Rüfət Mustafayev (tam adı: Rüfət Zöhrab oğlu Mustafayev; 12 mart 1996; 12 mart 1996, Sumqayıt – 12 oktyabr 2020 və ya 10 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rüfət Mustafayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 mart 1996(1996-03-12) |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 2020(2020-10-12) (24 yaşında) və ya 10 oktyabr 2020(2020-10-10) (24 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olub |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Suqovuşan döyüşü |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Rüfət Mustafayev 12 mart 1996-cı il Sumqayıt şəhərində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2002-ci ildə Sumqayıt şəhəri 18 nömrəli məktəbdə təhsil almağa başlamış və 2013-cü ildə həmin məktəbdə məzun olmuşdur. Elə həmin il dövlət imtahanını uğurla keçərək Azərbaycan Texniki Universitetinin "Maşınqayırma və robototexnika" fakültəsinə qəbul olunub. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının sıralarında həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına könüllü getmişdir.
27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsinə əsgər Rüfət Mustafayev də qatılmışdır. Döyüşlərin ən qaynar nöqtələrində xidmətinə davam etmişdir. 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri Polkovnik-leytenant Cəfərov Zaur ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.[1]
Oktyabrın 13-də əsgər Rüfət Mustafayevin nəşi əvvəlcə valideynlərinin yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. Şəhidin cənazəsi yaşadığı ərazidə izdihamla qarşılanmışdır. Oradan avtomobil karvanı ilə Sumqayıt Şəhidlər Xiyabanına yürüş olmuşdur. Rüfət həmin gün Sumqayıt şəhərinin dövlət rəsmilərinin, icra nümayəndəliklərinin, rəhbər şəxslərin və şəhər sakinlərinin iştirakı ilə yaylım atəşi ilə təntənəli şəkildə torpağa tapşırılmışdır.