Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xpert
Xpert (tam adı: Şəhriyar Zahid oğlu Atababayev; 30 sentyabr 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı popçu. 2019-cu ildən "Xpert" ləqəbi ilə yanaşı XXXpert ləqəbindən də istifadə edir. Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir. Ailəlidir və Məryəm adlı qızı var. 2009-cu ildə A4 ləqəbli repçi ilə tanış olmuşdur. A4-ün köməyi və digər iki repçinin iştirakı ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirib. İlk vaxtlarda replərinin sözləri türkcə olmuşdur. Daha sonra Naqan, SertOzan, A4 adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır. 2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib.
Everything You've Come to Expect
Everything You've Come to Expect — The Last Shadow Puppets qrupunun 1 aprel 2016-cı ildə Domino Records tərəfindən buraxılan ikinci albomu. Albom 2014-cü ildə London, Paris və Los-Anceles şəhərlərində qrupun həmmüəllifləri Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Malibuda qrupun üzvü Ceyms Ford qonaq musiqiçi Mett Helders və yeni basçı Zak Daues ilə birlikdə etmişdir. Aranjimanlar əvvəlki albomda olduğu kimi yenidən Ouen Pallett tərəfindən edilmişdir. Üz qabığında 1969-cu ilin noyabrında Cek Robinson tərəfindən çəkilmiş Tina Törnerin rəqs etdiyi zaman çəkilmiş şəkli yer almışdır. Şəkli illüstrator Metyu Kuper dəyişdirərək ona qızılı rəng verib. Everything You've Come to Expect qrupun əvvəlki albomundan fərqli olaraq daha çox maksimalist səviyyədə hazırlanıb. Mahnılar əsasən barokko-pop, mavi göz soul və psixodelik pop janrındadır. Albom desert rock, postpank, fank, disko və italyan film saundtrekləri də daxil olmaqla müxtəlif yerlərdən təsirlənib. Mahnıların sözləri hedonizm, romantika, özünə dəyər və iki gənc kişinin gecə həyatı haqqındadır.
Egbert
Eqbert (ən tezi 775, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Ekspert
Ekspert (lat. expertus — təcrübəli) – müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin, hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisi. == Həmçinin bax == Ekspert sistemlər == Mənbə == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Eqbert
Eqbert (ən tezi 775, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Ekspert sistemlər
Ekspert sistemlər — konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə ərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər. Ekspert sistemi – müəyyən bilgilərə və tətbiq olunduğu sahənin (məsələn, maliyyə və tibb) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanmaqla həmin sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən tətbiqi proqramın bir növü. Ekspert-insanlar problemləri həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Ekspert sistemində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilib: biliklər bazası və məntiqi nəticə (çıxarma) mexanizmi. Biliklər bazası verilmiş mövzuya aid olan spesifik fakt və qaydaları təqdim edir, məntiqi nəticə (çıxarma) mexanizmi isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. İstifadəçi interfeysləri, başqa tətbiqi proqramlarda olduğu kimi, sorğuları formalaşdırmağa, informasiyanı təqdim etməyə və sistemlə özgə yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərin ən maraqlı komponentlərindən biri olan əsaslandırma vasitələri sistemə çıxardığı nəticələri izah etməyə imkan verir; bu vasitələr sistemi hazırlayanlara həmin sistemlərin işini yoxalmağa imkan verir.
Emilia exserta
Emilia exserta (lat. Emilia exserta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Henrix Kipert
İohan Samuil Henrik Kipert (31 iyul 1818, Berlin – 21 aprel 1899, Berlin) — alman coğrafiyaçısı və kartoqrafıdır. Rusiya və Avstriya elmlər akademiyasının üzvüdür. == Tərcümeyi-halı == Henrik Kipert ticarətçi ailəsində anadan olub. Uşaqlığından səyahət etməyə marağı var idi. Ailə dostları tarixçi Leopold fon Rank onun bu marağına dəstəkləmiş və səyyah etməyə kömək etmişdir. O həmçinin tarixə marağı var idi. 1836-cı ildə Berlin universitetinə daxil olur, filogiyanı və coğrafiyanı öyrənir. Bu illərdə o dostu Karl Ritterin köməkliyi ilə öz tarixini xəritəsini çəkir. 1839-cu ildə Ritter Kiçik Asiyanın topoqrafik xəritəsini tərtib edir. 1841-ci ildə Konstantinopula, Yunanıstana səyahət edir.
III Rupert
Pfalslı Ruprext (alm. Ruprecht von der Pfalz‎; 5 may 1352, Amberq, Yuxarı Pfalts – 18 may 1410), bəzən Pfalslı Robert kimi tanınan, Vittelsbax sülaləsinin üzvü, 1398-ci ildən Pfals kürfürstü (III Ruprext adıyla) və 1400-cü ildən ölümünə qədər Almanların kralı. == İlk illəri == Ruprecht 5 may 1352-ci ildə Amberqdə II Ruprext və onun həyat yoldaşı Beatrisin yeganə oğlu olaraq dünyaya gəldi. 13 yaşında anasını itirməsi istisna olmaqla, gəncliyi barədə heç nə məlum deyil. Lakin o, erkən yaşlarından mühüm tədbirlərdə iştirak edirdi. 1378-ci ildən o, böyük əmisi I Ruprext və atası II Ruprextlə birlikdə mühüm sənədlərdə adı görünürdü. Nəticədə, o, Pfalsın gələcək varisi kimi əvvəlcədən məlum idi. Kürfürst kimi hakimiyyətinə qədər o, əsasən Yuxarı Pfalsda yaşadı. 1385/86-cı ilin qışında o, Prussiya səlib yürüşünə qoşulub. Ruprext 27 iyun 1374-cü ildə Amberqdə Nürnberq burqqrafı V Fridrixin qızı Elizabet fon Hohensollern ilə evləndi.
Nicolas Appert
Nikolya Apper (17 noyabr 1749, Şalon-an-Şampan – 1 iyun 1841, Massi[d]) — fransız ixtiraçı. Təzə yeməklərin bağlı qablarda uzun müddət sağlam bir şəkildə qoruna biləcəyi fikrini ilk inkişaf etdirən adam, parisli Nikolya Apperdir. 1795-ci ildə Fransa hökuməti, qidaların konserv olaraq saxlana biləcəyi bir üsulu bulana 12 min frank mükafat veriləcəyini eşitdirdi. Bu mükafatın cazibəsinə qapılan Nikolya Apper ticari baxımdan da praktik bir tətbiq etdi. Mədən qablar yerinə şüşə qabları seçdi. Yenə də bu günün tənəkə konserv sənayesi, quruluş fikirini Apperin cəhdlərinə borcludur. Nikolya Apperin işlərinin nəticəsi ilk dəfə 1804-cü ildə sınandı. Dənizçilik Naziri, Apperin konservlərindən bir qisiminin Bresdəki dəniz əsasına göndərilməsini əmr etdi. Burada, qablar üç ay açılmadan saxlandı. İlk nümunələrin araşdırılmasından sonra, Paris Sağlamlıq Müdirliyinə bu hesabat göndərildi: "Qabdakı ət suyu çox ləzzətli.
Rupert Qrint
Rupert Aleksandr Lloyd Qrint (ing. Rupert Alexander Lloyd Grint) — Böyük Britaniya aktyoru. Rupert Qrint 24 avqust 1988 ci ildə İngiltərədə anadan olub. Hal hazırda 31 yaşındadır. Harri Potter filmində rol almazdan əvvəl teatrdə səhnə alıb.Yazıçı Coan Roulinqin əsərləri üzrə çəkilmiş Harri Potter haqqında filmlərdə Ron Uizli rolunda çəkildikdən sonra daha da məşhurlaşmışdır. Rupert Qrintin baş rolda oynadığı film isə 2002 ci ildə komedia filmi Thunderpands oldu. Harri Potter film ardıcıllığı belədir. Harri Potter və Fəlsəfə Daşı, Harri Potter və Sirlər Otağı, Harri Potter və Azkaban Məhbusu, Harri Potter və Simurq Ordeni, Harri Potter və Yarımqan Prins, Harri Potter və Ölüm Hədiyyələri I Hissə və son olaraq Harri Potter və Ölüm Hədiyyələri II Hissə olmuşdur.
Seymur Peypert
Seymur Peypert (ing. Seymour Aubrey Papert; 29 fevral 1928, Pretoriya – 31 iyul 2016[…]) — dünyada riyaziyyat, süni intellekt və təhsil üzrə kompüterdən istifadə sahəsində işlərinə görə görkəmli alim. Seymur Peypert 29 fevral 1928-ci ildə Cənubi Afrika Birliyinin Pretoriya şəhərində anadan olmuşdur. Hələ məktəb illərində ikən, o zaman mövcud olmuş ayrı-seçkilik rejiminə qarşı çıxışlarda iştirak edərək coşqun siyasi hadisələrə qatılır. Bir müddət CAR Kommunist Partiyasına qoşulur, ancaq tezliklə siyasi proseslərdə iştirakdan imtina edir. O, siyasətdən əlavə, riyaziyyat və fəlsəfə ilə maraqlanırdı. Peypert Kembric Universitetində riyaziyyat ixtisası üzrə təhsil alır. Sonra isə Parisə köçərək bir müddət orada yaşayır. 1958-ci ildən 1963-cü ilə qədər Seymur Peypert Cenevrə Universitetində Jan Piaje ilə işləyir. Sonradan bu haqda Peypert belə deyir: "Bu 50-ci illərin sonu idi.
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
Adolf Exler
Adolf Eyxler (8 noyabr 1869, Oryol – 5 fevral 1911, Bakı) — alman memarı. Azərbaycan almanları icmasına məxsus Lüteran kilsəsini (Kirxa) 1896–1899-cu illərdə Adolf Eyxler inşa etmişdir. == Həyatı == === Ailəsi və uşaqlığı === Adolf Eyxler 8 noyabr 1869-cu uldə anası Yelena-Yelizaveta Qovorkonun ata yurdunda, Rusiyanın Oryol şəhərində anadan olmuşdur. Atası Vilhelm Eduard Eyxler 1864-cü ildə Bakıya gəlmişdir. Böyük bacısı Vilhelmina-Yelizaveta 1866-cı ildə, kiçik bacısı Viktoriya-Leontina 1870-ci ildə Bakıda anadan olmuşlar. Atası Vilhelm Eduard məşhur kimya və farmasiya magistri sayılırdı. 1888-ci ildə Neft sənayeçiləri birliyi kerosinin keyfiyyətinə nəzarət etməyi ona həvalə etmişdi. Təbiətsevər şəxs olan Vilhelm Eduard, demək olar ki, ancaq öz şəxsi vəsaitləri hesabına 1878-ci ildə Mixaylov (Qubernator) bağını abadlaşdırmışdı. Vilhelm Eduard həm də yeni bitki növləri kəşf etmiş və alman botanika jurnalında onlar haqqında məqalələr yazmışdı. Alimlər həmin bitkiləri onun şərəfinə Tulipa Eichleri və Bulbucodium Eichleri adlandırmışdılar.
Eppet-Belkey
Eppet-Belkey — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan qumlu ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Şimaldan Olenok körfəzi, cənubdan Ulaxan-Ues qolu onun sahillərini yuyur. Qonşu adalar: qərbdən — Oççuquy-Eppet-Arıta, cənubdan Oqonnyor-Arıta, cənub-şərqdən Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 2 metrdir.
Fridrix Ebert
Fridrix Ebert (alm. Friedrich Ebert‎; 4 fevral 1871[…], Heydelberq, Baden knyazlığı[d], Almaniya imperiyası – 28 fevral 1925[…], Berlin, Prussiya[d], Veymar Respublikası) — alman sosial-demokratı, SDP-nin əsas xadimlərindən biri və onun "revizionist" qolunun lideri. Almaniyada Noyabr inqilabından sonra ilk reyxskansleri, ilk Almaniya prezidenti (Veymar Respublikası, 1919–1925) və həmçinin Almaniyanın ilk demokratik olaraq seçilmiş dövlət başçısı. == Həyatı == Fridrix Ebert 1871-ci ildə Heydelberq şəhərində dərzi ailəsində doğulub. Həmkarlar ittifaqı hərəkatında iştirak edən Ebert, Sosial Demokrat Partiyasında siyasi yüksəkliklərə nail olmuş, 1905-ci ildə Baş katib, 1913-cü ildə partiya sədri olmuşdur və 1914-cü ilin avqustunda Ebert, Birinci Dünya müharibəsinin başlanğıcının lazımlı "müdafiə" bir tədbiri olduğunu iddia edərək, SDP'nin əlavə hərbi vəsaitlər üçün demək olar ki, yekdil dəstək əldə etmişdir. Ebert və Şeydeman tərəfindən idarə olunan partiya rəhbərliyinin bu mövqeyi partiya içində bölünməyə gətirib çıxardı, nəticədə sol və mərkəz sol qanad 1917-ci ilin əvvəlində Almaniyanın Müstəqil Sosial Demokrat Partiyasını formalaşdıraraq partiyanı tərk etdi. SDP liderlərinin qalan hissələrinə nisbətən, Fridrix Ebert kayzer fikirləri ilə fərqlənirdi. Noyabrın inqilabı ərəfəsində Rexkansleri Baden Şahzadəsi ilə söhbətində, monarxiyanın qorunub saxlanılmasına ümid etdiyini və respublikanı onun yoldaşı Philip Scheidemann "özbaşına" hesab etdiyini elan etdi. Ebertin reyxprezidentliyi zamanı müharibə və siyasi qeyri-sabitliyin itirilməsi Almaniyada ağır iqtisadi böhrana səbəb oldu. 1923-cü ilin noyabrında Ebert Hustav Stresemannın koalisiya hökumətini tərk edən öz partiyasına qarşı çıxdı.
Mark Esper
Mark Tomas Esper (26 aprel 1964), 23 iyul 2019 tarixində vəzifəsinə başlamış və aktiv olaraq vəzifəsini yerinə yetirən 27-ci Birləşmiş Ştatların müdafiə naziridir. Mark Esper, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin katibi vəzifəsinə gəlməzdən əvvəl, Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin nəzdində 2017-ci ildən 2019-cu ilə qədər 23-cü Birləşmiş Ştatların ordu katibi idi. 18 iyun 2019-cu ildə prezident Donald Trumpın açıqlaması ilə ABŞ-nin müdafiə nazirinin müavini oldu. Müdafiə naziri olacağı gözlənilən Patrick M. Shanahan haqqında danışılan xəbərlər və senatda onun təklifinin rədd olunmasından sonra müdafiə nazirliyində Esper haqqında danışılmağa başlanıldı. Şanahan namizədlikdən çəkildikdən və vəzifəsindən istefa verdikdən sonra 23 iyul 2019-cu ildə Birləşmiş Ştatlar Senatı tərəfindən 90 səs lehinə, 8-i əleyhinə olmaq ilə müdafiə naziri seçildi və Birləşmiş Ştatların 27-ci müdafiə naziri oldu. 1986-2007 arasında polkovnik-leytenant rütbəsində ABŞ Silahlı Qüvvələrində 101-ci Hava-Desant Diviziyasında xidmət etmişdir.
Milan Ekert
Milan Ekert (2 mart 1965, Plzen) — Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Mixaela Ebert
Mixaela Ebert (7 iyun 1997) — Almaniyalı peşəkar qadın trek velosipedçisi. Ebert Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. Ebert 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında da iştirak etmişdir.
Nikolas Apert
Nikolya Apper (17 noyabr 1749, Şalon-an-Şampan – 1 iyun 1841, Massi[d]) — fransız ixtiraçı. Təzə yeməklərin bağlı qablarda uzun müddət sağlam bir şəkildə qoruna biləcəyi fikrini ilk inkişaf etdirən adam, parisli Nikolya Apperdir. 1795-ci ildə Fransa hökuməti, qidaların konserv olaraq saxlana biləcəyi bir üsulu bulana 12 min frank mükafat veriləcəyini eşitdirdi. Bu mükafatın cazibəsinə qapılan Nikolya Apper ticari baxımdan da praktik bir tətbiq etdi. Mədən qablar yerinə şüşə qabları seçdi. Yenə də bu günün tənəkə konserv sənayesi, quruluş fikirini Apperin cəhdlərinə borcludur. Nikolya Apperin işlərinin nəticəsi ilk dəfə 1804-cü ildə sınandı. Dənizçilik Naziri, Apperin konservlərindən bir qisiminin Bresdəki dəniz əsasına göndərilməsini əmr etdi. Burada, qablar üç ay açılmadan saxlandı. İlk nümunələrin araşdırılmasından sonra, Paris Sağlamlıq Müdirliyinə bu hesabat göndərildi: "Qabdakı ət suyu çox ləzzətli.
Alpert Tibb Məktəbi
Alpert Tibb Məktəbi (ing. The Warren Alpert Medical School of Brown University) — Braun Universitetində tibb proqramını həyata keçirən təhsil müəssisəsi == Tarixi == 1811-ci ildə yaradılmışdır. 1991-ci ildən məktəb Braun Tibb Məktəbi adlandırılır. 2007-ci ildə iş adamı Uorren Alpert məktəbə 100 milyon dollar vəsait yardım edir. Bunun qarşılığında məktəbin adı dəyişdirilərək Uorren Alpert Tibb Məktəbi olur. == Fəaliyyəti == Hazırda bu məktəb Amerikanın ən rəqabətli məktəblərindəndir. Məktəbə qəbul olmaq istəyənlərin yalnız 2%-dən aşağısı müsabiqədən uğurla keçir. Məktəbdə hüceyrə biologiyası, fiziologiyası, biokimya, qidalanma, immunologiya və genetika, mikroskopik anatomiya, ümumi patologiya, neyrobiologiya, patofiziologiya, neyrofarmokologiya, mikrobiologiya, epidemiologiya, endokrin patofiziologiya, kardiologiya, nefrologiya, pulmonologiya, gematologiya, qastroenterologiya və s. elmlər öyrədilir. Burada 4 il təhsil aldıqdan sonra tələbələr bakalavr diplomu alır və avtomatik olaraq təhsilini MD (latın dilindən "Medicinae Doctor" - tibb doktoru) dərəcəsi almaq üçün davam etdirir.
Elxan Nuriyev (ekspert)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). == Həyatı == Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.
Eqbert (Uesseks kralı)
Eqbert (ən tezi 775, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Rupert Çarlz Barnebi
Rupert Çarlz Barnebi (ing. Rupert Charles Barneby, 6 oktyabr 1911 – 5 dekabr 2000, Bronks, Nyu-York ştatı) — Böyük Britaniya əsilli Amerika botaniki. Nyu-York Botanika Bağının görkəmli alimlərindən biridir.. Atlas of North American Astragalus. Daleae Imagines. Intermountain Flora, Volume 3, Part B. Silk Tree, Guanacaste, Monkey's Earring: A Generic System for the Synandrous Mimosaceae of the Americas (3 Volumes). Barnebya bitki cinsi Barnebinin şərəfinə adlandırılmışdır.. Onun şərəfinə həmçinin Barnebyella, Barnebydendron və 25 bitki növü adlandırılmışdır.. DNB, Katalog der Deutschen Nationalbibliothek: Rupert C. Barneby (alm.) Botanical Elctronic News: Dr.
Hüquq ekspert sistemi
Hüquq ekspert sistemi — qərar qəbulu baxımından hüquq ekspertinin işini təqlid etmək üçün süni intellektdən istifadə edən subyektyönümlü ekspert sistemi. Hüquq ekspert sistemləri spesifik mövzularda ekspert biliklərini toplamaq, mücərrədləşdirmək və əldə etmək üçün qayda bazalarından və bilik bazalarından və nəticə çıxarmaq mexanizmindən istifadə edir. hüquqi sahələrdə subyektlər. == Məsələləri == Təklif edilmişdir ki, hüquqi ekspert sistemləri 1960-cı illərin sonlarından bəri artan hüquqi məlumat və qərarların sürətlə artan axınında naviqasiya etməyə kömək edə bilər. İlkin hüquq ekspert sistemlərinin bir çoxu 1970-ci və 1980-ci illərdə yaradılmışdır. Əvvəlcə hüquqşünaslar hüquqi ekspert sistemlərinin əsas hədəf istifadəçiləri kimi müəyyən edilmişdir.
Şahzadə Rupert damlası
Şahzadə Rupert damlası (Bataviyanın şərəfinə — Hollandiyanın köhnə adı), həmçinin Bolonya şüşələri, Batavi göz yaşları (ing. Prince Rupert's drops) — son dərəcə yüksək daxili mexaniki gərginliyə malik temperli şüşənin dondurulmuş damcıları Temperatur aşağı düşdükdə, ərimiş şüşə kristallaşmır, əksinə şüşəli bir vəziyyətə çevrilir, yəni sərtləşən şüşənin atomları kristalda olduğu kimi "düzgün" yerlərini tutmağa vaxt tapmırlar, lakin bir quruluş meydana gətirirlər. mayenin quruluşuna bənzəyir. Qeyd etmək vacibdir ki, bu vəziyyətdə şüşənin xüsusiyyətləri, xüsusən də həcm ərimənin soyuma sürətindən əhəmiyyətli dərəcədə asılıdır. 400-600 °C temperaturda ərimiş şüşə damcısı suya düşəndə ​​onun xarici təbəqəsi o qədər tez soyuyur ki, şüşənin strukturunun özünü yenidən təşkil etməyə vaxtı olmur və həcmdə müvafiq dəyişiklik (azalma) az olur. . Digər tərəfdən, damlanın nüvəsi yavaş-yavaş soyuyur və buna görə də özək şüşəsinin strukturu xarici təbəqədəki şüşə ilə müqayisədə çox daha böyük dərəcədə dəyişir. Bununla belə, nüvənin həcmi struktur dəyişikliyinə görə dəyişə bilməz, çünki həcmdə belə bir dəyişikliyin qarşısını xarici təbəqə alır. Nəticədə, nüvə uzanır və xarici təbəqə sıxılır. Başqa sözlə desək, soyudulmuş damcının daxili hissəsində mexaniki dartılma gərginlikləri, xarici hissədə isə sıxıcı gərginliklər təsir göstərir. Sıxılmış qabıq çox güclüdür (məsələn, aerozol qutularının və ya beton metro tunellərinin dibləri eyni şəkildə qurulur), lakin qabıq məhv edilərsə, bütün gərginlik çıxarılır və damcı partlayır.
Əxmər
Əxmər (Auırqazı) —
Əxtər
Əxtər -(farsca ulduz deməkdir) M.T.Sidqinin 1892-ci ildə Ordubadda təsis etdiyi,yeni təlim-tədris üsulu ilə fəaliyyət göstərən ibtidai məktəb. Məktəbdə dərslər ana dilində aparılırdı. Lakin o zaman Azərbaycan dilində dərsliklə olmadığından M.T.Sidqi "Əxtər" məktəbi üçün əlyazması şəklində ana dili, coğrafiya və hesabdan dərsliklər hazırlamışdı. "Əxtər əhalidən toplanan maddi vəsait hesabına fəaliyyət göstərirdi. Milli məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı 1896-ci ildə rus-Azərbaycan məktəbinə çevrilir. M.T.Sidqi 2 il "Əxtər" məktəbinə rəhbərlik etmişdir. Azərbaycanın ilk diplomatlarından İbrahim Əbilov, yazıçı M.S.Ordubadi ibtidai təhsillərini bu məktəbdə almışlar.
Nahid Əxtər
Nahid Əxtər (pənc. ناہید اختر ; urdu ناہید اختر) — pakistanlı ifaçı. O, "Pakistanın bülbülü" də adlandırılır. Nahid Əxtər, 1970–1980-ci illərin ikinci yarısında Lollivudun ən yaxşı ifaçısı idi. 1974, 1975 və 1985-ci illərdə Nigar Film Mükafatını və 2007-ci ildə Prezident Mükafatını qazanıb. Əxtər 26 sentyabr 1956-cı ildə Pəncabın Multan şəhərində anadan olub. Onun 3 bacısı və 4 qardaşı var. Bacısı Həmidə Əxtər də müğənni idi.
Əkpər Feyzullayev
Əkpər Feyzullayev (Feyzullayev Əkpər Əkbər oğlu; d. 02.11.1945, Bakı şəhəri) — Geologiya-mineralogiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2017) Əkpər Feyzullayev 2 noyabr 1945-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanın Dövlət Mükafatı laureatı "Tərəqqi" medalı AR Prezidentinin fəxri diplomu AMEA-nın Prezidiumunun və Yer Elmləri bölməsinin fəxri fərmanları 1. Carbon Isotopic Composition of the Hydrocarbon Fluids of the South Caspian Megadepression. Geochemistry International, 39(3), 2001, 237–243. (Həmmüəlliflər: Guliev I.S., D.A. Husseynov). 2. Isotope geochemistry of oils from fields and mud volcanoes in the South Caspian Basin, Azerbaijan. Petroleum Geoscience. 2001, 7(2), 201-209 (Həmmüəlliflər: Guliyev I., Husseynov D.).
Əxmər (Auırqazı)
Əxmər (başq. Әхмәр, rus. Ахмерово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 25 km, kənd sovetliyindən (İşli): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (89%) üstünlük təşkil edir.
Əxmər (Avurğazı)
Əxmər (başq. Әхмәр, rus. Ахмерово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 25 km, kənd sovetliyindən (İşli): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (89%) üstünlük təşkil edir.