Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Günel
Günel — Qadın adı.
Camal Gürsel
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. == Həyatı == Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Gürsel İsmayılzadə
Gürsel Qüdrət oğlu İsmayılzadə (15 yanvar 1971, Bakı) — Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub. 1992–93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib. 1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph. D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.
Günel Anarqızı
Günel Anarqızı — Azərbaycan yazıçısı, publisisti və jurnalisti, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil almışdır. Günel Anarqızı "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olmuşdur. 2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüşdür. 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktorudur. == Ailəsi == 2 qızı var (Sezen Məmmədli, Dəniz Məmmədli). Yazıçı Anarın qızıdır. Akademik Zemfira Səfərovanın qızıdır. Şair Rəsul Rza və şairə Nigar Rəfibəylinin nəvəsidir.
Günel Babayeva
Günel Rafiq qızı Babayeva — məşhur "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının və Breyn-rinq teleoyununun iştirakçısı. "Nə? Harada? Nə zaman?" oyununun 2013-cü ilinin yay seriyasının "Büllur bayquş" sahibi. == Həyatı == Günel Babayeva 7 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və buranı 2011-ci ildə bitirib. Hobbiləri — musiqi, ədəbiyyat və kinoyadır. Sevdiyi rəng — narıncı, səyahət etmək üçün ən sevimli yeri — Avropadır.
Günel Həmidova
Günel Həmidova — Azərbaycan kino və teleserial aktrisası. == Həyatı == 24 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 176 nömrəli məktəbdə təhsilini başa vuruqdan sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqişünaslıq" ixtisası üzrə ali təhsilini Fərqlənmə diplomuyla bitirmişdir. Hal-hazırda aktrisa kimi fəaliyyət göstərsə də zaman-zaman müxtəlif kanallarda aparıcılıq sənətilə də məşğul olmuşdur. == Filmoqrafiya == Öncəliklə aktrisalıq fəaliyyətinə Bakı uşaq teatrında başlayan Günel Həmidova hal-hazırda bu fəaliyyətini müxtəlif film və seriallarda rol almaqla davam etdirir. Xəzər tvdə nümayiş olunan "Həyat varsa" telesrialının bəxtsiz gəlin buraxlışında "Aysu" obrazını, "Gözlənilməz zəng" adlı buraxlışında isə "Nərmin" obrazını canlandırıb. Bundan başqa onun digər qısa metrajlı filmi "Tələs ömrümə" filmi olmuşdur ki burda o "30 yaşlı, subay müəllimə" rolunu canlandırıb. 2013–2016-cı illərdə Xəzər tvdə nümayiş olunan "Bir ailəm var" teleserialında "Səma" obrazında tamaşacıların qarşısına çıxan Günel Həmidova hal-hazırda Atv kanalında nümayiş olunan "Sən olmasaydın" adlı teleserilın "Ləman" adlı obrazıyla, ARB kanalında nümayiş olunan "Uçurum" teleserialında Nərminə rolu ilə çıxış edir. Xəzər tv də yayımlanan "Qayıdış"serialında Qumru obrazında çıxış edir == Xarici keçidlər == Tələs Ömrümə filmi Həyat Varsa.
Günel Musəvi
Günel Mövlud
Günel Mövlud (9 oktyabr 1981, Mehdili, Cəbrayıl rayonu) — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi. == Həyatı == Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir. == Tərcümələri == Viktor Pelevin.
Günel Məmmədova
Günel Əzizağa qızı Məmmədova (d. 12 mart 1986) — azərbaycanlı aktrisa. == Həyatı == Günel Məmmədova 12 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsinə daxil olub. Universiteti 2006-cı ildə bitirib. == Fəaliyyəti == 2006-cı ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 2008-ci ildən "İbrus" teatrında fəaliyyət göstərir. Uşaqlıq illərindən bəzi kino filmlərə çəkilmişdir.
Günel Natiq
Günel Natiq (Günel Natiq qızı Natiq; 12 mart 1980, Bakı) — azərbaycanlı yazıçı, esseist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin (2005) və Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvü, Prezident təqaüdçüsü (2019). == Həyatı == Günel Natiq 1980-cı il martın 12-də Bakıda ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirib. == Fəaliyyəti == === Jurnalist kimi fəaliyyəti === Azərbaycan Radiosunun tarixində ən gənc redaktor (17 yaşında) olan Günel Natiq radioya gəldiyi ilk illərdən orijinal üslubu, özünəməxsus ifadə tərzilə seçilib və öz dinləyici auditoriyasını qazanıb. Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir. AzTV-nin rəsmi jurnalında "Qərib axşamlar" haqqında xüsusi reportaj (2011) hazırlanıb. "Qərib axşamlar" ilk illərdə qaçqın və köçkünlərin həyatına dair radio hekayələr formatında efirə verilib. Sonrakı illərdə proqramın formatı dəyişməsə də, qəhrəmanları dəyişib. Azərbaycan və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyilə fərqli rakursdan təqdim edilib. 90-cı illərdən başlayaraq "Gündoğandan-günbatana" verilişinə müəlliflik edən Günel Natiq türkçülüyün təbliğində rol oynayan silsilə proqramlar (qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələri haqqında) hazırlayıb.
Günel Tağıyeva
Rejissor. Ssenari müəllifi. Aktrisa. Prodüser. == Həyatı == Günel Şakir qızı Musayeva (Tağıyeva)- 19 avqust 1981-ci ildə Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinin kinorejissorluq ixtisasında təhsil almışdır. Müəllimi xalq artisti, professor Eldar Quliyev olub. 2000-ci ildən "Azad Azərbaycan" İctimai-siyasi radiosu və qəzetinin müxbiri vəzifəsində çalışıb. 2004-cü ildə "Lider" TV-nin "Azərbaycan" redaksiyasında rejissor assistenti və prodüser kimi çalışıb. 2005-2007-ci illərdə "CNF production"da rejissor işləyib.
Günel Zeynalova
Günel Rəhman qızı Zeynalova vəya Azəri Qızı Günel (25 oktyabr 1985, Ağdam) — əslən azərbaycanlı olan Türkiyə müğənnisi. == Həyatı == Günel Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdamda anadan olmuşdur. == Karyerası == Hal-hazırda Türkiyədə fəaliyyət göstərir. == Albomları == === Ne olur Allahım (1998) === 25 dekabr 1998-ci ildə işıq üzü görə alboma 12 mahnı daxil idi: 01. Azeri Kızı Günel — Ne Olur Allahım 02. Azeri Kızı Günel — Kimlere Kaldı Dünya 03. Azeri Kızı Günel — Ağrıma Gidiyor 04. Azeri Kızı Günel — Çoçukların Günahı Ne 05. Azeri Kızı Günel — Herşey Yolunda 06. Azeri Kızı Günel — Bizim Köy 07.
Günel Şakir

Günel Məcidova
Günel Məcidova (2 Sentyabr 1980 - Mingəçevir, Azərbaycan) — azərbaycanlı yazıçı, müəllim. == Həyatı == 2 Sentyabr 1980-ci ildə, Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. 1998-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda təhsil almağa başladı. 2003-cü ildən müəllim olaraq fəaliyyət göstərməyə başladı. Həmçinin bu dövrlər yazarlıqla da məşğul olurdu. == Yazarlıq == Günel Məcidova Yazarlıq fəaliyyətinə artıq uşaq yaşlarından başlamışdır. 2020-ci ildə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda kitabların təqdimat mərasimi zamanı Günel Məcidovanın da "Qadın", "Bir dünya az olar", "Ölüm sənə toxunarsa" kitabları təqdim edilmişdir. Həmçinin Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “ANAİB I Uşaq Kitab Festivalı”nda Günel Məcidovanın da, müəllifi olduğu "Dil Hökmranlığına Səyahət" kitabı təqdim edilmişdir, imza mərasimi keçirilmişdir. 2024-cü ildə “ASAN Könüllüləri” Təşkilatının və “SİMART” Sağlam İnkişaf Platformasının birgə əməkdaşlığı ilə nağıl master-klass həyata keçirilib.
Azeri Kızı Günel
Günel Rəhman qızı Zeynalova vəya Azəri Qızı Günel (25 oktyabr 1985, Ağdam) — əslən azərbaycanlı olan Türkiyə müğənnisi. == Həyatı == Günel Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdamda anadan olmuşdur. == Karyerası == Hal-hazırda Türkiyədə fəaliyyət göstərir. == Albomları == === Ne olur Allahım (1998) === 25 dekabr 1998-ci ildə işıq üzü görə alboma 12 mahnı daxil idi: 01. Azeri Kızı Günel — Ne Olur Allahım 02. Azeri Kızı Günel — Kimlere Kaldı Dünya 03. Azeri Kızı Günel — Ağrıma Gidiyor 04. Azeri Kızı Günel — Çoçukların Günahı Ne 05. Azeri Kızı Günel — Herşey Yolunda 06. Azeri Kızı Günel — Bizim Köy 07.
Azəri Qızı Günel

Camal Gürsəl
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. == Həyatı == Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Göksel
Göksel Demirpençe (25 noyabr 1971, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Göksel 1971-ci ildə İstanbulda doğulub. İlk və orta məktəbi İstanbulda tamamlayıb. 1988-ci ildə Boğaziçi Universiteti Fəlsəfə bölməsini qazanan sənətçi, musiqiyə olan əlaqəsinin artmasıyla 1991-ci ildə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 1989-cu ildə Aroyo Odo Çox Səsli Xorunda iştirak edib. Musiqi işlərinə xüsusi solfec və şan dərsləri götürərək başlayıb. İstanbul Universiteti təhsil vəzifəlisi Gül Sabar və İran əslli musiqiçi Evlim Bahçebandan xüsusi dərslər götürdü. Musiqilə peşəkar olaraq məşğul olmağa qərar verən Göksel xüsusi musiqi işləri ilə bərabər bir çox orkestrdə solistlik etdi. 1995-ci ildə Sezen Aksu və Sertab Erenerin işlərində vokalist olaraq vəzifə götürdü. Elə həmin il məşhur musiqiçi Onno Tuncla tanış olmasıyla birlikdə musiqi həyatına bir albom ilə inteqrasiya olunmağa qərar verdi.
Günçen
Günçen şanyü (e. ə. III əsr – e.ə. 126) — eramızdan əvvəl 161 və 126-cı illər arası hökmdarlıq etmiş Hun şanyüsüdür. Onun dövrü Hun imperiyasının ən güclü dövrü hesab edilir. Hun imperatorları içində ən uzun ömürlü olan Günçenin dövründə 4 imperator dəyişmişdir. == Hakimiyyəti == E.ə. 158-ci ildə Şansi və Ordosu işğal edən şanyü, hərəsinə 30.000 əsgər göndərmişdi. Hunlar çox qalmadı, qarət edib geri döndülər. Hun ordusu paytaxt Siana yaxınlaşarkən imperatorun tələ qurduğunu öyrəndi və geriyə döndü.
Düksel
Düksel (fr. sauce duxelles) toyuq, hinduşka içalatı, şorba və souslarda istifadə edilə bilən göbələk, soğan və ətirli göyərtilərin qarışığıdır. Yeməklərə göbələk dadı əlavə etmək üçün istifadə edilən məhsul olsa da, məzə kimi də hazırlana bilər. Hazırlandıqdan sonra hissələrə ayrılaraq dondurula bilər. Onun ilk dəfə XVII əsrdə yaşamış fransız aşpazı olan Fransua-Pierre de la Varen tərəfindən hazırlandığı və onu işə götürən Markiz d'Uxellesin şərəfinə belə adlandırdığı güman edilir. Onun əsas tərkib hissəsi çox incə doğranmış göbələk və soğandır. Göyərti kimi kəklikotu və ya mərzədən müntəzəm olaraq istifadə olunur. Duz və istiot, həmçinin də kokos palması tozu əlavə edilərək dadı daha daha da fərqli edilə bilər. Bəzi aşpazların reseptlərində isə konservləşdirilmiş ağ şəraba, sarımsağa və qaymağa da rast gəlmək mümkündür. İstifadə ediləcəyi reseptin strukturundan asılı olaraq, çörək qırıntıları, üyüdülmüş çörək qırıntıları və ya qovrulmuş unla onun konsistensiyasını artırmaq, sousa yaxın bir tutarlılıq üçün isə onu qatılığını qaymaq və ya bulyon ilə seyreltmək mümkündür.
Ansel
Ansel (fr. Ancelle, oks. Ancela) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05004. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 831 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına və heyvandarlığa (əsasən qoyunlara) əsaslanır. 1950-ci ildən bəri ailə turizmi inkişaf edir.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Kəndlər Güney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə) Şəxslər Yılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Ebru Gündeş
Ebru Gündeş (türk. Ebru Gündeş; 12 oktyabr 1974, İstanbul) — Türkiyə müğənnisi, aparıcı və aktrisa. == Həyatı == Ebru Gündeş 1974-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Dərzi işçisi ikən Neşe Demirkat ilə tanış olan Ebru Gündeş, Koral Sarıtaş ilə Selçuk Tekayın olduğu Marş Musiqi Yapım ilə razılaşır (1991). Albom hazırlıqlarına başlamadan əvvəl təxminən 1 ay Emel Sayına vokalistlik etmişdir. 2010-cu ilin fevral ayında azərbaycanlı iş adamı Reza Zarrabla evlənmiş və 15 oktyabr 2011-ci ildə Alara Zarrab adında qız övladı dünyaya gətirmişdir. 19 illik fəaliyyəti boyunca 13 albom buraxmış və bir çox mükafata layiq görülmüşdür.
Feri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Feza Gürsey
Feza Gürsey (d. 7 aprel 1921, Konstantinopol – 13 aprel 1992[…], Nyu-Heyven, Konnektikut) — Türk fizik və riyaziyyatçı. == Həyatı == 7 aprel 1921-ci ildə İstanbulda Prof. Dr. Remziye Hisar (1902–1992) və Dr.Reşit Süreyya Gürseyin ilk oğlu olaraq dünyaya gəldi (1889–1962). Onun atası, Reşit Süreyya Gürsey elm və sənətə böyük maraq göstərən həkim, fizik və müəllim olmaqdan savayı həm də maarifçi idi. Anası Dr. Remziye Hisar Darülfünunda təhsil alan ilk qız şagirdlərindən biri olub, Avropada qadınların çox az bir qisminin özünə iş qura bildiyi bir dövrdə Sarbonnada Dövlət kimya üzrə doktorluq müdafiə etməyə nail olan elm adamıdır. Feza Gürsey İstanbul Anadolu hisarındakı Otağtepedəki Remziye xanımın ailə evində anadan olub. Parisdə Janna Dark adlı ibtidai məktəbdə təhsilinə başlamış və müəllimlərinin heyranlığını qazanmışdır.
Fəri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
GTunnel
GTunnel - internet senzuradan yayınmaq üçün istifadə olunan proqramdır. O yerli HTTP və ya SOCKS proksilərini yaradır və bu proksidən istifadə etməklə məlumatları istifadəçilərin kompüterindən GTunnel server fermasına, sonra isə ümumi internetə göndərir. Bu o deməkdir ki, GTunnel veb sessiyaları kodlaşdırır və onu istifadəçilərin ərazisində onlayn kontentin izlənməsinin qarşısını alan filtrasiyadan yayındırır.
Gülşən
Gülşən — qadın adı.
Günbəd
Günbəd (Tikantəpə)
Günbələ
Günbələ (fars. گنبله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 298 nəfər yaşayır (91 ailə).
Günbəz
Günbəz — dairəvi, çoxbucaqlı və ellipsvarı bina və qurğuların üstünü örtmək için istifadə edilən yarım kürə şəklindəki memarlıq və mühəndislik elementi. Günbəz vasitəsilə əlavə dayaqlar qoymadan çəx böyük sahənin üstünü örtmək mümkündür. Vertikal düşən yükdən günbəz konstruksiyalarda sıxılma gərginliyi yaranır və ağırlıq kənar dayaqlara düşür. Günbəzlərin qurulması ta qədim zamanlardan məlum idi. Ancaq böyük və mürəkkəb günbəzlər Qədim Roma dövründə məbədlərin və böyük ictimai binaların tikintisi zamanı geniş tətbiq edilirdi.
Günəşli
== Azərbaycanda == Yeni Günəşli — Bakı şəhərinin Suraxanı rayonunda yaşayış massivi. Günəşli (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Günəşlı
Günəşli (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Hadrut qəsəbə Sovetinin Noraşen kəndi Günəşli kəndi adlandırılmışdır. Günəşli kəndi Hadrut qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Günəşli kənd Soveti yaradılmışdır. 2 oktyabr 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Günəşli kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Noraşen ("yenikənd" mənasında) olmuşdur. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. 1991-ci ildən Günəşli adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Mürsəl
Mürsəl — Kişi adı. Mürsəl Bakı — Qafqaz əsilli Türkiyə hərbiçisi. Mürsəl Həmidov — Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Qocayev — Azərbaycan jurnalisti. Digər Mürsəl (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Günlər
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.