Fariz Məhəmməd oğlu Qurbanov (28 iyun 1998; Qızılhacılı, Goranboy, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Fariz Qurbanov | |
---|---|
Fariz Məhəmməd oğlu Qurbanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qızılhacılı, Goranboy, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Gorənboy |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021 |
Fariz Qurbanov 28 iyun 1998 -ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olub.[2][3] Fariz orta məktəbi qurtardıqdan sonra, 2016-2018-ci illərdə hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fariz Qurbanov Ağdərə Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı kəşfiyyatçı istehkamçı kimi hərbi xidmətini yerinə yetirib. 28 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir.[4][5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]