Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
== İslamda əmanətdarlıq == Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir:lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi:azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsi ilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. == Məzmun == Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. == Məzmunu == Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Fifz Avenyu hoteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər.Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi.Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. == Sentrifuqa etmə == Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. === Tətbiq sahələri === Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Uzaqdan müəyyən etmə
Məsafədən zondlama (MZ) – yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur. Məsafədən zondlama (remote sensing) - sin.
Cift
Cift (lat. Placenta) — süngərəbənzər, yumuşaq, qan ilə dolu disk şəklində olan, uşaqlığın selikli qişasına bitişmiş; 15-20 sm, qalınlığı mərkəzi hissəsində 3 sm və vəzni 500 q olan bir üzvdür. Cift dölə baxan və uşaqlıq divarına bitişik iki səthə malikdir. Dölə baxan səthi basıq və hamardır özüdə su qişası ilə örtülmüşdür. Bunun ortasından göbək ciyəsi — lat. funiculus umbilicalis başlanır. Ciftin uşaqlıq divarına bitişik səthi qabarıqdır və dərin şırımlar vasitəsilə bir çox paycıqlara (lat. cotyledones) bölünmüşdür.
Diff
Diff - İki fayl arasında fərqi tapıb, ekrana vermək üçün utilitdir. İlk versiyası 70-ci illərdə Unix əməliyyat sistemində yazılmışdır.
Gifu
Gifu (岐阜市, Gifu-shi) — Gifu prefekturasının inzibati mərkəzidir. Bir şəhər olmaqdan əvvəl, o, keçmiş Atsumi mahalının bir hissəsi idi. Lakin başlanğıcda regionda əsas şəhər sayılırdı. == Tarixi == Şəhərin bütün tarixi Yaponiya mərkəzində yerləşmə yerinin nəticəsidir. Edo dövründə Gifu və qonşu şəhərlər Naqoya limanının yaxınlığında yerləşdiyi üçün çiçəklənməyə başlayırlar. Son zamanlarda, şəhər iqtisadiyyatının ixtisaslaşmada moda sənayesinə dəstək idi, amma indi şəhər sənayesinin inkişafı üçün yollar axtarır. === II Dünya müharibəsi === Müharibə zamanı yaxınlığında yerləşən aviasiya mərkəzi və iri sənaye mərkəzi şəhər ilə birlikdə Kakamigahara bombalanmışdır. Şəhərin əhəmiyyətli hissəsi Kano, qonşu şəhərləri ilə birləşməsi vasitəsilə əldə edilmişdir. Gifunun bu coğrafiya səbəbiylə, şəhər mərkəzində göydələnlər zonası ilə birgə, ətraflarda xurma bağları və Çiyələk sahələri çoxalmışdır. == İqtisadiyyat == Tarixən Gifu'da tekstil inkişaf etmişdir, lakin son illərdə şəhər iqtisadiyyatına sektorun əhəmiyyəti azalmışdır.
Hafiz
Hafiz (ərəb. حافظ‎) — Quranı əzbər bilən şəxs. Qadın cinsindən olan insanlara hafizə deyilir. == Hədis == Hafiz ərəb dilində "əzbərləyən, mühafizə edən" mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir. == Həmçinin bax == Hədis == İstinadlar == == Xarici keçidlər == Hədis elmi.
Heyz
Menstruasiya qanaxması ― qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji vərdişinin nəticəsi olan uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması nəticəsində ifraz olunan qan.
Hicaz
Hicaz — Səudiyyə Ərəbistanının qərbində bir region. Qırmızı dənizin şərq sahilində yerləşir. Mənаsı mаneə deməkdir. Hicаz Yəmənin şimаlı ilə Təhаmənin şərq tərəfində yerləşib onlаrı bir-birindən аyırır. Bunа görə də o ərаziyə belə bir аd verilib. Bu əyаlətdə olаn vаdilərin аrаsındа dаğlаr vаrdır ki, onlаrın bəzilərinin hündürlüyü 2 km-dən çoxdur. == Həmçinin bax == Hicaz krallığı Məkkə Şərifliyi Hicaz vilayəti Nəcd və Hicaz Krallığı == İstinadlar == == Xarici keçidlər == Seyyid Cəfər Şəhidi, "İslаm tаrixi və təhlillər", "Şəhriyar", 2006, səh.
Himn
Himn — dövlət rəmzlərindən biridir. İlk dəfə qədim Yunanıstanda yaradılıb. Bu gün bütün ölkələrin himni var. Azərbaycanın da 1991-ci ildən müstəqil olduğu vaxtdan himni var. Onun sözləri Əhməd Cavadın Musiqisi isə Üzeyir Hacıbəylinindir. Qeyd etmək lazımdır ki bizim himn 1918-ci ildə yaradılıb.
Hims
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
Öz müqəddəratını təyin etmə
Öz müqəddəratını təyin etmə ya Özərklik (ing. self-determination) haqqa görə dünyada bütün xalqlar özgə və əcnəbi güclərdən asılı olmayaraq, müstəqillik durumları və siyasi vəziyyətlərini azadlıqla təyin edə bilərlər.
Transformerslər: Məhv etmə dövrü
Transformerslər: Məhv etmə dövrü (ing. Transformers 4: Age of Extinction) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Filmin prodüserlərindən biri Stiven Spilberqdir. == Məzmun == Altmış beş milyon il əvvəl yaradıcı olaraq bilirən yadplanetli irqi bir gün "Transformium" adlandırılacaq maddəylə Dünyanı əhatə etmək üçün sids adlı alətləri işlədirlər və bu prosesdə dinozavrlar məhv olur. Günümüzdə geoloq Darci Tirrel transformers dronları yaratmaq üçün transformers tapmaq məqsədiylə qazıntılar təşkil edir. Çikaqo işğalından beş il sonra insanlar transformersləri dövlətin düşmənləri olaraq görür. Mexixo Sitidə zədələnən və Marmon 97 kamazı olaraq gizlənən Optimus maliyyə cəhətdən çətinlik çəkən texsaslı ixtiraçı Keyd Yeqır tərəfindən kəşf edilir. Gənc qızı Tessa və iş yoldaşı Lukas Flaneri Optimusu səlahiyyətlilərə verməsi üçün təkid edərkən Keyd bunun yerinə texnologiyasını anlamağı ümid edərək Optimusu təmir edir. Optimusa hələ də şübhə ilə yanaşan Lukas Çikaqodakı bacısının ölümü səbəbindən transformerslərdən nifrət edən Ceyms Savoyu, Yeqır fermasına hücum edən Semeteri Vind ilə birlikdə axtarır. Ancaq Optimus və Tessamın gizli sevgilisi irlandiyalı ralli yarışçısı Şeyn Dayson ailənin yardımına gəlir.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması - Müasir təyyarənin uçuşunun idarə olunması pilotla və təyyarə sürülmənin asanlaşdırılmasına, idarə etmənin keyfiyyətinin yaxşılaşdırılmasına və təyyarələrin tətbiqinin effektivliyi yüksəldilməsinə xidmət edən xüsusi avtomatik sistemlərlə təmin edilir. Müasir təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi, avtomaşladıtrılmadan mümkün olmayan bütöv bir tədbirlər kompleksinin aparılmasını tələb edir. Məsələn, uçuşun təhlükəli rejimləri avtomatları adlanan qurğuların köməyi ilə uçuşda təyyarənin həddi icazə verilən rejimlərə (sürətə, Max ədədinə, şaquli yüklənmələrə, hücum, yana əyilmə və sürüşmə bucaqlarına görə) çıxması zamanı pilota siqnalizasiya edilməsi və avtomatik olaraq idarə etmə orqanlarının hərəkətinin məhdudlaşdırılması. == İdarə etmə sistemin xüsusi qurğuları == Idarə etmə sistemin xüsusi qurğrları təyyarənin dayanıqlıq və idarə edilmə xarakteristikalarını yaxşılaşdırırlar. Uçuş sürətinin saxlanması ilə uçuş hündürlüyünün artması ilə təyyarənin sükanların dönməsinə cavab reaksiyası pisləşir. Bu təyyarənin sürülməsini çətinləşdirir, onun dayanıqlıq xarakteristikalarını pisləşdirir, təyyarənin rəqslərinin söndürülmə effektivliyini zəiflədir. Pilot yaranmış rəqsləri söndürməyə cəhd etməklə onları gücləndirə bilər. Buna görə idarə etmə zəncirində uçuşun dempferləşdirilməsi və stabilləşdirilməsi üçün xüsusi avtomatlar quraşdırılır. Bu avtomatlar pilotun iştirakı olmadan, bu xarakteristikaları yaxşılaşdırmaq üçün avtomatik sükan səthlərini döndərməklə onlara təsir edirlər. Belə avtomatların icraçı mexanizmləri tez-tez hərəkətli dartılar şəklində hazırlanır.
Pip (python paket idarə etmə aləti)
Pip - python paketlərini idarə etmə sistemidir. Pip vasitəsi ilə python proqram təminatı paketlərini yükləmək və idarə etmək mümkündür. Bir çox paketləri Python Package Index (PyPI) tapmaq mümkündür. Python 2.7.9 və sonrakı versiyaları (python2 seriyasında), və Python 3.4 və sonrakı versiyaları yüklədikdə pip (pip3 Python 3 üçün) üzərində avtomatik gəlir. pip sözünün açıqlaması "Pip Installs Packages" (python paketləri yükləyir) və ya "Pip Installs Python" (pip pythonu yükləyir) deməkdir.
Dəryaçeyi-nəmək
Dəryaçeyi -nəmək (fars-duzlu göl), İranda duzlu göl. Təxminən Qum şəhərinin 100 km şərqində, Dəşti-Kəbir səhrasının şimal-qərb bucağında, dəniz səviyəsindən 790 m yüksəkdə yerləşir. Gölün 1800 km² hövzəsi var, lakin onun böyük hissəsi qurudur. Su ancaq 1000 km² sahədə olur. Gölün 45 sm- 1m arası dərinliyi var. Ən böyük su mənbəyi Qaraçaydır.
Ölmək hüququ
Ölmək hüququ — insanın öz həyatını sonlandırmaq və ya könüllü evtanaziyaya məruz qalmaq hüququ haqqında fikirlərə əsaslanan konsepsiya. Bu hüquqa görə, ölümcül xəstəliyi olan və ya yaşamaq arzusunda olmayan şəxslərə öz həyatlarını bitirməsinə, köməkli intihardan istifadə etməsinə və ya ömrü uzatmağa xidmət edən müalicədən imtina etməsinə icazə verilməlidir. Bu qərarı qəbul etmək səlahiyyətinin kimə məxsus olması çox zaman müzakirələrə səbəb olur. Bəzi müəlliflər və filosoflar, eləcə də Devid Benatar insanların həyatın keyfiyyətinə olan baxışlarının, həmçinin həyatın müsbət və mənfi tərəfləri arasındakı tarazlıq haqqında düşüncələrinin olduqca optimist olduğunu düşünür. Ölmək hüququ antinatalizm, kiminsə doğumu ilə əlaqədar təmsilçiliyin olmaması və kiminsə yaşamaq və ya ölmək seçimi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan şəxsin inkar edilməsi şərtləri kimi hesab edilə bilər. Konsepsiyanın tərəfdarları ölmək hüququnu "bir kəsin bədəni və həyatı onun özünündür" və özünə uyğun gördüyü ilə bağlı sərəncam vermək azadlığı fikri ilə əlaqələndirirlər. Halbuki, irrasional intiharların qarşısını almağa çalışan legitim dövlət marağı bəzən mübahisələrə səbəb olur. Pilpel və Amsel yazır: Hinduizm ölümcül xəstəlikdən əziyyət çəkən və ya həyatda qalmaq üçün arzusu, istəyi və məsuliyyəti olmayan insanların ölmək hüququnu qəbul edir və qeyri-zorakı üsullarla - insanı aclıq həddinə çatdırmaqla ölümə icazə verir. Caynizmdə də eyni praktika var və santara adlanır. Digər dinlərin isə intihara yanaşması fərqlənir: onlar intiharı qınayır və ölmək hüququnu inkar edirlər.
Hill
Hill — soyad. Con Hil — ingilis botaniki.
Hira
Hira mağarası (ərəb. ‎حراء‎‎) Məkkənin 3,5 kilometrliyində Nur dağının şimal-şərq meylində yerləşmiş mağara. Mağara elə də böyük ölçülərə malik deyil - təxminən uzunluğu 2 metr, eni 3,5 metrdir. Mağara Kəbəyə tərəf yönəlmişdir. Məhəmməd peyğəmbər Hira mağarasına gedərək, burada dini düşüncələr edirdi. Müsəlmanların inancına görə Cəbrayıl mələk, Allah tərəfindən Ələq surəsinin beşinci ayəsini Həzrəti Məhəmmədə nazil edərək ona Allah peyğəmbərliyinə seçildiyini bildirir.
Hirs
Hirs və ya qəzəb — gərgin emosional cavab.
Hiss
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.
Hiti
Hiti adası (fr. Hiti) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Bir atolldur və yumurta formasına malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Heinz
HJ Heinz Company və ya Heinz Company kimi tanınan Heinz şirkəti, baş ofisi Pittsburgh, Pensilvaniya, Amerika Birləşmiş Ştatlarında yerləşən emal olunmuş qida məhsulları istehsal edən şirkətidir. == tarixi == Şirkət 1869-cu ildə Henry John Heinz tərəfindən təsis edilmişdir. 1876-cı ildə ilk dəfə ketçup istehsalına başladılar. 57 Çeşid Məhsul şüarı ilə şirkət 57 fərqli məhsul növü inkişaf etdirmişdir və hal-hazırda istehsal edir. Bu gün də belə istehsal etdikləri məhsulların qablaşdırmasının üzündə bu şüardan istifadə edirlər.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. == Tarixi == İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. == Tarixi == === Erkən dövr === Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Əlməki (Sultaniyə)
Əlməki (fars. المكي‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 420 nəfər yaşayır (98 ailə).
Elmer Fadd
Elmer Fadd/Ağıllı (ing.Elmer Fudd/Egghead)- Looney Tunes franşizasının uydurulmuş multiplikasiya qəhrəmanı, Baqz Banninin qəddar düşməni. Süjetə əsasən, onun məqsədi Baqz Bannini ovlamaqdır, lakin hər dəfə bu ovçunun ya da ikinci dərəcəli qəhrəmanlardan birinin ağır yaralanması ilə bitir. Elmerin fərqləndirici cizgiləri kimi onun spesifik və asan başa düşülən danışıq tərzidir. O, “R” və “L” hərflərini “W” hərfi kimi tələffüz edir. Belə ki, “Watch the road rabbit!” ifadəsi “Watch the woad wabbit!” ifadəsinə çevrilirdi. Elmerin əsas işlətdiyi ifadə “Be vewy vewy quiet, I’m hunting wabbits”di və bu ifadə əsasən “huh-uh-uh-uh-uh-uh” gülüşü ilə bitir. Elmer Faddın iştirakı ilə ən populyar cizgi filmləri- Çak Consun şedevri “Bu nə operadır,əzizim?” (nadir hallardan biridir ki, bu cizgi filmində Elmer Baqz Banniyə qalib gəlir) , Sevilya dovşanı və “Ov haqda trilogiya”dır. == Yaranması == Ağıllı – "Şən Melodiyalar "(“Merrie Melodies”) seriyasından Leon Şklensinqer tərəfindən yaradılmış ilk daimi personajdı. 1937-ci ildə Teks Everi yeni personajı ilk dəfə qısa cizgi filmləri seriyası olan “Ağıllı yenidən qayıdır” da nümayiş etdirmişdir. Ağıllı ilk əvvəl kartof burunlu, yumurtaya oxşar başla təsvir olunmuşdur.( Buradan da ona “Yumurtabaş” (Egghead) ləqəbi verilmişdi) == Populyar mədəniyyətə təsiri == Elmerin danışıq qüsuru o qədər məşhurdur ki, Google istifadəçilərə axtarış sisteminin dilini Elmir Faddın dilinə dəyişmək ixtiyarını vermişdir.
Əlcək vallabi
Əlcək vallabi (lat. Macropus irma) — kenquru cinsinə aid heyvan növü. Qara əlcəkli kenquru kimi də tanınan qərb fırçası kenquru, Qərbi Avstraliyanın cənub-qərb sahil bölgəsində yerləşən kenquru növüdür. Vallabi'nin əsas təhdidi,qırmızı tülkü tərəfindən ovlanmaqdır.
Əlmət rayonu
Əlmət rayonu (tatar. Әлмәт районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənmub-şərqində yerləşir. İnzibati mərkəzi Əlmət şəhəridir. == Coğrafiyası == Rayonun ərazisi 2542.93 km² -dir. Şimaldan Sarman, Zəy və Aşağı Kama, qərbdən Yeni Şimçə və Çirmeşən ilə, cənubdan Leninoqorsk və Buqulma ilə, şərqdə Aznakay rayonları ilə həmsərhəddir. Ərazisinin orta hündürlüyü 200-300 m-dir. Kiçu, Stepnoy Zai və Ursalbaş çayları axır. == Tarixi == 1920-ci ilə qədər rayonun ərazisi Samara əyalətinin Buqulma mahalına, 1930-cu ilə qədər isə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Buqulma kantonuna aid idi. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir.
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək bazarı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. == Əmək bazarının tənzimlənməsi == Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. == Əmək bazarının xüsusiyyəti == Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Əmək ehtiyatları
Əmək ehtiyatları - əmək bazarında işçi qüvvələrin ehtiyatları. == Əmək bazarı == Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Əmək hüququ
Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. == Əmək hüququ anlayışı == Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir.
Əmək iqtisadiyyatı
Əməyin iqtisadiyyatı — muzdlu işçi bazarının fəaliyyəti və dinamikasını anlamağa çalışan iqtisadiyyat elminin bir sahəsidir. Əmək bazarları işçilərin və işəgötürənlərin qarşılıqlı fəaliyyəti nəticəsində çalışır. Daha dəqiqi deyərsək, əmək bazarının tələb tərəfini işəgötürənlər, təklif tərəfini isə işçilər təşkil edir.
Əmək kitabçası
Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. == Kitabcanın forması == Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. == Azərbaycan Respublikası Əmək Məcəlləsində == Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər. == Əmək kitabçasının düzgün yazılması == Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır.
Əmək mühaciri
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Əmək müqaviləsi
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müәssisә әmәkdaşının vә müdiriyyәtinin hüquq vә vәzifәlәrini müәyyәn edәn rәsmi sәnәd. İşә götürmә zamanı rәsmilәşdirilir vә hәr iki tәrәf – işçi vә müdiriyyәtin nümayәndәsi imzalayır. Müxtәlif ölkәlәrdə əmək müqaviləsinin tәrkibi vә bölmәlәri fәrqlidir. Mәsələn Almaniyada uzun illәr əmək müqaviləsinin әsas bölmәlәrinә: әmәk fәaliyyәti; gәlirlәr (o cümlәdәn әmәkhaqqı); müdafiә tәdbirlәri (müvәqqәti әmәkqabiliyyәtsizliyi, әlillik, ölüm hallarında); mәzuniyyәt; 5) әlavә işlәrin görülmәsi qaydası; istehsal vә kommersiya sirlәrini saxlamaq öhdәliyi; ixtiraların rәsmilәşdirilmәsi vә ödәnilmәsi şәrtlәri; müqavilәnin qüvvәdә olduğu müddәt vә onu lәğv etmәk qaydası aid edilirdi.Əmək müqaviləsinin xüsusi növü işçilәr vә administrasiya arasında bağlanmış әmәk sazişidir. Bu sazişdә әmәk münasibәtlәri vә digәr münasibәtlәr, hәmçinin tәrәflәrin hüquq vә vәzifәlәri göstәrilir. == Əmək münasibətlərinin tərəfləri == Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.
Əmək məzuniyyəti
Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 1999-cu ildə qüvvəyə minmiş Əmək Məcəlləsinə görə, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Əmək nəğmələri
Əmək nəğmələri — əsas etibarilə bədii estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə sığmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: hana nəğmələri, sağın nəğmələri, gümçü-ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s. Əmək nəğmələri şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhvali-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Məsələn; == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Əmək qabiliyyətsizliyi
Əməkqabiliyyətsizliyi – işçinin xәstәliyә, istehsalatda vә ya mәişәtdә baş verәn bәdbәxt hadisәyә vә digәr sәbәblәrә görә әmәk funksiyalarını yerinә yetirmәk qabiliyyәtindәn müvәqqәti vә ya daimi mәhrum olması; sosial risk növlәrindәn biri. Müvәqqәti əməkqabiliyyətsizliyi dönәn xarakter daşıyır, insanın sağalması ilә onun әmәk qabiliyyәti bәrpa olunur vә o, işә çıxa bilir. Bu hal tibbi ekspertizaya әsasәn müәyyәn olunur vә әmәk qabiliyyәtinin olmaması vәrәqәsi vә ya arayışla tәsdiqlәnir. İnsanın әmәk qabiliyyәtinin bәrpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur vә hәmin şәxs әlil sayılır, bәzәn hәkimin mәslәhәtilә başqa rejimdә, yaxud başqa işdә işlәmәk imkanı olan qismәn әmәkqabiliyyәtli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarәlәrindә hәyat fәaliyyәtinin (o cümlәdәn әmәk qabiliyyәtinin) mәhdudlaşması strukturunun vә dәrәcәsinin qiymәtlәndirilmәsi әsasında әlillik qrupu vә reabilitasiya daxil olmaqla sosial müdafiә tәdbirlәri müәyyәnlәşdirilir. Müvәqqәti əməkqabiliyyətsizliyi mәlumatlarının tәhlili işçi tәrәfindәn onunla әlaqәdar sosial imtiyazlardan sui-istifadәni, yaxud Ə. yüksәk olan müәssisәlәrdә әmәk şәraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etmәyә imkan yaradır. Çox ölkәlәrdә əməkqabiliyyətsizliyi göstәricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müәyyәn edir, yәni əməkqabiliyyətsizliyi göstәricisi yüksәk olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox әhәmiyyәtlidir vә o, sahibkarlarla (onlar buna görә әmәk şәraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin sәbәb vә nәticәlәrini öyrәnmәk üçün işәdüzәltmә agentliklәrindә müstәqil tibbi müayinә institutu yaradılır vә bu, hәmin agentliklәrin hәkimlәrinә iş axtaran şәxsin zәrәrli vәrdişlәri (siqaretçәkmә, alkoqoldan sui-istifadә) dә daxil olmaqla, tam sağlamlıq vәziyyәti haqqında mәlumat tәqdim etmәyә imkan verir. Hәkimlәr bu işçinin әvvәlki iş yerindәki əməkqabiliyyətsizliyi üzrә mәlumat bazası nәzәrә alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müәyyәnlәşdirirlәr.
Əmək sosiologiyası
Əmək sosiologiyası — insanın işə münasibətində, onun ictimai fəaliyyətində, istehsal komandalarındakı insanlar və sosial qruplar arasındakı münasibətdə öz ifadəsini tapan sosial tipik prosesləri öyrənən sosiologiyanın bir bölümü. Dar mənada əmək sosiologiyası işəgötürənlərin və işçilərin iqtisadi və sosial təşviqlərə cavab olaraq davranışlarını araşdırır. Əmək sosiologiyası makro və mikroiqtisadiyyat, müəssisə iqtisadiyyatı, statistika, istehsalın təşkili və sahə sosioloji fənləri — təşkilatlar sosiologiyası, idarəetmə sosiologiyası, iqtisadi sosiologiya kimi iqtisadi elmlərlə sıx əlaqəlidir. == Tarixi == XIX əsrin əvvəllərində əməyin öyrənilməsinə dair empirik xarakterli ilk elmi əsərlər meydana çıxdı. XIX əsrin ikinci yarısında əməyin öyrənilməsinə dair ilk sistematik iş ortaya çıxdı. Amerikalı mühəndis Fredrik Teylor tərəfindən başladılan bu cür tədqiqatın məqsədi əvvəlcə istehsal əməliyyatlarının rasional icrası üçün metodlar tapmaq idi. Sonradan, "əməyin elmi təşkili" adını alan elmi bir istiqamət ortaya çıxdı. Bu elmi istiqamət çərçivəsində "əmək norması", "əmək haqqı", "peşə seçimi" və s. anlayışları meydana gəldi. Mərkəzi Əmək İnstitutunun rəhbəri Aleksey Qastev rus əmək sosiologiyasının inkişafına böyük töhfə verdi.Sonradan əmək sosiologiyasının formalaşmasına iqtisadiyyat, riyaziyyat, statistika, fiziologiya və insan psixologiyası, hüquqşünaslıq və s.
Əmək tutumu
Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu - sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.
Ətək (şəhər)
Ətək ㅡ Yəməndə şəhər. Şəbva mühafəzəsinin inzibati mərkəzi. Səna şəhərindən 458 km uzaqlıqda yerləşir.
Hafiz Əhməd Paşa
Müəzzinzadə Hafiz Əhməd Paşa (1564, Plovdiv – 10 fevral 1632, Konstantinopol) — IV Muradın Kösəm Sultan tərəfindən idarə olunduğu dönəmlərdə 2 dəfə — ümumilikdə 2 il 1 ay 20 gün müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. İkinci sədarət dönəmində ayaqlanan qapıqulu əsgərləri tərəfindən sultanın gözləri önündə linç edilmiş, bu hadisə IV Muradın real hakimiyyəti ələ almasında böyük rol oynamışdır. == İlk illəri == Türk əsilli olub, plovdivli bir müəzzinin oğludur. Əndərunda təhsil almışdır. Bir müddət hasodada (sultanın yaşadığı otaqda) xidmət göstərdikdən sonra I Əhməd dönəmində mühasib oldu. Daha sonra şahinçi olan Hafiz Əhməd 1608-ci ilin əvvəllərində kaptan-ı dərya olaraq saraydan ayrıldı. Ancaq həmin il Anadoluda baş verən Cəlali üsyanını yatıran sədrəzəm Quyucu Murad Paşa səfərdən geri döndü və öz adamı olan Kürəkən Xəlil Paşanı kaptan-ı dərya təyin etdi. Hafiz Paşa isə Şam bəylərbəyi olaraq 7 illik sürgünə yollandı. Daha sonra Van, Ərzurum, Bağdad və Anadolu bəylərbəyliklərinə təyin edildi.1622-ci ildə II Osmanın qətlindən bir müddət öncə Diyarbəkir bəylərbəyi seçildi. O dövrdə Diyarbəkir dəftərdarı olan İbrahim Peçəvinin qeydlərinə görə, II Osmanın qətlindən sonra Hafiz Əhməd Paşa başda Abaza Mehmed Paşa olmaqla digər bütün Anadolu bəylərini ətrafında toplayaraq Gənc Osmanın qatillərinə qarşı ittifaq qurdu.
FIFA
FİFA (fr. Fédération Internationale de Football Association - azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — mərkəzi İsveçrənin Sürix şəhərində olan, dünyanın ən böyuk idman təşkilatı. FİFA, hər dörd ildən bir FİFA Dünya Kuboku, hər iki ildən bir FİFA Konfederasiyalar Kuboku və hər il FİFA Klublararası Dünya Çempionatı turnirlərini təşkil edir. İndiyə qədər quruma 9 nəfər başçılıq edib. FİFA-nın indiki prezidenti Canni İnfantino təşkilatın onuncu rəhbəridir. == Tarixi == FİFA 1904-cü ildə yaradıldı. Bu müxtəlif ölkələrin komandaları arasında əlaqələrin genişlənməsinə xeyli təsir göstərdi. 1908-ci ildə futbol ilk dəfə Olimpiya oyunları proqramına daxil edildi. 1908 və 1912-ci illərdə keçirilən olimpiadaların ilk futbol turnirlərində ancaq Avropa qitəsinin təmsilçiləri iştirak edirdilər.