Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asad Qayser
Asad Qayser (urdu اسد قیصر;15 noyabr 1969) — Pakistanlı siyasətçi, 2018-ci ilin avqust ayından milli məclisin sədri.Vəzifədən əvvəl o, Milli Assambleyanın üzvü idi. == Həyatı == Qayser 15 Noyabr 1969-cu ildə Pakistanın Suvabi rayonunda anadan olmuşdur. (Pakistan qəzetlərinin birində yazılanlara görə o, 15 noyabr 1968-ci ildə Marquzda anadan olmuşdur.) İlk təhsilini Marquzdakı Hökumət ali orta məktəbindən almışdır. Daha sonra Peşəvər Universitetini bitirib, incəsənət bakalavr dərəcəsi almışdır.1995-ci ildə məzun olduqdan sonra Pakistanın Camaat-e-İslaminin bir hissəsi olan Pasbanın bölgü prezidenti oldu.
Gövhər
Gövhər — Azərbaycanlı qadın adı. Gövhər Qazıyeva — Azərbaycanın ilk peşəkar aktrisası. Gövhər Cəfərzadə — Gövhər Həsənzadə — Azərbaycan bəstəkarı. Gövhər ağa — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır.
Kövsər
Kövsər (fars. کوثر‎, “şimşək”), ABŞ istehsalı olan F-5 Northrop qırıcılarının modernizasiya edilmiş versiyası. Təyyarə təkmilləşdirilmiş yanğına nəzarət sistemi ilə bərabər, yeni dördüncü nəsil avioniklər ilə təchiz edilmişdir.Qərbin mütəxəssisləri təyyarənin döyüş qabiliyyətlərinin zəif olduğunu, lakin İran Aviasiya Sənayesi üçün təcrübə nöqteyi-nəzərindən ciddi bir irəliləyiş olduğunu bildirirlər. İran Dövlət Kanalının verdiyi məlumatlara görə təyyarə inkişaf etdirilmiş “rəqəmsal məlumat şəbəkəsi” və yanğına nəzarət sistemi ilə təchiz edilmiş və “yüzdə-yüz yerli istehsaldır”. Eyni zamanda təyyarə rəqəmsal məlumat şəbəkəsi, şüşədən pilot kabinəsi, pilotun başının üstündə yerləşən ekran (HUD), ballistik kompüterlər və ağıllı mobil xəritəçəkmə sistemlərindən istifadə edir. == İnkişaf == 3 noyabr 2018-ci ildə, İran Təyyarə İstehsalı Sənayesi Şirkətində Kövsər quraşdırma xəttinin açılışını başladan və ən azı yeddi ədədi istehsal edilmiş olan tədbir keçirilmişdir. Açılış mərasiminə birbaşa olaraq İran prezidenti olan Həsən Ruhani gəlmişdir. Müəssisə İsfahanda yerləşir və açılış mərasimi Müdafiə Sənayesi Günü münasibəti ilə təşkil edilmiş olan tədbirlər silsiləsinin bir parçası olmuşdur.Açılış mərasimindən bir gün sonra İran HHQ-yə məxsus olan bir ədəd Northrop F-5 təyyarəsinin açılış günündə qəza etdiyi xəbərləri yayılmışdır, lakin qəzanın yeni yaradılmış olan model ilə əlaqədar olub-olmaması haqqında məlumat verilməmişdir. === Tənqidi === İran mətbuatı bildirirdi ki, Kövsər qırıcıları üçün baza modeli ABŞ istehsalı olan Northrop F-5 təyyarələri olmuşdur, eyni zamanda müsəlman bir millət tərəfindən hazırlanan ilk döyüş təyyarəsi olduğu üçün təyyarə dördüncü nəsil döyüş təyyarəsi mükafatına layiq görülməlidir.İranın xaricində olan media qrumları Kövsəri F-5-in köhnəlmiş bir versiyası kimi qəbul edərək ona istehza edilmişdir. Tayvan istehsalı olan AIDC AT-3 ilə müqayisələr edilmişdir.IISS-in hərbi aviasiya üzrə böyük zabiti olan Douglas Barrie bildirir ki, iranlılar F-5 qırıcısını baza modeli olaraq götürdükləri bu təyyarədə yeniliklər və dəyişikliklər həyata keçirmişdirlər.
Ramsər
Ramsər — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Ramsər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,659 nəfər və 9,421 ailədən ibarət idi.
Aftafa (Kövsər)
Aftabə (fars. افتابه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Gəncgah kəndistanında, bölgənin mərkəzindən 15 km. qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun 5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (28 ailə).
Aslanxan Gövhər
Aslanxan Gövhər (1847, Tivi, Ordubad rayonu – 1906, Tivi, Ordubad rayonu) — şair. == Həyatı və təhsili == 1847-ci ildə Ordubad rayonun Tivi kəndindən anadan olmuşdur. Nəsirov soyadlı yoxsullaşmış bəy ailəsində doğulmuş, əvvəlcə Məşədi Muxtar adlı ruhaninin yanında oxumuş, sonra isə Ordubadda mədrəsə təhsili almışdır. 1906-cı ildə Tivi kəndində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Bir müddət Ordubadda və Qarabağda müəllimlik etmişdir. === Bədii yaradıcılığı === Gəncliyində Ordubadda Gövhər adlı qız aşiq olmuş və onun adını özünə təxəllüs götürmüşdür. Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuş, əsasən, aşıq şeir tərzində yazmışdır. lirikasında əsasən, şairin şəxsən tanıdığı gözəllər (Mələk, Nərgiz və b.) realistcəsinə vəsf olunur. Yaradıcılığında ictimai mövzular da əhəmiyyətli yer tutut. Şair sosial ədalətsizliyi, yoxsullarına ağır güzəranını hakim təbəqələrin zülmünü təsvir və tənqid etmişdir.
Dövlətabad (Kövsər)
Dövlətabad (fars. دولت اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (28 ailə).
Firuzabad (Kövsər)
Firuzabad - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 319 nəfər yaşayır (83 ailə).
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Gövhər (Tarım)
Gövhər (az.-əbcəd گؤوهر‎, fars. گوهر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 604 nəfər yaşayır (199 ailə).
Gövhər Baxşəliyeva
Gövhər Baxşəli qızı Baxşəliyeva (26 noyabr 1954, Bərdə) — filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, İctimai Elmlər Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü (2017) == Həyatı == Gövhər Baxşəliyeva 1954-cü ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. C. M. Kirov adına Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti), şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1977-ci ildən h/v kimi AMEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor vəzifələrində çalışıb. Hazırda AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, akad. Z. Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. == Elmi fəaliyyəti == Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 260-dan artıq məqalə və məruzə, 5 monoqrafiya, 18 kitab Xaricdə çıxmış elmi əsərlərin sayı: 24 Əsas elmi nailiyyətləri: Klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, ərəb-Azərbaycan ədəbi əlaqələri, müqayisəli ədəbiyyatşünaslıq, mənbəşünaslıq, habelə şərqşünaslığın digər istiqamətlərinə aid tədqiqatlar.Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı) ixtisası üzrə 21 fəlsəfə doktorları yetişdirmişdir. Azərbaycan elmini bir çox xarici ölkələrdə uğurla təmsil edib (Türkiyə, Rusiya, İran, Misir, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Fransa, İngiltərə, İtaliya, Macarıstan, Rumıniya, Çin, Malaziya, İndoneziya və s.). 10.01.02 — "Türk xalqları ədəbiyyatı" və 10.01.03 — "Dünya ədəbiyyatı" ixtisasları üzrə Müdafiə Şurasının sədridir. Şərqşünaslıq sahəsində Respublikada aparılan elmi işlərin koordinasiyası üzrə Problem Şurasının sədridir. "Şərq araşdırmaları" və "Azərbaycan şərqşünaslığı" dərgilərinin baş redaktorudur. == Əsas elmi əsərləri == === Monoqrafiyalar === 1.
Gövhər Beydullayeva
Gövhər Kamran qızı Beydullayeva (23 aprel 2003, Əl-Zülfi[d], Ər-Riyad regionu[d]) — azərbaycanlı şahmatçı, ikiqat dünya (20 və 18 yaş qrupunda) və Avropa çempionu (14 yaş qrupunda), qadınlar arasında qrosmeyster (2022). == Erkən illəri == Gövhər Beydullayeva 23 aprel 2003-cü ildə Səudiyyə Ərəbistanının Əl-Zülfi şəhərində, həkim-transplantoloq Kamran Beydullayevin ailəsində dünyaya göz açıb. Ailə əslən Azərbaycanın Ağsu şəhərindəndir. 5 yaşınadək Səudiyyə Ərəbistanında yaşayan Gövhər, şahmatın ilk sirlərinə elə bu ölkədə olduğu müddətdə, atasının sayəsində yiyələnib. Bakıya qayıtdıqdan qısa müddət sonra isə kiçik bacısı ilə birgə Həmkarlar İttifaqı Respublika Şahmat və Dama klubuna yazılaraq, əməkdar məşqçi Xanlar Allahverdiyevin qrupunda peşəkar dərslər almağa başlayıb. == Karyerası == === Dünya və Avropa çempionatları === Gövhər Beydullayeva müxtəlif yaş kateqoriyalarında Azərbaycanı şahmat üzrə Dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2013-cü ildə 10 yaşadək qızlar arasında sürətli şahmat üzrə Avropa çempionu olub. Həmin ildə blitz üzrə keçirilən Avropa çempionatının gümüş medalını qazanıb.2014-cü ildə Gürcüstanın Batumi şəhərində keçirilən 12 yaşadək qızlar arasında Avropa çempionatında gümüş medal qazanıb. 2015-ci ildə 12 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci dəfə gümüş medal qazanıb.2017-ci ildə Rumuniyanın Mamaia şəhərində 14 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında bütün rəqiblərini üstələyərək müvafiq yaş qrupunda Avropa çempionu olub.2021-ci ildə 18 yaşadək qızlar arasında keçirilən Dünya şahmat Kubokunun qalibi olub. Gövhər Beydullayeva bu nəticə ilə yaşıdları arasında Fide Dünya çempionatının onlayn Super Finalına vəsiqə qazanıb.
Gövhər Cəfərzadə
Gövhər Hacı Məcid qızı Cəfərzadə- Şamaxıda öz vəsaiti hesabına qız məktəbi açmış Azərbaycanın maarifçi xanımı. == Həyatı == Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxıda anadan olmuşdur. == Maarifçilik fəaliyyəti == O, Şamaxıda öz vəsaiti hesabına 1912-1918-ci illərdə "Məktəbi-Şövqiyyə" adlı ikisinifli qız məktəbi açaraq, burada və daha sonra Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir. Lakin çar məmurları Gövhər xanımın açdığı qız məktəbini hökumət əleyhinə fəaliyyətdən qorxub bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun həyat yoldaşı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığılmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə xərclənirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və xanımı Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, oulsuz məktəb açırdılar. == Vəfatı == Maarifçi xanım 1936-cı Bakı şəhərində ildə vəfat etmişdir.
Gövhər Həsənzadə
Gövhər Həsənzadə (6 mart 1969, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Gövhər Həsənzadə ixtisasca rejissordur. Şəhriyar adına Mədəniyyət Mərkəzinin müdiri vəzifəsində işləyib. Hazırda şəxsi studiyasında fəaliyyətini davam etdirir. Onun bəstələdiyi mahnılar Azərbaycandan kənarda da oxunur və yetərincə tanınır. Azərbaycan Respublikasının əməkdar artistidir.
Gövhər Qazıyeva
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Gövhər Sultan
Gövhər Sultan Bəyim — I Təhmasibin Qədəmli bəyimdən olan yeganə qızı, Şah II İsmayılla Şah Məhəmməd Xudabəndənin doğma bacısı, Səfəvi şahzadəsi. Atasının ölümündən sonrakı taxt mübarizəsində qardaşı İsmayılın tərəfində yer aldı. Lakin qardaşı taxta keçdikdən bir müddət sonra onun həyat yoldaşı, Bəhram Mirzənin oğlu İbrahim Mirzəni öldürtdü. Şahzadənin öldürülməsindən sonra yataq xəstəsinə çevrilən Gövhər bəyim 19 may 1577-ci il tarixində ya xəstəlikdən, bəzilərinin fikrincə isə, zəhər içib intihar edərək özünü öldürdü. Gövhər Sultan 1560-cı ildə Bəhram Mirzənin oğlu Şahzadə İbrahim Mirzəylə evləndirilmişdir. Yeganə övladı Gövhərşad bəyim 1561-ci ildə dünyaya gəlmişdir. Anasının ölümündən sonra bir müddət xalası Pərixan Sultanın yanında qalan Gövhərşad bəyim daha sonra Məkkəyə getmiş və 1587-ci ildə orada Seyid İbrahim Şirazinin oğlu Əmir Nəsirəddin Hüseyn ilə ailə həyatı qurmuşdur.
Gövhər Zeynalova
Gövhər Zeynalova (25 iyun 1923, Bakı – 28 iyun 1997, Bakı) — üzvü və neft kimya sahəsində görkəmli alim, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı, texnika elmləri doktoru, professor, AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcılarından biri. == Həyatı == Gövhər Əli qızı Zeynalova 1923-cü il iyun ayının 25-də Bakı şəhərində anadan olmuşdur. O 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuş və 1945-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda (AETNEİ-də) elmi fəaliyyətə başlamışdır. 1951-ci ildə Gövhər xanım elmlər namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1968-ci ildə G.Ə.Zeynalovaya professor adı verilmişdir. Keçən əsrin 50-ci illərində texniki tərəqqi xalq təsərrüfatının bütün sahələrində maşın və mexanizmlərin sayının artmasına gətirib çıxartdı. Bu isə sürtkü materiallarının və xüsusilə də sürtkü yağlarının keyfiyyətinin yüksəldilməsi problemini çox kəskin şəkildə qarşıya qoydu. Bu da öz növbəsində neft kimyasında yeni istiqamətin – sürtkü yağlarına aşqarlar kimyasının formalaşmasına gətirib çıxartdı. Aşqarların sintezi və tətbiqi sahəsində məqsədyönlü tədqiqatlar ölkəmizdə aşqarların sənaye istehsalının təməlini qoydu. Tezliklə keçmiş SSRİ-də ilk dəfə olaraq bir sıra aşqarlar yaradıldı və istehsalata tətbiq edildi. G.Ə.Zeynalova 1965-ci ildən ömrünün axırına kimi Aşqarlar Kimyası İnstitutunda, əvvəl laboratoriya müdiri, sonra isə konsultant kimi çalışmışdır.Gövhər xanım Zeynalova öz işində həm tələbkar, həm də artıq dərəcədə dəqiq və məsuliyyətli olmaqla yanaşı, təvazökar, ətrafındakılara və övladlarına qarşı çox qayğıkeş insan idi.
Gövhər ağa
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. == Həyatı == Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Gültəpə (Kövsər)
Gültəpə (fars. گل تپه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (9 ailə).
Gəlinqaya (Kövsər)
Gəlinqaya (fars. قالين قيه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (30 ailə).
Kovsər surəsi
Əl-Kovsər (Kövsər) surəsi Quranın 108-ci surəsidir (Məkkədə nazil olmuşdur, 3 ayədir). Qurandakı ən qısa surədir. İlk ayətində Kövsərdən danışıldığı üçün bu ad verilmişdir. Surənin mətni belədir: Bismillahir-rəhmanir-rəhim 1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! 2. Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! 3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur!
Kovsər şəhristanı
Kövsər şəhristanı - Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri və Ərdəbil ostanında inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Givi şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 27,472 nəfər və ya 16,085 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kövsər Tarverdiyeva
Kövsər Məmməd qızı Tarverdiyeva (14 iyul 1914, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 2013, Bakı) — ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, publisist, filologiya elmləri namizədi (1952). == Həyatı == Kövsər Tarverdiyeva 14 iyul 1914-cü ildə İrəvanda Gedərçay üstündəki Dəmirbulaq məhəlləsində bağbanlıqla məşğul olan Məşədi Məmmədin ailəsində anadan olmuşdur. Uşaqlıq illəri bu bağ-bağatlı şəhərdə keçən Kövsər xanım o zaman bütün İrəvanda məşhur olan Haşım bəy məktəbində təhsil alır. 9-cu sinfi bitirərkən onun qabiliyyətini nəzərə alaraq İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişdirirlər. Pedaqoji məktəbi bitirdikdən sonra Kövsər xanım 1932-ci ildə Bakıya yollanmışdır. Ailəlikcə Bakıya köçdükdən sonra pedaqoji fəaliyyətə başlamış və 1932-ci ildən fəhlə-gənclər məktəbində müəllimlik etmişdir.Kövsər Tarverdiyeva 1937-ci ildən 1939-cu ilə qədər V. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutun Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsilini tamamlamışdır. 1942–1943-cü illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışmış. Daha sonra, 1948-ci ilə qədər Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 30 yaşında olarkən o tibb sahəsində təhsil almağa qərar verir və 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisasında təhsil alır, lakin daha sonra həkim karyerasına davam etmir (cəmi il yarıma qədər həkim işləyib).
Kövsər çayı
Kövsər çayı — Cənnət çaylarından biridir. Adı Qurani Kərimdə və Məhəmməd (s) peyğəmbərin sirəsində çəkilir. Qurani Kərimdə Allahın Kövsəri Hz. Məhəmmədə verdiyi və bunun Kövsər surəsində olduğu bildirilir. “Həqiqətən, Biz Kövsəri sənə bağışladıq” == Vəsfi == Süd kimi ağ, baldan şirin, torpağı müşkdən ətirli, yaqut üzərində daşınır. “Kövsər Cənnəti bir çaydır. Onun iki qırağı qızıldan, məcrası dürr və yaqutdandır. Torpağı müşkdən ətirli, suyu baldan şirin, qardan ağdır”. Orada Hz. Məhəmmədin (s) hovuzu var.
Ləkvan (Kövsər)
Ləkvan (fars. لكوان‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (14 ailə).
Qalacıq (Kövsər)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (15 ailə).
Ağavyer
Ağavyer — İrəvan quberniyasının Sürməli qəzasında kənd. == Toponimik izah == Ağavyer kəndinin 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Yerli tələffüz forması Ağbəri. Naməlum aqav və Azərbaycan dilində yer sözlərindən ibarətdir. XIX əsrdə Eçmiədzin qəzasında Aqavnatun (1441-ci ildən bu kənd Eçmiədzin kilsəsinin vəqfi idi) və Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Aqavyurd kənd adlarında aqav sözü ilə eynidir. == İstinadlar == == Ədəbiyyat == Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
Kanser
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Qalaser
Qalasar, Qalasər, Qələsər Qalasar (Dərələyəz) — Dərələyəzdə kənd. Qalasər (Salmas) — Salmas şəhristanı ərazisinə daxil olan kənd. Qələsər — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənddir.
Qalasər
Qalasar, Qalasər, Qələsər Qalasar (Dərələyəz) — Dərələyəzdə kənd. Qalasər (Salmas) — Salmas şəhristanı ərazisinə daxil olan kənd. Qələsər — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənddir.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qəmsər
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Valser
Valser (fr. Valserres, oks. Vauserres) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05176. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 217 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 133 nəfərin (15-64 yaş arasında) 101-i iqtisadi cəhətdən, 32-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 76.8%). Fəal olan 101 nəfərdən 95 nəfər (56 kişi və 39 qadın) işləyir, 6 nəfər işsizdir (4 kişi və 2 qadın).
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Anser
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Avşar
Əvşarlar sülaləsi — sülalə Avşar (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aşağı Avşar — Azərbaycanın Ağcabədi rayonunda kənd. Avşar (Vedibasar) — Vedibasar mahalında kənd. Avşar — Xocavənd rayonunda kənd.
Laser
Dağrazyanası (lat. Laser Borkh.) == Dərman bitkisi kimi istifadə olunan növləri == Üçdilim dağrazyanası (lat.
Qaven
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Ağaver (İğdır)
Ağaver — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 20 avqust 1745-ci ildə Nadir Şah ilə Osmanlıların "Vağaver" adı verilən yerdə döyüşməsi qeyd edilmişdir. 1901 və 1928-ci illərdə aparılaq qeydlərə görə kəndin adı ermənicədə "duz hörən" anlamına gələn "Ağaver" şəklinde keçir. 1960-cı ildən sonra adı "Çavuşbaxça" olaraq dəyişdirilir. Uzun illər bu adla qeydlərə keçir. 2010-cu ildə təkrar "Ağaver" olaraq adlandırılır. == Coğrafiya == Kənd İğdır il mərkəzindən 12 km uzaqlıqdadır. Ağaver kəndinin şərqində Kadıqışlaq, cənub-şərqində Yüzbaşılar, güneyində Qazancı və Sarıçoban kəndlərinin əkin tarlaları, qərbində isə Hakmehmet kəndi yerləşir. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 241 nəfər azərbaycan türkü yaşayırdı.
Bruno Manser
Bruno Manser (25 avqust 1954[…], Bazel – 10 mart 2005, Kalimantan) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur. == Gənclik illəri və təhsili == Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub. Manser gənclik illərində müstəqil düşüncəli insan olub. Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır.
Bəndi-Qeysər
Bəndi-Qeysər (ərəb. بند قیصر‎‎, tərcümədə Sezarın dambası) — İranın cənub-qərbindəki Şuştər şəhərinin su anbarının yaxınlığında antik irriqasiya kompleksidir. == Tarixi == Bu körpü Valeriana imperiyasının, həmçinin Sasani və Edes arasındakı müharibənin qarşısını almaq üçün tikilib. Bəzi mənbələrdə tikintinin 3, bəzilərində isə 7 il davam etdiyi barədə məlumatlar var (260-270-ci illərdə). Bəndi-Qeysərin memarı IX-X əsrdə at-Tabari və al-Masudidir. == Texniki xüsusiyyətləri == Körpü Harun çayı üzərində tikilmişdir. İrriqasiya-suvarma sistemləri Şuştar şəhəri ətrafında əkin sahələrinin suvarılmasında istifadə olunur. Bu körpünün uzunluğu 500 m-dir. Onun tikintisi zamanı 40-a yaxın arx çəkilmişdir. Bu arxların eni 6,6 m.
Con Qarner
Con Qarner — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti.