Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ədalətli istifadə
Ədalətli istifadə (ing. fair use). Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır. Azərbaycan Respublikasının qanunlarında ədalətli istifadə nəzərdə tutulmayıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun "Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə" haqqında 19-cu maddəsində müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa).
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
== İslamda əmanətdarlıq == Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Hüquqlardan sui-istifadə
Hüquqlardan sui-istifadə — mülki hüquqda şəxslərin yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hüquqlara münasibətdə istifadə olunur. Hüquqlardan sui-istifadə edən şəxs öz hərəkətləri ilə dəymiş zərərə görə məsuliyyət daşıyır. Bu qrupa vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınmanı aid etmək olar. Bu prinsip presedent hüququnda formalaşmışdır. Müvafiq prinsip "hüquqdan istifadə edən kəs heç kimə zərər vermir" klassik nəzəriyyəsindən fərqlənir və özündə "sui-istifadə başladıqda hüquq başa çatır" (fr. le droit cesse où l'abus commence) maksimasını əks etdirir. == Qanunvericilikdə təsbiti == Hüquqlardan sui-istifadə prinsipi Alman Mülki Məcəlləsində təsbit olunmuşdur. §226-da qeyd edilmiş müddəaya görə: İsveçrə Mülki Məcəlləsinin 2-ci maddəsində qeyd edilir ki: Filippin Mülki Məcəlləsinin 19, 20 və 21-ci maddələrində qeyd olunur ki: Maddə 19: Hər kəs öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ədalətlə hərəkət etməlidir, hər kəsə haqqını verməlidir və dürüstlük və vicdanlılıq nümayiş etdirməlidir. Maddə 20: Qanuna zidd olaraq qəsdən və ya ehtiyatsızlıqdan başqasına zərər vuran hər kəs dəymiş zərəri ödəməlidir. Maddə 21: Əxlaq və ictimai qaydalara zidd şəkildə başqasına qəsdən zərər və ya ziyan vuran hər kəs dəymiş zərəri ödəməlidir.
Neodim oksiddən istifadə
Neodim oksiddən istifadə Neodim oksid (Nd2O3) neodim əlvan metalının havada qızdırılması yolu ilə əldə edilir ki, həmin hava bunun hesabına çox tez qızır və qeyri-metallarla - azot, halogenlər, kükürd, hidrogen və digərləri ilə reaksiyaya daxil olur. Xarici görünüşü - mavi, refrakter toz. Elementin bütün tərkib hissələrindən ən çox onun oksidi əhəmiyyət kəsb edir, hansı ki bir sıra fiziki-kimyəvi xüsusiyyətli üstünlüklərə malikdir: -ərimə temperaturu - 2200° C; -qaynama temperaturu - 3300° C; -suda və orta güclü mineral turşularda həll olunur; -asan higroskopik material; -soyuq su, alkalilər və ammonium hidratla reaksiyaya daxil olmur. Onun təmizliyi 99%, 99.9%, 99.99%, 99.999% təşkil edir. == İstifadə == Neodim oksidin yaxşı xüsusiyyətlərinə görə, tətbiq sahəsi kifayət qədər genişdir. Hər şeydən çox keramika və şüşəəritmədə istifadə olunur. Neodim şüşəsi onun şüşə ərintilərinə daxil edilməsi yolu ilə əldə edilir. Belə şüşələr lazer və kosmik cihazlarda, yarımkeçirici lazerlərdə və inertial termoatom sintezi üçün multişüa sistemlərində istifadə olunur. Neodim oksid dielektrik olaraq çox az genişlənmə əmsalı ilə istifadə olunur. Onun istifadəsinə hətta gündəlik həyatda da rast gəlmək olar.
Vəzifədən sui-istifadə
Sui-istifadə etmək – bir şeyin və ya bir adamın zərərinə işləmək. Vəzifəsindən sui-istifadə etmək. Özünə olan etimaddan sui-istifadə etmək.
Gübrələr və onlardan istifadə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr;5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Təkrar istifadə olunabilən komponentlər
Reusable components ~ повторно используемые компоненты ~ yeniden kullanılabilir bileşenler ~ təkrar istifadə olunabilən komponentlər – hər hansı proqram təminatının başqa proqramlarda istifadə oluna bilən parçası. Məsələn, Java sinifləri yenidən istifadə olunabiləndir; onlar ilkin olaraq yazılmış olduqları proqramlardan fərqli proqramlar tərəfindən də istifadə oluna bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uşaqlardan hərbidə istifadə edilməsi
Uşaqlardan hərbidə istifadə edilməsi — Uşaqlardan hərbidə istifadə edilməsi halı əsasən bir neçə formada müşahidə edilir: Uşaqların bir başa hərbi əməliyyatlarda iştirak etməsi, uşaqlardan müşahidəçi, xəbərçi və kəşfiyyat məqəsədləri ilə istifadə edilməsi. Tarix boyunca baş vermiş bir çox müharibələr zamanı uşaqlardan hərbi əməliyyatların gedişində fəal şəkildə istifadə edilmişdir. Bir çox dini və mənəvi dəyərlərdə uşaqlardan bu məqsədlərlə istifadə edilməsi qadağan edilsədə, 1970-ci ildən bəri yaşanan müharibələrdə uşaq əməyindən istifadə hallarının artması müşahidə edilir. 1970-ci illərdə qəbul edilmiş Uşaqlardan hərbidə istifadə edilməsinin dayandılması barədə Konvensiyasının qəbul edilməsinə baxmayaraq belə halların sayı azalmamışdır. 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyasına əsasən müharibə aparan tərəflər 15 yaşından aşağı uşaqların hərbi əməliyyatlardan kənar tutulması ilə bağlı öhdəlik daşıyırlar.
İnternetdə istifadə olunan dillər
Internetdə ən çox istifadə olunan dil qeyri-müəyyəndir, baxmayaraq ki, İnternetdə ən çox ziyarət edilən veb saytlarının təxminən yarısının ana səhifələri ingiliscədir. W3Techs verdiyi məlumata görə ən çox istifadə olunan başqa dil Rus dili, Alman dili, İspan dili, Fransız dili, Çin dili və Portuqal dili. == İstifadə olunan dillər == 2009-cu ildə UNESCO-nun 1996-ci ildən 2008-ci ilə qədər, 12 il ərzində apardığı monitorinqin nəticəsi olaraq çap etdiyi hesabatda ingilis dilinin veb saytlarda işlədilmə faizinin 1998-ci ildə 75 %-dən 2005-ci ildə 45 %-ə düşdüyü qeyd olunmuşdur. Müəlliflər müəyyən etmişdir ki, 2005-ci ildən 2008-ci ilə qədər ingilis dili sabit 45 %-də qalmışdır. Amma buna ingilis dilinə axtarış sistemlərinin üstünlük verməsi də səbəb ola bilər. Hal-hazırda davam edən W3Techs tərəfindən aparılan monitorinq 2015-ci il üçün göstərirdi ki, ingilis dili 55 %-dən çox veb saytın ana səhifəsində istifadə edilir. Qeyri-ingilis dilli veb səhifələrin sayı hər gün artmaqdadır. 2001-ci ildən 2011-ci ilə qədər internetdə ingilis dilindən istifadə təxminən 2.8 dəfə, ispan dilindən istifadə təxminən 7.4 dəfə, çin dilindən istifadə təxminən 13 dəfə, rus dilindən istifadə təxminən 18 dəfə və ərəb dilindən istifadə təxminən 25 dəfə artmışdır. == Vebsaytlarda istifadə olunan dillər == 10 milyon vebsaytın 2020-ci il 25 mart tarixində dillərdən istifadə faizləri aşağıdakı kimidir: Bütün digər dillər vebsaytlarda 0.1 %-dən az istifadə olunur. == İnternet istifadəçiləri dillərinə görə == 2016-ci ilin İyun ayı üçün internet istifadçilərinin sayı dillərinə görə aşağıdakı kimidir: == İstinadlar == == Xarici keçidlər == Internet World Users by Language, Internet World Stats.
İnternetdən münasib istifadə siyasəti
İnternetdən münasib istifadə siyasəti (Acceptable Internet Use Policy)− İnternetdən istifadə müddətlərini və şərtlərini, o cümlədən, onlayn davranış və giriş imtiyazlarını təsvir edən yazılı müqavilə. Bu siyasət istifadəçilər tərəfindən imzalanır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir:lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi:azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Eroziyalı Yamaclardan İstifadə edilməsi (1983)
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. === ex === ex (latınca) — dan, ilə, birlikdə, əlbir.1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. == in == in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur.Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. == nom. cons. == === nom. ===
Videokartlarda istifadə olunan yaddaş tipləri
Xan-Şeyxunda kimyəvi silahdan istifadə
Xan-Şeyxunda kimyəvi silahdan istifadə (ing. 2017 Khan Shaykhun chemical attack) — 2017-ci ilin 4 aprel tarixində yerli vaxtla saat 06:30-da Suriyanın İdlib mühafazasına daxil olan Xan-Şeyxun şəhəri yaxınlığında dinc əhaliyə qarşı istifadə edildiyi iddia olunan xlor qazlı kimyəvi silah hücumu. İddia edilir ki, hadisə şahidlərinin ifadələrinə görə, hücum orduya bağlı qüvvələr tərəfindən gercəkləşdirilmişdir. İlkin məlumatlarda 72 nəfər öldüyü, 220-dən çox şəxsin isə yaralandığı bildirilir. Röytersin Suriya müxalifətinə istinad edərək yaydığı məlumatda, qurbanların hücumun ardından nəfəs almaqda çətinlik çəkərək, boğulduqları iddia edilib. Suriya müharibəsi dövründə bir necə dəfə kimyəvi silahdan istifadə halları iddia edilib. 2013-cü ildə Quta yaxınlığında baş verdiyi və 355-dən çox şəxsin ölümü ilə nəticələndiyi iddia edilən kimyəvi silah hücumu bunlardan ən bilinənidir. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov yaydığı bəyanatda Suriya aviasiyasının İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyini bildirib. Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib mühafazasının Xan-Şeyxun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsi ilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı - SSRİ Ali Sovetinin 20 oktyabr 1956-cı il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
Bərk cisim elektronikasında istifadə edilən məmulatlar
Bərk cisim və ya Qatı — maddənin 4 aqreqat hallarıdan (bərk, maye, qaz, plazma) biridir. Bərk cism başqa aqreqat hallarından öz formasının stabilliyi ilə fərqlənir. Bərk cismin forma stabilliyi onun tərkibində atomlararası əlaqələrin güclü olması, atomların nisbətən taraz vəziyyətdə olmaları və çox zəif titrəyişli hərəkət etmələrinin nəticəsində alınır. Bərk cismlər kristallik və ya amorf hallarına görə fərqlənirlər. Bərk cismlərinin tərkibini və daxili strukturasını öyrənən fizika bölməsi bərk cismlər fizikası adlanır. Bərk cismin xarici təsirlərin və hərəkətin nəticəsində necə dəyişilməsini — bərk cismlərin mexanikası, absolyut bərk cismlərinin hərəkətini — bərk cismlərinin kinematikası adlı elmlər öyrənillər. == Bərk cismlərin texniki xassələri == Bərklik Kütlə Plastiklik Əyilmə möhkəmliyi Sınma möhkəmliyi == Bərk cismlərin elektronikasında istifadə edilən məmulatlar == Bərk cisim elektronikasında istifadə edilən məmulatlar — (tərif) geniş istifadə olunan matreallardan yarımkeçiricilər. === Materialların təsnifatı === Bərk cisim elektronikası (BCE) cihazlarının istehsalında istifadə olunan materiallar 2 qrupa bölünür: əsas (və ya konstruktiv) köməkçi (və ya texnoloji) === Əsas material === Əsas materiala dedikdə birbaşa cihazın konstruksiyasına daxil olan materiallar nəzərdə tutulur. Əsas materilları, öz növbəsində, aşağıdakı qruplara bölmək olar yarımkeçirici materiallar – germanium, silisium, qallium arsenid və s.; legirəedici (aşqarlayıcı) materiallar – yüksək təmizliyə malik ayrı-ayrı elementlər və ya onların xəlitələri; elektrod materialları – qızıl, nikel, kövar, molibden (daxili və xarici) çıxışları düzəltmək üçün); izolyasiya materialları – şüşə keramika, üzvi laklar; mühafizəedici korpus (gövdə) materialları – mis, kovar, polad; antikorrozion örtüklər – xrom, nikel === Materialların sərfiyyat norması === Materialların sərfiyyat norması 1000 ədəd yararlı cihaz hazırlamaq üçün tələb olunan materialın miqdarı ilə müəyyən olunur. Yarımkeçirici materialın seçilməsi, onun təmizliyi və legirə olunma dərəcəsi, istehsalatda onların təkrarlanması cihazların xarakteristikalarına və onların istehsalında yararlı cihazların çıxımına həlledici təsir göstərir.
Eroziyalı yamaclardan istifadə edilməsi (film, 1983)
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. == Sentrifuqa etmə == Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. === Tətbiq sahələri === Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Uzaqdan müəyyən etmə
Məsafədən zondlama (MZ) – yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur. Məsafədən zondlama (remote sensing) - sin.
İntifada
İntifada (oxunuşu: intifadah, sözün mənası ayağa qalxmaq, müqavimət deməkdir) — ümumilikdə fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adı. == İlk İntifada == İsrail işğalına qarşı ərəb xalqının müqaviməti xarakterini daşıyan ilk İntifada, 1987-ci ildə başlandı. Birinci İntifada, kütləvi olaraq fələstinlilər, İsrail dövlətinə qarşı qalxdı . Müqavimət Jabalia qaçqın düşərgəsində başlandı və qısa müddətdə Qəzzə, Qərb Sahili və Şərqi Qüdsün hər yerinə yayıldı. İsrail ordusuna aid bir maşının 4 fələstinlini vurub öldürməsi bu müqaviməti bir az da artırdı. Fələstinlilər mitinqlərlə şiddətli müqavimət göstərirdi. Ümumi amaldan əlavə, İsrail məhsullarına baykot, plakatlar və barikadalar, İsrail qüvvələrinə daş atmalar beynəlxalq aləmi sirkələdi. Buna cavab olaraq, İsrail bu hərəkatı yatırmaq üçün 80,000 nəfər əsgəri səfərbər etdi. İsrail təhlükəsizlik qüvvələri 1087 nəfər fələstinlini öldürdü, fələstinlilər də buna cavab olaraq 100 nəfər İsrailli mülkini və 60 nəfər də təhlükəszilik işçisini öldürdü, 1400-dən çox mülki vətəndaşı, 1700-dən çox əsgəri yaraladı. Fələstinlilər 822 nəfər fələstinli də İsraillə əməkdaşlıq etməkdə ittiham edərək öldürdü.
İstifadəçi
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Son istifadəçi
Son istifadəçi – hazırlanmış məhsulu istifadə edən və ya istifadə etməsi gözlənilən şəxs. Son istifadəçi adminlər, sistem administratorları, verilənlər bazası administratorları, informasiya texnologiyaları (İT) mütəxəssisləri, proqram təminatı mütəxəssisləri və kompüter texnikləri kimi məhsulu idarə edən istifadəçilərdən fərqlidir. Son istifadəçilər ümumiyyətlə tərtibatçıların sahib olduğu texniki biliyə və ya məhsul tərtib etmə bacarıqlarına sahib deyil. Bu daha sonra müştəri məmnuniyyətinin azalmasına səbəb olur. İT sahəsində son istifadəçilər "müştəri" demək deyil, müştərinin işçiləri deməkdir. Məsələn, böyük bir pərakəndə şirkət işçilərinin istifadə etməsi üçün hansısa proqram paketini alırsa həmin şirkət paketi alan "müştəri" olsa da, son istifadəçilər proqramı istifadə edəcək şirkət işçiləridir.Bəzi Amerika məhsulları və müdafiə ilə əlaqəli məlumatlar ITAR və EAR-a uyğun olaraq ABŞ hökumətindən ixrac icazəsi tələb edir. İxrac lisenziyasını əldə etmək üçün ixracatçı son istifadəçi sertifikatını almaq üçün həm son istifadəçini, həm də son istifadəni göstərməlidir. EULA-da son istifadəçi proqramı quraşdıran VAR-dan (ing. value-added reseller) və ya proqramı satın alan və idarə edən təşkilatdan fərqlənir. İngiltərədə son istifadəçi öhdəlikləri (EUU) bəyannamələrində göstərilən məhsul lisenziyalarını müşayiət edən sənədlər mövcuddur.
İstifadəçi hesabı
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
İstifadəçi interfeysi
İstifadəçi interfeysi (ing. user interface) —İsifadəçi interfeysi proqramın qrafik tərtibatıdır. İnsanlar və kompüterlər arasında əlaqə yaradır. UI dizayneri istifadəçi məmnunluğuna diqqət yetirməlidir. Müştərilərin ehtiyaclarını və fərqində olmasalar belə daha asan istifadə edə biləcəkləri dizaynları araşdırmaq, tapmaq və uyğunlaşdırmaq istifadəçi interfeysi dizayneri olan UI dizayn mütəxəssisinin məsuliyyəti olmalıdır. Sektordakı rəqiblərdən başlamaq və daha əvvəl görülən işləri araşdırmaq burada ən əsas başlanğıc nöqtəsidir. UI dizaynerləri proqramın istifadəçi interfeysinin görünüşünü və hissini yaradırlar. İstifadəçi interfeysi əsasən iki formada olur. Daxiletmə. İstifadəçiyə sistem üzərində işləmək imkanı verir.Xaricetmə.
İstifadəçi profili
İstifadəçi profili — istifadəçi ilə əlaqəli parametrlər və məlumat toplusu. Bu, şəxsiyyəti müəyyən etmək üçün istifadə olunan kritik məlumatları, məsələn, adı, yaşı, fotoşəkili, həmçinin bilik və ya təcrübə kimi fərdi xüsusiyyətləri özündə əks etdirir. İstifadəçi profilləri ən çox "Facebook", "Instagram" və "LinkedIn" kimi sosial media saytlarında mövcuddur. Onlar fərdin könüllü rəqəmsal şəxsiyyəti kimi xidmət edir, onların əsas xüsusiyyətlərini və xüsusiyyətlərini vurğulayır. Fərdi kompüter və əməliyyat sistemlərində istifadəçi profilləri faylları, parametrləri və sənədləri "hesablar" kimi tanınan fərdi istifadəçi mühitləri üzrə kateqoriyalara ayırmağa xidmət edir. Həmçinin əməliyyat sistemini istifadəçiyə daha yaxın və uyğunlaşdırılmış olmağa imkan yaradır. Fiziki istifadəçi profilləri pasportlar, sürücülük vəsiqələri və hüquq sistemində fərdi şəxsiyyəti müəyyən etmək üçün istifadə edilən hüquqi sənədlər kimi şəxsiyyət sənədləri kimi xidmət edir. İstifadəçi profili həmçinin, istifadəçi modelinin kompüter təsviri kimi qəbul edilir. İstifadəçi modeli fərdi istifadəçi haqqında müəyyən xüsusiyyətləri əldə etmək üçün istifadə edilən (məlumat) strukturdur və istifadəçi profilinin əldə edilməsi prosesi istifadəçi modelləşdirmə və ya profilləşdirmə adlanır. == Mənşəyi == İstifadəçi profillərinin mənşəyi pasportun mənşəyi ilə izlənilə bilər ki, bu da 1920-ci ildə Birinci Dünya müharibəsindən sonra Millətlər Liqasında aparılan danışıqlardan sonra məcburi hala gətirilən şəxsiyyət vəsiqəsi (ŞV) ilə əlaqəlidir.
Elvin İsizadə
Elvin Azim oğlu İsizadə (4 sentyabr 2001; Ağalıkənd, Qaradağlı, Ağdam, — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin İsizadə 2001-ci ildə sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində dünyaya göz açıb. 2007-ci ildə Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbində təhsil almaqla yanaşı Qaradağlı kənd Musiqi məktəbində tar musiqi aləti üzrə də təhsil almışdır. 2018-ci ildə kollecə qəbul oldu. 2019-cu ildə isə könüllü olaraq hərbi xidmətə gedib. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Çarpaz istinad
Çarpaz istinad (ing. cross-reference, XREF) – 1. Proqramda dəyişənlərə müraciətin baş verdiyi yerlərə istinadlar. Translyasiya, assemblerləmə və bağlama (LINK) prosesində çarpaz istinadlar cədvəli (CROSS-REFERENCE TABLE) yaradılır ki, onun köməyilə sazlayıcı (DEBUGGER) proqramı simvollu şəkildə sazlamağa imkan verir (hər bir identifikatorun cədvəldə tipi, ünvanı, təyin edilmə yeri və istifadə yerlərinin siyahısı verilir). 2. Mətn prosessorlarında: hər hansı məsələnin müzakirəsi ilə bağlı sənədin içindəkilərə istinad etmək üçün kod sözü. Oxucunun rahatlığı üçün tətbiq olunur. Elektron sənədlərdə çarpaz istinadlar çox zaman hiperistinadlarla əvəz olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. == Tarixi == === Erkən dövr === Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək mühaciri
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Əmək müqaviləsi
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müәssisә әmәkdaşının vә müdiriyyәtinin hüquq vә vәzifәlәrini müәyyәn edәn rәsmi sәnәd. İşә götürmә zamanı rәsmilәşdirilir vә hәr iki tәrәf – işçi vә müdiriyyәtin nümayәndәsi imzalayır. Müxtәlif ölkәlәrdə əmək müqaviləsinin tәrkibi vә bölmәlәri fәrqlidir. Mәsələn Almaniyada uzun illәr əmək müqaviləsinin әsas bölmәlәrinә: әmәk fәaliyyәti; gәlirlәr (o cümlәdәn әmәkhaqqı); müdafiә tәdbirlәri (müvәqqәti әmәkqabiliyyәtsizliyi, әlillik, ölüm hallarında); mәzuniyyәt; 5) әlavә işlәrin görülmәsi qaydası; istehsal vә kommersiya sirlәrini saxlamaq öhdәliyi; ixtiraların rәsmilәşdirilmәsi vә ödәnilmәsi şәrtlәri; müqavilәnin qüvvәdә olduğu müddәt vә onu lәğv etmәk qaydası aid edilirdi.Əmək müqaviləsinin xüsusi növü işçilәr vә administrasiya arasında bağlanmış әmәk sazişidir. Bu sazişdә әmәk münasibәtlәri vә digәr münasibәtlәr, hәmçinin tәrәflәrin hüquq vә vәzifәlәri göstәrilir. == Əmək münasibətlərinin tərəfləri == Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.
Əmək məzuniyyəti
Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 1999-cu ildə qüvvəyə minmiş Əmək Məcəlləsinə görə, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Əmək nəğmələri
Əmək nəğmələri — əsas etibarilə bədii estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə sığmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: hana nəğmələri, sağın nəğmələri, gümçü-ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s. Əmək nəğmələri şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhvali-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Məsələn; == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Əmək qabiliyyətsizliyi
Əməkqabiliyyətsizliyi – işçinin xәstәliyә, istehsalatda vә ya mәişәtdә baş verәn bәdbәxt hadisәyә vә digәr sәbәblәrә görә әmәk funksiyalarını yerinә yetirmәk qabiliyyәtindәn müvәqqәti vә ya daimi mәhrum olması; sosial risk növlәrindәn biri. Müvәqqәti əməkqabiliyyətsizliyi dönәn xarakter daşıyır, insanın sağalması ilә onun әmәk qabiliyyәti bәrpa olunur vә o, işә çıxa bilir. Bu hal tibbi ekspertizaya әsasәn müәyyәn olunur vә әmәk qabiliyyәtinin olmaması vәrәqәsi vә ya arayışla tәsdiqlәnir. İnsanın әmәk qabiliyyәtinin bәrpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur vә hәmin şәxs әlil sayılır, bәzәn hәkimin mәslәhәtilә başqa rejimdә, yaxud başqa işdә işlәmәk imkanı olan qismәn әmәkqabiliyyәtli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarәlәrindә hәyat fәaliyyәtinin (o cümlәdәn әmәk qabiliyyәtinin) mәhdudlaşması strukturunun vә dәrәcәsinin qiymәtlәndirilmәsi әsasında әlillik qrupu vә reabilitasiya daxil olmaqla sosial müdafiә tәdbirlәri müәyyәnlәşdirilir. Müvәqqәti əməkqabiliyyətsizliyi mәlumatlarının tәhlili işçi tәrәfindәn onunla әlaqәdar sosial imtiyazlardan sui-istifadәni, yaxud Ə. yüksәk olan müәssisәlәrdә әmәk şәraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etmәyә imkan yaradır. Çox ölkәlәrdә əməkqabiliyyətsizliyi göstәricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müәyyәn edir, yәni əməkqabiliyyətsizliyi göstәricisi yüksәk olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox әhәmiyyәtlidir vә o, sahibkarlarla (onlar buna görә әmәk şәraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin sәbәb vә nәticәlәrini öyrәnmәk üçün işәdüzәltmә agentliklәrindә müstәqil tibbi müayinә institutu yaradılır vә bu, hәmin agentliklәrin hәkimlәrinә iş axtaran şәxsin zәrәrli vәrdişlәri (siqaretçәkmә, alkoqoldan sui-istifadә) dә daxil olmaqla, tam sağlamlıq vәziyyәti haqqında mәlumat tәqdim etmәyә imkan verir. Hәkimlәr bu işçinin әvvәlki iş yerindәki əməkqabiliyyətsizliyi üzrә mәlumat bazası nәzәrә alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müәyyәnlәşdirirlәr.
Əmək sosiologiyası
Əmək sosiologiyası — insanın işə münasibətində, onun ictimai fəaliyyətində, istehsal komandalarındakı insanlar və sosial qruplar arasındakı münasibətdə öz ifadəsini tapan sosial tipik prosesləri öyrənən sosiologiyanın bir bölümü. Dar mənada əmək sosiologiyası işəgötürənlərin və işçilərin iqtisadi və sosial təşviqlərə cavab olaraq davranışlarını araşdırır. Əmək sosiologiyası makro və mikroiqtisadiyyat, müəssisə iqtisadiyyatı, statistika, istehsalın təşkili və sahə sosioloji fənləri — təşkilatlar sosiologiyası, idarəetmə sosiologiyası, iqtisadi sosiologiya kimi iqtisadi elmlərlə sıx əlaqəlidir. == Tarixi == XIX əsrin əvvəllərində əməyin öyrənilməsinə dair empirik xarakterli ilk elmi əsərlər meydana çıxdı. XIX əsrin ikinci yarısında əməyin öyrənilməsinə dair ilk sistematik iş ortaya çıxdı. Amerikalı mühəndis Fredrik Teylor tərəfindən başladılan bu cür tədqiqatın məqsədi əvvəlcə istehsal əməliyyatlarının rasional icrası üçün metodlar tapmaq idi. Sonradan, "əməyin elmi təşkili" adını alan elmi bir istiqamət ortaya çıxdı. Bu elmi istiqamət çərçivəsində "əmək norması", "əmək haqqı", "peşə seçimi" və s. anlayışları meydana gəldi. Mərkəzi Əmək İnstitutunun rəhbəri Aleksey Qastev rus əmək sosiologiyasının inkişafına böyük töhfə verdi.Sonradan əmək sosiologiyasının formalaşmasına iqtisadiyyat, riyaziyyat, statistika, fiziologiya və insan psixologiyası, hüquqşünaslıq və s.
Əmək tutumu
Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu - sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.
Faylın birgə istifadəsi
Faylın birgə istifadəsi (ing. file sharing) – hesablama şəbəkəsində mərkəzi kompüterdə və ya ümumi serverdə saxlanılan və birdən artıq istifadəçi tərəfindən sorğulanan, baxılan və dəyişdirilən fayllarla iş. Müxtəlif proqramlarda və ya müxtəlif kompüterlərdə işlədilən faylın birgə istifadəsi üçün münasib formata çevrilməsi lazım ola bilər. Əgər bir fayl çoxlu insan tərəfindən birgə istifadə olunursa, ona erişimi parollar vasitəsilə qoruma, erişim hüququnun yoxlanması və ya faylın kilidlənməsi kimi üsullarla tənzimləmək olar ki, bu da faylın eyni zamanda bir neçə şəxs tərəfindən dəyişdirilməsinin qarşısını alır.
Gəzici istifadəçi profili
Gəzici istifadəçi profili (en. roaming user profile) - Microsoft Windows əməliyyat sistemləri ailəsində Windows Server domeninə qoşulmuş istifadəçilərə lokal şəbəkənin müxtəlif kompüterlərindən əməliyyat sisteminə daxil olarkən öz profilinə erişmə hüququ əldə etməyə imkan verən texnologiya. Gəzici istifadəçi profilinə proqramların, sənədlərin köklənmiş parametrləri, iş mühiti, o cümlədən simgələrin iş masasında yerləşməsi və başqa parametrlər daxildir. Sistemdən çıxarkən profilin bütün dəyişdirilmiş parametrləri və sənədlər server ilə sinxronlaşır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrafik istifadəçi interfeysi
Qrafik istifadəçi interfeysi (ing. Graphical User Interface; GUI) — istifadəçi interfeysinin bir növüdür. Bu interfeysdə istifadəçiyə displeyin ekranında təqdim olunan interfeys elementləri (menyu, düymələr, simgələr, siyahılar və s.) qrafik görüntülər şəklində olur. Komanda sətri interfeysindən (COMMAND-LINE INTERFACE) fərqli olaraq, GUI-də istifadəçi ekranda görünən bütün obyektlərə (interfeys elementlərinə) giriş qurğuları (klaviatura, siçan, coystik və s.) vasitəsilə ixtiyari qaydada erişə və onlarla birbaşa manipulyasiya edə bilir. Hazırda GUI mövcud əməliyyat sistemlərinin və tətbiqi proqramların əksəriyyətində tətbiq olunur. Məsələn, Mac OS, GEM, Atari TOS, Microsoft Windows, Solaris, GNU/Linux, NeXTSTEP, OS/2, BeOS, Android, iOS, Bada, MeeGo kimi sistemlər qrafik istifadəçi interfeysinə əsaslanır. Tətbiqi proqram gəlişdiricilərinə GUI-interfeyslər elə mühit verir ki, kompüterlə qarşılıqlı əlaqəni həmin mühit öz üzərinə götürür. Bunun da sayəsində gəlişdirici ekrana çıxarmağın və klaviatura, yaxud siçanla daxil etməyin detallarına varmadan fikrini proqramın işlənib hazırlanmasına cəmləşdirə bilər. Bundan başqa, proqramçılar tez-tez rastlaşılan məsələləri (məsələn, verilənlər faylının saxlanması) həmişə eyni qaydada emal edən proqramlar yaratmaq imkanı əldə edirlər, çünki interfeys pəncərələr və dialoqlar şəklində olan standart nəzarət mexanizmlərini nəzərdə tutur. GUI-interfeysin başqa üstünlüyü ondan ibarətdir ki, onun üçün yazılmış tətbiqi proqramlar qurğulardan asılı olmur: interfeysə yeni giriş və çıxış qurğularının (məsələn, böyük ekranlı monitor və ya optik yaddasaxlama qurğusu) dəstəklənməsi əlavə edilirsə, tətbiqi proqram heç bir dəyişiklik olmadan bu qurğulardan istifadə edə bilər.
Qrafiki istifadəçi interfeysi
Qrafik istifadəçi interfeysi (ing. Graphical User Interface; GUI) — istifadəçi interfeysinin bir növüdür. Bu interfeysdə istifadəçiyə displeyin ekranında təqdim olunan interfeys elementləri (menyu, düymələr, simgələr, siyahılar və s.) qrafik görüntülər şəklində olur. Komanda sətri interfeysindən (COMMAND-LINE INTERFACE) fərqli olaraq, GUI-də istifadəçi ekranda görünən bütün obyektlərə (interfeys elementlərinə) giriş qurğuları (klaviatura, siçan, coystik və s.) vasitəsilə ixtiyari qaydada erişə və onlarla birbaşa manipulyasiya edə bilir. Hazırda GUI mövcud əməliyyat sistemlərinin və tətbiqi proqramların əksəriyyətində tətbiq olunur. Məsələn, Mac OS, GEM, Atari TOS, Microsoft Windows, Solaris, GNU/Linux, NeXTSTEP, OS/2, BeOS, Android, iOS, Bada, MeeGo kimi sistemlər qrafik istifadəçi interfeysinə əsaslanır. Tətbiqi proqram gəlişdiricilərinə GUI-interfeyslər elə mühit verir ki, kompüterlə qarşılıqlı əlaqəni həmin mühit öz üzərinə götürür. Bunun da sayəsində gəlişdirici ekrana çıxarmağın və klaviatura, yaxud siçanla daxil etməyin detallarına varmadan fikrini proqramın işlənib hazırlanmasına cəmləşdirə bilər. Bundan başqa, proqramçılar tez-tez rastlaşılan məsələləri (məsələn, verilənlər faylının saxlanması) həmişə eyni qaydada emal edən proqramlar yaratmaq imkanı əldə edirlər, çünki interfeys pəncərələr və dialoqlar şəklində olan standart nəzarət mexanizmlərini nəzərdə tutur. GUI-interfeysin başqa üstünlüyü ondan ibarətdir ki, onun üçün yazılmış tətbiqi proqramlar qurğulardan asılı olmur: interfeysə yeni giriş və çıxış qurğularının (məsələn, böyük ekranlı monitor və ya optik yaddasaxlama qurğusu) dəstəklənməsi əlavə edilirsə, tətbiqi proqram heç bir dəyişiklik olmadan bu qurğulardan istifadə edə bilər.