Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Güllə
Güllə kinetik mərmi olub, odlu silahın sursatının bir hissəsidir və lülədən atılır. Onlar mis, qurğuşun, polad, polimer, rezin və hətta mum kimi müxtəlif materiallardan hazırlanır və ovçuluq, hədəf atəşi, təlim və döyüş kimi xüsusi funksiyalar da daxil olmaqla müxtəlif forma və konstruksiyalarda (nəzərdə tutulan tətbiqlərdən asılı olaraq) hazırlanır. Güllələr çox vaxt sivri olur ki, bu da onları daha aerodinamik edir. Güllə ölçüsü həm imperial, həm də metrik ölçü sistemlərində çəki və diametr ("kalibr" kimi istinad edilir) ilə ifadə edilir. Güllələr adətən partlayıcı maddələrdən ibarət olmur, lakin zərbə və nüfuzetmə zamanı kinetik enerjini ötürərək nəzərdə tutulan hədəfi vurur və ya zədələyir. == Sürəti == Bir çox patronda istifadə edilən güllələr səs sürətindən daha sürətli ilk çıxış sürəti ilə atılır — saniyədə 343 metr (quru havada 20 °C (68 °F) və beləliklə, yaxınlıqdakı hər hansı müşahidəçi atış səsini eşidənə qədər hədəflərinə qədər əhəmiyyətli məsafələr qət edə bilir. Remington 223 kimi tüfəng güllələri lülədən 4,390 km/saat (2,730 mil/saat) sürətlə çıxır. 9 mm-lik bir güllə Luger tapançasından 2,200 km/saat (1,370 mil/saat) sürətlə uçur. Eynilə, AK-47, 2,580 km/saat (1,600 mil/saat) ilk çıxış sürətinə malikdir İlk həqiqi silah Çində 1288-ci ildə Yuan sülaləsinin monqol üsyançılarına qarşı həlledici qələbə qazanmaq üçün istifadə etdiyi metal əl topunun ixtirası ilə atəş nizəsindən (çini qəlpələri atan bambuk boru) təkamül etdi. Artilleriya topu 1326-cı ildə, Avropa əl topu isə 1364-cü ildə meydana çıxdı.
Gülay Hüseynova
Gülay Zeynallı
Güllü (Nir)
Güllü (fars. گلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (21 ailə).
Güllü Mustafayeva
Mustafayeva Güllü Hacı Naim Mustafa qızı (29 noyabr 1919, Çarcuy – 18 may 1994, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992) və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri. == Həyatı == Güllü Mustafayeva əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra G. Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Çarcuy şəhərinə köçmüşdür. Güllü Mustafayeva 1919-cu il 29 noyabrda Çarcuy şəhərində anadan olmuşdur. G. Mustafayevanın anası Nabat xanım S. Ə. Şirvaninin nəslindən olub. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür. == Yaradıcılığı == Güllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət etmişdir. Tematik tablolar və portretlər yaratmışdır: "Leyli və Məcnun məktəbdə" (1941), "Professor Y. Musabəyovanın portreti" (1957), "Paris. Rəssamlar meydanı" (1961).
Güllü Yoloğlu
Güllü Yoloğlu (5 may 1963, Meşəşambul, Zaqatala rayonu) — Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri və televiziya aparıcısı. == Həyatı == Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub. Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı Zaqatalada təyinatla işləmişlər. O, üç yaşında olarkən valideynləri Qazax rayonunun Canallı kəndinə, ata yurduna qayıdıblar. Canallıda 8 illik məktəbi bitirdikən sonra 9–10-cu sinifləri Qazax şəhər Səməd Vurğun adına 2 saylı məktəbdə oxumuşdur. 1980-ci ildə orta məktəbi başa vuran G. Yoloğlu elə həmin il o zamankı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olunmuş, 1985-ci ildə bitirmişdir. 1983–1984-cü tədris ilini Həştərxan Pedaqoji Dövlət Universitetində təcrübə keçmişdir Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki qızı var. == Elmi yaradıcılığı == Ali təhsilinin ilk ilindən Tələbə Elmi Cəmiyyətinin fəal üzvü kimi bir çox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o cümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında iştirak etmiş, bir sıra diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür. Həştərxanda oxuduğu illərdə Güllü Yoloğlu Moldovanın, Həştərxanın tələbə elmi konfranslarında iştirak etmiş, "Komsomolets Kaspiya" qəzeti (Həştərxan), "Sovetskaya Moldaviya" qəzeti və "Kodrı" dərgisi (Kişinyov), "Müxbir", "Russkiy yazık", "Literaturnıy Azerbaydjan", "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri" qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr çap etdirmişdir.
Güllü qafiyə
Güllü qafiyə — Azərbaycan klassik poeziyasında aşıq şeiri şəkli. Bu şeir şəklinə “Dedim-dedi”, “Dedim-söylədi”, “Kəlmə kəsmək”, bəzən isə “Qafiyə” də deyilir. Ustad aşıqlar güllü qafiyəni misra və misraqırımı üzərində qururlar. Hər iki halda şeir aşiq-məşuqənin duet-dialoqu şəklində qurulur: Dedim: mən qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına... (Qurbani) Yaxud: Dedim: gülşən nədi? – dedi: bağımdı, Dedim: səfalıdı? – söylədi: yox-yox... (Aşıq Əmrah) Güllü qafiyədəki duet-dialoq, həm də üslubi məqamdır; misraqırımındakı poetik pauza (nəfəsdərmə) ifanı şirinləşdirir. Duetin birinci tərəfini bir aşıq, cavabını isə digər aşıq ifa edir. Güllü qafiyədən aşıqlar, çox hallarda, toyaxırı – duvaqqapma yerində istifadə edirlər.
Güllü xalçaları
Güllü xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Güllü Çoxeli
Güllü Çoxeli (rus. Гюлли Николаевна Чохели, gürc. გიული ჩოხელი ; 12 fevral 1935 və ya 1935, Tiflis) — SSRİ və Gürcüstan estrada müğənnisi. Gürcüstan SSR əməkdar artisti (1967). == Həyatı == Güllü Çoxeli 12 fevral 1935-ci ildə Tbilisidə anadan olmuşdur. Onun anası Gürcüstanın xalq artisti Yelena Çoxeli olmuşdur. O, məktəb illərində oxumağa başlamış, Tbilisi Dövlət Konservatoriyasının musiqi məktəbində təhsil almışdır. Çoxeli 1953-cü ildən filarmoniyanın vokal triosunda peşəkar səhnədə çıxış etmişdir. 1950-ci illərin sonlarında Oleq Lundstrem, Konstantin Orbelyan, Yuri Saulskinin orkestrlərində çalışmışdır. Onun repertuarının əsasını o zaman dünya xalqlarının mahnıları təşkil edirdi.
Güllə atıcılığı
Güllə atıcılığı - idman növü. Olimpiya Oyunlarına atıcılığın iki növü, güllə atıcılığı və oxatma daxildir. Birinci növə pnevmatik, kiçik çaplı tapançadan və stenddən atıcılıq daxildir. Bu idman növü güllə ilə və stend atıcılığında dəqiq nişan almaq yarışlarıdır. Güllə atıcılığı kiçik kalibrli və Amerika tüfəngləri ilə, tapançalarla və revolverlərlə keçirilir. Tüfənglərdən uzanaraq, dizi üstə və ayaq üstə 25m-dən 300m məsafəyə qədər atəş açırlar. Hər atəş üçün 3 dəqiqəyə qədər vaxt ayrılır. Bu "yavaş" atıcılıq adlanır. Lakin "sürətli" atıcılıq da var: məsələn, Amerika tüfəngindən 300m məsafəyə 30 saniyə ərzində 5 atəş açmaq. Çox zaman atəş hərəkətsiz hədəflərə açılır.
Qüllə
Qüllə - sütunşəkilli uca tikili, bina və s. Paraşüt qülləsi. Televiziya qülləsi. Yanğın qülləsi. Hərb gəmisində, tankda və s.-də topların yerləşdiyi zirehlənmiş hündür yer.
Doqquz qüllə
Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə. == Haqqında == Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir. == Abidədə keçirilən anım günləri == 23 fevral - İnquş xalqının deportasiyasını anım günü.
Güllü Əbilova
Güllü Əbil qızı Əbilova (16 sentyabr 1924, Bakı – 17 iyul 1994) — arxeoloq, tarix elmləri namizədi. == Həyatı == Güllü xanım 1924-cü il sentyabr ayının 16-da Bakının "Qara şəhər" adlandırılan bir guşəsində, adlı-sanlı neftçi ailəsində dünyaya göz açmışdır. Atası Əbil Abdulla Əli oğlu yarım əsrdən artıq bir müddətdə neft mədənlərində işləmiş, əməksevərliyinə, işinə olan ciddi məsuliyyətinə görə böyük şan-şöhrət qazanmışdır. Anası Kübra xanım İkinci dünya müharibəsinin ağır illərində əmək fəaliyyətinə başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi. Müharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qədim və zəngin tariximizi öyrənməyi qarşısına məqsəd qoyur. Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz, Azərbaycan arxeologiyası Güllü Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca istiqamətini təşkil edir. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir. Onun dövrümüzün ən genişmiqyaslı qazıntıları sayılan Mingəçevir tədqiqatlarında iştirakı daha səmərəli işlərindəndir. Mingəçevir qazıntıları Azərbaycan arxeoloqları, o cümlədən Güllü Əbilova üçün əsl təcrübə məktəbi olmuşdur. Mingəçevirdə — Kürün hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir maddi mədəniyyət nümunələri üzə çıxarılmışdı.
Quloy-xi
Quloy-xi və ya Quloyxi — İnquşetiya Respublikası ərazisindən axan çay. Quloy-xi çayı Assa çayının sağ qoludur. Çayın uzunluğu 24 km, su hövzəsinin sahəsi 161 km²-dir. Çay vadisində Vovnuşki müdafiə və gözətçi qalalarının son orta əsrlərə aid kompleksi var. == Coğrafiyası == Quloy-xi çayı mənbəyini Çeçenistanla sərhədin yaxınlığındakı Ceyrax rayonu dağlarından (Daxkinta dağının yamacı) götürür. Çay yaşayış məntəqələrindən uzaqda dağ dərəsi ilə qərbə doğru axır. Vadidə şam ağacı, qızılağac, söyüd, ağcaqayın, çaytikanı, gərməşov, başınağacı bitir. Meşələr əsasən çayın sol sahili boyunca uzanır. Çayda su axınının sürəti 2,2 m/s-dir. Çayın mənsəbi Assa çayının sağ sahili boyunca 103 km uzanır.
Qüllə (memarlıq)
Qüllə, hər hansı bir tikinti materialından hazırlanmış, uzunluğu enindən ən azı iki dəfə çox olan bir tikilidir. İlk əvvəllər düşmənləri əvvəlcədən görmək və onlardan müdafiə olunmaq üçün tikilmiş qüllələr zaman keçdikcə; aşağı yerlərdə su paylanması, sənət əsəri, yaşayış məntəqəsi, nəzarət məntəqəsi, həm də turistik məqsədlər üçün istifadə edilmişdir. Əsasən kvadrat və ya silindrik hündür bina mənasını verən "qüllə" adının mənşəyi ərəbcə "qüllə" sözündəndir. Sivri uclu piramida formalı tikililər hündürlüyünə baxmayaraq qüllə adlandırılmırlar. Qüllə sözündə daha çox "qala" mənası axtarılmalıdır. Buna görə piramida və zikkurat tipli tikililəri qüllə adlandıra bilmərik. Qüllə çox fərqli məqsədlər üçün oxşar üsullarla müasir dövrə qədər tikilmişdir. Bu əvəzolunmaz binanın növlərindən biri də mövcuddur ki, xüsusilə orta əsr müharibələrində çox geniş şəkildə istifadə olunurdu. Bunlar, qalaları dağıtmaq və müdafiəsi ciddi şəkildə təmin olunmuş müdafiə divarlarına çıxa bilmək üçün istifadə olunan təkərlərlə hərəkət edən "hücum qüllələridir". Makedoniyalı İsgəndərin məşhur generalı Antigonosun oğlu Demetrius Poliorcéte tərəfindən ixtira edildiyi deyilən bu qüllələr taxtadan düzəldilmiş, kvadrat planlı, zirehli və ya qalın heyvan dəriləri ilə örtülmüş çoxmərtəbəli piramidal gövdəli idi.
Sahilkənarı qüllə
Sahilkənarı qüllə (rus. Башня на Набережной) — Moskva Beynəlxalq Biznes Mərkəzində üç müxtəlif yüksəklikdə bina kompleksi. Kompleksin birinci-17 mərtəbəli qülləsi 2004-cü ilin 11 oktyabrında, ikinci-27 mərtəbəli qülləsi 2005-ci ilin oktyabrında inşa edilmişdir. Ən yüksək üçüncü qülləsi isə 2005-ci ilin yanvar ayında inşasına başlamış və 9 noyabr 2007-ci ildə tamamlanmışdır. 2009-cu ildə Paytaxtlar şəhəri kompleksinin başa çatmasında əvvəl Sahilkənarı qüllə Avropanın ən yüksək binası hesab edilirdi.. Birinci bina 2003-cü ildə memar İnan Vehbi və Osturk Oljay tərəfindən hazırlanan kompleksin A-17 mərtəbəli qüllənin tikintisinə başlanmışdır. Ümumi sahəsi 39,8 min m² olan kompleks 2004-cü ilin 11 oktyabrında istifadəyə verilmişdir. Nəticədə 17 mərtəbəli bina şəhərin ilk ucaldılan binası oldu. 2005-ci ilin oktyabr ayında sahəsi 29,202 m² olan 27 mərtəbəli tikili istifadəyə verilir. Kompleks layihəsinə pul yatıran Enka böyük kreditlərə ehtiyac olmadığından, öz fondlarından gəlirlə tikintini başa vurdu.
Şüşəli qüllə
Şüşəli qüllə (isp. Torre de Cristal) — İspaniyada yerləşən göydələn. Tikili 2004-2009-cu illərdə inşa edilmiş, 250 metr yüksəkliyindədir və 52 mərtəbədən ibarətdir. İspaniyanın ən hündür binası hesab edilir. Avropanın ən hündür binalarının siyahısına görə 16-cı yerdədir.
Güllü Ağalarzadə
Güllü Ağalarzadə (25 oktyabr 2003) — Azərbaycanı təmsil edən bədii gimnast, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Güllü Ağalarzadə Azərbaycanı 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2022-ci ildə üç bürünc medala, 2023-cü ildə isə bir qızıl və bir bürünc sahib olub. Güllü Ağalarzadə həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva , Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. == Karyerası == Güllü Ağalarzadə 2015-ci ildə Bolqarıstanın Plovdiv şəhərində baş tutan beynəlxalq turnirin qalibi oldu. === 2017-ci il: Gənclərdən ibarət qrupda debüt === 2017-ci ildə Güllü Ağalarzadə gənclərdən ibarət Azərbayan yığmasının əsas qrupunun heyətinə daxil edildi.
Zirehli qüllə
Turret — gəmilərdə və ya qalalarda topun maşın hissəsini və topçuları qoruyacaq şəkildə düzəldilmiş zirehli qüllə. Burada bir və ya daha çox silah ola bilər. Günümüz döyüş gəmilərində bu bölüm dönərək hərəkət edə bilməkdədir. turret quruluşu, ilk boynuna götürdüyü personalı və silaharı qoruma funksiyasının yanında, yağışlı havalarda da üstünlük təmin etməkdədir. turret qurğusu, ümumiyyətlə gəminin göyərtəsinə fiziki olaraq bağlı olmayıb; yalnız bir oyuq üzərində hərəkət edəcək şəkildə nəzərdə tutulmuşdur. Bu da, gəminin Alabora olması vəziyyətində taretin düşə biləcəyi mənasını verər. == İstinadlar == == Ədəbiyyat == Capt. S. W. Roskill, RN, HMS Warspite, Classics of Naval Literature, Naval Institute Press, 1997 ISBN 1-55750-719-8 The Nelson design was an adaption of an earlier planned battleship with two turrets before the bridge and a single one behind the bridge but in front of the aft superstructure.
Canan Güllü
Canan Güllü (türk. Canan Güllü ; 1962) — Türkiyə Qadın Dərnəkləri Federasiyasının (TKDF) prezidenti olan türkiyəli fəalı. O, 2021-ci ildə "International Women of Courage Award"a (Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı) layiq görülüb. == Həyatı == Canan Güllü 9 yaşında anasının təşviqi ilə "Qızlar oxusun" kampaniyası ilə ictimai fəaliyyətlə məşğul olmağa başlayıb. Gənclik illərində mübarizə həvəsi artan Güllü, mütəşəkkil bir təşkilatda fəaliyyət göstərsə idi, qadın hüquqlarının qorunmasında daha aktiv rol oynaya biləcəyini düşünərək, Qadının Sosial Həyatını Araşdırma və Tədqiqi Dərnəyinə üzv seçilmək üçün müraciət etdi. Lakin üzvlük üçün "çox gənc" olduğu əsas gətirilərək istəyi rədd edildi. Sonralar o, üzvlüyünə rədd cavabı aldığı Qadının Sosial Həyatını Araşdırma və Tədqiqi Dərnəyinin (KASAİD) idarə heyətinin sədri seçildi. 2005-ci ilin yanvar ayında 186 şöbəsi və 52 min 500 üzvü olan qadın QHT-lərinin əsas birləşdirici təşkilatı olan Türkiyə Qadın Dərnəkləri Federasiyasının prezidenti seçildi. Təşkilat 1976-cı ildə ilkin olaraq beş qurumun birləşməsindən yaranmışdır. === İctimai fəaliyyəti === Canan Güllü mütəmadi olaraq, qadınların idarəçilikdə, məşğulluqda və təhsildə iştirakını artırmaq üçün tədbirlər həyata keçirir.
İkinci güllə
İkinci güllə — toy axşamı gəlinin bakirə olmasını kəndə bildirmək üçün iki qüllə atılması adətini tənqid edən 2017-c il istehsalı qısametrajlı dram filmi. Filmin quruluşçu rejissoru və ssenaristi Natiq Rəsul, produseri Nəriman Məmmədovdur. 2013-cü ildə keçirilən "Yeni nəfəs-1" ssenari müsabiqəsinin qalibi olan film Fransada "Qadın hüquqları və Kino" festivalında nümayiş olunmuşdur.
Güllü gəlir, Güllü (film, 1973)
Güllü gəlir Güllü (türk. Güllü Geliyor Güllü) — 1973-cü ildə istehsal olunmuş türk filmi. Film komediya-məhəbbət janrındadır. Ssenari müəllifi Ərdoğan Tünaş, rejissoru Atif Yılmazdır. Baş rollarda Ədiz Hun və Türkan Şoray iştirak etmişdir. Kamal Sunal ilk dəfə xarici səsləndirmə ilə iştirak etdiyi filmdir. == Mövzu == Qan davası intiqamını almaq üçün İstanbula gələn Güllü (Türkan Şoray) və düşməni Taka Nuri (Ədiz Hun) haqqındadır. Güllü Qaradənizli bir qızdır, Taka Nuri isə eyni kənddə böyümüş varlı bir gəncdir. Nuriyə sünnət mərasimi vaxtı bir silah hədiyyə edilir. Silahdan təsadüfən açılan güllə Güllünün qohumunu öldürür və bununla da qan davası başlayır.
Geely
Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur. Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, Proton və Volvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb. "Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır. Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır. == Adı == Geely sözu, Çinin yerli pinyin dilində "xeyirli" və ya "əlverişli" mənasını verən "Jili" (吉利) sözundəndir == Tarixi == 1986-cı ildə ailəsindən borc aldığı pulla soyuducu istehsalçısı olaraq "Geely"ni quran Li Şufu, şirkətin ilk illərində Çinli istehlakçılara ucuz məhsul satan müvəffəqiyyətli iş adamına çevirilir.
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.
Huluy
Yujiulü Hulü (IV əsr – 414) və yaxud Aykuqay xaqan (xoş xasiyyətli xaqan) — 410-cu ilin mayında hakimiyyətə gəlmişdi. Şimal Yan hökmdarı Fenq Banın qızı Lelanq ilə evlənmişdi. Hökmdarlığının dördüncü ilində qardaşı oğlu Buluçen ona üsyan etsə və öldürsə də, Şelunun oğlu Şeba ilə birlikdə öldürüldü. Hakimiyyətə Datan keçdi.
Pulay
Pulay — belə taxılan erzyan xalq qadın geyimi elementi. == Təsviri == Ənənəvi erzyan xalq qadın geyimi Mordoviyanın bir çox kəndində və respublikadan kənarda erzyanların məskunlaşdığı ərazilərdə qorunub saxlanılmışdır. Müasir dövrdə tətillər və əhəmiyyətli hadisələr münasibətilə geyilir. Bu günə çatan kostyumlar anadan qızlara ötürülür. Qadın kostyumu adətən ağ parçadan tikilirdi və pulay adlı kəmərlə bağlanmış uzun ağ köynəkdən ibarət idi. Etəyi qolsuz kaftan tipində yaxalı qırmızı və ya mavi döşlük tamamlayırdı. Kostyuma adətən balıqqulağından istifadə edilərək naxış verilirdi. Eyni zamanda, pulay erzyan qızının ayrılmaz bir hissəsi idi. Qız onu yeniyetməlikdəykən geyinməyə başlayırdı və qocalığa qədər geyinırdı. Pulay toxunmuş kəmər-mütəkkədir, onu adətən at saçından və yunundan istehsal edirlər, onun çəkisi üç kiloqramdan beş kiloqrama qədər dəyişə bilər.
Sulli
Çoyi Cin-ri (29 mart 1994 – 14 oktyabr 2019) səhnə adı ilə daha çox tanınan Sulli (/ˈsʌli/) Cənubi Koreyalı aktrisa, müğənni və model idi.Sulli ilk dəfə uşaq aktrisa kimi debüt etdi, SBS-nin "Ballad of Seodong" tarixi dramında (2005) köməkçi aktrisa kimi göründü.Bunun ardınca o, bir sıra qonaq rollardada göründü, "Love Needs a Miracle" (2005) , "Drama City" (2007) və "Vacation " (2006). Daha sonra o, "Punch Lady" (2007) və "BA: BO" (2008) filmlərində göründü, birincisi onun ilk dəfə əhəmiyyətli dramatik rolu idi. SM Entertainment ilə müqavilə imzaladıqdan sonra Sulli 2009-cu ildə yaradılmış f(x) qız qrupunun üzvü kimi tanınmağa başladı. Qrup, SXSW-də çıxış edən ilk K-pop sənətkarı olduqdan sonra dörd Koreya bir nömrəli sinql və beynəlxalq tanınma ilə həm kritik, həm də kommersiya uğuru əldə etdi. Musiqi karyerası ilə eyni vaxtda Sulli SBS romantik komediya serialı, "Hana-Kimi" manqasının Koreyaya uyğunlaşdırılması olan "To the Beautiful You" (2012) filmində rol alaraq aktrisalığa qayıtdı və burada onun performansı müsbət qarşılandı.İki SBS Drama Mükafatını və 49-cu Paeksang İncəsənət Mükafatları nominasiyasını qazandı. Sullinin kino karyerası onun fantaziya janrında oynadığı "The Pirates" (2014) və yetkinlik dramında "Moda Kralı" (2014) filmlərində oynaması ilə irəlilədi. "The Pirates" üçün mətbuat turu zamanı Sulli səhhətində yaranan problemlərə görə əyləncə sənayesinə ara verdi və bir il f(x) ilə promosyona getmədikdən sonra 2015-ci ilin avqustunda qrupdan ayrıldı. 2015–2017-ci illər arasında o, Estée Lauder üçün qlobal brend səfiri olmamışdan əvvəl bir sıra modellik kampaniyalarına başlamışdır.Sulli eksperimental triller "Real" (2017) filmindəki rolu ilə diqqəti cəlb etdi. Daha sonra 2018-ci ildə musiqi sənayesinə qayıtdı, Dekanın "Dayfly" sinqlına qonaq oldu və 2019-cu ilin iyun ayında debüt solo sinqlı "Goblin"i buraxdı, bu onun ölümündən əvvəl son musiqi layihəsi idi. Sulli Cənubi Koreya prezidenti Mun Çe-İni qabaqlayaraq, 2017-ci ildə Cənubi Koreyada ən çox Google-da axtarılan şəxsə çevrilərək, açıq danışan şəxsiyyətinə görə Koreyanın populyar mədəniyyətinin görkəmli nümayəndəsi kimi tanınıb.
Çullu
Çullu (Ağdam) Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Fulla
Fulla — Alman mifologiyasında ilahə. Norse mifologiyasında Fulla qızıl lent taxaraq, ilahə Frigqaya aid bir kül sandığına və ayaqqabılarına qulluq edən kimi təsvir edilir və Frigqa öz sirlərini Fulla'ya verir. Bu Fulla, Böyük Edda, Nəsr Edda və skaldik şeirlərdə yer alır. Alimlər ilahənin mənası ilə bağlı nəzəriyyələr irəli sürmüşlər. Qədim Norse adı Fulla "bol" kimi tərcümə olunur.
Güllü Eldar Tomarlı
Güllü Eldar Tomarlı (Güllü Eldar qızı Alıyeva; 13 iyul 1969, Rustavi) — Azərbaycan şairi, publisist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Aşıq Pəri Məclisinin sədr müavini (2015–2022). == Həyatı == Güllü Eldar Tomarlı 13 iyul 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavi Politexnik Texnikomuna daxil olmuşdur. Təhsili bitirdikdən sonra, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmışdır. Rustavi Azərbaycanlılar Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar şurasının sədri olmuşdur. Güllü Eldar Tomarlı Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilmişdir. Tiflisdə nəşr olunan "Gürcüstan" qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, "Mirvarid Dilbazi Poeziya Məclisi" ictimai birliyinin sədridir.
Güllə keçirməyən şüşə
Güllə keçirməyən şüşə optik cəhətdən təmiz, lakin odlu silahlara qarşı davamlı olan bir şüşə növüdür. Lakin, hər hansı bir material kimi, tamamilə keçilməz deyildir. Ümumiyyətlə biri sərt və biri yumşaq olan iki və ya daha çox növ şüşənin birləşməsi nəticəsində istehsal olunur. Daha yumşaq təbəqə şüşəni parçalanmaq əvəzinə uzana bilməsi üçün onu daha elastik edir. Güllə keçirməyən təbəqələrdə istifadə olunan şüşənin hər ikisində də şüşəni şəffaf saxlamaq və pozulmuş olmayan bir görünüşü təmin etmək üçün qırılma göstəricisi təxminən eyni olmalıdır. Güllə keçirməyən şüşənin qalınlığı 19 ilə 89 mm arasında dəyişir. Güllə keçirməyən şüşə zərgərlik mağazaları və səfirliklər kimi təhlükəsizlik tələb edən binaların pəncərələrində, həmçinin hərbi və xüsusi nəqliyyat vasitələrində istifadə olunur.
Gulo gulo
Adi Sibir porsuğu (lat. Gulo gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin sibir porsuğu cinsinə aid heyvan növü. Gulo cinsinin yeganə növüdür. Latın dilindən tərcümədə adı "qarınqulu" deməkdir. İki yarımnövü vardır: Gulo gulo gulo (Avrasiya) və Gulo gulo luscus (Şimali Amerika). == Görünüşü == Dələlər yarımfəsiləsinin böyük bir nümayəndəsi. Dələkimilər fəsiləsində yalnız dəniz samurundan sonra ikincidir. Çəkisi 11 ilə 19 kq arasında dəyişir (digər mənbələrə görə — 9 ilə 30 kq arasında), dişilər təxminən ölçüdə 10%, çəkidə isə 30% daha kiçikdirlər. Uzunluğu 70–86 sm, quyruğun uzunluğu 18–23 sm təşkil edir. Görünüş baxımından ayı və ya porsuqa bənzəyir: bədəni çömbəl, ayaqları qısa, arxa ayaqları ön ayaqlara nisbətən daha uzundur.
Gulo
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Billy Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958, Mak-Kis-Roks[d], Pensilvaniya – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Chicago Bulls
Çikaqo Bullz — İllinoys ştatının Çikaqo şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. == Tarixi == Bu klubun əsası 1966-cı ildə qoyulub. Lakin şəhərdə ona qədər də komandalar da mövcud idi. Hal-hazırda Vaşinqton Uizards olan Pekers və 1946-cı ildən 50-ci ilə qədər mövcud olan Steqs, Çikaqonun şanlı tarixi 90-cı illərə təsadüf edir. Maykl Cordanın hegemonluğu dönəmində Çikaqo 6 dəfə NBA çempionu olub. 1996-cı il mövsümündə isə onlar 70 qələbə həddini aşan yeganə komanda kimi tarixə düşüblər. 1998-ci il finalında Yuta Cazla 6-cı final oyunu Liqa tarixində ən yüksək auiditoriya toplamaqla da yadda qalıb.
Gilli səhra
Guilty Crown
Guilty Crown (ギルティクラウン, Giruti Kuraun, azərb. Günahkar tac‎) — Production I.G studiyası tərəfindən 2011-ci ildə istehsal olunmuş və 2011-ci ilin oktyabrından Fuji TV-nin Noitamina televiziya blokunda yayımlanmış anime serialı. Anime serialı Şu Oma adlı məktəbli oğlanın səhvən "Kralların gücü" adlandırılan və insanların içərisindən "Boşluq" adlı xüsusi silah və alətləri çıxarmağa kömək edən güc əldə etməsindən bəhs edir. Şu özünü GHQ adlı dövlət şirkəti ilə GHQ-dən Yaponiyanın müstəqilliyini əldə etməyə çalışan Tabutçular terrorist qruplaşması arasında baş verən müharibənin ortasında tapır. Şu gücünün ona verdiyi böyük məsuliyyəti daşımalı olur, qorxunc keçmişi ilə üzləşir. Anime serialı özündə bir çox janrları birləşdirsə də, animenin əsas janrı elmi fentezidir. ASCII Media Works və Square Enix tərəfindən iki manqa adaptasiyası nəşr olunmuşdur. Nitroplus tərəfindən 2012-ci ilin aprelində "Guilty Crown: Princess of Deadpool" adlı ranobe istehsal olunmuşdur. Nitroplus tərəfindən istehsal olunmuş "Guilty Crown: Lost Christmas" vizual romanı 15 dəqiqəlik "Guilty Crown: Lost Christmas" adlı OVA ilə birlikdə yayımlanmışdır. Anime serialı müxtəlif rəylər almışdır.
Guney Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az-əbcəd. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az-əbcəd. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az-əbcəd. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 5 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan, Qəzvin, Həmədan, Kürdüstan ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. == Coğrafiya == === Sərhədləri === Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir.