1. Əzilmiş. Əzik meyvə. Əzik pomidor.
2. Ütüsü, şaxlığı, hamarlığı getmiş; hamar olmayan. Əzik köynək. Əzik qəzet.
– Fərhadoğlu əzik paltarlarının üstündə əlini gəzdirirdi.
3. Batıq, çökük. Əzik parç. Samovarın bir böyrü əzikdir.
// is. Əzik yer. Əziyi düzəltmək.
4. is. tib. Yumşaq toxumaların zədələnməsi ilə birlikdə qan damarlarının qırılması nəticəsində əmələ gələn zədə yeri. Ayaqdakı əzik. Əlində əzik var.