FARİS

ə. 1) atlı, süvari; 2) mahir minici; 3) m. məharətli, iqtidarlı, bacarıqlı, hünərli.

FARİQ
FARS
OBASTAN VİKİ
Faris Səfərov
Səfərov Fariz Məcid oğlu (20 iyun 1920, Nehrəxəlil, Ərəş qəzası – 27 avqust 1964, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (19 mart 1944). == Həyatı == Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə Bakı ŞHK-dan hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir. On günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda olduğu qatarı alman təyyarələri bombalayır, çox sayda insan ölsə də Səfərov Fariz sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur. 1943-cü ildə Zaporojye ətrafında Qızıl Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dneprə sahillərinə yaxınlaşdığı bir vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlara düşmən sahilə yön alır. Düşmən sahilə yaxınlaşmağa 10–15 metr qalmış qayıqlarını görsə də sahilə çıxa bilirlər. Ağır döyüşlərə baxmayaraq düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır.
Faris Kərəm
Faris Kərəm (ərəb. فارس كرم‎; 25 iyun 1974, Cizzin, Əl-Cənub mühafəzəsi[d]) — Livanlı müğənni. Dəbkə və ərəb musiqisinin başqa janrlarında əsərlər yaradıb.
Faris bəy Vəkilov
Faris bəy Vəkilov (tam adı: Vəkilov Faris bəy İbrahim ağa oğlu; 1886, Tiflis – 1978, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi xadimi, mühəndis, diplomat, ADR-in Gürcüstanda diplomatik nümayəndəsi. İbrahim ağa Vəkilovun oğlu. == Həyatı == Faris bəy İbrahim ağa oğlu 1886-cı ildə Tiflisdə anadan olmuşdur. Peterburq Texnologiya İnstitutunu bitirib (1914), 1917-ci ilədək Petroqraddakı Putilov və "Feniks" zavodlarınun baş mühəndisi, həmin ildən isə Tiflisdə Qafqaz Su Təsərrüfatı idarəsində işləmişdir. Rus, gürcü, türk, fransız dillərini mükəmməl bilirdi. İxtiralarına görə bir sıra patentlər almışdır. Faris bəy Vəkilov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə üzv seçilən Məmmədyusif Cəfərovun yerinə Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəliyinə rəhbərlik etmişdir. O, Azərbaycan-Gürcüstan əlaqələrinin qurulmasında mühüm rol oynamış, bəzi qərb ölkələrinin nümayəndələri ilə görüşlər keçirərək, Azərbaycan hökuməti adından bir sıra mühüm sənədləri imzalamışdır. Fariz bəy Vəkilov Böyük Britaniya bolşevik təhlükəsi qarşısında müdafiə bacarığını gücləndirmək üçün Qafqaz respublikaları arasındakı münaqişələrə son qoymağa çalışırdı. Bu məqsədlə 23 fevral 1920-də Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordropun Tiflisdəki mənzilində Fransa nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələrinin müşavirə keçirilmişdi.
Uilyam Faris Blekli
Vilyam Faris Blekli (ing. William Faris Blakely; 1875[…] – 1 sentyabr 1941) — Avstraliya botaniki. Vilyam Faris Blekli evkaliptlər üzrə aparıcı mütəxəssis olmuşdur. Blakely, W.F. A key to the eucalypts. — Sydney, 1934. — 339 p. Acacia blakelyi Maiden, 1917 Derwentia blakelyi B.G.Briggs & Ehrend., 1992 [≡ Veronica blakelyi (B.G.Briggs & Ehrend.) B.G.Briggs, 2007] Eucalyptus blakelyi Maiden, 1917 Micromyrtus blakelyi J.W.Green, 1983 Pultenaea blakelyi Joy Thomps., 1958 Hall, N. Botanists of the Eucalypts 21. — 1978. Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed.
Vilyam Faris Blekli
Vilyam Faris Blekli (ing. William Faris Blakely; 1875[…] – 1 sentyabr 1941) — Avstraliya botaniki. Vilyam Faris Blekli evkaliptlər üzrə aparıcı mütəxəssis olmuşdur. Blakely, W.F. A key to the eucalypts. — Sydney, 1934. — 339 p. Acacia blakelyi Maiden, 1917 Derwentia blakelyi B.G.Briggs & Ehrend., 1992 [≡ Veronica blakelyi (B.G.Briggs & Ehrend.) B.G.Briggs, 2007] Eucalyptus blakelyi Maiden, 1917 Micromyrtus blakelyi J.W.Green, 1983 Pultenaea blakelyi Joy Thomps., 1958 Hall, N. Botanists of the Eucalypts 21. — 1978. Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed.

Digər lüğətlərdə