Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Piylənmə
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
İtələmə
İtələmə — İsaak Nyutonun ikinci və üçüncü qanunları tərəfindən tanınan reaksiya qüvvədir. Bir sistem kütləni bir istiqamətdə hərəkət etdirdikdə ya da təcilləndirəndə, təcillənən qüvvəni bərabər böyüklükdə, ancaq əks istiqamətdə bir qüvvə formalaşdırır. Nümunə olaraq stabil qanadlı hava texnikaları, pərvanə və ya reaktiv mühərriklər havayı uçuş istiqamətinin əksi istiqamətində itələməsi sayəsində irəliyə doğru hərəkətlərini təmin edirlər.
Qələmə qovağı
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Önləmə təyyarəsi
Önləmə təyyarəsi (İngiliscə: Interceptor aircraft), düşmən təyyarələrinin vəzifələrini yerinə yetirməsinə maneə olmaq üçün yaradılmış olan təyyarə növüdür. Xüsusilə də, kəşfiyyat təyyarəsi və bombardmançı kimi müdafiəsiz təyyarələrə qarşı istifadə edilirlər. Çox yüksək performans üçün yaradılmış olan yüngül önləmə təyyarələri və hər bir hava şəraitində, gecə və uzun mənzildə xidmət edə bilən daha ağır önləmə təyyarələri olmaqla iki fərqli dizayn fəlsəfəsi ilə yaradıla bilər.
Üfləmə kanalı
Üfləmə kanalı (rus. канал продувания, ing. blowhole, puffing hole, buller) — göl və dənizlərin abrazion sahilini təşkil edən süxurlarda bir qurtaracağı klifin aşağı hissəsinə, digər ucu isə sahilyanı platonun səthinə açılan maili kanal. Klif çıxıntısına dalğanın zərbəsi zamanı, intensiv hava axınının təsiri altında süxurlardakı çatlarda əmələ gəlir. Güclü dalğalanma zamanı kanalın yuxarı dəliyindən su fontanı atıla bilər.
Ümmü Sələmə
Hind, Əbi Üməyyə Məxzumi qızı ləqəbi Ümmü Sələmə(ər:أم سلمة) olan islam peyğəmbərinin (s.a.s) zövcəsi. Ümmü sələmə alim birisi idi elə ki dini və Əhli-Beyti yaxşı tanıması üçün çoxlu kitablar oxuyub və hər sözü rahatlıqla təsdiqləməzdi. Buna görə də toplum arasında(قاریةالکتب) çox kitab oxuyan adı ilə məşhur olmuşdur. Ümmü Sələmə və ilk əri Əbdüllah ibni Əbdüləsəd ilk müsəlmanlardan idi. Əri Uhud döyüşündə öləndən sonra peyğəmbərin xanımı oldu. Onun adı Əhli beytə görə hədislər nəql etdiyi üçün müsəlmanlar arasında məşhur olmuşdur. Bunun səbəbi də Fatimə binti Əsəd (Əlinin anası) vəfat etdikdən sonra Məhəmməd onu Fatimənin himayəçiliyinə verdi.
İmperator iynəcə
İmperator iynəcə (lat. Anax imperator) — İynəcələr dəstəsinə, Cırcımalar fəsiləsinə aid növ. İri ölçülü iynəcə növünə aid olub bədəninin uzunluğu 62–82 mm təşkil edir. Erkək fədlər mavi, dişi fərdlər isə yaşıl rəngdə olur. Bədənin üst hissəsində çıxıntılı uzun qara zolaq gedir. İri mavi-yaşıl rəngli gözləri var. Qanad arakəsməsi ikirəngli olub boz-ağ çalardadır. Qusar, Lənkəran, Masallı rayonlarının ərazisində, Mingəçevir və Varvara su anbarlarının ətraf ərazilərində, Araz su anbarı ətrafı ərazilərdə yayılmışdır. Su və sahil bitkiləri ilə zəngin olan durğun sututarlarında: Su snbarları, kanallar və şirinsulu göllərdə və onların yaxınlıqlarında yaşayırlar. Az saylı olması ilə səciyəvidir.
İqlimə Yaqubova
Yaqubova İqlimə Xurşud qızı — azərbaycanlı aktrisa. İqlimə Yaqubova 31 may 1967-ci ildə Ermənistan rayonunda anadan olmuşdur. 1992-ci ildə İncəsənət Universitetinin "Musiqi teatr aktyorluq" fakültəsini bitirmişdir. 1 sentyabr 1992-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya teatrında xor artisti vəzifəsində işləyir. Səs tembri metso-soprano. Teatrda işlədiyi müddət ərzində "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun", "Məsmə xala dayımdır", "Maritsa", "Talelər qovuşanda", "Volqalı canan", "Silva", "Bəydullanın möhtəşəm toyu", "Çılğın Qasqoniyalı", "Bir günlük siğə", "Aldın payını, çağır dayını", "10 min dollarlıq keyf", "Nəğməli könül", "Dəli dünya", "Gülmək qadağandır", "Hərənin öz ulduzu", "Bir saat xəlifəlik", "Qadınsız yaşamaq olmaz", "Şeytanın yubileyi" kimi tamaşalarında iştirak etmişdir. Xor artisti kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, işinə peşəkarlıqla yanaşmışdır. İ.Yaqubova hal-hazırda Musiqili Komediya teatrında yaradıcılıq fəaliyyətini davam etdirir.
İlmə
Xalça toxunarkən, ümumiyyətlə, iki ərişə bir ilmə salınır. İlmə salınarkən yun ip iki ərişə dolanıb düyünlənir, qalan iki ucu isə xalçanın xovunu yaradır. İlmə iki hissədən ibarətdir: 1. Düyün hissəsi 2. Uc hissələr (düyünün ucları (buna qanad da deyirlər)). İlmənin ucları –qanadlarına ilmətoxunuşun uzunluğu da deyirlər. İlmənin uzunluğu xalçada sıxlığın aşağı olması ilə də əmələ gəlir. Məsələn, sıxlıq 40x40 olduqda ilmənin uzunluğu 25–28 mm, sıxlıq 35×35 olduqda isə, ilmənin uzunluğu 30–35 mm ola bilir. Xalça toxunmazdan qabaq ona sərf olunacaq yun ipin, ərişin, arğacın qədərini, sıxlığını, xovunun qalınlığını bilmək, hesablamaq çox vacibdir. Bunun üçün əvvəlcə 1 m²-də ilmələrin sayını bilmək lazım gəlir.
İtiləmə (film, 2009)
"İtiləmə" (ing. Shank) — 2009-cu ilin, cavan britaniyalı rejissor Saymon Pirsin gənclər arasında zorakılıq və homoseksuallıq haqqında film. Kel adlı 18 yaşlı oğlan gənc bandanın üzvüdür. Özünün boş həyatında narkotik, seks, günahsız insanlara zorakılıqdan başqa heç nə bilmir. Amma onun balaca bir gizli sirri var. Bu sirri banda üzvlərindən ehtiyatla gizlətmək lazımdır: o gizli gay'dir və onun kişilərdən xoşu gəlir. O gizli olaraq bandanın başçısı Connoya aşiqdir, filmin gedişi ilə bilinir ki, o da Kelə biganə deyil. Ancaq açıq şəkildə bu hissləri etiraf etməkdən söhbət belə gedə bilməz: bandada homofobiyaya pərəstiş edilir, elə yaxınlıqda yaşayanlar da «mavisayağı» göründükləri üçün döyülürlər. Başqa bir hücumun qurbanı Olivye adlı fransalı tələbə olur. Hadisələr elə cərəyan edir ki, Keli onun əvvəlki "banda-dostları" izləməyə başlayır və o Olivyenin evində özünə sığınacaq tapır.
Farsbaf ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Olama ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Qüllabi ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
Simmetrik ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
Türkbaf ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
Yandansalma ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
Assimmetrik ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Azər-ilmə
Azər-ilmə — Azərbaycan şirkəti. == Azərbaycanda xalçaçılıq == Azərbaycan xalçası əsrlər boyu dünyada incəsənətimizin təmsilçisi, ulu keçmişimizin, təkrarsız mədəniyyətimizin, milliliyimizin səfiri, elçisi olub. Bu xalçalar öz gözəlliyi, zərifliyi ilə hamını heyrətə gətirmiş, muzeylərdə, şəxsi kolleksiyalarda və ən nəhayət mənzillərdə belə digər eksponatları, əşyaları kölgədə qoymuşdur. Bu baxımdan Azərbaycanda xalça işi özünəməxsus ənənələrə malikdir. Tarix xalçaçılıqla məşğul olan, bu sahənin inkişafına və sağlam təməllər üzərində miqyasca genişlənməsinə əmək sərf etmiş neçə-neçə həmvətənimizin adını öz səhifələrində yaşadır. Azərbaycanın müxtəlif bölgələrində — Şuşada, Ağdamda, Qazaxda, Göyçayda, Qubada və s. təşkil olunan xalça bazarları dünyanın bir çox tacirlərini, səyyahlarını, alimlərini, tədqiqatçılarını özünə cəlb etmişdir. Mənbələrdə bu bazarlarda satışa çıxarılan, sərgilənən xalçaların gözəlliyi, rəngarəngliyi, yüksək hərrac qiymətləri, xaricilərin onlara qarşı marağı haqqında qiymətli məlumatlar vardır. Xalçaçı, toxucu – sənətkardır, yaradıcıdır. O, öz əl işlərini – yuxusuz gecələrinin, alın tərinin bəhrəsi olan məhsulları qədərincə qiymətləndirməkdə çətinlik çəkir.
Eylem Ertuğ Ertuğrul
Eylem Ertuğ Ertuğrul (1976, Zonquldak ili) — otorinolarinqoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Eylem Ertuğ Ertuğrul 1976-cı ildə Zonquldak ilində anadan olub. 2000-ci ildə Gülhanə Təhsil və Araşdırma Xəstəxanasından (GATA) məzun olub. 2006-cı ildə GATA Haydarpaşa Təhsil və Araşdırma Xəstəxanasında qulaq, burun və boğaz (KBB) mütəxəssisi oldu. Diyarbəkirdə Hərbi Xəstəxanada və Karadeniz Ereğli ilçəsində özəl tibb müəssisəsində çalışıb. Yerli və xarici jurnallarda müxtəlif məqalələri dərc olunub. Cümhuriyyət Xalq Partiyasının üzvüdür. CHP il və ilçə şöbələrində İdarə Heyətinin üzvü vəzifəsində təmsil olunub. 2019-2022-ci illərdə CHP Karadeniz Ereğli ilçə şöbəsinin sədri vəzifəsində çalışıb. 2023-cü il mayın 14-də Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq Zonquldak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Qəm yemə!
"Qəm yemə!" (gürc. არ იდარდო!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Dayım Benjamin" tragikomediya romanının adaptasiyasıdır. Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, dostları, Benjaminin yeznəsi olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin bacısı Sofiko (Sofiko Çiaureli) onu və böyük ailəsini saxlamalıdır. Qardaşını evləndirməyə çalışaraq, onu yerli loğman həkim Tsintsadzenin varlı ailəsindən olan və poruçik İşxnelini sevən qızı Meri (Məryəm) ilə bir araya gətirir və tanış edir. Benjaminin qayğısız həyatı birdən-birə çox mürəkkəbləşir. O, evlənməkdə maraqlı deyil, daha çox meyxanəçi arvadı Marqo ilə görüşməyə üstünlük verir, lakin Sankt-Peterburqda təhsil almaq üçün Benjaminə borc verən və indi borcunu tələb edən Abesalom Şalvoviç gəldiyindən və Qlontini həbslə hədələdiyindən Benjamin Sofikonun qərarına tabe olur.