Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmaməddin Abdullazadə
İmaməddin Hümbətov
İmaməddin Həsənov
İmaməddin Həsənov — rejissor, aktyor. İmaməddin Həsənov 1980-ci oktyabr ayının 15-də Quba şəhərində dünyaya gəlib. Orta təhsilini Qubada alıb. 1996-cı ildən Kimya-biologiya liseyində oxuyub. 1998-ci ildə liseyi bitirib, ADMİU-nun "rejissorluq" fakültəsinə daxil olub. Sənət müəllimləri Fikrət Məlikov və Cənnət Səlimova olublar. 1999-2006-cı illərdə Bakı Kamera Teatrında aktyor, rejissor, 2006-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinini həmtəsisçisi və rejissoru, 2007-2008-ci illərdə Space TV-də rejissor vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasının rejissorudur. 2006-cı ildə "2005-2006-cı illərin ən yaxşı gənc aktyoru" mukafatı ilə təltif olunub. Türkiyə, Rusiya, İran və digər Avropa və Asiya ölkələrində Beynəlxalq Teatr Festivallarında çıxış edib, mükafatlar qazanıb.
İmaməddin Yusifov
İmaməddin Zəkiyev
İmaməddin Zəkiyev — filologiya üzrə elmlər doktoru, "Qızıl qələm" mükafatının laureatı. İmaməddin Zəkiyev 1939-cu ildə Qubanın Qonaqkənd bölgəsinin Cimi kəndində anadan olub, 7-ci sinifə qədər bu kənddə uşaq evində təhsil almışdır. Orta təhsilini Qonaqkənd qəsəbə məktəbi nəzdindəki internatda başa vurmuş, Bakı Dövlət Universitetində ali təhsil almışdır. O, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Nizamı adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. İmaməddin Zəkiyev uzun illər Azərbaycan kitab mədəniyyətini, ümumən milli mədəniyyətimizi məhəbbətlə tədris etmiş nüfuzlu bir pedaqoqdur. O, 1964-cü ildən bugünədək, taleyini Bakı Mədəni-Maarif Texnikumu ilə bağlayıb. İmaməddin Zəkiyev istedadlı yazıçı və şairdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatının laureatıdır. Hələ VII–X siniflərdə oxuduğu illərdə oçerk və feleytonlar yazan İ. Zəkiyev 60–70-ci illərdə o zamankı ALKGİ-nın sərəncamı ilə yaradılan və AYB-nin nəzdində fəaliyyət göstərən "Gənc qələmlər" ədəbi birliyinin sədr müavini kimi ədəbi aləmin fəal üzvlərindən olmuşdur. O, 80-ci illərdə isə Mədəniyyət Nazirliyinin yaratdığı Kitabsevərlər Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.
İmaməddin Əliyev
İmaməddin Əmiraslanov
İmaməddin Əmiraslanov (20 yanvar 1948) — Azərbaycanın görkəmli alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Kristalloqrafiya laboratoriyasının müdiri (2016). 1948-ci ildə Qubada anadan olmuşdur. 1. Mamedov Kh.S., Amiraslanov I.R., Musayev F.N., Movsumov E.M. The synthesis and x-ray analysis complexes of Ni(II), Ca(II), Cu(II), Zn(II), with benzoic and monothibenzoic acids. Dokl. AN Azerb. Republic., 1977, V.32, N.4, p.31. 2. Musayev F.N., Movsumov E.M., Mamedov Kh.S., Amiraslanov I.R. The crystal and molecular structure of bis-pyridine-bis (monothiobenzoate) Nickel (II). Zh.
İzaməddin Bağırov
İzaməddin Zeynal oğlu Bağırov (d. 6 aprel 1967) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). İ.Bağırov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Kütləvi tamaşalar rejissoru" fakültəsini bitirmişdir. 1991-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissoru vəzifələrində işləyir. Quruluş verdiyi tamaşalardan A.Kamyunun "Ağlasığmaz faciə", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", C.Cabbarlının "Solğun çiçəklər", C.Məmmədovun "Kişi", Y.Həşimovun "Həkimlər nobata gedir" və Ə.Qiyasın "Cəhənnəm ekspresi" kimiləri qeyd etmək olar. İ.Bağırov tərcümə ilə də məşğul olur. Onun tərcümə etdiyi bir neçə pyes Akademik Milli Dram Teatrının, Sumqayıt və Dərbənd Dövlət teatrlarında tamaşaya qoyulmuşdur. Sumqayıt teatrında oynadığı rollardan Kefli İsgəndər və Naçalnik (C.Məmmədquluzadə "Ölülər", "Danabaş kəndinin əhvalatları", Dövlət bəy, Aydın və Bəhram (C.Cabbarlı "Aydvn", "Solğun çiçəklər"), Yan(A.Kamyu "Anlaşılmazlıq"), İmran (S.S.Axundov "Tamahkar"), Məsi (Ə.Qiyas" Qarışqa yuvası"), Qarakişi (İ.Məlikzadə "Gəl qohum olaq"), Şahbaz (M.F.Axundov "Müsyo Cordan və Dərviş Məstəli şah"), Sədrəvəzi (A.Babayev "Xilaskar"), Albert (A.İvaşenko "Uşağa bir üç yazın"), Qazan xan (F.Məhərrəmov (Oğuzlar", Müstəntiq (N.Dumbadze "Ağ bayraqlar"), Cəfərqulu xan (Y.Kevr "Xacə şah") və s. göstərmək olar. İ.Bağırov özünü kino sənətində də yoxlamış və "Yük"-də Dərviş, "Təxribat"-da Səfil və "Biriya"-da Məhəmməd Biriyanın obrazlarını yaratmışdır.
İmaməddin Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda basdırıldığı məlumdur.
İmaməddin Xəlilov
İmaməddin Xəlilov (23 fevral 1998, Gəncə) — azərbaycanlı para-taekvondoçu. == Həyatı == İmaməddin Xəlilov 1998-ci il 23 fevralda Gəncədə anadan olmuşdur. == Karyerası == İmaməddin Xəlilov 2022-ci ildə ara-taekvondo üzrə Avropa çempionatında çıxış etmiş və gümüş medal qazanmışdır. 2023-cü ilin avqustunda o, para-taekvondo üzrə Avropa çempionatında iştirak etmiş və 70 kq qədər çəki dərəcəsində qızıl medal qazanmışdır. Həmin ilin sentyabrında para-taekvondo üzrə Dünya Çempionatında iştirak etmiş və qızıl medal qazanmışdır. 2024-cü ilin mayında o, para-taekvondo üzrə Avropa çempionatında iştirak etmiş və qızıl medal qazanmışdır. İmaməddin Xəlilov 2024 Yay Paralimpiya Oyunlarının açılış paradında Azərbaycanın bayraqdarı olub. O, Azərbaycanı 2024 Yay Paralimpiya Oyunlarında təmsil etmiş və 70 kq qədər çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycan tarixində para-taekvondo üzrə ilk Paralimpiya çempionu olmuşdur. Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə İmaməddin Xəlilova XVII Yay Paralimpiya Oyunlarında birinci yeri tutduğuna görə 200 000 manat, məşqçisinə isə 100 000 manat pul mükafatı verilmişdir. Prezidentin eyni tarixli digər sərəncamı ilə o, həmçinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Saməddin Fərziyev
Saməddin Qəfərov
Saməddin Əmrahov
Saməddin Əsədov
Saməddin Fəxrəddin oğlu Əsədov (5 iyun 1985, Bakı) — 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosda İdarə Heyətinin sədridir. 2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışmışdır. 2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələrdə çalışmışdır. 2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini bitirib. 2013-cü ildə ADA universitetinin "Executive Education" və "Maastricht School of Management" Strateji İdarəetmə üzrə ixtisasartırma proqramının məzunu olub. 2020-ci ildən təhsilini ADA universitetində "Executive Education" və "Duke University’s Fuqua School of Business-in Adaptive Strategic Execution Program" üzrə təhsilini davam etdirir.
Şaməddin Əliyev
Hüsaməddin Laçın
Laçın əl-Mansuri ya da tam adı Məlik əl-Mənsur Hüsaməddin Laçın el-Mansuri (ərəb. الملك المنصور حسام الدين لاجين المنصورى‎; v. 16 yanvar 1299, Qahirə)- Misir və Suriyada 1296–1299-cu illərdə hökm sürmüş on birinci Məmluk Sultandır. == Həyatı == Laçın, Sultan Mənsur Əlinin məmlüklü köləsi idi. Sarışın olduğu üçün Avropalılar onun German əsilli olduğunu iddia etsələr də Qafqazlı sarışın bir Çərkəz olması daha mümkündür. 1259-cu ildə bu Sultan Mənsur Əlinin taxtan endirilməsi ilə Kalavun tərəfindən satın alındı və onun yanında yetişib bacarıqlı olduğuna görə Əmir adını aldı. 1280-ci ildə Kalavun tərəfindən Dəməşq qalasının mühafizə komandanlığına gətirildi. Bu da əvvəl komandan olmuş Sunqur al-Askarın Dəməşqdə üsyan etməsinə və özünü sultan elan etməsinə səbəb oldu. Bu üsyanın yatırılması üçün Kahoredən qoşunlar gətirildi və bu qoşuna komandanlığı da Laçın edərək üsyan yatırtdı. Bu uğuru münasibətilə iyun 1280-ci ildə Laçın Suriya əyaləti valisi təyin edildi.
Hüsaməddin Tuğac
Hüsaməddin Tuğac (1 yanvar 1889, Pasinlər[d], Ərzurum ili – 2 yanvar 1975) — ictimai xadim. == Həyatı == Hüsaməddin Tuğac 1889-cu ildə Türkiyədə, Ərzurumun Həsənqala rayonunda hərbçi yüzbaşı Hacı Əhmədin ailəsində dünyaya göz açıb. Hüsaməddin 1910-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Bağdad və Şamda (Dəməşqdə) xidmət edib. 1912–1913-cü illərdə Balkan savaşına qatılıb. Birinci Dünya müharibəsində isə Sarıqamışda vuruşub. 1917-ci ildə Gəncəyə gəlməsinə Sarıqamış döyüşləri səbəb olub. Belə ki, 1915-ci il yanvar ayının ilk günlərində, Qafqaz cəbhəsindəki döyüşlərdə 9-cu Kolordunun zabiti Hüsaməddin Tuğac tabeliyində olan bir neçə əsgərlə birlikdə çovğunlu havada azaraq mühasirəyə düşür və ruslar tərəfindən əsir götürülür. Yüksəkrütbəli zabit olduğundan, həm də türk ordusu komandanı Ənvər paşaya çox oxşarlığı səbəbindən onu Rus Qafqaz Cəbhəsi komandanı general Yudeniçin qərargahına gətirirlər. Qatar Samaraya yaxınlaşarkən Hüsaməddin tif — qarın yatalağı xəstəliyinə tutulur və təcili olaraq bu şəhərdəki hospitala yerləşdirilir. Uzun müalicədən sonra sağlamlığı bərpa olunur, sürgün yolları davam etdirilir.
Hüsaməddin Çoban
Hüsaməddin Çoban (XII əsr – XIII əsr) — Rum Sultanlığının tanınmış bəylərindən biri. XIII əsrdə yaşamışdır. I İzzəddin Keykavus ilə qardaşı I Əlaəddin Keyqubad arasındakı taxt davasında tərəflər arasında razılaşmada pay sahibi olmuşdur. I İzzəddin Keykavusun Trabzon imperiyasına qarşı həyata keçirdiyi hərəkata başçılıq etmiş, Sinopu tutaraq Qaradəniz donanmasını qurmuş, Krıma qarşı hərəkat başlatmışdır. Kastamonu bölgəsində böyük nüfuza sahib olmuşdur. Ölümündən sonra sülaləsi də bu nüfuzundan istifadə etmiş və Çobanoğulları bəyliyi yaranmışdır.
Hüsaməddin Çələbi
Mövlanə Hüsaməddin Çələbi (1225-?) — arif, Mövlanənin xəlifəsi. == Həyatı == Çələbi Hüsaməddin, vaxtilə Konyaya köçmüs Urmiyalı bir soylu ailədəndir və doğum yeri Konyadır. (1225) Çələbi ləqəbini ona verən Mövlanadır. Gəncliyinin ilk illərində, Əxilərin şeyxi olan atasını itirən Çələbi Hüsaməddin, zamanının bütün ulu kişiləri və şeyxlərindən yəqin əlaqə və himayə gördüyü halda, bütün xidmətçiləri və arxadaslariyla, mövlananın xidmətini seçmişdir. Beləcə Mövlananın tərbiyəsində yetişmiş, kamil insan olmuşdur. === Həzrəti Mövlananın Çələbi Hüsaməddini özünə həmdəm və xəlifə seçməsi === Mövlana, Şeyx Selahaddindən sonra özünə həmdəm və xəlifə olaraq Çələbi Hüsaməddini seçdi və dostlarına belə dedi; "Ona baş əyin, qarşısında acizcəsinə qanadlarınızı yerə gərin! Bütün buyruqlarını yerinə yetirin, sevgisini canınızın da içinə əkin. O rəhmət mədənidir, Allah nurudur." Mövlananın bu buyruğu üzərinə, bütün dostlar ona itaət etdilər. Sultan Uşağın diliylə, "Bütün dostlar, onun lütf sununa testi kəsildilər, Şəmsə və Şeyh Selahaddinə etmiş olduqları alçaq hərəkətlərdən qurtulmuşdur. Həsəd etmədən Çələbi Hüsaməddinə itaət etdilər." Çələbi Hüsaməddin on beş il Mövlananın şərəfli söhbətində oldu.
Niyaməddin Musayev
Niyaməddin Cabbar oğlu Musayev (1 iyun 1940, İmişli rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998). Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyun ayının 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından peşəkar səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə. Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur. 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə "Dünya sənin, dünya mənim", 1998-ci ildə "Vətən həsrəti" adlı albomları və bir diski buraxılmışdır. O, 1974-cü ildə "Şahnaz təsnifi" ifası ilə sənət aləmində daha çox tanınmışdır.
Niyaməddin Məhərrəmov
Niyaməddin Paşayev
Niyaməddin Paşayev (1 may 1980, Muğanlı, Qubadlı rayonu) — Azərbaycanı təmsil edən taekvondoçu, 2001-ci il Dünya Çempionatının, həmçinin 2004 və 2005-ci illər Avropa Çempionatlarının qalibi. Niyaməddin Paşayev 1980-ci il mayın 1-də Qubadlı rayonunun Muğanlı qəsəbəsində anadan olub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğal edilməsindən sonra Sumqayıt şəhərində qaçqın həyatı yaşamağa başladı. 1986-1993-cü illərdə Qubadlı rayonu Mahruzlu qəsəbə orta məktəbində, 1993-1995-ci illərdə Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbdə, 1995-1997-ci illərdə isə Qubadlı rayonu Qaracallı qəsəbə tam orta məktəbində (Sumqayıt şəhərində yerləşir) təhsil alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2008-2011-ci illərdə Sumqayıt Dövlət Universitetində əlavə ali təhsil alıb. 2018-2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda magistr dərəcəsi alıb. Niyaməddin Paşayev 2000-ci ilin mayında Yunanıstanın Patras şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. 2001-ci ilin noyabrında isə Niyaməddin Paşayev Cənubi Koreyanın Çeju şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qalibi oldu.
Niyaməddin Sultanzadə
Niyaməddin Tağıyev
Niyaməddin Məhərrəm oğlu Tağıyev — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin müavini — "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri. Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyev "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyevə general-mayor ali hərbi rütbəsi verilib. Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Niyaməddin Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2018-ci il tarixli Sərəncamları ilə Müdafiə Nazirliyinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının şəxsi heyət üzrə müavini vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidməti rəisinin müavini — "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Niyaməddin İskəndərov
Niyaməddin Ələkbərov