Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Higher Ground (Rasmussen mahnısı)
Higher Ground (azərb. Yüksək torpaq‎) — Danimarkanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Rasmussen "Higher Ground" mahnısı ilə Danimarkanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Niklas Arn və Karl Euren tərəfindən bəstələnmişdir.
Round Maple
Raund Meypl (ing. Round Maple) — İngiltərənin Saffolk qraflığında kənd. Edvardston yaxınlığında yerləşir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. == Tarixi == Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. == Parametrlər == Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. == 2019 == 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
Siti Qraund
City Ground İngiltərədə, Vest Bridgford, Nottinghamsşire'da, Trent çayı sahilinə qurulmuş bir stadiondur. 1898-ci ildən bəri Nottingem Forest klubuna ev sahibliyi etməkdədir və 30.602 nəfərlik bir tutumu vardır. Stadion Avro 96 matçlarının oynandığı stadionlardan biri olmuşdur. Eyni zamanda bu stadion Forestin qonşu və əzəli rəqiblərindən Notts County'nin stadionu olan Meadov Lane'ə yalnız 300 metr uzaqlıqdadır (İngiltərədə peşəkar stadionların bir-birinə ən yaxın olanları bu stadionlardır).
Korund
Korund (Al2O3) — mineral. Çox da tez-tez rast gəlinməyən. == Xassələri == Cüzi qarışıqları — Cr, Fe, Mn, Ti. Kristalları çəlləyəbənzər, sütunvari, prizmatik, piramidal, lövhəvari və b. İkiləşmə çox vaxt {101} üzrə polisintetik, nadir hallarda {0001} üzrə. Ayrılması yoxdur, bölünməsi {0001} və {101} üzrə. Aqreqat dənəvərdir. Rəngsiz, lakin mikroqarışıqlarla müxtəlif rəngə boyanır: Ti — göy-sapfir (göy yaqut); Fe2+ və Fe3+ — qara; Fe3+- qəhvəyi və çəhrayı; Cr — qırmızı — rubin (yaqut); həmçinin sarı — şərq topazı, yaşıl — şərq zümrüdü, tünd qırmızı — şərq ametisti və b.Parıltısı almazı, şüşəli. Sərtliyi 9. Xüsusi çəkisi 3,95–4,4.
Jizel Froynd
Jizel Froynd — alman əsilli Fransa fotoqrafı. == Həyatı == Alman əsilli fransız fotoqraf Jizel Froynd 1908-ci ildə Berlin ətrafında yerləşən Şöneberq ərazisində, yəhudi ailəsində doğulub. 20 yaşı olanda yaxşı oxuduğuna görə atası Yulius Froynd ona "Leyka" markalı fotoaparat bağışladı. Frankfurtda universitetdə oxuduğu vaxtlarda Jizel sosialist hərəkatına qoşulur. Foto sənəti isə sosial işin bir parçası idi - fotoaparatdan küçədəki nümayişləri fotolentə almaq üçün istifadə edirdi. 1933-cü il - artıq Hitler hakimiyyətə gəldi. Jizel ölkəni tərk edib, Parisə köçdü. Burada kitab mağazasının sahibəsi Adrienna Monye ilə tanış oldu və onun köməyi ilə foto sənəti haqda dissertasiyasını kitab kimi nəşr etdirdi. Jizelin məşhur yazıçı Ceyms Coysla tanışlığı da həmin il başladı. 1935-ci ildə Jizel Froynd Parisdə mədəniyyətin mühafizəsi məqsədilə keçirilən konqresdə iştirak edir.
Karl Froynd
Karl Froynd (ing. Karl Freund) — Almaniya və ABŞ rejissorudur. 1906-cı ildən etibarən Berlin şəhərində ilk rejissorluq peşəsində çalışmış, 1929-cu ildə isə ABŞ-yə köçərək kinooperator kimi çalışmışdır. Karl Froynd ömrünün axırına kimi burada yaşamışdır.
İda Freund
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. == Bioqrafiya == İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.1882-ci ildə Kembricdə yerləşən Girton Kollecinə qəbul edildi.
İda Froynd
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. == Bioqrafiya == İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.1882-ci ildə Kembricdə yerləşən Girton Kollecinə qəbul edildi.
ANT Group
BT group
British Telecommuncations (azərb. "Britiş Telekommunikeyşnzs") (BT Group, dünyanın ən böyük telerabitə şirkətlərindən biridir. Baş qərargahı İngiltərənin paytaxtı Londonda yerləşən şirkət 170-dən çox ölkədə xidmətlərini icra edir. == Tarixi == 1980-ci ildə Böyük Britaniyada rabitə xidmətlərini təklif edən "Post Office Telecommunications" dövlət şirkətinin özəlləşməsi ilə yaranıb.
APA Group
APA Holdinq — Azərbaycanda fəaliyyət göstərən media şirkətidir. “APA Holdinq” 3 oktyabr 2012-ci il-də yaradılmışdır. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. Holdinqin yaradılmasında məqsəd vahid media strukturunun yaradılması, bu struktura daxil olan media qurumlarının operativ, çevik, koordinasiya edilmiş fəaliyyətinə nail olmaqdır. == Fəaliyyəti == Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. 3 oktyabr 2012-ci ilində “APA Holdinq” kimi yaradılan şirkət 2019-cu ilin fevral ayından “APA Group” adı altında fəaliyyət göstərir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. == Tərkibi == “APA Group”a aşağıdakı qurumlar daxildir: “Azəri-Press Agentliyi” MMC - APA “Online News Agency|Online Nyus Agency” MMC - ONA "Lent.az" saytı "Vesti.az" saytı "APASport.az" saytı “Kulis.az” internet dərgisi "APA Mark" MMC APA TV == Rəhbərlik == Prezidenti: Vüsalə Mahirqızı == İstinadlar == == Mənbə == “APA Holding” MMC-nin təqdimatını keçirib APA ad günündə yeni təqdimat etdi APA Holdinqin əsas fəaliyyəti “APA Holding”in təqdimatı keçirilib == Xarici keçidlər == apaholding.az — APA Group rəsmi saytı APA-da kadr dəyişiklikləri - Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub APA fəaliyyətini bərpa etdi Azərbaycanda prezidentin sözlərini təhrif edən informasiya saytlarının işi dayandırılıb APA İnformasiya Agentliyinin saytına giriş mümkün deyil APA Holding işini bərpa edə bilər?
ATEF Group
ATEF Group — Azərbaycan ATEF Şirkətlər Qrupu 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında qurulub. Müəssisə güc transformatorları və geniş çeşidli digər elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb. == Haqqında == Müəssisə keçmiş SSRİ məkanında müttəfiq respublikaları əsasən quru tip paylayıcı transformatorlarla təchiz edib. 1997-ci ildən təkmilləşməyə başlayan zavod çoxsaylı bölmələrə malik sənaye qurumuna — ATEF Şirkətlər Qrupuna çevrilib. Mərkəzi ofisi Bakıda yerləşən şirkət hazırda yalnız Azərbaycanın deyil, onlarla ölkənin enerji təminatında yaxından iştirak edir. Şirkət tərəfindən həyata keçirilən yenidənqurma işlərindən dərhal sonra yağlı tip transformatorların, eləcə də yeni nəsil quru tip transformatorların istehsalına sərmayə qoyulub. Güc transformatorları, yüksək və orta gərginlikli elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşan şirkət sənaye, dəmir yolu, energetika və digər sahələr üzrə hazır eksklüziv həllər təklif edir. Şirkət hazırda transformator, reaktor, paylayıcı qurğular, yarımstansiya komponentlərini, dəmir yolu kontakt şəbəkəsi detalları da daxil olmaqla, müxtəlif çeşidləri bazara çıxarır. Zavodlar İri Qabaritli Transformatorlar Zavodu ATEF Elektromaş Zavodu ATEF Transformator Zavodu Yüksək Gərginlikli Avadanlıqlar Zavodu Metal Konstruksiya Zavodu Tökmə Məmulatları Zavodu Kabel Məhsulları Zavodu Dəqiq Mexaniki Emal Zavodu Bərk İzolyasiya ZavoduMəhsullar ATEF Şirkətlər Qrupu güc transformatorları, yağlı tip paylayıcı transformatorlar, tökmə izolyasiyalı quru tip transformatorlar, paylayıcı qurğular, mühafizə və idarəetmə panelləri, cərəyanı məhdudlaşdırıcı və şuntlama reaktorları, reaktiv güc kompensatorları, ölçü transformatorları, elektrik açarları, ayırıcılar və torpaqlayıcılar, güc və nəzarət kabelləri, transpozisiya edilmiş (CTC) məftillər, dəmir yol kontakt şəbəkəsi detalları və s. məhsullar istehsal edir.
Alibaba Group
"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir. == Yaranması == Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır.
BESIX Group
Besix — Belçikanın inşaat şirkəti. 1909-cu ildə Belçikada yaradılmışdır. Şirkət xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malikdir. Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox irimiqyaslı layihələr reallaşdırmışdır. Hazırda 15 ölkədə 17 min işçi heyəti ilə fəaliyyət göstərir.
Broud-Pik
Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır. İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir. == Coğrafiyası == Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır.Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m). == Etimologiyası == "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir. == Tarixi == Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi. Komanda tərəfindən ilk cəhd mayın 29-da edildi.
Broun (vulkan)
Broun piki — Antarktidanın Balleni adaları qrupuna daxil olan Struc adasında yerləşən vulkan. Vulkan Viktoriya Torpağı sahilindən bir qədər aralıda yerləşir. Ada ilk dəfə 1839-cu ildə aşkarlanmışdır. Adanı Con Balleni ekspedisiyanı maliyyələşdirən tacir Braunun şərəfinə adlandırmışdır. Zirvənin ikinci adı olan «Rassel piki» Ceyms Klark Rossun ekspedisiyası ilə bağlıdır. Vulkanın aktivliyi barədə son məlumat ABŞ aviasiyasına aiddir. Son zamanlar avtivlik müşahiə edilmir. Vulkan faktiki araşdırılmamışdır.
Broun ağacı
Broun ağacı — 1990-ci illərdə populyar olan kompüter incəsənətinin formasıdır. Broun ağacı ağacabənzər strukturların riyazi modelidir. Broun ağacının kompüterdə düzəldilməsi üçün əvvəllər saatlarla vaxt sərf edilirdi, lakin bir neçə saniyədə Borun ağacını düzəltmək mümkün oldu. Broun ağacı əsas üç faktordan asılı olaraq müxtəlif formaya malik olur.
Broun hərəkəti
Broun hərəkəti – maye və qazda asılı halda olan və görünən mikroskopik hissəciklərin istilik hərəkətinin riyazi ifadəsidir. Nizamsız və ya xaotik hərəkət edən molekullar Broun hissəciklərinə hər tərəfdən zərbələr endirir. Bu zərbələr bir-birini tarazlaşdırmır. Yekun zərbə qüvvəsi hissəciyin nizamsız hərəkətinə səbəb olur. Broun hərəkəti hərəkət heç vaxt kəsilmir. Temperatur artdıqca Broun hərəkəti daha da intensivləşir. Broun hissəciklərinin ölçüsü təqribən 1 mikro metr (mkm)-dir. == Broun hərəkətinin kəşfi == Broun hərəkəti ilk dəfə 1827-ci ildə İngilis botaniki və ya "Botaniklər knyazı" ləqəbi ilə tanınan Robert Broun tərəfindən kəşf edilmişdir. Robert Broun hərəkətini ilk dəfə bitkilərin tozcuğunda tapmışdır. Robert bu hərəkəti mikroskop altında "Clarkia pulchella" bitkisinin çiçək tozunda müşahidə etmişdir.
Broun zanbağı
Broun zanbağı (lat. Lilium brownii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü.
Evsen Group
Hyve Group
Hyve Group, keçmiş adı ilə ITE Group — beynəlxalq sərgi və konfransların təşkilatçısı olan şirkətlər qrupu. Qrup hər il 14 ölkədə 130-dan çox ticarət sərgisi və konfransı təşkil edir və dünyanın 17 ofisində 1200-dən çox işçi çalışır. Şirkətin əsas devizi, müştəriləri üçün yüksək təcrübə və investisyanın qaytarılmasını təmin edən, məzmuna əsaslanan, mütləq iştirak gərəkdirən tədbirlərdən ibarət dünyanın aparıcı portfoliosu ilə təmin etməkdir. London fond birjasında siyahıya alınmışdır.
KCOM Group
KCOM Qrupu (əvvəllər Kingston Communications və KC kimi tanınan) Böyük Britaniya kommunikasiya və İT xidmətlər provayderi. Onun qərargahı Kinqstonda , Köln şəhərində, Yorkşire Şərq Ridingin də yerli sakinlərə və müəssisələrə İnternet və telefon xidmətlər göstərmək üçün yaradılıb və bu şəkildə London Fond Birjasında qeyd olunur . Kottingham və Beverly-də başqa telekommunikasiya fəaliyətini göstərən şirkət yoxdu və ancaq KCOM qrup bu fəaliyyəti göstərir == Tarix == 22 Avqust 1902-ci ildə Hall Koorparasiyasına (daha sonra Hall Şəhər Şurası oldu) 1899-cu ildəki Teleqraf qanunlarına əsasən Kullinq bölgəsində Kinqston şəhərində telefon sistemi qurmaq üçün lisenziya verildi, ilk telefon stansiyasını 28 noyabr 1904-cü ildə xidmətə başladıO zaman İngiltərənin ətrafında bir sıra bələdiyyə telefon şirkətləri vardı, bunların hamısı - Kənar istisna olmaqla - tədricən Britaniya Telekoma (BT) qoşulmaq üçün üçün PTT telefon şöbəsinə yerləşdirildi. 1914-cü ildə Lüksemburqun lisenziyasını yeniləmək təklifi şəhərdəki "Milli Telefon Şirkəti" infrastrukturunun 192,000 funt sterlinqli lik hissəsi ilə şərtləndirildi. Şura, ölkənin tək qalan bələdiyyə telefon quruluşunun gələcəyini təmin etdi 1922-ci ildə ilk Rotary avtomatik mübadilə məntəqəsi yaradıldı .Müəssisə 1934-cü ildən isə Strovver birjalarında yer alırdı. Rotary və Strovger mübadiləsi müvafiq olaraq 1975 və 1988-ci fəaliyyətini tam təmin edə bildi.KCOM, Hall City FK və Hall FK reqbi liqa komandasının oynadığı oyunlara ev sahibliyi edən KCOM Stadionuna və Hall Kingston Rovers reqbi liqa komandasının oyunlarını oynadığı KCOM Cravenə adını vermişdir . Hər iki stadion Hall Şəhər Şurasına aiddir.
KME Group
КМЕ Group - Mis və mis ərintilərindən məhsullar istehsal edən sənaye konsernidir. Avropada fəaliyyət göstərən konsern öz sahəsində dünyada aparıcı yerlərdən birini tutur. Avropanın bütün ölkələrində qədim tarixi ənənələrə və dərin köklərə malik olan КМЕ Group bu gün beynəlxalq aləmdə nüfuz qazanmış bir təşkilatdır. Dünyanın mis və mis ərintiləri məhsulları bazarında aparıcı yer tutur. Beynəlxalq menecerlər komandası tərəfindən idarə olunan КМЕ Group şirkətinin beş qitədə nümayəndəliyi var. Bunun sayəsində müştərilər daim individual dəstək görürlər. Korporativ birlik və innovasiyalar konsernin əvəzolunmaz prinsipləridir.
Marqaret Broun
Marqaret Molli Broun (ing. Margaret Brown; 18 iyul 1867[…] – 26 oktyabr 1932[…], Nyu-York, ABŞ) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Qrodno
Qrodno (belar. Гродна, pol. Grodno, lit. Gardinas) — Belarusun iri şəhərlərindən biri.
Qroznı
Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala) — Şimali Qafqazda şəhərdir, Rusiyanın cənubunda, Çeçenistan Respublikasının paytaxtı, Qroznu rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir. == Etimologiyası == Şəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Qrunt
== Qrunt == Qrunt (alm. Grund-torpaq, əsas) - 1. əsasən yer qabığının aşınma zonasında yerləşən süxurların ümumiləşdirilmiş adıdır. 2. mühəndis qurğuları təsiri dairəsində mövcud olan və mühəndis-inşaat nöqteyi-nəzərindən baxılan süxurlara deyilir. Mexaniki bərkliyinə görə qruntlar 5 əsas tipə bölünür.
Qrodno qalası
Qədim Qrodno qalası, Qədim qala (belar. Стары замак) və ya sadəcə Qrodno qalası — Belarusun Qrodno şəhərində qədim qala. 11-ci əsrdə Kiyev knyazı Yaroslav Mudrinin kiçik oğlunun yaratdığı Qara Rus sülaləsinin iqamətgahı olaraq tikilmişdir. Qalanın XIII əsr donjonu Belarus müdafiə qalallarının bir növünə aid idi. Böyük Vytautas, 1391–1398-ci illərdə qalaya qotik tərzində beş kərpic qüllə əlavə etdi və qalanı əsas yaşayış yerlərindən birinə çevirdi. IV Kazimir də Litvanın rəsmi paytaxtı olaraq Qrodnoya üstünlük veriridi. Bura həm polşa tacının ona təqdim edildiyi, həm də 1492-ci ildə vəfat etdiyi yerdir. Qalanın növbəti görkəmli sakini Qrodnonu Şərqi Avropadakı geniş imperiyasının paytaxtı olaraq nəzərdə tutan "Stepan Bathori" idi. O qalanı özünün Şimali İtaliyanın inkişaf etmiş İntibah zövqündə tikilmiş iqamətgahı ilə əvəz etmək istəyirdi. 1586-cı ildə Bathori Qrodnoda öldükdən sonra, onun layihəsi tərk edildi.
Qrodno vilayəti
Qrodno vilayəti (belar. Гродзенская вобласць) — Belarusda inzibati–ərazi vahidi.
Qroznı-Citi
«Qroznı-Citi» — Qroznı şəhərinin mərkəzində, Əhməd Kadırov prospekti boyunca, Sunja çayının sdahilində yerləşən çoxmərtəbəli binalar kompleksi. == Planlaşdırma == Kompleksin ümumi sahəsi 4,5 hektardır. Yeddi çoxmərtəbəli bina (yaşayış binaları, otel, ofis və iş mərkəzi) var: biri 40 mərtəbəli, biri 30 mərtəbəli, üçü 28 mərtəbəli və ikisi 18 mərtəbəli. Yaşayış binalarındakı mənzillərin ümumi sayı 700-dür. Bir mənzilin faydalılıq sahəsi 68 ilə 280 m² arasındadır. Fenix yaşayış binasının ilk iki mərtəbəsində ticarət mərkəzi yerləşir. Yaşayış binalarının yanında, 303 otaqlı 28 mərtəbəli beşulduzlu otel və ümumi sahəsi 34.000 m² olan 30 mərtəbəli ofis və iş mərkəzi tikilmişdir. Otelin damında vertolyot meydançasıvardır. Oteldə bir üzgüçülük hovuzu, spa mərkəzi, idman zalı, 3 restoran, 32-ci mərtəbədəki şəffaf günbəzin altındakı kafe və ticarət köşkləri yer alır. Göydələnlərin hər birinin altında ümumi tutumu təxminən 3000 maşın olan iki yeraltı dayanacaqlar var.
Qroznı Fəhləsi
Qroznı fəhləsi — Çeçenistan Respublikasının tarixi, elmi və təhsilli, mədəni və maarifləndirici rusdilli qəzeti. 1917-ci ilin mart ayından Qroznıda nəşr olunur. Bölgədəki ən qədim çap nəşri sayılır. == Tarixi == === Qəzetin yaradılması === Qəzetin ilk sayı 1917-ci ilin martında "Yoldaş" adı ilə nəşr olunub.1918-ci ildə qəzet "Qroznı Dairəsi Fəhlə və Hərbi Deputatlar Şurasının İzvestiyası" adlandırılıb.1920-ci illərin əvvəllərində qəzetə "Qırmızı üsyançı" adı verilib. 1921-ci ildə Qroznının əsas qəzeti yenidən adını dəyişib, o vaxtdan etibarən "Qırmızı Əmək" adını alıb. Bu zaman nəşr zəhmətkeşlərin gündəlik qəzeti olaraq ad qazanmışdı.. Daha sonra qəzet, Qroznı Şəhər İcraiyyə Komitəsinin və Qafqaztrudarmiya Siyasi İdarəsinin gündəlik orqanı oldu. Sonradan qəzet Qroznı Şəhər İcraiyyə Komitəsinin və Süvari Ordusunun Siyasi İdarəsinin gündəlik orqanı və Qrozni Şəhər İcraiyyə Komitəsi və Süvari İdarəsinin gündəlik qəzeti kimi dərc edildi.1922-ci ildə başqa bir ad dəyişikliyi oldu və bundan sonra qəzet "Nefteraboçiy" adlandı. Qəzetin təsisçisi Qroznı şəhər icra komitəsi və Rusiya Kommunist (b) Partiyası rayon komitəsi idi. 1924-cü ilə qədər qəzet RKP(b)-nin Qroznı əyalət komitəsinin, vilayət icra komitəsinin və qubernatorluğun həmkarlar ittifaqı şuralarının, daha sonra — RKP(b) Qroznı rayon komitəsinin, rayon icra komitəsinin və "Qafqazprofyuzovun" rəsmi orqanı oldu.7 noyabr 1924-cü ildən qəzet "Qroznı fəhləsi" kimi çıxmağa başladı.
Qroznı döyüşü
Qroznı döyüşü — 1996-cı ilin avqustunda baş vermiş döyüş. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölmələri və şəhərdə yerləşən Çeçen milisləri şəhərin böyük hissəsinə nəzarəti itirir. Bundan sonra Rusiya Federasiyası ilə tanınmayan Çeçen İçkeriya Respublikasının nümayəndələri arasında Xasavyurt müqaviləsi bağlanır. Bu Birinci Çeçenistan müharibəsinə son qoyur. == Üsyançıların sayı == Əməliyyatın əvvəlində ayrı-ayrı qruplarda Qroznıya sızan üsyançıların sayı təxminən 1,5—2 min nəfər olur. Döyüşlər zamanı şəhərə yerli sakinlərin qayıtması və əvvəllər federal qoşunların tərəfində olanların üsyançıların tərəfinə keçməsi ilə onların sayı tədricən artır. Nəticədə Aslan Masxadovun Qroznıda nəzarət etdiyi çeçen birləşmələrinin sayı avqustun ikinci yarısına qədər 6-7 min nəfərə çatır. Ümumi rəhbərliyi həyata keçirən Aslan Masxadov bu əməliyyatın "bütün dünyaya və hər şeydən əvvəl Rusiyaya separatçıların döyüş potensialını göstərmək üçün" edildiyini bildirir. Xəttab dəstəsi ilə birlikdə hücumda iştirak etdi. == Federal qüvvələrinin sayı == Rusiya tərəfi say üstünlüyünə (daxili qoşunların 6 min hərbçisi), zirehli texnika və artilleriya üstünlüyünə və mütləq hava üstünlüyünə malik olur.
Qroznı rayonu
Qroznı rayonu (çeç. Соьлжа-ГӀалин кӀошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Qroznı şəhəridir (bununla belə rayonun tərkibinə daxil deyildir). Qroznı rayonunun rəhbərliyi Tolstoy-Yurt kəndində yerləşir. == Coğrafiya == Rayon Çeçenistan Respublikasının mərkəzi hissəsində yerləşir. Şimalda Naurski və Şelkovski rayonları, şərqdə — Qudermes rayonu, cənub-şərqdə — Şali rayonu, cənubda — Urus-Martan rayonu ilə həmsərhəddir. Cənub-qərbdə Axçoy-Martano və Sunjenski rayonları, şimal-qərbdən Nadterek rayonu ilə sərhədə sahibdir. Rayonun mərkəzində onun tərkib hissəsi olmayan Qroznı şəhər rayonu yerləşir. Rayon şərqdə Arqun şəhəri ilə həmsərhəddir. Çeçen düzünliyində yerləşir.
Qroznı İES
Qroznı İES — Çeçenistan Respublikasının Qroznı şəhərində inşa edilmiş istilik elektrik stansiyasıdır. Enerjinni verilməsi üçün tikinti müqavilələr proqramı əsasında gerçəkləşdirildi. Qroznı İES-in tikintisi PJSC OGK-2 (Qazprom Energoholding Group) şirkəti tərəfindən həyata keçirilib. == Tarixi == Daima böyüyən Çeçenistan iqtisadiyyatı özünü təmin edəcək enerji resurslarına malik olmaq və Rusiyanın qonşu bölgələrindən enerji asıllığını azaltmaq üçün yeni elektrik stansiyasına ehtiyac duyurdu. Bu səbəbdən Çeçenistan höküməti paytaxt Qroznıda yeni İES-nın tikintisinə qərar verdi. 2015-ci ilin fevral ayında isə Qroznıda investitorların investisiyalarının geri qaytarılmasına zəmanət verə biləcək enerji təchizatı müqavilələlərinə uyğun olaraq ümumi gücü 360 MVt olan iki qaz turbin qurğusunun tikintisi qurğuların siyahısına daxil edilərək həyata keçirildi. Enerji təchizatı müqaviləsi qurğularının əksəriyyətindən fərqli olaraq, yeni elektrik stansiyası orijinal siyahıya daxil edilməmişdir. Belə ki, ərazi Krasnodar vilayətində uğursuz İES tikinti layihəsi olan Kudepstinskaya İES-dən köçürüldü.. İnvestorlar — Qazprom Energoholding MMC, müştəri-tərtibatçı — GEH Engineering MMC, dizayner — Mosenergoproekt MMC, baş podratçı — TEK Mosenergo JSC şirkətləri idi.İnşaat işlərinə 2017-ci ilin fevral ayında başlandı və 19 dekabr 2018-ci ildə İES hərtərəfli sınaqlardan uğurla keçdikdən sonra Qroznı İES-in ilk enerji bloku istismara verildi. Beləliklə, müharibədən sonra ilk dəfə olaraq Çeçenistan Respublikası ərazisində elektrik enerjisi istehsal olunmağa başlandı.
İvan Qroznı
İohann IV Vasilyeviç və ya İvan Qroznı (25 avqust 1530 və ya 15 avqust 1530, Kolomenskoye[d], Böyük Moskva Knyazlığı – 18 (28) mart 1584, Moskva, Çar Rusiyası) — Moskva və 1533-cü ildən bütöv Rusiyanın böyük knyazı, Rusiyanın ilk çarı (1547-ci ildən; yalnız 1575-1576-cı illərdə "bütöv Rusiyanın böyük knyazı" nominal olaraq Simeon Bekbulatoviç olmuşdur).Moskva böyük knyazı III Vasili və Yelena Qlinskayanın böyük oğlu. Mənşəcə atası tərəfindən o, Rüriklər sülaləsinin Moskva budağına aid olunurdu, anası tərəfindən isə Qlinski Litva knyazlarının banisi hesab edilən Mamay xanın nəslinə. Ata tərəfindən nənənsi bizans imperatorların sülaləsindən gələn Sofiya Paleoloq idi.Nominal olaraq İvan 3 yaşından hökmdar oldu. 1547-ci ildəki Moskva üsyanından sonra "İzbrannaya rada" ("Seçilmiş rada") yaradaraq, o, yaxın hesab etdiyi şəxslərin iştirakı ilə hökümdarlıq eləməyə başladı. Hərbi xidməti, məhkəmə sistemi və dövlətin idarə edilməsində islahatlar aparmışdır. Qazan və Həştərxan xanlığları fəth edilmişdir, Qərbi Sibir, Don Qoşunlarının Vilayəti, Başqırdıstan və Noqay Ordasının torpağları Rusiyaya birləşdirilmişdir. Beləliklə, IV İvanın hakimiyyəti dövründə Rusiyanın ərazi artımı təxminən 100% təşkil etdi (2,8 milyon km²-dən 5,4 miyon km²-ə çatdı), çarlığının son illərində Rus dövləti ərazisinə görə bütöv Avropadan böyük oldu.1560-cı ildə Seçilmiş rada ləğv olundu, onun əsas xadimləri çarın etibarını itirdilər, və İvan Qroznı Rusiyanı tam müstəqil idarə etməyə başladı. İvan Qroznının çarlığının ikinci yarısı Livoniya müharibəsində uğursuzluqla yadda qaldı və həmçinin, köhnə aristokratiya soylarını zəiflədən opriçninanın yaranması ilə yadda qaldı. Formal olaraq, IV İvan Rusiyanı idarə edən ən uzunmüddətli hökümdardır — 50 il və 105 gün.
Qrodno Azot
Qrodno Azot (belar. Гро́дна Азо́т) — Belarus dövlət şirkəti və açıq səhmdar cəmiyyətidir. Azot birləşmələri və gübrələrinin istehsalçısıdır. 1963-cü ildə azot gübrələri istehsal edən zavod kimi yaradılmışdır. Belneftexim Belarus Dövlət Neft və Kimya Konserninin bir hissəsidir. Qrodno şəhəri, Kosmonavtlar prospekti, 100 ünvanında yerləşir. Şirkətdə 5 istehsalat növü var. Burada 50-yə yaxın kimyəvi məhsul istehsal olunur: texniki maye ammonyak, azot gübrələri - karbamid, karbamid-ammonyak qarışığı, ammonium sulfat, metanol tenik, kaprolaktam, biodizel və maye karbon qazı. Qrodno Azot 2016-cı ildən ABŞ, daha sonra Avropa İttifaqı və bir sıra digər ölkələr tərəfindən beynəlxalq sanksiyalar altındadır. == Tarixi == 1960-cı ilin oktyabrında müvəqqəti yardımçı binaların tikintisinə başlanıldı.
Ariana Qrend
Ariana Qrande-Butera və ya sadəcə Ariana Qrande (ing. Ariana Grande-Butera 26 iyun 1993[…]) — amerikalı müğənni, bəstəkar və aktrisa. == Həyatı == İlk olaraq 15 yaşında Broadway teatrında səhnəyə çıxmışdır. Nickelodeon sitkomlarından biri "Victorious"-da canlandırdığı Ket Valentayn (ing. Cat Valentine) xarakteri ilə tanınmağa başlamışdır. O eyni zamanda bir neçə teatrlarda iştirak etmiş və müxtəlif filmlərdə müəyyən obrazları səsləndirmişdir. Ariananın musiqi karyerası 2011-ci ildə "Victorius" teleserialının saundtreki ilə başlamışdır. O, 2013-cü ildə "Yours Truly" adlı ilk studio albomunu təqdim etmişdir. Müğənninin ilk albomundan olan mahnılar qısa zamanda Amerika hit paradlarında yer almağa başlamışdır. Bir çox insanlar onun səs diapazonunu Meraya Keri ilə tutuşdurmuşdurlar.