Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firuzə
Firuzə — Azərbaycanda çox işlədilən qadın adı. Firuzə Məmmədli — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980). Firuzə Vəliyeva — Azərbaycan alimi. Firuzə Əlixanova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1974). Firuzə Vəlixanlı — Azərbaycan şahmatçısı. Firuzə Eminbəyli — əksinqilabi trotski-terrorçu. Firuzə Əfəndiyeva — yazıçı. Firuzə İbadova — əməkdar artist, müğənni. Firuzə Abbasova — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018). Firuzə Məmmədova — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi (1962–1963).
Fənuil
Penuel (həmçinin Peniel, Fənuil və ya Fəniil; ivr. ‏פְּנוּאֵל‏‎ Pənūʾēl) — Yəhudi Bibliyasında təsvir olunan yer. Sukkotdan çox uzaqda yox, İordan çayının şərqində və indiki İordaniyada Yəbbuq çayının cənubunda yerləşir. Penuel Yaradılış kitabında Yaqubun mələklə güləşdiyi yer kimi qeyd olunur. Bu, Birinci Padşahlar kitabında möhkəmləndirdiyi Şimal İsrail çarlığının ilk padşahı Yarovamın paytaxtı kimi xatırlanır. == Müəyyənləşdirilməsi == 1970-ci ilə qədər Bibliya alimləri Penueli indiki İordaniyada Təlül əz-Zəhəb əkiz zirvələri ilə eyniləşdirdilər. Yaradılış kitabında verilən hesaba əsaslanaraq, alimlər Penuelin müqəddəs ziyarətgah yeri olduğuna inanırdılar və zirvələrdən birində Birinci Dəmir dövrünə və ya ondan əvvəllərə aid bir məbədin olduğunu güman edirdilər. Belə bir quruluş tapılmadığı üçün bu nəzəriyyə sual altına düşmüşdür.
Fənuc
Fənuc - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Fənuc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,706 nəfər və ya 2,124 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar, hənəfi sünni müsəlmandırlar.
Gənzə
Gənzə mineral bulağı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bulaq Gənzə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Gənzə (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.
Kənzə
Gənzə mineral bulağı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bulaq Gənzə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Gənzə (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.
Ənizə
Ənizə (ərəb. عنزة‎, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.
Firuzə (mineral)
Firuzə — mineral, kimyəvi tərkibi (CuAl6[PO4]4(OH)8·4H2O) olan çox nadir və qiymətli daş. Fars dilindən tərcümədə, firuzə — "xoşbəxtlik daşı" deməkdir. Çox zaman "firuzə" sözünü fars dilindən "Piruz", yəni, "qalib gələn" kimi də tərcümə edirlər. Qədim dövrlərdən zərgərlikdə istifadə edilən firuzə bərəkət və var-dövlət rəmzi hesab edilirdi. Rəngi açıq mavidən, göy, yaşıl və tünd yaşıl çalarlara qədər olur. Sıxlığı 2,6–2,8-dir. Firuzə mineralının çıxarıldığı yataqlar: Misir, Sinay yarımadası, İran, Əfqanıstan, Tacikistan, Türkmənistan. Dünyada süni firuzə mineralının istehsalı geniş yayılmışdır ki, bu mineralları əsil firuzədən yalnız mütəxəssislər ayıra bilirlər. Su tərkibli olan fosfar və alüminium birləşməsi sayılır. Kimyəvi tərkibi olduğu kimi qalmır və durmadan dəyişikliyə uğrayır; CuO — 9,57%, Al2O3–36,84%, Pb2O3–34,12%, H2O — 19,47%.
Firuzə (opera)
Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası. == Tarixçə == 1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu.
Firuzə (şəhər)
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Firuzə Abbasova
Firuzə Abbasova (Firuzə Məmməd qızı Abbasova; 1958, Ermənistan SSR) — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018). == Həyatı == Firuzə Abbasova 1958-ci ildə Ermənistan SSR-də anadan olmuşdur. O, 1975–1979-cu illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində, 1980–1985-ci illərdə isə S. M. Kirov adına ADU-nun Hüquq fakültəsində təhsil almışdır. 1979–80-ci illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində müəllim kimi çalışmışdır. 1987-ci ildə Sosial Təminat Nazirliyində inspektor, 1987–1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda mütəxəssis, baş ekspert, elmi işçi, böyük elmi işçi, 1994–2000-ci illərdə Bakı şəhərində hakim, 2001-ci ildən BDU-nun Cinayət prosesi kafedrasında müəllim, 2005-ci ildən dosent kimi fəaliyyət göstərmişdir. 2008-ci ildən Cinayət prosesi kafedrasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == 2001-ci ildə "Azərbaycanda məhkəmə ekspertizasının yaranması, müasir vəziyyəti və inkişafının hüquqi, elmi tənzimi məsələləri" adlı namizədlik dissertasiyası müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. 2011-ci ildə "Azərbaycanın cinayət-prosessual qanunvericiliyində çəkişmə prinsipinin nəzəri və təcrübi problemləri" adlı doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri doktoru elmi adı verilmişdir. 2012-ci ildən kafedranın professorudur.
Firuzə Abdullina
Firuzə Abdullina (başq. Абдуллина Фирүзә Дәүләтша ҡыҙы 24 fevral 1961, Şulkə, Başqırd MSSR) — başqırd əsilli müəllim, şairə. 1961-ci ilin 24 fevral tarixində, Başqırd Muxtar Sovet Sosialist Respublikasının Baymak rayonu, Şulkə kəndində anadan olmuşdur. 2017-ci ildən Rusiya Federasiyası Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvüdür.. Firuzə Abdullinanın ixtisası — rus dili və ədəbiyyatı, başqırd dili və ədəbiyyatı müəlliməsidir. O, Yəğəfər Nəzerşin, Damir Soltanov, Nəsimə Əminova, Azat İskujin, Yulay Moratov, Rəsimə Dinislamovalar kimi insanlarla birlikdə mahnı yazmışdır. == Bioqrafiyası == Şulkə kəndində altı illik məktəbdə oxumuş, sonra Baymak internat məktəbinə oxumağa getmişdir. 1978-ci ildə məktəbi bitirmişdir. 1978–1983-cü illərdə Sterlitamak Pedaqoji İnstitutunda təhsil almışdır. Sonra müəllim işləməyə başlayır və 1983–1984-cü illərdə Karmaskalı rayonunda qabaqcıl lider müllimlərdən biri olur.
Firuzə Ağayeva
Firuzə Abdulla qızı Ağayeva (1955, Qaymaqlı, Qazax rayonu) — Alim, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür. == Həyatı və elmi fəaliyyəti == Firuzə Ağayeva 1955-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1971-ci ildə Qaymaqlı kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil almışdır. 1975-1978-ci illərdə Azərbaycan Ensiklopediyasının redaksiyasında çalışmışdır. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmiş, daha sonra orada müəllim vəzifəsinə təyin edilmişdir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Mütəmadi olaraq Orta Asiya və türk dünyası ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak edir. Çoxsaylı publisistik, 50-dən çox elmi məqalənin, Azərbaycan dilində 8, rus dilində 2 monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. Hazırda Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professorudur. == Təltif və mükafatları == Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür.
Firuzə Balayeva
Firuzə Mirzəağa qızı Balayeva (23 fevral 1980, Bakı) — azərbaycanlı aktrisa. == Həyatı == Firuzə Balayeva 1980-cı il 23 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1997-ci ildə orta məktəbi bitirmiş və elə həmin il Bakı Mədəni-Maarif texnikumuna daxil olmuşdur. 2000-ci ildə Kulturologiya və bədii yaradıcılıq fakültəsini bitirmişdir. 2010–2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Teatr rejissoru" fakültəsi ixtisasına yiyələnmişdir.Ailəlidir bir övladı var. == Fəaliyyəti == 2004-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi işləməyə başlamışdır. 2008-ci ildə teatrdan ayrılaraq "Azərbaycanfilm" kinostudiyasında filmlərdə rejissor assistenti kimi işləməyə başlamışdır.Çalışdığı müddətdə "Tanrıverdinin nağılı", "Ölüm novbəsi", "Niyyət", "Kabusun gözü ilə", "Mən evə qayıdıram" və s. filmlərdə işləmişdir.2009-2010-cu illərdə "İbrus" özəl teatrında rejissor assistenti vəzifəsində işləmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlamışdır. == Teatr tamaşalarındakı rolları == Mustafanın dostu — "Mustafa" Uzunqulaq — "Cənnətin üç alması" Kəniz — "Ələddinin sehirli çırağı" Nabat — "Çimnaz xanım yuxudadır" Pişik — "Çəkməli pişik" Şeytan — "Güc birlikdədir" 2 nağılçı — "Tıq-Tıq xanım" Qara əcinnə — "Pəri cadu" Yalıncıq — "3 qulağın nağılı" Emiliya; döyüşçü oğlan — "Zorro" Keçi — "Kosanın qızı" ? — "Buzlar ölkəsində" Şərəbani ("Yaşar", Cəfər Cabbarlı) Luçiya ("Filumena Marturano,Eduardo De Filippe) Səkinə ("Dəli yığıncağı") Mangurt ("Mangurt" ) Qulluqçu ("Ölülər ",C.Məmmədquluzadə) Qulluqçu ("Qarabağnamə",....) Xanım ("Anamın kitabı",.....) Qurbağa ("Buratino",....) Limon("Çipollino",....) Bəyim (Xurşud Banu Natəvan) Ögey bacı (Göyçək Fatma) Bıdı (Bir qalanın sirri) Nayman qadın (Əsrə bərabər gün.Aytmatov) == Filmoqrafiya == Ana qaz (film, 2005) (qısametrajlı bədii televiziya filmi) 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: bacı) 220 №-li otaq (film, 2010) (qısametrajlı bədii televiziya filmi) Kabusun gözüylə (film, 2010) (tammetrajlı bədii film) (rol: aptekdə satıcı) Niyyət (film, 2010) (tammetrajlı bədii film) Aramızda qalsın (film, 2011-2013) (bədii serial) Qayınana (film, 2011) (bədii serial) (rol: ana; falçı) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Fira) Həyat varsa… (serial, 2012-2014) (bədii serial) Bir ovuc torpaq (teleserial, 2013) (bədii serial) (rol: qaçqın qadın) Çaqqal nəfəsi (film, 2013) (bədii serial) (rol: məhbus qadın) Həyat sən nə qəribəsən (teleserial, 2013) (rol: Qumru) Ləkə (teleserial, 2013) (bədii serial) (rol: bağça müdirəsi) Qisas (teleserial, 2014) (bədii serial) (rol: qonşu) Açar (film) (qısametrajlı bədii televiziya filmi) Niyə (komediya serialı) Rəxşəndə Komedixana (yumoristik veriliş2019-2022) Toy əhvalatı (komediya serialı) klarnet ifacisi.
Firuzə Bədirbəyli
Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası – 16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971). == Həyatı == Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır. Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir. Xalq artisti Zemfira Əliyevanın anasıdır. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr.
Firuzə Kərimova
Firuzə Qədəşi qızı Kərimova — neftçi, filantrop == Həyatı və təhsili == Firuzə Kərimova 1907-ci ildə neftçi ailəsində anadan olmuşdur. Səkkiz yaşında olanda müsəlmanların maariflənməsi məsələsi ilə məşğul olan "Nəşr-Maarif" Cəmiyyətinin Balaxanıda açılmış ibtidai məktəbinə daxil olur. Onun xisləti-məcazı ibtidai məktəb illərindən qeyri-adiliyi ilə nəzərə çarpır. O zamanlar qızların məktəbə getməsinə mövhumatçılar maneçilik edirdilər. Firuzə bütün hədələrə sinə gərərək təhsilini davam etdirir. O, 1919-cu ildə məktəbi fərqlənmə ilə bitirərək, kənd qadınlarına savad öyrətməyə başlayır. Onların evində, atasının yanında toplaşan gizli yığıncaqların iştirakçıları: Müseyib Dadaşov, Mikayıl Oalarov, Əlisəttar İbrahimov, Ağahüseyn Rəsulzadənin söhbətlərinə qulaq asır və onların tapşırığı ilə gizli vərəqlər paylamaqla onlara kömək edirdi. İnqilabçı fəhlələr arasında birinci dəfə gizli vərəqələr paylayanda Firuzənin 13 yaşı var idi. Bundan başqa o, 1919-cu ildə Balaxanıda Fatma Maqsudovanın rəhbərlik etdiyi qadın özfəaliyyət dərnəyinə gedir, başqa balaxanılı qadınlarla səhnə əsərlərinin tamaşaya qoyulmasında iştirak edirdi. Həmin illərdə Bakıda Ceyran Bayramova, Mələknisa Qafarova, Zeynəb Rizvanovanın fədakar əməkləri nəticəsində qadınlar klubu yaradılır.
Firuzə Muradova
Firuzə Ramazan qızı Muradova (23 mart 1929, Bakı – 1987, Bakı) — vokalçı-aktrisa, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Firuzə Muradova 23 mart 1929-cu ildə Bakıda anadan olub. 1940-cı illərin sonlarından Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Dramatik soprano səsinə malik olan aktrisa Qərb və Şərq ifaçılıq mədəniyyətinin sintez etmişdi. O, 1987-ci ildə Bakıda vəfat edib.
Firuzə Məmmədli
Firuzə Məmmədli (azərb. Firuzə Nurəddin qızı Məmmədli‎;) — Azərbaycan şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980). == Həyatı == Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuşdur. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur. == Əmək fəaliyyəti == Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir. Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. 1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosentidir. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Firuzə Məmmədova
Firuzə Məmməd qızı Məmmədova (1927, Şuşa, DQMV) — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi (1962–1963). 1927-ci ildə Şuşa şəhərində anadan olub. Ağdamda Müəllimlər İnstitutunu və iki illik partiya məktəbini bitirib. Bir neçə il maarif sahəsində işləyən F.Məmmədova sonralar Partiya işində çalışıb. 1962-ci ilin martından 1963-cü ilə - Qubadlı rayonu Zəngilan rayonuna birləşənə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi olub.
Firuzə Novruzova
Novruzova Firuzə Saleh qızı — Azərbaycanın ilk qadın elektrokimyaçılarından biri. == Həyatı == Firuzə Novruzova 1937-ci il iyunun 15-də Bakıda ziyalı ailəsində anadan olub. 1944-1954-cü illərdə Biləcəri qəsəbəsində orta məktəbi bitirdikdən sonra, 1954-1959-cu illərdə indiki Azərbaycan Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini bitirmişdir. 1959-cu ildən indiki Azərbaycan Milli Elmlər Akademiyası akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ilk əmək fəaliyyətinə başlamışdır. İşlədiyi illər ərzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrinə qədər yüksəlmişdir. 1970-ci ildə Rusiyada "Elektroliz zamanı tellurun xlorid turşusu məhlulunda katod və anod proseslərinin tədqiqi" mövzusunda kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 50-dən artıq elmi əsərin və 10-dan artıq patentin müəllifidir. F.Novruzova 2016-cı il iyulun 1-də dünyasını dəyişmişdir.
Firuzə Vəlixanlı
Firuzə Orxan qızı Vəlixanlı (26 oktyabr 1970) — Sovet və Azərbaycan şahmatçısı, qadınlar arasında qrosmeyster (1994). Azərbaycan qadın yığmasının tərkibində dörd FİDE Şahmat Olimpiadası (1992, 1994, 2002, 2004) və iki Avropa Komanda çempionatında (1992, 1997) iştirak etmişdir. == Həyatı == 1970-ci ildə anadan olub. 1990-cı ildə qadınlar arasında beynəlxalq şahmat ustası adını qazandı, 1994-cü ildən qrosmeyster adını aldı. 1991-ci ildə yüksək idman nəticələrinə görə Azərbaycan SSR fəxri diplomuna layiq görülmüşdür.. 1992-ci ildə Azərbaycanın qadınlardan ibarət yığma komandasında Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı. 1995-ci ildə Azərbaycan idmanının inkişafındakı nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir. Həyat yoldaşı AFFA-nın ilk prezidenti olmuş Fuad Musayevin oğlu Tofiq Musayevdir. Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir. == Mükafatları == 31 yanvar 1991 — Azərbaycan SSR-in Fəxri fərmanı 5 mart 1995 — "Tərəqqi" medalı == Filmoqrafiya == İlk zirvələr (film, 1988) == İstinadlar == == Xarici keçidlər == FIDE Chess Profile Firuza Velikhanli.
Firuzə Vəliyeva
Firuzə İbadova
Firuzə Böyükağa qızı İbadova (18 fevral 1954, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikası əməkdar artisti (2006). == Həyatı == Firuzə Böyükağa qızı İbadova 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. 173 saylı orta məktəbdə təhsil alıb və buranı 1971-ci ildə bitirib. 1963-cü ildən Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində Əfsər Cavanşirovun uşaq xorunun solisti olub. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Lalə" qızlar ansamblının, 1976-cı ildən Gülarə Əliyeva adına "Dan ulduzu" ansamblının solisti olub. 1979-cu ildə Rəşid Behbudovun mahnı teatrına solist kimi dəvət edilib. Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır. Firuzə İbadova 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Elə həmin ildə Orta Asiyada keçirilmiş Azərbaycan ongünlüyündə konsert proqramı ilə çıxış edib. 1982-ci ildə Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış məqbərənin açılışında iştirak edib.
Firuzə şəhristanı
Firuzə şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Firuzə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 49,823 nəfər və 12,581 ailədən ibarət idi.
Firuzə şəhəri
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Firuzə Əfəndiyeva
Əfəndiyeva Firuzə Nəsib qızı — azərbaycanlı yazıçı. == Həyatı == Firuzə Əfəndiyeva 1932-ci ildə Qaraqoyunlu mahalının Çəmbərək rayonunun Qaraqaya kəndində anadan olub. Orta məktəbi Gölkənd kəndində bitirib.Haqqıxlı kəndində yaşayıb. Yazıçısı Nəsib Əfəndiyevin qızıdır.Yazar-şair Ayişə Nəbinin anasıdır. == Əsərləri == Bir yurdun simfoniyası.(memuar) Bakı: Nurlan, 2008, 224 səh.
Frunze
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Benue
Benue (fr. Bénoué) — Kamerunun Şimal regionunun 4 departamentindən biri. Regionun şimal hissəsində yerləşir, ərazisi 13 614 kv. km.-dir. Benue departamentinin inzibati mərkəzi Qarua şəhəridir (fransız dilində: Garoua). Qərbdə Nigeriya ilə, şərqdə Çadla, həmçinin Mayo-Luti (şimalda), Mayo-Rey (cənub-şərqdə) və Faro (cənub-qərbdə) departamentləri ilə həmsərhəd idi.
Fenzl
Eduard Fenzl (ing. Eduard Fenzl; 1808–1879) Avstriya botaniki.