Şahzadə Ələddin

Şahzadə Ələddin Əli (1425, Ədirnə1443) — 6. Osmanlı padşahı II Muradın Tacünisa Xədicə Həlimə Xatundan doğulan oğludur. Lələsi Yörgüc Paşanın da təşviqi ilə 1437-ci ildə Şadi Bəyzadə Mahmudşahın qızı Səlmin Xatunla evlənmişdir. Bu evlilikdən Səlvi Xatun adlı bir qızı dünyaya gəldi.

Şahzadə Ələddin Əli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ədirnə, Osmanlı imperiyası
Vəfat tarixi (18 yaşında)
Atası II Murad
Anası Xədicə Həlimə Xatun
Həyat yoldaşı Səlmin Xatun
Uşağı Səlvi Xatun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1438-ci ildə qardaşı Şahzadə Mehmedlə birlikdə Ədirnədə sünnət edildi. 1439-cu ildə Qara Xızır Paşa Amasiya gəldi və II Muradın əmriylə Şahzadə Böyük Əhmədi gecə saraya gizlicə girərək boğdurdu. Şahzadə Əhmədlə birlikdə onun 6 aylıq və 1 yaşlı iki oğlu da boğularaq edam edildi. Cəsədləri Amasiyada Turumtay türbəsinə dəfn edildi. Bütün bu hadisələrdən sonra 1439-cu ildə Şahzadə Ələddin Əli Amasiyaya hakim təyin edildi. 1443-cü ildə at çaparkən ağır yaralanmış və vəfat etmişdir.[1][2][3] Atasının Bursada inşa etdirdiyi Muradiyə külliyyəsində dəfn edilmişdir.[4]

  1. Prof. Dr. Feridun Emecen, http://www.dha.com.tr/fatihin-haremi-gosterilmiyor-cunku_284412.html Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  2. İslam Ansiklopedisi, Cilt:28, Sayfa:395, (Prof. Dr. Halil İnalcık)
  3. "Şehzade Alâaddin". amasya.gov.tr. 29 Temmuz 2014 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 29 Temmuz 2014.
  4. "Arxivlənmiş surət". 2015-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.