Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Calal Calalzadə
Calal Qaryağdı oğlu Calalzadə (17 oktyabr 1993, Bərdə rayonu – 3 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Calal Calalzadə 1993-cü il oktyabr 17-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Calal Calalzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Calal Calalzadə oktyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Mustafaağalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Calal Calalzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Balaşzadə Röyal
Famil Camalzadə
Famil Hicran oğlu Camalzadə (6 iyun 1996; Xurşud, Salyan, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Famil Camalzadə 12 yanvar 1996-ci ildə Salyan rayon Xurşud kəndində anadan olub. 2002 -ci ildə M.Salmanov adına olan orta məktəbi oxuyub. 2010-ci ildə 9-cu sinifi başa vurub. O təhsilini tam başa vurmaq üçün Salyan rayon peşə liseyinə qəbul olub. 2016-cı ilin yanvarın 15-də həqiqi hərbi xidmətə çağrılıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Famil Camalzadə Füzulinin azad edilməsində savaşıb. Famil Camalzadə 2020-ci ildə oktyabrın 3-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 7 Dekabr 2020-ci ildə Salyanda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Camalzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Famil Camalzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Famil Camalzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Oqtay Salamzadə
Oqtay Salamzadə (azərb. Oqtay Məmmədhəsən oğlu Salamzadə‎; d.1 sentyabr 1930-cu il — ö. 2 aprel 2012-ci il) — nasir, dramaturq, ilahiyyatçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1963), Jurnalistlər Birliyinin üzvü (1962), Respublika Ziyalılar Cəmiyyətinin fəxri doktoru (2000). == Həyatı == Oqtay Salamzadə 1930-cu il sentyabrın 1-də Füzuli rayonunun Cuvarlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin fəlsəfə şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Oqtay Salamzadə əmək fəaliyyətinə komsomol işçisi kimi başlamış, 1953–1959-cu illərdə LKGİ Bakı komitəsinin katibi işləyib. Naşir 1959–1963-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Uşaq və gənclər verilişləri redaksiyasının məsul redaktoru olub. Salamzadə 1963–1974-cü illərdə Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi seçilib.Oqtay Salamzadə 1977–1979-cu illərdə "Müxbir" jurnalı redaksiyasında və "Kitabsevərlər" Cəmiyyətində baş redaktor vəzifəsində çalışıb. Eyni zamanda 1979–1984-cü illərdə "Yazıçı" nəşriyyatında böyük redaktor, 1984–1988-ci illərdə Azərittifaqın "Dostluq" istirahət bazasının direktoru, 1988–1989-cu illərdə Azərbaycan Mədəniyyət Fondunun baş eksperti, 1989–1993-cü illərdə isə "Karvan" ədəbi-bədii toplusunun baş redaktoru vəzifələrində çalışıb.O, 1993-cü ildən ölümünədək Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının sədri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədr müavini, Hacı Zeynalabdin Tağıyev Xatirə Mərkəzinin prezidenti vəzifələrini icra edib. Bir sıra cəmiyyətlərin fəxri doktoru, mətbu orqanların heyət üzvü olub.Həmçinin Oqtay Salamzadə 1964-cü ildən "Qızıl qələm" və digər media mükafatlarının təsisçisi və təltif komissiyasının sədri olub.
Qəmər Salamzadə
Qəmər Əliqulu qızı Salamzadə (5 may 1908, Naxçıvan – 20 aprel 1994, Bakı) — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. == Həyatı == Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür.Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirirb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşin mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və müsamirələrdə iştirak edib.
Röyal Balaşzadə
Röyal Balaşzadə (23 noyabr 2003; Anzov, Yardımlı rayonu – 17 sentyabr 2022; Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == Balaşzadə Röyal Atduxan oğlu 23 noyabr 2003-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olmuşdur. Ailədə üç qardaşdan sonuncusu idi. 2004-cü ildə ailə yaşayış yerini dəyişib Bakıya köçür və 2010-cu ildə Röyal yaşadığı Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olur, 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib, peşə məktəbinə daxil olur, 16 dekabr 2020-ci il tarixdə atası Balaşov Atduxan Tanrıverdi oğlunun qəfil miokart infarktından vəfat etməsi səbəbindən ailənin maddi ehtiyaclarını ödəmək üçün müxtəlif peşələrdə işləməyə başlayır. 2022-ci ilin yanvar çağırışı zamanı SHÇDX-nin Yardımlı rayonu şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidməti yerinə yetirmək üçün hərbi xidmətə çağrılır. Hərbi xidmətə böyük şövq və istəklə gedən Röyal Balaşzadə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ilkin təlimləri aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimlərinə daxil olur və xidmətini davam etdirmək üçün XTQ-nin "N" saylı hərbi hissəsinə göndərilir. 12/13 sentyabr 2022-ci ildən başlayan Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatların qarşısını alan dəstədə Balaşzadə Röyalda var idi, Röyal təlimlərdə fərqləndiyi kimi döyüş meydanında da öz cəsarəti, döyüş bacarığı ilə seçilirdi. Döyüş yoldaşları bildirir ki, biz Röyala heyran qalırdıq, çox yüksək bacarıqla döyüşürdü.14 sentyabr tarixində Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını yetirərkən odlu silahdan açılan güllə yarası nəticəsində şəhid olur. Ərazinin atəş altında olması və relyefin çətinliyi səbəbindən şəhidin nəşi yalnız 17 sentyabr 2022-ci il tarixdə "X" adlı rayon xəstəxanasında yaxınlarına təhvil verilir. Şəhidin cənazəsi ailəsinin yaşadığı Dədə Qorqud qəsəbəsinə gətirib, vida mərasimi keçirildikdən sonra atasının da dəfn olunduğu Xəzər rayonu, Binə-sovxoz qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.
Rəfael Salamzadə
Rəfael Cabbar oğlu Salamzadə (d. 23 avqust 1942) — Azərbaycanlı operator. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Humay” və “Qızıl çıraq” mükafatları laureatı. == Həyatı == Rəfael Cabbar oğlu Salamzadə 23 avqust 1942-ci ildə Bakıda anadan olmuşdur. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır. == Fəaliyyəti == 1967-ci ildə hərbi xidmətdən sonra “Azərbaycanfilm”ə işıqçı vəzifəsində işləməyə gəlib. Sonralar müxtəlif kinojurnallar üçün (“Sovet Azərbaycanı”, “Gənc nəsil”, “İdman”, “İncəsənət” jurnalları) müstəqil süjetlər çəkib. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan operator 40-dan çox filmin üzərində işləmişdir.Rəfael Salamzadə işlədiyi müddət ərzində Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatını, Qarabağ müharibəsi, 20 Yanvar və meydan hadisələrini, ölkəmizdə baş verən taleyüklü olayları lentə alıb. == Ad və mükafatlar == Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi “Humay” mükafatı “Qızıl çıraq” mükafatı == Filmoqrafiya == === İkinci operator kimi === Şəki heyvandarlıq kompleksi (film, 1975)(qısametrajlı sənədli film) === Operator kimi === Dostların görüşü (film, 1977)(qısametrajlı sənədli film) Azərbaycan SSR (film, 1978)(qısametrajlı sənədli film) Əhalinin siyahıya alınması (film, 1978) (qısametrajlı sənədli film) Qardaşlaşmış...
Salam Salamzadə
Salam Əbdülqasım oğlu Salamzadə (23 fevral (7 mart) 1908, Bakı – 12 may 1997, Bakı) — rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan SSR xalq rəssamı (1982). Salam Salamzadənin Bakı (1959), (1962), (1974), Moskva (1969), (1974) və Kiyev (1974) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Əsərləri ölkəmizlə yanaşı xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəssam həmçinin, ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Hal-hazırda Salam Salamzadənin 72 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. == Həyatı == Salam Salamzadə 7 mart 1908-ci ildə Bakıda, Əbdülqasım bəylə Xədicə xanımın ailəsində anadan olmuşdur. O 10 yaşında olarkən anası Xədicə xanım vəfat edir. Uşaqlığının kifayət qədər çətin olmasına baxmayaraq, Salam Salamzadə hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük maraq göstərirdi. Nəticədə 1925-1929-cu illərdə o, ilk peşə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikomunda almağa nail olur. Buradakı müəllimlərinin təlim-tərbiyə metodları gələcəkdə onun fərdi üslubuna dərindən təsir edir.
Saleh Salahzadə
Saleh Tağı oğlu Salahzadə (26 avqust 1953, Laçın – 7 mart 2023, Bakı) — Azərbaycan idman jurnalisti, ssenarist, teatrşünas, rejissor. == Həyat və fəaliyyəti == Saleh Tağı oğlu Salahzadə 26 avqust 1953-cü ildə Laçında anadan olub. Orta təhsilini Xocalı və Ağdamda alıb. Hərbi xidmətdə ikən Leninqrad Xüsusi Hərbi Müxbirlər Məktəbini bitirib. 1975-ci ildən Bakı Dəniz Limanında doker-mexanizator, "Bakıbaştikinti"də nəqliyyat sxeminin ustası və texniki təchizat şöbəsinin rəisi, "Xəzərdənizneft" İstehsalat Birliyinin "Neft Daşları" DNQÇİ-də qazmaçı köməkçisi, tərbiyəçi müəllim kimi müxtəlif vəzifələrdə çalışıb. 1979–1983-cü illərdə Neft Daşlarında fəaliyyət göstərən "Xəzərfilm" kinostudiyasının rejissoru və bədii rəhbəri olmuşdur. 1989-cu ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Gənclik", "Tədris-maarifliçilik", "Hərbi vətənpərvərlik", "İctimai-siyasi" proqramlar redaksiyalarında müxbir, redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışıb. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin böyük redaktoru olub. ATƏT-lə və BBC-nin birgə layihəsi olan "Müharibə və seçkilər şəraitində jurnalist işi" xüsusi kursunu bitirib.
Vüqar Camalzadə
Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda doğulub. Ailəlidir 2 övladı var.3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli sinfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər. Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Zinaxanım Salamzadə
Salamzadə Zinaxanım Qafur qızı — Azərbaycanlı memar, tikinti sahəsində ilk fəxri Azərbaycan SSR Əməkdar İnşaatçısı adını alan azərbaycanlı qadın. == Həyatı == Zinaxanım Salamzadə 21 may 1934-cü ildə Bakının Ramana kəndində anadan olub. Atası Qafur kişi neft mədənində işləyirdi. Anası isə evdar qadın idi. O, orta məktəbi 1952-ci ildə bitirib sənədlərini Azərbaycan Politexnik İnstitutuna verərək inşaat fakültəsinə daxil olub. 1957-ci ildə ali məktəbi bitirib, təyinatla Bakı Baş Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb və 1957-1997-ci illərdə burada çalışaraq böyük uğurlara imza atıb. İşlədiyi illər ərzində adi tikinti ustasından rəhbər vəzifəyədək əmək yolu keçib. Əvvəlcə BBTİ-nin 8 nömrəli tikinti idarəsındə iş ustası vəzifəsinə təyin edilib və 1957-1963-cü illərdə BBTİ-nin 8 nömrəli Tikinti İdarəsində tikinti ustası, iş icraçısı, mühəndis, böyük mühəndis, 1963-1972-ci illərdə Bakı Şəhər Tikinti Trestində mühəndis, böyük mühəndis və istehsalat şöbəsinin rəis müavini vəzifələrində çalışıb. 1972-ci ildə Bakı Baş Tikinti İdarəsinin 11 nömrəli Sosial-Mədəni Tikinti Trestində partiya komitə katibı seçilib. Bu vəzifədə 16 ildən çox — 1988-ci ilə kmi işləyib.
Əbdülvahab Salamzadə
Əbdülvahab Salamzadə (16 fevral 1916, Şamaxı – 19 avqust 1983, Bakı) — azərbaycanlı memar, professor (1967), Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1983). == Həyatı == Əbdülvahab Salamzadə 16 fevral 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Əmək fəaliyyətini 1944–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda davam etdirmişdir. Belə ki, o, 1951-ci ildən Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1957-ci ildən isə direktor müavini olmuşdur.Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir, Naxçıvan, Şirvan memarlıq məktəblərin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.Əbdülvahab Salamzadə "Abidələr danışır" (Bakı, 1952), "Azərbaycan memarlıq abidələri" (Bakı, 1958), "Əcəmi Naxçıvani" (Bakı, 1976), "Arazboyu abidələr" (K. Məmmədzadə ilə birgə; Bakı, 1979) və elmə xidmət edəcək bir çox başqalarının müəllifidir. Həmçinin alimin M. Hüseynov və L. Bretanitski ilə birgə hazırladığı "Azərbaycan memarlıq tarixi" adlı fundamental əsəri isə (rus dilində; Moskva, 1963) Azərbaycan milli memarlıq tarixində müstəsna əhəmiyyətə malikdir.Əbdülvahab Salamzadə eyni zamanda Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərin şəhərsalma mədəniyyətini tədqiq etmişdir. O, həmçinin Molla Pənah Vaqifin 1982-ci ildə Şuşada açılmış türbəsinin müəllifidir. 1976-cı ildən ASE elmi redaksiya şurasının üzvü kimi fəaliyyət göstərmişdir.Əbdülvahab Salamzadə 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Əliabbas Salahzadə
Əliabbas Salahzadə (22 yanvar 1979, Bilgəh) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Hüquqşunas. == Həyatı == Salahzadə Əliabbas Qalib oğlu 22 yanvar 1979-cu ildə Bilgəh qəsəbəsində anadan olub. 1995-ci ildə Bilgəh qəsəbəsi 142 saylı orta məktəbini bitirib. Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb. Daha sonra, Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakültəsinə qəbul olub və, orada təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib. 2002–2003-cü illərdə Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. 2003-cü ildə hərbi xidməti başa vurduqdan sonra yenidən Sabunçu rayon Bilgəh Bələdiyyəsində işini davam etdirmiş və həmin ildə bələdiyyə üzvlərinin yekun səsverməsinə əsasən yenidən bələdiyyə sədri seçilmişdir. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda aspiranturaya daxil olmuşdur. Aspiranturada oxuduğu zaman yerli özünüidarəçiliyin inkişafında beynəlxalq təşkilatların rolu və Azərbaycan Respublikasında Bələdiyyələrin inkişafı, təcrübə və müasir praktika kimi elmi məqalələr yazmışdır. 2006-cı ildə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində təhsil, səhiyyə və mədəniyyət şöbəsinə müdir təyin olunub.
Ələkbər Salahzadə
Ələkbər Salahzadə (15 mart 1941, Cimi, Quba rayonu – 1 sentyabr 2013) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Rəsul Rza adına mükafat laureatı (2002), Əməkdar incəsənət xadimi (2005). == Həyatı == Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), baş redaktor (1992-2004), "Qobustan" jurnalının baş redaktoru (2004) vəzifəsində çalışmışdır. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir.
Ərtegin Salamzadə
Salamzadə Ərtegin Əbdül Vahab oğlu — Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (30.06.2014)., Azərbaycan Dizaynerlər İttifaqının üzvü. == Həyatı == Ərtegin Salamzadə 1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Təsviri sənət tarixi və nəzəriyyəsi» bölməsini bitirmişdir. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışır. 1992-ci ildə Bakıda namizədlik, 2002-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. Sənətşünaslıq üzrə elmlər doktoru, professordur. 1996-2010-cu illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş, 2010-cu ildən İnstitutun direktorudur. 2010-cu ildən etibarən eyni zamanda İnstitutun «Təsviri və dekorativ-tətbiqi sənətləri» şöbəsinə rəhbərlik edir. 2010-cu ildən «İncəsənət və mədəniyyət problemləri» Beynəlxalq elmi jurnalının baş redaktorudur. 2009-cu ildə Memarlıq və İncəsənət üzrə Respublika Problem Şurasının sədri təyin edilmişdir. Hal-hazırda Azərbaycan Memarlıq-İnşaat Universitetinin «Dizayn» kafedrasının professorudur.
Balazadə Abdullayev
Balazadə Rafət oğlu Abdullayev (22 iyun 1991; Salyan, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balazadə Abdullayev 1991-ci ildə Salyanda anadan olmuşdur. 2009-2011-ci illərdə müddətli hərbi xidmət keçmişdir. Onun üç yaşında bir oğlu var idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Balazadə Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə döyüşlərində savaşıb. Balazadə Abdullayev oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub. Ələtdə dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Balazadə Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Balazadə Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlalzadə Mustafa Çələbi
Cəlalzadə Mustafa Çələbi (d. 1491, Kastamonu - ö. 1567, İstanbul) — I Süleyman dönəmində yaşamış Osmanlı dövlət adamı və tarixçisi.
Malulzadə Mehmed Əfəndi
Malulzadə Mehmed Əfəndi (1533 – 14 yanvar 1585, Konstantinopol) — Osmanlı tarixçisi, müdərrisi və şeyxülislamı. == Həyatı == 1533-cü ildə dünyaya gəlmişdir. Atası Sultan Süleyman dövrünün qazəsgərlərindən Malul Mehmed Əmin Əfəndidir. Naqibüləşrəf olaraq xidmət göstərdiyi üçün Naqib ləqəbi ilə anılır. Uzun müddət dayısı Əbussuud Əfəndinin müridi olmuş, daha sonra qızıyla evlənərək kürəkəni olmuşdur. Əvvəlcə Bursada Qasımpaşa mədrəsəsində, ardından İstanbulda Piri Paşa mədrəsəsində müdərris oldu. 1561-ci ilin dekabrında Müftizadə Əhməd Çələbinin yerinə Sahn-ı səman, 1563-cü ilin fevralında Sultan Səlim mədrəsəsinə müdərris təyin edildi. Ardından qazılığa keçərək sırayla Hələb (may 1566), Dəməşq (iyun 1567), Misir (iyul 1569), Bursa (noyabr 1570) və Ədirnə (fevral 1572) qazısı oldu. 1573-cü ilin mayında Anadolu başqazısı oldu ancaq 1575-ci ilin oktyabrında bu vəzifəsindən öz istəyilə ayrıldı və dərviş həyatına keçdi. 1576-cı ilin iyulunda Bağdadizadə Həsən Çələbinin yerinə naqibüləşrəfliyə, 1579-cu ilin aprelində Rumeli başqazlığına gətirildi.
Seyid Məhəmmədəli Camalzadə
Seyid Məhəmmədəli Şeyx Cəmaləddin oğlu Camalzadə (1892-1997) — İran yazıçısı və tarixçisi. == Həyatı == Seyid Məhəmmədəli Camalzadə 1892-ci ildə İsfahanda doğulmuşdu. Atası Seyid Cəmaləddin Vaiz İsfahani Məşrutə hərəkatının tanınmış simalarından idi. 1910-cu ildə Livan fransız Antur kollecini bitirmişdi.Misirdən keçərək Parisə getmişdi.İran səfiri onun Parisə gəlməsini istəməyərək Lozannaya getməsini xahiş etdi. Gənc yazıçı burda Jozefina ilə tanış olmuşdu.İran səfiri onu yenidən yanına çağırıb, məhəbbət macərasına son qoyub, işlə məşğul olmasını tövsiyə etdi. Sonra Lozannanı tərk edib, Lion, Bordo və Dijon şəhərlərinin birində yaşamağı seçməsini tələb etdi.Məhəmmədəli Camalzadə Jozefinanın Dijonda olduğunu bilib, oranı seçdi.Sevgilisini tapıb evləndi. Seyid Məhəmmədəli Camalzadə 1914-cü idə Dijon universitetinin hüquq fakültəsini bitirdi. == İstinadlar == == Həmçinin bax == Seyid Cəmaləddin Vaiz İsfahani == Xarici keçidlər == Mohammad-Ali Jamalzadeh en conversation avec Farhad Sepahbodi, YouTube:— Jamalzadeh dans un parc, — Jamalzadeh, le fameux écrivain iranien, — Part 3, — Part 4.id.