Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hüquqşünas
Hüquqşünas ( lat. jus və ya juris — hüquq) (alm. Jurist‎): hüquq təhsilli insan; hüquq elmini öyrənən alim; hüquq sahəsində praktiki fəaliyyət göstərən insan. İlk hüquqşünasların Roma qanunvericilərin ( pontifiklərin ) olduğu hesab edilir. Azərbaycan Respublikasında ancaq hüquq təhsili olan insan hüquqşünas ola bilər. Sonrakı hüquq təhsilli ixtisaslara qəbul edilmək üçün, hüquqşünaslar yenidən ixtisas imtahanı ( test ) verməli olurlar. Hərbi hüquqşünas — hərbi sahədə xidmət edən hüquq təhsilli hüquqşünaslardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi hüquqşünaslar hərbi prokurorluqda, Silahlı Qüvvələrin hüquq idarələrində, Ali Hərbi Məktəblərin müvafiq kafedralırında müəllim kimi xidmət edirlər. == Həmçinin bax == Hüquq Vəkil Məhkəmə Prokuror == Mənbə == Vikianbarda Hüquqşünas ilə əlaqəli mediafayllar var.
Qay (hüquqşünas)
Qay (lat. Gaius; təq. 120-ci illər, bilinmir – təq. 180, bilinmir) — qədim Roma hüquqşünası.
Əməkdar hüquqşünas
Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər.
Eldar Həsənov (hüquqşünas)
Eldar Hümbət oğlu Həsənov (10 oktyabr 1955, Laçın, Kəlbəcər rayonu) — Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Eldar Həsənov Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası almışdır. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirmişdir. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışmışdır. Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın prezidenti Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunmuşdur. Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab (son 2 kitabı: Rumıniyada könüldən diplomatiya və Balkanların dostluq körpüsü boyunca), dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir. Professor, hüquq elmləri doktoru Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru Serbiya Kral Akademiyasının üzvü Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi olmuşdur. 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilmiş, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlamışdır. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur.
Elnur Əliyev (hüquqşünas)
Elnur Əliyev Aydın oğlu (4 iyun 1983, Kirovabad) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini (2022-ci ildən), iqtisadiyyat nazirinin müavini (2020–2022), vergilər nazirinin müşaviri (2017–2020-ci illər). == Həyatı == Elnur Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1998–2002-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2002–2006-cı illər – Bakı Dövlət Universitetində cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2008–2009-cu illər – Azərbaycan Respublikası Prezidentinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb. == Əmək fəaliyyəti == 2005–2009-cu illər – İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2010–2013-cü illər – Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışıb. 2013–2017-ci illər – Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdirinin müavini, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb. 2017 – 2020-ci illər – Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.
Elşad Abdullayev (hüquqşünas)
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. == Həyatı == Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Həsənov (hüquqşünas)
Elşad Nəsirov (hüquqşünas)
Elşad Haqverdi oğlu Nəsirov (1 iyul 1971, Babacan, Vardenis rayonu) — DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin 1-ci müavini (2019-indi), BDU Hüquq fakültəsinin dekan müavini (2005–2011). Polkovnik. == Həyatı == Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib. 1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir. 1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır. 1998-ci ildən BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2005-ci ildən 2011-ci ilə qədər isə dekan müavini vəzifəsində işləmişdir. 2009-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin eksperti vəzifəsində çalışmışdır.
Etibar Əliyev (hüquqşünas)
Etibar Əliyev (15 aprel 1957, Astarxanbazar) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. == Həyatı == Etibar Əli oğlu Əliyev 15 aprel 1957-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə orta məktəbdə təhsil almışdır. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) "Avtomobil nəqliyyatı" fakültəsinə daxil omuş, 1978-ci ildə institutu əla qiymətlərlə bitirmişdir. Həmin ildə təyinatla Azərbaycan Respublikasının daxili işlər orqanlarına göndərilmişdir. 1983-cü ildə SSRİ DİN Ali İstintaq Məktəbinə qəbul olmuş və 1988-ci ildə həmin məktəbi hüquqşünas ixtisası ilə bitirmişdir. Polis polkovniki Etibar Əliyev 2008-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci və 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisinin müavini vəzifəsində çalışır. Müharibə veteranıdır.
Fikrət Məmmədov (hüquqşünas)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Fərid Əhmədov (hüquqşünas)
Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Azərbaycan Respublikasının ədliyyə naziri (2024-cü ildən), Rəqəmsal i̇nkişaf və nəqliyyat nazirinin müavini (2022–2024), Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022), Azərbaycan Universitetinin rektoru (2015–2017), BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdü ilə daxil olaraq doktorluq dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır. Beynəlxalq hüquq sahəsində nüfuzlu elmi nəşrlərdə dərc edilmiş monoqrafiya, bir sıra elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan, rus və ingilis dillərini bilir.
Həsən Seyidov (hüquqşünas)
Həsən Həmid oğlu Seyidov (16 may 1923, Şahtaxtı, Naxçıvan MSSR – 3 iyun 1997, Bakı) — Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurasının sədri, İliç Rayon Partiya Komitəsinin birinci katibi, Ədliyyə Nazirinin birinci müavini. == Həyatı == Həsən Seyidov 16 may 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1952-ci ildə İ.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin üzvü, sədr müavini, Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şürasının sədri, Şərur Rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən isə ömrünün sonuna kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məshul vəzifələrdə işləmişd, Ədliyyə Nazirinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin orqanı olan “Qanunçuluq” jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1992-ci il 358 Nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası fəxri adına layiq görülmüşdür. 1997-ci il iyun ayının 3-də 74 yaşında Bakı şəhərində vəfat etmişdir.
Kamal Cəfərov (hüquqşünas)
Kamal Xaqani oğlu Cəfərov (15 dekabr 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, YAP İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri == Həyatı == Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində (King's College London) Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramnı fərqlənmə ilə bitirib. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib. K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür. Evlidir, bir övladı var. İngilis, fransız və rus dillərini bilir. 2013–2014-cü illərdə hərbi xidmət keçib. == İctimai-siyasi fəaliyyəti == Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub. === Dövlət qulluğu === 2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib.
Kamran Əliyev (hüquqşünas)
Kamran Bayram oğlu Əliyev (18 noyabr 1965, Balakən) — Azərbaycan Respublikasının Baş prokuroru (2020-ci ildən), Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidenti, I dərəcəli dövlət ədliyyə müşaviri (2021). == Həyatı və fəaliyyəti == Kamran Bayram oğlu Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən şəhərində anadan olmuşdur. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilmişdir. Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləmişdir. 1990–1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. 23 noyabr 2021-ci ildən I dərəcəli dövlət ədliyyə müşaviri (Ədliyyə general-polkovniki) ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının sədri, hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Namiq Əliyev (hüquqşünas)
Namiq Tofiq oğlu Əliyev (1960, Kirovabad) — Azərbaycan Respublikası vergilər nazirinin müavini (2004–2018), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. 1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakültəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984–1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir. 1991–2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 2004–2018-ci illərdə vergilər nazirinin müavini vəzifəsində çalışmışdır. Ailəlidir. 2 övladı var.
Natiq Məmmədov (hüquqşünas)
Natiq Seyfulla oğlu Məmmədov (5 aprel 1966, Naxçıvan Muxtar Respublikası, Babək rayon, Didivar k.) — Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini, 3-cü dərəcəli dövlət müşaviri. Natiq Məmmədov 5 aprel 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayon Didivar kəndində anadan olub. 1983 −1987-ci illərdə müxtəlif qurumlarda əmək fəaliyyəti ilə məşğul olmuş və hərbi xidmət keçmişdir. 1987–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsilini başa vurduqdan sonra sahibkarlıq, diaspora quruculuğu, nəzəri və praktik biliklərinin təkmilləşdirilməsi də daxil olmaqla, SOCAR, məhkəmə, seçki və dövlət qulluğu sistemlərində səmərəli fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetinin dissertantı olmuş, "Konstitusiya hüququ kimi seçkilərin hakimiyyət orqanlarının formalaşdırılmasında rolu" mövzusunda elmi işin və bir neçə elmi məqalənin müəllifidir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən kadrların ixtisas artırma kurslarında, habelə, seçki (referendum) subyektlərinin maariflənməsinə yönəlmiş çoxsaylı müxtəlif tədbirlərdə mühazirəçi olmuşdur. Çoxsaylı beynəlxalq tədbirlərdə iştirak etmişdir həm də müxtəlif ölkələrdə seçki müşahidə missiyalarının rəhbəri və ya üzvü olmuş, müxtəlif ölkələrin seçki və məhkəmə təcrübəsini öyrənmiş, Konstitusiya hüququ, məhkəmə — hüquq islahatları, seçki sistemi, seçki (referndum) təşkilatçılığı, seçki hüququ, siyasi partiyalar və.s ilə bağlı KİV(kütləvi informasiya vasitələri)-lərdə çoxsaylı çıxışlar etmişdir. Harvard Universitetində hüquq, fəlsəfə, siyasət, seçki və s. sahələrə aid aşağıdakı kursları keçmişdir: 1. Justice (Mənəvi və siyasi fəlsəfəyə giriş üzrə Harvard Universitetinin ən məşhur kurslarından biri) 2. Contract Law: From Trust to Promise to Contract 3.
Nazim Əliyev (hüquqşünas)
Nazim Kazım oğlu Əliyev (3 aprel 1970, Masallı rayonu) — hüquq elmləri doktoru. Nazim Əliyev 3 aprel 1970-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1987-ci ildə Hişkədərə kənd orta məktəbini tam əla qiymətlər ilə bitirmişdir. Həmin dövrdə respublikamızda ali hüquq təhsili verən yeganə müəssisə olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq üçün iki il iş staji tələb edildiyindən, o, Hişkədərə kənd sovxozunda fəhlə işləməyə başlamışdır. 1988-ci ildə hüquq fakültəsinə daxil olmaq üçün müəyyən edilmiş bu qayda ləğv edildiyindən, sənədlərini fakültənin qəbul komissiyasına təqdim etmiş və əla qiymətlər ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1990-cı ildə Rusiya Federasiyasının Novosibirsk Dövlət Universitetində tələbə və aspirantlar arasında keçirilmiş beynəlxalq elmi konfransda etdiyi məruzəyə görə isə II dərəcəli diplom ilə mükafatlandırılmışdır. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşunaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Fakültəni yüksək qiymətlər ilə bitirdiyi üçün təyinat əsasında prokurorluq orqanlarında işləmək hüququ olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında müstəntiq vəzifəsinə təyin edilmiş və 2001-ci ilə kimi həmin vəzifədə işləmişdir. Prokurorluqda işlədiyi müddətdə, əsasən, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqını aparmış, icraatında olan bütün işlər üzrə cinayətlərin açılmasına, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsinə nail olmuşdir.
Ramiz Rzayev (hüquqşünas)
Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri, Azərbaycanın əməkdar hüquqşünası. Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. 6 mart 2023-cü il tarixində Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.
Rauf Məmmədov (hüquqşünas)
Məmmədov Rauf Kərim oğlu — Azərbaycan Respublikası Baş Prokurorluğunun polkovniki, Qarabağ müharibəsi iştirakçısı, "Vətən uğrunda" medalı kavaleri. Məmmədov Rauf Kərim oğlu 5 avqust 1965- ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olub. 1973-1983- cü illərdə Laçın rayonunun Pircahan kənd orta məktəbində orta, 1983-1984- cü illərdə isə Şuşa şəhər 72 nömrəli Texniki Peşə Məktəbində təhsil alıb. 1984-1986-cı illərdə Ukrayna respublikasında, keçmiş SSRİ Silahlı qüvvələrində, müddətli həqiqi hərbi xidmət keçib. 1987-ci il də Pedoqoji Universitetin “Hərbi hazırlıq və Bədən tərbiyəsi” fakultəsinə daxil olub, 1991-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1991 -ci ilin sentyabr ayından, 1992-ci ilin fevral ayınadək Laçın rayonunun Seyidlər kənd orta məktəbində müəllim işləyib. 2 Fevral tarixində könüllü olaraq Müdafiə Nazirliyinin 811 N- li hərbi hissəsində taqım komandiri, bölük komandirinin müavini və tabor qərərgahının rəisi vəzifələrində, erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1993- cü ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyindən, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə keçirilməklə hərbi xidməti davam etdirib. Xüsusi İdarənin Bakı Qarnizonu üzrə şöbəsində əməliyyat müvəkkili, 1996-cı ilin may ayından, 1998-ci ilədək baş əməliyyat müvəkkili, 1998-ci ilin avqust ayından Bakı Qarnizonu üzrə şöbədə bölmə rəisi vəzifələrində xidmət edib. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin hüquq (qiyabi) fakultəsində təhsil alıb.
Zaur Əliyev (hüquqşünas)
Fərid Hacıyev (hüquqşünas)
Fərid Famil oğlu Hacıyev (25 aprel 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, 2-ci dərəcə dövlət müşaviri. == Həyatı == Fərid Hacıyev 1989-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Orta təhsilini 23 saylı orta məktəbdə almış, yüksək balla bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb. Azərbaycan, ingilis və rus dillərini bilir. Evlidir, iki övladı var. == Fəaliyyəti == Fərid Hacıyev universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışmışdır. 2012-ci ildən Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməyə başlamış və Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışmışdır. 2020-ci ilin iyulun 4-də Milli Məclisin spikeri Sahibə Qafarovanın köməkçisi vəzifəsinə təyin olunub. 2021-ci il fervalın 4-də Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müdir təyin edilib.
İsa Məmmədov (hüquqşünas)
İsa Məmmədov (tam adı: İsa Paşa oğlu Məmmədov; 1924, Tovuz rayonu – 1986, Bakı) – azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının müdiri (1978–1986). İsa Məmmədov 1924-cü ildə Tovuz rayonunun Alakol kəndində əkinçi ailəsində dünyaya gəlmişdir. 1931–1938-ci illərdə Alakol kənd natamam orta məktəbində təhsil almış, 1941-ci ildə isə Yanıxlı kənd orta məktəbini əla qiymətlərlə başa vurmuşdur. Müharibənin ilk illərində kolxoz təsərrüfatında çalışmışdır. İ. P. Məmmədov 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş, 1949-cu ildə həmin fakültədə təhsilini əla qiymətlərlə başa vurmuşdur. Universitetin bölgü komissiyasının qərarı ilə o, hüquq fakültəsində müəllim kimi saxlanılmışdır. Prof. İsa Məmmədov 1986-cı il sentyabrın 1-də dünyasını dəyişmişdir. Azərbaycanda hüquq elminin inkişafında və hüquqşünas kadrların hazırlanmasında prof. İsa Paşa oğlu Məmmədovun böyük xidmətləri olmuşdur.
Elçin Məmmədov (hüquqşünas)
Elçin Məmmədbağır oğlu Məmmədov (6 iyun 1971, Bakı) — Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (2020-ci ildən), II dərəcəli dövlət ədliyyə müşaviri (2022). == Həyatı == Elçin Məmmədbağır oğlu Məmmədov 6 iyun 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Azərbaycanın prokurorluq orqanlarına qulluğa qəbul olunaraq Azərbaycan Nəqliyyat Prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru və həmin prokurorluğun istintaq şöbəsinin prokuroru vəzifəsi üzrə stajor, 1994-cü ildən həmin şöbənin prokuroru, 1995-ci ildən Azərbaycan Nəqliyyat Prokurorluğunun böyük müstəntiqi vəzifələrində çalışmışdır. Elçin Məmmədov 2000-ci ildən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin Kriminalistika şöbəsinin prokuror-kriminalisti, 2002-ci ildən həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi, 2005-ci ildən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi olmuşdur. 2012-ci ildən Gəncə şəhər prokurorunun müavini, 3 fevral 2016-cı ildən isə Lənkəran rayonunun prokuroru vəzifələrində işləmişdir. Elçin Məmmədov Azərbaycan Respublikası Prezidentinin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvü və Baş Prokurorluğunun Ali Attestasiya Komissiyasının sədridir. Baş Prokurorluğunun "İstintaq təcrübəsi" bülleteninin redaksiya heyətinin sədri, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının sədr müavinidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Elçin Məmmədova 17 dekabr 2020-ci ildə III dərəcəli dövlət ədliyyə müşaviri, 30 sentyabr 2022-ci ildə isə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbələri verilmişdir. Elçin Məmmədov prokurorluq orqanlarında xidmətlərinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmış, 24 iyul 2020-ci ildə "MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 25 illiyi" xatirə yubiley medalı, 7 iyun 2021-ci il tarixli əmrlə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 13 avqust 2021-ci il tarixli əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı, 12 yanvar 2022-ci il tarixində Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə 20 aprel 2021-ci ildə təsis edilmiş "Rusiya Prokurorluğunun 300 illiyi" yubiley medalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 24 yanvar 2022-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı ilə təltif edilmişdir.
Tahir Kazımov (hüquqşünas)
Kazımov Tahir Lələkişi oğlu — 90-cı və 2000-ci illərdə “OMON hadisələri”, “Oktyabr hadisləri” kimi tarixə düşmüş işlərdə istintaq qrupunun rəhbəri olub. Vaxtilə həbs olunmuş müxalifət nümayəndələrinin istintaqında aparıcı fiqur olub. Ədliyyə general-mayoru, Ali Məhkəmənin hakimi, III dərəcəli dövlət ədliyyə müşaviridir. Tahir Kazımov 1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1976-81-ci illərdə ADU-nin Hüquq fakultəsində təhsil alıb. 1981-1986 - Gəncə şəhər, Kəpəz rayon prokurorluğunda müstəntiq, Gəncə şəhər prokurorluğunda baş müstəntiq. 1986-1993 - Gəncə şəhər prokurorunun köməkçisi. 1993-1994 - Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini. 1994-1995 - Azərbaycan Respublikası prokurorluğunda aparıcı prokuror. 1995-1998 - Azərbaycan Respublikası prokurorluğunda idarə rəisinin müavini.
Zaur Əliyev(hüquqşünas)