Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəhvarə
Gəhvarə — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,708 nəfər və 1,147 ailədən ibarət idi.
Gəzvar
Gəzvar-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Gəzvar-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Zəvarə
Zəvarə — İranın İsfahan ostanının Ərdistan şəhristanının Zəvarə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,806 nəfər və 2,197 ailədən ibarət idi.
Nəvvarə Qadınəfəndi
Nəvvarə xanım (d. 4 may 1901 — ö. 22 aprel 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin dördüncü xanımı və gözdəsi. Nəvvarə xanım 4 may 1901 tarixində İzmitin Hikmətiyə kəndində abxaz əsilli Mustafa bəylə xanımı Hafizə xanımın ailəsində dünyaya gəldi. Kiçik yaşlarında Dolmabağça sarayına alınaraq təhsil aldı. Sultan Vahidəddinin üçüncü xanımı Şadiyə Müvəddət xanımın əmisi qızıdır. Müvəddət xanım Şahzadə Vahidəddinlə evləndikdən sonra onu Çəngəlköy sarayına alaraq özünə nədimə seçmişdi. Vahidəddin bu dəfə də Nəvvarə xanıma aşiq olmuş, bu səbəblə iki əmi qızının münasibətləri pisləşmişdi. Vahidəddinlə 20 iyul 1918-ci ildə Dolmabağça sarayında evləndi. Bu nigahdan övladı olmadı.
Nəvvarə xanım

Səvarə (Meşkinşəhr)
Səvarə (fars. سواره‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (38 ailə).
Təvarə (Xoy)
Təvarə (fars. طوره‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Gəzvar-i Süfla
Gəzvar-i Süfla (fars. گزورسفلي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (14 ailə).
Gəzvar-i Ülya
Gəzvar-i Ülya (fars. گزورعليا‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (31 ailə).
"Qu quşları" fəvvarə kompleksi
"Qu quşları" fəvvarə kompleksi — Azərbaycanın Bakı şəhərində yerləşən fəvvarə kompleksi. Kompleks Bakı bulvarında yerləşir. == Tarixi == Fəvvarə kompleksi 1960-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Fəvvarə şair Nizami Gəncəvi və bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılmış və 7 qu quşu heykəlindən ibarət idi. 2007-ci ildə Dənizkənarı Bulvarda aparılan yenidənqurma işlərindən sonra "Qu quşları" fəvvarəsinin yerinə yeni fəvvarə kompleksi yaradıldı. 2018-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltaraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb.
Qəddarə
Qəddarə — Hər iki tərəfi kəsən ağır qılınc. Şərq aləmində qəddarədən istifadə edilib. Həm döyüş silahı kimi, həm də cəllad silahı kimi.
Qəhvə
Qəhvə (ərəb. قهوة‎‎‎ – "ehtiraslandıran içki") — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir. İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir. Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir. Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır.
Qəmtarə (Soyuqbulaq)
Qəmtarə (fars. قمطره‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 370 nəfər yaşayır (70 ailə).
Abdulla Qəhhar
Abdulla Qəhhar (özb. Abdulla Qahhor, Абдулла Қаҳҳор; 4 (17) sentyabr 1907, Kokand, Fərqanə vilayəti – 24 may 1968, Moskva, RSFSR, SSRİ) — özbək yazıçısı. Stalin mükafatı laureatı. (1952) == Həyatı == Abdulla Qəhhar 1907-ci ildə anadan olmuşdu. Altmışıncı illərin əvvəllərində Özbəkistanda Xalq yazıçısı Abdulla Qəhhar da dərin inamla söyləyirdi ki: "Özbək ədəbiyyatı gələcəkdə böyük ədəbiyyat olacaq". Abdulla Qəhhar 1968-ci ildə vəfat edib.
Çe Gevara
Ernesto Çe Qevara (isp. Ernesto Che Guevara; 14 iyun 1928[…], Rosario, Sante Fe əyaləti[d] – 9 oktyabr 1967[…], La İqera[d]) — argentinalı marksist-inqilabçı və siyasətçi. Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, "yoldaş", "dost" və s. mənalarda işlənir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Ernesto Qevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılmasına baxmayaraq, bəzi mənbələrdə həmin il 14 may tarixində doğulduğu bildirilir. Qevaranın ulu babalarından Patrik Linç 1715-ci ildə İrlandiyanın Qaluey bölgəsində doğulmuş, İrlandiyanı tərk edib İspaniyanın Bilbao şəhərinə, oradan isə Argentinaya getmişdir. Qevaranın babası Fransisko Linç 1817-də, nənəsi Anna Linç 1868-də doğulmuşdur.
Çe Qevara

Azərbaycanda qəhvə
Azərbaycanda qəhvə getdikcə populyarlaşan içki növlərindən biridir. Ölkədə qəhvə mədəniyyəti son 10 ildə formalaşıb. Azərbaycanda Starbucks, Gloria Jean's, Traveler's Coffee, Second Cup, Double Coffee, Coffeemania kimi qəhvəxana şəbəkələri fəaliyyət göstərir. == Tarix == Azərbaycan mətbəxinə qəhvə ərəblərlə uzunmüddəli əlaqələr nəticəsində daxil olmuşdur. Kakao, qəhvə və s. kimi Şərq süfrəsinə məxsus içkilər keçmişdə kəndli ailələrinin məişətinə sirayət etməmişdir. İstisna kimi, şəhərin kübar ailələrində ziyafət süfrəsində qəhvə içilirdi. == Mədəniyyət == 2019-cu ilin yanvarında Azərbaycanda 3 günlük Bakı Qəhvə və Çay Festivalı baş tutmuşdur. 2022-ci ildə isə Bakının Ağ Şəhər massivində Azərbaycanın ilk qəhvə festivalı keçirilmişdir. "Coffest" adlı tədbir zamanı 30-dan çox kofeşopun, yerli və xarici qəhvə şirkətinin, 3 incəsənət mərkəzinin məhsulları sərgilənmişdir.
Hazır qəhvə
Hazır qəhvə ya da qəhvə tozu, mayalanmış qəhvə çərdəklərindən əldə edilən içkidir. Qurutma prosesi dondurularaq və ya sprey köməkliyi ilə həyata keçirilir. Sıxışdırılmış maye halında olan hazır qəhvə növləri də vardır. Hazırlama qaydası (isti suda asanlıqla həll olması), qəhvə çəyirdəyinə müqaisədə daha yüngül olması və uzun müddətli ömrü hazır qəhvənin üstünlükləri arasında yer alır. Bundan başqa, yaxşı qurudulmamış hazır qəhvə asanlıqla xarab ola bilər. == Tarixi == Hələ Amerika Vətəndaş Müharibəsi zamanı, birlik ordusu üçün "Essence of Coffee" adı altında konsentratlaşdırılmış qəhvə/süd/şəkər qarışığı istehsal edilir. Bu cür hazır qəhvə, bir çay qaşığı bir fincan isti su ilə qarışdırılaraq içilirdi. Ancaq bu qarışıq qoşunlar arasında o qədər populyar olmadığı üçun, tezliklə istehsalı dayandırılır. Hazır və ya həll olunan qəhvə 1890-cı ildə Yeni Zelandiyanın "Invercargill" şəhərində yaşayan David Strang tərəfindən ixtira edilmiş və 3518 nömrəsi ilə patentləşdirilmişdir Patentləşdirilmiş məhsul, "Quru isti hava" prosesinə istinad edilərək "Strang's Coffee" ticarət markası adı altında satılmağa başlamışdır. Bəzi müasir mənbələr isə, ixtiranın fransız yumorist və yazıçı Alphonse Allaisa məxsus olduğunu qeyd edirlər.
Qəhvə ağacı
Qəhvə ağacı (lat. Coffea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Qəhvə rəngi
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Yaponiyada qəhvə
Yaponiyada qəhvə (日本のコーヒー, Nihon no kohi) populyar içki növlərindən biridir. Ölkədə bir çox kafe fəaliyyət göstərir. Starbucks və Doutor ölkənin əsas kafe şəbəkələridir. Yaponlar artıq XVII əsrdə portuqal və holland tacirlərin qara, şirin, qatı içkini sevdiklərini bilirdilər. Lakin 1910-cu illərə qədər qəhvə Yaponiyada geniş şəkildə istehlak olunan məhsul deyildi. Bu dövrdə Avropadan kafe mədəniyyətinin gəlməsi qəhvə də populyarlaşdırmışdır. Qəhvə hazırlamaq sənəti qəhvə içməkdən daha məşhur idi. İkinci dünya müharibəsindən sonra 1950 və 1960-cı illərdə Yaponiyada qəhvə dükkanlarının sayında böyük partlayış yaşanmış və qəhvə çox populyar içkiyə çevrilmişdir. Qəhvə dənələri Yaponiyada nisbətən çox bahalı olduğu üçün evlərdə hazır qəhvələr daha populyar olmuşdur. 1990-cı illərin ortalarında ilk Starbucks kafelərinin açılması kiçik kafelərə təsir göstərmiş və ölkədə yeni götür-apar mədəniyyəti yaranmışdır.
Qəhvə mərasimi
Qəhvə mərasimi — Efiopiya və Eritreyada yayılmış qəhvə hazırlamaq və qəhvə içmək üçün rituallaşdırılmış bir prosesdir. Hər bir ailə gündə üç dəfəyə qədər qəhvə mərasimində iştirak edə bilər və ailəsinə, qonşularına və dostlarına qonaqpərvər olmaq imkanı təqdim edir. Bəzi regionlarda bu, ən vacib sosial mərasim hesab olunur və qəhvəyə dəvət olunmaq hörmət və dostluq əlaməti hesab olunur. Kofeni adətən ev sahibi – qadın hazırlayır, bu da böyük şərəfdir. Bu şərəf adətən ailənin matriarxına məxsusdur. Qəhvə mərasiminə hazırlıq zamanı qəhvənin dəmləndiyi yerə ot yarpaqları və çiçəklər qoyulur.
Ernesto Çe Gevara
Ernesto Çe Qevara (isp. Ernesto Che Guevara; 14 iyun 1928[…], Rosario, Sante Fe əyaləti[d] – 9 oktyabr 1967[…], La İqera[d]) — argentinalı marksist-inqilabçı və siyasətçi. Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, "yoldaş", "dost" və s. mənalarda işlənir. == Həyatı == Ernesto Qevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılmasına baxmayaraq, bəzi mənbələrdə həmin il 14 may tarixində doğulduğu bildirilir. Qevaranın ulu babalarından Patrik Linç 1715-ci ildə İrlandiyanın Qaluey bölgəsində doğulmuş, İrlandiyanı tərk edib İspaniyanın Bilbao şəhərinə, oradan isə Argentinaya getmişdir. Qevaranın babası Fransisko Linç 1817-də, nənəsi Anna Linç 1868-də doğulmuşdur. Qaluey Anna Linçin oğlu və Çenin atası Ernesto Qevara Linç 1900-cü ildə doğulmuşdur.
Ernesto Çe Qevara

Hüseynqulu xan Əbu Qəddarə
Hüseynqulu xan Əbu Qəddarə (fars. حسین‌قلی خان) və ya Əbu Qəddarə (ərəb. ابو قَدَّارَة) — Qacar ​​İranının İlam (Pişt-e-Kuh) bölgəsinin Feyli kürd əmiri və vəlisi idi. == Həyat və qayda == Hüseynqulu xan 1834-cü ildə öz torpağını idarə edən başqa bir Feyli liderinin oğlu olaraq anadan olmuşdur. O, gənclik illərində atası Abbasqulu xana qarşı üsyan etmiş və bir neçə il sürgün edilmiş və Osmanlı İmperiyasına tabe olan Xanaqin və Mandalı Feyli şəhərlərində dolaşmışdır. Hüseynqulu xan sonra üsyanını davam etdirmək üçün İrana qayıtdı. Hüseynqulu xan və Abbasqulu Xan arasındakı qarşıdurmada bir çox zadəgan və hərbi rəhbər Abbasqulu Xanı dəstəklədi və Hüseynqulu xanın yenidən Osmanlı torpağına sığınmasına səbəb oldu. Növbəti üsyanı zamanı Bələvənd kürd tayfasının başçısı, Holeylan hökmdarı Lütf Əli Xan Esfəndiarinin dəstəyi və hərbi yardımı ilə. Hüseynqulu xan Abbasqulu xan üzərində qələbə qazana bildi və müasir İlam əyalətində hökmranlıq etdi, sonra nəzarətini sürətlə artıracaq. Hüseynqulu xanın ərazisinə müasir İlam əyalətindən ibarət olan bütün Pişt-e-Kuh, Kirmanşah əyalətinin bir hissəsi, Lorestan vilayəti, Xuzistan əyaləti və Diyala əyalətinin kürd hissələri daxildir.