Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fabula
Fabula — hərəkətin təqlid olunması, başqa sözlə desək, müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığıdır. == Növləri == Fabulalar sadə və dolaşıq olmaqla, iki növə ayrılır. Belə növlərə bölünmə, əsasən, fabulaların təqlid etdiyi hərəkətlərlə bağlıdır. Aristotel sadə fabula dedikdə, elə fasiləsiz və tamamlanmamış hərəkəti nəzərdə tuturdu ki, onun ərzində taleyin dəyişməsi peripetiyalarsız və tanımalarsız olsun. Dolaşıq fabula dedikdə isə taleyin dəyişməsi tanıma və ya peripetiya ilə, yaxud hər ikisinin bahəm iştirakı ilə yaranan hərəkət başa düşülürdü. Bütün bunlar, öz növbəsində, fabulanın tərkibinə aiddir, yəni müəyyən bir hadisə zərurət və ehtimala əsasən əvvəl baş vermiş hadisənin nəyinsə nəticəsində baş verməsi ilə nədənsə sonra baş verməsi arasında böyük fərq vardır. Peripetiya, deyildiyi kimi, hadisələrin öz əksinə dönməsidir ki, bu da, ehtimal və zərurət qanunları üzrə olur. Məsələn, “Edip” əsərində Edipi sevindirmək və onu anası qarşısında xofdan azad etmək üçün gələn qasid ona kim olduğunu bildirməklə, hadisənin öz əksinə dönməsinə nail olur, həmçini “Linkey” əsərində də birini ölümə aparır, Danay isə onların dalınca gedir ki, onu öldürsün, lakin hadisənin gedişi nəticəsində özü ölməli olur, birincisi isə xilas olur. Tanıma isə, adından da göründüyü kimi, bilməzlikdən bilməyə keçid deməkdir ki, bu da taleyi xoşbəxtlik, yaxus bədbəxtlik olan şəxsləri ya dostluğa, ya da düşmənçiliyə aparır. Tanımanın şəkilləri arasında ən çox istifadə ediləni bədii cəhətdən ən zəifi və qabiliyyət çatışmazlığı səbəbindən ən çox istifadə olunanı - zahiri əlamətlər vasitəsilə tanımadır.
Fibula (broş)
Fibula — Arxeoloji (antik) termin. Fibula (/ˈfɪbjʊlə/, pl.: fibulae /ˈfɪbjʊli/) paltarı, adətən sağ çiynində bərkitmək üçün istifadə edilən broş və ya sancaqdır.Fibula müxtəlif inkişaf yolları var, lakin hamısı sancaq prinsipinə əsaslanırdı. Ən müasir broşlardan fərqli olaraq, fibulalar sadəcə dekorativ deyildi; Fibulalar başlanğıcda praktiki funksiyaya xidmət edirdilər: hər iki cins üçün xalat və papaq kimi paltarları bərkitmək üçün istifadə edilirdi. İngilis dilində "fibula" müasir zərgərlik üçün istifadə olunan söz deyil, daha çox arxeoloqlar tərəfindən istifadə edilən termindir. Yüzlərlə müxtəlif növ fibula var. Onlar adətən tarixi dövrlərə, coğrafiyaya və yaxud mədəniyyətlərə əsaslanan növlərə bölünürlər. Fibular də ümumi formalarına görə siniflərə bölünür. Fibula, Neolit dövründən Tunc dövrünə qədər paltarları bağlamaq üçün istifadə edilən düz sancaqları əvəz edirdi. Orta əsrlərdə fibulaları paltar düymələri əvəz etmişdir. Onların nəsli, müasir dövrdə bəzək əşyası kimi istifadə edilən broşlardır.
Dina Lebo Falula
Dina Lebo Falula (9 dekabr 1983) — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Dina Lebo Falula Cənubi Afrika Respublikasını 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dina Lebo Falula birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 41 dəqiqə 46 saniyəyə qət edərək 157 marafonçu sırasında 63-cü yeri tutdu.
Dino Lebo Falula

Herakl Kalpe və Abula dağlarını ayırır
Herakl Kalpe və Abula dağlarını ayırır — 1634-cü ildə Françisko de Zurbaran tərəfindən yaradılmış, kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. == Təsviri == Rəsm əsəri 136 sm × 167 sm ölçülərində çəkilmişdir. Rəsm əsərinin kolleksiyası Prado muzeyində saxlanılır. == Analizi == Tabloda Herakl təsvir olunmuşdur. Rəsm əsərində biz onun Herkules sütunları kimi də tanınan Kalpe və Abula dağlarını bir-birindən ayırdığını görə bilərik. Françisko de Zurbaranın Herakla həsr olunmuş 10 rəsm əsəri Buen Ritero Sarayının Şahzadələr Zalının IV Filipp üçün ayrılmış zalında nümayiş olunmuşdur. Hal-hazırda həmin seriya Prado muzeyində saxlanılır və nümayiş olunur. == İstinadlar == == Biblioqrafiya == Juan Antonio Gaya Nuño et Tiziana Frati, La obra pictórica de Zurbarán, éditions Planeta, Barcelone, 1988, ISBN 84-320-2866-5 p. 131-132.
Herkules Kalpe və Abula dağlarını ayırır

Albula
Albula (lat. Albula) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinə aid heyvan cinsi.
Fabada
Fabada (isp. fabada, fabada asturiana) — İspaniya, daha dəqiq deyilsə, Asturiya mətbəxinə aid ənənəvi yemək. Ağ lobya və kolbasadan hazırlanır. Yeməyin adı Asturiya dilində fabes sözündən yaranıb mənası yeməyin əsas ərzaqlarından biri olan lobya deməkdir. Fabada ilə oxşar yeməklər alman ayntopfu və İspan kosidosu hesab olunur.
Ferula
İlankölgəsi (lat. Ferula) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Jubula
Jubula (lat. Jubula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Nebula
Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını. Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır. Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar. Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar. Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır. Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir. Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı. Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
Tabule
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.
Tabuli

Zabuli
Mehristan və ya Zabuli- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Mehristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,672 nəfər və 1,560 ailədən ibarət idi.
Papula
Papula – lat. pimple sözüdür. Dəri səviyyəsindən yuxarı qalxan, 1 sm-dən kiçik, epidermis və ya dermanın səthi qatını zədələyən boşluğu olmayan sıx konsistensiyalı düyüncükdür. İltihabi (çərhayı və ya qırmızı rəngli, təzyiq etdikdə bir müddət solğun olur) və qeyri-iltihabi olur.
Abuca
Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir. Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005). == Tarixi == Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.
Abuta
Abuta (lat. Abuta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinə aid bitki cinsi.
Azula
Şahzadə Azula (çin. 阿祖拉 Ā Zǔ Lā) — Avatar: Aanq haqqında əfsanə (2-ci mövsümdən (Yer kitabı) bəri). cizgi serialının əsas personajlardan biri, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin personajı. Od Millətinin Şahzadəsi.
Fauna
Fauna (mifologiya) — Qədim Roma mifologiyasında heyvandarlıq ilahəsi. Fauna (zoologiya) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
Paula
Paula — ad. Paula Hitler — alman siyasətçi Paula Selinq — Rumıniyalı məşhur müğənni. Paula Leyton — İspaniyanı təmsil edən su poloçusu. Paula Abdul — ABŞ müğənnisi və aktrisası. Paula Todoran — Rumıniyalı marafonçu. Paula Pareto — Argentinalı cüdoçu.
Atriplex patula subsp. patula
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Atriplex patula var. patula

Eclipta patula
Hermione patula
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Zabul
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.