Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konus
Konus — həndəsi elementdir. Konus düzbucaqlı üçbucağın katetlərindən birinin ətrafında 360°Fırlanması ilə alınan fəza fiqurudur. Konusun tili yoxdur, təpəsi və üzü 1 ədəddir. Kəsik Konus. Konusu kəsən və oturacağına paralel olan müstəvi ilə konusun oturacağı arasında qalan hissə kəsik konus adlanır. Həcmi: V = 1 3 π r 2 h {\displaystyle V={\frac {1}{3}}\pi r^{2}h} Yan səthin sahəsi: S y a n = π r ⋅ l {\displaystyle S_{yan}=\pi r\cdot l} Tam səthin sahəsi: S t a m = π r ⋅ ( r + l ) {\displaystyle S_{tam}=\pi r\cdot (r+l)} Konusun diaqonal kəsiyi bərabəryanlı üçbucaqdır.Burada V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi r-konusun oturacağının radiusu h-konusun hündürlüyü l-konusun doğuranıdır.
Konzum
Konzum — Xorvatiyanın ən böyük pərakəndə satış şirkəti. Şirkət hər gün 650 mindən çox insanın alış-veriş etdiyi 700 supermarket şəbəkəsinə (ərzaq və məişət əşyaları) malikdir. Şirkət eyni zamanda Bosniya və Herseqovinada və Serbiyada pərakəndə satış şəbəkələrinə sahibdir. Bundan əlavə şirkət 72 aptek şəbəkəsinə və KOZMO markası altında fəaliyyət göstərən 1 aptek atomatına malikdir. Pərakəndə satışdan əlavə, Konzum ərzaq və məişət məhsulları istehsal edir və supermarketlərdə «K Plus» markası ilə aşağı qiymət seqmentində satır. == Quruluşu və göstəriciləri == Konzum Xorvatiyanın ən böyük özəl şirkəti Agrokorun bir törəməsidir. Konzum Zaqreb Birjasında müstəqil bir siyahıya sahibdir və əsas CROBEX Xorvat birjasına daxil olan 25 şirkətdən biridir. Qərargahı Zaqrebdə yerləşir. İşçilərin ümumi sayı 12 min nəfərdir. 2011-ci ildə şirkətin maliyyə göstəriciləri belə olmuşdur: cəmi gəlir - 13,359 milyard Xorvatiya kunası (1.83 milyard avro), xərcləri - 12.913 milyard kuna (1.77 milyard avro), əməliyyat mənfəəti - 446 milyon kuna (61 milyon avro), xalis mənfəət - 345 milyon kuna (47 milyon avro).
Kontum
Kontum (vyet. Kon Tum) — Vyetnamın mərkəzi dağlıq hissəsində vilayət tabeliyində olan şəhər, Kontum vilayətinin inzibati mərkəzi. == Əhalisi == Şəhərin əhalisi 143,467 nəfərdir. Onlardan 41,990 nəfəri etnik azlıqlardır ki, bu da təxminən əhalinin 29,26%-ni təşkil edir.
Konus adası
Konus adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa buernundan 3 km şimal-qərbdə, İviniçaman adasından isə 7 km şimal-şərqdə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Uzunluğu 1,3 km, eni 0,7 km-dir. Maksimal hündürlüyü 258 metrdir. Adadan şimal-şərqdə Vtoroy adası yerləşir.
Konuş təpəsi
Konuş təpəsi (bolq. Конушки хълм, ‘Konushki Halm’ \'ko-nush-ki 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Luis Filipp yaylasından şimadla yerləşmişdir və buzlaqlardan azaddır.Zirvə cənubi Bolqarıstanda yerləşən Konuş şəhərinin adını daşıyır. == Yerləşməsi == Konuş təpəsi 63°29′28″ c. e. 58°11′47″ q. u. koordinatlarında yerləşmişdir. D’Urville dağından 2.03 km şimalda, Tintyava zirvəsindən 3.52 km şimal-şərqdə, Oqled zirvəsindən 5.64 km şimal-şərqdə, Argentina təpəsindən 5.51 km cənubda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Sofiya Konux
Sofiya Konux (9 mart 1980, Çelyabinsk) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Sofiya Konux, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Sofiya Konux, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Sofiya Konux, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Sofiya Konux, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Könül
Könül — Qadın adı və təxəllüs. Bu adı olan tanınmış şəxslərKönül Xasıyeva — azərbaycanlı muğam ifaçısı Könül Kərimova — Azərbaycan müğənnisi. Könül Abdulrəhimova — Azərbaycan alimi. Könül Hüseynova — Rejissor. Könül Mehrəliyeva — azərbaycanlı müğənni, aktrisa. Könül Bünyadzadə — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007). Könül Arifqızı — Ssenari müəllifi. Aparıcı Könül Talıbova — Könül Yazar — Könül Əliyeva — Könül Babayeva — Könül Bunyatova — Könül Ömərova —Bu təxəllüsü olan tanınmış şəxslərÜlviyyə Könül — Klipmeyker. Rejissor.
Könül Bünyadzadə
Bünyadzadə Könül Yusif qızı (2 noyabr 1974, Zod, Vardenis rayonu) — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017). == Həyatı == Könül Bünyadzadə 2 noyabr 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Orta təhsilini 1981–1991-ci illərdə Daşkəsən rayonu A. S. Puşkin adına 2 saylı məktəbdə alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimliyi bölməsinə qəbul olunub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda böyük laborant vəzifəsinə işə götürülüb, eyni zamanda həmin institutun dissertantı təsdiq edilib. Hazırda həmin institutun baş elmi işçisi, "İslam fəlsəfəsi" şöbəsinin müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == 2002-ci ildə "Sərrac Tusinin "əl-Lümə" əsərində sufi-fəlsəfi məsələlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 2007-ci ildə isə "Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. == Əsas düşüncələri == Könül Bünyadzadənin fəlsəfi yaradıcılığında üstünlük təşkil edən mövzu təsəvvüf fəlsəfəsinin müasir Qərb fəlsəfi fikir kontekstində yenidən araşdırılmasıdır. O, bir fəlsəfə tarixçisi olaraq böyük sufi Cüneyd Bağdadinin, Mənsur Həllacın, Sərrac Tusinin təlimlərini Azərbaycanda ilk dəfə tədqiq etməklə yanaşı, həm də fəlsəfi komparativistika sahəsində bir sıra ciddi tədqiqatlar aparmışdır. Orta əsrlər fəlsəfəsi adətən İslam dünyasında islam dini dünyagörüşü, Qərb fəlsəfi ədəbiyyatında isə xristian dünyagörüşü üzərində qurulmuş bir fəlsəfə kimi təqdim olunur, lakin bu iki "dünyanın" zamanın ruhuna uyğun olaraq xeyli ortaq cəhətlərə malik olduğu indiyədək az öyrənilmişdir.
Könül Kərimova
Könül Kərimova (15 sentyabr 1968, Ağcabədi) — Azərbaycan müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == K.Kərimova 1968-ci ildə Ağcabədidə anadan olmuşdur. 1983-cü ildə Bakı şəhər 8 №-li Musiqi təmayüllü gimnaziyaya daxil olmuşdur. Elə həmin ildə "Gənc istedadları axtarırıq" adlı müsabiqədə Bakı şəhəri üzrə birinci yerə layiq görülmüşdür. Bu səbəbdən də 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bül-Bül adına orta-ixtisas musiqi məktəbinə dəvət almışdır. Bu illər ərzində o, Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olmuşdur. Akademiyada təhsil aldığı müddətdə Baba Salahov adına "Araz" xalq çalğı ansamblı ilə əməkdaşlıq etmişdir. Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.Ailəlidir.
Könül Nurullayeva
Könül Oruc qızı Nurullayeva (1 dekabr 1985, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi (2009-2016), 2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulmuş "İdmanda Gender Bərabərliyi" Komitəsinin üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri. == Həyatı == Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 1992–2000-ci illərdə N.Tusi adına orta məktəbdə təhsil alıb. 2000–2003-cü illərdə 6 saylı orta məktəbi bitirdikdən sonra 2003–2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsilini davam etdirib. 2008–2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnib. 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda dissertantdır. 2019-cu ilin sentyabrından isə İsveçrə Biznes Universitetində MBA proqramı üzrə təhsil alır. == Siyasi-ictimai fəaliyyəti == === Milli Məclis === 2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçkilərində Könül Nurullayeva 2020–2025-ci illər üçün bitərəf namizəd olaraq Bakı şəhəri 24 saylı Nizami rayonu birinci seçki dairəsindən deputat seçilib. Milli Məclis "Ailə, Qadın və Uşaq Məsələləri" komitəsinin və "Gənclər və İdman" komitəsinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun isə rəhbəridir. Könül Nurullayeva 2020-ci ilin aprel ayından etibarən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.
Könül Nəhmətova
Könül Nəhmətova (tam adı: Könül Aydın qızı Nəhmətova; d. 9 yanvar 1975, Ağcabədi) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri,Kurikulum jurnalının məsul katibi. == Həyatı və təhsili == Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə almışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2005-ci illərdə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. "Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri" mövzusunda müdafiə etmiş(10 yanvar 2001-ci il) və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2010-2011-ci illərdə APU-nun Yenidənhazırlanma və İxtisasdəyişmə fakültəsini bitirərək Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnib. AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktoranturasında təhsilini davam etdirir . == Elmi və pedaqoji fəaliyyəti == 1999-2015-ci illərdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb. Sonra AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Fars əlyazmaları şöbəsinin böyük elmi işçisi olmuşdur.2004-2010-cu illərdə Qərb Universitetində jurnalistika fakültəsində,2010-2013-cü illərdə Sabunçu rayon 67 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.2015-ci ildə «Azərbaycan müəllimi» qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.
Könül Xasıyeva
Konül Xasıyeva (17 mart 1968, Şəki) — Azərbaycanın muğam ifaçısı, müğənni, Azərbaycanın Xalq Artisti == Həyatı == Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəki şəhərində anadan olmuşdur. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfinə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsinin qalibi olmuşdur. 1981–1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986–1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olmuşdur. Könül Xasıyeva 7 may 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Karyerası == Səhnəyə 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsində çıxmış və həmin müsabiqənin qalibi olmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.
Könül Yazar
Könül Yazar (türk. Gönül Yazar; 12 avqust 1936, İzmir) — Türkiyə kino aktrisası və musiqiçi.
Könül Əliyeva
Könül Əliyeva (Könül Cəfərova; 5 fevral 1986, Füzuli rayonu) — teatrşünas, Teatr Xadimləri İttifaqının üzvü == Yaradıcılığı == Könül Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalvar (2003-2007) və magistr (2007-2009) pilləsində təhsil alıb. 2006-cı ildən YUĞ Dövlət Teatrının Mətbuat katibi vəzifəsində çalışır. 2010-cu ildən bu günə qədər AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçisi vəzifəsində çalışır. Universitetdə təhsil aldığı zamandan etibarən mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Tənqid.net", "Musiqi dünyası", "Mədəni həyat" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Kaspi" qəzetləri və s.) məqalə və resenziyalarla çıxış edir. 2005-ci il 14-21 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Boş məkanın dolğunluğu" teatr festivalında gənc ekspert kimi iştirak etmiş, tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə, fəxri diplomla təltif olunmuşdur. 2007-ci ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Yeni Teatr" Gənc rejissorların Respublika festivalında ekspert qrupunun üzvü olmuş, fəal iştirakına görə fəxri diplomla təltif edilmişdir. 2009-cu ildə Teatr Xadimləri İttifaqının üzvlüyünə qəbul edilib. Həmçinin Alternativ Teatr Araşdırmaları Mərkəzinin üzvüdür. 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin katibidir. 2-8 oktyabr 2014-cü ildə Tbilisi Beynəlxalq Teatr Festivalında (Tbilisi, Gürcüstan), 19-26 noyabr 2015-ci il tarixlərində Gənclərin II Beynəlxalq Teatr Forumunda (Minsk, Belarus Respublikası) teatrşünas kimi çıxış etmişdir.
Ülviyyə Könül
Ülviyyə Könül — klipmeyker, rejissor, ssenari müəllifi. Əməkdar incəsənət xadimi. "Mədəniyyət" telekanalın direktoru. == Həyatı == Kərimova Ülviyyə Oqtay qızı 28 sentyabr 1972-ci ildə Bakıda anadan olub. 1989-cu ildə 1 nömrəli Dəmiryol orta məktəbini bitirib. 1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb. 1992–1996-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, daha sonra rejissor kimi fəaliyyət göstərib, musiqili kliplər, sosial və digər reklam çarxlarını, 1996-cı ildə isə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında eyniadlı televiziya filmini çəkib. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülüb. 2004-cü ildə Afinada keçirilən olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" üçün Azərbaycan haqqında tanıtım çarxını hazırlayıb. 2004-cü ildə Bədii gimnastika üzrə Dünya Kubokunun açılış və bağlanış mərasimlərinin, 2005-ci ildə Bədii gimnastika üzrə Dünya Çempionatının açılış və bağlanış mərasimlərinin, həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə UNESCO qərargahında təşkil edilmiş tanınmış akademik, alim Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli konsertin və digər layihələrin rejissoru olub.
Könül Ələkbərov
Könül Ələkbərov — "Azərbaycan Respublikasının Əməkdar həkimi" (2008) Kliniki Tibbi Mərkəzin direktoru. Həkim anestezioloq-reanimotoloq. == Həyatı == Könül Fidayıl oğlu Ələkbərov 13 avqust 1967-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1973-1984-cü illərdə Gəncə şəhər Nəriman Nərimanov adına 25 saylı orta məktəbdə təhsil alıb. 1985-ci ildə Nəriman Nərimanov adına Tibb Universitetinə daxil olmuş, 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 1993-1994-cü illərdə “Semaşko” adına 1 saylı Klinik Xəstəxananın Toksikologiya şöbəsində həkim-anestezioloq-reanimotoloq, 1995-1999-cu illərdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) Reanimasiya şöbəsində həkim- anestezioloq-reanimotoloq, 1999-2002-ci illərdə Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin Anesteziologiya-reanimasiya kafedrasında klinik ordinator, 2002-2015-ci illərdə Gəncə şəhər TTYX-nin Reanimasiya şöbəsinin müdiri, 2015-2016-ci illərdə Gəncə Beynəlxalq Xəstəxanasında həkim- anestezioloq-reanimotoloq işləyib. 2017-2021-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Mingəçevir şəhər xəstəxanası” publik hüquqi şəxsin direktoru işləyib. 2021-ci ilin aprel ayından Kliniki Tibbi Mərkəz publik hüquqi şəxsin direktorudur. 2005-ci ildə Rusiya Federasiyası Moskva şəhərində “Narkotikdən asılı cərrahi xəstələrdə anesteziyanın optimallaşdırılması” mövzusunda tibb elmləri üzrə namizədlik dissertasiyası müdafiə edib.
Bonus
Bonus (bonus) – faydalı qazıntıları şirkətlərə istismara verdiyi üçün həmin ehtiyatların üzərində mülkiyyət hüququnu saxlayan dövlətə buna görə ödənilən vəsait. Bonus hasilatın pay bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı hökumətə ödənilən mükafatdır. Bonuslar adətən mərhələlərlə ödənilir. Onun bir hissəsi layihənin əvvəlində, digər hissəsi isə layihədə müəyyən mərhələlərə çatdıqca ödənilir. Adətən hasilatın pay bölgüsü (PSA) tipli müqavilələrdə bonuslar müqaviləyə daxil edilmir. Çünki onun daxil edilməsi halında bonusun hasilat başladıqdan sonra kompensasiyası məsələsi qaldırıla bilər.
Boxum
Boxum (alm. Bochum‎) — Almaniyada şəhər. Əhalisinin sayına görə (365.742) Almaniyanın 16-cı ən böyük şəhəridir.
Conium
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Donuz
Donuz — Sus cinsində olan heyvanlara verilən ümumi addır. Donuzlar həm ət həm ot ilə qidalanırlar. İnsanlar tərəfindən əhlilləşdirilmişdir və ferma heyvanı olaraq istifadə edilməkdədir.
Doğum
Doğum — hamiləliyin başa çatması və döl, cift, döl qişalarının ana orqanizmindən ayrılaraq, təbii doğum yollarından keçməsi ilə müşayiət olunan mürəkkəb fizioloji proses. Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yəni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı olaraq dəyişir. Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları artır.
Fonem
Fonem (q.yun. φώνημα «səs»)— sözün mənasını dəyişən səsdir. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s. Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstəqil dil vahidlərindən hesab olunur. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Könül Əliyeva (teatrşünas)
Könül Əliyeva (Könül Cəfərova; 5 fevral 1986, Füzuli rayonu) — teatrşünas, Teatr Xadimləri İttifaqının üzvü == Yaradıcılığı == Könül Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalvar (2003-2007) və magistr (2007-2009) pilləsində təhsil alıb. 2006-cı ildən YUĞ Dövlət Teatrının Mətbuat katibi vəzifəsində çalışır. 2010-cu ildən bu günə qədər AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçisi vəzifəsində çalışır. Universitetdə təhsil aldığı zamandan etibarən mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Tənqid.net", "Musiqi dünyası", "Mədəni həyat" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Kaspi" qəzetləri və s.) məqalə və resenziyalarla çıxış edir. 2005-ci il 14-21 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Boş məkanın dolğunluğu" teatr festivalında gənc ekspert kimi iştirak etmiş, tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə, fəxri diplomla təltif olunmuşdur. 2007-ci ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Yeni Teatr" Gənc rejissorların Respublika festivalında ekspert qrupunun üzvü olmuş, fəal iştirakına görə fəxri diplomla təltif edilmişdir. 2009-cu ildə Teatr Xadimləri İttifaqının üzvlüyünə qəbul edilib. Həmçinin Alternativ Teatr Araşdırmaları Mərkəzinin üzvüdür. 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin katibidir. 2-8 oktyabr 2014-cü ildə Tbilisi Beynəlxalq Teatr Festivalında (Tbilisi, Gürcüstan), 19-26 noyabr 2015-ci il tarixlərində Gənclərin II Beynəlxalq Teatr Forumunda (Minsk, Belarus Respublikası) teatrşünas kimi çıxış etmişdir.
Ayrılarmı könül candan? (konsert)
== Konsert haqqında == "Ayrılarmı könül candan?" Aygün Kazımovanın 21 avqust 2015-ci ildə Bakıda yerləşən "Mambo beach" ailəvi istirahət mərkəzində keçirilən solo konsertidir. Aygün Kazımova konsertini "Bakı 2015 Avropa Oyunları"nın qaliblərinə həsr etmişdir. Konsertə fəxri qonaq kimi Ramil Səfərov qatılıb. Aygün Kazımova konsertin məşqlərini Türkiyədə etmişdir. Səhnədə onu yerli və əcnəbi rəqs qrupları müşayiət etmişdir..Konserti ilk olaraq “Coffee from Colombia” mahnısını səsləndirən Aygün Kazımova daha sonra qonaqları salamlayıb: “Xoş gəlmisiniz, canlarım. Bu gün sizlərə əsl şou göstərəcəm. Sizinlə birlikdə həm oxuyacam, həm rəqs edəcəm. Yanımda olduğunuz üçün təşəkkür edirəm”.
Könül dağı (serial, 2020)
"Könül dağı" serialı — 17 oktyabr 2020-ci ildən TRT 1 kanalında yayımlanan ailə, sevgi, komediya və dram janrında olan Türkiyə komediya serialıdır. Serial yazıçı Mustafa Çiftçinin yayımlanmamış hekayələrinin motivləri əsasında çəkilmişdir. "Köprü Film" kinoşirkətinin çəkdiyi serialın prodüserliyini Ferhat Eşsiz edir. Rejissor kürsüsündə daha əvvəl tamaşaçı kütləsinə çatan "Yaşıl dəniz" serialının rejissoru olan Yahya Samancı yer alır. Serialda baş rolları Berk Atan, Ecem Özkaya, Ferdi Sancar, Cihat Süvarioğlu və Semih Ertürk canlandırır. == Çəkilmə prosesi == Serial Əskişəhərin Sivrihisar bölgəsində çəkilir. Serialdakı bütün hadisələrin cərəyan etdiyi və baş rolun yaşadığı Gedelli kəndi Niğdə ilinin Uluqışla ilçəsində yerləşir. == Məzmun == Taner, Ramazan və Veysəl 3 əmioğlulardır. Onlar Gedelli qəsəbəsində yaşayırlar. Gedelli qəsəbəsində bir dağ var.
Könül yarası (serial, 2018)
Könül Yarası — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. == Məzmun == Camal Baharı sevir və onunla ailə qurmaq istəyir, lakin aralarında olan ciddi yaş fərqi bu məsələyə kölqə salır. Bahar Camaldan böyükdür və bu Camalın ailəsi tərəfindən qəbul olunmur.
Kobus
Su keçisi (lat. Kobus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Su keçisinin hündürlüyü 70–130 sm, çəkisi 50–250 kq-ma qədər olur. Erkəklər dişilərdən çox böyük olur. Buynuzlar yalnız erkəklərdə olur. Bu heyvanlar yalnız Afrikada yaşayırlar. Su keçilərinin tükləri qısa, lakin boyun ətrafı tükləri uzun olur. Onlar suda yaxşı üzürlər. Su bitkiləri ilə qidalanırlar. Hətta düşməndən suda qorunmağa çalışırlar.
Kobuz
Kobuz(qaz. қобыз)—ya da kyl-kobyz - qədim qazax simli alətidir. At saçlarından hazırlanmış iki ipdən ibarətdir. Rezonans edən boşluq ümumiyyətlə keçi dərisi ilə örtülmüşdür. Ənənəvi olaraq kobizlər müqəddəs alətlər idi, şamanlara və bakseylərə (ənənəvi ruhani tibb) məxsus idi. Rəvayətlərə görə, kobyz və onun musiqisi pis ruhları, xəstəlikləri və ölümü aradan qaldıra bilər. == Haqqında == Kobyz ikiqat çömçə şəklindədir, qısa, arqasız şəkildə əyilmiş boyun, iri düz bir baş və stendi təsdiqləmək üçün yuxarıda bir qolu olan və altındakı bir buraxılış ilə içi boş, qabarcıqlı bükülmüş cüt yarımkürədən ibarətdir. Kobıza qoyulan iki ip at atından bükülmüşdür. Alətin ümumi uzunluğu 60-73 sm-dir.Ronzonatorun ikiqat fincanı, günəşin doğması və qürubunun əks olunduğu, iki simli - kainatın yuxarı və altındakı kobizin yaradıcıları - köçərilərin Tengrian dünyagörüşünü əks etdirir. == Tarixi == 1930-cu illərdə Sovet Qazaxıstan Respublikasında ilk xalq çalğı alətləri orkestrləri qurulanda yeni bir növ kobyz meydana gəldi.
Kojuf
Kojuf — Balkan yarımadasında yerləşən dağ silsiləsi. Silsilənin əsas hissəsi Makedoniya (80 %) ərazisində, kiçik hissəsi isə Yunanıstan (20 %) ərazisində yerləşir. == Ümumi məlumat == Silsilənin ümumi sahəsi 1000 km²-dir. Dağ silsiləsinin ucqar şimal nöqtəsi ilə, ucqar cənub nöqtəsi arasında məsafə 40 km, ucqar qərb və şərq nöqtələri arasındakı məsafə isə 45 km-dir. Dağ sistemi pliosenə aid vulkan konuslarından təşkil olunub. Dağ süxurlarından daha çox əhəngaşları və şistlər geniş yayılıb. Dağ sisteminin qərb qurtaracağı Blaşisa çayına qədər uzanır, şimal-qərb hissəsi isə Mrejiçko kəndindən Dəmir-Kapiya şəhərinə qədər davam edir. Kojuf dağlarının özəlliklərindən biri Aralıq və Egey dənizləri arasında təbii sərhəd rolunun oynamasıdır. Silsilənin ən hündür zirvəsi Yunanıstanla sərhəddə yerləşən Potadır (2171 m). Dağ silsiləsinin ətəkləri iynəyarpaqlı ağaclardan ibarət meşələrlə örtülüdür.
Kolumb
Xristofor Kolumb (lat. Christophorus Columbus, it. Cristoforo Colombo, isp. Cristóbal Colón; ən tezi 25 avqust 1451 və ən geci 31 oktyabr 1451[…], Genuya, Genuya Respublikası – 20 may 1506[…], Valyadolid, Kastiliya krallığı, Kastiliya krallığı) — Amerika qitəsini kəşf edən ilk səyyah. Adı tarixdə 100 ən nüfuzlu şəxs və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Kolumb 1451-ci ildə oktyabrın 27-də İtaliyanın Genuya şəhərində doğulmuş, ömrünü İspaniyada başa vurmuşdur. O, ilk dəniz səyahətinə 1472-ci ildə doğma şəhərindən başlamışdı. 1476-ci ildə Portuqaliyaya gedən Kolumb ilk dəfə buradan uzaq dəniz səyahətinə çıxdı.İngiltərəyə, Atlantik okeanındakı Madeyra adasına, Qvineya körfəzinə üzdü. Bir müddət Madeyra adasında yaşadı. Xristofor Kolumb Portuqaliyada ailə həyatı qurdu.
Konami
Konami (yap. コナミ株式会社 Konami Kabushiki-gaisha) — 21 mart 1969-cu ildə Tokioda qurulan səhmdar cəmiyyət. Kompüter, oyuncaq və əyləncə sektorunda fəaliyyət göstərən əsas şirkətlərdəndir. "Konami" şirkətin qurucularından olan Kagemasa Kozuki, Yoşinobu Nakama, Hiro Matsuda və Şokiçi İşiharanın adlarının birləşməsidir. Həmçinin "kiçik dalğalar" mənasına da gəlir. Qurucusu Kagemasa Kozuki indi də şirkətin rəhbəridir. Yaponiyanın ən böyük 567-ci şirkətidir. Həmçinin Yaponiyadakı ən böyük 9-cu oyun şirkətidir.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda “At-dəmir yolu səhmdar cəmiyyəti”nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Konqo
Ölkələr
Konrul
Konso
Konso və ya Karati — Efiopiyanın cənub-qərbindəki Saaan çayı üzərində bir şəhərdir. Qonşu sakinlərdən bəziləri tərəfindən Pakavle adlanır. == Tarix == 1897-ci ildə Efiopiya imperatoru II Menelik şəhəri ələ keçirdi.Konso və onun mədəniyyəti XX əsrdə tədricən avropalılar tərəfindən aşkar edildi. Ata Azais 1931-ci ildə Vaqa (va'kka) heykəllərini təqdim etdi. 1956-cı ildə Murdok şəhərin arxeoloji meqalitlərini çuşti xalqı ilə əlaqələndirdi. 1962-ci ildə nəşr olunan Markets of Africa-da müəllif şəhərdəki yüksək səviyyəli qədim iqtisadi inkişafları qeyd edir. 1984-cü ildə Amborn bölgənin tarixi əmək tələb edən kənd təsərrüfatı texnikalarını öyrəndi. Ərazi, ümumdünya mədəni əhəmiyyətinə görə 30 sentyabr 1997-ci ildə UNESCO-nun Müvəqqəti Ümumdünya irsi siyahısına, 2011-ci ildə isə rəsmi olaraq Ümumdünya irsi siyahısına daxil edildi. Konso, Efiopiyada "mədəni landşaft" olaraq tanınan ilk yerdir.2007-ci ildə şəhərin şimalında Strawberry Fields Eco-Lodge şirkəti qurulmuşdur və qida yetişdirmək, ekoturizmi təbliğ etmək və permkulturalizm təhsili vermək üçün beynəlxalq könüllülər və üç yerli məktəb ilə işləyir. == Təsviri == Konso xalqının adını daşıyan Konso, dini adət-ənənələri, vaqa heykəlləri və yaxınlıqdakı fosil yataqları (son erkən hominidlərin arxeoloji məkanı) ilə məşhurdur.
Konsul
Roma Konsulu — Qədim Romada ali magistraturadan biri. Konsul — hökumətin xaricdə nümayəndəsi.
Dönüş
FilmlərDönüş (film, 1972) — Dönüş (film, 2006) — rejissor Pedro Almodovarın filmi.