Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rifət Ağalarov
Rifət Ağalarov (19 aprel 1952, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1952-ci il aprelin 19-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 84 saylı Salyan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür.
Sifət
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.
Rift
Rift (ing. rift) — çat, qırılma) — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir çox qitə və okean riftlərinin eni 30–70 km ölçülür. Eyni zamanda, çox dar (5–20 km, məsələn: Ölü dəniz) və çox enli (200–400 km, məsələn: Qırmızı dəniz) riftlər də məlumdur. Rift təsvirini Qreqori (1921) Şərq Afrika qrabenlər sistemi timsalında vermişdir. Rift adətən dar gərilmə zonası əmələ gətirir və vulkanizmlə səciyyələnir. Rift vulkanizmində qələvi süxurların əsasi tərkibli növləri (olivinli bazaltlar, analsimli bazaltlar, pikritlər) üstünlük təşkil edir, turş süxurlar (fonolitlər, traxitlər) isə məhdud yayılır. Rift növləri: 1) qitədaxili — Yer qabığının ilkin zəifləmiş zonaları boyu uzanan riftlər (məsələn: Şərq Afrika rift sistemi); 2) qitələrarası — qitə qabığının olmadığı zonalarda inkişaf edən (məsələn: Qırmızı dəniz və Ədən körfəzi) riftləri; 3) okeandaxili — okeanqabıqlı dar rift dərələri aralıq okean silsilələri və ya georiftogenallar. Riftlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır: 1) blokların diferensiasion hərəkəti nəticəsində; 2) aralanma — qaymaların horizontal yerdəyişməsi nəticəsində; 3) ikimərhələli (hər iki fərziyyəni birləşdirir): başlanğıc mərhələdə tağ qalxması baş verir, gərilmə qüvvələrinin təsirindən tağın mərkəzi hissəsi uçur və sonrakı mərhələdə qaymalar riftdən bir və ya iki tərəfə aralanır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Rifat Hacıselimoviç
Rifkət Boqdanov
Rifkət İbrahimoviç Boqdanov (rus. Рифка́т Ибраги́мович Богда́нов, d. 13 iyun 1950, Mamıkovo, Tatar MSSR — ö. 3 noyabr 2013, Moskva, Rusiya Federasiyası) — Tatar əsilli SSRİ və Rusiya riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Skobeltsyn Nüvə Fizika İnstitutunun Nüvə Reaksiyalar Şöbəsinin aparıcı tədqiqatçısı. Rifkət Boqdanov, uzun bir xəstəlikdən sonra 3 noyabr 2013 tarixində, gecə vaxtdı Moskvada vəfat etmişdir. == Elmi fəaliyyət == Boqdanovun əsas fəaliyyəti, diferensial tənliklər, qeyri-xətti dinamik sistemlər, bifurkasiya nəzəriyyəsi və diferensial geometriya sahəsində olmuşdur. == Biblioqrafiya == Версальная деформация особой точки векторного поля на плоскости в случае нулевых собственных чисел. // Тр. семинара им. И. Г. Петровского, вып.
Rüfət Aslanlı
Aslanlı Rüfət Cəbrayıl oğlu — Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri. == Həyatı == Rüfət Aslanlı 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali təhsillidir. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1993-cü ildən Aqrar Sənaye bankında mühasibat uçotu idarəsində iqtisadçı vəzifəsində başlamış və 1994-cü ilin iyul ayından dekabr ayınadək aparıcı iqtisadçı vəzifəsində davam etdirmişdir. 1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995-ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. 2006-cı ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Rüfət Axundov
Rüfət Rafiq oğlu Axundov (30 avqust 1979; Bakı şəhəri)— Azərbaycanlı estrada müğənnisi. == Həyatı == Rüfət Axundov 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1986–1991-ci illərdə Bakı şəhər 169 saylı orta məktəbdə, 1991–1996-cı illərdə Bakı şəhər 80 saylı orta məktəbdə almışdır. Ali təhsilini 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində almışdır. O, aktyor Yaşar Nurinin bacısı oğludur. == Karyerası == Karyerasına orta məktəb yaşlarından başlamışdır. Ilk dueti Aynur Dadaşova ilə olmuşdur. Daha sonra Rəqsanə İsmayılova, Xatun Əliyeva, Röya Ayxan, Niyam Salami ilə duetləri olmuşdur. Rüfət Axundov həm aktyor, həm müğənni kimi fəaliyyət göstərir. 2017-ci ilin fevral ayında Rüfət Axundov Müdafiə Nazirliyinin Mərdəkan Hərbi İstirahət Evinin bölmə rəisi təyin olunmuşdur.Hal-hazırda müğənni fəaliyyəti ilə bərabər Buzovna mədəniyyət evində müəllim kimi fəaliyyət göstərir.
Rüfət Dadaşov
Rüfət Oleq oğlu Dadaşov (29 sentyabr 1991, Bakı, Azərbaycan) — Almaniyanın "Şalke" klubunun heyətində oynayan azərbaycanlı futbolçu, 2013-cü ildən Azərbaycan milli futbol komandasının üzvü. Milləti ləzgi. Qardaşı Renat Dadaşov da peşəkar futbolçudur. == Karyerası == Rüfət Dadaşov 1991-ci ildə Bakı şəhərində anadan olub. 6 yaşında valideynləri ilə birlikdə Almaniyaya köçüb. Burada futbolla məşğul olmağa başlayıb. Əvvəlcə "Wehen Wiesbaden" klubunun, ardından "Maynts" klubunun futbol akademiyasında, sonra "SV Gonsenheim" klubunun aşağı yaş qrupları üzrə komandasında oynayıb. Bundan sonra Almaniyanın köklü klublarından olan "Kaiserslautern"in əvəzedici komandasına keçib. 3-5 dekabr 2012-ci ildə Bakıda futbol üzrə Azərbaycan milli komandasının seleksiya məşqlərinə dəvət alıb. Transfer dəyəri 250 min avrodur.
Rüfət Elçiyev
Rüfət Eyvazlı
Rüfət Arzu oğlu Eyvazlı (16 sentyabr 1994; Zabrat, Bakı, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsəd Əsədli 1994-cü il sentyabrın 16-da Bakının Zabrat qəsəbəsində anadan olub. 192 saylı orta məktəbi bitirib. Futbol həvəskarı idi. Zabrat həvəskar futbol klubunun üzvü olub. Orta təhsilini Sabunçu rayon Zabrat qəsəbəsi, 192 saylı tam orta mektəbdə başlayıb. 1-ci sinfi burada oxuduqdan sonra, imtahan verərək Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasına qəbul olunur. 2012-ci il Oktyabr ayında Füzuli rayonunda hərbi xidmətə başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsəd Əsədli Hadrutun azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 12-da Xocavənddə mərmi qəlpəsindən şəhid olub.
Rüfət Fətəlizadə
Fətəlizadə Rüfət Nazim oğlu (17 fevral 1995; Ağsu rayonu, Azərbaycan – 9 avqust 2014, Tovuz rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == === Fətəlizadə Rüfət Nazim oğlu === 17 fevral 1995 Ağsu rayonunun Padar kəndində anadan olub == Xidmət illəri == Fətəlizadə Rüfət Nazim oğlu 2014-cü ilin yanvar ayında Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 2014-cü ilin avqustunda cəbhənin Tovuz rayonu istiqamətindəki Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Padar kəndində şəhidin barelyefi qoyulub, adına bulaq çəkilib.
Rüfət Gözəlov
Rüfət Əzim oğlu Gözəlov (17 mart 1996, Dəmirçi, Naxçıvan Muxtar Respublikası – 27 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Gözəlov 1996-cı il martın 17-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun maxesi olan Rüfət Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Oktyabrın 27-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şərur rayonu şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı və 30.12.2020 Tarixli sərəncamı ilə isə "Hərbi xidmətlərə görə" medalı təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rüfət Gülalıyev
Rüfət Gülalıyev (1998-2020) — Azərbaycanlı zorxana ustası. Dünya və Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb. == Həyatı == Əslən Laçın rayonundan olan Rüfət Gülalıyev, 1998-ci ildə anadan olub. Rüfət Gülalıyev, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. == Karyerası == Rüfət Gülalıyev, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Rüfət Gülalıyev, səngi yarışlarında qızıl medala layiq görüldü. Komanda yarışlarında isə o, Məmmədi Salamov, Orxan Xanlarov, Tural Əliyev və Xəyyam Orucov ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Rüfət Hüseynov
Rüfət Hüseynov (25 aprel 1997, Gəncə) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Rüfət Hüseynov 2014-cü ildə Sofiya şəhərində (Bolqarıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda Rüfət Hüseynov Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Rüfət Hüseynov turnirin 1/4 final mərhələsində Hindistan nümayəndəsi Şyam Kahara ilə üz-üzə gəldi. Həmin görüşdə Rüfət Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Şalhar Aixibəy oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rüfət Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Süleyman Lətifov oldu. Həmin görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gələn Rüfət Hüseynov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi oldu. Rüfət Hüseynov həmdə Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində bu idman növü üzrə turnirin qalibi olan birinci idmançı oldu.
Rüfət Hüseynzadə
Rüfət Hüseynzadə (tam adı: Rüfət Lətif oğlu Hüseynzadə) — əməkdar müəllim, pedaqoji elmlər doktoru. == Həyatı == Rüfət Hüseynzadə 1951-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində doğulmuşdur. XX əsrin ziyalı nəslinə mənsub olan atası Lətif Hüseynzadə (2008-ci ildə 106 yaşında dünyasını dəyişmişdir) "İstiqlal" ordeni ilə təltif olunmuş, "Əməkdar Müəllim" adına layiq görülmüş, tədqiqatçı,alim, pedaqoq olmuşdur. R.L.Hüseynzadə 1971-ci ildə ADPU-nun pedaqoji fakültəsindən məzun olmuş, Abşeron rayonunda müəllimlik etmiş və 1974-cü ildən isə Azərbaycan Müəllimlər İnstitutunda çalışmaqdadır. İnstitutda əvvəlcə tərbiyə işləri metodkabinetinə metodist vəzifəsinə qəbul olunmuş, 1983-cü ildə pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etdikdən sonra pedaqogika kafedrasına müəllim, baş müəllim və dosent vəzifəsinə keçirilmişdir. 2000-ci ildə əlavə təhsil üzrə rəhbər pedaqoji kadrlar fakültəsinə dekan, daha sonra isə institutun bakalavr pilləsində pedaqogika və filologiya fakültəsinə dekan vəzifəsinə seçilmişdir. R.L.Hüseynzadə 2007-ci ildə pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək, pedaqoji elmlər doktoru elmi dərəcəsini almış, 2008-ci ildə pedaqogika kafedrasına müdir, professor vəzifəsinə təyin olunmuşdur. 2009-cu ilin 07 dekabrında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzası ilə R.L.Hüseynzadənin şərəfli elmi — pedaqoji əməyi yüksək qiymətləndirilərək ona "Əməkdar Müəllim" adı verilmişdir. Prof. R.L.Hüseynzadənin əsas tədqiqat sahəsi qədim və orta əsrlər dövründə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir tarixinin öyrənilməsi və araşdırılmasıdır ki, bu sahədə dəyərli əsərlərin müəllifidir.
Rüfət Həsənov
Rüfət Rauf oğlu Həsənov (24 aprel 1987, Bakı) — Azərbaycan kinorejissoru və ssenaristi,Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri olub. 23 Sentyabr 2023-cü ildə tutduğu vəzifədən azad edilib. == Həyatı == Rüfət Həsənov 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bates Kollecindən məzun olub. == Fəaliyyəti == 2013-cü ildə Elvin Adıgözəl ilə çəkdiyi "Buqələmun" tammetrajli bədii filmi Beynəlxalq Lokarno festifalının proqramına daxil olub. 2013–2017-ci illərdə Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib. 14–21 Avqust tarixlərində keçirilən 26-cı Sarayevo Film Festivalında "ən yaxşı rejissor" mükafatını qazanıb. == Filmoqrafiya == Force Majeure (2010) O, Sortie!
Rüfət Mayılov
Rüfət Bəhram oğlu Mayılov (31 yanvar 2001; Kürdəmiş, Göyçay rayonu, Azərbaycan — 30 sentyabr 2020; Alxanlı, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Mayılov 2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Rüfət Mayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Xidmət etdiyi hərbi hissədə idman sahəsində dərəcələri yüksək olmuş, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.Azərbaycan Ordusunun əsgəri olan Rüfət Mayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rüfət Mayılov 30 sentyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Göyçay rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Mayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Mayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rüfət Mehdiyev
Rüfət Sabir oğlu Mehdiyev (7 iyul 1969, Bakı – 1 fevral 2011, Bakı) — müğənni və aktyor. == Həyatı == Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində təhsil alıb. 1986-1992-cı illərdə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik edib. Space Televiziyasında hazırlanmış "Qış nağılı" (2002) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib. 1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib. Nizami rayon qəbiristanlığında dəfn edilib. == Filmoqrafiya == Qış nağılı.
Rüfət Mehtizadə
Rüfət İsrayıl oğlu Mehtizadə (1 aprel 1996; Qulubəyli, İmişli rayonu, Azərbaycan — 30 sentyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Mehtizadə 1 aprel 1996-cı ildə İmişli rayonunun Qulubəyli kəndində İsrayıl Mehtizadənin ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Rüfət Mehtizadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. 2015-ci ildə hərbi xidmətini başa vurmuşdur. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Rüfət Mehtizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Rüfət Musayev
Rüfət Ülfət oğlu Musayev (8 oktyabr 2001; Suçma, Şəki rayonu, Azərbaycan — 12 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Musayev 8 oktyabr 2001-ci ildə Şəki rayonunun Suçma kəndində Ülfət Musayevin və Fərqanə Musayevanın ailəsində anadan olmuşdur. 2007-ci ildə Sumqayıt şəhər Corat qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olub. Üçüncü sinifdən Şəki rayon Suçma kənd tam orta məktəbində təhsilini davam etdirən Rüfət Musayev 2018-ci ildə məktəbin 11-ci sinfini bitirmişdir. Subay idi. == Hərbi xidməti == Rüfət Musayev 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rüfət Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tərtər rayonunun Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində keçirilən hərbi əməliyyatlarda fərqlənmişdir.
Rüfət Mustafayev
Rüfət Mustafayev (tam adı: Rüfət Zöhrab oğlu Mustafayev; 12 mart 1996; 12 mart 1996, Sumqayıt – 12 oktyabr 2020 və ya 10 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Mustafayev 12 mart 1996-cı il Sumqayıt şəhərində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2002-ci ildə Sumqayıt şəhəri 18 nömrəli məktəbdə təhsil almağa başlamış və 2013-cü ildə həmin məktəbdə məzun olmuşdur. Elə həmin il dövlət imtahanını uğurla keçərək Azərbaycan Texniki Universitetinin "Maşınqayırma və robototexnika" fakültəsinə qəbul olunub. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının sıralarında həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına könüllü getmişdir. == Şəhadəti == 27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsinə əsgər Rüfət Mustafayev də qatılmışdır. Döyüşlərin ən qaynar nöqtələrində xidmətinə davam etmişdir. 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri Polkovnik-leytenant Cəfərov Zaur ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.Oktyabrın 13-də əsgər Rüfət Mustafayevin nəşi əvvəlcə valideynlərinin yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. Şəhidin cənazəsi yaşadığı ərazidə izdihamla qarşılanmışdır. Oradan avtomobil karvanı ilə Sumqayıt Şəhidlər Xiyabanına yürüş olmuşdur.
Rüfət Məmmədli
Rüfət Vidadi oğlu Məmmədli (23 noyabr 1993; Saloğlu qəsəbəsi, Ağstafa rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Məmmədli 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. 2000–2011-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Rüfət Məmmədli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərdə savaşıb. Aprel döyüşlərindəki şücaətinə görə "kiçik gizir" hərbi rütbəsi alıb. Müxtəlif zamanlarda snayper kurslarında uğurla iştirak edib, fərqlənmələr qazanıb.
Rüfət Nəzərov
Rüfət Nəzərov — aktyorz == Həyatı == R.Nəzərov Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsində oxuyub. 2000-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox uşaq tamaşalarında çıxış edib. Onların arasında: Zmey Qorınıç (Y.Kim "Na zmeinom bolote"), Soldat (Q.Kalau "Kot v sapoqax"), Leşiy (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi rolları qeyd etmək olar. Böyüklər üçün tamaşalardan: Boris (A.Qalin "Konkurs"), Rikardo (L.de Veqa "Uçitel tansev"), Qersoq Burqundski (U.Şekspir "Kral Lir") kimi rolların öhdəsindən gəlib. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Rüfət Quliyev
Rüfət Quliyev (deputat) — professor, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev (futbolçu) — futbolçu.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır.1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir. 1927–1928 illərdə qısa müddətlik Fənərbaxçanın heyətinə qatılmışdır.
İdzu yarımadası
İzu yarımadası (伊豆半島) — Yaponiyanın Honşu adasında, Sakit okean sahillərində yerləşən yarımada. Yarımadanın ərazisində Fuci-Hakone-İzu Milli Parkı yerləşir. Əvvəllər İzu vilayətinin ərazisində yerləşirdi, hazırda isə Şizuoka prefekturası ərazisinə daxildir. Tokiodan Humazuya gedən avtomobil yolu yarımadanın qərbindən keçir və 103 km təşkil edir Yarımada tokioluların əsas istirahət yeri hesab edilir. Burada idman kompleksləri vardır. Yarımada Yaponiyada vasabi yetişdirilən əsas mərkəz sayılır. Yerli mətbəxtə vasabi tamı verən müxtəlif yemək çeşidləri vardır.
İzu adaları
İzu adaları (yap. 伊豆諸島) — Sakit okeanda yerləşən silsilə adalardan ibarətdir. Honşu adasında yerləşən İzu yarımadasından cənub-şərqdə yerləşir. İnzibati cəhətdən Tokio perfekturasına daxildir. == Coğrafiyası == İzu adaları Tokiodan yerləşməsindən asılı olaraq 100–350 km aralıda yerləşir. İzu adalarından 290 km cənub-şərqdə Bonin adaları yerləşir. Adalar Filippin dənizinin şimal sərhədlərini təşkil edir. Adalar vulkan məşəllidir. İzu adaları Fudzi-Xakone-İzu milli parkının əsas hissəsini təşkil edir. Bura tokioluların əsas istirahət mərkəzi rolunu oynayır.
İzu yarımadası
İzu yarımadası (伊豆半島) — Yaponiyanın Honşu adasında, Sakit okean sahillərində yerləşən yarımada. Yarımadanın ərazisində Fuci-Hakone-İzu Milli Parkı yerləşir. Əvvəllər İzu vilayətinin ərazisində yerləşirdi, hazırda isə Şizuoka prefekturası ərazisinə daxildir. Tokiodan Humazuya gedən avtomobil yolu yarımadanın qərbindən keçir və 103 km təşkil edir Yarımada tokioluların əsas istirahət yeri hesab edilir. Burada idman kompleksləri vardır. Yarımada Yaponiyada vasabi yetişdirilən əsas mərkəz sayılır. Yerli mətbəxtə vasabi tamı verən müxtəlif yemək çeşidləri vardır.