Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Holoqrafiya
Holoqrafiya lazer şüaları əsasında üç ölçülü görüntünün əldə edilməsinə verilən addır. Bir cismin kosmosdakı varlığı haqqında məlumatlar ümumiyyətlə səs və ya işıq dalğaları şəklində bizə çatır. Holoqrafiya, cisimlərdən gələn dalğalardakı məlumatları müəyyən bir şəkildə saxlayıb, sonradan bu məlumatları itkisiz ortaya qoymağa imkan verən bir texnikadır. == Etimologiyası == Bu mövzuda ilk tədqiqatları həyata keçirmiş Dennis Gabor, texnikaya Holoqrafiya adını vermişdir. Holos yunan dilindən tərcümədə bütöv deməkdir. Holoqram, cisimdən gələn dalğanın ümumi məlumatlarını, yəni həm genlik, həm də faz dəyərlərini qeyd edir. İstədiyiniz zaman orijinal səs dalğası bu qeyd mühitindən bərpa olunur. == Tarixçəsi == Gabor, 1948-ci ildə nəşr olunan ilk məqaləsində holoqrafik qeyd prinsiplərini ortaya qoydu. Normal fiziki detektorlar və qeydiyyat mühiti yalnız U2 dalğa intensivliyinə həssas olduğundan tp fazı qeyd oluna bilməz. Cisimdən gələn işıq dalğası özü ilə tezlik və faz baxımından münasib bir referans dalğasına müdaxilə etdiyi zaman yarana bilən dalğanın intensivliyi bu dalğaların intensivliyindən tək-tək asılı deyil, həm də aralarındakı faz fərqinə tabedir.
Fotoqrafiya
Fotoqrafiya (fr. photographie q.yun. φως / φωτος — "işıq" və γραφω "yazıram" sözlərindəndir) — işığın köməyi ilə şəkil çəkmək texnikasıdır. Fotokameranın köməyi ilə statik təsvirin işığahəssas materialda (fotolent və ya fotoqrafik matrisa (sensor)) əldə edilməsi və ya yadda saxlanılmasıdır. Fotoqrafiya, fotoşəkil və ya sadəcə şəkil insan tərəfindən baxıla (bu halda aşkarlanan fotolentin kadrı, elektron və ya çap halında olan təsvir hesab edilir) bilən fotoqrafik prosesslərin köməyi ilə əldə edilən yekun təsvirdir. Daha geniş mənada fotoqrafiya — fotoşəklin əldə edilməsi yaradıcılığıdır. Bədii prosses kompozisiyanın axtarılması və seçilməsi, işıqlanmanın, çəkiliş anının seçilməsiylə sonlanır. Bütün incəsənət növlərinə xarakterik olan kimi fotoqrafın da bu seçimi bacarığı, şəxsi üstünlüklərindən, zövqü ilə təyin edilir. Həssas materialın işləmə prinsipindən asılı olaraq fotoqrafiya üç böyük altbölümə bölünür: Kimyəvi fotoqrafiya — fotoprosesslərin baş verdiyi fotomateriallara əsaslanır. Rəqəmsal fotoqrafiya — təsvirin əldə edilməsi prosesi kimyəvi reaksiyalar nəticəsində deyil, matrisada yüklərin yerdəyişməsi nəticəsində baş verir.
Monoqrafiya
Monoqrafiya – müasir ədəbiyyatşünaslığın əsas formalarından biridir. Monoqrafiyalar müəyyən mövzuya, problemə və ya ədəbi şəxsiyyətin, alimin yaradıcılığına həsr edilən elmi əsərdir. Elmi dərəcə almaq üçün yazılan namizədlik və doktorluq dissertasiyaları da monoqrafiyanın bir forması sayıla bilər.
Topoqrafiya
== Topoqrafiya və Xəritə == Topoqrafiya bir elmdır ki əməli riyaziyyatı ölçüm texniklər və rəssamlıq hünəri ilə birləşdirir və yer sahəsinin bir qismini cizgi şəklində səhifə üzərində çəkir. eləcə demək olar ki xəritə bir səhifənin üzərində yerin bir sahəsinin üfüqi və kiçilmiş şəkilidir. == Geomorfoloji termin == Topoqrafiya – (rus. топография, ing. topography) /yun.topos-yer, məhəl və grapho- yazıram/- topoqrafik xəritədə mə­həl­li göstərmək üçün onun xəritə­ləşdirmə üsulunu işləyən – hazır­layan, elm. Aerofotoplanalma, elə­cə də kosmik planalma müasir topoqrafiyanın əsas üsullarıdır. == Topoqrafiya iş bölmələri == Bir sahənin alçaq-ucasın səhifə üzərində çəkilməsinə gərək bir neçə işlər görülə ki bu işlər üç yerə bölünür: 1- Çöl işləri: Sahəni ayarlamq,dayanacaqların yerin seçmək və ölçüm işlərini görmək.2- Mühasibat 3- Xəritənləri yaratmaq: İstənilmiş miqyas ilə Çöldə görülmüş işlər dəqiq Mühasibat işlərindən sonra bir səhifə üzərində çəkilir. == Topoqrafiyanın bütün bölmələri == Topoqrafiya elmi iki əsas bölməyə bölünür: 1- Topolojiya, ki yerın necə düzəlməsini ayarlayır. 2-Topometriya, ki ölçüm sənəti və yerın zahiri şəklini ayarlayır. == Topoqrafiyanin önəmi və işlənən sahələri == Topoqrafiya qədim texniklərindən biridir ki yerlərin bölməsində istifadə edilirdi.
Oroqrafiya
Oroqrafiya (yun. όρος – "dağ" və γραφία – "yazıram") — fiziki coğrafiyanın Yer səthinin relyef quruluşunu öyrənən bölməsi. Həmçinin "oreoqrafiya", "orologiya" və "oreologiya" adlarından da istifadə edilir. Orfoqrafiya – [yun. orthographia, orthos – düzgun] 1)dilçilikdə düzgün yazı qaydaları; 2)yazılı nitqin (söz və qrammatik formaların) düzgun əks olunmasını tənzim edən vahid qaydalar sistemi. Orfoqrafiya qaydaları nitqin yazılı formasını sabitləşdirir və ünsiyyət üçün əlverişli şəklə salır. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Abstrakt fotoqrafiya
Abstrakt fotoqrafiya — bəzən qeyri-obyektiv, eksperimental, konseptual və ya konkret fotoqrafiya adlı foto avadanlıq, proseslər və ya materialların tətbiqi sayəsində yaradılmış obyekt dünyası ilə əlqəsi olmayan vizual görüntünü əks etdirən vasitədir. Mücərrəd şəkil üçün hər kəs özünəməxsus kontekstdə təbii hadisə yerinin fraqmentini ayıra bilər, ilk baxışda real görüntü yaratmaq üçün daşınmaz obyektlərin rəng, işıq, kölgə, strukturu, formasından hiss, təəssürat və ya sensasiyaya uyğun olaraq mərhələli yolla istifadə edilə bilər. Şəkil çəkmək kamera,və ya kompüter kimi ənənəvi fotoqrafiya avadanlıqları istifadə etməklə aparıla bilər, ya da bu, birbaşa film təqdimatları, rəqəmsal fotoqrafiya və ya digər media tərəfindən kamera vasitəsilə yaradıla bilər. == Müəyyənləşdirilməsi == Müddətli "abstrakt fotoqrafiya"nın adətən-istifadə tərifi yoxdur. Mövzu ilə bağlı kitablar və məqalələr mücərrəd məsələnin mahiyyətini tam təsviri obrazı, bütünlüklə kamera və ya film, Marko Bröyerin qurama izləri kimi yaradılan obrazlar həmçinin Aaron Siskind-in qeyri-mötəbər şəkilləri kimi hər şey daxildir. Müddətli "abstrakt fotoqrafiya" öz təbiətinə görə birmənalı olan vizual nümayəndəliklərin geniş spektrini və fotoqrafiya növünün hər iki tərəfini nəzərdə tutur. Bir çox fotoqraflar, tənqidçilər, sənətşünaslar və başqaları konkret məna rəsmiləşdirmək istəyən abstrakt fotoqrafiya haqqında öz sözlərini. Elvin Lenqdon Coburn 1916-cı ildə "Abstrakt Fotoqrafiya" sərgisinin keçirilməsini təklif etmişdir".Təklif olunan sərgi baş tutmadı. Psixologiya üzrə professor, psixoloq və fotoqraf Con Şuler demişdir: "Mücərrəd şəkil və ağıl səfərdə heç-heçə edib". Bu, təbii çıxışları və faktiki dünyada tanınan subyektlərin səfərdə heç-heçə etməsidir.
Fotoqrafiya tarixi
Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.Optikanın "atası" hesab olunan və Avropada "Alhazen" kimi tanınan ibn-əl Heysəm Platon və Evkilindin işıq şüalarını gözlə əlaqəsi haqqında nəzəriyyənin səhv olduğunu sübut etmişdir.. Basralı ərəb fiziki və riyaziyyatçısı İbn əl-Heysəm günəş tutulması zamanı onun şüalarını incələmək üçün Kamera obskura (Qaranlıq qutu) adlı sistemdən istifadə etmiş və o, ilk dəfə kamera-obskuranın işləmə prinsipini izah etmişdi. Kamera-obskura zahirən bir tərəfində dəlik olan yeşiyə bənzəyirdi. Bu dəliyi hər hansı gur işıqlandırılmış cismə yönəltdikdə cihazın dəlikli tərəfindən əks tərəfdə cismin çevrilmiş və kiçildilmiş əksini almaq mümkün idi.
Fotoqrafiya xronologiyası
Fotoqrafiya xronologiyası - Fotoqrafiyanın və kinematoqrafiyanın inkişafında baş vermiş əsas hadisələr, fotoqrafiyanın inkişafına ciddi təsir göstərmiş kəşflər və ideyalar. X əsr - ərəb fiziki və riyaziyyatçısı İbn əl-Heysəm tərəfindən kamera-obskuranın işləmə prinsipinin ilk dəfə izah olunması. 1727 - Rusiyada Bestujev-Ryumin tərəfindən günəş işığında müxtəlif duz tərkibli məhlulların rənginin dəyişdiyinin aşkar olunması. 1727 - Həkim və anatomiya professoru İohann Henrix Şults tərəfindən ilk dəfə gümüş nitratın işığa həssaslığının müəyyən edilməsi və təcrübə vasitəsilə təsdiq edilməsi. 1777 - Karl Vilhelm Şults tərəfindən mavi və bənövşəyi şüaların qırmızı şüalardan daha təsirli olduğunun sübut olunması. 1800 - Vilyam Gerşel tərəfindən infraqırmızı şüalanmanın mövcudluğunun kəşf olunması. 1816 - Şotlandiyalı Ser Deyvid Bryusterin işığın polyarlaşdırılmasından faydalanaraq kaleydoskop icad etməsi. 1822, 19 iyul - fransız alim Yozef Nisefor Niyepsi (Joseph Niepce) tətəfindən ilk dəfə foto təsvirin alınması. 1831 - Belçikalı alim Yozef Plateyu və Avstriyalı Simon von Stamfer tərəfindən ilk animasiya aləti-fenakistiskop kəşf edilmişdir. 1834 - Alman alimi Yohann Varfolomey Trommsdorff (1770-1837) tərəfindən ilk fotokimya reaksiyasının keçirilməsi.
Klaudskeyp fotoqrafiya
Klaudskeyp fotoqrafiya — səmanın və ya buludların fotoqrafiyası. İlk klaudskeyp fotoqraflardan biri belçikalı fotoqraf Leonard Misonne (1870–1943) olmuşdur. Onun şəkilləri ağ-qara idi və əsasən tutqun səmanı və qara buludları çəkməyə üstünlük vermişdir. XX əsrin ortalarında ABŞ fotoqrafı Alfred Stiqlits (1864–1946) "ekvivalentlər" adlandırılan klaudskeyp fotoşəkil seriyası (1925–1931) yaratmışdır. "Phillips Collection" veb-saytında onun əsərləri haqqında bu fikirləri bildirmişdir: "Bu şəkillərin əsasını simvolik gözəllik təşkil edir, hansı ki, əsər müəllifinin təcrübələrinin, fikirlərinin və emosiyalarının get-gedə artan abstrakt ekvivalentləri olmuşdurlar". Son dövrlərin ən məşhur klaudskeyp fotoqrafları Ralf Steyner, Robert Devis və Tzeli Hadcidimitriou hesab olunurlar. == Misallar == == İstinadlar == == Mənbələr == Davies, Robert; Christopher Bucklow; "Cloudscapes"; Lisbon (Portugal). Arquivo Fotográfico Municipal. (Lisboa, Portugal: Câmara Municipal, Cultura: Arquivo fotográfico, 1997) ISBN 972-97226-2-5 [Worldcat subject headings include "Davies, Robert" and "Photography of clouds"] Steiner, Ralph. Smith College.
Kompüter tomoqrafiya
Kompüter tomoqrafiyası – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompüter tomoqrafiya metodu əsasında kompüter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılmışdır. == Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri == Müayinənin yüksək sürəti digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır. Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur. 3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır.
Monotip (poliqrafiya)
Monotip (q.yun. μόνος – tək; τύπος – çap izi) — ayrı-ayrı literlərdən və boşluq materialından ibarət, tələb olunan uzunluqda şrift sətirlərinə uyğun çap yığısı hazırlayan avtomatik hərftökən maşın. Klaviaturalı və hərftökən aparatlardan ibarətdir. Klaviaturalı aparat çap yığısını deşiklərdən ibarət kombinasiyalar (perforasiyalar) ardıcıllığı şəklində kağız lentə (perfolentə) qeyd edir və sözlər arasındakı boşluqların ölçülərini müəyyələşdirir. Hərftökən aparatda isə kağız lent üzərində qeyd olunmuş mətnə və boşluq ölçülərin əsasən uyğun ardıcıllıqda literlər, boşluqlar tökülür, səirlər yığılıq və qrankalar alınır. İdarəetmə proqramının avtomatda hazırlanma sürəti adi yazı makinasında çapetmə sürətinə yaxındır. Monotip dəqiqədə 180-ə qədər liter tökə bilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бушунов В. Т. Монотип (Наборная и отливная машины). — М.; Л., 1948. Шульмейстер М. В. Монотип.
Panoram fotoqrafiya
Panoram fotoqrafiya — panoram şəkil çəkilməsinə əsaslanan fotoqrafiya texnikası. Panoram fotoçəkiliş sayəsində geniş bucaqlı zəngin məzmun fotoşəkildə əks olunur. Bu termin altında aşağıdakılardan hər hansı biri nəzərdə tutulur: geniş və hətta 180 dərəcəni aşan baxış bucağı altında çəkilmiş fotoşəkil; tərəflərinin nisbəti 1x2, 1x3 və daha geniş olan "uzun formatlı" adi fotoşəkil; müxtəlif adi və ya geniş ölçülü kadrların birləşdirilməsindən yaradılmış fotoqrafiya.Fotoaparatı dayaq üzərinə qoyaraq və ya ştativ vasitəsilə sabit bir ox ətrafında çevirərək də 360 dərəcəlik çekiliş əldə etmək mümkündür. == Xarici keçidlər == DMOZ-da Panoram/360° fotoqrafiya texnika və stilləri DMOZ-da Panoram şəkil qalereyaları Panoram fotokameraların tarixçəsi 1843–1994 Stanford University CS 178 interactive Flash demo explaining the construction of cylindrical panoramas.
Postmortem fotoqrafiya
Post-mortem fotoqrafiya (ing. Post-mortem photography) — vəfat etmiş şəxsin fotolarının çəkilməsi ənənəsi. Ölüm sonrası fotoqrafiya anlamına gələn Post-mortem fotoqrafiya XIX əsrin sonları, XX əsrin əvvəllərində Amerika və Avropa mədəniyyətlərində geniş yayılmışdır. Post-mortem fotolar adətən vəfat etmiş şəxsin qohumları tərəfindən onun xatirəsini əbədiləşdirmək və daimi xatırlamaq məqsədi ilə hazırlanırdı. Post-mortem fotoların çəkilməsi ənənəsi XX əsrin əvvəllərində Azərbaycanda da mövcud olmuşdur. Hacı Zeynalabdin Tağıyevin ailə üzvləri ilə birlikdə vəfat etmiş oğlu Kazımın tabutu önündə çəkdirdiyi şəkil buna misal göstərilə bilər.
Rəqəmsal fotoqrafiya
== İstinadlar ==
Holoqrafik şahmat
Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir. İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir. Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır. Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir.
Fotoqrafiya və hüquq
Fotoqrafların intellektual mülkiyyət hüququ müxtəlif yurisdiksiyalardakı müəlliflik hüquqları vasitəsilə qorunur. Bəzi hallarda fotoqrafiya mülki hüquq və yaxud cinayət qanunları ilə çərçivələnə bilər. Müəyyən şəkilləri dərc etmək məxfilik siyasəti və digər qanunlarla məhdudlaşdırıla bilər. Fotoqrafiyanın ümumilikdə ictimai maraqlar və uşaqların qorunması çərçivəsində limitlənməsi mümkündür. Fotoqrafiyaya olan reaksiyalar cəmiyyətdən cəmiyyətə dəyişir və hətta rəsmi qadağalar olmayan yerlərdə belə insanları və məkanları çəkməyə qarşı narazılıqlar yarana bilir. Qanuni olan fotoqrafiyaya reaksiyalar müxtəlif olur, belə ki, şikayətdən zorakılığa qədər hüdudlanır. == Birləşmiş Krallıq == === Fotoqrafiyaya qanuni qadağalar === Birləşmiş Krallıqda ictimai yerlərdə şəxsi mülkiyyətin fotolarını çəkməyi qadağan edən qanunlar yoxdur. O cümlədən, mülkədarın icazəsi olduğu təqdirdə şəxsi əmlakda çəkilən şəkillərə qadağa qoyulmur. Lakin, əmlak sahibləri əmlaklarına daxil olunduğu halda istədikləri şərtləri (fotoşəkili qadağa etmək və ya limitləmək daxil olmaqla) tətbiq etməkdə sərbəstdirlər. Birləşmiş Krallıqdakı iki ictimai yer, Trafalqar Meydanı və Parlament Meydanının kommersiya məqsədilə Mayorun, Meydan İdarəetmə Komandasının icazəsi olmadan və xidmət haqqı ödənilmədən çəkilən şəkillərə qarşı xüsusi təminatı vardır.
Kral Fotoqrafiya Cəmiyyəti
Kral Fotoqrafiya Cəmiyyəti (ing. Royal Photographic Society) — Böyük Britaniyada yerləşən və dünyanın ən nüfuzlu fotoqrafiya birliklərindən biri. Bu, dünyada ilk fotoqraflar cəmiyyətidir. Cəmiyyətin baş direktoru Mixael Pritçarddır. == Tarixi == Cəmiyyətin əsası 20 yanvar 1853-cü ildə britaniyalı fotoqraf Rocer Fenton tərəfindən qoyulmuşdur. Həmin vaxt adı London Fotoqrafiya Cəmiyyəti idi. 1874-cü idə adı dəyişdirilərək Böyük Britaniya Fotoqrafiya Cəmiyyəti, 1894-cü ildən isə Kral Fotoqrafiya Cəmiyyəti olmuşdur. == Üzvləri == Yarandığı gündən bəri cəmiyyətdə 80 min fotoqraf təmsil olunub.Müxtəlif ölkələrdən adlı-sanlı fotoqraflar, o cümlədən Martin Parr (Böyük Britaniya), Enni Leybovits (ABŞ) bu cəmiyyətin üzvüdürlər.2015-ci ildə azərbaycanlı fotoqraf Rüfət Əliyev Kral Fotoqrafiya Cəmiyyətinə üzv seçilib. == Xüsusi maraq qrupları == Cəmiyyət üzvlüyü çərçivəsində xüsusi maraqları təmin etmək məqsədilə müxtəlif vaxtlarda xüsusi maraq qrupları yaradılmışdır. Bura aşağıdakılar daxildir: Şəkil qrupu (1919) Elm və texnika qrupu (1920) Kinematoqrafiya qrupu (1923) Rəng qrupu (1927) == Həmçinin bax == Azərbaycan Fotoqraflar Birliyi == İstinadlar == == Əlavə oxu == Jane Fletcher, '"Un Embarras de Richesses": Making the Most of the Royal Photographic Society Collection, 1970-1980', Photography & Culture, vol.
Maqnit rezonans tomoqrafiya
Maqnit rezonans tomoqrafiya (MRT) - bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumların vizuallaşmasını təmin edir... Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur. MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar. == Tarix == MRT 1946 – ci ildə F.Bloch tərəfindən ixtira edilmiş nüvə maqnit rezonansı hadisəsinə əsaslanır. == Müasir tomoqrafiya == Müasir tomoqrafiya vasitəsilə pasiyentin vəziyyətini dəyişmədən skanerləmə üsulu ilə istənilən iradi müstəvidə tomoqramlar almaq mümkündür. MRT müayinədə KT – yə analoji olaraq məlumatın fəza kodlaşması prinsipindən istifadə olunur.
Nizami Gəncəvi (Monoqrafiya)
Mütərcim Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi
"Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi — Azərbaycanda nəşriyyat 1993-cü ildən fəaliyyətə başlayan "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi Azərbaycanda yaranan ilk özəl nəşriyyatlardandır. Əsasən, tərcümə ədəbiyyatlarının, lüğətlərin, ensiklopediyaların, ali və orta ixtisas məktəbləri üçün dərslik, dərs vəsaitlərinin nəşri sahəsində ixtisaslaşmışdır. İldə 100-120 adda kitab nəşr edir. == Tarixi == 1993-cü ildən fəaliyyət göstərən "Mütərcim" - Tərcümə Mərkəzinin təsisçiliyi ilə fəaliyyətə başlamışdır. == Mükafatları == Nəşriyyat 1999 və 2001-ci illərdə "İlin nəşriyyatı" adına layiq görülmüşdür. Bir sıra respublika və beynəlxalq kitab sərgilərinin nominantı olmuşdur. Müxtəlif kitab sərgi və yarmarkalarda nəşriyyatın çap etdiyi kitablardan A.Hacyevin «Ренессансный мир «Хамсе» Низами Гянджеви» - "ən məzmunlu kitab", R.Əkbərovun «İlk tibbi yardım» kitabı – «tibbi biliklərin təbliği», V.Yusiflinin «Tənqid də yaradıcılıqdır» kitabı – "ən yaxşı tənqidi kitab", T.Cəfərovun «Тйрко-славйанскийе связи в литературе древней Руси» kitabı – "ən yaxşı ədəbiyyat tarixi kitabı", R.Əkbərovun «Povest və hekayələr» kitabı – "ilin satira kitabı", F.Dostoyevskinin «Karamazov qardaşları» romanı (tərcümə edəni Telman Vəlixanlı) – "ilin bədii tərcümə kitabı", «Dilçilik ensiklopediyası» – "ilin filoloji layihəsi", həmçinin «Mütərcim» jurnalı – "ilin tərcümə jurnalı" və s. nominasiyaların qalibi olmuşdur. == Yerli və xarici əlaqələri == Nəşriyyat respublikanın yaradıcı birlikləri (Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, «Содружество», «Луч», «Южный треугольник» və s.), respublikanın və xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları (Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, əl-Fərabi adına Qazaxıstan Dövlət Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Voronej Dövlət Pedaqoji İnstitutu (Rusiya) və s., elmi-tədqiqat müəssisələri (AMEA-nın Ədəbiyyat, Dilçilik İnstitutları və s., Təhsil Problemləri İnstitutu), həmçinin xarici ölkələrin bir sıra nəşriyyat və jurnalları («Златоуст», «Спутник+», «РАЕ», «Росиздат», «Литера», «Наука и жизнь Казахстана» və s.) ilə sıx əməkdaşlıq edir.
Heydər Əliyev və klassik irs (monoqrafiya)
Heydər Əliyev siyasəti: tarix və müasirlik (monoqrafiya)