Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qənimət
Talançılıq — hərbi, siyasi və ya digər sosial böhranlar, təbii fəlakətlər (hüquq və mülki icraatın müvəqqəti olaraq təsirsiz olduğu yerlərdə), və ya iğtişaş zamanı güclə və ya oğurluq yolu ilə daşınan və ya daşınmaz əmtəənin alınması.
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Qənimət Zahidov
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Qənimət (teleserial)
Qənimət 24 iyun 2022-ci ildə Hubbard və Alan Yanq tərəfindən yaradılmış Amerika komediya televiziya serialıdır. Serialda baş rollarda Maya Rudolf, Mikela Rodriqez, Ron Funkes və Nat Fakson yer alır. Əsas Molli Novak rolunda — Maya Rudolf Sofia Salinas rolunda — Mikela Rodriqez Nikolas rolunda — Kim Buster Hovard rolunda — Ron Funkes Artur rolunda — Nat Fakson Qonaq David kanq Heyli rolunda — Dilan Gelula Kasinda rolunda — Kaitlin Relli Paul rolunda — Brendan Sanel Martin rolunda — Georgi Viner Renee rolunda — Kim Vitley Digər Novak rolunda — Skot Con Ronda rolunda — Migen Fay Ainsley rolunda — Stefan Stil Pyer rolunda — Oliver Martinez 2021-ci ilin martında elan olundu ki, Alma TV+, Matt Hubbard və Alan Yanq tərəfindən yaradılmış Maya Rudolfun baş rolda oynayacağı adı açıqlanmayan komediya serialını sifariş edib. Mikela Rodriqez və Kim Busterdə serialın baş rolunda oynayacaqdı. Oliver Martinez noyabr ayında təkrarlanan rol üçün seçildi. Nat Fakson və Ron Funkes seriala ilk baxışdan sonra əsas aktyor heyətinin bir hissəsi kimi ortaya çıxacaqdılar. Baxış toplayıcı veb saytı Rotten Tomato, 42 tənqidçi rəyinə əsasən, 6,9/10 orta reytinqlə 81% bəyənmə reytinqi bildirdi.
Yırtıcı 5: Qənimət (film, 2022)
Yırtıcı 5: Qənimət (ing. Predator 5: Prey) və ya rəsmi adı ilə Qənimət (ing. Prey) — 2022-ci il ABŞ filmi. Film horror elementli elmi fantastika və döyüş janrındadır. Bu film "Yırtıcı" film franşizasının 5-ci fimidir və ilk 4 filmin ("Yırtıcı", "Yırtıcı 2", "Yırtıcılar" və "Yırtıcı 4") prikvelidir. Film, dünyaya Yırtıcıların il gəlişi və komançi hindi tayfasından olan qız Narunun onu məhv etməsindən bəhs edilir. Əhvalat 1719-cu ildə baş verir. Ember Midtander — Naru Deyn Dilyeqro — Yırtıcı Dakota Bivers — Taabe, Narunun qardaşı.
Qanimed
Qanimed — Günəş sistemində Yupiter planetinin ən böyük peyki.
Anatollu Qəniyev
Anadolu Qəniyev və ya digər adı ilə: Anatollu Qəniyev (10 fevral 1931, Neftçala rayonu – 1 oktyabr 1985, Bakı) — Azərbaycan muğənnisi (bariton). 60-cı illərin əvvələrindən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. == Həyatı == Anatollu Qəniyev 1931-ci ildə Neftçala rayonu, Züd-Ost Qoltuq kəndində doğulmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olmuşdur. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi F.Mehdiyev olmuşdur. Bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur (1959). Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olmuşdur. "Çıx yaşıl düzə", "Reyhan", "Teymurun mahnısı", "Dəyişmərəm", "Bakının ulduzları", "Şəlalə", "Ay qız", "Qonşular" (E. Rəhimova ilə duet), "Yaşa könül", "İlk görüşdən gəlirəm", "Səni haylaram", "Bu dərə uzun dərə" və s. kimi ifa etdiyi mahnılarla şöhrət qazanmışdır.
Cahid Qəniyev
Elxan Qəniyev
Elyor Qəniyev
Elyor Qəniyev (7 yanvar 1960) — Özbəkistanın xarici işlər naziri. == Həyatı == 7 yanvar 1960-cı ildə Özbəkistan SSR-in Sırdərya vilayətində anadan olmuşdur. 1981-ci ildə Daşkənd Politexnik İnstitutunu mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. Elyor Qəniyev 1990-cı ildə Xarici iqtisadi və ticarət əlaqələri üzrə dövlət komitəsinin rəhbərliyi yanında böyük referent, daha sonra Xarici iqtisadi əlaqələr nazirliyinin idarə rəisi təyin olunmuşdur. Özbəkistan prezidenti yanında strateji və regionlararası tədqiqatlar İnstitutunda şöbə müdiri olmuşdur. 1994–2002-ci illərdə nazir müavini, nazirin birinci müavini, 1998-ci ildən xarici iqtisadi əlaqələr naziri olmuşdur.
Mirzə Qəniyev
Musa Qəniyev
Musa Qəniyev (2 dekabr 1954, Salyan, Salyan rayonu) — Azərbaycan alimi, həkim-farmakoloq, tibb elmləri namizədi (1985), tibb elmləri doktoru (1994), professor (1997), Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü (2005), Respublikanın əməkdar müəllimi (2010), ATU-nun farmakologiya kafedrasının müdiri (2000), Yeni Azərbaycan Partiyasının üzvü (1995). 1954-cü il dekabr ayının 2-də Salyan rayonunun Xalac kəndində anadan olmuşdur. 1971-ci ildə Yuxarı Xalac kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1971–77-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1981-ci ilə qədər təyinatla Əli-Bayramlı (Şirvan) mərkəzi şəhər xəstəxanası sistemində həkim işləmiş, eləcə də MŞX azad komsomol təşkilatının katibi olmuşdur. 1981-ci ilin dekabr ayının 31-də Azərbaycan Dövlət Tibb İnstitutu farmakologiya kafedrasına əyani aspiranturaya daxil olmuş və 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi almışdır. Həmin ildən farmakologiya kafedrasında əvvəlcə baş laborant, sonra assistent və dosent vəzifələrində işləmişdir. 1988–1990-cı illərdə Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetinin partiya-təsərrüfat aktivi fakültəsinin ideoloji iş şöbəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1988–1992-ci illərdə əczaçılıq fakültəsində dekan müavini və bir müddət fakültə dekanı vəzifələrində işləmişdir. 1992-ci ildə Rusiya Federasiyası ТЕА-nın V. V. Zakusov adına ЕТ Farmakologiya institutuna doktoranturaya göndərilmişdir.
Məmmədtağı Qəniyev
Məmmədtağı Qasım oğlu Qəniyev (9 may 1907, Şamaxı - 24 may 1979, Bakı) ― baytarlıq elmləri doktoru (1944), professor, mikrobioloq, epizootoloq, dövlət xadimi, pedaqoq, Azərbaycan SSR Əməkdar elm xadimi (1958), SSRİ Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının üzvü, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1962). Məmmədtağı Qəniyev 9 may 1907-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1920-ci ildə S.Orconikidze adına hərbi hazırlıq məktəbinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Elə həmin il Leninqrad hərbi rabitə məktəbinə göndərilmişdir. Lakin sağlamlığı ilə əlaqədar 1927-ci ildə hərbi təhsildən azad edilmiş və Bakıya qayıtmışdır. 1928-ci ildə M.Ə.Sabir adına orta məktəbi bitirən Məmmədtağı Qəniyev 1928-1932-ci illərdə Zakfederasiya adına Yerevan Baytar-Zootexnika İnstitutunda ali təhsil almışdır. Məmmədtağı Qəniyev 1932-1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Mikrobiologiya kafedrasının dosenti və direktoru vəzifəsini icra etmişdir. O, 1943-1947-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru, 1947-1955-ci illərdə direktor müavini, 1955-1970-ci illərdə isə həmin stansiyanın əsasında yaradılmış institutun direktoru olmuşdur. Daha sonra 1970-1971-ci illərdə Zoologiya İnstitutunda mikrobiologiya bölməsinin, 1971-ci ildən isə həmin bölmənin böyük elmi işçisi kimi fəaliyyət göstərmişdir. Məmmədtağı Qəniyev 1936-cı ildə baytarlıq üzrə fəlsəfə, 1944-cü ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir.
Qanimed (peyk)
Qanimed — Günəş sistemində Yupiter planetinin ən böyük peyki.
Qenices boğazı
Qanices boğazı - Kryac adasını materikdən (Ukrayna) ayırır. Azov dənizini Sivaş körfəzi ilə birləşdirir. Uzunluğu 4 km, eni 80–150 m, dərinliyi 4,6 m təşkil edir. Bölgədə əsas liman Qenices limanıdır.
Seyfəddin Qəniyev
Qəniyev Seyfəddin Həmzə oğlu (28 mart 1952, Şamaxı rayonu – 16 yanvar 2023) — Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, professor. Seyfəddin Qəniyev 28 mart 1952-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olmuşdur. Poladlı kənd 8 illik və Nərimankənd orta məktəbini tərifnamə ilə, ADPİ-nin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutun aspiranturasında təhsil almışdır. Şamaxı rayonunun Göylər kənd məktəbində ixtisasına uyğun müəllim işləmişdir. İşlədiyi müddətdə "metodist müəllim", SSRİ Maarif əlaçısı adlarına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin dördüncü qurultayının nümayəndəsi olmuşdur. "M. F. Axundovun "Kəmalüddövlə məktubları" əsərinin bədii metod və janr xüsusiyyətləri" mövzusunda namizədlik, "Azərbaycan folklorunun regional özunəməxsusluğu — Şirvan folklor mühiti" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 40 kitab (monoqrafiya toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifidir. AMEA Folklor İnstitunda fəaliyyət göstərən müdafiə şurasının üzvüdur.
Sərvər Qəniyev
Sərvər Soltan oğlu Qəniyev (5 avqust 1937, Bakı – 5 sentyabr 2010, Ankara) — Azərbaycan skripkaçısı və dirijoru, "Şöhrət" ordeni laureatı, Prezident təqaüdçüsü, Azərbaycan SSR xalq artisti (1982). Sərvər Qəniyev 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə almışdır. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmişdir. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırmışdır. 1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılmış və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərmişdir. Sərvər Qəniyev 1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləmiş və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar.
İsaxan Qəniyev
Qənirə Abbasova
Qənirə Yusif qızı Abbasova — kolxozçu, 9-cu çağırış Azərbaycan SSR Ali Soveti deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). 1952-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycanlıdır, ÜİLKGİ üzvü olmuşdur. Orta təhsili var. Əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. Zərdab rayonundakı K. Marks adına kolxozun üzvü olmuşdur. Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Məlikli seçki dairəsi). Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015). Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
Qənirə Paşayeva
Paşayeva Qənirə Ələsgər qızı (24 mart 1975, Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023, Bakı) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Qənirə Pirquliyeva
Qənirə Pirquliyeva (Qənirə Əli qızı Pirquliyeva; d. 30 yanvar 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın numizmat alimi, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti. Pirquliyeva Qənirə Əli qızı 1963-cü il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsini bitirmişdir. 1998-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “XIV-əsrin sonu- XV əsrin əvvəllərində Azərbaycanda sikkə dövriyyəsi və metrologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə dosent elmi adını alıb. “Şirvanşahlar sarayı” tarix-memarlıq qoruq muzeyində bələdçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışıdır. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi –Mədəni mərkəzin arxeologiya üzrə baş elmi işçi vəzifəsində çalışmışıdır. 2013-cü ilin noyabr ayından Bakı Dövlət Universitetinin “Arxeologiya və Etnoqrafiya” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
İmperatriça Qenmey
İmperatriça Qenmey (元明天皇, Qenmey-tenno, 661 – 29 dekabr 721, Nara) – Yaponiyanın 43-cü monarxı. Asuka dövründə hakimiyyətdə olmuşdur. O, İmperator Tencinin qızı olmuş və İmperator Tenmunun oğlu olan Şahzadə Kusakabe ilə evlənmişdir. Lakin Kusakabe 689-cu ildə ölmüşdür. İmperatriça Cito 697-ci ildə taxtdan imtina etdikdən sonra Qenmeyin oğlu İmperator Monmu taxta çıxmışdır. Monmunun 707-ci ildəki ölümündən sonra Qenmey imperatriça olmuşdur. İmperatriça Qenmeyin hakimiyyəti dövründə 708-ci ildə ilk dəfə Yaponiyada mis hasil edilmiş və Yaponiyanın ilk sikkəsi olan vadokayçin tədavülə buraxılmışdır. 710-cu ildə paytaxtı müasir Nara şəhərinin yerləşdiyi Heyco şəhərinə köçürmüş və 794-cü ildə paytaxtın Kiotoya köçürülməsinə qədər davam edən Nara dövrünü başlatmışdır. Yaponiya mifologiyası və tarixi haqqında ilk əsər olan "Kociki" (712) onun hakimiyyəti dövründə tamamlanaraq ona təqdim olunmuşdur. 713-cü ildə əyalətlərin fudokilər tərtib etməsi barədə əmr vermişdir.
Anatollu Qəniyev (film)