Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
FMOD
FMOD geniş spektrdə formatda və əməliyyat sistemində olan videooyunlar və tətbiqlərdə istifadə üçün "Firelight Technologies" tərəfindən hazırlanılmış musiqi və səs effektləri idarə sistemidir.
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Ford
Ford Motor Şirkəti (ing. Ford Motor Company) – ABŞ-nın ən böyük avtomobil şirkətlərindən biri. == Tarixi == Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilmişdi. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil yığırdılar. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrildi. Şirkətin mərkəzi Miçiqanda yerləşir. == Fəaliyyəti == İlk Ford avtomobili 23 iyul 1903-cü ildə satılmışdır. Şirkət məşhur T modelini 1908-1926-cı illər arasında istehsal etməyə başladı.
Bilik fondu
Corc Floyd
Corc Floyd (14 oktyabr 1973, Feyetvill[d], Şimali Karolina – 25 may 2020, Minneapolis, Minnesota, ABŞ) — repçi, basketbolçu. == Həyatı == Corc Floyd ABŞın Şimali Karolina ştatının Fayetteville şəhərində anadan olmuşdur. Floyd Texas ştatında Houston şəhər mərkəzinin cənubunda qaradərililərin sıx yaşadığı Uçüncü Bölgədə böyüyüb. Məşhur müğənni Beyonsun də doğulub böyüdüyü bu məhəllədə həm də blyuz musiqisinin önəmli nümayəndələri yetişib. Floydun ölümündən sonra məlum olan faktlardan biri də budur ki, 1990-cı illərdə o, hip-hop tərzinin yaradıcısı, məşhur hyustonlu DJ Screw ilə birlikdə çalışıb. 20-ci əsr boyu davam edən irqi problemlər Üçüncü Bölgədə də kəskin hiss olunub, son illərdə isə bura qanqster müharibələriylə, evsizlik probleminin yaratdığı gərginliklərlə məşhurlaşıb. Boyu 2 metrdən çox olan Floyd hələ gənc yaşlarından idmana maraq göstərməyə başlayıb, basketbol və Amerika futbolu üzrə xüsusi qabiliyyət nümayiş etdirib. Məktəb illərində Floyd basketbol və futbol yarışlarında iştirak etmişdir. Daha sonra "Screwed Up Click" adlı hip-hop musiqi qrupunda çıxış etmişdir. "Big Floyd" ləqəbi ilə tanınmışdır.
Ehtiyat fondu
Floyd Mayvezer
Floyd kiçik Mayvezer (ing. Floyd Mayweather Jr. ; 24 fevral 1977, Qrand Rapids şəhəri, Miçiqan ştatı, ABŞ ) — orta ağırlıq kateqoriyasında çıxış edən məğlubiyyətsiz Amerikalı peşəkar boksçudur .
Fordi tunqağacı
Fordi yağlıağacı
Vernicia fordii (lat. Vernicia fordii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin vernicia cinsinə aid bitki növü. Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır. ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir. == Botaniki təsviri == Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır. Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir. Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır. Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir.
Fyodr Dostoyevski
Fyodor Mixayloviç Dostoyevski (rus. Фёдор Михайлович Достоевский; 30 oktyabr (11 noyabr) 1821[…], Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 28 yanvar (9 fevral) 1881[…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[…]) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Bədbəxt insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı. 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, gülləyə düzülmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanıldı.
Fyodr Fyodoroviç
Fyodr Fyoroviç Fyodorovski (rus. Фёдор Фёдорович Федоровский; 26 dekabr 1883[…], Çerniqov – 7 sentyabr 1955[…], Moskva) — sovet teatr rəssamı, pedaqoq, professor. İncəsənət elmlər doktoru (1952). SSRİ Böyük Teatrın baş rəssamı (1929-1953). SSRİ Rəssamlıq Akademiyasının vitse-prezidenti (1947-1953), SSRİ xalq rəssamı (1951).
Fyodr Fyodorovski
Fyodr Fyoroviç Fyodorovski (rus. Фёдор Фёдорович Федоровский; 26 dekabr 1883[…], Çerniqov – 7 sentyabr 1955[…], Moskva) — sovet teatr rəssamı, pedaqoq, professor. İncəsənət elmlər doktoru (1952). SSRİ Böyük Teatrın baş rəssamı (1929-1953). SSRİ Rəssamlıq Akademiyasının vitse-prezidenti (1947-1953), SSRİ xalq rəssamı (1951).
Fyodr Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Fyodr Qaqloyev
Fyodr Qaqloyev (11 (24) sentyabr 1913, Bakı – 12 avqust 1983, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, şairi, dramaturqu və ədəbiyyatşünası. oset. "Fidiuæg" ədəbi jurnalının redaktoru. Cənubi Osetiya Kosta Xetaqurov adına Dövlət Mükafatı laureatı. == Bioqrafiyası == 1913-cü il sentyabrın 11-də Bakıda neftçi ailəsində anadan olmuşdur. 1918-ci ildə Fyodr Qaqloyevin ailəsi doğma Osetiyanın Uanel kəndinə qayıdır. 1920-ci ildə Cənubi Osetiya üsyanı zamanı menşeviklərin silahlı dəstələrinin hücumu səbəbindən ailəsi Şimali Osetiyaya qaçır və bir il sonra vətənə qayıdır. Ailəsinin çətin maddi vəziyyəti səbəbindən çobanlıq edir. Tsxivalidə fermer işçilərinin məktəb kurslarını bitirir, sonra 1935-ci ildə bitirdiyi Tsxinvali Pedaqoji Texnikumuna daxil olur. 1934-cü ilin mayında SSRİ Yazıçılar Birliyinin Osetiya şöbəsinin qurulması üçün təşkilati toplantıda iştirak edir.
Fyodr Solntsev
Fyodr Solntsev (1887, Qaqarin, Smolensk quberniyası[d] – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında hərbi işçi Fyodr Solntsev 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Gənclər Fondu
Azərbaycan Gənclər Fondu — Avrasiya Fondu Azərbaycan Nümayəndəliyi, Şimali İrlandiya İcma Fondu (ŞİİF), Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və birlikdə Azərbaycanın beş rayonunda yeni Gəncler Fondu proqramını həyata keçirməyə başlamış, gənclər tərəfindən idarə olunmuş layihə təşəbbüsü.
Hedc fondu
Hedc fondu — Səciyyəvi olaraq, çox gəlirli möv qeləri götürməklə və qısa alış, svop, derivativlər, proqram ti carəti və arbitraj kimi aqres siv strategiyalardan istifadə etməklə qəfil və qısamüddətli bazar dəyi şikliklərindən yüksək gəlir əldə etməyə can atan özəl investisiya fondudur. Adətən maliyyə təşkilatlarına və varlı adamlara məhdudiyyət qoyulur.
Henri Fonda
Henri Fonda(ing. Henry Fonda; 16 may 1905[…] – 12 avqust 1982[…], Los-Anceles, Kaliforniya) — məşhur ABŞ kino və teatr aktyoru. == Fəaliyyəti == Aktyor 1982-ci ildə "Qızıl göldə" filmində "Norman Teyer - kiçik" roluna görə Oskar mükafatı qazanmışdır və o, Oskar tarixində ən yaşlı laureat hesab olunur(76 yaş).Onun Hollivudda debütü 1935-ci ilə təsadüf edir.6 il sonra "Qəzəb salxımları" filmində canlandırdığı "Tom Coud" obrazına görə Oskar mükafatına namizəd olmuşdur ,lakin mükafatı Ceyms Stüarta buraxmalı olmuşdur."Qəzəb salxımları","On iki qəzəblənmiş kişi","Ən uzun gün","How the West Was Won" və s. filmlərdə rol almışdır.
Hoods Entertainment
Hoods Entertainment (フッズエンタテインメント, Fuzzu Entateinmento) — Yaponiya animasiya studiyası. == İşləri == Aki Sora (OVA, 2009) Aki Sora ~Yume no Naka~ (OVA, 2010) The Qwaser of Stigmata (Anime serialı, 2010) The Qwaser of Stigmata : Portrait of the Empress (OVA, 2010) Manyū Hiken-chō (anime serialı, 2011) The Qwaser of Stigmata II (anime serialı, 2011) Mysterious Girlfriend X (anime serialı, OVA, 2012) BlazBlue Alter Memory (anime serialı, 2013) Fantasista Doll (anime serialı, 2013) Rescue Me!
I Fyodr
I Fyodr İohannoviç (rus. Фёдор I Иоа́ннович) və ya Fyodr Blajenni (rus. Феодор Блаженный) — Böyük Moskva knyazlığının böyük knyazı, bütün Rus dövlətinin hökmdarı.
Kidispey Çoodu
Kidispey Daqbaeviç Çoodu (rus. Кидиспей Дагбаевич Чооду; 5 may 1908, Tes-Xem rayonu[d] – 17 dekabr 1946, Kızıl, Tuva Muxtar Vilayəti[d]) — aviasiya öncüsü, uçuş təlimatçısı və ilk Tuva pilotu idi. == Tərcümeyi-hal == Çoodu, 5 May 1918-ci ildə, hazırda Rusiya Federasiyasının Tuva Respublikasında yerləşən Tes-Xemskidə maldar ailəsində anadan olub. 1928-1930-cu illərdə Qızıl Orduda xidmət etdikdən sonra katib işləyir. Tuva Xalq Respublikası regional aviasiyanın inkişafına kömək istəməsindən sonra, Moskva, Orenburq Hərbi Aviasiya Pilotlar Məktəbinə hərbi təcrübəsi və rus dilini bilən iki Tuvalını qəbul etdi - Kidispey Çoodu və Lapşin Oyun. Məktəbə gəldikdən sonra diqqətləri cəlb etməmək üçün təlimlərdə istifadə etmələri üçün rus adları verildi və baş leytenant rütbəsi ilə təhsili başa vurduqdan sonra Tuvaya qayıtdılar. Qızılda bir hava limanı tikmək və SSRİ-dən təyyarə almaq qərarından sonra Çoodu, 6 iyul 1938-ci ildə SSRİ-də Abakandan Tuvaya yeni təyyarədən birini gətirdi və bölgədəki çətin naviqasiya şərtlərinə və aviasiya infrastrukturunun olmamasına baxmayaraq tayqaya təhlükəsiz enməyi bacardı. Tuvaya ilk dəfə bir təyyarə enmişdi və bu tarixi enişin baş veridiyi ərazi respublika rəhbərlərinin ziyarət etdikləri yer oldu, bəziləri təyyarələrə mindi. Daha sonra Çoodu, Qızıl Aeroport hava limanının inkişafına qatıldı, hava limanını idarə etmək və mexaniki, texniki işçilər və dispetçerlər də daxil olmaqla xidmət göstərmək üçün əlavə olaraq bir pist inşa etmək üçün kifayət qədər ideal bir yer axtarırdı. SSRİ daha sonra Tuvanın əsas yaşayış məntəqələrində radio stansiyaları quraşdıraraq hava limanının inşasına kömək etmək üçün daha çox avadanlıq təmin etməyə razı oldu.
Koreya Fondu
Koreya Fondu (Korean: 한국국제교류재단, Hanja: 韓國國際交流財團) — 1991-ci ildə Koreyanın daha yaxşı anlaşılmasına kömək etmək və beynəlxalq ictimaiyyətdə dostluğu gücləndirmək üçün yaradılmış qeyri-kommersiya ictimai diplomatiya təşkilatıdır. Fond qarşılıqlı anlayışın inkişafı üçün Cənubi Koreya ilə xarici ölkələr arasında mübadilə üzrə müxtəlif layihələr həyata keçirir. == Tarix == Koreya Respublikasının 70-ci illərin sonlarından 80-ci illərə qədər sürətli iqtisadi inkişafı, həmçinin ölkənin demokratikləşməsi və soyuq müharibədən sonra beynəlxalq ictimaiyyətdə sarsıntılar şəraitində Koreyanın xarici siyasət strategiyasına yenidən baxılması qaçılmazdır. 1986-cı ildə 10-cu Asiya Oyunlarını və 1988-ci ildə Seulda 24-cü Yay Olimpiya Oyunlarını müvəffəqiyyətlə keçirərək genişləndirilmiş imkanlarını nümayiş etdirərək dünyanın Koreyaya baxışına uzunmüddətli təsir göstərmişdir. Sonralar vahid əlaqə nöqtəsi kimi xidmət edəcək və müxtəlif sahələrdə mübadilə layihələrini dəstəkləyəcək beynəlxalq mübadilə təşkilatının yaradılması ideyası doğuldu. 1989-cu ilin sentyabrında Koreya parlamenti Koreya fondunun təsis edilməsi ilə bağlı rəsmi debatlara başladı. == Təşkilat == Koreya fondu Koreya Xarici Işlər Nazirliyi ilə bağlıdır, bu təşkilata Koreya fondu, Xarici Koreya fondu (OKF), və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) rəhbərlik edir. Üçü də Koreyanın dünyanın qalan hissəsi ilə diplomatik münasibətlərinin irəliləməsinə həsr olunmuşdur. Hazırda Koreya Fondunun 13 departamentdə 130 əməkdaşı olan 4 bürosu var. Onun qərargahları və KF Qlobal Mərkəzi Seulda yerləşir.
Pink Floyd
Pink Floyd 1965-ci ildə gitara və vokalda Sid Barrett, bateridə Nick Mason, basda və vokalda Roger Waters, elektronik piano və vokalda Riçard Rayt adlı universitet tələbələri tərəfindən yaradılmışdır. 1960-ların sonunda Londonun yeraltı musiqi dünyasında verdikləri konsertlərlə məşhurluq qazandılar və Barrett-in liderliyi ilə iki ədəd top listlərə girən single və müvəffəqiyyətli bir albom olan The Piper at the Gates of Dawn-ı yayınladılar. Gitarist və vokalist Devid Gilmor 1967-ci ilin dekabrında qrupa qatıldı. Psixoloji olaraq problemlər yaşayan Barrett, vəziyyətinin pisləşməsi ilə 1968-ci ilin aprelində qrupdan ayrıldı. Waters qrupun mahnı yazarı və lideri oldu, The Dark Side of the Moon(1973), Wish You Were Here(1975),Animals(1977),The Wall(1979) və The Final Cut(1983) kimi konsept albomlara öz imzasını atdı. The Dark Side of the Moon və The Wall bütün zamanların ən çox satan albomlarından oldu. Qrupun simvolu halına gəlmiş The Dark Side of the Moon, bütün zamanların ən çox zirvədə qalmış albomu olaraq Billboard 200 listində 741 həftə qalmışdır. Yaşanan bir sıra mübahisələrin ardından Wright, 1979-cu ildə qrupu tərk etdi. Bunun ardınca 1985-ci ildə Waters də qrupdan ayrıldı. Gilmour və Mason Pink Floyd olaraq musiqi həyatlarına davam etdilər, Wright isə öncə studiya musiqiçisi olaraq, sonra isə qrup üzvü kimi təkrar qrupa qayıtdı.
Qətər Fondu
== İstinadlar ==
Rokfeller Fondu
Rokfeller Fondu (ingiliscə: Rockefeller Foundation) Rokfeller ailəsi tərəfindən təsis edilmiş şəxsi fonddur, baş ofisi Nyu Yorkda 420 Fifth Avenue ünvanında yerləşir. Standard Oil şirkətinin sahibi Con D. Rokfeller (“Böyük”), oğlu Con D. Rokfeller Jr. (“Kiçik”) və Seniorun korporativ və xeyriyyə məsləhətçisi Frederik Taylor Gates tərəfindən yaradılmışdır. Onun rəsmi təsis tarixi 14 may 1913-cü ildə, statutun Nyu-York ştatının qanunverici orqanı tərəfindən rəsmi olaraq qəbul edildiyi tarixdir. 2015-ci ildə fond ümumi ianələrə görə ABŞ-də 39-cu ən böyük fond idi. 2016-cı ilin sonuna fondun ümumi aktivləri 2015-ci illə müqayisədə dəyişməyərək 4,1 milyard dollar, fondun illik qrantı isə 173 milyon dollar olaraq qeydə alınıb.