Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşıq Zülfiyyə
Aşıq Zülfiyyə (İbadova Zülfiyyə; 26 noyabr 1970, Alakol, Tovuz rayonu) — Azərbaycan aşığı. Azərbaycan komsomolu mükafatının laureatı (1987). "Aşıq Pəri" Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Zülfiyyə 1970-ci il noyabr ayının 26-da Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. == Aşıqlıq fəaliyyəti == On dörd yaşından peşəkar səviyyədə saz çalmağa başlamışdır. İlk ustadı dayısı Fərrux olmuşdur."Aşıq Pəri" Məclisinin ən kiçik üzvü olmuşdur. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. 1986-cı ildə Almaniyaya, 1987-ci ildə Moskvaya festivala getmişdir. == Təltifləri == 1991-ci ildə Türkiyənin Konya şəhərində "Atatürk ödülü" qızıl medalı təqdim edilmişdir."Xan qızı Natavan" mükafatı ilə təltif edilmişdir. == Ailəsi == Aşıq Zülfiyyənin babası da aşıq olub.
Zülfiyyə (şairə)
Zülfiyyə (1 (14) mart 1915, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 1 avqust 1996 və ya 23 avqust 1996, Daşkənd) — Özbəkistan şairi, Özbəkistanın xalq şairi (1965), Sosialist Əməyi Qəhrəmanı (1985) . == Həyatı == Zülfiyyə 1915-ci ildə Daşkənddə dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini bitirdikdən sonra, qızlar üçün açılmış pedaqoji məktəbdə oxumuşdur. Burada o, böyük ədəbiyyat dünyasına daxil olmuş və ilk şeirlərini yazmışdır. Bu, 1930-cu ilə təsadüf etmişdir. İlk şeirini mətbuatda-qəzetdə dərc etdirmiş və sonralar mütəmadi olaraq müxtəlif qəzet və jurnallarda çap olunmuşdur. 1932-ci ildə "Həyat səhifələri" adlı ilk şeirlər kitabı çapdan çıxdı. Bu uğurlarına baxmayaraq, o, özünü zəif görürdü, həyat təcrübəsi az olduğundan hər addım çətin görünürdü. Əslində, ilk addımı atmışdı. O, məqalələrinin birində yazırdı: "Mənim üçün həyatımın ən xoşbəxt çağları Həmid Alimcanla olan 10 illik ailə həyatım olmuşdur.
Zülfiyyə Hüseynova
Zülfiyyə Yusif qızı Hüseynova (15 oktyabr 1970, Qaradağlı, Jdanov rayonu) — Azərbaycanlı cüdoçu və samboçu. Zülfiyyə Hüseynova sambo üzrə 5 dəfə Dünya Çempionatının qızıl medalını qazanıb. Hüseynova həm də Azərbaycanı 1996 Atlanta və 2000 Sidney Olimpiadasında təmsil etdi. Azərbaycanın əməkdar idman ustası olan Zülfiyyə Hüseynova 1995-ci ildə "Tərəqqi" medalına layiq görüldü. == Həyatı == Zülfiyyə Hüseynova 1970-ci ilin 15 oktyabr tarixində Beyləqan rayonunda anadan olub. Hüseynova hal-hazırda Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində mayor rütbəli əməkdaşıdır. == Karyerası == Zülfiyyə Hüseynova cüdo ilə yanaşı həm də sambo ilə məşğul olub. O, 1992, 1994, 1995, 1996 və 1997-ci illərdə Dünya Çempionatının qızıl medalını qazanıb. Cüdoçu kimi isə Hüseynova Azərbaycanı 1996 Atlanta və 2000 Sidney Olimpiadasında təmsil etdi. 1996-cı ildə baş tutan yarışlarda Zülfiyyə Hüseynova startdaca İspaniyalı İsabel Fernandezə uduzdu.
Zülfiyyə Qurbanova
Zülfiyyə Qurbanova — aktrisa. == Həyatı == Qurbanova Zülfiyyə Misirxan qızı Yanvarın 4-ü 1984-cü ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində incəsənət və mədəniyyət işçiləri ailəsində anadan olmuşdur. 1990-cı ildə Sumqayıt şəhərində 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə Sumqayıt şəhərində 7 saylı orta məktəbi bitirmişdir. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinə daxil olmuş, oranı 2007-ci ildə qurtarıb, həmin ildə eyni ixtisas üzrə magistraturaya qəbul olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyorluq" şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinin magistraturasını bitirmişdir. 2007-ci ildən xalq artisiti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan aktrisa, hazırda teatrın gənc aparıcı aktrisalarından biridir. Zülfiyyə Qurbanova Azərbaycandan Kann film festivalında iştirak edən ilk Azərbaycanlı aktrisadır. == Filmoqrafiya == 1. "Arzular" filmi (2005). İran və Azərbaycanın birgə istehsalı.
Zülfiyyə Sadıqova
Sadıqova Zülfiyyə Şükür qızı - Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri, Xəzər Universitetinin kamera orkestrının bədii rəhbəri professor, dosent. Əməkdar müəllim.1990-cı ildə Bülbül adına orta ixtisa musiqi məktəbini gümüş medalla, 1995-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə “Gənc musiqiçilər” müsabiqəsinin birinci dərəcəli fəxri diplomunu almış, həmin ildə şəhər və respublika baxışlarının qalibi olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət və İncəsənət Muzeyində solo konserti keçirilmişdir. 1994-cü ildə “Tələbə və aspirantların IV elmi ifaçılıq konfransı”nın diplomu ilə təltif olunub. 1997-ci ildə görkəmli tarzən Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) adına Xalq Çalğı Alətləri üzrə musiqi ifaçılarının Respublika müsabiqəsində yaradıcılıq fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib. 1998-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində aspiranturanı bitirib. 2011-ci ilin may ayında İtaliyanın Roma şəhərində Akademia Nazionale di Sonto Ceciliya konsert salonunda solo proqramla çıxış edib. 2014-cü ilin mart ayının 7-də Böyük Britaniyanın London şəhərində solo konsertlə çıxış etmişdir.
Zülfiyyə Xanbabayeva
Zülfiyyə Xanbabayeva (16 oktyabr 1967, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). Azərbaycan müasir estrada qurucularından biri. == Həyatı == Zülfiyyə Güloğlan qızı Xanbabayeva 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 161 nömrəli məktəbi bitirdikdən sonra 1985-ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub. 1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edərək finala çıxıb.1994-cü ildə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin "Aypara" qrupunda çıxış etməyə başlayır. Ailəlidir. Bir qız övladı var.O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Solo karyera == Qrupdan ayrıldıqdan bir müddət sonra solo karyerasına başlamışdır.
Zülfiyyə Xanbabayeva diskoqrafiya
Zülfiyyə Xanbabayevanın 2000-ci ildən bu günə kimi 7 albomu işıq üzü görüb. İlk albom az tirajla satışa çıxarıldı, tez bir zamanda alındı, mahnılar sevildi. Gecə albomundan iki klip çəkilib efirə verildi. Sentyabr ayında Fidan və Xuraman Qasımovalar ilə yazılan duetə video efirə çıxır, bu proyektə görə Zülfiyyə "Humay" mükafatına layiq görülür. Elə həmin ilin sonunda Zülfiyyə ilk alboma daxil olan və albom satışa çıxdıqdan sonra yazdırdığı mahnılardan ibarət canlı konsert verdi. 2001-ci ilin sonunda növbəti albom çıxdı. Albomla eyni adı daşıyan mahnıya çəkilən klip İlin Ən Yaxşı Klipi kimi Humay mükafatı alır. 2002-ci il mayın 31-i tarixində indiki adı ilə Heydər Əliyev adına Sarayda solo konsertlə çıxış edir, bu konsertə görə üçüncü dəfə "Humay" mükafatına layiq görülür, İlin Ən Yaxşı Konserti. Sonra ard-arda Qəlbinə Yol və Sənsiz albomları dinləyicilərin ixtiyarına verilir. Zülfiyyə xanımın "Dəniz" adlı albomu onun qızının adını daşıyır.
Zülfiyyə Xanbabayeva diskoqrafiyası
Zülfiyyə Xanbabayevanın 2000-ci ildən bu günə kimi 7 albomu işıq üzü görüb. İlk albom az tirajla satışa çıxarıldı, tez bir zamanda alındı, mahnılar sevildi. Gecə albomundan iki klip çəkilib efirə verildi. Sentyabr ayında Fidan və Xuraman Qasımovalar ilə yazılan duetə video efirə çıxır, bu proyektə görə Zülfiyyə "Humay" mükafatına layiq görülür. Elə həmin ilin sonunda Zülfiyyə ilk alboma daxil olan və albom satışa çıxdıqdan sonra yazdırdığı mahnılardan ibarət canlı konsert verdi. 2001-ci ilin sonunda növbəti albom çıxdı. Albomla eyni adı daşıyan mahnıya çəkilən klip İlin Ən Yaxşı Klipi kimi Humay mükafatı alır. 2002-ci il mayın 31-i tarixində indiki adı ilə Heydər Əliyev adına Sarayda solo konsertlə çıxış edir, bu konsertə görə üçüncü dəfə "Humay" mükafatına layiq görülür, İlin Ən Yaxşı Konserti. Sonra ard-arda Qəlbinə Yol və Sənsiz albomları dinləyicilərin ixtiyarına verilir. Zülfiyyə xanımın "Dəniz" adlı albomu onun qızının adını daşıyır.
İxtiyarati-qəvaidi-külliyyə
Əbri Xacə ibn Adilinin nücum elminə (astronomiya və astrologiya) dair “İxtiyarati-qəvaidi-külliyyə” (“Ümumi qaydaların seçkisi”) əsəri 1459-cu ildə Azərbaycan türkçəsində yazılmışdır. Əvvəldən və sondan tam, mükəmməldir. Bu nüsxənin katibi, köçürüldüyü il və yer göstərilməmişdir. Aydın nəsx xətti ilə köçürülmüş əlyazma hərəkələrlə verilib. Paleoqrafik, qrafik və orfoqrafik xüsusiyyətlərinə görə nüsxəni XVI əsrə aid etmək olar. London muzeyində, Konyadakı Mövlana muzeyində, İstanbuldakı Topqapı sarayında bu əsərin nüsxələri mühafizə olunur. Əsər 7 babdan (fəsildən) ibarətdir. Əsərin dili sadə və aydındır. Zəngin leksik tərkibə malikdir, nəxslə dilimizdə yazılmış orta əsrlərə aid elmi əsər nümunəsi kimi olduqca dəyərlidir. Xalq dilindən gələn söz və ifədələr abidənin dilində böyük yer tutur.
Dəniz (Zülfiyyə Xanbabayeva albomu)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. == Hazırlanması == Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Gecə (Zülfiyyə Xanbabayeva albomu)
== Albom haqqında == Bu Zülfiyyə Xanbabayevanın ilk studiya albomudur. Albom mediaya 2000-ci ildə təqdim olunub. Həmin il Azərbaycanda ən çox satılan albomlardan biri olub.
Sənsiz (Zülfiyyə Xanbabayeva albomu)
== Albom haqqında == "Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu.
Gözümün Qarası (Zülfiyyə Xanbabayeva mahnı)
Gözümün qarası - 2006-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Sözləri İsmayıl Dadaşovun, musiqisi Hüseyn Abdullayevindir. == Mahnı haqqında == Mahnı ilk dəfə 2006-cı ilin yazında Zülfiyyə Xanbabayeva tərəfindən oxunmuşdur. Mahnı efirə getdiyi gündən bütün hitparadlarda 1-ci oldu. Mahnı 2006-cı ildə ilin mahnısı seçildi. Mahnı Zülfiyyə xanımın 2009-cu ildə işıq üzü görən Dəniz albomuna daxil edildi. == Video == Mahnının videosu əvvəlki Zülfiyyə Xanbabayeva kliplərindən fərqli olaraq Gürcüstanda çəkildi. Videoda hər hansı bir sujet xətti yoxdu.
Nə Faydası (Zülfiyyə Xanbabayeva mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Qəlbinə Yol (Zülfiyyə Xanbabayeva albomu)
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. == Albom haqqında == "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Sən Gedən Gündən (Zülfiyyə Xanbabayeva albomu)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Zülfiyə Kamalova
Zülfiyə Kamalova (tatar. Зөлфия Нәсип кызы Камалова 8 avqust 1969, Sarapul[d], Udmurtiya MSSR[d]) — Tatar mənşəli Sovet və Avstraliya müğənnisi. Dünya musiqisi üslubunda çoxsaylı musiqi müsabiqələrinin qalibi. Avstraliyanın "İlin müğənnisi 2001" müsabiqəsində "Dünya musiqisi-2002" janrının ən yaxşı ifaçısı. == Bioqrafiyası == Zülfiyə Kamalova Sarapulda (Udmurtiya) 8 avqust 1969-cu ildə anadan olmuşdur. 9 yaşında musiqi ilə maraqlanmağa başlayır. Orta məktəbi bitirdikdən sonra Perm Universitetinin Xarici Dillər fakültəsinə daxil olur. 1991-ci ildə tələbə mübadiləsindən sonra Kaliforniyaya (ABŞ) yola düşür. Orada bir avstraliyalı ilə evlənir. Birlikdə Avstraliyaya köçür.
Ülviyyə Ağayeva
Ülviyyə Ağayeva (18 sentyabr 1978, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezideni. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir.
Ülviyyə Fətəliyeva
Ülviyyə Hasil qızı Fətəliyeva (3 avqust 1996, Gəncə) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (2022). == Həyatı == Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə anadan olub. Gəncə şahmat məktəbinin yetirməsidir. == Karyerası == 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub.2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb. Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında 8 xalla brünc medala sahib olmuşdur. == Milli komanda == Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017) və Avropa çempionatlarının (2015, 2017) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.2022-ci ilin 28 iyul-9 avqust tarixləri arasında Hindistanın Çennai şəhərində keçirilmiş 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində beşinci lövhədə mübarizə aparmış və şəxsi göstəricidə gümüş medal qazanmışdır. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Ulviyya Fataliyeva. Chess-DB.com (ing.) Ulviyya Fataliyeva. Chessgames.com (ing.) Ulviyya Fataliyeva.
Ülviyyə Hacıbəyova
Ülviyyə Vaqif qızı Hacıbəyova (d. 9 iyun 1960, Bakı) — Azərbaycan pianoçusu və bəstəkarı, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Ülviyyə Hacıbəyova 9 iyun 1960-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, 3 yaşında pianoda ifa etməyə başlamışdır. Ülviyyə Hacıbəyova ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində almışdır. 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, 1986-cı ildə isə Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin sinfində assistent-stajorluğu bitirmiş, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Yakob Milşteyn və Lev Naumovdan dərs almış, təcrübə keçmişdir. Ülviyyə Hacıbəyova pedaqoji fəaliyyətinə 1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlamışdır. Hazırda Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının professorudur. == Yaradıcılığı == Ülviyyə Hacıbəyova 1985-ci ildən Yeganə Axundova ilə birlikdə piano dueti ifaçısı kimi müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. O, həmçinin bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla çıxış edir.Ülviyyə Hacıbəyova, ilk əsərini 6 yaşında yazmışdır.
Ülviyyə Həmzəyeva
Həmzəyeva Ülviyyə Tapdıq qızı (30 aprel 1982, Şəkərabad, Babək rayonu) — Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, 2010–2015-ci il IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, V və VI çağırış Milli Məclisin deputatı. == Həyatı == Ülviyyə Həmzəyeva 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində almışdır. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirmişdir. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır. == Siyasi fəaliyyəti == Naxçıvan Ali Məclisinin V çağırışı, Azərbaycan Milli Məclisinin V çağırış deputatı və Azərbaycan Milli Məclisinin VI çağırış deputatıdır. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Yaradıcılığı == Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirməyə çalışır.
Ülviyyə Könül
Ülviyyə Könül — klipmeyker, rejissor, ssenari müəllifi. Əməkdar incəsənət xadimi. "Mədəniyyət" telekanalın direktoru. == Həyatı == Kərimova Ülviyyə Oqtay qızı 28 sentyabr 1972-ci ildə Bakıda anadan olub. 1989-cu ildə 1 nömrəli Dəmiryol orta məktəbini bitirib. 1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb. 1992–1996-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, daha sonra rejissor kimi fəaliyyət göstərib, musiqili kliplər, sosial və digər reklam çarxlarını, 1996-cı ildə isə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında eyniadlı televiziya filmini çəkib. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülüb. 2004-cü ildə Afinada keçirilən olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" üçün Azərbaycan haqqında tanıtım çarxını hazırlayıb. 2004-cü ildə Bədii gimnastika üzrə Dünya Kubokunun açılış və bağlanış mərasimlərinin, 2005-ci ildə Bədii gimnastika üzrə Dünya Çempionatının açılış və bağlanış mərasimlərinin, həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə UNESCO qərargahında təşkil edilmiş tanınmış akademik, alim Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli konsertin və digər layihələrin rejissoru olub.
Ülviyyə Rza
Ülviyyə Abdullayeva (13 iyun 1984, Bakı) — Aktrisa. == Həyatı == Rza Ülviyyə Gülməmməd qızı 1984-cü il iyun ayının 13-də Bakıda anadan olub. Hal-hazırda Bakı Bələdiyyə Teatrının aktrisasıdır.Ailəlidir, iki övladi var.
Ülviyyə Rəhimova
Ülviyyə Rəhimova (2 avqust 1983, Bakı) — Azərbaycanlı müğənni. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib, həmin illərdə "Bəri-Bax" qrupun tərkibində müxtəlif müsabiqələr və festivallar iştirakçısı olub. 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün 2 fevralda keçiriləcək yarımfinal mərhələsində "İn Love" mahnısı ilə yarışıb. Lakin finala çıxa bilməyib.Müğənninin toyu 2010-cu il sentyabrın 25-i Bakının şadlıq saraylarından birində baş tutub. Ülviyyə caz ifaçısı Ceyk Cons adlı əcnəbi şəxslə ailə həyatı qurub.
Ülviyyə Sultan
Ülviyyə Sultan (1868, Konstantinopol – 5 oktyabr 1875, Konstantinopol) — XXXIV Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == II Əbdülhəmidin ilk övladı idi. Atasının şahzadəlik illərində Dolmabağça sarayında dünyaya gələn Ülviyyə Sultanın anası çərkəz əsilli Nazikəda xanım idi. Sarayda baş verən qəza nəticəsində hələ 7 yaşında ikən yanaraq faciəvi şəkildə ölmüşdür. II Əbdülhəmid bu övladını və onun acısını heç vaxt unutmadı. Ayşə Sultanın xatirələrində dediyinə görə, atası II Əbdülhəmid Ülviyyə Sultan haqqında danışarkən "Allah heç birinizin acısını göstərməsin, ancaq Ülviyyəmi heç vaxt unutmayacam, ağrısı qəlbimi yandırır" demişdir. Məzarı Yeni Məsciddə Cədid Havadin türbəsində anasının məzarının yanındadır.
Ülviyyə Tahir
Ülviyyə Tahir (tam adı: Ülviyyə Tahir qızı Mustafayeva; 15 noyabr 1980, Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist. == Həyatı == Ülviyyə Tahir qızı Mustafayeva 15 noyabr 1980-ci ildə Azərbaycan SSR, Göyçay rayonunun, Bəydövül kəndində anadan olmuşdur. === Təhsili === 1987—1998-ci illərdə Göyçay rayonu, Ə.Əsgərov adına orta məktəbdə təhsil almışdır. 1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 2002-ci ildə həmin fakültəni bitirmişdir. 2009-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olmuşdur. == Fəaliyyəti == 2009-cu ildə ilk hekayəsini yazmışdır. 2014-cü ildə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsində "Anamın tabutu" adlı pyeslə iştirak etmiş və 44 balla 7-ci yer olub."Stokholm Sindromu" hekayəsilə "Ədəbi Azadlıq-2015" müsabiqəsində iştirak edib.Hazırda 150-ə yaxın hekayə, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir. === Əsərləri === ==== Müəllifi olduğu əsərlər ==== Şeytanın missiyası Üzü cəhənnəmə Buqələmun Ortaq şəhər (hekayələr kitabı) ALJİR Şükriyyə Taleyim ==== Tərcümə və şərhçisi olduğu əsərlər ==== Co Navarro / Marvin Karlins, Bədən dili Nevzat Tarhan, Qadın psixologiyası (Kadın psikolojisi) (nəşr edilməyib) == İstinadlar == == Həmçinin bax == Ceylan Mumoğlu == Xarici keçidlər == Rəsmi bloqu Ülviyyə Tahir — Instagram səhifəsi Ülviyyə Tahir — Azadlıq Radiosunun rəsmi saytında Ülviyyə Tahir. "Nəzarəti tam ələ keçirtmək diləyi ilə... Ülviyyə Tahir" ( (az.)).
Ülviyyə Şamilqızı
Ülviyyə Şamilqızı (Məmmədova) (d. 23 aprel, 1986, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. 24 yanvar, 2018, Həştərxan vilayəti, Rusiya) — Azərbaycan jurnalisti. == Həyatı == Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonundakı hərbi-hissəyə təhvil verib qayıtmaq tapşırığı alsa da, əsgərləri təhvil verdikdən sonra geri qayıtmayıb. Gizir Şamil Məmmədov yaralı əsgərləri xilas etmək üçün həmin əraziyə doğru irəliləyib. Amma özü də yaralanaraq həmin ərazidə qalıb. Döyüş bölgəsində vəziyyətin ağır olduğunu görüb əsgərlərinin yanında qalır. Bu vaxt ermənilər hücuma keçib. Əsgərlərdən bir neçəsi yaralanıb. Yaralıların olduğu ərazi atəş altında saxlandığından yaralıları döyüş meydanından çıxarmaq mümkün olmayıb.
Ülviyyə Əlili
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. == Həyatı == Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. == Oynadığı rollar == Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə) Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli) Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli) Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev) Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov) Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov) İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət) Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər) Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin) Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar) Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev) Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə) İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva) Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli) Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov) Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.
Ülviyyə Əliyeva
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. == Həyatı == Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. == Oynadığı rollar == Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə) Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli) Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli) Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev) Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov) Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov) İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət) Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər) Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin) Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar) Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev) Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə) İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva) Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli) Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov) Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.