Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karağanda
Karağandı (qaz. Қарағанды) — Qazaxıstanda şəhər, Karaqanda vilayətinin mərkəzi. Bir zamanlar böyük sənaye, elm və mədəniyyət mərkəzi olmuşdur. Şəhər statusunu 10 fevral 1934-cü ildə almışdır. Şəhərin sahəsi təxminən 550 km2 təşkil edir. Coğrafi yerləşməsi: 49°53′ şm. e. 73°10′ ş. u.. Əhali sayına görə Karağandı şəhəri Karağanda vilayətində birinci yerdə durur — 480 075 nəfər (2012).
Karağandı
Karağandı (qaz. Қарағанды) — Qazaxıstanda şəhər, Karaqanda vilayətinin mərkəzi. Bir zamanlar böyük sənaye, elm və mədəniyyət mərkəzi olmuşdur. Şəhər statusunu 10 fevral 1934-cü ildə almışdır. Şəhərin sahəsi təxminən 550 km2 təşkil edir. Coğrafi yerləşməsi: 49°53′ şm. e. 73°10′ ş. u.. Əhali sayına görə Karağandı şəhəri Karağanda vilayətində birinci yerdə durur — 480 075 nəfər (2012).
Karağanda vilayəti
Karağandı vilayəti — Qazaxıstanın vilayətlərindən biri. Vilayətin əhalisi 1.375.000 nəfərdir. Mərkəzi Karağandı şəhəri. Şimalda Aqmola, şimal-şərqdə Pavlodar, şəqdə Şərqi Qazaxıstan, cənub-şərqdə Almatı, cənubda Cambul, Cənubi Qazaxıstan və Qızılorda, qərbdə Aqtöbe, şimal-qərbdə isə Qostanay vilayəti ilə həmsərhəddir 428.000 kv km sahəsi olan Karağandı Qazaxıstanın ən böyük vilayətidir. Heç bir ölkə ilə sərhəddi yoxdur.
Karağandı vilayəti
Karağandı vilayəti — Qazaxıstanın vilayətlərindən biri. Vilayətin əhalisi 1.375.000 nəfərdir. Mərkəzi Karağandı şəhəri. Şimalda Aqmola, şimal-şərqdə Pavlodar, şəqdə Şərqi Qazaxıstan, cənub-şərqdə Almatı, cənubda Cambul, Cənubi Qazaxıstan və Qızılorda, qərbdə Aqtöbe, şimal-qərbdə isə Qostanay vilayəti ilə həmsərhəddir 428.000 kv km sahəsi olan Karağandı Qazaxıstanın ən böyük vilayətidir. Heç bir ölkə ilə sərhəddi yoxdur.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke tree Kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir.
Zarağan
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var. Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır. Elman Məmmədov — kimya elmləri doktoru, professor. Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur.
Karaman ili
Karaman ili — Türkiyədə il.
Lev Karaxan
Lev Mixayloviç Karaxan (erm. Լևոն Միքայելի Կարախանյան, rus. Лев Михайлович Карахан; 20 yanvar (1 fevral) 1889 və ya 1889, Tiflis – 20 sentyabr 1937 və ya 1937, Moskva) — erməniəsilli SSRİ diplomatı. RSFSR və SSRİ xarici işlər komissarının müavini, Polşa, Çin və Türkiyədə RSFSR və SSRİ-nin diplomatik təmsilçisi olmuşdur. Капица М. С. Л. Карахан (1889–1937), в кн.: Видные советские коммунисты — участники китайской революции. — М., 1970. Раскольников Ф. Ф. На боевых постах. — М., 1964. Деятели СССР и революционного движения России. Энциклопедический словарь Гранат.
Marağan (Sərdəşt)
Marağan (fars. مراغان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 384 nəfər. yaşayır (78 ailə).
Qarağan Saatlı
Qarağan Saatlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəmsabad kənd inzibati ərazi dairəsində kənd.
Qarağan Sədi
Qarağan Sədi — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qarağan Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Sədi kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarağan Şıxlar kəndi mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Adi sarağan
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Qarağan Şıxlar
Qarağan Şıxlar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qarağan Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Şıxlar kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qarağan şoranı
Qarağan şoranı və ya kol şoranı Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Zarağan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hikmət Karaman
Hikmət Karaman (9 mart 1960, Tirebolu[d], Girəsun ili) — türkiyəli məşqçi. 1994-1997-ci illər arasında Kocaelispor və Qalatasaray klublarında məşqçi kimi çalışıb. 1998-ci ildən müxtəlif futbol komandalarının baş məşqçisidir. O , 2002-03 mövsümündə "Çaykur Rizəspor"u, 2007-08 mövsümündə isə “Antalyaspor”u Superliqaya yüksəltməyə nail olub. 2001-02 mövsümündə Türkiyə Kubokunu öz muzeyinə aparan "Kocaelispor"un məşqçisi olub.
Mehmet Karaman
Mehmet Karaman (1956, Samsun ili) — müəllim, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Mehmet Karaman 1956-cı ildə Samsun ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Samsun ilində alıb. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. Sinif müəllimi və riyaziyyat müəllimi olaraq çalışıb. Daha sonra bizneslə məşğul olub, bir müddət Azot Sanayi A. Ş. Baş İdarəsində çalışıb. Uzun illət Milli Gənclər Fondunun (MGV), Müəllimlər Fondunun, Müəllimlər Dərnəyinin üzvü olub. Siyasi fəaliyyəti ərzində Milli Selamet Partiyası, Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Milli Selamet Partiyasında gənclər qanadının sədr müavini, Rifah Partiyasında isə İdarə Heyətinin üzvü, İntizam Şurasının üzvü və il şöbəsinin sədri olub. 1987-2011-ci illərdə Milli Görüş lideri Nəcməddin Ərbakanın yardımçısı olub.
Herbert fon Karayan
Herbert fon Karayan (alm. Herbert von Karajan‎; 5 aprel 1908, Zaltsburq, Avstriya-Macarıstan - 16 iyul 1989, Anif, Avstriya) — avstriyalı dirijor. 35 il müddətinə Berlin Filarmonik Orkestri ilə çalışmışdır. Özündən sonra ən geniş diskoqrafiyalardan birini miras qoymuşdur. Karayanlar nəsli yunan-makedon və ya Devid Binderin iddiasına görə arumın mənşəlidir və Makedoniyadan gəlmişlər. Herbert fon Karayanın babası Georgios Yohannes Karayannis Osmanlı imperiyasının Rumeliya vilayətinin (indiki Yunanıstan ərazisi) Kozani şəhərində doğulmuş və 1767-ci ildə Vyanaya, sonradan isə Saksoniyanın Xemnits şəhərinə köçmüşdür. O və qardaşı Saksoniyada parça sənayesinin inkişafında böyük rol oynamış və xidmətləri qarşılığında Fridrix III Avqust tərəfindən 1 iyun 1792-ci ildə hər ikisinə əsilzadə titulu verilmişdir. Soyadlarındakı "fon" hissəciyi bundan irəli gəlir. Karayannis soyadı isə Karayan şəklinə düşmüşdür. Herbert fon Karayan 1980-ci illərdə yeni yaranan kompakt-disk texnologiyası əsasında rəqəmsal səs yazılarının məşhurlaşmasında mühüm rol oynamışdır.
Qaraqan
Qaraqan (3 aprel 1987, Bakı) — azərbaycanlı polimat, repçi, musiqiçi, mahnı yazarı, bəstəkar, şair, yazıçı, jurnalist, sahibkar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Ağacşəkilli karaqana
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Burağan
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. ABŞ-Kanada tornadosu (1985) Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Farağat
Farağat - mənası: Sakit, səssiz, dinməz-söyləməz deməkdir. Sıra Nizamnaməsinə aid olan bu komanda, əsasən hərbi qulluqçuların sıra intzamını pozmayaraq, sırada düz duraraq verilən komandaları dinləmək və ya rəislərin tapşırıqlarına sakit , səssiz heç bir sual vermədən qulaq asmaq üçün verilir. Farağat komandası hərbi salam verilən zaman,rəisin yanından keçən və ya onu izləyən zaman,sırada duran zaman verilir. Bunadan başqa Farağat komandası əlavə olara məruzə edilən zamanda istifadə edilir, məsələn: "Bölük Düzlən, Farağat,Diqqət !!! Mərkəzə..." Farağat,diqqət !!!
Fariğan
Fariğan — İranın Hörmüzgan ostanının Hacıabad şəhristanının Fariğan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,862 nəfər və 491 ailədən ibarət idi.
Kalavan
Əmirxeyir (1991-ci ildən Kalavan) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.İrəvan xanlığının Göycə mahalında kənd adı Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kəndin adı Əmir şəxs adından və türk dillərində kair "vadinin suvarılan hissəsi" sözlərindən ibarətdir.
Karaqay (Arxangel)
Karaqay (başq. Ҡарағай, rus. Карагай) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Uzunlar kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 41 km, ən yaxın dəmiryol stansiyasından (60-cı km dayanacağı): 61 km. Kənd ərazisindən İnzer çayı axır.
Karaqin körfəzi
Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. Ozernoy yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 117 km məsafədə uzanır. Eni girişdə 239 km, maksimal dərinliyi 60 metrdir. Körfəzin mərkəzində Karaqinski adası vardır. Ada materikdən Litke boğazı ilə ayrılır. Şimalında Verxoturov adası qərarlaşır. Körfəzə tökülən çaylar:Makarov, Kayum, İvaşka, İstık, Naçiki, Uka. Sahillərində yerləşən iri körfəzlər: Anapka körfəzi, Uala körfəzi, Karaqa körfəzi, Kiçiqinski körfəzi, Tımlat buxtası, Ossora buxtası, Kaqara buxtası, Ukinskaya körfəzi. Qabarmanın hündürlüyü 2,4 metrdir.
Karaqin rayonu
Karaqin rayonu (rus. Карагинский район) — Rusiya Federasiyası, Kamçatka diyarı tərkibindəki inzibati ərazi vahidi. Rayon Koryak dairəsi daxilində yerləşir. İnzibati mərkəzi Ossora qəsəbəsidir. Karaqin inzibati rayonu, Kamçatka yarımadasının şimal hissəsində yerləşir. Şimal-qərbdən Oxot dənizinin suları ilə, şərqdə Berinq dənizi ilə yuyulur. Üç ərazi zonasından ibarətdir: şimal, cənub və Karaqinski adası. Rayonun sahəsi 40,6 min km² -dir. Ərazinin böyük hissəsi Sredinnı silsiləsinin şimal hissəsini tutur. Şimal-qərbdə Parapol vadisi, şimal-şərqdə Koryak dağının ətəkləri geniş ərazini əhatə edir.
Qaraqan Şıxlar bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Katon-Karaqay Milli Parkı
Katon-Karaqay Milli Parkı (qaz. Катонқараға́й мемлекетті́к ұлтты́қ табиғи́ паркі́) ― Qazaxıstanın şərq sərhəddində, Cənubi Altay dağlarında yerləşən ölkənin ən böyük milli parkı. Park Qazaxıstan, Rusiya, Çin və Monqolustan sərhədlərinin birləşdiyi "X" in qərb tərəfini doldurur. Sibirdəki ən yüksək zirvə olan Beluxa dağı (4,506 metr (14,783 ft) Rusiya sərhədində, Katun silsiləsində yerləşir. Park Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonunda, paytaxt Astananın 1 000 kilometr cənub-şərqində yerləşir. 1 iyun 2001-ci ildə yaradılan park, 2011-ci ildə Rusiya ilə birlikdə "Altay" transmilli parkına daxil edilmişdir. 2014-cü ildə ərazi UNESCO-nun İnsan və Biosfer proqramı tərəfindən "Katon-Karaqay Biosfer Qoruğu" na daxil edildi. Cənubi Altay dağlarının yamaclarında yerləşən bu park dağlıq və buzlaq ərazilərdən ibarətdir və yüksəkliyi 3,000 metr (9,800 ft)-dir. Park şimaldan Rusiyanın Altay Respublikası, cənub-şərqdən Çin, qərbdən Farpusnaya çayı, cənubdan isə Cənubi Altay dağları ilə həmsərhəddir. Parkın 34%-i meşəlik, qalan hissəsi dağ çəmənləri və ya qayalı yamaclar və buzlaqlardır.
Vtoroy adası (Karaqin rayonu)
Vtoroy adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa burnundan şimal-qərbdə, Konus və İviniçamandan şimal-qərbə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir.
Karabin
Karabin — (frans. carabine, ərəb. carab-yarağ, silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Karajal
Karajal (qaz. Қаражал) — Qazaxıstanın Karaqanda vilayətində, Qaraqanda şəhərindən 320 km cənub-qərbdə regional bir tabelik şəhəri. Jarık - Jezkazqan xəttindən dəmir yolu xəttinin terminal stansiyası (66 km). Dağ-mədən sənayesinin (dəmir filizi) inkişafı ilə əlaqədar olaraq meydana gəldi. Karazhal qəsəbələri şəhər rəhbərliyinə tabedir: Karajal şəhəri; JaYrem kəndi; qəsəbə Şalqinski. Bundan əlavə, keçmiş ZhGOK-un alt təsərrüfatı olan Ktai (Aktai), Klych, VSO, GRE qəsəbələri, Şalgiya kurortu da var .
Karakal
Karakas
Karakas (isp. Caracas) — Venesuela Respublikasının paytaxtı. Rəsmi məlumatlara görə Karakas şəhərinin federal dairənin hüdudları və şəhərətrafı yerlər də daxil olmaqla əhalisinin sayı 2 mln nəfər təşkil edir. Lakin faktiki olaraq əhalinin sayı 4,5 mln nəfərə yaxındır. Karakas əhalinin sıx məskunlaşdığı şəhərdir. Burada Venesuela əhalisinin altıda biri yaşayır. Paytaxt əhalisi arasında ispan-hindu qarışığı üstünlük təşkil edir. Əhalinin təqribən 20%-i İspanlar, italyanlar, portuqallar və digər Avropa mənşəli xalqlar təşkil edir. Bunlarla yanaşı, Karakasda çox qonşu Kolumbiyanın əhalisi də məskunlaşmışdır. Zəncilər əhalinin 10%, hindular isə ən çoxu 2%-ni təşkil edir.
Karavay
Karavay — ruslarda toy mərasimi zamanı istifadə olunan çörəklərdən ən məşhurudur. Şərqi slavyanların toy mərasimləri zamanı hazırlanan dairəvi şirin mayadan hazırlanmış çörəkdir. Adətən üstü mahiranə şəkildə bəzədilir. Toy mərasimləri zamanı gənclərə bayram çörəyi vermək Qədim Misir sivilizasiyasına gedib çıxır. Sonralar bunlar Qədim Elladaya və Romaya keçmiş, xristianlığın gəlişi ilə bütün dünyaya yayılmışdır. Bütpərəst Rusiyada yaşayan əhalinin xristianlıqdan bixəbər olmasına baxmayaraq, artıq toy mərasimlərində xüsusi çörək- günəşi simvolizə edən karavayın nümuməsi yaradılmışdır. Qədim slavyanlarda Günəş tanrısı yeni ailələrin əsas himayədarı idi. Karavay sözü slavyan mənşəlidir. Bu söz bu günə qədər də şərqi slavyan xalqlarının arasında qalmışdır: rus və belaruslar – karavay, ukraynalılar – korovay adlandırırlar. Qədim Rusiyada karavayı toy üçün hazırlayırdılar və bunun üçün çoxlu mərasim qaydalarına riayət edilirdi.
Karavon
Karavon (tatar. Каравон) — yerli ənənə, ansambl, Ümumrusiya rus folkloru festivalı, Tatarıstan Respublikasında rus xalq bayramı. 2003-cü ildən bəri, Tatarıstan Respublikası Prezidentinin Fərmanı ilə bu, tətil günüdür və hər il Laişevski rayonunun Nikolskoye kəndində eyni adlı respublika rus folklor festivalı ilə birlikdə keçirilir. 1993-cü ildən bəri Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin himayəsindədir. Yerli folklorşünaslara görə, tətilin üç yüz ildən çox yaşı var və kökləri XVI əsrdə, üç gün ərzində may ayında “Müqəddəs Nicholas Wonderworker Günü” adlı bir patron ziyafəti olaraq qeyd edildiyi zaman. Rusiyanın Tatarıstan, Udmurtiya, Mari El və digər bölgələrindən folklor qrupları (bir neçə min nəfər) Laishevsky rayonunun Russkoye Nikolskoye kəndinə gəlir. Əksəriyyəti rus milli geyimlərini geyinirlər. Festival iştirakçıları festival qonaqlarına Volqa Pravoslav inancının ənənələri əsasında etno-teatrlaşdırılmış tamaşalar, mahnı və rəqslər təqdim edəcəklər. Antik dövrlərdən bəri əl sənətləri emalatxanaları nümayiş olunur. Yarmarka kəndin mərkəzi küçəsi oldu.
Kayahan
Kayahan Açar (azərb. Qayaxan Açar‎; d. 29 mart 1949, İzmir, İzmir ili, Türkiyə – ö. 3 aprel 2015, İstanbul, İstanbul ili, Türkiyə) — Türk pop müğənnisi və bəstəkarıdır. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində Gecələr Prospekti və Mavilim Küçəsində yaşayəb. Bu kənddəki bütün prospekt və küçələr, Kayahanın mahnılarının adlarından ibarətdir. Kayahan ilk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başladı. Nilufərin ifa etdiyi "Geceler", "Kar Taneleri", "Esmer Günler" mahnıları çox sevildi. Müğənni hazırladığı bütün albomları bir şüarla tanıdırdı.
Knaravan
Knaravan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Kəndin ərazisi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra kənd 25 noyabr 2020-ci ildə boşaldıldı. 2003-cü ildə ermənilər tərəfindən Lev çayının yaxınlığında salınıb. Kənddə 18 kotec tikilib. Lex qalasına yaxın ərazidədir.
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kargan-i Qədim (Bostanabad)
Kargan-i Qədim (fars. كرگان قديم‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 906 nəfər yaşayır (193 ailə).
Caragana
Xostək (lat. Caragana) — paxlaçiçəklilər sırasının paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Kalaqain
Kalaqain Kutaisi quberniyasının Ozurqet qəzasında kənd adı. Kalaqain Kutaisi quberniyasının Ozurqet qəzasında kənd adı. Azərbaycanda Qalayın (Sabirabad rayonu), Gürcüstanda Kain Turkobo və Qain - Kort, Ermənistanda Katar-Kain, Kar əyalətində Kaindərə, Qazaxıstanda üç Kaindi və Kain. Qırğızıstanda Boston Kain, İranda Kain və b. toponimlərlə bir sıradandır. Bu toponimlərlə əlaqədar mülahizə; 1. Toponimlərdə türk dillərində Kayın (qayın) ağac növünün adı əksini tapmışdır. 2. Türkmənşəli Kain (yaxud Qain) tayfa adındandır. Başqırdlarda və Şorlarda Qain adlı tayfa vardır (yenə orada).
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaragav
Qaragav — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaraqar
Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
Qarağac
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
Qarağat
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Qaçağan
Qaçağan (Sarvan) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Qaçağan (Allahverdi) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi Tumanyan) rayonunda kənd. Qaçağan xalçaları — Azərbaycan xalçası. Qaçağan (dağ) — Qubadlı rayonunun şimalında dağ.
Qorağan
Qorağan — Azərbaycan Respublikasının Qax rayonunun Qorağan kənd inzibati ərazi dairəsində kənd. Bəzi tədqiqatçılar oykonimi qədim türk dillərində "dayanacaq", "hərbi düşərgə" mənasında işlədilən qori-qan (monqol variantı xoruqan) sözü ilə əlaqələndirib, yaşayış məntəqəsinin monqol işğalından (XIII əsr) sonra yarandığını güman edirlər. Ehtimal ki, kənd monqol işğalı dövründə hərbi məqsədlə salınmış məntəqə əsasında yaranmışdır. Azərbaycanda monqol mənşəli sözlərdən yaranmış toponimlərin çoxu Şəki, Balakən, İsmayıllı, Qax rayonlarının payına düşür. 1917-ci ildə, fevral inqilabından sonra Zaqatalanın nüfuzlu din xadimlərindən olan Hafiz Əfəndi (1920 və 1930-cu illərdə Zaqatalada antisovet üsyanlarının başçısı) vaxtı ilə çarizmin xristianlaşdırdığı bəzi məntəqələrdə, ələlxüsus da Qorağan kəndində sakinləri yenidən islam dininə döndərmək məqsədilə fəal təşviqat aparırdı. Bu da bölgədə konfessional zəmində gərginlik doğurmuşdu. XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəlki adı Anaqar Qorağan) kəndində məskunlaşmışlar. Kənd Acıçay sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Relyefi düzən-çay-meşə relyeflərindən ibarətdir. Kəndin ərazisində çoxlu düzən yerlər kənd təsərrüfatının və maldarlığın inkşafına kömək edir.
Çapağan
Çapağan (lat. Megacephala) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin qaçağanlar fəsiləsinə aid heyvan cinsi.
Qaraxan
Qaraxan və ya Qara xan: Qaraxan (Ağyaxa) — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Qaraxan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qara xan (xaqan) — Türk mifologiyasında əfsanəvi xan. Qara xan (Talış xanı) — Talış xanı Cəmallədin Mirzə bəyin ən məşhur ləqəbi.