Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kömür
Kömür — çöküntü qaya, mineral, ən qiymətli yanacaq növü və kimya üçün xammal və təkcə sənaye deyil. Karbonun beynəlxalq adı latdan gəlir. lat. carbō — "kömür". Fosil kömür sporlardan, mamırların, qıjıların və digər qədim bitkilərin epidermisinin hissələrindən (350-250 milyon il əvvəl) - arıq kömürlərdən, antrasitlərdən, kokslaşan, zəif qapalı, qazlıkömürlər, uzun alovlu və digər yarımnövlərdən əmələ gəlmişdir. Sonra karbonsuz bir dövr oldu, sonra qəhvəyi kömürlər, sapropellər, torflar yüksək temperaturun təsiri altında və oksigenə çıxış olmadan, daha əvvəl, karbonsuz dövrdən əvvəl, ağac qalıqlarını emal edən mikroorqanizmlərin iştirakı olmadan meydana gəldi. Kömür, ağacdan sonra insanın istifadə etdiyi ilk qalıq yanacaq idi. Bu növ yanacağın bir kiloqramını yandırmaq 3400-7200 kkal enerji almağa imkan verir . 1960-cı ildə kömür dünya enerji istehsalının təqribən yarısını təmin edirdisə, 1970-ci ildə onun payı üçdə birinə enmişdir. Kömür rəsm üçün material kimi, koks istehsalında istifadə olunur və kömürdən anilin boyaları da alınır.
Anbardaki kömür
Anbardakı kömür (fr. Coke en stock) Tintin macəralarının 19-cu hissəsidir. Belçikalı yazıçı Erje tərəfindən yazılmışdır və "Le journal de Tintin" jurnalında yayınlanmışdır. == Adlandırılması == Tintin macəralarının 19-cu hissəsi "Anbardakı kömür" adlanır. Hekayədə qanqsterlər gəminin anbarında saxladıqları afrikalı qulları "anbardakı kömür" kod adı ilə çağırırdılar . İngilis versiyasında hekayə "Qırmızı dənizin köpəkbalıqları"(The Red Sea Sharks), türk versiyasında isə "Qul tacirləri" (Köle tüccarları) adlandırılmışdı. == Mövzu == Macərada Xemed Əmirliyində (yudurma) iqtidar sahibi olan Mohammed Ben Kaliş Əzab Şeyh, Bab Əl Əhr tərəfindən devrilməyə çalışılır. Tintin və Kapitan Haddok bir filmin çıxışından sonra General Alkazar ilə qarşılaşırlar. Tələsən general uzaqlaşarkən pul qabını yerə salır. Tintin pul qabını ona qaytarmaq üçün generalın qaldığı otelə gedir, amma onun orada olmadığını öyrənir.
Anbardakı kömür
Anbardakı kömür (fr. Coke en stock) Tintin macəralarının 19-cu hissəsidir. Belçikalı yazıçı Erje tərəfindən yazılmışdır və "Le journal de Tintin" jurnalında yayınlanmışdır. == Adlandırılması == Tintin macəralarının 19-cu hissəsi "Anbardakı kömür" adlanır. Hekayədə qanqsterlər gəminin anbarında saxladıqları afrikalı qulları "anbardakı kömür" kod adı ilə çağırırdılar . İngilis versiyasında hekayə "Qırmızı dənizin köpəkbalıqları"(The Red Sea Sharks), türk versiyasında isə "Qul tacirləri" (Köle tüccarları) adlandırılmışdı. == Mövzu == Macərada Xemed Əmirliyində (yudurma) iqtidar sahibi olan Mohammed Ben Kaliş Əzab Şeyh, Bab Əl Əhr tərəfindən devrilməyə çalışılır. Tintin və Kapitan Haddok bir filmin çıxışından sonra General Alkazar ilə qarşılaşırlar. Tələsən general uzaqlaşarkən pul qabını yerə salır. Tintin pul qabını ona qaytarmaq üçün generalın qaldığı otelə gedir, amma onun orada olmadığını öyrənir.
Başar Kömür
Başar Kömür — Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Azərbaycan Tədqiqatları jurnalının sponsuru. == Həyatı == Başar Kömur 1952-ci il yanvarın 1-də Türkiyənin Hatay ilinin Ərzin şəhərində anadan olub. 1993-cü ildən Mayns şəhərində təsis olunmuş Mayns Azərbaycan Cəmiyyətinin sədridir. 2001-ci ildə Dunya azərbaycanlılarının I qurultayının numayəndəsi olub. 2004-cü ildə yaranmış Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü seçilib. 2005-ci ilin may ayında Türkiyənin İsgəndərun şəhərində fəaliyyətə başlamış Türkiyə Azərbaycan Federasiyasının Təşəbbüs qrupunun üzvüdür. 2005-ci ildə Türkiyənin Xattay vilayətinin şəhər bələdiyyələri ilə Azərbaycan şəhərləri arası Dostluq və Əməkdaşlıq müqavilələrinin bağlanmasının təşəbbüskarı olub və həmin vilayətin şəhər bələdiyyələrinin sədrlərinin Azərbaycana səfərlərini təşkil edib. Səfər çərcivəsində, bir qrup bələdiyyə sədrləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüblər. 2010-2012-ci illər ərzində Avropa Azərbaycanlıları Konqresinin sədri olub. NATO statusu altında olan Amerika ordusunun Sosial-Fəaliyyət Mərkəzində məsləhətci olaraq çalışır və Avropanın Dövlətə Çalışan Sindikatlarının İdarə Heyətinin üzvüdür.
Daş kömür
Daş kömür — bitki mənşəli çökmə süxur olub, təbii yanacaq növüdür. == Ümumi məlumat == Daş kömür çox kövrəkdir, qara, boz və parlaqdır. Suda batır və həll olmur. Daş kömür əsasən Donbas, Orta Asiya, Zaqafqaziya və Sibirdə çıxarılır. Ondan yaşayış evlərini qızdırmada, fabrik və zavodlarda, polad və çuqun əridilməsində, eləcə də yanacaq, sabun, yağ, spirt, benzol, plastik maddələr, ətriyyat, dərman, boyaq, turşular və s. istehsalında istifadə olunur. Daş kömür — üzvi mənşəli bərk yanacaqdır. Təbiətdə daş kömürün ehtiyatları neft ehtiyatından çoxdur. Daş kömürdən karbohidrogenlərin əsas alınma üsullarından biri daş kömürün kokslaşdırılmasıdır. Bu zaman 1000–1200 °C-də daş kömürün pirolizi həyata keçirilir.
Kömür (dəqiqləşdirmə)
Kömür
Kömür (içki)
Kömür - Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Naxçıvan şəhərindən 75 km aralı, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. Burada karbonatlı düzləvi tərkibli zəngin mineral su mənbəyi vardır. Bu su sinir sisteminin funksional xəstəlikləri, yorğunluq, mədə-bağırsaq və tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün əlverişlidir. == Mənbə == Əli Polad. Bir damla su. I cild. Bakı,2011.
Kömür Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Kömür qazı
Kömür qazı, şəhərlərdə istilik və işıqlandırma məqsədləri üçün istifadə edilən kömürdən Əldə edilən qaz yanacağıdır. Kömür qazı "Kömür Qazı Zavodu" və ya Qazxana adlandırılan istehsal və ya depolama müəssisələrində istehsal olunur. Onun tərkibi istehsalında istifadə edilən üsula görə dəyişir, lakin adətən hidrogen, karbon monoksit, metan və uçucu karbohidrogenlər kimi kalorili qazlardan və az miqdarda da karbon qazı və azot kimi kalorisiz qazlardan ibarətdir.
Kömür sənayesi
Kömür sənayesi— Kömürün əsas hasilatı Asiya, Şimali Amerika, Avropa (Çin, ABŞ, AFR, Rusiya, Hindistan, Avstraliya, Qazaxıstan, Ukrayna, Polşa, CAR və s.) ölkələrinin payına düşür. Ən mühüm hövzələri isə Rur, Donetsk, Kuznetsk, Yuxarı Sileziya, Appalaç, Fusin, Midlend, Viktoriya Karaqanda və s.dır.Hazırda kömür hasilatının 10-15%-i dünya bazarına çıxarılır. Çin, Böyük Britaniya, Almaniya, Ukrayna və Rusiyanın əksər kömür yataqları dərində yerləşdiyi üçün kömürün hasilatı baha başa gəlir. ABŞ, Avstraliya, CAR-da kömür yataqları yer səthində yerləşdiyi üçün açıq üsulla çıxarılan kömür daha ucuz başa gəlir.Ona görə də Avropa ölkələrinin çoxu ucuz kömürü almağa daha çox meyil edirlər.
Kətəl Kötül
Kətəl Kötül (və ya Kətəl Köhül) — İranın Zəncan ostanında yerləşən mağara. Kətəl Kötül mağarası Khudabəndə bölgəsində yerləşir. Bu mağara 1924-cü ildən əvvəl tapılıb, hicri tarixi ilə 1330-uncu ildə Jamaliy-e Zanjani adlı şəxs tərəfindən qeydə alınmışdır .
Ukraynada kömür
Ukraynada kömür — Kömür mədəni Ukraynada mühüm bir sənayedir. Ukraynada kömür mədəni tez-tez kömür ilə zəngin olan Donetsk hövzəsi ilə əlaqələndirilir. Ancaq bu yeganə kömür mədəni bölgəsi deyil, digəri isə Lviv-Volhynian hövzəsi və Dnepr qəhvəyi kömür mədən hövzəsidir. Ukraynanın Şərqində yerləşən Donetsk hövzəsi, ölkənin ən inkişaf etmiş və daha böyük kömür mədən bölgəsidir. Ukrayna son vaxtlara qədər, Avropanın üçüncü böyük kömür istehsalçısıdır. 1976-cı ildə milli istehsal 218 milyon ton olub. 2016-cı ilədək istehsal 41 milyon ton azalıb. Şərqi Ukraynadakı Donetsk qara kömür hövzəsi, ölkənin ehtiyatlarının 90% -i ilə bağlı olan üç problemə məruz qalır: (1) mədənlər sərmayə yatırımı üçün kifayət qədər gəlirli deyil, yəni iyirmi yaşlı dağ-mədən avadanlıqları və prosesləri mövcuddur,(2) hökumət, Beynəlxalq Valyuta Fondundan məsləhət alaraq, illik 600 milyon dollarlıq maddi subsidiyaları dayandırdı və (3) Ukrayna hökuməti özünü müstəqil elan edən Donetsk Xalq Respublikası və Luhansk Xalq Respublikası tərəfindən nəzarət altına alınan mədənləri satın almaqdan imtina edir. == Tarixi == 1870-ci ildə Ukraynada kömür mədəni sənayesi başladı. 1913-cü ildə Donetsk, Rusiya imperiyasında kömürün 87%-ni istehsal etmişdir.
Daş-kömür dövrü
Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir.Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə. == Paleocoğrafiyası == Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi. Cənub supermateriki Qondvana hələ də çox nəhəng vahid kontinet olaraq qalırdı.
Daş kömür dövrü
Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir.Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə. == Paleocoğrafiyası == Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi. Cənub supermateriki Qondvana hələ də çox nəhəng vahid kontinet olaraq qalırdı.
Daş kömür sistemi
Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir.Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə. == Paleocoğrafiyası == Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi. Cənub supermateriki Qondvana hələ də çox nəhəng vahid kontinet olaraq qalırdı.
Kömür (film, 1997)
Kömür (ing. Coal, hind कोयला: Koyla) — 1997-ci ildə çəkilmiş məhəbbət və döyüş janrında çəkilən Hind filmidir. Film Rusiyada və Azərbaycanda "Sözsüz məhəbbət" adı ilə tanınır. == Məzmun == Raca Saab sənaye hökmdarıdır. Bəzən işçiləri ilə pis davranır və onların qadınlarına təcavüz edər. Bu zaman ona üsyan edən hər kəsi öldürər. Raca gözəl kənd qızı Qaurini özünə həyat yoldaşı seçmək istəyir. Bunun üçün Raca ona səssiz xidmətçisi Şanxarın bir fotoşəklini göndərir və qız ona aşiq olar. Qauri bir müddət sonra evlənəcəyi adamın Şanxar olmadığını anlayır. Racaya bədənini vermək istəmir.
Kotor
Kotor (mont. Котор/Kotor, serb. Котор/Kotor, xorv. Kotor, it. Cattaro, lat. Acruvium, yun. Ασκρήβιον) — Monteneqroda şəhər. Kotor icmasının inzibati mərkəzidir. Adriatik dənizinin Kotor körfəzi sahilində yerləşir. Tarixən Kotor və ətraf ərazilər Dalmasiya bölgəsinə aiddir.
Kömür (film, 2019)
Kömür — ssenari müəllifi və rejissoru azərbaycanlı İsmayıl Münsif, prodüseri isə fransalı Etien de Rikaud olan film. Filmin Azərbaycan türkcəsində çəkilməsi bəzi qadağalara səbəb olub. Film Fəcr kinofestivalında heç bir mükafata layiq görülməyib. Rejissor buna filmin Azərbaycan türkcəsində çəkilməsinin səbəb olduğunu bildirib. Daha sonra Ərdəbil şəhərində filmin nümayişi pantürkizmin təbliğatı bəhanəsi ilə qadağan edilib. Ərdəbil vilayətinin İrşad və Mədəniyyət İdarəsinin tapşırığı ilə filmin nümayişinə qoyulan qadağadan bir gün sonra etirazlar qarşısında türkdilli "Kömür" filminin Ərdəbildə ekranlara çıxmasına icazə verilib. == Haqqında == Fransa ilə ortaq məhsul olan Kömür filmi Azərbaycan türkcəsində çəkilib. Astara şəhərində çəkilmiş filminin ssenari müəllifi və rejissoru İsmayıl Münsif və prodüseri isə fransalı Etien de Rikaudur. Filmin premyerası oktyabrın 9-da Təbrizin Setare-Baran kinoteatrında baş tutub. Lakin film İranın "Fəcr" adlı kinofestivalında diqqətləri cəlb etsə də, heç bir mükafat qazanmağa müvəffəq olmayıb.
Kömür (qrafik material)
Qrafik material olan kömürlə çəkilmiş rəsm sənəti; Qurğuşun, kömür, qrafit kimi rəsm alətləri ilə çəkilmiş şəkildir. Təbiətdə olan bir çox materialına görə ən qədim sənət sahələrindən biridir. Təsviri sənətlərdə təhsilə və işə başlamaq üçün qrafik alət olan kömürlə çəkilmiş dizayn işlərindən istifadə edilir. Bununla birlikdə, Kömürlə çəkilmiş şəkillər özü bir sənət qolu olmuşdur. Ölçü şəkilə fərqli rənglər əvəzinə eyni rəngin fərqli tonları ilə verilir. Mənzərə, interyer, natürmort və abstrakt əsərlər kömür ilə çəkilə bilinsə də, daha çox portret şəklində istifadə olunur. Portretlərdə kömür və yağlı boya əvvəllər olduğu kimi bədii və ticarət dəyərini qoruyur. Eyni zamanda, digər texnikalardan daha asan və daha ucuz olması bu sahədəki həvəskar tədqiqat eskizlərini artırmışdır. Müxtəlif bədii baxışlara baxmayaraq kömür realizmin ən qalıcı texnikasıdır. Rəssamların fərqli üslublarına baxmayaraq, ən fərqli üslublar; ştrixləmə, cızma-qara, tonlamaq və kölgələndirmək.
Kömür Qazı Zavodu
Kömür Qazı Zavodu və ya Qazxana kömür qazı qaz istehsalı üçün nəzərdə tutulmuş sənaye zavodu və anbar sahəsidir. Daş kömürünün yüksək temperaturda distillə edilməsi nəticəsində əldə edilən kömür qazı XIX əsrdə işıqlandırma məqsədilə istifadə edilmişdir. Yeni işıqlandırma texnologiyalarının inkişafı ilə bərabər kömür qazı zavodları da öz funksiyalarını itirmişdir. == Tarix == Kömürdən məişət yanacağı kimi istifadə olunmağa XVI əsrin sonlarından başlanmış və kömürün içindən yanan qaz çıxdığı və buna da kömürün yanması zamanı yaranan alovun səbəbi olduğu müşahidə edilmişdir. XVIII əsrin sonunda Belçikada yaşayan Minckelaers adlı bir əczaçı tərəfindən kömürün sobada yanarkən şiddətli bir parıltı verdiyi kəşf edilmişdir. Bundan sonra kömür qazının (hava qazının) işıqlandırma məqsədilə yandırılması ilə bağlı müxtəlif tədqiqatlara başlanılmışdır. İngiltərədəki Boulton and Watt firmasında mühəndis olaraq çalışan William Murdoch, bu qazın partlama və parıltı kimi xüsusiyyətləri olduğunu meydana çıxarmışdır. Merdok böyük bir anbarda yığdığı qazı yandırsa da heç bir partlayış olmadığını müşahidə etdikdən sonra qazın işıq əldə edərək şəhəri işıqlandıra biləcəyi fikrini irəli sürmüşdür. 1804-cü ildə Boulton və Watt firması qaz əldə etmək üçün istifadə edilən retortlar istehsal etməyə başladı. Müxtəlif xüsusi tikililərin və ərazilərin işıqlandırılması üçün kömür qazından istifadə olunurdu.
Zasyadko kömür mədəni
Zasyadko kömür mədəni (ukr. Шахта ім. Засядька Засядька , rus. Шахта им. А. Ф. Засядько) Ukraynanın şərqindəki Donetsk şəhərində kömür hasilatı şirkətidir. 2014-cü ildə Donbass müharibəsi başlayandan sonra mədən üsyançıların nəzarətində olan ərazidə yerləşdi.Şirkətin meneceri və iddia edilən sahibi Regionlar Partiyası daxilində nüfuzlu iş adamı və siyasətçi Yuxim Zvyahilskidir. İqtisadi, texnoloji və siyasi əhəmiyyəti ilə yanaşı, şirkət – kömür mədəni, çoxsaylı ölümlə nəticələnən təkrar mədən qəzalarının yeri olması ilə məşhurdur. Ən ölümcül, Ukrayna tarixindəki ən dəhşətli faciə 2007-ci il noyabrın 18-də baş verib və 101 şaxtaçı həlak olub. == Tarix == Mədəndə istehsal 1958-ci ildə başlamışdır. Yarandığı gündən mədən Sovet Kömür Sənayesi nazirlərindən biri olan Aleksandr Zasiadkonun adını daşıyır.
Qotur
Qotur, qoturluq (lat. scabies) — qoturluq gənəsi Sarcoptes scabiei vasitəsilə yoluxulan dəri xəstəliyi. Davamlı birbaşa təmasda olduqda insandan insana keçir.
Çotur
Çotur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə yerləşir. Hamamlı (Spitak) rayonu təşkil edilənə kimi (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim türk dilində "uc", "kənar" mənasında işlənən "çotur" sözü əsasında formalaşmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarameç qoyulmuşdur.
Kötü İnsanları Tanıma Senesi
Kötü İnsanları Tanıma Senesi (azərb. Pis insanları tanıma ili‎) — Sagopa Kajmer tərəfindən Melanxoliya musiqi etiketi ilə çıxarılan ilk solo albom. Albom 13 mart 2008-ci ildə yayımlanmışdır. Həmçinin, albomun instrumental parçaları 28 fevral 2015-ci ildə Sagopa Kajmerin rəsmi YouTube hesabından yayımlandı. Sagopa Kajmer, əvvəlki tərzini davam etdirəcəyini söylədiyi albomun adı ilə əlaqədar şərhlər haqqında da açıqlama verdi. O, albomun adının heç kimə xüsusi olaraq yazılmadığını bildirmişdir. Albomun istehsalı, albomdakı skreçlər və sözlər ona aiddir. Sadəcə "Gölge Haramileri" mahnısının bir hissəsi ona aid deyil.Albomun ilk 5000 nəşri kolleksiyaçılar üçün Limited Edition olaraq təyin edilmişdir. Xüsusi buraxılışda, Sagopa Kajmerin 5 dəqiqə qarışıq konsert görüntülər, 2 şəkil, o cümlədən afişa və stiker yer alır.
Daş-kömür daşınması (film, 1907)
Götür mənim ruhumu (film, 2010)
Götür mənim ruhumu (ing. My Soul to Take) — 2010-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin büdcəsinin nisbətən böyük olmasına baxmayaraq, gəliri az olmuşdur. == Məzmun == Əfsanəyə görə Riverton şəhərində Seriyalı qatil ölümündən sonra yenidən qayıdacaqdır. Qayıdanda isə onun öldüyü gecədə doğulan yeddi uşağı qətlə yetirəcəkdir. 16 ildən sonra şəhərin yerli əhalisi gözlənilmədən itməyə başlayır... == İstinadlar == == Xarici keçidlər == Götür mənim ruhumu — Internet Movie Database saytında.
Avropa Kömür və Polad Birliyi
Avropa Kömür və Polad Birliyi (ing. European Coal and Steel Community; ECSC) — İkinci Dünya müharibəsindən sonra kömür və polad sənayesini tənzimləmək üçün yaradılmış Avropa təşkilatı. O, rəsmi olaraq 1951-ci ildə Belçika, Fransa, İtaliya, Lüksemburq, Hollandiya və Qərbi Almaniyanın imzaladığı Paris müqaviləsi ilə yaradılmışdır. ECSC fövqəlmillətçilik prinsipinə əsaslanan beynəlxalq təşkilat idi və nəticədə Avropa İttifaqının yaradılmasına səbəb olan inteqrasiya prosesinə başlamışdır. ECSC ilk dəfə 9 may 1950-ci ildə (Aİ-nin bugünkü Avropa Günü) İkinci Dünya müharibəsinin bitməsinin beşinci ildönümünün ertəsi günü Fransanın xarici işlər naziri Robert Şuman tərəfindən Şuman bəyannaməsi kimi, Fransa və Almaniya arasında gələcək müharibənin qarşısının alınması yolu kimi təklif edilmişdir. O, "müharibəsi təkcə ağlasığmaz deyil, həm də maddi cəhətdən qeyri-mümkün etmək" məqsədi daşıdığını bəyan etdi, buna regional inteqrasiya ilə nail olunmalı idi və bunun ilk addımı ECSC idi. Müqavilə üzv dövlətlər arasında sərbəst müəyyən edilmiş bazar qiymətləri, məhsulların sərbəst hərəkəti və gömrük rüsumları və ya vergilər, subsidiyalar və ya məhdudlaşdırıcı təcrübələr olmadan kömür və polad üçün ümumi bazar yaradacaqdı. ECSC-ə dörd qurum nəzarət edirdi: müstəqil təyin edilmiş şəxslərdən ibarət Ali Hakimiyyət, milli parlamentarilərdən ibarət Ümumi Assambleya, milli nazirlərdən ibarət Xüsusi Şura və Ədalət Məhkəməsi. Bunlar son nəticədə bugünkü Avropa Komissiyası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası və Avropa Ədalət Məhkəməsinin planını təşkil edəcəkdi. ECSC 1957-ci ildə Roma müqaviləsi ilə ondan sonra yaradılmış icmalar, Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyi üçün bir model rolunu oynadı.
Koltur adası
Koltur (far. Koltur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada cəmi 1 nəfər yaşayır. Sahəsi 2.3 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 477 m-dir. Adada eyni adlı kənd vardır. Kənd 1980-ci ildə qoyunçuluqla məşqul olan əhali tərəfindən salınmışdır.
Kotar sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Kotor körfəzi
Kotor körfəzi (mont. Boka Kotorska) — Monteneqronun cənub-qərbində, Xorvatiyanın cənubunda yerləşən körfəz. Körfəz Adriatik dənizində yerləşmiş olub fiord tipli qıvrımlı çıxıntıya oxşayır. Təbii bir liman olan Kotor dar boğazlarla bağlanan 4 hissədən ibarətdir. Körfəzin ətrafında dik dağlar uzanır. Narınc meyvə tipli bitkilərin yetişdiyi bu körfəzdə bir çox turistik təsis tikilmişdir. == Geologiya == Kotor körfəzi Kuaterner dövründə bu bölgədəki düzənliklərin su altında qalması nəticəsində yaranmışdır. Yanında Lovsen və Orjen dağlarının yüksəldiyi, sahillərin girintili-çıxıntılı olduğu dərin körfəzdir. Körfəz Verij boğazı ilə bir-birindən ayrılan 2 böyük hövzədən ibarətdir. (Tivat körfəzi, Kotor və Risan körfəzi.) == Tarix == Körfəzin ətrafındakı kiçik quru yolları turizm təsislərini bir-birinə bağlayır.
Kotul üsgüyotu
Kotul üsgüyotu (lat. Consolida divaricata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, (20) 30-60 (100) sm hündürlükdə çox qısa və sıx bitkidir. Gövdəsi aralı boş budaqlıdır. Yarpaqları çox qısa qınlı saplaqlarda, dəyirmi formalı, çox saylı\ barmaqvari nazik xətti hissəciklərə ayrılmışdır. Çiçəkqrupu boş, süpürgəvaridir, çiçək saplağı uzun, aralanmış, 2 qısa xətti çiçəkaltlıqlıdır. Çiçəkləri göy-bənövşəyi və ya bənövşəyi rəngdədir, çiçəkyanlığının yarpaqcıqları 7-10 (12) mm uzunluqda, uzunsov-ellipsvari və ya uzunsov-tərsyumurtavari, xaricdən səthi və ya ancaq orta hissəsi çox qısa sıx tüklü, mahmız nazik, düz (13) 20-25 mm uzunluqda nektarlıq açıq rənglənmiş, tez-tez bənövşəyi, 3 dilimli, ortası üç bucaq və kənarları enli yarım dairəvi dilimlərlə olur. Çalov (meyvə) uzunsov, düz, sıx tüklü 7-10 (12) mm uzunluqda, düz nazik 1,5-2 mm uzunluqda burunculudur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Əkinlərdə, tarlalarda, çağıl daşlarında, yovşanlıqlarda bitir.
Qotur (Abaran)
Qotur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. == Tarixi == Abaran çayının sağ qolu üzərində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Qoytur olmuşdur. Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. İndi xaraba kənddir. Toponim Azərbaycan dilində «bitkisiz, otsuz yer» mənasında işlənən qotur sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Əhalisi == 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1830-40-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Qotur (Sayınqala)
Qotur (fars. قطور‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (125 ailə).
Kötü İnsanları Tanıma Senesi (albom)
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Köhül
Köhül (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Köhül (Şəbüstər) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. Köhül (Bicar) — İranın Kürdüstan ostanının Bicar şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Köhül (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Köhül (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Köhül (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Köhül (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Köküz
Köküz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd.
Könül
Könül — Qadın adı və təxəllüs. Bu adı olan tanınmış şəxslərKönül Xasıyeva — azərbaycanlı muğam ifaçısı Könül Kərimova — Azərbaycan müğənnisi. Könül Abdulrəhimova — Azərbaycan alimi. Könül Hüseynova — Rejissor. Könül Mehrəliyeva — azərbaycanlı müğənni, aktrisa. Könül Bünyadzadə — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007). Könül Arifqızı — Ssenari müəllifi. Aparıcı Könül Talıbova — Könül Yazar — Könül Əliyeva — Könül Babayeva — Könül Bunyatova — Könül Ömərova —Bu təxəllüsü olan tanınmış şəxslərÜlviyyə Könül — Klipmeyker. Rejissor.
Köpük
Köpük qaz baloncuqlarını bərk və ya maye halına gətirərək yaradılan bir maddədir. Hamam süngərindəki və bir stəkan pivənin üstündəki qabarcıqlar köpük nümunəsidir. Əksər köpüklərdə böyük bir qaz var və onlar qaz zonalarını ayıran nazik bərk film və ya bərk filmlərdən ibarətdirlər.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Kütüm
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. == Yayılması == Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Kətük
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Kətik kəndinin əhalisinin sayı 8 nəfər təşkil edirdi.
Şötük
Şötük - ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.
Şütür
Şütür-Azərbaycanın erkən şəhərlərindən biri.Goranboy bölgəsində yerləşirdi. Qədim mənbələrdən məlum olur ki, Şütür V – VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şütür şəhərini yerlə yeksan etmişlər. Şütür şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi "qala yeri", yaxınlıqdakı kənd isə "sevinc, şənlik, səadət" mənasında Şadlı adlanır. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi. Şütür şəhəri qədim mənbələrdə Xanagahi-Şütür də adlanırdı. Bu da Şütür xanagahı deməkdir. Araz sahilindən Gəncəyə kimi оlan 34 fərsənglik yоl Хaar, Qark, Lənbəran, Bazarcıq, Bərdə, Cuqbuq, Dih-Isfahan, Хanəgah-Şütür kimi ticarət mərkəzləri və yaşayış məskənlərindən kеçirdi. Daha sоnra bu yоl Şəmkür, Yurd-Şadakban, Ağstafa, Yam və s.
Kültür
Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər. "Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" — "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə. Mədəniyyət sözü, həmçinin, ərəbcə "Mədinə" sözündədir və mənası "şəhərsalma" anlamına gəlir. Məşhur rus dilşünası Vladimir Dal özünün "İzahatlı lüğət"ində yazır: "Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır". Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiə" adını vermişdir. Mədəniyyət — təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır. Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.
Artur
Artur — Dünyada çox işlədilən ad və soyad. == Ədəbiyyatda == Kral Artur == Bu adı olan tanınmış insanlar == Artur Bleyk — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. Artur Braziliano Maya — Braziliya futbolçusu Artur Cefri — avstraliyalı şərqşünas Artur Con Robin Qorell Milner — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. Artur de Qobino — Fransız yazıçı və diplomat. Artur Dryuri — FİFA prezidenti Artur Henderson — İngiltərənin Xarici İşlər Naziri Artur Keli — İngilis riyaziyyatçısı Artur Klark — İngilis fantastı, yazıçı Artur Konan Doyl — ingilis yazıçı, Artur Kostler — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. Artur Qayton — Amerika fizioloqu Artur Leist — alman yazıçısı. Artur Lenk — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Artur Lyuis —iqtisadçı. Artur Makdonald — Kanadalı astrofizik. Artur Mas — Kataloniya əyalətinin 129-cu prezidenti. Artur Miller — ABŞ dramaturqu.
Batur
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Boyur
Boyur — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Boyur kəndi dağətəyi ərazidədir. Toponim qədim türk sözü olan və "dağ döŞü", "dağ yamacı" mənalarını bildirən bair sözünun yerli tələffüz formasıdır. Ərazini relyef cəhətdən təsvir edir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Gomur
Gomur — İndiki Ermənistanda çay. Gomur (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Gomur — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Gomurlu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.