Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiyan
Kiyan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,645 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Təzəkənd-i Kiyan (Pərsabad)
Təzəkənd-i Kiyan (fars. تازه كندكيان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (30 ailə).
Mehdi Kiyani
Mehdi Kiyani (10 yanvar 1987-ci il, Nəhavənd, İran) – iranlı futbol yarımmüdafiəçisi. == Fəaliyyəti == Kiyani 2009-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə İstiqlal-i Cunub və Səba futbol klublarında oynamışdır. Mehdi Kiyani Traktor Sazi klubunun ən popular oyunçularından sayılır.
Kiyanşəhr
Kiyanşəhr — İranın Kirman ostanının Kuhbənan şəhristanının Kiyanşəhr bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,503 nəfər və 1,555 ailədən ibarət idi.
Nurəddin Kiyanuri
Nurəddin Kiyanuri (1915, Bələdə, Mazandaran ostanı – 5 noyabr 1999, Mazandaran ostanı) — İranlı memar və siyasi lider. Kiyanouri kommunist Tudə Partiyasının Mərkəzi Komitəsinin nüfuzlu bir üzvü idi. O, 1979-cu ildən 1984-cü ilə qədər partiyanın baş katibi kimi çıxış etdi.Məryəm Firuz, onun həyat yoldaşı idi. Kiyanuri, Şeyx Mehdi Nurinin oğlu və Şeyx Fəzlullah Nurinin nəvəsi idi.
Biyan
Biyan (lat. Glycyrrhiza) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şirinbiyan, Çılpaq biyan (Glycyrrhiza glabra L.) (=Liquiritia officinalis Moench) Korjinski biyanı (Glycyrrhiza korshinskyi Grig.) Ural biyanı (Glycyrrhiza uralensis Fisch.) (=Vəzili biyan (Glycyrrhiza glandulifera Waldst.
Giyan
Giyan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Giyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,062 nəfər və 1,999 ailədən ibarət idi.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Kican
Ballıqaya (əvvəlki adı:Kican) — Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kiçan kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Kican kəndi Ballıqaya kəndi adlandırılmışdır. Kənd Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb.
Kiran
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük Ermənistan və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Qiyan
Monidigah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 692 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki mon (yerli tələffüz forması miy on olub, “orta, mərkəz, ara” deməkdir), di (kənd) və gah (yer) sözlərindən ibarət olub, “ortada yerləşən kənd, orta kənd” mənasındadır. Oykonim talış dilində Mondiqo adlanır. == Coğrafiyası == Lerik rayonunun Bilabənd inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin yamacındadır.Bu yaşayış yeri üç hissədən ibarətdir: 1. Mondiqo - orta kənd yeri; 2. Jindi - aşağı kənd; 3. Pendi - yuxarı kənd. == Tanınmış şəxsiyyətlər == Firdovsi Əliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini.
Siyan
Siyan (fr. Sillans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Etyenn-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38490. Kommunanın 1999-cu il üçün əhalisi 1 405 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 393 ilə 567 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
Cəfərabad (Kiyar)
Cəfərabad— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər.
Kidan dili
Xitay dili, Kitay dili və ya Kidan dili — Monqol dillərindən olan Xitayların danışdığı dil idi.Xitay dili, Liao sülaləsi və Qaraxitaylar dövlətinin rəsmi dili olmuşdur.
Kiran hamamı
Kiran hamamı — Kiran şəhər yerində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış dünya əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Kiran hamamı şəhristanın ikinci və üçüncü məhəllələrini ayıran geniş yarğanda – Kiran karvansarayından 30-40 metr şərqdə yerləşir. Hamamın birinci mərtəbəsi daşdan, ikinci mərtəbəsi isə çiy kərpicdən inşa edilmişdir. Hamamın cənub-şərq tərəfində kiçik kəhriz yerləşir, şərqdən isə binaya çiy kərpicdən inşa edilmiş yarım-yeraltı kiçik bina birləşir. Həmin binanın otaqlarından birində üzəri naxışla bəzədilmiş nəhəng daş su çəni vardır.Hamamın dördbucaqlı formaya malik mərkəzi zalı və su hövzəsindən hamama keçid hissələri xüsusilə yaxşı müşahidə edilir. Mərkəzi zalın divarları 11-14 görgü sırası – təxminən 1.8-2 metr hündürlüyündə saxlanmışdır.İbrahimov48 Divarların qalınlığı 1 metrə bərabərdir. == İstinadlar == == Ədəbiyyat == Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.
Kiran karvansarası
Kiran karvansarası — Kiran şəhəri ərazisində ən yaxşı tədqiq edilmiş tarix-memarlıq abidələrindən biri. Mürəkkəb planlaşdırma və konstruktiv həll xüsusiyyətlərinə malik Kiran karvansarası, orta əsr Azərbaycanında şəhər karvansaraylarının ən parlaq nümunələrindən biridir.Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Qapı və pəncərə tağlarının hörgüsündə bişmiş kərpic və əhəng məhlulu istifadə edilmişdir. Karvansarayın bütün otaqlarının divarları 2.8–3 metr hündürlüyə kimi daşdan, daha sonra isə çiy kərpicdən inşa edilmişdir. Divarlar gil və saman qarışığından alınmış məhlulla suvanmışdır. Daha sonra gil suvaq əhəng məhlulu ilə ağardılmışdır. Divarların qalınlığı müxtəlif yerlərdə 60 sm – 2 metr arasında dəyişir. Kiran karvansarası planda kvadrat formada olan daxili həyətə malikdir. Karvansarayın yaşayış və məişət otaqlarının divarları, o cümlədən vestibül və dəhlizlər gipsdən hazırlanmış həndəsi naxışlı memarlıq elementləri ilə bəzədilmişdi. Onlar arasında qabartma və oyma üsulu ilə hazırlanmış, həndəsi və nəbati naxışlı medalyonlar xüsusi diqqət cəlb edir.
Kiran karvansarayı
Kiran karvansarası — Kiran şəhəri ərazisində ən yaxşı tədqiq edilmiş tarix-memarlıq abidələrindən biri. Mürəkkəb planlaşdırma və konstruktiv həll xüsusiyyətlərinə malik Kiran karvansarası, orta əsr Azərbaycanında şəhər karvansaraylarının ən parlaq nümunələrindən biridir.Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Qapı və pəncərə tağlarının hörgüsündə bişmiş kərpic və əhəng məhlulu istifadə edilmişdir. Karvansarayın bütün otaqlarının divarları 2.8–3 metr hündürlüyə kimi daşdan, daha sonra isə çiy kərpicdən inşa edilmişdir. Divarlar gil və saman qarışığından alınmış məhlulla suvanmışdır. Daha sonra gil suvaq əhəng məhlulu ilə ağardılmışdır. Divarların qalınlığı müxtəlif yerlərdə 60 sm – 2 metr arasında dəyişir. Kiran karvansarası planda kvadrat formada olan daxili həyətə malikdir. Karvansarayın yaşayış və məişət otaqlarının divarları, o cümlədən vestibül və dəhlizlər gipsdən hazırlanmış həndəsi naxışlı memarlıq elementləri ilə bəzədilmişdi. Onlar arasında qabartma və oyma üsulu ilə hazırlanmış, həndəsi və nəbati naxışlı medalyonlar xüsusi diqqət cəlb edir.
Kiran qalası
Kiran qalası — Kiran şəhərinin xarabalığı olan Xarabagilan abidəsini əhatə edən müxtəlif qala divarlarıdır. Müdafiə divarlarının qalıqları hazırda təntənəli görünüşə malik olmaqla böyük şəhər xarabalığında xüsusi atmosfer yaradır.Kiran qalasının ən əhəmiyyətli hissəsi sitadeldir. Təbii baxımdan əlverişli ərazidə salınmasına baxmayaraq, sitadel möhtəşəm qala divarları və qüllələrlə əhatə olunmuşdur.Şərq qala divarı şəhər məhəllələrindən əhəmiyyətli dərəcədə aralı inşa edilmişdir. O, bir tərəfdən sitadelin yerləşdiyi təpənin ətəyinə tərəf uzanaraq dərin yarğan ərazisindən keçidi məhdudlaşdırır. Sitadelin müdafiə sistemində əhəmiyyətli rol oynamış qüllələrindən yeddisi dövrümüzə çatmışdır. Həmin qüllələrdən dördü dördbucaqlı, üçü isə dairəvi formaya malikdir. Kiran qalasının qismən yaxşı saxlanılmış şərq divarları isə 540 metr uzunluğa və altı qülləyə malikdir. == Təsviri == Kiran qalasının sitadel hissəsi qismən yaxşı saxlanmışdır. Şəhərin cənub və cənub-şərq hissələrini əhatə edən qala divarları, həmçinin su tərəfdən olan müdafiə səddləri qənaətbəxş halda dövrümüzə çatmışdır. Bunlarla yanaşı Xarabagilan yaxınlığında gözətçi məntəqəsi rolunu oynamış kiçik qalaların da qalıqları vardır.Kiran qalasının ən əhəmiyyətli hissəsi sitadeldir.
Kiran sarayı
Kiran sarayı — Kiran şəhərinin içqalasında yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Saray, Kiranın ikinci məhəlləsinin cənub hissəsində yerləşir. Saray binasının divarları nəhəng ölçülü qaya parçalarından tikilmişdir. Düzbucaqlı formaya malik olan həmin daş bloklar 2 metr uzunluğa və 0.5 metr enə malikdir. Saray divarlarının 6 sırası dövrümüzə çatmışdır ki, tədqiqatçı B. İbrahimov saxlanılmış hissənin iri tikilinin yalnız kürsüsü olduğunu qeyd edir.Saray binası düzbucaqlı formaya malikdir. Cənub tərəfi istisna olmaqla, digər tərəflərdən saray binasına müxtəlif kiçik tikililər də birləşir. Saray binasına kürsünün tikilməsində istifadə edilmiş geniş daşlardan hörülmüş iri pilləkən aparır.B. İbrahimov ehtimal edir ki, saray tikilisinin ətrafındakı zirzəmili tikililər xidmətçilərin yaşaması və təsərrüfat xarakterli işlər üçün nəzərdə tutulmuşdur. Arxeoloji qazıntılar zamanı həmin otaqlardan çoxlu sayda mətbəx və təsərrüfat əşyalarının aşkara çıxarılması da tədqiqatçıların ehtimallarını təsdiqləmişdir. == İstinadlar == == Ədəbiyyat == Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12.
Kiyar şəhristanı
Kiyar şəhristanı İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şələmzar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 51,322 nəfər və 12,550 ailədən ibarət idi.
Kiçan monastırı
Kiçan monastırı – Ağdam rayonunun Ballıqaya kəndi ərazisində yerləşən tarixi monastır kompleksi. Mənbələrdə həm də Anapat monastırı (erməni dilindən tərcümədə "səhra monastırı" və ya "düzənlik monastırı") adlandırılır. Kompleksə iki kilsə, böyük yemək zalı, narteks, rahib hücrələri və böyük qəbristanlıq daxildir. == Tarixi == Kompleks ərazisində aşkarlanmış ən qədim kitabə 1191-ci ilə aid olan xaç daşların birinin üzərində yerləşir. Bununla yanaşı Kiçan monastırında 10 kitabə oxunmuş və çap edilmişdir.Abidənin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor Gülçöhrə Məmmədova qeyd edir ki, cənub və şimaldan əsas kilsə binasına yan otaqlar əlavə edilmiş tağtavanlı zal kilsələri sırf Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olub, qonşu xalqların memarlığında analoqa malik deyildir. Qarabağdakı xristian abidələrini tədqiq etmiş professor Şaqen Mkrtçyan isə Kiçan monastırından bəhs edərkən "onun memarlığı Artsak kilsə memarlığı üçün unikal xüsusiyyətə malikdir" deyə qeyd edir. G. Məmmədova yazır ki, Qafqaz Albaniyasında bu memarlıq formasının yaranması və inkişafı, erkən orta əsrlər dövründən birnefli zal kilsələrinin bütün ölkə ərazisində geniş yayılması, sonradan ölkədə xristianlığın tələblərinin dəyişməsinə uyğun olaraq kilsələrin də yeni dini tələblərə uyğunlaşdırılması ilə əlaqədardır. Tədqiqatçı göstərir ki, nalvari apsidaları, inşa texnikası və bir sıra digər xüsusiyyətlərinə görə, bu tip kilsələr V–VII əsrlər Qafqaz Albaniyası kilsələri ilə yaxındır. Əsas kompozisiyanın mürəkkəbləşdirilməsinə cəhd, yeni otaqların əlavə edilməsi və memarlıq elementlərinin artırılması isə IX–XI əsrlər xristian memarlığının ümumi inkişaf prinsiplərinə uyğundur. == Memarlıq xüsusiyyətləri == Kompleksə daxil olan tikililərdən ən əhəmiyyətlisi başkilsədir.
Kleyr Kryan
Kleyr Kryan (d. 3 dekabr 1993) — İrlandiyalı suya tullanan. Kleyr Kryan İrlandiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kleyr Kryan birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 240.70 xal toplayaraq 5-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə Kryan 237.05 xal toplayaraq 11-ci oldu və yarışı medalsız başa vurdu.
Maykl Kinan
Maykl Kinan Liri (ing. Michael Keenan Leary; 10 aprel 1989, Massaçusets) — amerikalı prodüser. Skizzy Mars, Melani Martines və Fibi Rayan üçün gördüyü işlərlə tanınır. == Həyatı == Kinan 10 aprel 1989-cu ildə Massaçusetsdə anadan olub. Ailəsi əslən Nyu-Yorkdandır. O, 3-cü sinifdə təbil çalmağa başladı və Empire State Gənclər Orkestrinin tərkibində olmaq üçün Albaniyə yollandı. O, klassik zərb alətləri ilə məşğul olmaq istəmədi və maraqlarını musiqi prodüserliyinə yönəltdi. Kinan məktəbdən sonra musiqi üzərində işləmək üçün Bruklinə, daha sonra isə Manhettenə köçdü. Məktəbi bitirdikdən sonra o, bütün səylərini musiqi prodüserliyinə və sənətçilərin arzulayacağı ritmlər yaratmağa yönəltdi. == Diskoqrafiya == Sinqllar So Are You (2022)Prodüserlik işləri 2015 – Melani Martines – Cry Baby albomunda yer alan Milk and Cookies, Pacify Her, Play Date mahnılarının prodüseri.
Miyan Mir
Mir Məhəmməd Muayyinul İslam (11 avqust 1550, Lahor – 11 avqust 1635, Lahor) – Qadiri təriqətinə məxsus sufi piri. == Həyatı == O Sevastan (Sind)-də 11 avqust 1550-ci ildə anadan olmuşdur. Ömrünü Lahor ətrafında yaşamışdır. Beşinci siqh qurusu Arcun Dev yaxın dostu kimi onu Harmandir Sahibin (Qızıl Məbədin) əsasını qoymağa dəvət edib (yanvar, 1588). O vaxtlar bütün Hindistanda məşhur sufi şeyxi kimi şöhrət qazanmışdır. Böyük Moğol imperatoru Cahan Miyan Mirə yaxın idi. O, 17 Rəbiulavvəl (fevral-mart) 1045 Hicri tarixində (1635-ci il) vəfat edib və Haşimpur kəndində dəfn edilmişdir. Onun ən məşhur şagirdi İmperator Şah Cahanın böyük oğlu Dara Şikuh idi. Onun istəyilə Miyan Mirin qəbrinin üzərində böyük türbə inşa olunub. == Miyan Mir və siqhizm == Miyan Mir siqhlər tərəfindən hələ də yüksək hörmətlə anılır.
Qiyan qəbiləsi
Qiyan qəbiləsi (çin. 呼衍) — Böyük Hun İmperiyasını idarə etmiş qəbilə. Bu qəbilənin üzvləri əsasən xatun olurdular. Qiyanlar Monqolustanın qərbində məskunlaşmışdılar.
Tüksüz biyan
Tüksüz biyan (lat. Glycyrrhiza glabra) — paxlakimilər fəsiləsinin biyan cinsindən olan çoxillik ot bitkisi. == Botanik təsviri == Hündürlüyü 1,5 m-ə qədər, yoğun və dərin kökü vardır. Gövdəsi, yarpaqlarının saplaq və oxları, eləcə də çiçək qrupu qısa tüklüdür. Yarpaqları ardıcıl 9-15 yarpaqcıqlardan ibarət, mürəkkəb lələkvaridir, yarpaqcıqlar uzunsov yumurtavaridir, alt tərəfindən bir qədər parıltılı, xırda qatranlı vəziciklərin mövcudluğu səbəbindən yapışqanlıdır. Çiçəkləri xırda, açıq bənövşəyi rəngdədir. Meyvəsi qonur rəngli, yasti-uazunsov lobyavari, bir və ya bir neçə toxumludur. Kökünün rəngi sarı, iyi zəif, dadı isə şirindir. İyun-iyul aylarında çiçəkləyərək iyul-sentyabr aylarında meyvə verir. == Yayılması == Quba, Qusar, Xaçmaz, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarında, Samur-Dəvəçi, Xəzəryanı, Kür- Araz və Lənkəran ovalıqlarında, Kür və Naxçıvan düzənliklərində, Abşeronda və Qobustanda arandan dağətəyi hündürlük qurşagına kimi (dəniz səviyyəsindən 400 m-ə qədər) rast gəlinir.
Vəzili biyan
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Çılpaq biyan
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.