Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fariz
Fariz — ad. Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). Fariz İbrahimov — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri Fariz Nəcəfov — Azərbaycanı təmsil edən karateçi Fariz Cəbrayılov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Yusifov — Azərbaycanlı futbol hakimi.
Afriq
Afriq (IV əsr – IV əsr) — Xarəzmin Afriqilər sülaləsinin qurucusu. Onun Katda paytaxtının yaxınlığında Fil və ya Fir kimi tanınan bir qala tikdiyi qeyd edilmişdir. Onun haqqında çox şey məlum deyil. Sonra onun yerinə oğlu Bəqrə keçmişdir. == İstinadlar == Bosworth, C. E. ĀL-E AFRĪḠ // Encyclopaedia Iranica, Vol. I, Fasc. 7. 1984. 743–745. İstifadə tarixi: 9 May 2021.
Faiq
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi. Faiq Məmmədov Faiq Məmmədov (professor) — professor. Faiq Məmmədov (geoloq) — geoloq.
Abdulla Faruq
Əfəndiyev Abdulla Musa oğlu (24 aprel 1907, Potu, Göyçay qəzası – 1944) — şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abdulla Faruq 1907-ci il aprelin 24-də Azərbaycanın indiki Göyçay rayonundakı Potu kəndində əkinçi ailəsində doğulmuşdur. İlk təhsilini Göyçayda almış (1917-1921), sonra Bakı müəllimlər seminariyasına göndərilmişdir. Oranı bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur (1925). Lakin onu ADU-nun pedaqoji fakültəsinə dəyişirlər. Burada ictimai-tarix şöbəsini qurtarır. Göyçay rayonunda pedaqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya ezam olunur (1930).
Cəbəli-Tariq
Cəbəllüttariq (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi. == Tarix == Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı. Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi. Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi. Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir. == Əhalisi == İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir. == İqtisadiyyatı == Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir.
Faris Səfərov
Səfərov Fariz Məcid oğlu (20 iyun 1920, Nehrəxəlil, Ərəş qəzası – 27 avqust 1964, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (19 mart 1944). == Həyatı == Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə Bakı ŞHK-dan hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir. On günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda olduğu qatarı alman təyyarələri bombalayır, çox sayda insan ölsə də Səfərov Fariz sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur. 1943-cü ildə Zaporojye ətrafında Qızıl Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dneprə sahillərinə yaxınlaşdığı bir vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlara düşmən sahilə yön alır. Düşmən sahilə yaxınlaşmağa 10–15 metr qalmış qayıqlarını görsə də sahilə çıxa bilirlər. Ağır döyüşlərə baxmayaraq düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır.
Fariz Abdullayev
Fariz Abdullayev — Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, baş məşqçi. 4 qat Beynəlxalq Seminar təmsilçisi, 2 qat Beynəlxalq Döyüş Növləri Festivalı iştirakçısı, Real Aykido üzrə 5-ci Dan qara kəmər, Krav Maga üzrə 4-cü Dan qara kəmər, Budo üzrə 2-ci Dan qara kəmər ustası. == Həyatı == Fariz Abdullayev Elsevər oğlu 1989-cu il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə 244 saylı orta məktəbi bitirmişdir. 2010-cu ildə isə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsini fərqlənmə ilə bitirərək tam ali təhsilə yiyələnir. Həmçinin 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2010–2011-ci illərdə hərbi xidmətini başa vurub. 2024-cü il 15 avqust tarixində "İrsi qan xəstəliyi haqqında və ümumilikdə qan donorluğu mədəniyyətinin inkişafı"da göstərdiyi xüsusi diqqət və qayğıya görə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul tərəfindən mərkəzin fəxri üzvü seçilmişdir. Evlidir, bir övladı var. Həvəskar olaraq musiqi fəaliyyəti ilə də məşğuldur.
I Faruq
I Faruq (ərəb. فاروق الأوّل‎; 11 fevral 1920[…] – 18 mart 1965, Roma) — 1936-cı ildən 1952-ci ilə Misirin kralı.
Tariq surəsi
86-cı surə
Tariq Əli
Tariq Əli (urdu طارق علی; ing. Tariq Ali; 21 oktyabr 1943, Lahor, Pəncab[d], Britaniya Hindistanı) — İngilis-Pakistanlı yazıçı, tarixçi, publisist, kinorejissor, ssenari müəllifi, solçu trotskizm ictimai xadim, "New Left Review"un redaksiya heyətinin üzvü "The Guardian", "CounterPunch" и "London Review of Books" üçün müntəzəm olaraq yazır. Məşhur "Sivilizasiyaların Çatışması" (2002), "Babildə Bush" (2003), "Eduard Səid ilə Söhbətlər" (2005), "Karib Dəniz Quldurları:" Ümid oxu "(2006) və bir çox kitabın müəllifi.
Tariq Əziz
Tariq Əziz (ərəb. طارق عزيز‎; 28 aprel 1936[…], Telkafe, Neynəvə mühafəzəsi – 5 iyun 2015[…], Nəsiriyyə) — İraqın informasiya (1974–1977) və xarici işlər naziri (1983–1991). == Həyatı == 28 aprel 1936-cı ildə İraqda doğulub. 5 iyun 2015-ci ildə İraqda vəfat edib.
Fariz Məmmədov
Fariz Məmmədov (15 aprel 1980, Ağdam) — peşəkar azərbaycanlı boksçu. Həmçinin Dünya və Avropa çempionu. == Həyatı == Fariz 15 aprel 1980-ci ildə Ağdam şəhərində anadan olub. 12 yaşı olanda Qarabağ müharibəsində iştrak edib. O, Milli Qəhrəman Allahverdi Bağırov adına 745 nömrəli batalyona qoşulmuşdu. İdmandan başqa müxtəlif hücum ittihamları ilə 7 il həbs edilib. 2016-cı ildə idman karyerasını sonlandırıb.
Faris Kərəm
Faris Kərəm (ərəb. فارس كرم‎; 25 iyun 1973, Cizzin, Əl-Cənub mühafəzəsi[d]) — Livanlı müğənni. Dəbkə və ərəb musiqisinin başqa janrlarında əsərlər yaradıb.
Fariz İsmayılzadə
Fariz Akif oğlu İsmayılzadə (2 sentyabr 1978, Lənkəran) — Azərbaycan alimi və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, "ADA" Universitetinin prorektoru (2006-cı ildən), İnkişaf və Diplomatiya İnstitutunun direktoru (2022-ci ildən). == Həyatı == Fariz Akif oğlu İsmayılzadə 2 sentyabr 1978-ci ildə Lənkəranda anadan olmuşdur. 1996–2000-ci ildə Qərb Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-nin Vaşinqton Universitetində sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili almış, hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində təhsil alaraq buranı "Ekzekyutiv MBA" ixtisasi üzrə bitirmiş, ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alaraq 2021-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Fariz İsmayılzadə 2003–2005-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatında müxtəlif qısamüddətli layihələrdə koordinator və menecer vəzifələrində çalışmışdır. 2006-cı ildə "ADA" Universitetinin prorektoru təyin edilmiş, beynəlxalq əlaqələr, 120 xarici universitet ilə mübadilə proqramları, ixtisasartırma proqramları, tədqiqat və sponsorluq layihələri, korporativ və hökumət tərəfdaşları ilə əlaqələr, marketinq və media əlaqələri sahələri üzrə kurator olmuşdur. Avropa İttifaqı üzrə Bilik Mərkəzinə, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinə və İnkişaf və Diplomatiya İnstitutuna rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Fariz İsmayılzadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilmişdir. Azərbaycan Milli Təhsil Strategiyası işçi qrupunun üzvü (2012-ci il), Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvüdür. Fariz İsmayılzadə 2024-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı seçilmişdir.
İbn Faris
İbn Faris (ərəb. ابن فارس‎; X əsr, Əhvaz – 1004, Rey) — İran əsilli ərəb dili üzrə Küfə dil məktəbinə mənsub dil və ədəbiyyat alimi. == Həyatı == İbn Faris bir müddət Rey və Həmədanda qalıb, Qəzvində elm öyrənib və Bədiüzzaman Həmədani onun tələbəsidir. Digər alimlərlə yanaşı, o atasından da çox şey öyrənib. Hazırda əlimizdə olan kitablarında ərəb dilinin mənşəyi və ərəb qəbilələrinin fərqliliyinə görə ərəb ləhcələrinin xüsusiyyətləri və fərqləri haqqında dəyərli qənaətləri mövcuddur. İbn Faris «Məqayis əl-luğa» kitabında: «Ərəbcə ət-təəhhul sözünün evlənmək mənasında işləndiyini, kişinin əhli onun arvadına və ona ən yaxın insanlara, evin əhli onun sakinlərinə, islam əhli onu qəbul edib Allah-təalanın qoyduğu qayda-qanunlara əməl edən insanlara» — deyildiyini bildirir.
Fariz Babayev
Fariz Hənifə oğlu Babayev — Azerbaycan Nefroloqlar Cemiyyetinin sedri, Tibb elməri namizədi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu, "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası" publik hüquqi şəxsin direktoru. Avropa Nefroloqlar və Dializ Assosiasiyasının (ERA – EDTA), MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin üzvü və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS), Azərbaycan Nefroloji Yardım İctimai Birliyinin idarə heyətinin, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür. 23 iyun 2018-ci ildə "Tərəqqi Medalı" ilə təltif edilmişdir. == Həyatı == Babayev Fariz Hənifə oğlu 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə orta məktəbi "Qızıl medal" ilə bitirmişdir. == Təhsili == 1980–1986-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə pofikaktika fakültəsində təhsil almışdır. Fariz babayev 1986-cı ildə Azərbaycan Tibb Universitetini "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir. == Əmək fəaliyyəti == 1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir. 1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi,1994-cu ildən böyük elmi işçi kimi çalışmışdır.
Fariz Bədəlov
Fariz Bədəlovun və Aygün Şahmalıyevanın ölümü — 2011-ci ildə dörd ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqlar. Əvvəl martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür. Dörd ay sonra, iyulun 14-də isə Ermənistan silahlı qüvvələrinin Əlibəyli yaşayış məntəqəsinə daxil olan Tovuz çayına içində partlayıcı qurğu olan oyuncağı buraxması nəticəsində həmin oyuncağı tataparaq evinə aparan və onunla oynayan zaman baş verən partlayış nəticəsində 12 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2011-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşıda hücumlar olsa da, uşaqlar arasında ölüm halları baş verməmişdir. 2011-ci ilin martında 8 yaşlı Fariz Bədəlovun ölümü birinci belə hal idi. Növbəti dövrlərdə — 2011-ci ilin iyulunda 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində, 2017-ci ilin iyulunda isə 2 yaşlı Zəhra Quliyeva Alxanlı hücumu nəticəsində öldürülmüşdür.
Fariz Camalov
Fariz Camalov (azərb. Camalov Fariz Hidayət oğlu;‎) — Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor, birinci Qarabağ müharibəsinin veteranı == Həyatı == 1963-cü ildə Şərur rayonunda anadan olub. 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. == Təltif və fəxri adları == Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Fariz Cəbrayılov
Fariz Hüseynli
Fariz Həsənov
Fariz Mədətov
Fariz Əlövsət oğlu Mədətov (18 aprel 1972, Varvara, Yevlax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == 18 aprel 1972-ci il Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1979–1989-cu illərdə burada təhsil almışdır. 1990–1992-ci illərdə hərbi xidmətdə olmuşdur. O, xidmətini başa vurub qayıtdığı zaman Qarabağ müharibəsi artıq başlamışdı. == Döyüşlərdə iştirakı == Milli Ordu sıralarında döyüşlərə girir. İlk döyüşü Qubadlı rayonunun Başarat kəndində olur. Sonra onu Füzuli rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq səhifələri yazdı.
Fariz Nəcəfov
Fariz Abdulla oğlu Nəcəfov (1 iyun 1978, Kəngərli, Ağdam rayonu) — Azərbaycanı təmsil edən karateçi, "Qəbələ" İdman Klubunun prezidenti (2019-ci ildən) və keçmiş vitze-prezidenti (2008–2019), Azərbaycan Silahlı Qüvvələrinin zabiti, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Fariz Abdulla oğlu Nəcəfov 1 iyun 1978-ci il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-in Ağdam rayonuna ərazisində yerləşən Kəngərli kəndində anadan olmuşdur. O, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin tələbəsi olmuş, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Fariz Nəcəfov 2008-ci ildə "Qəbələ" İdman Klubunun vitze-prezidenti postuna təyin olunmuşdur. "Qəbələ" İK Nəcəfovun vitze-prezidentliyi dövründə müxtəlif uğurlara imza atmışdır. "Qəbələ" FK onun vitze-prezidentliyi dövründə, 2015–2016 UEFA Avropa Liqası mövsümündə "Neftçi" PFK və "Qarabağ" FK-dan sonra UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağa vəsiqə qazanan üçüncü Azərbaycan futbol klubu olmuşdur. Həmçinin, Azərbaycandaxili turnirlərdə, 2013–2014, 2014–2015, 2015–2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən "Qəbələ", 2016–2017 və 2017–2018-ci illər mövsümlərində gümüş medal qazanmışdır. Nəcəfov 18 aprel 2019-cu il tarixində Kəmaləddin Heydərovun oğlu Tale Heydərovu əvəz edərək "Qəbələ" İK-nun prezidenti postuna təyin olunmuşdur. O, 11 iyul 2019-cu il tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir. Fariz Nəcəfov 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan zabit kimi könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibə zamanı cəbhə bölgəsində hərbi xidmətini davam etdirmişdir.
Fariz Qurbanov
Fariz Qəhrəmanov
Fariz Qəhrəmanov — Azərbaycanın Milli Qəhrəmanı. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. == Həyatı == 29 mart 1974-cü il Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə burada məktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştitrak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi. 1994-cü il Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür. 1995-ci il 13–17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir.
Barıq
Barıq (Qoşaçay)
Fırıq
Fırıq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Fırıq oyk, sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Afurca kəndindən çıxmış ailələrin indiki yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim er. "təriqət", "məzhəb", "kütlədən ayrılmış bir qrup" və ya "bölük" mənasında işlədilən fərəq sözü ilə bağlıdır. Firiq variantında da qeydə alınmışdır. Əslində, oykonim RSDFP-nın Bakı Komitəsi yanında bolşeviklərin qabaqcıl dağıstanlı fəhlələrlə birlikdə təşkil etdikləri Faruq (ədalət tərəfdarları) sosial-demokrat qrupunun (1907) adı ilə bağlıdır.
Çarıq
Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6–12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan "döşəmə" salıb geyirdilər. Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.
Barıq (Heris)
Barıq (fars. باروق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,070 nəfər yaşayır (273 ailə).
Barıq (Qoşaçay)
Barıq (fars. باروق‎; Baruq, Barı və ya Barlı) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanının Barıq bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınmasına görə şəhərdə 3 874 nəfər və 913 ailə yaşayır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Barıq (Ərdəbil)
Barıq (fars. باروق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,065 nəfər yaşayır (272 ailə).
Böyük Yarıq
Böyük Yarıq — Adi gözlə, Süd Yolunun parlaq qolunu, uzunluğunun üçdə biri qədərini uzunlamasına bölən və çoxlu sayda ulduzun zolaqları ilə əhatə olunmuş qaranlıq bir zolaq kimi görünür. Astronomiyada Böyük Yarıq-(bəzən Qaranlıq Yarıq kimi , çox az hallarda Qaranlıq Çay kimi də adlandırılır) Günəş Sistemi ilə Süd Yolu qalaktikasının Oxatan qolu arasında uzanan örtülü, qeyri-parlaq, molekulyar toz buldudunun birləşməsidir. Bu buludlar Yerdən 800–1000 parsek (2600–3300 i.i.) məsafədə yerləşir. Buludlar 1 milyon günəş kütləsi tərtibində plazma və tozdan ibarətdir. Böyük Yarıq Qu bürcündən başlayaraq burada, Qu Yarığı və ya Şimal Kömürü adlandırılır, Qartal bürcünə uzanır; İlandaşıyan bürcündə genişlənir; Oxatan bürcündə Qalaktik Mərkəzdə gizlənir; və nəhayət Sentavr bürcünə uzanır. Qaranlıq ən vacib bölgələrdən biri, Qu OB2 assosiasiyasıdır, o gənc ulduzların böyük bir qrupunu özündə birləşdirməklə bərabər həm də Dünyanın yaxınlığındakı ən böyük ulduzəmələgəlmə bölgələrindən biridir. Bu cür qaranlıq yarıqlar, Andromedada NGC 891 və Veronikanın Saçları bürcündə NGC 4565 (İynə qalaktikası) kimi bir çox kənar qalaktikalarda görülə bilər.
Yengicə (Barıq)
Yengicə (fars. ینگجه‎) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (43 ailə). Əhalisi etnik azərbaycanlıdır və azərbaycan dilində danışır.
Çarıq (Əsədabad)
Çarıq (fars. چارق‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 142 nəfər yaşayır (36 ailə).
Həddindən artıq balıq ovu
Həddindən artıq balıq ovu — balıq populyasiyasının davamlı vəziyyətini təmin etməyən və balıq ehtiyatlarının tükənməsinə səbəb olan balıqçılıq təcrübəsi. Suyun çirklənməsi və ya iqlim dəyişikliyi kimi dəniz ekosistemlərinə digər antropogen təsirlərlə müqayisədə bəziləri artıq nəsli kəsilmək ərəfəsində olan bir çox balıq növlərinin populyasiyalarının həddindən artıq balıq ovu onun kütləvi azalmasının əsas səbəbidir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2020-ci ildəki hesabatında deyilir ki, "2017-ci ildə dünyanın dəniz balıqçılıq təsərrüfatlarında balıq ehtiyatlarının 34 faizi həddən artıq ovlanmış kimi təsnif edilib". Həddindən artıq balıq ovunun bəzi formaları, məsələn köpək balıqlarının həddindən artıq ovlanması bütün dəniz ekosistemlərinin pozulmasına səbəb olmuşdur. Həddindən artıq balıq ovu meduzaların əsas rəqibini və yırtıcısını aradan qaldıraraq, meduza populyasiyasının partlamasını gücləndirir. 1990-cı illərdə İrland dənizində meduza populyasiyasının artmasında həm iqlim dəyişikliyi, həm də ekosistemin yenidən qurulması əsas rol oynadığı aşkar edilmişdir. == Səbəblər == Həddindən artıq balıq ovu üçün iqtisadi səbəblərə dünya əhalisinin artması ilə bağlı dəniz məhsullarına artan tələb daxildir. Balıq tez-tez ət yeməyinə alternativ olaraq görülür. Bəzi balıq növlərinin yüksək qiymətləri çox vaxt balıqçı qayıqlarının ən qiymətli balıqlar üçün saxlanmasına, ovun qalan hissəsinin isə dənizə atılmasına səbəb olur. Böyük balıqçılıq donanmasının saxlanması çox vaxt dövlət subsidiyaları ilə stimullaşdırılır.