Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Emma Goldman
Emma Qoldman (27 iyun 1869[…], Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 14 may 1940, Toronto) — Anarxist yazıçı. XX əsrin ilk yarısında ABŞ və Avropada anarxist görüşün yayılmasında və inkişafında böyük rol oynamışdır. == Həyatı == Emma Qoldman 27 iyun 1869-cu ildə, Litvada yəhudi ailəsində anadan olmuşdur. Valideynlərinin kiçik mülk sahibləri olduğu Popelan kəndində böyüyən Emma Qoldman 13 yaşı olarkən ailəsiylə birlikdə Sankt-Peterburqa köçdü. Burada 6 ay məktəbdə oxuduqdan sonra ailəsi tərəfindən təhsili dayandırıldı və bir fabrikdə işləməyə başladı. Atasının tez-tez döydüyü və 15 yaşı olarkən məcburən evləndirmək istədiyi Emma Qoldman bununla razılaşmadı və Amerikaya ögey bacısının yanına köçdü. Bura yerləşdikdən az vaxt sonra Şərqi Avropadan gələn digər immiqrantlar kimi bir fabrikdə işləməyə başladı. 17 yaşı olan gənc Emma Qoldmanı anarxizmə yönəldən, 4 may 1886-cı ildə Çikaqonun Haymarket meydanındakı anarxistlərin keçirtdiyi mitinqdə bir polis qrupuna qumbara atılması və bu hadisənin səbəbkarı kimi 5 anarxistin həbsi, "anarxist olduqları üçün" dördünün edamı, birininsə edamından əvvəl özünü öldürməsi oldu. Bu hadisələr bir nəslin şüurunu formalaşdırmaqla yanaşı Emmanın da düşüncələrində yeni bir yol açmış oldu. Emma Qoldman Çikaqolu anarxistlərin edamı günü inqilabçı olmağa və edam olunan anarxistlərin ideyalarını yaşatmağa qərar verdi.
Qodman
Qodman — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Qodman kəndinin adı talış dilindəki "ğıdımon" - sözündən olub, mənası "gəlmələr" deməkdir. Kəndin əsasını aşağıbaşlılar (kəndin şərq hissəsi) qoymuşlar. Onlar bir neçə nəsildir və Lerik, Lənkəran bir də İrandan köçüb gəlmişlər. Qodman kəndinin tən ortasından bir küçə keçir ki, həmin küçənin qərbində seyidlər yaşayır. Onlar Məmmədrzakücə kəndindən buraya son zamanlar gəliblər. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişi, 134 nəfəri qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı. Hazırda kənd əhalinin sayı 1255 nəfərdir.
Emma Qoldman
Emma Qoldman (27 iyun 1869[…], Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 14 may 1940, Toronto) — Anarxist yazıçı. XX əsrin ilk yarısında ABŞ və Avropada anarxist görüşün yayılmasında və inkişafında böyük rol oynamışdır. == Həyatı == Emma Qoldman 27 iyun 1869-cu ildə, Litvada yəhudi ailəsində anadan olmuşdur. Valideynlərinin kiçik mülk sahibləri olduğu Popelan kəndində böyüyən Emma Qoldman 13 yaşı olarkən ailəsiylə birlikdə Sankt-Peterburqa köçdü. Burada 6 ay məktəbdə oxuduqdan sonra ailəsi tərəfindən təhsili dayandırıldı və bir fabrikdə işləməyə başladı. Atasının tez-tez döydüyü və 15 yaşı olarkən məcburən evləndirmək istədiyi Emma Qoldman bununla razılaşmadı və Amerikaya ögey bacısının yanına köçdü. Bura yerləşdikdən az vaxt sonra Şərqi Avropadan gələn digər immiqrantlar kimi bir fabrikdə işləməyə başladı. 17 yaşı olan gənc Emma Qoldmanı anarxizmə yönəldən, 4 may 1886-cı ildə Çikaqonun Haymarket meydanındakı anarxistlərin keçirtdiyi mitinqdə bir polis qrupuna qumbara atılması və bu hadisənin səbəbkarı kimi 5 anarxistin həbsi, "anarxist olduqları üçün" dördünün edamı, birininsə edamından əvvəl özünü öldürməsi oldu. Bu hadisələr bir nəslin şüurunu formalaşdırmaqla yanaşı Emmanın da düşüncələrində yeni bir yol açmış oldu. Emma Qoldman Çikaqolu anarxistlərin edamı günü inqilabçı olmağa və edam olunan anarxistlərin ideyalarını yaşatmağa qərar verdi.
Silvan Qoldman
Silvan Qoldman (15 noyabr 1898, Ardmor[d], Oklahoma – 25 noyabr 1984) — Amerikalı iş adamı və alış-veriş arabasının ixtiraçısı idi. Onun dizaynı dörd təkərli boruvari metal mötərizələrlə birləşdirilmiş bir cüt böyük tel zənbil idi. Silvan Qoldman 1898-ci il noyabrın 15-də Amerikanın Oklahoma ştatının Ardmor şəhərində Latviyadan olan mühacir ailəsində anadan olub. Atası kiçik bir mağazanın sahibi idi. Oğlanın valideynləri varlı olmasalar da, kiçik oğlunu oxutmaq üçün heç bir xərc çəkmədilər. Silvan ilkin bilik yükünü kifayət qədər varlı valideynlərin uşaqlarını göndərdiyi özəl məktəbdə əldə etdi. Təhsil ocağı adi məktəblərdən fərqli olduğu üçün onun şagirdlərinə daha yüksək səviyyəli biliklər verilirdi. 16 yaşında Silvan ən dəhşətli hadisə ilə — Birinci Dünya Müharibəsi ilə üzləşməli oldu. Bir çox güclü cinsin nümayəndələri qohumlarını qorumaq üçün cəbhəyə getməyə məcbur oldular. Bu zaman gənc oğlan bir qalateriya mağazasını saxlamağa kömək etməli idi.
Jan-Jak Qoldman
Jan-Jak Qoldman (fr. Jean-Jacques Goldman; 11 oktyabr 1951[…], Paris, Fransa) — ən populyar fransız müəllif və ifaçılarından biri. == Ailəsi == Fransa Müqavimət Hərəkatı iştirakçısının oğlu solçu intellektual və inqilabçı internasionalist Pyer Qoldmanın qardaşı. 1975-ci ildə Katrin adlı xanımla evləndi və onların Karolina (1977), Maykl (1979) və Nina (1984) adlı üç uşağı oldu. 22 illik evliliyindən sonra 1997-ci ildə boşandılar. 13 oktyabr 2001-ci ildə Marseldən olan 22 yaşlı tələbə Natali ilə evləndi. Onların Maya (2001), Kimi (2004) və Rouz (2007) adlı üç qızları var.
Girdman
Girdman —VII əsrin əvvəllərindən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin biri irsi mülkü. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Yerevançay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər indiki Azərbaycan ərazisinin qərbində olmuşdur. Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
Odman
Odman - türk və altay xalq mədəniyyətində kiçik oğul mənasını verir. Otman, Otoman və ya Utman olaraq da deyilir. Ocağın, ev atəşinin davamlılığını təmin edən, evdə qalan uşaq. Nağıllardakı daim müvəffəqiyyətli olan kiçik oğul fiqurudur. Türk mədəniyyətində böyük qardaşlar özlərinə yeni ev açar lakin ən kiçik oğul evdə qalar. Beləcə ocaq atəşinin davamını təmin edər. Osmanlı İmperatorluğunun kurcusu Osman Bəyin gerçək adının Otman olduğunu irəli sürən tarixçilər vardır. Bu adın İslamiyyəti qəbul edən türklərdə səs bənzəməsi ilə Osmana çevrildiyi deyilməkdədir. Hətta məcaz olaraq Səlcuqlu Dövlətinin varisi olduğu və digər bəyliklər içində olduqca kiçik olduğu halda Anadoludakı türk dövlətinin ocağını davam etdirdiyi üçün bu adla uyğun içində olduğu da düşünülə bilər. Həqiqətən də bu ad Avropa qaynaqlarında Ottoman olaraq iştirak edər.
Nordman apollonu
Nordman apollonu (lat. Parnassius nordmanni) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. Qafqazın yüksək dağ endemikidir. Qanadları açıq halda 70-94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir.
Nordman appolonu
Nordman xulu
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Petrogale godmani
Petrogale godmani (lat. Petrogale godmani) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinin dağ vallabisi cinsinə aid heyvan növü.
Panthera onca goldmani
Panthera onca goldmani (lat. Panthera onca goldmani) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin yaquar növünə aid heyvan yarımnövü.
Luru-Odman
Luru-Odman (fr. Louroux-Hodement) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03153. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 351 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 266 nəfər arasında (15-64 yaş) 180 nəfər iqtisadi fəal, 86 hərəkətsiz (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 67.4%) idi. Fəal 180 nəfərdən 117 nəfəri (69 kişi və 48 qadın), 63 nəfəri işsizdir (38 kişi və 25 qadın). 86 hərəkətsiz 26 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 50 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Qozman
Qozman — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Aykut Qocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. == Oyun statistikası == Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Qocaman Qocamanov
Qocaman Qocamanov (1923, Daşkənd, Yeni Bəyazid qəzası – 31 avqust 2016, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı uzunömürlü, şair. Qocamanov Qocaman Camal oğlu 1923-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Atası Camal kişi Qocamanın iki yaşı olarkən, Kərbəlaya getmiş və oranı ziyarət etdikdən sonra xəstələnmiş, orada vəfat etmiş və öz vəsiyyətinə görə Kərbəlada dəfn olunmuşdur. Odur ki, ailənin vəziyyəti ağırlaşmışdır. Qocamanın qardaşları Balış, Albaba və Böyükkişinin köməkliyi nəticəsində Qocaman böyüyüb ərsəyə çatmışdır. 1941–1945-ci illərdə Qocaman Böyük Vətən müharibəsinə getməmiş, qaçaqlıq etmiş və anası Gülgəz Maqsudqızının qohumlarının yaşadığı Bərdə rayonuna gəlmişdir. Burada bir müddət müharibədən gizlənsə də onu tuturlar. Həbsxanada olarkən Qocaman xüsusi hörməti, davranışı, istedadlı olması, şeirlər yazması, dini qaydalara hörmətlə yanaşması onun köməyinə çatmışdır. O, həbsxanada qazandığı hörmətə görə bəraət verilərək azadlığa buraxılır. 1988-ci ildə Göyçə mahalının Daşkənd kəndindən deportasiya olunduqdan sonra hal-hazıra qədər Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayır.
Daniel Qoleman
Daniel Qoleman - 7 mart 1946-cı ildə anadan olan Amerikalı psixoloq, yazıçı və jurnalistdir . On iki il ərzində o, "The New York Times" qəzetinə beyin və davranış elmləri haqqında yazılar yazıb. Onun 1995-ci ildə yazdığı bir çox ölkədə bestseller olan "Emosional Zəka" adlı kitabı bir il yarım ərzində <i id="mwEg">The New York Times</i> Best Seller siyahısında olub və bütün dünyada 40 dildə çap olunmaqdadır. Emosional zəka mövzulu kitabından başqa, Qoleman özünü aldatma, yaradıcılıq, şəffaflıq, meditasiya, sosial və emosional öyrənmə, ekoloji savadlılıq və ekoloji böhran və Dalay Lamanın gələcəyə baxışı kimi mövzularda da kitablar yazıb. == Bioqrafiya == Daniel Qoleman yəhudi ailəsində, Sakit Okean Universitetində sosiologiya professoru olan Fey Qolemanın və Stokton Kollecində humanitar elmlər üzrə professor olan İrvinq Qolemanın oğlu kimi, Kaliforniyanın Stokton şəhərində böyüyüb. Qoleman Harvard Universitetində Klinik Psixologiya üzrə PhD dərəcəsini tamamlamışdır. Goleman Harvardda doktorluq dərəcəsindən əvvəl Hindistanda təhsil alıb və ilk kitabını Hindistan və Şri Lankaya səyahətinə əsaslanaraq yazıb. == Karyera == Qoleman 1996-cı ilə qədər "New York Times"da psixologiya, duyğular və beyin mövzuları üzrə elmi jurnalisti kimi çalışıb. O, Times qəzetindəki fəaliyyətinə görə iki dəfə Pulitzer mükafatına namizəd olub. Orada çalışarkən, ən məşhur əsəri olan "Emosional Zəka (1995) kitabını yazmışdır.
Daniyel Qoleman
Daniel Qoleman - 7 mart 1946-cı ildə anadan olan Amerikalı psixoloq, yazıçı və jurnalistdir. On iki il ərzində o, "The New York Times" qəzetinə beyin və davranış elmləri haqqında yazılar yazıb. Onun 1995-ci ildə yazdığı bir çox ölkədə bestseller olan "Emosional Zəka" adlı kitabı bir il yarım ərzində "The New York Times Best Seller" siyahısında olub və bütün dünyada 40 dildə çap olunmaqdadır. Emosional zəka mövzulu kitabından başqa, Qoleman özünü aldatma, yaradıcılıq, şəffaflıq, meditasiya, sosial və emosional öyrənmə, ekoloji savadlılıq və ekoloji böhran və Dalay Lamanın gələcəyə baxışı kimi mövzularda da kitablar yazıb. == Bioqrafiya == Daniel Qoleman yəhudi ailəsində, Sakit Okean Universitetində sosiologiya professoru olan Fey Qolemanın və Stokton Kollecində humanitar elmlər üzrə professor olan İrvinq Qolemanın oğlu kimi Kaliforniyanın Stokton şəhərində böyüyüb. Qoleman Harvard Universitetində Klinik Psixologiya üzrə PhD dərəcəsini tamamlamışdır. O, Harvardda doktorluq dərəcəsindən əvvəl Hindistanda təhsil alıb və ilk kitabını Hindistan və Şri Lankaya səyahətinə əsaslanaraq yazıb. == Karyera == Qoleman 1996-cı ilə qədər "New York Times"da psixologiya, duyğular və beyin mövzuları üzrə elmi jurnalisti kimi çalışıb. O, Times qəzetindəki fəaliyyətinə görə iki dəfə Pulitzer mükafatına namizəd olub. Orada çalışarkən, ən məşhur əsəri olan "Emosional Zəka (1995) kitabını yazmışdır.
Natan Qofman
Qofman adası
Qofman adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Qofman adası arxipelaqın şimal-şərqində yerləşir. Rayner adasından 7 km şərqdə, La-Ronser adasından 17 km şimal-qərbdə qərarlaşır. Ada bərabər olmayan dairəvi formaya malikdir. Suqrobov burnu ilə (şərqində) Andre burnu (qərbində) arasında məsafə 13 kilometr, eni isə 3 km-dir. Böyük hissəsi buzla örtülüdür.. Buzdan azad olan hissələrdə qayalıqlar müşahidə edilir. Maksimal hündürlüyü 64 metrdir. Adanın şimsal sahillərində çoxlu sayda kiçik ada vardır.
Qosman Japarov
Qosman Japarov — Qazaxıstanın Azərbaycandakı diasporunun görkəmli nümayəndəsi Japarov 1 sentyabr 1923-cü ildə Semipalatinsk vilayətində anadan olub. O, 3 yaşında atasını itirib. Repressiya illərində isə anası Stalinin düşərgələrində ölüb. Böyük Vətən Müharibəsi başlayanda Qosman cəbhəyə yollanıb. Japarov snayper olub. Müharibə başa çatdıqdan sonra onu Qızıl Ordu sıralarında saxlayıblar və gələcək hərbi xidməti Azərbaycanda keçib. 1951-ci ildə Daxili İşlər Nazirliyi sisteminə keçən Japarov cinayət-axtarış şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsini alan qazaxıstanlı xadim 1970-ci ildə SSRİ partiya orqanlarının mühafizə bölməsinə rəhbərlik edib. Başqa sözlə, həmin vaxt Azərbaycan SSR kommunist partiyasının I katibi işləyən Heydər Əliyevin əsas cangüdəni olub. Azərbaycanda "Osman paşa" kimi də məşhur olan Japarov bu adı məşhur türk generalının şərəfinə Heydər Əliyevdən alıb.
Ceyms Qorman
Ceyms Patrik Qorman (14 iyul 1958, Melburn) Morgan Stanley-in sədri və CEO-su olan Avstraliya əsilli amerikalı maliyyəçi. O, əvvəllər şirkətdə həmsədr və Strateji Planlaşdırma üzrə həmsədr vəzifələrində çalışıb. == Fəaliyyəti == Qorman Xarici Əlaqələr Şurasının direktoru və Kolumbiya Biznes Məktəbinin Nəzarətçilər Şurasının sədri kimi fəaliyyət göstərir və Maliyyə Xidmətləri Forumunun, Biznes Şurasının və Biznes Dəyirmi Masasının üzvüdür. O, əvvəllər Nyu-York Federal Ehtiyat Bankının direktoru, ABŞ Federal Ehtiyatlar İdarəsinin Federal Məşvərət Şurasının prezidenti vəzifələrində çalışıb. Nyu-York Şəhər Tərəfdaşlığının həmsədri, Metropolitan İncəsənət Muzeyinin Biznes Komitəsinin həmsədri və Vaşinqtonda Qiymətli Kağızlar Sənayesi və Maliyyə Bazarları Assosiasiyasının idarə heyətinin üzvü və sədri (2006) kimi fəaliyyət göstərmişdir.
Göman (Sərdəşt)
Göman (fars. گمان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (63 ailə).
Lenn Evan Qudman
Lenn Evan Goodman (21 mart 1944, Detroyt, Miçiqan) — ABŞ-lı filosof və fəlsəfə tarixçisidir. Goodman 1994-cü ildən Vanderbilt Universitetinin fəlsəfə kafedrasının professorudur. == Həyatı == Onun fəlsəfi yaradıcılığında metafizik və etik məsələlərə diqqət yetirilir. Zaman keçdikcə o, daha çox İslam və yəhudi düşüncəsinə diqqət yetirdi və onların bir-biri ilə yaradıcı qarşılıqlı əlaqəsini araşdırmağa çalışdı. Onun ərəb ədəbiyyatında yunan təsiri ilə bağlı əsəri var. == Əsərləri == Goodman, Lenn E., "Arap Edebiyatındaki Yunan Etkisi", Nüsha: Şarkiyat Araştırmaları Dergisi, (Tərcüməçi: Esat Ayyıldız), 18.47 (2018): 15–44.