildə isə müəllimi seçilmişdir. 1972-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluk dissertasiyasını Moskva V.A. Steklov İnstitutunun dəstəyi ilə Ukrayna Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda və Novosibirsk Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etmişdir. 1977-ci ildə M.Y. Lomosonov adına Moskva Dövlət Universitetinin İxtisas Yüksəltmə fakültəsindən məzun olmuşdur. 1978-ci ildə BDU-nun Dosenti, 1987-ci ildə Professoru elmi adını almışdır. BDU-nun Mexanika-Riyaziyyat Fakültəsi ilə yanaşı Azərbaycan və diğər ölkələrin universitet müəllimləri üçün İxtisas Yüksəltmə fakültəsində dərs vermiştir. Riyaziyyatın müxtəlif sahələrinə aid səkkiz kitabı və bir şeir kitabı vardır, on iki elmlər namizədi və elmlər doktoru yetişdirmişdir, 150-dən çox elmi əsəri beynəlxalq ve yerli jurnallarda çap olunmuşdur. BDU-da elmlər doktoru müdafiə şurasının həmsədri, Ümumi Riyaziyyat Kafedrasının müdiri (1996-2000) işləmişdir. 1999-cu ildə Türkiyə Cumhuriyyəti Eskişehir Osmangazi Universitetinə dəvət olunmuş və 2001-ci ildən etibarən Anadolu Universiteti Statistika bölümünün Professoru olaraq işləyir. BDU və fakültə elmi şuralarının üzvü olmuşdur.
Ələddin Əhmədov
Ələddin İslam oğlu Əhmədov (25 oktyabr 1948, Böyük Məzrə, Basarkeçər rayonu – 22 avqust 2014, Bakı) — kimyaçı alim, texnika üzrə elmləri doktoru, professor. Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri. == Həyatı == Ələddin Əhmədov 25.10.1948-ci ildə Ermənistan Respublikası Göyçə mahalı Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. 1965-ci ildə həmin kəndin XI sinfini qızıl medalla bitirərək, 1 imtahan verməklə Azərbaycan Dövlət Universitetinin (indiki Baki Dövlət Universitetinin) kimya fakultəsinə daxil olmuş və 1970-ci ildə universiteti "Yüksəkmolekullu birləşmələr" ixtisası üzrə bitirmişdir. 1970-ci ildə akademik Ə. M. Quliyevin dəvəti ilə AMEA Aşqarlar Kimyası İnstitutunda aspiranturaya daxil olmuş və taleyini həmin institutla bağlamışdır. 1979-cu ildə namizədlik, 1990-cı ildə isə doktorluq (UFA Neft İnstitutunda) dissertasiyaları ("Neft kimyası" ixtisası üzrə) müdafiə etmişdir. 2005-ci ildə "neft-kimyası" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. Professor Ə. İ. Əhmədov 1987-ci ildən AMEA Aşqarlar Kimyası İnstitutunda "Polimer aşqarlar" laboratoriyasına rəhbərlik edib. 1990-cı ildən 2014-cü ilə qədər AMEA NKPİ nəzdində fəaliyyət göstərən doktorluq Dissertasiya Şürasının üzvü olub və dissertasiyaların ekspertizasında fəal opponent kimi çıxış edib.. == Elmi fəaliyyəti == Texnika elmləri doktoru Ə. Əhmədov polimer birləşmələr kimyası sahəsində aparıcı mütəxəssislərdən biri idi.
Ələddin Əliyev
Ələddin Məhəmməd oğlu Əliyev (6 dekabr 1975, Daşkənd, Vardenis rayonu) — Azərbaycan pauerlifteri, Avropa (1996) və Dünya (1998) çempionu, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti. == Bioqrafiya == Ələddin Əliyev 6 dekabr 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1982-ci ildə doğma kənddə orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə doğma vətəndən ayrılaraq əvvəlcə Bərdə rayonunun Yeni Daşkənd kəndində sonra isə Bakı şəhərində məskunlaşmışdır.1993-cü ildə "Həkəri" ordu idman klubunda xidmət etmişdir. O, xidmət zamanı pauerliftinq idman növü ilə məşğul olmuşdur. 1998-ci ildən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti vəzifəsində çalışır. O, ikiqat dünya və Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası və hakimdir. O, həmçinin 1998-ci ildə DİN Abşeron Rayon Polis Şöbəsində çalışmış, 1999-cu ildə Polis Akademiyasına daxil olmuş və akademiyanı 2004-cü ildə bitirmişdir. Bundan sonra o Çevik Polis Alayının baş inspektoru vəzifəsində də işləmişdir. Ələddin Əliyev 5 sentyabr 2009-cu ildə Dünya Pauerliftinq Konqresinin prezidenti Mayk Sviney ilə görüşmüşdür.
Ələddin Əsgərov
Ələddin Abdulla oğlu Əsgərov - professor == Həyatı == Ələddin Abdulla oğlu Əsgərov 1925-ci ildə Gəncə şəhərində anadan olub. Şəhər 1 saylı orta məktəbi bitirib. Azərbaycan Dövləq Aqrar Universitetinin məzunu olan Ə.Əsgərov, 62 il bu universitetdə çalışıb. O, əsasən kənd təsərrüfatı, xüsusilə baytarlıq sahəsi üzrə elmi naliyyətlər əldəedib. Təxminən 400-dən çox elmi dərsliklərin və əsərlərin müəllifi olan professor Ələddin Əsgərovun hazırladığı 12 aspirantı elmlər namizədi elmi dərəcəsin alıb. İki yetirməsi isə elmlər doktorudur. Ölkə başçısı Azərbaycan Dövlət Aqrar Universitetin professoru Ələddin Əsgərova prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev çərşənbə axşamı təhsil sahəsində səmərəli fəaliyyətinə görə Ələddin Abdulla oğlu Əsgərova Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
Ələddin Əsədov
Ələddin Əsədov (tam adı: Əsədov Ələddin Qurban oğlu) — Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini. == Həyatı == 1952-ci ildə Şəki rayonunda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. 1978–1983-cü illərdə Dövlət Televiziya və Radio Verlişləri Komitəsində incəsənət Redaksiyasında redaktor vəzifəsində çalışıb. 1983-cü ildən AzTV-nin "Gənclik" redaksiyasında redaktor, daha sonra baş redaktor vəzifəsində işləyib, tanınmış telejurnalistdir. 1980–1990-cı illərdə AzTV-də efirə gedən telemarafonların, canlı proqramların aparıcısı və müəllifi olub. Hazırda "Renessans" nəşriyyatının direktoru, Az. RNB-nin idarə heyəti sədrinin müavinidir.