Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kilsə slavyan dili
Kilsə slavyan dili — qədim slavyan dillərindən biri, əsasən pravoslav kilsəsində ibadət zamanı istifadə edilir. == Mənbə == Учебник церковнославянского языка // Подготовлено Н. Е. Афанасьевой (МДАиС) Учебные пособия церковнославянского языка // Православное общество «Азбука веры». Церковнославянский словарь Orthodic.org. Библиотека святоотеческой литературы Orthlib.ru Крупнейшее в Интернете собрание ц.-сл. текстов в формате HIP. Библиотека святоотеческой литературы Orthlib.info. Материалы сайта Orthlib.ru в формате PDF. Библия на церковнославянском языке (PDF) (По «елизаветинскому» изданию 1900 г.) Сообщество славянской типографики + рассылки ССТ Arxivləşdirilib 2008-12-18 at the Wayback Machine. Ирмологий. Разработка и использование церковнославянских компьютерных шрифтов. Старославянские и церковнославянские шрифты. Методы компьютерного отображения церковнославянских текстов.
Slavyan
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Kilsə
Kilsə — Xristianlığın ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd.
Slavyan Bazarı
Slavyan Bazarı (belar. Славянскі Базар у Віцебску) — Avropa ölkələrinin və Böyük Şərqi Avropanın mühüm vokal yarışmalarından biridir. 1992-ci ildən bəri keçirilir. Müxtəlif illərdə bu yarışmanın qalibləri arasında Rumıniya, Xorvatiya, Rusiya, Ukrayna, Serbiya, Makedoniya, Belorus təmsilçiləri olub. Bu il keçiriləcək "Slavyan bazarı" vokal festivalında Azərbaycanı "Eurovision 2011″in milli seçim turlarının finalçısı Aynişan Quliyeva təmsil edəcək.
Slavyan dilləri
== Şərqi slavyan dilləri ==
Slavyan təqvimi
Bir çox slavyan dilləri Qriqori təqvimində ilin ayları üçün Latın mənşəli adlardan rəsmi olaraq istifadə etsələr də, Slavyan mənşəli olduqlarına görə on iki ay üçün latın adlarından fərqli olan köhnə adlar dəsti də mövcuddur. Bəzi dillərdə, məsələn serb dilində bu ənənəvi adlar arxaikləşmişdir və buna görə nadir hallarda istifadə olunur. Slavyan dillərində ilin aylarının orijinal adları hava şəraiti və bu dövr üçün ümumi olan xüsusiyyətlər, habelə kənd təsərrüfatı fəaliyyətləri kimi təbii hadisələri yaxından izləyir. Bir çox ayın fərqli bölgələrdə bir neçə alternativ adı var. == Adlar == == Xorvat adları == Xorvat ayları Qriqorian təqvimində istifadə olunan Latınca ay adlarından fərqlənir: Bəzi adlar, standart Xorvat lüğətlərində artıq olmayan arxaik xorvat-slavyan sözlərindən yaranmışdır. Buna görər də bu sözlərin mənası da birmənalı deyil. == Çex ayları == Çex aylarının adları, Polşa, Xorvat, Ukrayn və Belaruscada da olduğu kimi, əksər Avropa dillərində istifadə olunan Latın adlarına əsaslanmır. -en şəkilçisi ayların çoxuna əlavə olunur. Yanvar - leden ( led – buz) Fevral - únor (yəqin ki, nořit sözündən törəmiş nor-kök sözündən yaranmışdır və göl səthinin altındakı buz kütləsi mənasında işlənmişdir) Mart - březen (ağcaqayın mənasını verən bříza və ya hamiləlik mənasını verən březí sözündən götürülmüşdür – bu dövrdə bir çox meşə heyvanları, xüsusən də dovşanlar hamilə olur) Aprel - duben ( dub – palıd sözündən götürülmüşdür) May - květen ( květ – çiçək sözündən törəmişdir ) İyun - červen (qırmızı mənasında işlənən červený və ya soyuq mənasını verən červ sözündən törəmişdir və hər iki məna meyvə ilə bağlıdır) İyul - červenec (červen ilə eyni mənadadır, sadəcə -ec şəkilçisi qəbul edib) Avqust - srpen ( srp – oraq sözündən ) Sentyabr - září (lİşıq saçır) Oktyabr - říjen (říje- adət sözündən törəyib) Noyabr - listopad ("yarpaqların düşməsi" deməkdir) Dekabr - prosinec (yalvarmaq, soruşmaq mənasında işlənən prosit və ya daha böyük ehtimalla prosinalý–solğun sözündən törəyib. Çünki bu ayda səma solğun olur.) == Makedon ayları == Makedon dilində Qreqori təqviminin aylarının iki dəst adları var.
Aşağı Kilsə
Aşağı Kilsə — İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Quqark rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır. Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər, 1987-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Kilsə (Kəlbəcər)
Kilsə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kilsə Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Qasım Məhərrəmoğlu saldığına görə ona Qasımlı da deyilir. Kənd meşənin ortasında, köhnə kənd yerində, qədim alban kilsəsinin ətrafında salındığına görə belə adlandırılmışdır.
Slavyan eposu
Slavyan eposu (çex. Slovanská epopej) — Çexiya art-nevü rəssamı Alfons Muxa tərəfindən 1910-1928-ci illərdə yaradılmış rəsm əsərləri seriyasıdır. Seriyada çexlər və digər slavyan xalqlarının mifologiyası və tarixi təsvir edilir. 1928-ci ildə monumental əsərini tamamlayan Muxa, əsərlərin sərgilənməsi üçün xüsusi pavilion inşa edilməsi şərti ilə seriyanı Praqa şəhərinə bağışlayır.. 2012-ci ilə kimi əsərlər Çexiyanın Yihomoravsk diyarındakı Moravski-Krumlov şəhərindəki qəsrin daimi ekspozisiyasına daxil olmuşdur. 2012-ci ildə seriyaya daxil olan 20 əsərin hamısı Praqa Milli Qalereyası tərəfindən təşkil edilmiş sərgidə nümayiş olunmaq üçün Sərgi sarayına gətirilmişdir. == Tarixi == Alfons Muxa, şah əsəri hesab edilən “Slavyan eposu”nun işlənməsinə on səkkiz il sərf etmişdir. XX əsrin əvvəllərindən Muxa Slavyan tarixinə həsr edilmiş əsərlər seriyası yaratmağı arzulasa da, maddi çətinliklərə görə arzusunu yerinə yetirə bilməmişdir. 1909-cu ildə rəssam, slavyan mədəniyyətinin heyranı olan ABŞ filantropu Çarlz Riçard Kreyndən qrant almağa nail olur. O, işə rəsmlərdə təsvir etmək istədiyi Rusiya, Polşa və Afondakı pravoslav monastırları da daxil olmaqla Balkan ölkələrini gəzməklə başlayır.
Slavyan qrupu
== Şərqi slavyan dilləri ==
Slavyan tayfaları
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Şərqi slavyan
Şərqi Slavyan sözü üçün aşağıdakılara müraciət edilə bilər: Şərqi slavyan dilləri — slavyan dillərinin üç qolundan biridir Şərqi slavyanlar — Şərqi slavyan dillərində danışan və slavyan xalqlarının alt qrupu olan xaqlar.
Kilsə (Xoy)
Kilsə (fars. كليسا‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Kilsə (dəqiqləşdirmə)
Kilsə — xristian dini və onun cərəyanlarının cəmiyyəti (Xristian kilsəsi, pravoslav kilsəsi, katolik kilsəsi, protestan kilsəsi, saentologiya kilsəsi, marmonlar kilsəsi və s). Bu termin islam və iudaizm dinlərinə xas deyil. Kilsə (bina) — Xristianların ibadetlərini həyata keçirdikləri bina, məbəd. Kilsə-təşkilat — ümumi inamla birləşən insanlar cəmiyyəti. Kilsə-rəşkilat dinin saflığını qoruyur və yeni üzvləri cəlb edir.Yaşayış məntəqələriKilsə (Mahnişan) Kilsə (Xoy) — Kilsə (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd.
Kilsə (fərqləndirmə)
Kilsə sözü xristianlıqda iki fərqli mənada işlənir: Kilsə (bina): ibadət və toy mərasimi kimi dini vəzifələrin yerinə yetirildiyi bina, məbəd. Kilsə (təşkilat): Öz ruhaniləri, binaları, digərlərinə nisbətən fərqli təlimlərə sahib xristian təriqətləri.
Kilsə doktoru
Kilsə doktoru — Kilsə doktoru fəxri bir ünvandır. Katolik Kilsəsi tərəfindən teologiya sahəsində ən yüksək səlahiyyətə sahib olduğu qəbul edilən istər kişi, istərsə də qadın vəftizli şəxsdir. İmanlarının dərinliyi və müqəddəs, nümunəvi yaşayışları, onların təlimlərinin düzgünlüyü ilə birlikdə, yazılarına və təlimlərinə xristian doktrinasında uzunmüddətli və diqqətəlayiq bir çəki və təsir qazandırır.
Kilsə məclisi
Ekumenik Kilsə Məclisləri - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ekumenik kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır. == I Ekumenik (I Nikeya) Kilsə Məclisi (325-ci il) == Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanının simvolu . tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskoplarının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdə presviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan fərqli mahiyyətə malikdir. Onun fikrincə, İsa mahiyyətinə görə deyil, yalnız oğulluğa götürüldüyünə görə Tanrının oğlu adlandırılmalıdır.
Qızıl kilsə
Qızıl kilsə (erm: Karmiravank) – Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığının 15 km Şimalında, Yağıkəsən kəndi ərazisində erkən orta əsrlər dövrünə aid kilsə. Kilsə kiçik bir çayın kənarında, ətrafında heç bir ağac olmayan hündür bir təpənin üstündə inşa edilmişdir. Kilsənin kilometrlərlə uzaqlıqdan görünən konik dam silueti, üfuqdəki dağ və təpələrlə uyğunluq təşkil edərək, əsrarəngiz bir görüntü əmələ gətirir. Kilsənin tarixiylə bağlı demək olar ki, heç nə məlum deyil. Sadəcə araşdırmaçılar binanın bir erkən orta əsr abidəsi olduğunu qeyd edirlər. Kilsə, XIX əsrə qədər Yağıkəsən kəndinin kilsəsi olaraq istifadə edilmiş və rəsmi qeydlərdə adı Surb Astvatsatzin (Məryəm ana kilsəsi) olaraq qeyd edilmişdir. 1877-ci il Rusiya – Osmanlı müharibəsində kilsə böyük ziyan görmüş, lakin sonradan dəyən zərər aradan qaldırılmışdır. Keşiş Salatiel Ter Davityanın kilsəni "öz əlləriylə" bərpa etməsi haqqında kilsənin giriş qapısı üstündəki kitabədə məluat verilir. 1920-ci ildə Yağıkəsən kəndinin əhalisi Qərbi Azərbaycan ərazisində qurulan qondarma Ermənistan SSR ərazisinə köçürülənə kimi kənd bir erməni kənd idi və kilsə də həmin kəndin sakinlərinə məxsus idi. Kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra isə kilsə tərk edilib.
Titulyar kilsə
Titulyar kilsə — Roma ətrafında inşa edilmiş və adları onları tez-tez tanıyan havadarlarına aid edilən bir çox erkən xristian kilsələrindən (toplu olaraq "tituli" kimi tanınır): Bu növün tituluna istinad edən ən qədim mətn IV əsrə aiddir — Böyük Afanasiyin Ariellərə qarşı müdafiəsi. V əsrin sonunda Liber Pontificalis 25 tituli tanıdı. XII əsrdə daha üçü əlavə edildi. Roma Katolikliyində bu kilsələrdən birinin sahibi tituldur. Bu sahiblər əvvəlcə ənənəvi olaraq yüksək sosial statuslu yerli Romalılar idi. Romalı İtalyan olmayan bir titula sahib olan ilk kilsə Santi-Kuattro-Koronati idi: Ditrix Trir, 975-ci ildə Papa VII Benedikt tərəfindən titullu təyin edildi. Bu bazilika, əvvəlcə, şübhəsiz ki, geniş Roma villasına sahib olan qurucusuna görə Titulus Aemilianae adlanırdı. Bu gün kardinal presbiyer dərəcəsindəki kardinallar kollecinin hər bir üzvünə titullu bir kilsə təyin edilmişdir. Kollec beynəlmiləlləşdikdən sonra hər bir kardinala bir titul verildi və onu Roma ruhanilərinin fəxri üzvü etdi. Bu gün kardinal ağsaqqallar titullu kilsələri ilə sərbəst himayə münasibətlərinə malikdirlər (adları və gerbləri kilsədəki xatirə lövhəsində yazılmışdır, kilsələrini saxlamaq və bərpa etmək üçün pul da alır), lakin artıq faktiki kilsənin rəhbərliyində iştirak etmirlər.
Xristianlıqda kilsə
Xristian kilsəsi (q.yun. Κυριακόν) — kilsənin yaradıcısı İsa Məsihin Tanrı və Xilaskar olması kimi ortaq bir inancla birləşən xristianların dini icması. Dini araşdırmalarda, kilsə ümumi bir etiqad əsasında birləşən, ayrı bir icma və ya ümumdünya xristian icmalarının birliyi olaraq xristianlar birliyini ifadə edir.
Yaşıl kilsə
Müqəddəs Vəftizçi Yuhənna kilsəsi (erm. Սուրբ Հովհաննսես Մկրտիչ եկեղեցի) — Şuşada yerləşən və el arasında daha çox Yaşıl kilsə (erm. Կանաչ Ժամ — Kanaç jam) kimi tanınan, hal-hazırda fəaliyyət göstərməyən kilsə. Kilsə 1818-ci ildə, digər mənbələrə görə 1847-ci ildə inşa edilmişdir. Əvvəlki günbəzi yaşıl rəngdə olduğuna görə qeyri-rəsmi olaraq Yaşıl kilsə kimi tanınmışdır. Yarımdairəvi günbəz sonradan itiuclu günbəz ilə əvəz edilmişdir. Azərbaycanda kilsənin əvvəllər rus pravoslav kilsəsi olduğu haqda fikirlər irəli sürünmüşdür.2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Erməni Həvari kilsəsinin tabeliyində olan Yaşıl kilsə fəaliyyətini dayandırmışdır. 2021-ci ildə erməni mənbələri yaydığı peyk şəkilləri əsasında kilsənin azərbaycanlılar tərəfindən məhv edilməsini iddia etmişdir. Azərbaycan mənbələri bunun həqiqət olmadığını və müharibə zamanı zərər görmüş kilsə binasında hal-hazırda təmir işlərinin aparıldığını və günbəzin bərpa edildiyini bəyan etmişdir.Həmçinin ermənilər Şuşanın azad edilməsindən sonra Azərbaycanın kilsəni sökərək, təmir adı ilə ruslaşdırdığını, Azərbaycan isə əksinə kilsənin əslində rus-provaslav kilsəsi olduğunu, Şuşanın işğalından sonra ermənilərin bu kilsəni erməniləşdirdiyini, dairəvi günbəzini ləğv edərək qriqoryan kilsəsinə çevirdiyini, indi isə Azərbaycanın kilsəni təmir edərək ilkin vəziyyətinə qaytarmaqda olduğunu açıqlayıb. == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Şuşadakı kilsə kimə məxsusdur?
Yuxarı Kilsə
Yuxarı Kilsə, Kilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. Toponim cəhət, fərqləndirici əlamət bildirən yuxarı sözü ilə dini mərkəz bildirən kilsə sözündən əmələ gəlmişdir. Kəndin Kilsə adlarıdırılması XV yüzillikdə Yuxarı Kilsə kəndində tikilmiş alban kilsəsi ilə bağlıdır. Alban kilsəsi 1935-ci ildə dağıdılıb. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 130 nəfər, 1918-ci ildə 154 nəfər, 1987-ci ildə 575 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər yaşayır.
İstehkam kilsə
İstehkam kilsə (alm. Wehrkirche‎, rus. Веркирхе) — tikilisi və yerləşməsi səbəbindən istehkam kimi istifadə edilə bilən kilsə. Rus kilsə inşası praktikasında bu tip binalar üçün xüsusi bir termin yoxdur. Əhali kilsələrə sığınaraq orada düşməndən xilas olmağı haqqında tarixdə bir çox nümunə var. Bu tip kilsələr orta əsrlərdə Avropada möhkəmləndirmə prinsiplərinə əsaslı bir dəyişiklik gətirən odlu silahın hələ geniş tətbiq olunmadığı bir dövrdə qurulmağa başlanıldı. Bəzən bu cür kilsələr qüllələr, oyaq və digər müdafiə elementləri olan möhkəm divarla əhatə olunmuşdur. Bu divarın içərisində tez-tez bir qəbiristanlıq yerləşdirilibdir. Belə bir quruluşun tipik bir nümunəsi, Nyurnberq hava limanından şimalda yerləşən Kraftsxof (alm. Kraftshof‎) kəndindəki Müqəddəs Georqa həsr olunmuş istehkam kilsə.
Kilsə (Mahnişan)
Kilsə (fars. كليسا‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 195 nəfər yaşayır (42 ailə).
Qanlı kilsə
Qanlı Kilsə və ya Müqəddəs Məryəm Kilsəsi — İstanbulda yerləşən pravoslav kilsəsidir. İstanbulda Osmanlı dövründə məscidə çevrilməyən və yunanların ibadətinə buraxılan Bizans dövründən qalmış yeganə kilsədir. Fatih səmtində hündür divarlar arxasında olan kilsə ümumiyyətlə ictimaiyyətə açıq deyil. == Tarixi == 7-ci əsrin əvvəllərində İstanbulun beşinci təpəsində Bizans imperatoru Maurikiosun qızı şahzadə Sopatra və onun dostu Eustolia tərəfindən monastır tikilmişdir, lakin monastır Dördüncü Səlib yürüşündən sonra qurulan Latın İmperiyası dövründə dağıdılıb.1261-ci ildə şəhər Bizanslılar tərəfindən yenidən ələ keçirildikdən sonra Georgios Akropolitesin qayınatası və VIII Mixailin dayısı İsaakios Doukas, eyni yerdə sadə bir mərtəbəli monastır tikdirmişdi. 1281-ci ildə İmperator VIII Mixayılın qeyri-qanuni qızı və Monqol Elxanlı hökmdarı Abaqa xanın həyat yoldaşı Maria Despina Palaiologina ərinin ölümündən sonra İstanbula qayıdır. Maria Despina monastır və kilsəni günümüzə gəlib çatan formada tikdirdi və Ktētorissa (qurucu) titulunu aldı. Bu tarixdən etibarən monastır və kilsəyə Mouchliōtissa (yunanca "monqolların") ləqəbi verildi. 1453-cü ildə İstanbulun fəthindən sonra kilsə Sultan II Mehmet tərəfindən Fateh məscidinin memarı Christodoulos'un anasına bağışlanmışdı.
Slavyanka
Slavyanka (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Slavyanka bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə. Slavyanka çayı — Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində çay; Slavyanka (bulaqlar) — Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində mineral bulaqlar. Slavyanka buxtası — Yapon dənizində buxta.
Slovyan dili
Slovyan dili (slovianski) (2011-ci ildən ümumslavyan dili/medžuslovjansky laiyəsinə daxildir) — aposterior panslavyan dilidir, işlənən slavyan dillərinin materialları əsasında hazırlanıb və qarşısına ümumslavyan dili yaratmaq məqsədi qoyur. Hal-hazırda (slovyanski, slovioski və novoslavyanski dilləri birləşəndən sonra) ümumslavyan cəmiyyəti 4 lüğətdən istifadə edir: Межславянский словарь (2015-ci ilin yanvarı üçün 12000 söz) Лексикон Словиоски Arxivləşdirilib 2016-03-17 at the Wayback Machine (bir neçə on min söz) Междуславянско-русский словарь (2015-ci ilin yanvarı üçün 7700 söz) Qısa novoslavyan lüğətiİlk 3 lüğət yenilənir, 4-cü yox.
Bakı Slavyan Universiteti
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Almaniya, Bolqarıstan, Birləşmiş Krallıq, Fransa, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və bir çox digər Şərqi və Mərkəzi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M.F.Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M.F.Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi.Bu rəsmi sənədə əsasən, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı. 1972-ci ildə Azərbaycan SSR rəhbəri H.Əliyevin təşəbbüsü və respublika Nazirlər Sovetinin 2 noyabr 1972-ci il tarixli 362 saylı qərarı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu yaradıldı.
Baltik-slavyan dilləri
Baltik-slavyan dilləri Hind-Avropa dil ailəsinin bir qoludur. Buraya ənənəvi olaraq Baltik və Slavyan dilləri daxildir. Baltik və slavyan dilləri digər Hind-Avropa dil ailələrində rast gəlinməyən bir çox dil xüsusiyyətlərini bölüşür ki, bu da onların ümumi bir inkişaf dövrünü göstərir. Baltik və slavyan dillərini bu gün vahid bir qol kimi təsnif etmək üçün dilçilər arasında ümumi konsensus olsa da, onların əlaqələrinin təbiəti ilə bağlı bəzi təfərrüatlar bəzi dairələrdə çox vaxt siyasi səbəblərə görə mübahisəli olmuşdur. Bəzi dilçilər (Kortlandt, Derksen) Baltik-slavyan dillərinin üç qrupa bölünməsini təklif etmişdirlər: Şərqi Baltik, Qərbi Baltik (artıq mövcud deyildirlər) və slavyan. == Baltik-slavyan dillərinin ümumi xüsusiyyətləri == Baltik və slavyan dillərinin əlaqə dərəcəsi digər Hind-Avropa dilləri ilə paylaşılmayan ümumi xüsusiyyətlər məcmusu və bu xüsusiyyətlərin nisbi xronologiyası ilə göstərilə bilər. Baltik və slavyan dillərində bəzi ümumi mənşəli sözlər bölüşülür. Bu sözlərə digər Hind-Avropa dillərində rast gəlinmir. Var olsa belə sözlərin proto-hind-avropa dilindən miras qaldığı və digər Hind-Avropa dilləri ilə müqayisədə mənalarında oxşar dəyişikliklərin baş verdiyi müşahidə edilir. Bu ümumi xüsusiyyətlər göstərir ki, Baltik və Slavyan dilləri mənşə etibarilə proto-Baltik-slavyan dilindən yaranmışdır.
Beynəlxalq Slavyan Kanalı
Beynəlxalq Slavyan Kanalı (rus. Международный Славянский Канал, ukr. Міжнародний Слов'янський Канал, ing. Slavonic Channel International) — televiziya kanalı. Bütün dünyada slavyanları və dünya ictimaiyyətinə slavyanların həyatının mextəlif aspektləri, nadir slavyan tarixi, zəngin ənənələri, mədəniyyəti, nailiyyətləri və dünya sivilizasiyasının inkişafına böyük töhfəsi barədə məlumatın çatdırılması nəzərdə tutulur. == Məlumat == "Beynəlxalq "Slavyan Kanalı" ("International "Slavonic Channel") 12 sentyabr 2008-ci ildən Ukrayna ərazisindən peyk yayımına başlamışdır (Sirius-4 Satellite 5° East Frequency 12075 MHz (H) Symbol Rate: 27,5 Msymb/s FEC 3/4 & Astra-2 Satellite 31,5° East Frequency 12090 MHz (H) Vertical Symbol Rate: 27,5 Msymb/s FEC 9/10). SCI gecə-gündüz işləyir və 1 milyard 202 milyon nəfər əhali əhatə edir. Yayım (Ukrayna ərazisindən ilk dəfə olaraq) dörd səs dorojkaları - ukrayna, ingilis, rus və məhsulu istehsal edən ölkənin dilində aparılır. Gələcəkdə yayım eyni zaman slavyan ölkələri dillərində və həmşinin fransız, alman, ispan, portuqaliya, ərəb və çin dillərində olacaq. Telekanalın mövzusu - mədəniyyət və təhsil == Tarix == Keçmiş Sovet İttifaqının birbaşa peyk yayımında ilk təcrübəsi "Beynəlxalq Slavyan Kanalının" Ukrayna ərazisindən eksperimental yayımı olmuşdur.
Qədim slavyan dili
Qədim slavyan dili — məlum qədim ədəbi slavyan dili. Termin IX əsr—XI əsr, bəzən isə XII əsrlərdə mövcud olmuş slavyan dillərinə aid edilir. Ən qədim yazılar X əsrə aid edilir, ancaq bir çox yazı abidələri XI əsrdə olub. == Ədəbiyyat == Вайан, Андре. Руководство по старославянскому языку, Manuel du vieux slave,Пер. с франц. В. В. Бородич; под ред. и с предисл. В. Н. Сидорова, М. Издательство иностранной литературы, 1952, 447. Горшков А. И.Старославянский язык, 2-е, М. АСТ, Астрель, 2004, 142, Высшая школа.
Qərbi Slavyan dilləri
Qərbi slavyan dilləri — slavyan dil qrupunun bir hissəsidir. Bunlara polyak, çex, slovak, kaşub, yuxarı sorb dili və aşağı sorb dili daxildir. Dillər Çexiya, Slovakiya və Polşanı, eləcə də keçmiş Şərqi Almaniyanı və Ukrayna və Belarusiyanın ən qərb bölgələrini (və Litvanı ) əhatə edən davamlı bir bölgədə danışılır. == Təsnifat == Qərbi Slavyan qarşılıqlı surətdə başa düşülə bilmək dərəcəsinə əsaslanan üç alt qrupa, Çex-Slovak, Lexitik və Sorba aşağıdakı kimi bölür: == Fərqli xüsusiyyətlər == Qərbi slavyan dillərinin, e.ə. III-VI əsrləri ətrafında Şərq slavyan və cənub slavyan budaqlarından ayrıldıqları kimi bəzi fərqli cəhətləri bunlardır: inkişaf proto-slavyan müasir Polish / Czech / Slovak noc kimi TJ, palatalized TS daxil dj, (d) z, ("gecə"; rus ночь müqayisə et ); qrupların saxlanması, polyak gwiazda olduğu kimi kv, gv ("ulduz"; rus звезда müqayisə et ; lakin qeyd də rus цвет və Ukrayna квіт , "çiçək"); tl, dl, Polyak / Slovak / Çex radlo/rádlo (" ard "; rus рало müqayisə et ); palated h, Polşa musze kimi š-ə çevrildi ( Locative mucha işi , "uçmaq"); pj, bj, mj, vj qrupları Polşalı kupię olduğu kimi l hərfini epentez etmədən (yumşaq) samit formalarına kupię ("Mən куплю "; rus куплю müqayisə et ); sabit stresə meyl (ilk və ya son hecada); sifət deklentasiyasının mənşəli təklik üçün -ego / -ého sonluqlarından istifadə edilməsi; Slovak / Polish / Çex ten aparıcı deyil, tъ çox əvəzlik forma tъnъ istifadə ( "bu" (Masc). Müqayisə Russian тот ); genitive forma čьso üçün adlıq və accusative čь (to) yerinə, Polşa gedən / Çex co uzadılması ("nə", rus что müqayisə edin ).Qərbi Slavyan dilləri kiril istifadə Şərqi Slavyan qolu və hər ikisini istifadə edən Cənubi Slavyan dilindən fərqli olaraq latın qrafikalı hərflərlə yazılmışdır. == Tarix == Erkən slavyan genişlənməsi c. Orta Avropaya çatdı. 7-ci əsrdə və sonrakı əsrlərdə Qərbi Slavyan ləhcələri ortaq Slavyan dilindən ayrıldı. 9-cu əsrin Qərbi Slavyan poliqonlarına Nitra və Böyük Moraviya Knyazlığı daxildir.
Slavyan-Rus Cəmiyyəti
Slavyan-rus cəmiyyəti—"Vahid, bölünməz Rusiya" uğrunda mübarizə məqsədilə Tiflis şəhərində yaradılmış qurum. == Yaradılması == 1918-ci il martın 11-də Konstantin Lizqarın sədrliyi ilə cəmiyyətin ilk iclası keçirilmiş, nizamnaməsi qəbul edilmişdi. 1918-ci il, martın 14-də qeydiyyatdan keçmiş nizamnaməsində onun slavyan və rus əsilli vətəndaşların milli, elmi, dini, məişət, texniki, tədris-tərbiyəvi birliyi məqsədilə yaradıldığı göstərilirdi. Bu məqsədə nail olmaq üçün cəmiyyət mövcud qanunlar çərçivəsində müxtəlif tipli (praktiki və ümumtəhsil) məktəblər, yaşlılar və uşaqlar üçün bazar günü məktəbləri, peşə kursları və qiraət zalları, klublar, körpələr evi və yetimxanalar, kilsələr, ambulatoriya və müalicə müəssisələri, kooperativlər, kredit dairələri, hüquqşünas, həkim, tibb bacıları dərnəkləri, cəmiyyət üzvləri üçün məşğulluq büroları, əyləncə yerləri, mətbuat orqanları və mətbəələr açmağı nəzərdə tuturdu. Nizamnamədə həmçinin, cəmiyyətin milliyətindən asılı olmayaraq hamıya mədəni-maarif və xeyriyyə yardımı göstərəcəyi qeyd olunurdu. Bakıda şöbəsi fəaliyyət göstərirdi. == Parlamentdə == 1918-ci ilin dekabr ayının 3-də Slavyan-rus cəmiyyəti onun fəaliyyətinin əsasını təşkil edən ideyaların həyata keçirilməsi məqsədilə tərkibinə daxil olan cəmiyyət və təşkilat üzvlərinin mənafelərinin müdafiəsi istiqamətində birgə iş aparmaq üçün AXC parlamentinə daxil olmaq arzusu ilə Azərbaycan Milli Şurasının rəhbəri Məhəmməd Əmin Rəsulzadəyə müraciət etdi. Müraciət qəbul olundu və cəmiyyət 5 deputatla parlamentdə təmsil olunaraq fraksiya yaratdı. == Məqsədləri == Cəmiyyət "bolşeviklərsiz Rusiya" ilə ittifaqa tərəfdar idi.
Slavyan Ulduzu 2009
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüsser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
Slavyan Ulduzu Müsabiqəsi
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüsser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
Slavyan dil qrupu
== Şərqi slavyan dilləri ==
Şərqi slavyan dilləri
Şərqi slavyan dilləri Qərbi və Cənubi Slavyan dilləri ilə birlikdə slavyan dillərinin üç regional alt qruplarını təşkil edirlər. Şərqi slavyan dilləri hal-hazırda qərbdə bütün Şərqi Avropa boyunca, şərqdə isə Sibir və Rusiyanın Uzaq Şərqində geniş bir bölgədə danışılır. Rusiya İmperiyası və Sovet İttifaqının böyük tarixi təsiri ilə əlaqədar olaraq bu qrupa daxil olan və ən geniş yayılmış dil olan rus dili Qafqazın və Orta Asiyanın bir çox hissəsilərində qismən ve ya tam lingua franca kimi də danışılır. Slavyan dillərinin hər 3 qolu içində Şərqi Slavyan ən çox danışan sayına malik qrupdur. Ana dili olaraq ğma danışanların sayı Qərb və Cənub qollardaxiliolan bütün dillərin ümumi danışan sayından ndən daha çoxdur. Ümumi konsensus ondan ibarətdir ki, belarus, rus və ukrayna dilləri hər biri müstəqil Şərqi Slavyan dilləridir; Rusin dili də əksər mənbələr tərəfindən ayrıca müstəqil bir dil hesab olunur, lakin bəziləri onu Ukrayn dilinin bir ləhcəsi kimi də təsnif edir.Şərqi slavyan dilləri orta əsrlər Kiyev Rus dövlətində (9–13-cü əsrlər) danışılmış ümumi bir sələfdən, yəni sonralar Ruthen dilinə çevrilmiş qədim rus dilindən əmələ gəlmişdir. Ruthen dili Litva Böyük Hersoqluğunun (13–18-ci əsrlər) Dnepr çayı vadisində rus dilinə isə müvafiq olaraq istifadə olunan rəsmi dil idi. Volqa çayı vadisində isə Moskva Böyük Hersoqluğunun (13–16-cı əsrlər) rəsmi dili idi. Bütün bu dillər yazıda yalnız Kiril qrafikasından istifadə edir. hər bir dilin əlifbasında bu qrafikaya, lakin xüsusi dəyişik edilməklə istifadə olunur.lərlə.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rüdbəri tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rüdbərini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.. 1729–1782-ci illərdə Salyan Sultanlığının paytaxtı olub.
Kilsə Ataları
Kilsə Ataları ( yun. Ἐκκλησιαστικοί Πατέρες ; pravoslavlıqda müqəddəs atalar) — IV əsrin sonlarından doqmatikanın, iyerarxik təşkilatın və ibadətlərin formalaşmasında xüsusi çəkiyə malik olan keçmişin görkəmli və nüfuzu kilsə xadimləri münasibətdə istifadə edilən fəxri titul. Hesab olunur ki, Kilsə Ataları ortodoksallıq, həyatlarının müqəddəsliyi və kilsənin tanınması ilə seçilir; Katolik tədqiqatçılar bu meyarlara qədimliyi də əlavə edirlər. Kilsə Atalarının fəlsəfi və teoloji təlimi patristika, ilahiyyat elminin bu təlimi öyrənən bölməsi isə patrologiya adlanır. Katoliklik və pravoslavlıqda eyni asketlər və ruhani yazıçılar Kilsə Ataları adlandırılır, lakin onların ehtiram səviyyəsində fərq var. Qərbdə klassik patristik dövr adətən Sevilyalı İsidor , Rus Pravoslav Kilsəsində - Dəməşqli İoann , Yunan kilsələrində - Qriqori Palamas və onun tərəfdarları ilə başa çatmış hesab olunur. Sonrakı ilahiyyatçılar Qərbdə Kilsə doktorları, onların təlimi isə sxolastika adlanır.
Kilkə
Kilkələr (lat. Clupeonella) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə aid dəniz balığı cinsi. Cinsə daxil olan növlər 14,5 sm uzunluğa və 26 q çəkiyə sahib olurlar. Yetkinlik yaşına 1–2 illiyində çatırlar. Orta ömür müddəti 5–6 ildir. Əsasən kiçik zooplanktonlarla qidalanırlar. Xırda balıqlardır. Boğazından anal dəliyinə qədər "kil" olduğuna görə kilkə adlanır. Xəzər dənizində üç növü yaşayır. Ən çox ehtiyata malik olanı ançousabənzər kilkədir.
Kirşə
Kirşə — qar və buz kimi sürüşkən yerlərdə, bəzən də palçıq, çəmən ya da düz daş səthlərdə hərəkət etmək üçün, adətən, altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası. Qışda uşaqlar tərəfindən əyləncə məqsədi ilə işlənən kirşəyə "əl kirşəsi" deyilir.
Klişe
Klişe (fr. Cliché) — uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya element. Mətbuatda termin, sonradan müxtəlif materiallar (kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya taxta parçası səthində qazılmış qabarıq təsvir üçün istifadə olunur.