Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firdovsi
Firdovsi (940, Tus, Samanilər dövləti – təq. 1020, Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir. == Sultan Mahmud və Firdovsi == Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.
Araş Firdovsi
Araş Firdovsi (fars. آرش فردوسی‎; d. 7 oktyabr 1985, Overland Park, Kanzas, ABŞ) — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi. Araş Firdovsi Massaçusets Texnologiya İnstitutunu bitirib. O, məhz orada daha sonra onunla birlikdə "Dropbox" xidmətinin həmtəsisçisi olacaq Dryu Hyuston ilə tanış olub.
Firdovsi (dəqiqləşdirmə)
Firdovsi — Kişi adı. Cənnətə layiq olan mənasındadır. Bu adı olan tanınmışlar Firdovsi — İran ədəbiyyatının görkəmli simalarında biri. Firdovsi Naibov — Firdovsi Bağırzadə — Firdovsi Atakişiyev — Firdovsi Umudov - sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi.
Firdovsi Atakişiyev
Atakişiyev Firdovsi Nurəddin oğlu (7 iyun 1970) — Azərbaycan aktyoru, Azərbaycan Respublikası Əməkdar Artisti (2008), Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru (1992-ci ildən). == Həyatı == Firdovsi Nurəddin oğlu Atakişiyev 1970-ci il iyunun 7-də anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində Nəsir Sadıqzadənin kursunu bitirib. Elə həmin ildən bu günədək Səməd Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyir. Lider TV-də "Bakımız" layihəsinin aparıcısı olmuşdur. 28 oktyabr 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Sənətkarın taleyi" tamaşasında canlandırdığı Ərəblinski obrazına görə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Firdovsi Bağırzadə
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Firdovsi Fahralı
Firdovsi Məmmədov (Fahralı) (d.31 oktyabr, 1954) —həkim-nevropotoloq, şair- publisist, "İlin Həkimi" diplomu, "Qızıl Qələm" və "İnam-İlham" mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyatı == Firdovsi Əli (Alı) oğlu Məmmədov (Firdovsi Fahralı) 31 oktyabr 1954-cü ildə Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1961-ci ildə Kirovabad (indiki Gəncə) şəhər 15 saylı orta məktəbin birinci sinfinə daxil olmuş və 1966–1970-cı illərdə təhsilini 41 saylı orta məktəbdə davam etdirmişdir. 1970-ci ildə ata yurdu Faxralı kəndinə gələrək bir il Faxralı kənd orta məktəbində oxuyaraq 1971-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1977-ci ildə həmin institutu bitirirək terapevt ixtisasına yiyələnmişdir. Həmin ildən etibarən təyinat üzrə Gəncə şəhərində həkimlik fəaliyyəyinə başlamış və hal-hazırda Gəncə şəhər Dəqiq Nəticələr Klinikasında (DNK) həkim-nevropotoloq işləyir. Bakı və Moskva şəhərlərində təkmilləşmə kursları keçib. Beyin müayinəsinin elektroensefaloqrafiya və exoensefaloqrafiya metodlarından istifadə edir. Əldə etdiyi nailiyətlərə dair bir sıra tibbi məqalələr hazırlayaraq dərc etdirmişdir. 2013-cü ildə "İlin Həkimi" fəxri diplomuna layiq görülmüşdür.
Firdovsi Fərzəliyev
Firdovsi Fərzəliyev (10 iyul 1993, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycanı təmsil edən Karateçi, Avropa Oyunlarının qalibi. == Karyerası == Firdovsi Fərzəliyev nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında imza atdı. Qrup mərhələsində üç görüşün üçündə də qələbə qazanan Firdovsi Fərzəliyev turnirin yarım-final mərhələsində KYRM nümayəndəsi, 2014-cü il Avropa Çempionatının qalibi Emil Pavlov üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Firdovsi Fərzəliyev İtaliya nümayəndəsi, son Avropa çempionu Lusa Maresaya 4:0 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Firdovsi Rəfi oğlu Fərzəliyev "Şöhrət" ordeniilə təltif edildi. Firdovsi Fərzəliyev 2016-cı ildə Avstriyanın Lins şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. 2017-ci ildə Firdovsi Fərzəliyev mayda Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının bürünc, iyunda isə Polşada Dünya Oyunlarının qızıl medallarına sahib oldu. 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə aparan Firdovsi Fərzəliyev bu səfər turnirin final görüşündə məğlub olaraq Avropa Oyunlarını gümüş medalla başa vurdu. 2021-ci ildə isə Firdovsi Fərzəliyev Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.
Firdovsi Məmmədov
Firdovsi Məmmədov (Fahralı) (d.31 oktyabr, 1954) —həkim-nevropotoloq, şair- publisist, "İlin Həkimi" diplomu, "Qızıl Qələm" və "İnam-İlham" mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyatı == Firdovsi Əli (Alı) oğlu Məmmədov (Firdovsi Fahralı) 31 oktyabr 1954-cü ildə Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1961-ci ildə Kirovabad (indiki Gəncə) şəhər 15 saylı orta məktəbin birinci sinfinə daxil olmuş və 1966–1970-cı illərdə təhsilini 41 saylı orta məktəbdə davam etdirmişdir. 1970-ci ildə ata yurdu Faxralı kəndinə gələrək bir il Faxralı kənd orta məktəbində oxuyaraq 1971-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1977-ci ildə həmin institutu bitirirək terapevt ixtisasına yiyələnmişdir. Həmin ildən etibarən təyinat üzrə Gəncə şəhərində həkimlik fəaliyyəyinə başlamış və hal-hazırda Gəncə şəhər Dəqiq Nəticələr Klinikasında (DNK) həkim-nevropotoloq işləyir. Bakı və Moskva şəhərlərində təkmilləşmə kursları keçib. Beyin müayinəsinin elektroensefaloqrafiya və exoensefaloqrafiya metodlarından istifadə edir. Əldə etdiyi nailiyətlərə dair bir sıra tibbi məqalələr hazırlayaraq dərc etdirmişdir. 2013-cü ildə "İlin Həkimi" fəxri diplomuna layiq görülmüşdür.
Firdovsi Naibov
Firdovsi Qiyas oğlu Naibov (22 aprel 1935 – 29 noyabr 2009) — aktyor, rejissor, Azərbaycan SSR əməkdar artisti (1978), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejissorluğu" kafedrasının müdiri, professor. == Həyatı == Firdovsi Naibov 1935-ci ildə Ağdam şəhərində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Teatr və Kino aktyoru" şöbəsini bitirib. Azərbaycan Dövlət Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. Bu teatrda aparıcı səhnə ustası kimi 80-a qədər müxtəlif xarakterli rollar oynayıb. Bunların içində Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"ında Fərhad, İ. Coşqunun "Komsomol poeması"nda Cəlal, Vilyam Şekspirin "Romeo və Culyetta"sında Romeo, Ə. Abbasovun "Məlik Məmməd"ində Məlik Məmməd, C. Məmmədovun "Zəncirlənmiş Promotey"ində Zevs, Ş. Xurşudun "Məhəbbət novellası"nda Vasif, A. Babayevin "Yarımçıq şəkil"ində Bəhruz Kəngərli obrazları xüsusi qeyd edilməlidir. F. Naibov 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi pedaqoji fəalliyətə başlayıb, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlmişdir. 10 ilə yaxın "Teatr rejissorluğu" kafedrasına rəhbərlik etmişdir. Hazırladığı tələbələrin əksəriyyəti Respublikanın müxtəlif mədəniyyət ocaqlarında, teatr və televiziya kanallarında uğurlu fəaliyyət göstərirlər. Bir çoxları yüksək mükafatlara, fəxri adlara layiq görülmüşlər.
Firdovsi Paşayev
Firdovsi Seyidov
Firdovsi Seyidov (28 yanvar 1948, Çaykənd kəndi, Çəmbərək rayonu, Ermənistan SSR) — Azərbaycanlı alim, kimya elmləri doktoru, professor. == Həyatı == Seyidov Firdovsi Tatar oğlu 1948-ci il dekabr ayının 28-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1964-cü ildə Çaykənd səkkizillik məktəbini, 1966-cı ildə isə Gölkənd orta məktəbinin onuncu sinfini bitirmiş və H.Zərdabi adınaGəncə Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirmişdir. 1970-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Təyinat ilə Tovuz şəhərinə göndərilmiş və orada az müddət müəllim işlədikdən sonra Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş, “Sintetik yağların kimyası və texnologiyası“ laboratoriyasında çalışmağa başlamışdır. Ordu sıralarinda qulluq edib instituta qayitdıqdan sonra kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Aspiranturanı bitir-dikdən sonra 1979-cu ildə «Bitsiklik endometilen quruluşlu efirlər və onların sürtgü yağları kimi tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək “kimya elmləri namizədi” elmi dərəcəsi almışdır. 1992-ci ildə F.T.Seyidov “Neftkimyası” ixtisası üzrə “Yeni mürəkkəb efir tipli sintetik sürtgü yağları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-1995-ci illərdə “Sintetik sürtgü yağları və xüsusi mayelər” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1995-ci ildə İran İslam Respublikasına dəvət edilmiş və orada İran Elm və Texnologiya Mərkəzi Təbriz bölməsində baş müşavir vəzifəsində çalışmışdır.
Firdovsi Tahirov
Firdovsi Umudov
Firdovsi Umudov (azərb. Firdovsi Qəminalı oğlu Umudov‎; 5 yanvar 1977, Qazax rayonu) — Sərhədçi İdman Mərkəzinin rəis müavini (hal-hazırda), İdman bölməsinin rəisi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən müharibəsi iştirakçısı. == Həyatı == Firdovsi Umudov Qazax rayon 1 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbi əla qiymətlərlə oxumaqla yanaşı, aktiv şəkildə idmanın sərbəst güləş növü ilə də məşğul olmağa başlayıb. Hələ orta məktəbdə oxuyarkən bu idman növündə çoxsaylı qələbələrə imza atıb. Naxçıvan Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə başa vurub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. F. Umudov 1993–2004-cü illərdə sərbəst güləş üzrə Milli Yığma Komandanın üzvü olub. Yeniyetmə, gənclər və böyüklər arasında dəfələrlə ölkə çempionu olub. Beynəlxalq turnirlərin qalibidir.
Firdovsi Əliyev
Firdovsi Əliyev (siyasətçi)
Əbülqasim Firdovsi
Firdovsi (940, Tus, Samanilər dövləti – təq. 1020, Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir. Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.
Əbülqasım Firdovsi

Firdovsi Universiteti
Firdovsi Universiteti — (farsca: دانشگاه فردوسی مشهد) İran İslam Respublikasında dövlət universitetlərindən biridir. Universitet Məşhəd şəhərində yerləşir. 1945-cı ildə yaradılmışdır. 2010-cu ildə açıqlanan məlumatda dünyanın ən yaxşı 2000 universiteti arasında olmuşdur. Məşhədin Firdovsi Universiteti İranda ən çox xarici tələbə qəbul edən universitetlər sırasındadır. == Tarixi == Firdovsi adına Məşhəd Universiteti 1949 cu - ildə müqəddəs Məşhəd şəhərində qədimlik baxımından İranda üçüncü universitet olaraq yaradılmışdır. Ölkənin şərqindəki ən böyük universitet olan bu universitetdə hazırda 800-dən çox ixtisaslaşmış və çalışqan professor-müəllim heyəti var. Hazırda 25 000-dən çox bakalavr, magistr və doktorantura tələbəsi var ki, onlardan 2 000-dən çoxu xarici tələbədir. Bu universitetin çox böyük, gözəl və yaşıl kampusu var və ətraf mühiti qorumaq üçün on ildən artıqdır ki, yaşıl universitet kimi fəaliyyət göstərir. Dünyanın 86 ölkəsindən 1500-dən çox universitetinin iştirak etdiyi ABŞ sıralama sisteminin son nəticələrinə görə Məşhəd Firdovsi Universiteti dünyanın ən yaxşı universitetləri sırasında dünyada 941-ci, Asiyada 229-cu yerdə qərarlaşıb.
Firdovsi Məmmədov (Fahralı)
Firdovsi Məmmədov (Fahralı) (d.31 oktyabr, 1954) —həkim-nevropotoloq, şair- publisist, "İlin Həkimi" diplomu, "Qızıl Qələm" və "İnam-İlham" mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyatı == Firdovsi Əli (Alı) oğlu Məmmədov (Firdovsi Fahralı) 31 oktyabr 1954-cü ildə Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1961-ci ildə Kirovabad (indiki Gəncə) şəhər 15 saylı orta məktəbin birinci sinfinə daxil olmuş və 1966–1970-cı illərdə təhsilini 41 saylı orta məktəbdə davam etdirmişdir. 1970-ci ildə ata yurdu Faxralı kəndinə gələrək bir il Faxralı kənd orta məktəbində oxuyaraq 1971-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1977-ci ildə həmin institutu bitirirək terapevt ixtisasına yiyələnmişdir. Həmin ildən etibarən təyinat üzrə Gəncə şəhərində həkimlik fəaliyyəyinə başlamış və hal-hazırda Gəncə şəhər Dəqiq Nəticələr Klinikasında (DNK) həkim-nevropotoloq işləyir. Bakı və Moskva şəhərlərində təkmilləşmə kursları keçib. Beyin müayinəsinin elektroensefaloqrafiya və exoensefaloqrafiya metodlarından istifadə edir. Əldə etdiyi nailiyətlərə dair bir sıra tibbi məqalələr hazırlayaraq dərc etdirmişdir. 2013-cü ildə "İlin Həkimi" fəxri diplomuna layiq görülmüşdür.
Firdovsi küçəsi (Bakı)
Firdovsi küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda bir küçə. == Tarixi == Görkəmli fars şairi Firdovsinin adına küçədir. == Tikili == 3 (1883), 4 (1919), 5 (1888), 7 (1890), 9 (1898), 10 (1870), 11A (1825), 13 (1920), 15 (1853), 16 1900), 17 (1883), 21 (1893), 23 (1880) yerli əhəmiyyətli memarlıq abidələri elan edilib. == Görməli yerlər == 20 - Хanlar məscidi (XIX-XX əsr). == Məşhur insanlar == 3 - Mir Mövsüm Ağanın evi == Küçədə kino == == Mənbə == Ичеи-шехер.
Firdovsi Əliyev (alim)
Firdovsi Əliyev (Tam adı:Firdovsi Şamil oğlu Əliyev; d.1937; Azərbaycan, Tovuz, Düzqırıxlı k.) — Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Firdovsi Əliyev 1937-ci ildə Azərbaycanın Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub. 1959-cu ildə dağ mühəndisi-hidrogeoloq ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitunun geoloji-kəşfiyyat fakültəsini bitirib. 1959—2002-ci illərdə Azərbaycan Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsində işləmiş və kollektordan gidrogeoloji və mühəndis-geoloji partiyaların rəhbəri vəzifələrinə qədər yüksəlmişdir. 1988—2002-ci illərdə Dövlət Geoloji Komitəsinin hidrogeoloji və mühəndisi geologiya idarəsinin baş hidrogeoloqu işləmişdir. 1979-cu ildə "Suvarma şəraitlərində Şirvan düzünün qrunt sularının əmələgəlməsi qanunauyğunluğunun təhlili və rejimlərinin proqnozu" mövzusunda namizədlik, 1995-ci ildə "Texnogenez şəraitlərində Azərbaycan Respublikasının yeraltı sularının rejimlərinin əmələgəlmə qanunauyğunluğu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == F.Ş.Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazilərində hidrogeoloji və mühəndis-geoloji planalma işləri aparılmışdır. Şirin, mineral və termal sularının axtarışı və kəşfiyyatı, onların rejimlərinin öyrənilməsi ilə məşğul olmuşdur. Onun tərəfindən yeraltı suların çirklənməsi və tükənməsinin öyrənilməsi üzrə geoekoloji tədqiqatların aparılması layihəsi işlənib hazırlanmışdır. F.Ş.Əliyev Azərbaycanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ekiloji təmiz yeraltı sularla təchiz olunması problemi ilə məşğul olmuşdur.
Firdovsi Əliyev (geoloq)

Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev; 5 may 1961, Monidigah, Lerik rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin sabiq müavini. == Həyatı == Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib. 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Firdovsi Əliyev (əsgər)
Firdovs
Firdovs (fars. فردوس‎; əski adı:Tun) — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Firdovs şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,968 nəfər və 7,316 ailədən ibarət idi.
Firdovs şəhristanı
Firdovs şəhristanı — İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Firdovs şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 40,000 nəfərdən ibarət idi.
Firdovsi Əliyev (nazir müavini)
Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev; 5 may 1961, Monidigah, Lerik rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin sabiq müavini. == Həyatı == Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib. 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Firdows