Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
İtqıran
İtqıran (Nor Aznaberd – erm. Նոր Ազնաբերդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin '' Məvaziyi-Xatun'' nahiyəsində Itqİran kimi qeyd olunmuşdur. 1728-ci ilə aid mənbədə '' Hüseyn vələdi Mövlud'' adlı şəxsə (mülkədara) aid kənd olduğu göstərilir. 1935-ci ildə kənd guya pis səsləndiyinə görə "Gülüstan" adlandırılmışdır.1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Rayon mərkəzindən 17 km cənub-qərbdə yerləşir. == Toponimi == Toponimin birinci komponenti qıpçaqların Et tayfasının adından ibarətdir. 1185-ci ilə aid bir rus salnaməsində Cənubi Şərqi Avropa çöllərində poloveslərin (qıpçaqların) bir tayfasının adı Etebiçi ("Et''etnonimdən, ''oba''sözündən və rus dilində əlavə olünmuş ''içi'' pat-ronimik şəkilçisindən) kimi qeyd olunmuşdur. Bu tayfanın adı Etil (Et eli, yə’ni tayfası) kəndinin adında da (bax) əksini tapmışdır. 1588-ci ilə aid mənbədə Gəncə qəzasının ''Kürək aranı'' (yə'ni ''Kürəkçay sahilində qışlaq'') adlı yerdə Idlu (Etlu etnoniminin təhrif forması) adlı bir elin qışlaması qeyd olunur .
İtqıran (dərə)
İtqıran — Azəarbaycan Respublikası Cəbrayıl rayonu dağ Tumas kəndi ərazisində dərə adı. == Toponimikası == Ermənistanda İtqıran kənd və Laçın rayonu çəmbər kəndi ərazisində İtqıran dağ adları ilə mənaca eynidir. Qıpçaqların İd (Ed, Et) tayfasının adından və qədim türk dillərində kuran "50 alacıqdan ibarət düşərgə" sözündən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətində Nalçik dairəsində İtqırtı (dağ), İtkolu (çay), həmin əyalətin Qrazlı dairəsində Etkala, Azərbaycanda İtyat (dağ) Ermənistanda İtgör. Gürcüstanda İdleti hazırda Azərbaycanda Ətcələr və b. adlarla mənşəcə eynidir.
İtqıran nekropolu
İtqıran nekropolu — Yаşаyış yеrinin 1 km-liyində yеrləşir. Qəbirlər qərb-iərq istiqаmətindədir. Bаşdаşılаrı hündür оlub əksəriyyətinin bir üzündə аypаrа təsvir еdilmişdir. Mərhumlаrın аdlаrı cızmа üsulu ilə dаş üzərinə həkk еdilmişdir. Kitаbələr ərəb əlifbаsı ilə yаzılmışdır. Оnlаrın üzərində Əli, Mаqsud, Həsən, Zеynəb, Fаtmа və bаşqаlаrının аdlаrı охunur. Əsrlərin sınаğındаn çıхıb zəmаnəmizədək qаlmış müsəlmаn qəbirstаnlığıı еrmənilər tərəfindən dаğıdılıb məhv еdilmişdir. Nеkrоpоl еyniаdlı yаşаyış yеrinə məхsus оlub 9-17 əsrlərə аiddir.
İtqıran yaşayış yeri
İtqırаn yаşаyış yеri — Еl аrаsındа Dərələyəz sırа dаğlаrının ən hündür yеri Mаilхаn аdlаnır. Mаilхаn dаğının аrхаsındа yеrləşən İtqırаn yаşаyış yеrinin хаrаbаlıqlаrı indi də qаlmаqdаdır. Еvlər düzbucаqlı fоrmаlıdır. Yаşаyış binаlаrı dаşdаn inşа еdilmiş, bəzi еvlərin tikintilərində çiy kərpic və möhrədən istifаdə оlunmuşdur. Еvlərin içərisində dördkünc və tаğşəkilli tаxçаlаr vаrdır. Yеrüstü mаtеriаllаr çəhrаyı rəngli şirli və şirsiz kеrаmikаdаn ibаrətdir. Yаşаyış yеri IX-XVII əsrlərə аiddir.
İztirab
İztirab — müxtəlif fəlsəfi və dini sistemlərə mövzu meydana gətirmiş, mistisizm, ezoterizm və spiritualizmdə əhəmiyyət verilən və ruhi inkişafı provayderi, təlimçi xüsusiyyəti ilə ələ alınan bir anlayışdır.
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Siyasi-iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
İqtibas nəzəriyyəsi
İqtibas nəzəriyyəsi — miqrasiya nəzəriyyəsi, “köçəri süjetlər” nəzəriyyəsi də adlanır. Müxtəlif xalqların folklorundakı oxşarlığı yerdəyişmə, iqrasiya (süjetlərin, poetik əsərlərin bir və ya bir neçə ölkədən başqa ölkələrə keçməsi) ilə izah edən nəzəriyyə. Dünya mədəni əlaqələrinin vüsət aldığı XIX əsrin 2-ci yarısında meydana gəlmişdir. Bu məktəbin nümayəndələrinin qənaətlərinə görə, dünya xalqları folklor mətnlərini eyni mənbədən götürmüşlər. İqtibas nəzəriyyəsinin yaranması, əsasən, alman filoloqu Teodor Benfeyin (1809-1881) adı ilə bağlıdır. O, 1859-cu ildə qədim hind abidəsi olan “Pançatantra”nı (“Kəlilə və Dimnə”) (1859) tərcümə və tədqiq edərək, belə qənaətə gəlmişdir ki, müxtəlif xalqların folklor, obraz, motiv və ya süjetlərinin oxşarlığı onların qohumluğu (Qrimm qardaşları) ilə deyil, qarşılıqlı mədəni-tarixi əlaqələrlə izah edilməlidir. Onun fikrinə görə, Qərbə nağıl süjetləri Şərqdən, daha doğrusu, hind nağıllarından keçmişdir, yəni folklor süjetlərinin ilk mənbəyi Şərqdir.Teodor Benfey öz nəzəriyyəsini əsaslandırmaq üçün hətta bu mətnlərin keçə biləcəyi istiqamətləri də müəyyən etməyə çalışmışdır. Bir sıra tarixi (xalqların böyük köçü, müharibələr – xüsusən də Makedoniyalı İsgəndərin yürüşləri, ərəblərin hücumu, səlib müharibələri və s. nəticəsində kütlələrin yerdəyişməsi) və mədəni (VIII əsrdən başlayaraq “Kəlilə və Dimnə”nin ərəb, fars, latın, yəhudi, fransız, ispan və s. dillərə tərcümə edilməsi və s.) ayrı-ayrı folklor süjetlərinin də bir ölkədən digərinə keçməsinə səbəb olmuşdur.
Beynəlxalq Siyasi İqtisad
Beynəlxalq Siyasi İqtisad və ya digər adı ilə Qlobal Siyasi İqtisad, beynəlxalq münasibətlər və iqtisadiyyatla əlaqəli ikiistiqamətli bir elm sahəsidir. BSİ-nin siyasi elmlər, sosiologiya, tarix və mədəniyyət kimi fərqli sahələrlə də bağlı olan aspektləri mövcuddur. Ən çox əlaqəli olduğu akademik mövzular isə Makroiqtisadiyyat, Beynəlxalq Biznes, Beynəlxalq İnkişaf vəİnkişaf İqtisadiyyatıdır. Beynəlxalq Siyasi İqtisad alimləriqloballaşma, beynəlxalq ticarət, beynəlxalq maliyyə, maliyyə böhranı, mikroiqtisadiyyat, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq bazarlar, siyasi risk, sərhədlərarası iqtisadi problemlərin həllində dövlətlərin əməkdaşlığı və ölkələrarası iqtisadi güc balansı məsələləri üzrə elmi müzakirə və araşdırmaların tam mərkəzindədir. == Yaranması == BSİ-nin müstəqil sahə kimi formalaşması, təxminən, XIX əsrə təsadüf edir, çünki bu tarixə qədər BSİ-nin iqtisadiyyatla eyni məna daşıdığı düşünülürdü. İlk siyasi iqtisadçılar arasında Con Meynard Keyns, KarI Marks və digər önəmli şəxslərin adları var. == BSİ-dəki məsələlər == === Beynəlxalq Maliyyə === Beynəlxalq Ticarət və Maliyyə BSİ tərkibindəki ən önəmli mövzulardandır.Liberal baxış açısı XVIII əsrdə Adam Smit tərəfindən təqdim olunduqdan sonra Qərbdə maraq doğurmuş və uzun müddət öz elmi liderliyini qorumuşdur. Liberalizmə alternativ bir sistem 1940-cı illərdə Keynsçilik nümunəsi ilə meydana gəldi və 1970-ci illərin əvvəlinədək alimlərin diqqət mərkəzində qaldı. Keynsçiliyin əsasında daxili makroiqtisadi siyasətlə əlaqəli məsələr dayanırdı. Keynsin fikirləri, həmçinin akademik tənqid də doğurmuş və Fridrix fon Hayek, Milton Fridmen və Çikaqo məktəbinin digər aparıcı alimləri tərəfindən 1950-ci və 70-ci illərdə tənqid olunmuşdur.
Praqa İqtisad Universiteti
Praqa İqtisad Universiteti (çex. Vysoká škola ekonomická v Praze) ― Çexiyanın Praqa şəhərində yerləşən, üçqat akkreditasiyalı dövlət universiteti. İqtisadiyyat təmayüllü universitetin əsası 1919-cu ildə Çex Texniki Universitetinin nəzdnində bank sektorunun və sənaye müəsssisələrinin idarəetməsinə dair dərslərin tədris olunduğu Praqa Ticarət Kollecinin qurulması ilə qoyulmuşdur. 1949-cu ildə Praqa Siyasət və İqtisad elmləri Universiteti olaraq yenidən formalaşdırılan ali təhsil müəssisəsi, 1953-cü ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərir. Hazırda 6 fakültədə bakalar, magistr və doktorantura dərəcələrində təhsil alan 19 min tələbəsi vardır. Ümumilikdə 3 kampusa malik universitetin əsas kampusu Praqanın Jijkov bölgəsində yerləşir.Praqa İqtisad Biznes Universiteti qabaqcıl idarəetmə məktəblərinin təmərküzləşdiyi "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Çexiyadan üzv olan yeganə ali təhsil müəssisəsidir. Eduniversal nəşrinin 2020-ci ildə dərc edilmiş akademik qiymətləndirmə hesabatında Praqa İqtisad Universiteti iqtisad elmlərində Şərqi Avropa regionu üzrə birinci olmuşdur. Universitetin Biznes idarəetməsi fakültəsi Çexiyanın ən nüfuzlu ali biznes məktəbi hesab olunur. Financial Times qəzetinin sıralamasına görə, Praqa İqtisad Universiteti idarəetmə ixtisası üzrə verdiyi təhsilin keyfiyyətinə görə dünyada ilk 25 ali təhsil müəssisə arasındadır.Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Praqa İqtisad Universiteti məhz siyasi sahədə 2 prezident, 5 baş nazirlə yanaşı, yüzlərlə nazir, millət vəkili, bürokrat və diplomat yetişdirmişdir. Ali təhsil müəssisəsinin məzunları sırasında çex milyarder Pitr Kelner, 4 qat dünya çempionu Yan Veber və aktyor Martin Pol da vardır.
Yengi İspiran (Təbriz)
Yengi İspiran (fars. ينگي اسپران‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,012 nəfər yaşayır (735 ailə).
İqtisad elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Əsas əl-iqtibas
Əsasül-iqtibas — (fars. اساس‌الاقتباس‎) Məntiq elmində "bəşərin ustadı" hesab edilən Xacə Nəsirəddin Tusinin əsəridir. Öz sahəsində nadir və misilsiz olan bu qiymətli əsər, "şeyx-ər-rəis" adlanan İbn Sinanın "Şifa" adlı məntiq kitabından sonra məntiq elmi üzrə yazılmış ən yaxşı və ən mükəmməl kitab hesab edilir. Qeyd etmək yerinə düşər ki, məntiqə həsr olunan Əsasül-iqtibas əsərində Nəsirəddin Tusi İbn Sinanın ardıcılıdır. == Kitabın "Əsasül-iqtibas" adlanmasının səbəbi == Bu kitabın niyə məhz "Əsasül-iqtibas" adlanmasının səbəbi dəqiq məlum deyil. Ola bilsin ki, bu kitab məntiq barədə yazıldığından və bilidiyimiz kimi məntiq elmi digər elmlər üçün əsas rol oynadığından Xacə Nəsirəddin Tusi bu adı həmin kitaba münasib görmüş və kitabı belə adlandırmışdır. == Kitabın üstünlükləri == Bu kitabın digər kitablardan üstünlüyü kimi onun fars dilində sadə yazılmasını, çox vaxt faydası olmayan irad və etirazlardan çəkinərək oxucunu sərgərdanlıqdan xilas etməsini, məntiqin bütün mövzularını əhatə etməsini qeyd etmək olar. == Nəsirəddin Tusinin əsərləri == Tusinin yorulmaz tədqiqatçısı olan Mudərris Rəzəvi Əsas əl-iqtibas əsərinin önsözündə onun 113 əsərinin adını qeyd etdikdən sonra 21 əsərin də adını qeyd edərək onların Tusiyə məxsus olub-olmaması barədə fikir ayrılıqlarının olduğunu qeyd etmişdir. Tusi mənitq barəsində bir neçə əsər yazmışdır ki, onların həcmcə ən böyüyü Əsas əl-iqtibas əsəridir. == Əsasül-iqtibas kitabının fəsilləri == Məntiqi ilk dəfə tərtib edərək sistem halına salan Aristotel, öz məntiqini altı hissəyə bölüb onu "Orqanon" adlandırdı.
Hipparx (tiran)
Hipparx (q.yun. Ἵππαρχος; e. ə. VI əsr, Afina – e.ə. 514, Afina) — eramızdan əvvəl 527-ci ildən başlayaraq böyük qardaşı Hippias ilə birlikdə Afina tiranı. O, Pisistratın ikinci oğlu idi, anasının adı Koysira idi. Ənənəyə görə, o, yüngülxasiyyətlik, tez-tez aşiq olma və şairlər (xüsusən Anakreon və Simonidə) və "muzalara" himayəçiliyi ilə məşhur idi. Fukididə görə, Hipparx şiddətə meylli deyildi və hər hansı bir narazılığın qarşısını almağa çalışırdı, bunun nəticəsi kimi onun hökmdarlıq dövrü əhali tərəfindən yaxşı qarşılanmırdı və əziyyətli keçirdi. Yüngülxasiyyətliyi onun ölümünə səbəb oldu, çünki o, Harmodini əldə etməyə cəhd göstərdi, amma imitna alandan sonra onun bacısı və özünü təhqir etdi (sonrakı hekayələrə görə, o, Harmodinin bacısına Panafiney bayramının təntənəli nümayişində iştirak etməyə qoymadı və eyni zamanda Harmodini qorxaq adlandırdı). Nəticədə, Harmodi və Aristogiton əlbir olub Hipparxı qətlə yetirdilər.
Tiran (İran)
Tiran — İranın İsfahan ostanının şəhərlərindən və Tiran və Kərun şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,673 nəfər və 4,431 ailədən ibarət idi. Bu şəhərin keçmiş adı Tehran idi və tarixi kitablarda İsfahan Tehranı kimi tanınırdı..
Tiran adası
Tiran adası (ərəb. جزيرة تيران‎) — Tiran boğazında, Qırmızı dəniz suları ilə yuyulan ada. Ada Sanafir adasından qərbdə yerləşir. İnzibati baxımdan Səudiyyə Ərəbistanına aiddir. Sahəsi 80 km²-dir. İqlimi olduqca istidir. Tropik qurşaqda yerləşir. Adada yaşayış yoxdur. Bitki və heyvalar aləmindən demək olar ki məhrumdur. Quraq tropik iqlim hakimdir.
Tiran boğazı
Tiran boğazı— Qırmızı dənizdən Aqaba körfəzini ayıran Ərəbistan və Sinay yarımadaları arasında dar dəniz keçididir. İki yarımada arasındakı məsafə təxminən 13 km-dir (7 dəniz mili). Tiran körfəzi Sinay yarımadasının 5–6 km-də yerləşən Tiran adalarının şərəfinə adlandırılıb.
Tiran Kelekyan
Tiran Kələkyan (erm. Տիրան Քէլէկեան; 1862, Kayseri – 20 oktyabr 1915, Çanqırı) — Osmanlı ermənisi jurnalist, yazıçı və siyasi tarixçi. == Həyatı == Tiran Kələkyan 1862-ci ildə Sərraf Qriqor Kələkyan Əfəndinin oğlu olaraq Osmanlı imperiyasında, Kayseridə anadan olmuşdur. O, 1880-ci ildə ticarət məktəbində oxumaq üçün Marselə göndərilmişdir. Kələkyan qayıdandan sonra jurnalist və hüquqşünas olmuşdur. O, erməni əlifbası ilə türkcə çıxan "Mənzumə-i Əfkar" qəzetinin redaktoru, erməni əlifbası ilə türkcə çıxan "Cahan" qəzetini bir il nəşr etdirmiş, eyni zamanda Həmid Vəhbinin "Səadət" qəzetində tərcüməçi, sonra isə redaktor olmuşdur. Kələkyan "Tarik Sabah" və "Cəridə-i Şərqiyyə" qəzetlərində yazıçı və baş redaktor olaraq çalışmış, ardınca 1904-cü ildə Londona köçmüşdür. O, 1908-ci ildə konstitusiyalı monarxiyanın elan edilməsi ilə İstanbula qayıtmışdır. Kələkyan "Sabah" qəzetinin siyasi baş redaktoru olmuş, həmçinin 1909-–-cü illər arasında "Məktəb-i hərbiyyə" və "Məktəb-i mülkiyyə" kimi məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. O, 24 aprel 1915-ci ildə həbs edilərək Çanqırıya göndərilmişdir.
Dörd böyük ixtira
Dörd böyük ixtira Dörd böyük Çin ixtirası — Orta əsrlərdə Çində icad edilən kompas, barıt, kağız və kitab çapının ümumi adıdır. Ad Çin elmini tədqiq edən dahi Britaniya tədqiqatçısı (ing. Joseph Needham) tərəfindən təklif edilmişdir. Gündüz vaxtı istiqamətləri təyin etmək üçün maqnit cihazı ilk dəfə 1044-cü ildə Çin kitabında xatırlanır. Təkmilləşdirilmiş kompas, 1088-ci ildə yazılmış bir yazıda Şen Ko tərəfindən ətraflı təsvir edilmişdir. "Vujing zonqyao" hərbi traktatında (1044), nitrat miqdarı 27 ilə 50 % arasında olan barıt hazırlamağın müxtəlif üsulları təsvir edilmişdir. Xubilay xan dövründə (1260-1294), İnçiüdə (çin. 扬州市 Yángzhōu shì) bir silah-sursat anbarında baş verən partlayış yüz mühafizəçinin ölümünə səbəb olmuşdu. O vaxtlar çinlilər barıt ilə doldurulmuş çuqun qumbaralardan istifadə edirdilər. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsi
Ağviran
Ağviran — 1728-ci ildə İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı. Zəncirli kəndinin yaxınlığında yerləşir.
Azərbaycan Dövlət İqtisad İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Azərbaycan Maliyyə-İqtisad Kolleci
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, == Tarixi == Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
Ağviran (Çaldıran)
Ağviran (fars. اغورا‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 59 nəfər yaşayır (20 ailə).
Çığıran sərçələr
Çığıran sərçələr (lat. Tyranni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
İtırqan adası
İtırqan (çuk. Игынран, esk. Сиклюк) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində, Çukot yarımadası sahilində yerləşəir. Materikdən Senyavin boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiya Feferasiyası Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazinə daxildir. == Yerləşməsi == Çukot yarımadasının cənub-şərq qutaracağı olan Çukotski burnundan şimalda, materikdən 1,5 km, Arakamçeçen adasından isə 3,8 km aralıda yerlir. Arakamçeçen adası ilə arasında yerləşən boğaz dekabr ayında donur. Boğazın buzdan azad olması iyun ayına təsadüf etsə də, buzun tam əriməsi iyul ayına təsadüf edir. Adanın sahəsi 55 km²-dir. Ada 13,5 km məsafədə uzanır.
Əsəd Oqtay İldıran
Əsəd Oqtay İldıran (türk. Esat Oktay Yıldıran; 15 fevral 1949 – 22 oktyabr 1988, İstanbul) — Türkiyə hərbçisi. O, Kipr əməliyyatında iştirak etmiş və 1980-ci il dövlət çevrilişindən sonra Diyarbəkir həbsxanasında daxili təhlükəsizlik komandiri vəzifəsində çalışmışdır. İldıranın Diyarbəkir həbsxanasında işlədiyi müddətdə məhbuslara işgəncə verdiyinə dair iddialar var. O, 22 oktyabr 1988-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. İldıranın nəşi Ədirnəqapı şəhidliyində dəfn edilmişdir. == Fəaliyyəti == Əsəd Oqtay İldıran 1974-cü ildə Kipr əməliyyatında xidmət etmişdir.Əsəd Oqtay İldıran 12 sentyabr dövlət çevrilişindən sonra 24 fevral 1981-ci il tarixindən 1983-cü ilə qədər Diyarbəkir E tipli hərbi həbsxanasında təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. O, Ankaradan Diyarbəkirə göndərilmiş və kiçik gizir Mövlud Ağqoyun əvəzinə bu vəzifənin icrasına başlamışdır. İldıranın vəzifədə olduğu müddətdə məhbuslara işgəncə verməsi ilə bağlı iddialar var.İddialara görə, İldıran 1980-ci ildən sonra Diyarbəkir həbsxanasına təyin olunduqdan sonra həbsxanada fukoçu intizam üsulları tətbiq olunmağa başlanmışdır. Onun türk dilini bilməyən məhbusları bir gecədə İstiqlal Marşı, Andımız, Gəncliyə xitab və Atatürk prinsiplərini əzbərlətdirdiyi haqqında məlumatlar mövcuddur.