Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əmzik
Əmzik xüsusilə ağlayan körpələri sakitləşdirmək üçün istifadə edilən bir vasitədir. Mənşə etibarı ilə Azərbaycan dilindəki əmmək/əmizdirmək felindən yaradılmış isimdir. Min illər əvvəl Misirdə daxili bal ilə doldurulmuş kiçik gil fiqurlar körpələri sakitləşdirmək üçün istifadə olunurdu. Bu fiqurlar bu gün istifadə edilən əmzik və butulkaların əcdadları hesab edilir. Baş barmağı əmmə çənə strukturunu poza biləcəyi üçün 1949-cu ildə ortodont Vilhelm Balters və diş həkimi Adolf Müller çənə strukturuna müvafiq gələn ilk təbii əmzik istehsal etmişdirlər. Əmzik döş giləsini təqlid edən bir struktura malikdir. Bu gün silikon və rezindən hazırlanan əmziklər damaqlı və damaqsız olmaq etibarı ilə iki növdə olurlar. Silikon əmziklər xüsusilə diş çıxarmayan körpələr üçün tövsiyə olunurlar, çünki onlar diş təsirinə davamlı deyildirlər. Silikon əmziklər asanlıqla qırılmırlar. Diş zərbələrinə davamlı olan rezin əmziklər isə ağız suyunu özünə çəkdiyi üçün bir müddət sonra deformasiyaya uğrayırlar.
Evcik-evcik
Evcik-evcik - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaqlar arasında, əsasən də kiçik və orta yaşlı qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Unudulub aradan çıxmaqda olan bu oyunun yaranma tarixi bizə məlum olmasada, ailə məişəti zəmnində yarandığı məlumdur. Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmişlərə aid olduğunu göstərir. Hələ Azərbaycanda XVIII və XIX əsrlərdə uşaq oyuncaqları istehsal olunmadığı, yaxud da zəif istehsal olunduğu bir dövrdə bu oyunu keçirmək üçün qızlar “yorğan-döşək dəsti” eləcə də başqa məişət əşyaları tikib düzəldirdilər. Çubuqlardan, düymədən (piləkdən) və kiçik parça qalıqlarından (qırıntılarından), müxtəlif saplardan olduca gözəl, gəlincik hazırlayırdılar. Evcik-evcik oyunu maraqlı oyunlardan biri olmaqla yanaşı, müqəddəs ailə məişəti mərasimlərinin qalığı olub, sonradan oyuna çevrilmişdir. Hər dövrün tələblərinə uyğun olaraq dəyişən bu oyunun müasir ailənin məişət və mədəniyyətində tərbiyəvi əhəmiyyəti böyükdür. Bir neçə uşaq (əsas hallarda qız uşaqları) bir yerə cəm olub sanama yolu ilə ev yiyəsi (başçı, molla və ya aparıcı) seçirlər. Yerdə qalan oyunçulara ev yiyəsi (başçı, molla və ya aparıcı) tərəfindən müxtəlif vəzifələr tapşırılır. Oyun zamanı Azərbaycan xalqının ailə məişətinə (qonaqpərvərlik, ailəcanlılıq və s.) uyğun şəkildə ailədə baş verən hadisə və olaylar uşaqlar tərəfindən oyun şəklində oynanılır (yamsılanır, icra edilir).
Email
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Erlik
Fizik
Fizik — fiziki kainatın bütün maddə və enerjisinin qarşılıqlı əlaqəsini başa düşmək üçün ixtisaslı alim. Fiziklər öz sahələrinin bir çox şöbələrində bütün böyük miqyası əhatə edən təbii hadisələrin geniş sprektrini öyrənirlər. Fiziklərə ümumiyyətlə təbii hadisələrin əsas səbəbləri və ya kökü və adətən riyazi münasibətlərlə öz anlayış çərçivəsi maraqlıdır. "Fizik" ifadəsi Vilyam Uel tərəfindən 1840-cı ildə İnduktiv Elmlər Fəlsəfəsi (ing. The Philosophy of the Inductive Sciences) kitabında yeni ifadə kimi işlədilmişdir. Fiziklərin layiq görüldüyü ən yüksək fəxri ad İsveç Kral Elmlər Akademiyası tərəfindən 1901-ci ildən bəri verilən Fizika üzrə Nobel mükafatıdır.
Güzik
Güzik (Şepiran)
Medik.
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Yemlik
Yemlik (lat. Tragopogon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Zizik
Zizik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Zizik oyk.. sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Qudyal çayının sahilində, Qusar maili düzənliyindədir. Yerli məlumata görə Oykonim ərazidəki eyniadlı dağın adından yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1588 nəfər əhali yaşayır. Kənddə Zizik kənd məscidi dini icması fəaliyyət göstərir. Əli bəy Harun bəy oğlu Zizikski (noyabr 1876, Zizik, Quba qəzası – 18 sentyabr 1929, Bakı) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, hərbi və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Çuzik
Çuzik — Rusiya Federasiyasındə Tomsk vilayətində çay. Parabel çayını (Ob hövzəsi) yaradan sol qol. Uzunluğu 382 km, hövzəsinin sahəsi 9 min km². Vasyuqan düzənliyi ilə axır. Qarışıq mənbədən, əsasən, qar suları ilə qidalanır. Ortaillik su sırfi mənsəbindən 73 km³ məsafədə 30,5 m³/sanmetrdir. Oktaybr-noyabrdan aprelin axırı-mayın əvvəlinədən donmuş olur. Ağac axıdılır. Mənsəbindən 210 km məsafədə gəmiçiliyi yararlıdır.
Emerik Kpeqba
Emerik Kpeqba (29 may 1999) — Toqolu üzgüçü. Emerik Kpeqba Toqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Emerik Kpeqba birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.67 saniyəlik nəticəsi ilə 80-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Emiko Kubo
Emiko Kubo (d. 28 dekabr 1966) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Etnik azlıq
Azlıqlar — etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə kompakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər. Azərbaycanda ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlular, qrızlılar, haputlular, ceklilər, xınalıqlılar, əliklilər, yergüclülər, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar.
Etnik milliyətçilik
Etnik millətçilik və ya mikro millətçilik, milli kimliyi yaradan, mədəniyyət, tarix və məqsəd birliyi kimi hakim mədəni ünsürlərin yaratdığı milli biz şüru yerinə, etnik birlik kimi biz şürunu mənimsəyən etnosentrik millətçilik növüdür. Hakim mədəniyyətin də bir etnik qrup kimi düşünülməsi lazım olduğu fikrini müdafiə edir. Azlıq mədəniyyətlərinin inkarı və asimiliyasiyası etnik millətçilik hisslərinin inkişafında mühüm bir təsir kimi qəbul edilir.. Özünü sosial bağlarla və ortaq mədəniyyətlə tərif edən, bütünləşdirici təbiətə sahib olan kültürəl millətçilikdən ayrılır. Millət dövlət strukturunun həyati əhəmiyyətli ünsürlərindən biri ölkə sərhədləri içində tək milli mədəniyyətin var olmasıdır. Ulus dövlətlərdə hakim milli mədəniyyətin xaricində qalanlar dəstəklənməz və eyni zamanda da məcburi şəkildə ortadan qaldırılmazlar. Milli mədəniyyət ilə qaynaşmazlıq halında ötəkiləşən mədəniyyətlər ana millətdən qopmağa qədər gedə bilərlər. Ernest Gellnerə görə mərkəzi rejimdən başqalaşan mədəniyyətlərin iki seçimi vardir: assimiliyasiya və ya öz millətçiliyini yaratmaq. Çoz etnik azlıqlarda daha çox qarşımıza çıxan assimiliyasiyadır ancaq getdikcə bəziləri milli dövlət daxilində hüquqi bir haqq qazanma mübarizəsinə qoşulmaqdadır. Tək mədəniyyətli milli dövlətlərdə bir azınlıq mədəniyyəti hakim milli mədəniyyəti rədd edərsə ayrı bir millət olma istəyini ortaya qoyar.
Etnik millətçilik
Etnik millətçilik və ya mikro millətçilik, milli kimliyi yaradan, mədəniyyət, tarix və məqsəd birliyi kimi hakim mədəni ünsürlərin yaratdığı milli biz şüru yerinə, etnik birlik kimi biz şürunu mənimsəyən etnosentrik millətçilik növüdür. Hakim mədəniyyətin də bir etnik qrup kimi düşünülməsi lazım olduğu fikrini müdafiə edir. Azlıq mədəniyyətlərinin inkarı və asimiliyasiyası etnik millətçilik hisslərinin inkişafında mühüm bir təsir kimi qəbul edilir.. Özünü sosial bağlarla və ortaq mədəniyyətlə tərif edən, bütünləşdirici təbiətə sahib olan kültürəl millətçilikdən ayrılır. Millət dövlət strukturunun həyati əhəmiyyətli ünsürlərindən biri ölkə sərhədləri içində tək milli mədəniyyətin var olmasıdır. Ulus dövlətlərdə hakim milli mədəniyyətin xaricində qalanlar dəstəklənməz və eyni zamanda da məcburi şəkildə ortadan qaldırılmazlar. Milli mədəniyyət ilə qaynaşmazlıq halında ötəkiləşən mədəniyyətlər ana millətdən qopmağa qədər gedə bilərlər. Ernest Gellnerə görə mərkəzi rejimdən başqalaşan mədəniyyətlərin iki seçimi vardir: assimiliyasiya və ya öz millətçiliyini yaratmaq. Çoz etnik azlıqlarda daha çox qarşımıza çıxan assimiliyasiyadır ancaq getdikcə bəziləri milli dövlət daxilində hüquqi bir haqq qazanma mübarizəsinə qoşulmaqdadır. Tək mədəniyyətli milli dövlətlərdə bir azınlıq mədəniyyəti hakim milli mədəniyyəti rədd edərsə ayrı bir millət olma istəyini ortaya qoyar.
Etnik modifikasiya
Etnik estetik cərrahiyə və ya etnik modifikasiya — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir. Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir. Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi‎) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir. Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır". Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlar Emil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni. Emin Quliyev Emin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) — Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Ağazadə — Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Epik
Epik növun şifahi xalq ədəbiyyatında əsas janrlari nağıl, əfsanə, dastan və lətifədir. Yazılı ədəbiyyatda epik novun aşağıdakı növləri vardir. Təmsil Hekayə Novella Povest Oçerk Roman Xatirə.
Erik
Erik — Şimali Alman mənşəli bir kişi adı. Kürən Erik — island vikinqi Erik Norales Erik Vluymans Erik I (1095–1103) Erik II (1134–1137) Erik III (1137–1146) Erik IV (1232–1250) Erik V (1259–1286) Erik VI (1286–1319) Erik VII (1412–1439) Erik I (931? — 933?) Eyrik II Maqnusson (1280–1299) Erik III (1389–1442) Eric VI əvvəlki İsveç kralları tarix elmində sabit sayılmır. Əslində, monarxların sayı 16-cı əsrin ortalarında tətbiq olundu və onun sayəsində istifadə olunan tək Erik, Erik XIV idi. Erik, İsveçin əfsanəvi kralı, Alreka qardaşı. Erik Byornson, İsveçin yarı əfsanəvi kralı. Erik Refilsson, İsveçin yarı əfsanəvi kralı. Erik Anundson (? — 882?), İsveçin yarı əfsanevi kralı, Eric Emundsson kimi də tanınır. Erik Vetrhoq (Erik Vederhatt), İsveçin əfsanəvi kralı, ehtimal ki, Erik Anundson ilə eyni.
Etik
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Ezio
Ezio Auditor — (ing. Ezio Auditore da Firenze) " Assassin's Creed II ", " Assassin's Creed : Brotherhood " və " Assassin's Creed: Revelations ". Desmond Milesin əcdadı . Leonardo da Vinçinin dostu . Sahibi Monteriggioni . Ezio Auditore de Firenze, sonradan İtaliyada Qardaşlığın usta lideri olmuş bir İntibah qatili idi. 24 iyun 1459-cu ildə anadan olub, o, serialdakı digər əsas personajların əcdadı idi: Desmond Miles və Subject 16 (Clay Kaczmarek) . Tez-tez soyadın bir hissəsi kimi qəbul edilən De Firenze ləqəbdir və "Florensiyadan" və ya "Florensiyalı" deməkdir. Ezio on yeddi yaşına çatana qədər gələcək taleyindən şübhələnmədi, lakin Auditor ailəsinə qarşı sui-qəsd və atasının və iki qardaşının asılması şəklində sonrakı cəza öz işini gördü: qəhrəman öz taleyini öyrənə bildi. Bacısını və anasını qorumaq üçün Ezio yaşayış yerini daha sakit və sakit bir yerə dəyişmək qərarına gəldi və nəticədə əmisi Mario Auditore ilə Villa Monteriggioni- də məskunlaşdı.
Etnik münaqişə
Etnik münaqişə — iki və ya ikidən artıq etnik qruplar arasında münaqişədir. Münaqişənin səbəbləri cürbəcür, o cümlədən, siyasi, iqtisadi, dini və sosial ola bilər.
Etnik qrup
Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir. Etnik qrup - etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə “milli azlıq” kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında “milli azlıq” və “etnik azlıq” (qrup) çox zaman adekvat kimi işlənilir. Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. Azərbaycanda ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar kimi onlarla fərqli etnik qrup yaşayır. Еtnik qruplаr tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dil аiləsinin İrаn budаğınа аiddir.
Etnik qruplar
Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir. Etnik qrup - etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə “milli azlıq” kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında “milli azlıq” və “etnik azlıq” (qrup) çox zaman adekvat kimi işlənilir. Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. Azərbaycanda ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar kimi onlarla fərqli etnik qrup yaşayır. Еtnik qruplаr tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dil аiləsinin İrаn budаğınа аiddir.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Əlzin
Əlzin (az-əbcəd. الزین‎, fars. الزین‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 398 nəfər yaşayır (124 ailə).
Əmlak
Əmlak — hər hansı bir fiziki şəxsə, hüquqi şəxsə və ya ictimai hüquq subyektinə məxsus olan əşyalar (pul və qiymətli kağızlar daxil olmaqla), habelə sahiblərinə hər hansı bir fayda gətirən digər şəxslərdən əşyalar və ya əmlak məmnuniyyəti almaq üçün mülkiyyət hüquqları. ... Mülkiyyətindən asılı olaraq sahibinin istehlak etmək, dəyişdirmək, bölmək, yenidən qeydiyyatdan keçirmək, icarəyə götürmək, girov qoymaq, satmaq, dəyişdirmək, köçürmək, bağışlamaq və ya məhv etmək, habelə başqalarını bu proseslərdən kənarlaşdırmaq hüququ vardır , və bəlkə də onu tərk et. Mülkiyyətin təbiətindən asılı olmayaraq, mülkiyyətçi ondan düzgün istifadə etmək və ya ən azı yalnız saxlamaq hüququna malikdir. Mülkiyyət tez-tez maddi və qeyri-maddi olaraq bölünür. Əmlak aşağıdakıları ifadə etmək üçün işlədilən termin: müəyyən şəxsin sahibliyində olan əşyaların və maddi sərvətlərin məcmusu (bu mənada "əmlak" terminindən qanunvericilikdə daha çox istifadə olunur); başqa şəxsdən əldə edilən əşyaların və əmlak hüquqlarının məcmusu; sahibinin əmlak vəziyyətini səciyyələndirən əşyaların, əmlak hüquq və vəzifələrinin məcmusu. Daşınar əmlak — qanunla daşınmaz əmlak kimi təsnif edilməyən hər hansı bir şey (pul və qiymətli kağızlar daxil olmaqla). Daşınmaz əmlaka torpaqla möhkəm bağlı olan hər şey, yəni məqsədlərinə nisbətsiz ziyan dəymədən hərəkəti mümkün olmayan obyektlər (binalar, tikililər və s.) Daxildir. Rusiya qanunvericiliyi daşınmaz əmlaka da aiddir: təyyarə və dəniz gəmiləri, daxili naviqasiya gəmiləri və kosmik obyektlər. Əşyaları daşınan (və ya daşınmaz) kateqoriyasına aid edərkən iki kriteriyadan istifadə olunur: maddi (əşyaların ərazi ilə əlaqəsi dərəcəsi) və qanuni (torpaqla əlaqəsindən asılı olmayaraq əşyaları daşınmaz kateqoriyasına aid etmək).
Ərtik
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Əsrik
Əsrik nahiyəsi
Əyrik
Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Cəfər Rəmzi
Cəfər Rəmzi (tam adı: Cəfər Balaəmi oğlu İsmayılzadə; 9 aprel 1905, Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 11 sentyabr 1996, Bakı, Azərbaycan) — Azərbaycan şairi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), Əmək veteranı (1977), Elm veteranı (1988). Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsinı doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış (1913–1917), sonra bir müddət əkinçiliklə məşğul olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir (1920–1922). Bakı Darülmüəllimində (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini davam etdirmişdir (1922–1927). APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1929–1932). Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir. APİ-nin Tarix fakültəsində qiyabi təhsil almış (1941–1942), Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir (1958–1990). 1968-ci ildə "Yəğma Cəndaqinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini "Sufi" təxəllüsü ilə yazıb-yaratmışdır (1954-cü ildən).
Daşınar əmlak
Daşınar əmlak — torpaqla əlaqədar olmayan, ona təhkim olunmayan, daşınmaz əmlakın əksi olan əmlak. Özü hərəkət edə bilən əşyalar (heyvanlar) daşınar əmlaka aid edilirlər. Pullar, məcburi tələb hüquqları, qiymətli kağızlar, borc şəhadətnamələri, icra vərəqələri d.ə. hesab olunurlar. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlaklar Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində mpcr.cbar.az qeydiyyatdan keçirilə bilər.
Daşınmaz əmlak
Daşınmaz əmlak — üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr. İnternetin inkişafı ilə birlikdə daşınmaz əmlak bazarıda saytlara daşınaraq onlayn xidmət göstərməyə başladı. Qanunvericiliyə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına hədsiz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə göstərilən əsaslardan birinin olması yetərlidir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycanda 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Müxtəlif hüquq normalarında, əhatə dairəsindən asılı olaraq, bu anlayış müxtəlif mənalarda istifadə edilə bilər. Kollektiv və tərkibində müxtəlifdir. Mülkiyyət ayrı bir şey kimi və ya maddi dəyərlərin müəyyən bir birləşməsi kimi qəbul edilə bilər. Başqa bir mənada, bu müddət mülkiyyət hüquqlarını da əhatə edə bilər . Vərəsəlik qanununda, "mülkiyyət" anlayışı yalnız maddi dünyanın və qanunun obyektlərini deyil, vəsiyyətçinin öhdəliklərini də əhatə edir. İndiyə qədər hüquqi ədəbiyyatda mülkiyyət haqqında vahid bir anlayış yoxdur.