Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Kəlalə
Kəlalə- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Kəlalə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,661 nəfər və 6,446 ailədən ibarət idi.
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Əyalət
Əyalət — ölkə (dövlət) daxilində, bir neçə şəhər və kənddən ibarət olan inzibati-ərazi vahidi.
Cəsarət Abbasov
Cəsarət Abbasov (Cəsarət Adil oğlu Abbasov; 4 aprel 1974, Muğanlı, Xocavənd rayonu, Azərbaycan SSR - 17 mart 1993, Qarabağ, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəsarət Abbasov 4 aprel 1974-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta təhsilini Muğanlı kəndindəki səkkizillik məktəbdə alan Cəsarət 1990-cı ildə Qarabağ müharibəsi zamanı Muğanlı kənd özünümüdafiə dəstəsinə qoşulmuşdur. 1992-ci ilin 2 oktyabrında Muğanlı kəndi düşmənlər tərəfindən işğal edildi. Həmin il Cəsarət Milli Ordu sıralarına yazıldı. Cəsarət Abbasov 17 mart 1993-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi.
Cəsarət Səfərov
Cəsarət Xaliq oğlu Səfərov (27 iyun 2001, Suraxanı rayonu – 4 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəsarət Səfərov 2001-ci il iyunun 27-də Suraxanı rayonunda anadan olub. Onun əmisi oğlu — Şahmar Səfərov da İkinci Qarabağ müharibəsi şəhididir. Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cəsarət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəsarət Səfərov noyabrın 4-də Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəsarət Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəsarət Səfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəsarət Valehov
Cəsarət Valehov (31 mart 1974, Qutqaşen) — fəlsəfə doktoru, dosent, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri. == Təhsil* == Bakı Dövlət Universiteti –“Hüquqşünaslıq” fakültəsi, bakalavr (fərqlənmə diplomu) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – "Siyasi idarəetmə" fakültəsi, magistratura (fərqlənmə diplomu) Bakı Dövlət Universiteti- əyani aspirantura Corc Vaşinqton Universiteti(ABŞ)- Fulbrayt proqramı məzunu == Təcrübə == Azərbaycan Televizya və Radio Yayımları Şirkətində redaktor Gənclər Təşkilatları Milli Şurası Məclisinin sədri AMEA-nın Fəlsəfə, Hüquq və Siyasi Tədqiqatlar İnstitutunun “Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər" şöbəsinin elmi işçisi Qərb, Bakı Mühəndislik və Dövlət Pedaqoji universitetlərində pedaqoji fəaliyyət(müəllim, dosent) Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil departamentinin direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinidə “Açıq Dərs” təhsil layihəsinin müəllifi və moderatoru Təhsil İnstitutunun aparıcı elmi işçisi Elm və təhsil nazirliyinin informasiya şöbəsinin müdir müavini və İctimaiyyətlə əlaqlələr sektorunun müdiri 30-dan çox elmi məqalə, 500-dən çox teleproqramın müəllifi == Elmi dərəcə == Fəlsəfə doktoru Təhsil İnstitutunun dosenti == Təltif == Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. == Təlimlər (sertifikat) == Fransa, Strasburq “İntercultural learning” təlimi. Niderland, Amsterdam "Mediada müxtəliflik" təlimi. Böyük Britaniya, London “Living together” təlimi. Polşa, Varşava, "Puclic broadcasting" təlimi Böyük Britaniya, London, "İntroduction to Pr" təlimi Türkiye, Ankara, I ULUSLARARASI EĞİTİM SOSYOLOJİSİ SEMPOZYUMU Gürcüstan, Tabaxmeli şəhərində keçirilən “Gənc liderlər”in beynəlxalq təlimi == Ailə vəziyyəti == Evlidir. İki övladı var. == Dil biliyi == Azərbaycan, rus, ingilis, türk dilini bilir. == Filmoqrafiya == "Şuşa maarifi" sənədli-bədii filmi, 2023 Açıq Dərs təhsil tok-şousu (2005-2013) Böyük türk (film, 2007) Əşrəf Hüseynov. Yaşamaq yanmaqdır...
Cəsarət Əhmədov
Cəsarət Mehman oğlu Əhmədov (12 fevral 1978, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti == Həyat == Əhmədov Cəsarət 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri kəndində zəhmətkeş bir ailədə anadan olub. 1995-ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinə daxil olub, 2000-ci ildə həmin universitetin “Tikintinin iqtisadiyyatı” fakultəsində təhsilini başa vurub. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Ali Dövlət, Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Milli Qvardiyasında xidmət edib. Əla xidmətə görə Qvardiyanın yaradılmasının 10-cu ildönümü münasibətilə şəxsən general-polkovnik Vaqif Axundov tərəfindən fəxri fərmanla təltif olunub. İdmanla 1995-ci ildən məşğul olur. İdmanın Qol güləşi növü üzrə ölkə çempionu adını qazanmış, dünya və Avropa çempionatlarının iştirakçısı olmuşdur. 2008-ci ildə Azərbaycan Armrestlinq Federasiyasının prezidenti seçilmiş, 2009-cu ildə isə, yeni yaradılmış idman klublarının əsasında Azərbaycan Qol Güləşi Federasiyasını təsis etmişdir. Həmin ildən Azərbaycan Qol Güləşi Federasiyasının prezidentidir. 2008-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür. 2011-ci ildə “Respublikanın fəxri bədən tərbiyyəsi və idman işçisi” adına layiq görülüb.
Cəsarət Əliyev
== Əsas elmi nailiyyətləri == Tezliklərə görə qismən səpilmə nəzərə alınmaqla şüaköçürmə tənliyinə operator əmsallı diftənlik kimi baxılmış və tam analitik həlli verilmişdir [1-3]. Öz-özünü qravitasiya cazibəsində olan qazın halını təsvir edən xətti olmayan tənliklər sisteminin həlli üçün proqram-paket yaradılmış, üç ölçülü halda aşkar soliton həllər alınmış, xətti həyacanlaşma tənliyinin analitik həlləri verilmişdir [6, 7]. Günəş aktivliyinin planet təsiri və spin-orbital qarşılıqlı təsirin nəticəsi olması haqda ileya irəli sürülmüşdür [4]. Günəş aktivliyi probleminin həlli üçün SolAct proqram-paketi yaradılmış, günəş fırlanma momentinin spin – orbital qarşılıqlı təsir nəticəsində dəyişdiyi və günəş aktivliyinin bu dəyişmə ilə korrelyasiya etdiyi aşkar edilmişdir [9, 12]. Sosial kataklizmlərin, siyasi çevrilişlərin günəş aktivliyi korrelyasiya etməsi aşkar edilmişdir [5]. Astronomiya arxivlərindən internet vasitəsilə ədədlər bazasının çəkilib gətirilməsi və işlənməsi üçün DaImAn proqram-paketi yaradılmış, RW Aur ulduzuna tətbiq edilərək aylarla ölçülən dövrülüyün varlığı aşkar edilmişdir [8, 10, 11]. Elmi araşdırmalar, ədədlərin işlənməsi və cihazların avtomatik idarə olunması üçün aşağıdakı modullar yaradılmışdır: Modul RETSLEA – şüaköçürmə tənliyinin ədədi həll edir; Modul SolNoLinPerEq3d – xətti olmayan tənliklər systemini və həyacanlaşma tənliyini analitik həll edir; Modul SolAct - planetlərin günəş sistemində, Günəşin barimərkəz ətrafında hərə-kətini vizuallaşdırır, fiziki parametrlərin hesblanmasına imkan verir. Bundan əlavə modul Günəşin fırlanma momenti ilə orbital momenti arasındakı qarşılıqlı-təsiri cızan tənliklər sistemini həll edir. Modul SpAn – göy cisimlərinin ədədlər şəklində verilmiş spektrlərininin işlənməsi üçün yaradılmışdır. Modul DaImAn – internet vasitəsilə arxiv materiallarınin çəkilib gətirilməsi və işlənməsini həyata keçirir; Modul CeBoSaM - göy cisimləri və onların peyklərinin hərəkətini öyrənmək üçün yaradılmışdır; Modul TelescopeControl - teleskopun idarə edilməsinin avtomatlaşdırılması üçün yaradılmışdır.
Kəlaləq (Kəleybər)
Kəlaləq (fars. كلالق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 512 nəfər yaşayır (107 ailə).
Kəqaləq (Əhər)
Kəqaləq (fars. كقالق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 785 nəfər yaşayır (204 ailə).
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (doğum adıyla: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.7 oktyabr 2021-ci ildə Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib. 26 oktyabrda 2021-ci ildə buraxılıb. == Düşüncələri == Böyükçöl sazı "cahillik aləti" adlandırıb və meyxana kimi bir şey olduğunu bildirib. == Şəxsi həyatı == 1 oğlan və 1 qız övladı var.Azərbaycan şairi və publisist Qəşəm Nəcəfzadənin oğludur. == Əsərləri == "Çöl", Bakı, 2010. "Səkkizinci gün", Bakı, "Qanun", 240 səh.
Kəramət Hüseynov
Karamat Huseynov (30 avqust 1998, Bakı) — 60 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçu. Cüdo üzrə Azərbaycan milli komandasının üzvü. 2021-ci ildə Portuqaliyanın Lissabon şəhərində keçirilən cüdo üzrə 2021 Avropa çempionatında kişilər arasında -60 kq çəki dərəcəsində bürünc medallardan birini qazanıb. == Həyatı == 2008-ci ildə Kəramət Hüseynov gənclər arasında Bakı çempionu olub və 16 yaşında Azərbaycan çempionatının qalibi olub. 2014-cü ildə Portuqaliyanın Koimbra şəhərində keçirilən Gənclər arasında Avropa Kubokunda qızıl medal, Polşanın Bielsko-Biala şəhərində keçirilən analoji turnirdə bürünc medal qazanıb. Kəramət Hüseynov 2015-ci ildə Tbilisidə keçirilən Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb. 2017-ci ildə Zaqrebdə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Həmin il Hüseynov 2017-ci ildə Mariborda yeniyetmələr arasında Avropa çempionu və Podqoritsada 23 yaşadək cüdoçular arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 2018-ci ildə Saarbrükendə bürünc medal qazanıb. 2018-ci ildə Orenburqda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
Kəsanəq (Əhər)
Kəsanəq (fars. كسانق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 532 nəfər yaşayır (121 ailə).
Vəkalət müharibəsi
Vəkalət uğrunda müharibə — 1524-1534-cü illərdə Səfəvilər dövlətinin Vəkalət vəzifəsi uğrunda iri qızılbaş əmirləri arasında baş vermiş müharibə idi. 1524-cü ildə şah I İsmayılın ölümundən sonra hakimiyyətə gələn şah I Təhmasibin azyaşlı olmasından istifadə edən iri Qızılbaş əmirləri imperiyanı idarə etmək üçün bir-birilərilə vuruşmağa başladılar. Bu müharibə zamanı üç qızılbaş tayfası Rumlu, Təkəli, Şamlı tayfaları bir-birini əvəz etməklə vəkalət vəzifəsini ələ keçirmişdi. Buna görə bu müharibə üç dövrə bölünür. == Rumlu dövrü == 1524-cü ildə şah I İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin on yaşlı oğlan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, Təhmasibin lələsi Əli bəy Rumlu(ləqəbi Div sultan) ələ keçirdi. Lakin ustaclı tayfasının Mustafa bəy Ustaclı (ləqəbi Köpək sultan) və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Əli bəy Rumlu özbəklərin Xorasana basqınlarını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarçı qoşun toplamaq üçün Lar yaylağına yola düşdü. Bir çox hakimlər onun çağırışı olə öz qoşunları ilə bura gəldilər.
Vəsadət Əzizov
Vəsadət Əli oğlu Əzizov (22 dekabr 1955, Qızılavar, Masallı rayonu) — Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor-kardioloq. == Həyatı == Vəsadət Əzizov 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. O, 1972-ci ildə Qızılavar kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və həmin il Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1978-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra 1978–79-cu illərdə Bakı şəhər 1 saylı klinik xəstəxanasının bazasında 1 illik internatura kursunu bitirmiş və təyinatla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sərəncamına göndərilmişdir. V. Əzizov Naxçıvan Respublika xəstəxanasında əvvəlcə qəbul şöbəsinin müdiri, sonralar terapiya və kardiologiya şöbələrində həkim-ordinator işləmişdir. 1983-cü ildə V. Əzizov Azərbaycan Azərbaycan Tibb Universitetinin "Daxili xəstəliklər" ixtisası üzrə aspiranturasına daxil olmuşdur. O, Moskva şəhərində Ümumittifaq Kardioloji Elmi Mərkəzdə 1985-ci ildə namizədlik və 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. V. Əzizov 1994–1998-ci illərdə akademik C. Abdullayev adına Elmi-tədqiqat Kardiologiya institutunun direktoru vəzifəsində çalışmışdır. 1999-cu ildə АTU-nun II Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və bu günə qədər həmin kafedraya (hazırda I Daxili xəstəliklər kafedrası adlanır) rəhbərlik edir. V. Əzizov 650-ə yaxın çap olunmuş elmi işlərin, o cümlədən 36 dərslik, dərs vəsaiti, monoqrafiya, 5 metodik tövsiyə, 38 metodik işləmə, 3 müəlliflik səhadətnaməsi və 1 ixtiranın müəllifidir.
Zirehdəki xəyalət
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. == Personajlar == === Doqquzuncu bölmə === İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Aşıq Ədalət
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir.Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir. Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik." Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir.
Bali (əyalət)
Bali — İndoneziya əyaləti və Kiçik Sunda adalarının qərb tərəfi. Yavanın şərqində və Lombokun qərbində yerləşən əyalətə Bali adası və bir neçə daha kiçik qonşu adalar, xüsusən Nusa Penida, Nusa Lembonqan və Nusa Ceninqan daxildir. Əyalətin paytaxtı Denpasar, Kiçik Sunda adalarının ən sıx olduğu və Şərqi İndoneziyadakı Makasardan sonra ikinci ən böyük şəhərdir. Bali İndoneziyada əhalinin 83,5% -i Bali Hinduizminə sadiq qalan yeganə hindu əyalətidir. == İstinadlar == == Xarici linklər == Bali // Britannika Ensiklopediyası. 3 (XI). 1911.
Kəlalə (Miyanə)
Kəlalə (fars. كلاله‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (27 ailə).
Kəlalə şəhristanı
Kəlalə şəhristanı- İranın Gülüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kəlalə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 103,983 nəfər və 22,536 ailədən ibarət idi.
Kəmalə Abdullayeva
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə , 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Kəmalə Abiyeva
Kəmalə Abiyeva (Abiyeva Kəmalə Aydın qızı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kamalə Abiyeva Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb. Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb. Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb. 1980 - ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. 10 və 11-ci sinif “Fizika”dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi-metodiki məqalənin müəllifidir.
Kasapet
Qasapet — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xaçın sancağının Çiləbörd nahiyəsinin kəndi. Kəndin adı Qəssаblаr olaraq keçir. 1727-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Qarabağ livasının Çiləbörd nahiyəsinin kəndi. Kəndin adı Qıssааbаd olaraq keçir. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olub. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qasapet kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Kaşalot
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.
"Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri."Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər."Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
Coğrafi kəşflər
Böyük coğrafi kəşflər və ya sadəcə Coğrafi kəşflər — XV–XVII əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədi ilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnən tarixi prosesdir. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdə orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur. == Böyük coğrafi kəşflərə hazırlıq dövrü == Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən Portuqaliya və İspaniya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur.
Kessler çömçəxulu
Kessler çömçəxulu (lat. Benthophilus kessleri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub qərb sahilləri boyunca, Manqışlaq yarımadasından Türkmənbaşıya qədər ərazidə yayılmışdır. Dərinliyi 65-75 m olan sularda yayılırlar. Növ adı rus-alman zooloqu Karl Kesslerin (1815-1881) şərəfinə adlandırılmışdır.
Rəşadət Axundov
Axundov Rəşadət Fikrət oğlu (7 aprel 1984, Jdanov rayonu) — NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi, keçmiş siyasi məhbus. == Həyatı == Rəşadət Axundov 1984-cü ilin avqustun 7-də Beyləqan rayonunda anadan olub. Orta təhsilini Əli Bayramlı Özəl Türk Liseyində alıb (2001). == Təhsili == Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Nəaliyyətlərinə görə Xüsusi İstedadlar Qrupuna keçirilib (2001-2005). Təhsilini davam etdirən Rəşadət 2006-cı ildə Macarıstanda yerləşən məşhur Mərkəzi Avropa Universitetinə (CEU) qəbul olunub. 2007-ci ildə oranın İşgüzar İdarəçilik üzrə Magistr Təhsilini (MBA) başa vurub. == İctimai Fəaliyyəti == 2005-ci ildə Yox Hərəkatına qoşulmuş və hərəkatın aktiv üzvlərindən biri olmuşdur. Daha sonra 2006-cı ildən fəaliyyətini OL! Azərbaycan Gənclər Hərəkatında davam etmiş və bir dönəm OL!-un İdarə Heyəti üzvü olmuşdur.
Rəşadət Musayev
Rəşadət Musayev (tam adı:Rəşadət Vüqar oğlu Musayev; 20 iyun 2002; Şəki, Azərbaycan — 25 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşadət Musayev Vüqar oğlu 2002-ci il 20 iyun tarixində Şəki rayon Baş Göynük kəndində anadan olub. 2008-2019-cı illərdə Şəki rayon Baş Göynük kəndi tam orta məktəbində orta təhsil alıb. == Hərbi xidməti == 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Rəşadət Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə olub. Rəşadət Musayev oktyabrın 25-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşadət Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşadət Musayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşadət Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşadət Piriyev
Rəşadət Əli oğlu Piriyev (1 oktyabr 1973, Yeni Daşkənd, Bərdə rayonu – 11 fevral 1994, Kəlbəcər rayonu) — Qarabağ müharibəsi döyüşçüsü, rabitəçi, şəhid. == Həyatı == Rəşadət Piriyev 1 oktyabr 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur.11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin atıcısı olmuş, Ağdam, Ağdərə, Laçın və Kəlbəcər rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 21 avqust 1993-cü ildə Ağdam rayonundakı döyüşdə qolundan və kürəyindən yaralanmışdır. Bacarıqlı rabitəçi operator və hərbi texnikaların zərərsizləşdirilməsi üzrə əməliyyatçı olmuşdur.Sıravi əsgər Rəşadət Piriyev 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində şəhid olmuşdur. Məzarının yeri dəqiq məlum deyil.Subay idi. == Xatirəsi == EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Rəşadət Piriyevin həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır. 2023-cü ildə tədqiqatçı-jurnalist Araz Yaquboğlu şəhid Rəşadət Piriyevin həyatı və döyüş yolundan bəhs edən "Rəşadətli Rəşadət" adlı kitab yazmışdır.1 oktyabr 2023-cü ildə doğulduğu Yeni Daşkənd kəndində 50 illik yubileyi keçirilmişdir. == Mənbə == Qocaman Qocamanov "Göyçə mahalında, Daşkənd elində" "Nurlan" nəşriyyatı-2007.
Rəşadət Şərifov
== Həyatı == Şərifov Rəşadət Rəşid oğlu 1989-cu il noyabr ayının 10-da Azərbaycan Respublikasının Zərdab rayonun Əlvənd Kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbə də doğulduğu kənddə getmiş və 2007-ci ildə oranı bitirərək Bakı Dövlət Universitetinin Fizika Fakultəsinin Fizika və Astronomiya ixtisasına qəbul olmuş, 2011-ci ildə "Günəş spektrində Franhaufer xətlərinin qravitasiya sürüşməsi" adlı buraxlış işini müdafiə edərək bakalavr təhsilini başa vurmuş, Fizika və Astronomiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Bərk Cisimlər Fizikası Kafedrasının Bərk Cisimlər Fizikası ixtisasına magistrant kimi qəbul olmuşdur. Magistraturaya qəbul olduqdan sonra Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində 1 il müddətinə hərbi xidmət keçmişdir. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra magistratura pilləsində təhsilini davam etdirmiş və 2014-cü ildə "Spin-orbital qarşılıqlı təsirli nanoölçülü GaN kvant təbəqəsində işığın ikifotonlu udulması" adlı disertasiyasını müdafiə edərək Magistr dərəcəsi almışdır. == Tədqiqat sahəsi == Şərifov R. R. Təhsil Nazirliyinin 22.08.2014-cü il tarixli əmri ilə Bərk Cisimlər Fizikası ixtisasından Fəlsəfə Doktoru proqramı üzrə Doktorantura pilləsinə qəbul edilmişdir. Hal hazırda Nano ölçülü sistemlərin optik xassələrinin öyrənilməsi istiqamətində elmi araşdırmalarını davam etdirir. == Digər fəaliyyətləri == Artıq illərdir ki, elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan Rəşadət Şərifov Fizika, Riyaziyyat, Məntiq, İnformatika, GMAT dərsləri tədris edir. Yüzlərlə tələbənin universitetlərdə təhsilini davam etdirməsində əməyi olmuşdur. İdeya müəllifi olduğu magistrol.com online təhsil sistemindən istifadə edənlərin sayı isə minlərlədir.