KİMYA

maddələrin quruluşu və onların qarşılıqlı əlaqəsini öyrənən elmin adı; hikmət, qüdrət.
KİMXARƏ
KİMYƏ
OBASTAN VİKİ
Kimya
Kimya – maddənin tərkibini, quruluşunu, xassələrini ,çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən təbiət elmidir. Kimyanın mühüm vəzifələrinə zəruri maddələrin alınması, maddələrin çevrilməsini və bu çevrilmələri müşahidə edən hadisələri öyrənmək, ətraf mühtin mühafizəsi və s. kimi vəzifələr aiddir. == Etimologiyası == Kimya sözünün nə vaxt meydana gəlməsi və ilk olaraq hansı mənanı ifadə etməsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Bir çox kimya tarixçiləri öz hipotezlərini təklif etsələr də, vahid bir fikir formalaşmadı. XVII əsrin başlanğıcından "kimya", "kimyaçı" məfhumları elmi ədəbiyyata, monoqrafiyalara və dərsliklərə möhkəm surətdə daxil oldu. Müxtəlif avropa dillərində "kimya" sözü oxşar səslənməyə malikdir: ing. chemistry, alm. chemie, çex və hollandca chemic, fransızca və rumın dilində chimie, italyanca chimica, polyak, slovak və latın dillərində chemia, litva dilində chemija, ispan və portuqal dillərində quimica, İsveç dilində kemi, eson dilində keemia, xorvat və sloven dillərində kemija, latış dilində kimija, Norveç dilində kjeıııi adlanır. Əgər fikir versək, bütün sözlərdə "kem" və ya "kim" kökləri vardır.
Ekstremal kimya
Ekstremal kimya Ekstremal kimya – kimyəvi proseslərin ekstremal şəraitdə öyrənilməsidir: güclü elektrik və maqnit sahələri, ultrayüksək təzyiq və sürüşmə deformasiyaları, gərginliyi molekulun daxilindəki elektrik sahəsi ilə müqayisə edilən güclü işıq sahələri, ultraböhran şəraiti, güclü qravitasiya sahəsi, səs və mikrodalğa sahələri və s. Ekstremal halların kimyasına, həmçinin plazmokimya, radiasiya kimyası, yüksək enerjilər və yüksək temperaturlar kimyası daxildir. Yanaşmadan asılı olaraq ekstremal kimyanın bölmələrini müxtəlif qaydada təsnif etmək olar. == Yüksək enerjilər kimyası == Yüksək enerjilər kimyası (YEK) – fiziki-kimyanın bölməsidir, qeyri-istilik enerji mənbələrinin (ionlaşdırıcı şüalanma, işıq, plazma, ultrasəs, mexaniki zərbə və s.) təsiri ilə gedən kimyəvi və fiziki-kimyəvi prosesləri tədqiq edir. Qeyri-istilik enerjisinin təsiri ilə gedən reaksiyaların mexanizm və kinetikası, həyacanlanmış və ionlaşdırılmış çox sürətli hissəcikilərin qeyri-tarazlıq qatılığı ilə xarakterizə olunur; bu hissəciklərin enerjisi istilik hərəkəti enerjisindən, bəzi hallarda kimyəvi rabitə enerjisindən çoxdur. Maddəyə təsir edən qeyri-istilik enerji daşıyıcıları: sürətləndidrilmiş ion və elektronlar, sürətli və yavaş neytronlar, alfa- və beta-hissəciklər, pozitronlar, müonlar, pionlar, ultrasəs sürətli atom və molekullar, elektromaqnit şüalan-manın kvantları, impuls elektrik, maqnit və akustik sahələri. Yüksək enerjilər kimyasının proseslərini zaman mərhələrinə görə fiziki, fiziki-kimyəvi və kimyəvi proseslərə bölürlər. Fiziki mərhələ femtosaniyə və daha az müddətdə baş verir. Bu müddətdə qeyri-istilik enerjisi mühitdə qeyri-bərabər paylanır, "qaynar ləkə" əmələ gəlir. Fiziki-kimyəvi mərhələdə qaynar ləkədə tarazsızlıq və müxtəlicinsilik təzahür edir.
Fiziki kimya
Fiziki kimya — Fizika və Kimyaya aid bütün ümumi qanunları öyrənir. Fiziki kimyada kimyəvi təsirləri öyrənən zaman kimya və fizikanın həm nəzəri, həm də eksperimental metodlarından istifadə edilir. Fiziki kimya elmi kimyəvi proseslərin mahiyyətini öyrənir. Kimyəvi reaksiyalar fiziki proseslərlə - istilikkeçirmə, istiliyin udulması və ya ayrılması, işığın udulması və şüalanması, elektrik hadisələri, həcmin dəyişməsi və s. ilə əlaqədardır. Məsələn, hər-hansı bir kimyəvi reaksiyada sistemi əmələ gətirən maddə molekullarının qarşılıqlı təsiri nəticəsində xarici mühitə enerji verilir və ya xaricdən enerji udulur. Buxarlanma və sublimasiya proseslərində, eləcə də, müxtəlif parçalanma reaksiyalarında maddənin temperaturunun artması molekul hissəciklərinin intensivləşməsinə və beləliklə də, molekulda atomlar arasındakı kimyəvi rabitənin zəifləməsinə və nəhayət onların parçalanmasına səbəb olur. Qalvanik elementlərdə elektrodlarda gedən oksidləşmə-reduksiya prosesləri elektrik cərəyanının əmələ gəlməsinə səbəb olur. Yüksək temperaturlarda bərk maddələrin səthində adsorbsiya və desorbsiya prosesləri nəticəsində hidrogenləşmə, dehidrogenləşmə, izomerləşmə, polimerləşmə və s. reaksiyalar gedir.
Kimya ekologiyası
Kimya fəlsəfəsi
Kimya fəlsəfəsi — fəlsəfənin əsas anlayışları, inkişaf problemlərini və elmin bir hissəsi kimi kimya metodologiyasını öyrənən bir bölməsidir. Elm fəlsəfəsində kimyəvi problemlər fizika fəlsəfəsi və insan biliyinə gətirib çıxaran həddindən artıq idrak vəziyyətlərinin təzahür etdiyi riyaziyyat fəlsəfəsindən daha təvazökar bir yer tutur. Kimyəvi biliklərin inkişafı və kimya təməl konsepsiyalarının təkamülünün fəlsəfi təhlili kimya fəlsəfəsində mühüm rol oynayır. Bu analizdə mühüm rolu kimya elminin inkişafı üçün konseptual sistemlər nəzəriyyəsini yaradan və inkişaf etdirən görkəmli rus kimyaçısı və filosofu V.İ.Kuznetsov oynamışdır. Mütləq ideyanın formalaşma tarixini təsvir edən Hegelin “Məntiq” də üç növ “obyektivlik” — mexanizm, kimya və orqanizm qeyd olunur. == Kimya ilə fizika arasındakı əlaqənin fəlsəfi problemləri == Kvant mexanikası faktiki olaraq kimya problemlərini tətbiqi riyaziyyat problemlərinə qədər azaldır. Q.M. Şvab bu vəziyyəti kimyanın nəzəri və idrak böhranı adlandırdı. Bununla birlikdə, kimyəvi fenomenlər mürəkkəbliyinə görə fiziki hadisələrlə azaldır. “Bir fizik üçün bir maddə ən çox sadəcə maraq fəaliyyətinin baş verdiyi arenadır; fərqli maddələrə yalnız müşahidə olunan fenomen tamamilə fərqli yollarla davam etdiyi təqdirdə, prosesin fərqli modellərinin yaradılması tələb olunduqda müraciət edəcəkdir. Kimyaçı maddə ilə və xüsusilə vacib olan maddələr seriyası ilə maraqlanır.
Kimya mühəndisliyi
Kimya mühəndisliyi — kimya, fizika, riyaziyyat, biologiya və iqtisadiyyatın prinsiplərindən istifadə edərək enerji və materiallardan istehsalatı, istehsalatın dizaynını, nəqliyyatını və transformasiyasını təmin edən mühəndislik sahəsidir. Kimya mühəndislərinin işi laboratoriyada nano-texnologiya və nano-materialların istifadəsindən kimyəvi maddələri, xammalları, canlı hüceyrələri, mikroorqanizmləri və enerjini faydalı forma və məhsula çevirən genişmiqyaslı sənaye proseslərinə kimi ola bilər. Kimya mühəndisləri zavod layihələşdirməsi və istismarının təhlükəsizlik və risk qiymətləndirilməsi, proses dizaynı və analizi, modelləmə, idarə etmə mühəndisliyi, kimyəvi reaksiya mühəndisliyi, nüvə mühəndisliyi, biomühəndislik, tikinti xüsusiyyətləri və idarə təlimatları kimi sahələrində xidmət edirlər. Kimya mühəndisləri əsasən Kimya Mühəndisliyi və ya Proses Mühəndisliyi dərəcəsinə sahib olurlar. Təcrübələrlə məşğul olan mühəndislər bu sahə üzrə peşəkar qurumların sertifikatına sahib ola və ya bu orqanların üzvü ola bilirlər. Belə qurumlara Kimya Mühəndisləri İnstitutu (ing. IChemE) və ya Amerika Kimya Mühəndisləri İnstitutu (ing. AIChE) daxildir. Kimya mühəndisliyi dərəcəsi digər mühəndislik sahələri ilə birbaşa əlaqədardır. == Etimologiya == Elm Tarixi haqqında İngilis jurnalının (ing.
Kolloid kimya
Kolloid kimya yüksək dispersliyə malik heterogen sistemlərin fiziki-kimyəvi xassələrini öyrənir. Kolloid hissəciklər böyük xüsusi səthə malik olduqlarından kolloid sistemdə səth hadisəsi böyük rol oynayır. Əgər hər hansı bir faza xırdalanmış şəkildə digər fazanın həcmində paylanarsa belə sistemlərə dispers sistemlər deyilir. Həcmdə paylanan faza dispers faza, həcmində paylanma baş verən faza dispers mühit adlanır. Dispers sistemlər dispersliyə görə fərqləndirilirlər: Xüsusi səth hissəciyin səthinin sahəsinin onun həcminə olan nisbətidir. Aydındır ki, disperslik böyük olduqca xüsusi səth də böyük qiymətə malik olur. Dispersliyə görə dispers sistemlər 3 yerə bölünürlər: Kobud dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a>10–7 m Kolloid dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a=10 −710 −9m Molekulyar dispers sistemlər a<10 −9m Kobud dispers sistemlər heterogendirlər, özbaşına əmələ gəlmirlər, termodinamiki davamsızdırlar. Heç bir süzgəcdən keçmirlər, dializə uğramırlar, adi mikroskopla, bəzən gözlə də görünürlər.
Kimya Problemləri İnstitutu
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
Kimya elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Analitik kimya
Analitik kimya — maddələrin tərkibinin tədqiqat metodları haqqında elm. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir. O iki müxtəlif bölmədən ibarətdir: keyfiyyət analizi (vəsfi analiz) və miqdari analiz. Vəsfi analiz üsullarının köməyi ilə bizi maraqlandıran maddənin hansı kimyəvi komponentlərdən təşkil olunduğunu müəyyən etmək olar. Miqdari analizin məqsədi analiz olunan maddənin tərkibinə daxil olan kimyəvi elementlərin miqdarca nisbətini müəyyən etməkdir. Eləcə də analiz olunan nümunənin vahid həcminə və ya kütləsinə daxil olan elementin və ya digər tərkib hissəsinin kütləsini və ya qatılığını bilmək çox vacibdir. == Növləri == Kimyəvi analiz sırasıyla kalitatif (keyfiyyət) və kantitatif (nicel) olmaq üzrə iki şəkildə tətbiq olunur. Bir maddənin hansı komponentlərdən (element və ya mürəkkəblərdən) meydana gəldiyini tapmağa yarayan analiz növünə kalitatif; bu komponentlərdən hər birinin nə formada olduğunu tapmağa yarayan analiz növünə də kantitatif analiz deyilir. Kantitatif analiz, metodlar cəhətdən klassik və müasir olmaq üzrə ikiyə ayrılar. Klassik metodlar maddənin ağırlıq və həcm xüsusiyyətlərinə söykənən metodlardır.
Duz (kimya)
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. == Duzların alınması == Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Kimya tarixi
Kimya tarixi maddələrin xüsusiyyətlərinin və çevrilmələrinin öyrənilməsi ilə bağlı xüsusi biliklərin toplanması kimi mürəkkəb prosesi izah edir və təsvir edir; kimya inkişafı ilə əlaqəli hadisələri və prosesləri insan cəmiyyətinin tarixi ilə bağlayan sərhəd bilik sahəsi hesab edilə bilər. Kimya tarixi ümumiyyətlə bir neçə dövrə bölünür; nəzərə alınmalıdır ki,bu dövrləşdirmə,şərti və nisbi olmaqla daha çox didaktik məna daşıyır. Kimya tarixini elmi bir fənn kimi quranlardan biri alman alimi Hermann Kopp (1817-1892) idi. == Əlkimyadan əvvəlki dövr: III əsrə qədər == Əlkimyəvi dövrdə maddə haqqında biliklərin nəzəri və praktikcəhətləri bir-birindən nisbətən müstəqil şəkildə inkişaf etmişdir. Maddə ilə praktiki əməliyyatlar sənətkarlıq kimyası üçün əlverişli oldu. Onun yaranması ilk növbədə metallurgiyanın yaranması və inkişafı ilə əlaqələndirilməlidir. Qədim dövrlərdə yeddi metal: mis,qurğuşun,qalay,dəmir,qızıl,gümüş və civə, xəlitə şəklində də arsen,sink və bismut saf formada tanınırdı. Metallurgiya ilə yanaşı,keramika və şüşə istehsalı,boya,dəri,dərman və kosmetika istehsalı kimi digər sahələrdə də praktik biliklər toplanmışdır. Antik dövrün praktik kimyasının uğurları və nailiyyətləri əsasında kimyəvi biliklərin inkişafı sonrakı dövrlərdə baş verdi. Maddənin xassələrinin mənşəyi problemini nəzəri dərk etmək cəhdləri qədim Yunan təbiət fəlsəfəsində elementlər doktrinasının meydana gəlməsinə səbəb oldu.
Kimya Əlizadə
Kimya Əlizadə (fars. کیمیا علیزاده زنوزی‎; 10 iyul 1998) — əslən azərbaycanlı İran taekvondoçusu. İranın idman tarixində Olimpiya medalı əldə edən ilk qadın idmançı. == Həyatı == 1998-ci ildə İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Atası Təbriz şəhərinin yaxınlığında yerləşən Zunuz şəhərindən, anası isə Ərdəbil şəhərindəndir. == Karyerası == Kimya 2014-cü ildə Taybeydə keçirilən Gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb. Eyni ildə Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağı bacarıb. O, ilk döyüşdə seneqallı Elsa Nqassanı 23:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. Növbəti rəqibinə — belçikalı Amber Pannemansa da şans verməyib — 15:2. Yarımfinalda isə kolumbiyalı Nataliya Qomezi 12:2 hesabı ilə üstələyərək, adını finala yazdırıb.
Radikal (kimya)
Kimyadakı sərbəst radikallar - xarici elektron qabığında bir və ya daha çox boşaldılmış elektron hissəciklər. Sərbəst radikallar bərk, maye və qazlı maddələrdir və çox qısa (saniyənin bir hissəsi) çox uzun müddətə (bir neçə ilədək) mövcud ola bilər. Radikallar yalnız neytral deyil, həm də ion (radikal ionlar) ola bilər və eyni zamanda birdən çox boşaldılmayan elektrona malikdirlər (məsələn, biradikallarda). Sərbəst radikallar paramaqnetik xüsusiyyətlərə malikdir və çox reaktiv hissəciklərdir. Sərbəst radikalların mövcudluğu XIX əsrdə təkrarlanmışdı.1849-cu ildə İngilis kimyaçı Eduard Franklend, etil radikalının olduğuna inanaraq yodetanı sinklə qızdıraraq butan əldə etdi. Bənzər bir səhv Alman kimyaçısı German Kolbe tərəfindən etilin metil radikalı kimi qəbul edilməsi ilə edildi. C 2 H 5 I + Z n → C 4 H 10 + Z n I 2 {\displaystyle {\mathsf {C_{2}H_{5}I+Zn\rightarrow C_{4}H_{10}+ZnI_{2}}}} Həlldəki ilk sərbəst radikal Amerikalı kimyaçı Musa Qomberq tərəfindən kəşf edildi. 1900-cü ildə o, trifenilmetil xlorid üzərində gümüşün təsiriylə əldə edərək trifenilmetil radikalını kəşf etdi. Bu radikalın olması səbəbindən məhlul sarı rəngə boyandı və sonra bu radikalın dimerinin ağ kristalları məhluldan çıxdı. 1901-ci ildə nitroksil quruluşunun sərbəst bir radikalı olan porfireksid əldə edildi, ancaq onu qəbul edənlər O idi.
Riyazi kimya
Riyazi kimya — riyaziyyatın kimyaya yenilikci tətbiqləri ilə məşğul olan tədqiqat sahəsi; əsasən kimyəvi hadisələrin riyazi modelləşdirilməsiylə məşğul olur. Riyazi kimya bəzən kompüter kimyası adlanır, lakin bu hesablamalı kimya ilə qarışdırılmamalıdır. Riyazi kimyanın başlıca tədqiqat sahələrinə kimyəvi qraf nəzəriyyəsi, izomerliyin riyazi tədqiqi və kəmiyyət struktur-xassəli münasibətlərdə tətbiq tapan topoloji deskriptorların və ya indekslərin təkmilləşdirilməsi və stereokimya və kvant kimyasında tətbiqlər tapan qrup nəzəriyyəsinin kimyəvi aspektləri daxildir. Digər mühüm sahə zülallar və nuklein turşuları kimi qatlanmış xətti molekulların topologiyasını təsvir edən molekulyar düyün nəzəriyyəsi və dövrə topologiyasıdır. Bu yanaşmanın tarixi 19-cu əsrə qədər uzanır. Georq Helm 1894-cü ildə "Riyazi Kimyanın Əsasları: Kimyəvi hadisələrin energetikası" adlı traktatını nəşr etdirdi. Bu sahədə ixtisaslaşan daha müasir dövri nəşrlərdən bəziləri ilk dəfə 1975-ci ildə nəşr olunan MATCH Communications in Mathematical and Computer Chemistry və ilk dəfə 1987-ci ildə nəşr olunan Journal of Mathematical Chemistry jurnalıdır. 1986-cı ildə Dubrovnikdə reallaşan bir sıra illik MATH/CHEM/COMP konfransları mərhum Ante Qrovak tərəfindən başladıldı. Riyazi kimya üçün əsas modellər molekulyar qraf və topoloji indeksdir. 2005-ci ildə Dubrovnikdə (Xorvatiya) Milan Randiç tərəfindən Beynəlxalq Riyazi Kimya Akademiyası (IAMC) yaradılmışdır.
Substrat (kimya)
Substrat (kimya) — Kimyada substrat ümumiyyətlə bir məhsul əmələ gətirmək üçün bir reaktivlə reaksiya verən kimyəvi reaksiya zamanı müşahidə olunan kimyəvi birləşmədir. Digər kimyəvi reaksiyaların baş verdiyi səthə də istinad edə bilər və ya müxtəlif spektroskopik və mikroskopik metodlarda köməkçi rol oynaya bilər. Sintetik və üzvi kimya, bir substrat dəyişdirilən maraqlanan bir kimyəvi maddədir. Biokimyada substrat, fermentin təsir etdiyi bir materialdır. Substrat konsentrasiyası dəyişən reaktivdir. "Substrat" ​​termini yüksək dərəcədə kontekstə həssasdır. Spontan reaksiya S ⟶ P {\displaystyle {\ce {S -> P}}} S substrat, P isə məhsuldur. Kataliz olunmuş reaksiya S + C ⟶ P + C {\displaystyle {\ce {{S}+ C -> {P}+ C}}} S substrat olduğu yerdə P məhsul və C katalizatordur. Substratlar tez-tez incə olur və kimyəvi elementlərdən və ya qüsurlardan nisbətən azaddır. Gümüş, qızıl və ya silikon lövhələr istehsal asanlığı və mikroskopik məlumatlara müdaxilə olmadığı üçün ümumiyyətlə istifadə olunur.
Yatro kimya
Yatro kimya — Kimya ilə tibbin birləşməsi. Yunanca "yatros" sözündən olub, mənası "həkim" deməkdir. Bu sahənin tədqiqatçıları xəstəliklərin baş verməsində əsas rolu orqanizmdə kimyəvi proseslərin pozulmasına aid etmiş və onların müalicəsi üçün kimyəvi maddələr tapmaq vəzifəsini qoymuşlar. Yatrokimyanın yaranması və inkişafı yatrokimyanın əsas müddəalarını formalaşdıran və Leyden Universitetində analiz üçün ilk kimyəvi laboratoriyanı açan Paracelsus, Ya.B.van Helmont və Sylviusun fəaliyyəti ilə bağlıdır. Yatrokimyanın nümayəndələri həzm proseslərinin öyrənilməsinə xüsusi diqqət yetirmişlər. 1. https://bigenc.ru. Böyük rus ensiklopediyası.
Yaşıl kimya
Yaşıl kimya — (ing. “Green chemistry”) – kimyada bir elmi istiqamət olub, ətraf mühitə müsbət təsir edən istənilən kimya proseslərinin hər hansı bir təkmilləşməsidir. Elmi istiqamət kimi XX əsrim 90-cı illərində yaranmışdır. Yaşıl kimya mühüm strateqiyanı da irəli sürür. Bu , zərərli maddələrdən ümumiyyətlə, azad olan ilkin materialların və proseslərin düşünülmüş seçimidir. Yaşıl kimya özü bir incəsənətdir ki, hansı ki, istənilən bir lazımi maddənin alınmasında ətraf mühit üçün ən zərərsiz olan yolların seçimini təmin edir. Ətraf mühitin kimyası – kimyəvi çirkləndiricilərin mənbə, yayılma, davamlıq və təsirlərini öyrənir. Ətraf mühit üçün kimya (Yaşıl Kimya)- bu növ çirklənmələrdən azad olmağın kimyəvi həllərini axtarır və onların tətbiqini təşkil edir. Burada bir neçə mümkün yol mövcuddur: Ətraf mühitə daxil olan çirkləndiricilərin məhv edilməsi; Çirkləndiricilərin yaylmasının qarşısını almaq; Onların istehsalını dayandırmaq – kimya məhsullarının mövcud olan alınma üsullarının yeni üsullarla əvəz edilməsi. . İlk iki istiqamət Ekoloji kimyanın tətbiq sahəsinə aiddir, üçüncü istiqamət isə Yaşıl kimya sahəsini təmsil edir.
Üzvi kimya
Üzvi kimya — tərkibində karbon atomu olan kimyəvi birləşmələri öyrənən bir elmdir. Üzvi kimya canlı aləmdə (bitki, heyvan, insan) yayılmış karbon atomunun digər 2 elementlərlə əmələ gətirdiyi birləşmələri öyrənən bir elimdir. Üzvi birləşmələri əmələ gətirən əsas dörd elementdir (O, H, N, C). Üzvi kimya karbohidrogenləri və onların törəmələrini, yəni karbon əsaslı birləşmələri öyrənən kimya sahəsidir. Üzvi kimya maddələrin quruluşunu, xüsusiyyətlərini, reaksiyalarını və sintez yollarını araşdırır. Aşağıda üzvi kimyanın əsas aspektləri və sahələri haqqında məlumat verilmişdir: Üzvi kimyanın əsas xüsusiyyətləri 1. Karbonun unikal rolu: Üzvi kimyada əsas element karbon atomudur. Karbon atomları öz aralarında və digər elementlərlə (hidrogen, oksigen, azot, kükürd, halogenlər və s.) sabit kovalent əlaqələr yarada bilir. Bu xüsusiyyət karbon birləşmələrinin müxtəlifliyini və mürəkkəbliyini təmin edir. 2.
İndikator (kimya)
İndikator - kimyəvi reaksiyanın sonunu (hidrogen ionlarının qatılığını) asan nəzərəçarpan əlamətdə müəyyənləşdirməyə imkan verən üzvi, yaxud qeyri-üzvi maddə (məs. lakmus, fenolftalein). Titirləmənin son nöqtəsini müəyyən etmək üçün işlədilir. Düzgün seçildikdə reaksiyanın ekvivalent nöqtəsi, titirləmənin sonu ilə üst-üstə düşür. Titirlənən məhlula, adətən az miqdarda indikator əlavə edilir. Əsasən 5 növdür: Turşu-əsas indikator - mühitin hidrogen göstəricisi dəyişdikdə öz rəngini dəyişən maddələr (məs. metiloranj, fenolftalein) və fluoressent indikatoru daxildir. Oksidləşmə-reduksiya indikator - oksidləşmə potensialı müəyyən həddə çatdıqda öz rəngini dəyişən reaktivlər (məs., metilenblau, difenilamin). Kompleksonometrik indikator - metal ionları ilə rəngli kompleks birləşmələr əmələgətirənmaddələr (məs., qara eriodrom, narıncı ksilenol). Bunlara metalloxrom da deyilir.
Azərbaycan Kimya Jurnalı
BDU Kimya fakültəsi
Bakı Dövlət Universitetinin Kimya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Kimya fakültəsi 1919-cu ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fəaliyyət göstərən "Ümumi və qeyri-üzvi" kimya kafedrasının bazası əsasında yaradılmışdır. Kimya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Azərbaycan qədim neft ölkəsi olduğundan müasir kimyanın inkişafı hələ XIX əsrin ortaları və XX əsrin əvvəllərində başlamışdır. Nobel qardaşlarının, V.İ.Roqozinin və digər maqnatların neftdən daha səmərəli istifadə etməsi üçün o dövrün böyük kimyaçı alimlərindən olan D.İ.Mendeleyev, V.V.Markovnikov, V.O.Kovalevski, F.F.Beylşteyn, A.A.Kurbatov, V.N.Oqloblin və digər görkəmli kimyaçıları Bakıya dəvət etmələri ümumilikdə Azərbaycanda kimya elminin inkişafına, yerli ali təhsilli mütəxəssislərin, ali məktəblərdə kimya kafedralarının yaranmasına böyük təkan vermişdir. Sonralar 1960-cı illərin əvvəllərində o vaxtkı SSRİ-nin dövlət başçısı N.S.Xruşovun "ölkənin kimyalaşdırılması" çağırışı da bu elmin inkişafına növbəti təkan vermişdir. 1960-cı illərin sonuna qədər davam edən bu kampaniyanın nəticəsində Azərbaycanda (həm də Gürcüstanda, Ermənistanda yaşayan soydaşlarımız) orta məktəbi yüksək göstəricilərlə, medalla bitirən gənclərin əksəriyyəti ali təhsil almaq üçün Kimya fakültəsini seçdilər və nəticədə XX əsrin ortalarından başlayaraq Azərbaycanda çox güclü kimyaçı alimlər ordusu hazırlandı. Kimya fakültəsini müxtəlif illərdə bitirmiş, elmin yüksək zirvələrini fəth etmiş kimyaçı alimlərimiz çoxdur. Onlar kimyaçı kadrların yetişməsinə, respublikamızda kimya elminin inkişafına öz töhfələrini vermişlər. Məzunları olduqları universitetin kimya fakültəsinə həmişə şərəf gətirmiş bu ziyalılar dünyanın bir çox elmi mərkəzlərində Azərbaycanı layiqincə təmsil etmişlər.
Risalə fi-Kimya
Risalə fi-kimya — Əlyazmada müəllif və əsər haqqında əlavə məlumata rast gəlinmir. Həmadaninin bu əsəri Əlyazmalar İnstitutunda yeganə nüsxədədir. Əsər ümumi kimyaya həsr edilmiş bir traktatdır. Cildi tünd qəhvəyi rəngli dəridir. Kağızı mavi rəngli, fliqranlı Avropa istehsalı olan bu əlyazma qara mürəkkəblə nəstəliq xətti ilə köçürülmüşdür. Həcmi 43 vərəq, ölçüsü 18x11 sm.-dir. Əlyazmanın hər səhifəsində 24 sətir var. Əsər bablara bölünmüşdür. Babların başlıqlarının üzərindən qırmızı xətt çəkilib. Katibi-Şeyx Məhəmməd Həsəndir.
Kimya Problemləri (jurnal)
"Kimya Problemləri" (Chemical Problems) jurnalı — 2003-cü ildən Azərbaycanda dərc olunur. Jurnalın təsisçiləri: AMEA-nın akad. M. F. Nağıyev adına Kataliz və Qeiri-üzvi Kimya İnstitutu. R. Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutu (Gürcüstan), Akif Şıxan oğlu Əliyev və "Turan" kiçik müəssisəsidir. Jurnalda kimya elminin müxtəlif sahələrinə aid tədqiqatların nəticələri dərc olunur: neft kimyası və neft emalı, elektrokimya, polimer kimyası, kimyəvi kinetika və kataliz, kristallokimya, nanokimya, üzvi və qeyri-üzvi kimya, alternativ enerji mənbələrınin tədqiqi, ekoloji kimya, materialşünaslıq və s. Alman firması "Kubonund Zaqner"(Kubon&Sagner) xaricdə jurnalın yayımı ilə məşğul olmuşdur. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (19.09.2002-ci il tarixli 105 saylı reqistrasiya), Ali Attestasiya Komissiyası rəyasət heyətinin 09.07.2004-cü il tarixli (protokol № 13 – Р) qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir. Jurnal dövrü nəşrlərin Beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib və 2221–8688 (print) və 2522–1655 (online) ISSN indeksini alıb və bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdilib: CAS, İndexCopernicus, e. Library.ru, CYBERLENİNKA, VİNİTİ, ResearchBib, ULRICHSWEB, SİS, TheJournalİmpactFactor, İİJİF, ScienceLibraryİndex, İAEA|İNİS, WCOSJ, AcademicKeys, EBSCO, CrossRef. Jurnalın "chemprob.org" saytı fəaliyyət göstərir.
Qeyri-üzvi kimya
Qeyri-üzvi kimya — kimyanın bütün kimyəvi elementlərin və onların qeyri-üzvi birləşmələrinin quruluşunu, reaksiya qabiliyyəti və xassələrini öyrənən sahəsi. Bu sahə üzvi maddələr istisna olmaqla, bütün kimyəvi birləşmələri əhatə edir (adətən qeyri-üzvi kimi təsnif edilən bir neçə sadə birləşmə istisna olmaqla, karbonu ehtiva edən birləşmələr sinfi). Tərkibində karbon olan üzvi və qeyri-üzvi birləşmələr arasındakı fərqlər, bəzi fikirlərə görə, ixtiyaridir. Qeyri-üzvi kimya kimyəvi elementləri və onların əmələ gətirdiyi sadə və mürəkkəb maddələri (üzvi birləşmələr istisna olmaqla) öyrənir. Ən son texnologiya materiallarının yaradılmasını təmin edir. 2013-cü ildə məlum olan qeyri-üzvi maddələrin sayı 500 minə yaxındır. Qeyri-üzvi kimyanın nəzəri əsasını dövri qanun və ona əsaslanan D.İ.Mendeleyevin dövri sistemi təşkil edir. Qeyri-üzvi kimyanın ən mühüm vəzifəsi müasir texnologiya üçün zəruri olan xassələrə malik yeni materialların yaradılması üsullarının işlənib hazırlanması və elmi əsaslandırılmasıdır. Tarixən qeyri-üzvi kimya adı canlı varlıqlar tərəfindən əmələ gəlməyən elementlərin, birləşmələrin və maddələrin reaksiyalarının öyrənilməsi ilə məşğul olan kimya hissəsinin ideyasından irəli gəlir. Bununla belə, 1828-ci ildə görkəmli alman kimyaçısı Fridrix Völer tərəfindən həyata keçirilən qeyri-üzvi birləşmə ammonium sianatdan (NH4OCN) karbamid sintezindən bəri cansız və canlı təbiətin maddələri arasındakı sərhədlər silindi.
Eldar Zeynalov (kimyaçı)
Zeynalov Eldar Bahadır oğlu (8 oktyabr 1948, Bakı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Azərbaycan kimyaçısı, Azərbaycanda və bir sıra xarici ölkələrdə kimyəvi kinetika və kataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində mütəxəssis və ekspert, tanınmış kimyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor, AMEA-nın akademik M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyasının müdiri, eyni zamanda, "Neft mənşəli kaustobiolitlərdən nanokarbon materialları əsasında katalizatorların sintezi və tətbiqi üzrə fundamental tədqiqatlar (İNTERLABCAT)" beynəlxalq laboratoriyasının rəhbəri. 2009-cu ildən Amerika Kimya Cəmiyyətinin üzvüdür. == Həyatı == Eldar Zeynalov 8 oktyabr 1948-ci ildə Bakı şəhərində ziyalı və alim, neft kimya sahəsində Azərbaycanın görkəmli alimlərindən biri, Azərbaycanın əməkdar elm xadimi, akademik Bahadır Zeynalovun ailəsində anadan olmuşdur. Həyat yoldaşı Zeynalova Səadət Məmməd qızı – təvəllüdü 1954, dil nəzəriyyəsi və german dilləri üzrə mütəxəssis, professor, filologiya elmləri doktoru, AFR-in Aleksandr-fon-Humboldt Fondunun laureatı, Ümumdünya Germanistlər Birliyinin üzvüdür. == Fəaliyyəti == 1971-ci ildə E. B. Zeynalov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Eldar Zeynalovun elmi fəaliyyəti 1971-ci ildə başlanmış. O, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olub və sonra SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun aspiranturasına göndərildi. 1976-cı ildə Moskva vilayəti, Çernoqolovka şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutun Bölməsində "Poliorqanosiloksanların oksidləşdirici destruksiyası və stabilləşməsi sahəsində tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və SSRİ Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarı ilə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görulmüşdür.
Eldar Əhmədov (kimyaçı)
== Həyatı == Əhmədov Eldar İsa oğlu 1951-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərindəki 99 №-li məktəbi bitirib, indiki Bakı Dövlət Universitetinə qəbul olunmşdur. 1973-cü ildə Universitet bitirərək M.V.Lomonosov adına MDU-nun kimya fakültəsində məqsədli aspiranturaya qəbul olunmuşdur. 1977-ci ildən BDU-nun kimya fakültəsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, assistent, dosent vəzifələrində işləmişdir. 2005-ci ildən “Fiziki və kolloid kimya” kafedrasının professoru və kafedra müdiridir. == Təhsili, elmi dərəcə və elmi adları == 1973, Bakı Dövlət Universiteti. 1977,k.e.n., “Flüorlu alüminium oksid iştirakında parafin karbohidrogenlərinin çevrilməsi” . 2004,k.e.d, “Metalseolit katalizatorlarının alınması və onların doymuş karbohidrogenlərin aşağı temperaturlu çevrilmələrində katalitik təsirinin qanunauyğunluqları”. == Tədqiqat sahəsi == Heterogen kataliz. Seolitlər iştirakında kataliz.
Elman Məmmədov (kimyaçı)
Məmmədov Elman İdris oğlu (1948, Zarağan, Qutqaşen rayonu) — kimya elmləri doktoru (1992), professor (1994), Gəncə Dövlət Universitetinin rektoru (2006). == Həyatı == Elman Məmmədov 1948-ci ildə Azərbaycanın Qəbələ rayonunun Zarağan kəndində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Çarxana kənd ibtidai məktəbinə daxil olmuş, 1965-ci ildə Zarağan kənd orta məktəbini Qızıl medalla bitirərək, S. M. Kirov adına ADU-nun (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olunmuşdur. 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və 1971-ci ildə Ç. İldırım adına AzPİ-nin (indiki Azərbaycan Texniki Universiteti) "Analitik kimya və kimya texnologiyası" kafedrasında aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə həmin kafedrada baş laborant vəzifəsinə götürülmüş, 1975-ci ilin yanvar ayından kimya elmləri namizədidir, həmin ilin mart ayından assistent vəzifəsinə təyin olunmuşdur. 1977-ci ildə Ç. İldırım adına AzPİ-nin Kirovabad filialına (indiki Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhəri) keçirilmişdir. 1984-cü ildə "Kimya" kafedrasında dosent vəzifəsini tutmuş, 1991/97-ci illərdə həmin kafedranın müdiri işləyib. 1997-ci ilin sentyabr ayından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baş mütəxəssis vəzifəsinə təyin olunmuş və həmin ilin noyabr ayından TQDK nəzdində olan "Abituriyent" hazırlıq kursunun rəhbəri vəzifəsinə keçirilmişdir. 2001/2006-cı illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru işləmişdir. 25 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru təyin olunmuşdur.
Etibar İsmayılov (kimyaçı)
Etibar Hümmət oğlu İsmayılov — Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Fiziki, fiziki-kimyəvi tədqiqatlar" şöbəsinin və "Kataliz problemlərinin spektroskopik metodlar ilə tədqiqi" laboratoriyasının müdiridir, kimya elmləri doktoru, professor == Həyatı == Etibar İsmayılov 4 may 1951-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə Bakıda 176 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin kimya fakültəsini və M. F. Axundov adına Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik (1970–72) kursu fərqlənmə diplomları ilə bitirmişdir. 1972–75-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Sibir bölməısinin Kataliz İnstitutunun aspirantı olmuş və 1976-cı ildə orada 02.00.04-fiziki kimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981–82-ci illərdə SSRİ EA Sibir bölməsinin Kataliz (Novosibirsk), 1983–84-cü illərdə SSRİ EA Üzvi kimya (Moskva) İnstitututlarının doktorantı olmuşdur. 1988-ci ildə 02.00.15-kimyəvi kinetika və kataliz ixtisası üzrə "Katalitik sistemlərdə paramaqnit mərkəzlər və onların iştirakı ilə gedən reaksiyalar. Kiçik kütləli olefinləri dimerləşdirən oksid və metalkompleks katalizatorların dizaynı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fiziki kimya ixtisası üzrə 1985-ci ildə baş elmi işçi və 1997-ci ildə professor elmi adlarını almışdır. Spektral tədqiqat metodlarının kimyanın müxtəlif, əsasən də səth kimyası və kataliz sahələrinə tətbiqi, kimyəvi reaksiyaların qeyri-stabil, aralıq birləşmələrinin quruluşunun, reaksiyayagirmə qabiliyyətinin, kinetika və termodinamikasının, ümümiyyətlə, kimyəvi reaksiyaların mexanizminin tədqiqi sahələri üzrə tanınmış ixtisasçıdır, keçmiş SSRİ-nin, MDB və digər xarici ölkələrin, Azərbaycanın elmi nəşrlərində dərc edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 6 ixtiranın müəllifidir, bu sahələrdə keçirilmiş beynəlxalq, respublika səviyyəli simpozium, konfrans və qurultayların iştirakçısı, müfəffəqiyyətlə müdafiə edilmiş 10 namizədlik dissertasiyasının rəhbəri olmuşdur. 1978–1990-cı və 1998–2000-ci illər ərzində Bakı Dövlət Universitetinin kimya (1978–90) və fizika (1998–2000) fakültələrində baş müəllim və professor kimi fəaliyyət göstərmiş, fiziki tədqiqat metodlarının kimyaya tətbiqi, analitik kimya, radikal kimyası, neft fizikası, yüksək molekullu birləşmələr fizikası və elmi tədqiqatın əsasları kursları üzrə mühazirələr oxumuş, diplom işlərinə rəhbərlik etmişdir.
Faiq Həsənov (kimyaçı)
Faiq Paşa oğlu Həsənov (15 dekabr 1939, Salah, İcevan rayonu – 11 mart 2022) — Kimya elmləri namizədi (1981). == Həyatı == Həsənov Faiq 1939-cu il dekabrın 15-də Salah kəndində (Qaraqoyunlu) anadan olub. Elmi dərəcəsi Kimya elmləri namizədidir. Vəzifəsi isə Dosentdir. 1963-cü ildə ADU-nun Kimya fakültəsini bitirib. == Elmi fəaliyyəti == 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-cü ilin avqust ayından 1964-cü ilin fevral ayına qədər Gəncə alüminium zavodunda işləmiş, 1965-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1965-ci ilin sentyabrında ATU-nun üzvi kimya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1980-cı ildən isə dosent vəzifəsində çalışır. 1979-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Fikrət Babayev (kimyaçı)
Fikrət Rzaqulu oğlu Babayev (1943, Bakı) — Azərbaycanın kimyaçı alimi, professor, Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvü (1994), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı. Əməkdar ali məktəb işçisi. == Həyatı == 1943-cü ildə anadan olmuşdur. 1950-1960-cı illərdə orta təhsil almışdır. 1966-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini "Lenin" təqaüdü ilə bitirərək "Qeyri-üzvi kimya" ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra Qeyri-üzvi kimya kafedrasında 1978-ci ilə qədər assistent, dosent, 1978-1993-cü illərdə Neft kimyası və kimya texnologiyası kafedrasında dosent və professor vəzifələrində işləmişdir. 1974-1977-ci illərdə BDU-da Kimya fakültəsinin, 1987-1990-cı illərdə isə BDU hazırlıq şöbəsinin dekanı vəzifələrində çalışmışdır. 1990-1991-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin birinci müavini, 1991-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin Beynəlxalq və İqtisadi Əlaqələr üzrə prorektoru, 1992-2003-cü illərdə Kimya kafedrasının müdiri, 2003-cü ildən həmin kafedrada professor vəzifəsində işləyir. 1970-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildə "Neft kimyası" ixtisası üzrə professor adına layiq görülmüşdür.
Fikrət Məmmədov (kimyaçı)
Fikrət Ələsgər oğlu Məmmədov (9 avqust 1938, Kirovabad) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, neft-kimya ixtisası üzrə elmlər doktoru. == Həyatı == Fikrət Ələsgər oğlu Məmmədov 1938-ci il avqustun 9-da Gəncə şəhərində tanınmış pedaqoq alim Məmmədov Ələsgər Səməd oğlunun ailəsində doğulmuşdur. 1955-ci ildə Gəncə şəhər 6 saylı orta məktəbi bitirdikdən sonra, həmin ildə Gəncə Pedaqoji İnstitutunun kimya fakultəsinə daxil olmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1962-ci ildə Az.EA Y.H. Məmmədəliyev adına Neft-Kimya Prossesləri İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1964-cü ildə Az.EA NKPİ-da kiçik elmi işçi vəzifəsində işləmişdir. 1965-ci ildə yeni yaradılmış Az.EA Aşqarlar Kimyası İnstitutuna keçərək orada kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildən indiyədək "Metalların korroziyaya qarşı davamlılığını artıran inhibitorların sintezi və tədqiqi" laboratoriyasına rəhbərlik edir. 1966-cı ildə kimya elmləri namizədi dərəcəsini almaq üçün "Alkilfenolların fosforlu törəmələrinin sintezi və sürtkü yağlarına əlavə kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyasını, 1991-ci ildə isə "Fenol və merkaptofenolların törəmələrinin alınması, sürtkü yağlarına aşqar və korroziya inhibitorlarının yaradılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildə "Neft-kimya" ixtisası üzrə professor adına layiq görülmüşdü.
Fikrət Sadıqov (kimyaçı)
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür. == Elmi fəaliyyəti == Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir. Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur.
Fuad Əliyev (kimyaçı)
Əliyev Fuad Yusif oğlu — kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (akademik) (2014). == Həyatı == Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir. Sintez olunmuş birləşmələr əsasında hazırlanmış sürtkü kompozisiyaları korroziyaya, siyrilməyə və yeyilməyə qarşı yüksək davamlılığa malikdirlər. Sintez edilmiş birləşmələrin tərkibində müxtəlif funksional qruplarla, hetroatomlarla yanaşı, kükürd atomunun da iştirak etməsi bu birləşmələrin bir çox dərman preparatlarının tərkibinə daxil olmasına səbəb olmuşdur. Bununla da sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir. 1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir.
Fəxrəddin Məmmədov (kimyaçı)
Fəxrəddin Nəsib oğlu Məmmədov (1928-1992) - kimyaçı alim, "Neft-kimyası" və "Neft-kimya sintezi" ixtisası üzrə kimya elmləri doktoru, AMEA Aşqarlar Kimyası İnstitutunda sabiq laboratoriya müdiri. == Həyatı == Fəxrəddin Nəsib oğlu Məmmədov 1928-ci ildə Kirovobad (indiki Gəncə) şəhərində kəndli ailəsində anadan olmuşdur. 1944-cü ildə M.Ə. Gəncə şəhərində orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, 1950-ci ildə həmin Universiteti bitirmişdir. Fəxrəddin Məmmədov 1949-cu ildə V.V. Kuybışev adına Azərbaycan Elmi Tədqiqat Neft emalı institutunda texnik-laborant vəzifəsində əmək fəaliyyəyinə başlamış, 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Sonra həmin institutun aspiranturasına qəbul olmuş və 1951-ci ili martında SSRİ Elmlər Akademiyasının Neft İnstitutuna ezam olunmuş, 1954-cü ildə həmin institutda namizədlik dissertasiyası müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Fəxrəddin Məmmədov 1955-1958-ci illərdə AEA-nın Kimya İnstitutunda böyük elmi işçi əvəzi vəzifəsində çalışmış, 1959-cu ildə müsabiqə yolu ilə EA Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilmiş və 1965-ci ildən ömrünün sonuna kimi yeni yaradılmış Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1954-cü ildə SSRİ EA Nİ-in Elmi Şurasında "Beşüzvlü heterotsiklik birləşmələrin quruluşu ilə onların reaksiyagirmə qabiliyyəti arasında əlaqə" mövzusunda namizədlik dissertasiyasını, 1980-ci ildə "Fenol, nbjatyjk və aromatik karbohidrogenlərinin sintezi üsullarının işlənib hazırlanması və onların müxtəlif materiallara əlavə kimi tədqiqi" mövzusunda "Neft-kimya" və "Neft-kimya sintezi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. F.Məmmədov 1992-ci il noyabr ayının 29-da vəfat etmişdir. == Elmi istiqaməti == Fəxrəddin Məmmədovun elmi-tədqiqat işlərinin əsas istiqamətini sürtkü yağlarına müxtəlif çeşidli aşqarların, yüksək təsir effektinə malik korroziya inhibitorlarının polimer materiallarına stabilizatorların və bioloji fəal maddələrin sintezi, eləcə də onların quruluşu ilə təsir effektivliyi arasında asılılığın öyrənilməsi təşkil edir. Fəxrəddin Məmmədov korroziya inhibitorları və səthi aktiv maddələrin, yağlara aşqarların sintezi və kimyası sahəsində aparıcı alimlərdən biri olmuşdur.
Hekayəti Molla İbrahim-Xəlil Kimyagər
Hekayəti Molla İbrahim-Xəlil kimyagər — dramaturq Mirzə Fətəli Axundovun 1850-ci ildə yazdığı ilk komediyası sayılır. Elə ilk komediya da müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrini və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib. Komediyada qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. "Dərviş Məstəli şah" dramının qəhrəmanı mənəvi baxımdan Molla İbrahimxəlillə qohumdur, ona doğmadır. Dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli dramaturgiyamızda orijinal dramaturji obrazdır. == Məzmun == Şəhər əhli eşitdiyi xəbərdən başını itirib: misi gümüşə döndərən kimyagər "peyda" olub. Var-dövlətini itirən, yüngül yolla qazanc əldə etmək istəyən, hər cür alçaqlığa razı olan cahillər yalançı kimyagərin "möcüzəsinin işığına" yığışırlar. Molla İbrahimxəlil camaatın sadəlövhlüyündən istifadə edərək, soyğunçuluğa başlayır və qarşısında yaltaqlıq, ikiüzlülük edib, onun rəğbətini qazanmağa can atan nadanları asanlıqla toruna salır. == Personajlar == Əfradi-əhli-məcalis: Molla İbrahimxəlil — kimyagər, kəldəkli.
Hidrotəmizləmənin kimyası
Hidrotəmizləmənin kimyası Hidrogen vasitəsilə təmizləmə prosesi sənayedə benzin və dizel yanacaqlarından arzuolunmayan birləşmələrin kənarlaşdırılması üçün geniş tətbiq olunur. Son zamanlar bir çox ölkələrdə, ABŞ və bir çox ölkələrdə hidrogen vasitəsilə mazutların da tərkibindən arzuolunmayan maddələrin kənarlaşdırılması üçün də istifadə edirlər. Bir qayda olaraq hidrotəmizləmə prosesi hidrogen mühitində alümo-kobaltmolibden katalizatorlarından istifadə elməklə 3-7 MPa təzyiq, 330-450ºC temperatur, 1-9 saat-1 həcmi sürət (xammalın) və 65-94% (həcm) hidrogen olmaqla aparılır. Hidrotəmizləmə prosesi katalizatorlarda kükürdlü (sulfidlər, tiofenlər, disulfidlər, merkaptanlar və s.), azotlu (piridin, pirrol və s.) və oksigenli üzvi bir- ləşmələrin (fenollar və başqaları) iştirakı ilə baş verən hidrogenləşmə reaksiyasına əsaslanır. Hidrotəmizləmə zamanı hidrogenləşmə reaksiyaları ilə yanaşı, paralel olaraq arzuolunmayan birləşmələrin hidrogen sulfid, ammonyak və suyun əmələ gəlməsi ilə kənarlaşdırılması müşahidə olunur( Şəkil 1). Katalitik hidrotəmizləmə zamanı baş verən reaksiyalar iki qrupa ayrılmaqla təsnif olunur: hidrogenoliz və hidrogenləşmə. Hidrogenolizdə bir karbon-heteroatom rabitəsi hidrogen vasitəsilə ayrılır. Hidrogenləşmədə hidrogenin molekula əlavə olunması rabitə qırılmadan baş verir. Katalitik hidrotəmizləmə zamanı əsas hidrogenoliz və hidrogenləşmə reaksiyaları aşağıda təsvir edilmişdir. == Hidrogenoliz reaksiyaları == Hidrokükürdsüzləşmə.
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (Azərbaycan)
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
Kimya-biologiya təmayüllü respublika liseyi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967)

Digər lüğətlərdə