KÜRƏ

KÜRƏ I is. [ fars. ] Ocaq. O saat sinəsi dəmirçi kürəsi kimi yanmağa başladı (Dastanlar).

KÜRƏ II is. [ ər. ] Girdə, şar şəkilli. Axı, necə dözür bu zərbələrə; Havada fırlanan balaca kürə? (B.Vahabzadə).

KÜRƏ III is. [ ər. ] Dünya. Bir səhər bu səslə qalxdım yerimdən; Günəşlə bir baxdım Yer kürəsinə (M.Araz).

KÜRƏ IV is. Kürəşəkilli ildırım. Birdən toyuq yumurtası boyda sarı işıq verən kürə pəncərədən içəri daxil oldu və dəhlizə keçdi.

KÜRƏ V sif. Qulağı uzun olan. Kürə qoyunun yunu çox olur.

KÜP
KÜRƏK
OBASTAN VİKİ
Kürə
Kürə — fəzanın verilmiş nöqtəsindən müsbət r məsafəsini aşmayan nöqtələr çoxluğudur. "r" kürənin radiusu adlanır. Kürə həmçinin yarımdairənin radiusu ətrafında fırlanmasından yaranan həndəsi cismdir. Bu diametr kürənin oxu adlanır. Kürənin səthi sfera adlanır.
Kürə dairəsi
Kürə dairəsi (rus. Кюринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1862–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qasımkənd idi.
Kürə dağları
Kürə dağları — Qərbi Qara dəniz hissəsində yerləşən Kürə dağları "Alp qırışıqlığı" sisteminə bağlı olan bir sıra dağ sisteminin bir hissəsidir. Kürə Dağları Fransadan başlayaraq Balkanlardan Anadoluya, Qafqazdan və İrandan Himalaya qədər uzanan dağ silsiləsinin bir hissəsinə aiddir. Ən yüksək zirvəsi Yaralıgöz dağının hündürlüyü 2019 metrdir. Dağın yamacları sıx meşələrlə örtülmüşdür.
Kürə xanlığı
Kürə xanlığı (ləzg. Куьредин шарвал) — Cənubi Dağıstanda 1812–1864-cü illərdə mövcud olmuş feodal dövləti. == Coğrafiyası == Kürə xanlığı əsasən Qürahın tarixi və coğrafi bölgəsində yerləşirdi. Buraya Qürah, Ağul və Riçin kənd cəmiyyətlərinin birliklərinin ərazisinin bir hissəsi olan Qürah vadisi daxil idi. Hal-hazırda Kürə xanlığının ərazisində yerləşən inzibati rayonlar: Ağul, Qürah və Süleyman-Stalski rayonları. Cənubda Kürə xanlığının sərhədləri Samurçay istiqamətində Quba xanlığına qədər uzanırdı. Cənub-qərbdə xanlıq Samur silsiləsinin zirvəsində Altıpara və Axtıpara azad cəmiyyətləri ilə, həmçinin Rutul bəyliyi ilə həmsərhəd idi. Qərbdə və şimalda sərhədləri Qazıqumuq xanlığına qədər uzanırdı. Tabasaran maysumluğu ilə şimal-şərqdə sərhədə malik olmuşdur. Şərqdə Kürə xanlığı Dərbənd xanlığı ilə sərhədlənir.
Kürə Kani (Bükan)
Kürə Kani (fars. كوره كاني‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (24 ailə).
Açıq kürə (riyaziyyat)
n {\displaystyle n} — ölçülü fəzada M M 0 = ( x 1 − x 0 1 ) 2 + ( x 2 − x 0 2 ) 2 + … + ( x n − x 0 n ) 2 < r {\displaystyle MM_{0}={\sqrt {(x_{1}-x_{0}^{1})^{2}+(x_{2}-x_{0}^{2})^{2}+\ldots +(x_{n}-x_{0}^{n})^{2}}}<r} şərtini ödəyən M ( x 1 ; x 2 ; … ; x n ) {\displaystyle M(x_{1};x_{2};\ldots ;x_{n})} nöqtələrindən ibarət çoxluq. Burada M 0 ( x 0 1 ; … ; x 0 n ) {\displaystyle M_{0}(x_{0}^{1};\ldots ;x_{0}^{n})} nöqtəsi kürənin mərkəzi, r {\displaystyle r} onun radiusudur. n = 2 {\displaystyle n=2} olduqda müstəvi üzərində çevrənin daxili oblastı, n = 3 {\displaystyle n=3} olduqda isə fəzada sferanın daxili oblastı alınır: == Ədəbiyyat == M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Aşağı Kürə (Urmiya)
Aşağı Kürə (fars. كوره سفلي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (54 ailə).
Yeddi kristal kürə
Yeddi kristal kürə - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 13-cü hissəsidir.
Yuxarı Kürə (Urmiya)
Yuxarı Kürə (fars. ‎كوره عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Çeşmə Kürə (Bicar)
Çeşmə Kürə (fars. چشمه كوره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Gəvlən (Salmas-Kürəsinli)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa (ö. 2 mart 1688) — II Süleyman dövründə ümumilikdə 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Sədrəzəm Körpülü Mehmed Paşanın kölələrindən olub, əslən abxazdır. Bir müddət onun xidmətində olmuş, ardından qızı Ayşə Xatunla evlənmişdir. Bu səbəblə bir çox mənbələrdə Körpülü kürəkəni olaraq anılır. Sədrəzəmin vəfatından sonra sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda oldu. Onun sədarəti dövründə 1663-cü ildən etibarən çıxılan Uyvar, Krit və Kamaniçe səfərlərində iştirak etmişdir. Sədrəzəm Əhməd Paşanın 1676-cı ildə vəfatının ardından həccə gedən riqabdar ağanın yerinə vəkillik etdi və ertəsi il özü də hacı oldu. Mərzifonlu Mustafa Paşanın 1678-ci ildə çıxdığı Çehrin səfəri əsnasında ikinci miraxur olduğu bilinir. Ancaq sədrəzəmin istəyilə bütün saray vəzifələrindən azad oldu və iqta sahibi hərbçi olaraq səfərə qatıldı.
Kürəbulaq
Kürəbulaq (Şot)
Kürəbulaq (Məlikan)
Kürəbulaq (fars. كوره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (59 ailə).
Kürəbulaq (Çaypara)
Kürəbulaq (fars. كورابلاغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (14 ailə).
Kürəbulaq (Şot)
Kürəbulaq (fars. كورابلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Kürədərə (Əhər)
Kürədərə (fars. كوره درق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (23 ailə).
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Kürək (dəqiqləşdirmə)
Kürək
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Kürəkaltı əzələ
Kürəkaltı əzələ (lat. musculus subscapularis) üçbucaq formalı böyük çiyin əzələsi olub, kürəküstü çuxurdan başlanır, bazu sümüyünün kiçik qabarına bağlanır. Rotator manjetinin 4 əzəsindən biri olan kürəkaltı əzələ həmin əzələlər içərisində ən böyüyü və ən güclüsüdür, belə ki, bu əzələ manjetin ümumi gücünün 50%-ni təşkil edir. Əsas funksiyası qolun daxilə rotasiyasını təmin etməkdir.
Kürəkayaqlılar
Kürəkayaqlılar (lat. Scaphopoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi.
Kürəkbasan mahalı
Kürəkbasan mahalı — Gəncə xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Sərhədləri — == Mahalın tarixi == 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir. Onlardan biri də Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalıdır.
Kürəkburun
Kürəkburun (lat. Scaphirhynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi. Şimali Amerikanın şirin sularında yaşayır.
Kürəkburunlar
Kürəkburunlar (lat. Scaphirhynchinae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan yarımfəsilə.
Kürəkcik
Kürəkcik (paddle) – kompüter oyunlarında: xüsusən obyekti ekranda şaquli və üfüqi hərəkət etdirmək üçün istifadə olunan manipulyator. Oyunun idarə olunması dəstəyin döndərilməsi vasitəsilə həyata keçirilir. Beləliklə, ekranda obyekti (məsələn, tennis raketini) bir ox üzrə (iki istiqamətdə) hərəkət etdirmək olur. Hansısa başqa hərəkətləri yerinə yetirmək üçün əlavə düymələri də ola bilər. Belə manipulyatorlar 1970-ci illərdə istifadə olunurdu və 1980-ci illərin ortalarında, demək olar ki, “yoxa çıxdı”, onların yerini daha rahat olan coystiklər tutdu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.
Kürəkeş (Vərziqan)
Kürəkeş (fars. كوراكش‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (44 ailə).
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı

Digər lüğətlərdə