Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kripto Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kripton
Ar Kripton kk(Kr) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 36-cı element. Fotoqrafiyada istifadə olunan bəzi flaş lampalarının istehsalında istifadə olunur. Floresan lampalarda və dalğa boyu standartı olaraq ultrabənövşəyi (UB) Lazer də istifadə edilir. Kripton-85 izotopu, müxtəlif qatların tərkibinə yerləşdirilərək, kimyəvi təhlillərdə istifadə olunur.
Kripton (komiks)
Kriptoniyalılar — Kripton planetində yaranan DC Komiks Kainatı içərisində humanoid lərin uydurma xaricdən gələn irqi. Termin DC Comics superqəhrəmanı Supermen hekayələrindən yaranmışdır. Hekayələr "Kripton"dan planetin özü və ya onun üzərində mövcud olan mədəniyyətlər tərəfindən yaradılan və ya əlaqəli bir şeyə aid bir sifət kimi istifadə edir. Kripton planetinin dominant növlərinin üzvləri görünüşü baxımından insandan ayrılmazdır; onların fiziologiyası və genetikası, lakin onlar tamamilə fərqlidirlər. Bəzi davamlılıqlarda Kriptoniklərin klonlaşdırılması çətindir, çünki DNTləri o qədər mürəkkəbdir ki, insan elmi onu deşifrə edə bilmir. Kriptoniklərin hüceyrə quruluşu günəş enerjisinin son dərəcə yüksək səviyyədə udulmasıipton an verir. Krypton planetində Ana ulduzu olan tez-tez nisbətən aşağı enerji çıxışı ilə qədim qırmızı supergigant kimi təsvir olunurdu, təbii qabiliyyətləri insanlarla eyni idi. Günəşlərindən daha kiçik və çox yüksək enerji çıxışı olan Earth 'nin Günəş kimi bir gənc sarı ulduza məruz qaldıqda, bədənləri o qədər enerjini mənimsəyə və emal edə bilir nəticədə geniş fövqəltəbii güclər (fövqəlinsan gücü, fövqəlinsan sürəti, toxunulmazlıq, uçuş, rentgen görmə, istilik görmə və fövqəladə hisslər kimi) özünü göstərir. Planet körpənin Kal-El dünyaya göndərilməsindən qısa müddət sonra partladığı zaman demək olar ki, bütün Kriptonilər öldürüldü. Bəzi davamlılıqlarda o, planetin yeganə sağ qalmasıdır.
Kripton (II)flüor
== Giriş == Kripton (II) flüor (KrF2), nadir qazlardan olan kriptonun flüor ilə birləşməsindən yaranan kimyəvi birləşmədir. Bu maddə yüksək oksidləşmə qabiliyyətinə malikdir və əsasən laborator tədqiqatlarda və bəzi sənaye tətbiqlərində istifadə olunur. Kripton difluorid nadir hallarda rast gəlinən birləşmələrdən biridir və digər nadir qaz flüoridlərinə nisbətən daha stabil və reaktivdir. == Tarixçə == Kripton (II) flüor ilk dəfə 1963-cü ildə Neil Bartlett tərəfindən sintez edilmişdir. Bartlett, nadir qazların kimyəvi reaktivliyini sübut etmək üçün bu birləşməni yaratmışdır. Onun tədqiqatları nadir qazların inert olmadığı və müəyyən şəraitdə kimyəvi reaksiyaya girə biləcəyini göstərmişdir. == Kimyəvi Tərkibi və Xüsusiyyətləri == Kripton (II) flüor molekulyar formulu KrF2 olan birləşmədir. Onun molekulyar kütləsi 121.795 q/mol-dur. Bu birləşmə ortogonal kristallik quruluşa malikdir və linear koordinasiya həndəsəsinə sahibdir. Kripton difluorid qatı halında sabitdir, lakin yüksək temperaturda parçalanmağa meyllidir.
Açıq açarlı kriptoqrafiya standartları
Açıq açarlı kriptoqrafiya standartları – RSA Data Security şirkəti tərəfindən qeyri-formal konsorsiumla birlikdə yaradılmışdı. Konsorsiuma ilk vaxtlar Apple, Microsoft, DEC, Lotus, Sun və MIT daxil idi. Hazırda PKCS#1, PKCS#3, PKCS#5, PKCS#6, PKCS#7, PKCS#8, PKCS#9, PKCS#10, PKCS#11 standartları nəşr edilib. PKCS həm alqoritmdən asılı, həm də alqoritmdən asılı olmayan realizələri müəyyən edir. Bir çox alqoritm dəstəklənir, lakin yalnız Diffi-Helman və RSA alqoritmləri ətraflı təsvir olunur. PKCS standartları vaxtaşırı nəzərdən keçirilir və kriptoqrafiya sahəsində son nailiyyətlər izlənilir.
Kriptobiya borelli
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir. == Yayılması == Cryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. == Həyat tərzi == Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.
Kriptobiya cyprini
Cryptobia cyprini (lat. Cryptobia cyprini )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Cryptobia cyprini Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Nisbətən uzunqamçılar iri, qısa və ya böyük kineto-plastın yaxınlığından başlanğıc götürürlər ki, o da adətən ön qurtaracağa yaxın yerləşir. Ölçüləri kəskin dəyişən nüvə çox vaxt bədənin ön hissəsində yerləşir, bəzən bədənin arxasında da olur. Kinetoplast intensiv rənglənir. Bədənin uzunluğu 12.0–28.5, eni 3.8–9.0, ön qamçının uzunluğu 9.4–16.5, arxa qamçının uzunluğu 6.2–15.7, nüvənin uzunluğu 3.5–6.0, kinetoplastın uzunluğu 3.0–8.0 mkm-dir. == Yayılması == Kür çayı, Araz çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Nohurqışlaq, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. == Həyat tərzi == Sahiblər: çəki, karp balıqlarıdır.
Kriptobiya guerneyorum
Cryptobia guerneyorum (lat. Cryptobia guerneyorum )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Cryptobia guerneyorum Bədən oraqvaridir, öndən enliləşmişdir, arxadan bu və ya digər dərəcədə nazikləşmişdir. Ön qamçı uzundur, arxa qamçı nisbətən qısadır. Titrək membran nisbətən enlidir. Bədənin önündə yerləşən nüvənin ölçüləri dəyişir. Çubuqvari kinetoplast nisbətən kiçikdir. Rənglədikdə sitoplazma intensiv-göy rənglənir. Əsasən iri qatı dənəçiklər müşahidə edilən, bədənin arxa hissəsi intensiv rənglənir. Bədənin uzunluğu 18.2–42.0, eni 3.9–8.2, ön qamçının uzunluğu 10.0–15.3, arxa qamçının uzunluğu 6.7–10.7, nüvənin uzunluğu 3.0–6.7, kinetoplastın uzunluğu 2.5–6.5 mkm-dir.
Kriptobiya khaibulaevi
Cryptobia khaibulaewi (lat. Cryptobia khaibulaewi )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Cryptobia khaibulaewi Bu parazitin bədən forması dəyişkəndir, uclardan kütləşmiş amöb formalı əyri, oval formalı ön və iti arxa qurtaracaqlı formalara qədər dəyişir. Uzanmış, azca əyilmiş formalara da rast gəlinir. Nüvə müəyyən formada deyil, ön qurtaracaqda və ya arxada yerləşir, ya da lap arxa qurtaracaqda olur. Bu növün xarakterik xüsusiyyəti ön tərəfin əyri tərəfində yerləşən kinetoplastın ölçülərinin iri olmasıdır. Əksər fərdlərdə o intensiv qırmızı rəngə boyanır. Sitoplazma tünd göy rəngdədir, bədənin ön hissəsi əksər halda açıq rəngdədir. Bədənin uzunluğu 15.0–26.0, eni 3.0–14.0, ön qamçının uzunluğu 11.0–21.0, arxa qamçının uzunluğu 9.0–18.0, nüvənin uzunluğu 3.0–8.5, kinetoplastın uzunluğu 6.5–12.0 mkmdir. == Yayılması == Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Kriptodepresiya
Kriptoiudaizm
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kriptomneziya
Kriptomneziya— (kryptos – yunan sözü olub, gizli deməkdir.) başqasının başına gələn hadisələri, onlara məxsus xidmətləri öz adına çıxmaqla xarakterizə olunan yaddaş pozuntusudur. Xəstələr bildikləri, eşitdikləri hadisələrin kimə məxsus olduğunu, nə vaxt baş verdiyini unudaraq onları öz adına çıxır, keçmişdəki hadisələri isə təzə baş vermiş hadisə kimi qələmə verirlər. Başqa sözlə, kriptomneziyalarda məlumatın mənbəyi və vaxtı unudulur. Bunun üçün şəxs həmin hadisələri öz başına gələn hadisə kimi yadına salır. Xəstələrin bunu qəsdən və müəyyən məqsəd üçün etmədikləri söhbət əsnasında asanlıqla aydın olur.
Kriptoqrafik alqoritm
Kriptoqrafiya — yunanca Κρυπτός (gizli) və Γραφος (yazı) sözlərindən yaranmışdır. == Predmeti == Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin müəyyən əməllərindən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir. Kriptoqrafiya konfidensiallığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir. == Proseduru == Şifrləmə proseduru adətən müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Açar isə çevirmə üsulunu konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin edilməlidir. == Tarixi == Kriptoqrafiyanın yaşını heç kim bilmir, lakin kriptoqrafiya — "gizli yazı" mənasına görə də güman etmək olar ki, yazı ilə həmyaşdır, onunla bir vaxtda meydana gəlmişdir. Yazı təxminən e.ə. 3300-cü ildə Şumerdə, e.ə.
Kriptoqrafiya
Kriptoqrafiya — yunanca Κρυπτός (gizli) və Γραφος (yazı) sözlərindən yaranmışdır. == Predmeti == Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin müəyyən əməllərindən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir. Kriptoqrafiya konfidensiallığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir. == Proseduru == Şifrləmə proseduru adətən müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Açar isə çevirmə üsulunu konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin edilməlidir. == Tarixi == Kriptoqrafiyanın yaşını heç kim bilmir, lakin kriptoqrafiya — "gizli yazı" mənasına görə də güman etmək olar ki, yazı ilə həmyaşdır, onunla bir vaxtda meydana gəlmişdir. Yazı təxminən e.ə. 3300-cü ildə Şumerdə, e.ə.
Kriptosporidlər
[[Cryptosporiae]diid] (lat. Cryptosporidiidae) — Sporlular tipinə aid ibtidai dəstəsi. == Xarakterik əlamətləri == Buraya bircə Cryptosporidium cinsi daxildir. Kriptosporidiyaların cəmi 19 növü təsvir edilmişdir, ancaq hazırda valid olaraq 4 növ məlumdur. Onurğalı heyvanların bağırsaqlarındakı epiteli hüceyrələrində parazitlik edirlər. Bu parazitin endogen inkişaf xüsusiyyəti odur ki, o, sahibin hüceyrəsinə nüfuz etmir, xüsusi yapışıcı orqanellaları vasitəsilə hüceyrənin membranına yapışır. 3–6 mkm ölçüsündə olan oosistaların sporosistaları yoxdur, 4 sporozoiti vardır. == Yayılması == Azərbaycanda C.muris Tyzzer və C.parvumbuzovlarda və donuz potalarında tapılmışdır. == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. I cild, Elm nəşriyyatı, 2002, 266 səh.
Kriptosporlar
Kriptosporlar — ölçüləri <200 μ fossil spor və sporabənzər mikrofosillər. Kriptosporlar izosporlar, həqiqi mikrosporlar, xırda meqasporlar, mikrosporlar yaxud toxumlu ayıdöşəyilərinin tozcuqları daxildirlər. Kriptosporlar müxtəlif funksiyalar daşıyan sporları fərqləndirmək üçün işlənilən sərbəst termindir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kriptovalyuta
Kriptovalyuta və ya qısaca kripto - mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktiv. Burada fərdi koin sahiblərinin qeydləri əməliyyat prosesini mühafizə etmək, əlavə koinlərin yaradılmasına nəzarət etmək və koin mülkiyyətinin ötürülməsini təsdiq etmək üçün güclü kriptoqrafiya istifadə edərək hazırlanan, komputerləşdirilmiş verilənlər bazası formasında mövcud olan ledcerdə saxlanılır. Bu valyuta növü fiziki formada mövcud deyil (kağız pul kimi) və hər hansısa bir mərkəzi hakimiyyət tərəfindən dövriyəyə buraxılmır. Kriptovalyutalar tipik olaraq mərkəziləşmiş rəqəmsal aktivlərin və mərkəz bankçılıq sistemlərinin əksinə, desentralizasiyadan istifadə edir. Kriptovalyuta buraxılmadan əvvəl zərb edildikdə və ya yaradıldıqda və ya tək bir emitent tərəfindən verildikdə, ümumi olaraq mərkəzləşdirilmiş sayılır. Desentralizasiyalaşdırılmış nəzarət prinsipi ilə tətbiq edilən hər bir kriptovalyuta bölüşdürülmüş ledcer vasitəsi ilə işləyir. Ən çox istifadə edilən ledcer vasitələrindən biri ictimai maliyyə əməliyyatı verilənləri olan blokçeyn texnologiyasıdır. Bitkoin ilk dəfə 2009-cu ildə açıq mənbəli proqram təminatı kimi buraxıldıqda ilk desentralizasiyalaşmış kriptovalyuta oldu. Bitkoin yaradıldıqdan sonra digər kriptovalyutalar da yaradıldı. == Tarixi == 1983-cü ildə amerikalı kriptoqraf Deyvid Çom e-pul olaraq adlandırılan, anonim, kriptoqrafik elektron pul barədə fikirləşdi.
Kriptovalyutaların siyahısı
Bitcoin yaradıldıqdan sonra mövcud kriptovalyutaların sayı artır.
Kriptozoologiya
Kriptozoologiya — biologiyada mövcud olmayan və ya əfsanəvi qəbul edilən heyvanları araşdıran elm. == Ədəbiyyat == Peter Dendle. (2006). Cryptozoology in the Medieval and Modern Worlds. Folklore 117 (2): 190-206. Daniel Loxton; Donald Prothero. (2015). Abominable Science! Origins of the Yeti, Nessie, and Other Famous Cryptids. Columbia University Press.
Yapon kriptomeriyası
Yapon kriptomeriyası (lat. Cryptomeria japonica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin kriptomeriya cinsinə aid bitki növü. Əsasən Şərqi Asiyada, xüsusilə Çin və Yaponiyada geniş yayılmışdır. Piramidal çətirli, həmişəyaşıl ağacdır. Vətənimdə hündürlüyü 45 m-ə və gövdəsinin diametri 1–2 m-ə çatır. Gövdəsinin qabığı qırmızımtıl-qonurdur, ensiz, uzun zolaqlıdır. Yarpaqları iynəvarıdır, sərtdir, sıx yerləşmiş, bizvarıdır, oturaq hissəsi əyilmişdir, kənarlarından içəriyə doğru batıqdır, yayda sarımtıl-yaşıl, qışda tünd-yaşıl olub, budaq üzərində 7 il qalır. Erkəkcik sünbülcükləri budaqların ucunda iynəvarı yarpaqların qoltuğunda yerləşir, tozcuqları 3–5 tozcuq kisəsindən ibarətdir. Dişicik sünbülcükləri isə budaqların ucunda yerləşir. Toxumları oval formalıdır, hər toxum 2–3 ensiz qanadla əhatə olunur.
Çoxsəviyyəli kriptoqrafiya
Çoxsəviyyəli kriptoqrafiya (ing. Multilevel cryptography) – simmetrik kriptosistemlər üçün kriptoqrafik açarların xüsusi metodla seçilməsinə əsaslanır, R.Rayvest tərəfindən təklif edilib. Bu mexanizmdən istifadə edən kriptosistem elə qurulur ki, ilk kriptoqrafik açar ixtiyari seçilə bilər, sonrakı açarların seçilməsi isə müəyyən qanuna tabe olmalıdır. Belə kriptosistemlərin yaradılması zərurəti ABŞ-də “güclü kriptoqrafiya”nın ixracına məhdudiyyətlərin qoyulması ilə meydana çıxmışdı. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Milli Elektronika və Kriptologiya Tədqiqat İnstitutu (Türkiyə)
Milli Elektronik və Kriptoloji Araşdırma İnstitutu (UEKAE) — TUBİTAK-ın nəzdində bir institut. UEKAE-in vəzifəsi, "informasiya təhlükəsizliyi, xəbərləşmə və irəli elektron sahələrində Türkiyənin texnologiya müstəqilliyini təmin etmək və davam etdirmək üçün xüsusiyyətli insan gücü və beynəlxalq səviyyədə qəbul görmüş infrastrukturu ilə, elmi və texnoloji həllər çıxarmaq və tətbiqi". Bu ana hədəf göz qarşısında saxlanılaraq təyin olunan "informasiya təhlükəsizliyi, xəbərləşmə və irəli elektron sahələrində yeni texnologiyaların inkişaf etdirilməsinə liderlik edən beynəlxalq elm, texnologiya və istehsal mərkəzi olmaq" vizyonuna çata bilməyi və ölkənin ehtiyacı olan texnologiyaların inkişaf etdirilməsi üçün İnstitutun akkreditə test mühit və laboratoriyalarında təməl və tətbiqli araşdırmalar aparılır və ehtiyac sahiblərinə texniki dəstək təmin edilməkdədir. UEKAE həmçinin, açıq qaynaq kodlu proqramlara Uludağ Layihəsi ilə Türkiyədə dəstək verən ilk dövlət qurumudur. Cəmiyyət quruluşlarına elektron imza sertifikatı dağıdacaq olan Cəmiyyət Sertifikatlaşdırma Mərkəzi də bu institutda var. UEKAE optoelektronik qrupu, laser və sensor proqramlar, ədədi / ağıllı kamera dizayn, görüntü emal, tekstil və şüşə sənayesi üçün sənaye keyfiyyətə nəzarət avtomatlaşdırılması, sənəd araşdırma cihazları, DLP proyeksiya sistemləri kimi layihə və məhsullar inkişaf etdirir. == Tarixçə == İTİ Elektrik Fakültəsi müəllimlərindən Yılmaz Tokad tərəfindən ODTÜ Mühəndislik korpusunda Elektron Araşdırma Bölməsi adı ilə 1968-ci ildə yaradılmış və 4 il sonra Marmara Araşdırma İnstitutunun nəzdində fəaliyyət göstərməklə TÜBİTAK-ın Gebzedəki şəhərciyinə köçürüldü. TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən TÜBİTAK Milli Elektronik və Kriptoloji Araşdırma İnstitutu (UEKAE) ilə əvvəllər TÜBİTAK Marmara Araşdırma Mərkəzinin (MAM) nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları İnstitutu (BTE) TÜBİTAK BİLGEM adı altında birləşdirildi. == Fəaliyyət sahəsi == İnstitut TUBİTAK-ın ən fəal və məhsuldar vahididir. Adından da aydın olduğu kimi kriptoloji, informasiya və elektroniğin irəli mövzularında fəaliyyət göstərir.
Kriptoiqtisadiyyat
Kriptoiqtisadiyyat — rəqəmsal iqtisadiyyatların və mərkəzləşdirilməmiş maliyyə (DeFi) tətbiqlərinin öyrənilməsi haqqında fənnlərarası yanaşmada iqtisadi paradiqma. Kriptoiqtisadiyyat ənənəvi iqtisadiyyat, kriptoqrafiya, informatika və oyun nəzəriyyəsi fənnlərindən anlayış və prinsipləri birləşdirir. == Təriflər və məqsədlər == Kriptoiqtisadiyyat termini "Ethereum" icması tərəfindən 2014–2015-ci illərdə icad edilmişdir, lakin ilkin olaraq 2008-ci ildə orijinal "Bitcoin" protokolunda iqtisadi təşviqlərin tətbiqindən ilhamlanmışdır. Bu ifadə adətən Vitalik Buterinə aid edilsə də, ən erkən ictimai sənədləşdirilmiş istifadə Vlad Zamfirin 2015-ci ildə "Kriptoiqtisadiyyat nədir?" adlı məruzəsidir. Zamfirin kriptoiqtisadiyyata baxışı nisbətən geniş və akademik xarakter daşıyır: "Bu, mərkəzləşdirilməmiş rəqəmsal iqtisadiyyatda məhsulların və xidmətlərin istehsalı, paylanması və istehlakını tənzimləyən protokolları öyrənən rəsmi intizamdır. Kriptoiqtisadiyyat bu protokolların dizaynı və xarakteristikasına diqqət yetirən praktiki elmdir". Alternativ olaraq, 2017-ci ildəki çıxışında Buterinin baxışı daha dar və praqmatik olmuşdur: "Bu, müəyyən növ informasiya təhlükəsizliyi xüsusiyyətlərinə zəmanət verməyə çalışan sistemlərin qurulması metodologiyasıdır". "Binance"ə görə, kriptoiqtisadiyyatın əsas məqsədləri DeFi sistemlərinin necə maliyyələşdirilməsini, dizaynını, inkişaf etdirilməsini və əməliyyatlarını asanlaşdırmağı başa düşmək, inkişaf etməkdə olan rəqəmsal iqtisadiyyatlarda məhsul və xidmətlərin paylanmasını tənzimləmək üçün iqtisadi təşviqlər və cəzalar tətbiq etməkdir. Kriptoiqtisadiyyat öz növbəsində ənənəvi iqtisadiyyatdan (ümumiyyətlə mikroiqtisadiyyat və makroiqtisadiyyata bölünür) inkişaf etmiş rəqəmsal iqtisadiyyatın təkamülü hesab edilir. Nəticə etibarilə, məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı ilə bağlı ənənəvi iqtisadi anlayışlar kriptoiqtisadiyyat üçün də tətbiq olunur.
Ağ kriptokariya
Ağ kriptokariya (lat. Cryptocarya alba) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin kriptokariya cinsinə aid bitki növü.
Kripta
Kripta (qədim yunan dilində κρυptή “örtülü yeraltı keçid; gizli yer”) - orta əsrlər Qərbi Avropa memarlığında məbədin qurbangahının və xor hissələrinin altında yerləşən, müqəddəslərin və şəhidlərin qalıqlarının dəfn mərasiminə və nümayişinə xidmət edən bir və ya bir neçə yeraltı tağlı otaqlardır. Məbədin başqa adı “aşağı kilsə”dir. Qədim Romada hər hansı tağlı yeraltı və ya yarı yeraltı otaq kripta adlanırdı. Kript sözünün sinonimi olaraq xristianlıqdan əvvəlki dövrlərdə ölülərin ritual yandırılması yeri, sonralar – xristian məzarları mənasını verən latın dilindəki qəbir (məzar) terminindən istifadə edilə bilər. Kriptanın orijinal forması Konstantinin hakimiyyəti dövrünə məxsus Roma bazilikalarındakı həvarilərin məzarlarından miras qalmışdır. VII əsrdən etibarən apsis formasını təkrarlayan yarımdairəvi formaya malik olan kriptalarda məbədin şərəfinə təqdis olunan müqəddəslərin və şəhidlərin qalıqları saxlanılırdı. X-XI əsrlərdə kriptanın forması dəyişdi: təkcə apsisin altında deyil, həm də məbədin nefləri və transepsiyalarının altında uzanmışdır ki, bu da kriptanın faktiki olaraq ikinci yeraltı kilsəyə çevrilməsinə səbəb olmuşdur.
Benni Kristo
Ben Cristóvão (8 iyun 1987, Plzen) — müğənni. Pop və rap müğənnisi olan Benni Kristo 2020 Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı "Kemama" mahnısı ilə təmsil edəcəkdi.
Kristo Pimpirev
Kristo Pimpirev (bolq. Христо Цанев Пимпирев; 13 fevral 1953, Sofiya) — Bolqarıstan geoloqu və qütb kəşfiyyatçısı, geologiya-mineralogiya elmləri doktoru, Sofiya Universitetinin geologiya professoru. == Akademik karyera == 1978-ci ildə Sofiya Universitetinin geologiya fakültəsini bitirib və geologiya üzrə magistr dərəcəsi alıb, 1981-ci ildə assistent, 1984-cü ildə baş assistent vəzifəsinə təyin olunub. 1987-ci ildən elmlər doktoru, 1994-2004-cü illərdə dosent, 2005-ci ildən Sofiya Universitetinin geologiya kafedrasının professoru. O, Bolqarıstanın Antarktika tədqiqatının banisidir və 1987/1988 mövsümündə Antarktidaya ilk Bolqarıstan ekspedisiyasının üzvüdür. İllik Bolqarıstan elmi ekspedisiyalarının rəhbəri, Bolqarıstan Antarktika İnstitutunun sədri və təsisçisi. 2007-ci ildən Milli Qütb Tədqiqatları Mərkəzinin direktoru. Pimpirev Himalay dağlarında Ama Dablam zirvəsinə elmi ekspedisiyalarda, Tibetin Çin hissəsində speleoloji ekspedisiyalarda, Vyetnamda, Kolumbiya And dağlarında və Ellesmere adasında (Kanada Arktikası) ekspedisiyalarda iştirak etmişdir. O, tarixi geologiya və paleocoğrafiyadan dərs deyib, ABŞ, Portuqaliya, Uruqvay, Çili, Kolumbiya, Almaniya, İspaniya, Argentina, Kanada, Cənubi Koreya və digər ölkələrin universitetlərində mühazirələr oxuyub. 2013-cü il yanvarın 8-də o, Bolqarıstan bayrağını Cənubi Qütbdə qaldıran ilk bolqar qütb tədqiqatçısı oldu: onun iştirak etdiyi ekspedisiya Roald Amundsen və Robert Skottun yarışının 100-cü ildönümünə təsadüf edirdi.
Boryana Krişto
Boryana Krişto (və ya Kristo; xorv. Borjana Krišto, qızlıq soyadı Krjel, Krželj ; 13 avqust 1961, Livno, Bosniya və Herseqovina) — Bosniya və Herseqovina siyasətçisi, 25 yanvar 2023-cü ildən Bosniya və Herseqovina Nazirlər Şurasının (Baş nazir) sədri. == Şəxsi həyatı == Otorinolarinqoloq Branko Krişto ilə evlidir.
Qraf Monte Kristo
Qraf Monte Kristo (Fransızca orijinal adı: Le Comte de Monte-Cristo) fransız yazıçısı Aleksandr Düma tərəfindən 1844-cü ildə yazılmış macəra yönümlü roman. Üç muşketyorla yanaşı, nəşriyyatın ən mühümlərindən biridir. Müəllifin əksər əsərləri kimi, kölgə müəllifi August ilə birgə yazılmışdır. 1844-cü ilin yayından sonra 18 hissədən ibarət seriya şəklində nəşr olundu. == Məzmunu == Morrel şirkətinə məxsus “Firon” gəmisinin kapitanı Edmond Dantes geri dönərkən xəstələnən və öləndə birinci kapitanın vəzifəsini üzərinə götürür. Ölməzdən əvvəl kapitan ona bir şey olarsa, Elba adasında dayanmağı xəbərdar etdi və orada özü üçün bir iş görməsini istədi. Dantes bu arzularını yerinə yetirmək üçün Elba adasına gedir, sürgündə Napoleonla görüşür və ondan Parisdəki dostlarına göndərilmək üçün məktub alır. Sonra fırtınalı havada gəmisini Marselə gətirməyi bacarır. Bu uğura görə gəmi sahibi ona növbəti ekspedisiyada gəminin kapitanı olmağı təklif edir. Belə ki, maddi çətinliklərini aradan qaldıran Dantes illərdir sevdiyi və evlənmək istədiyi kataloniyalı nişanlısı Mersedeslə evlənmək üçün toy hazırlığı edir.
Fran Kristo Frankopan
Fran Kristo Frankopan (mac. Frangepán Ferenc Kristóf; 4 mart 1643 – 30 aprel 1671, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — xorvat əsilli xorvat barokko şairi, zadəgan və siyasətçisi. Uğursuz Zrinski-Frankopan sui-qəsdində iştirakı ilə yadda qalan Frankopan Kristo xorvat markesası, Frankopan zadəgan ailəsinin üzvü. == Bioqrafiyası == === Erkən həyatı və yaradıcılığı === Xorvatiyanın Bosilyevo şəhərində doğulmuş Fran Kristo Frankopanın özünəməxsus dəsti-xətti var idi. Atası Vuk Kristo Frankopan öümündən sonra Zaqrebdə təhsil almağa gedən Fran burada Yezuitlər Akademiyasına daxil olub. O, təhsilini İtaliyada davam etdirməzdən əvvəl Gornı Grad-Medveşak şəhərin indiki Habdelik küçəsində yaşayıb. Orada 1656-cı ildə 13 yaşında latın dilində ilk poetik əsəri olan Elegiyanı nəşr etdirib. O, müxtəlif poetik təsirlərə məruz qalmış şair olub. Onun "Zamanı aldatmaq üçün bağ" (“Gartlic za čas kratiti”) adlı əsəri həbsxanada olduğu illərinin xatirələrindən bəhs edir. Frankopan şeirlərini əsasən xorvat dilinin kaykavian-ikavian ləhcəsində yazmışdır (Srića daje kaj misal ne zgaje şeirində göründüyü kimi).
Monte Kristo (musiqi qrupu)
Monte Kristo — 1980-ci illərdə populyar olan Fransanın "Sinti pop" janrında ifa edən qruplarından biridir. == Yaranma tarixi == Monte Kristo qrupu 1985-ci ildə Fransada formalaşmışdır. Mahnı heyəti Jerard Dulinski və Jan-Luk Drion (qrupun prodüseri və mahnı sözləri müəllifi) ibarətdir. Qrup üzvləri "Sinti pop" janrının layiqli davamçılarıdırlar. Həmçinin, mahnıları da çox harmonikdir. Monte Kristo qrupunun ən yaxşı mahnılarından biri "Girl of Lucifer" mahnısıdır. Mahnı Fransa hit paradında 8-ci mövqe tutmuşdur. Həmin mahnı Almaniyanın "Sinti pop" janrında ifa edən "Casablanca" adlı musiqi tərəfindən 1986-cı ildə ifa edilmişdir.
Kioto
Kioto (yap. 京都市 — Paytaxtların paytaxtı) — Yaponiyada şəhər. Kinki bölgəsində yerləşir. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın — Tokionun adı alınır. Çox sayda qədim tarixi binaları və məbədləri var. İkinci dünya müharibəsi zamanı şəhər bombardman olunmadığına görə sayı 1500-dən artıq olan bu məbədlər toxunulmaz qalmışdır. 794-cü ilsən 1869-cu ilədək Yaponiyanın paytaxtı, Yaponiya imperatorlarının əsas iqamətgahı olub. Şəhərin qədim adı — Xeyan, Xeyan-kyö (yap. 平安京, "Sülh və əmin-amanlıq paytaxtı"). Kioto həmçinin gözəl meyvə bağları ilə məşhurdur.
Kinto
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Krita
Krita — kross platformalı azad və açıq kodlu rastr qrafik redaktoru. KDE layihəsinin bir hissəsi olaraq, KDE tərəfindən dəstəklənir və KDE Plasmada defolt rastr qrafik redaktorudur.
Hristo Stoiçkov
Hristo Stoiçkov (bolq. Христо Стоичков Стоичков, ing. Hristo Stoichkov, 8.02.1966, Plovdiv) — Bolqar baş məşqçi, Keçmiş futbolçu. Hal-hazırda Bolqarıstan Milli Futbol Çempionatında oynayan ÇSKA Sofiya klubunun baş məşqçisidir. Peşəkar karyerasına 1982-ci ildə Hebros klubunda başlamışdır. İlk dəfə milli yığmaya 1986-cı ildə çağırılmış və millidə 83 oyunda 38 qol vurmuşdur. 1994-cü ildə ABŞ-də keçirilən futbol üzrə dünya çempionatında 6 qolla bombardir olmuş, Bolqarıstan millisi isə İsveçdən sonra 4-cü sırada bitirmişdir. Həmçinin, 1994-cü ildə Avropada ilin futbolçusu seçilmişdir.
Korpus-Kristi
Korpus Kristi (ing. Corpus Christi) - Texas ştatının cənub hissəsində yerləşən Amerika Birləşmiş Ştatlarının şəhəri.
Korpus Kristi
Korpus Kristi (ing. Corpus Christi) - Texas ştatının cənub hissəsində yerləşən Amerika Birləşmiş Ştatlarının şəhəri.
Krista Sieqfrids
Krista Sieqfrids — 4 dekabr, 1985-ci ildə anadan olmuş Finlandiyalı müğənni. Krista Sieqfrids 2013 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı "Marry Me" mahnısı ilə təmsil edib.
Krista Volf
Krista Volf (alm. Christa Wolf‎) — Almaniya Demokratik Respublikasında yaşamış və sosializmi mənimsəmiş romançı, ədəbiyyat tənqidçisi, oçerkist. == Həyatı == Krista Volf 1949-cu ildə üzv olduğu Sovet tərəfdarı olan Sosialist Birlik Partiyasını və dövlətin tətbiq etdiyi təzyiqi tənqid etdi. 1989-1990-cı illərdə partiya üzvlüyündən ayrıldı. Jena və Laypziqdə ədəbiyyat təhsili gördü. 1993-ci ildə açıqlanan sənədlər 1959-1961 arasında Ştazi üçün müxbir olaraq çalışdığını göstərməkdədir. Almaniya Demokratik Respublikası dövründə dövlət rəhbərliyini açıq şəkildə tənqid etdiyi halda yazıçı Karl Marksın təlimlərinə bağlı qalmış və iki alman respublikasının birləşməsinə qarşı çıxmışdır. 1 dekabr 2011-ci ildə həyat yoldaşı, Qerhard Volf ilə yaşadığı Berlində vəfat etdi. == İstinadlar == == Xarici keçidlər == Christa Wolf: Biography at FemBio – Notable Women International The quest for Christa Wolf an interview with Hanns-Bruno Kammertöns and Stephan Lebert about private chats with Honecker, a German society in check mate, the influence of Goethe, the shortcomings of Brecht, and the lasting effects of Utopia at signandsight.com.
Kristi Kenyon
Kristi Kenyon (ing. Christy Canyon, 17 iyun 1966, Pasadena, Kaliforniya) — erməni əslli ABŞ pornoaktrisası. == Həyatı == Kristi Kenyon erməni əsilli ata ilə italyan əsilli ananın ailəsində dünyaya gəlmişdir . Əsl adı Melisa Key Bardizbanyandır (ing. dilində Melissa Kaye Bardizbanian).
Kristi Svenson
Kristi Svenson (ingiliscə: Kristen «Kristy» Swanson) – ABŞ aktrisasıdır. Playboy jurnalında 2002-ci ildə çəkilmişdir. == Seçilmiş filmoqrafiya == Ölümcül dost (film, 1986) / Deadly Friend Dostum, mənim maşınım haradadır?
Kristof Atanqana
Kristof Atanqana Assimba (fr. Christophe Atangana Assimba; 2 mart 2000, Duala) — Kamerun futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın qapıçısı. == Karyera == Kristof Atanqana karyerasına İspaniya "La Liqa" təmsilçisi " Atletik Bilbao"da başlamışdır. 2016-cı ildə o, İspaniyanın dördüncü divizionunda "Baskoniya"ya icarəyə göndərilmişdir. 2021-ci ildə Atanqana Azərbaycanda "Qəbələ" ilə müqavilə imzalamışdır. O, 10 dekabr 2021-ci ildə "Qəbələ"nin heyətində "MOİK" ilə 2:1 hesabı qələbə ilə nəticələnən oyunda debüt etmişdir.
Kristof Rasovski
Kristof Rasovski (27 mart 1997) — Macarıstanlı üzgüçü. Kristof Rasovski Macarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kristof Rasovski birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:29.36 saniyəlik nəticəsi ilə 35-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kristof Zimmermann
Kristof Zimmermann (12 yanvar 1993, Düsseldorf) — Çempionşip mübarizə aparan Norviç Siti klubunda müdafiənin sağ cinahında çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == Zimmermann 2014-cü ildə Borussiya Münhenqladbax klubundan Borussiya Dortmund II komandasına transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 3-cü Liqada 26 iyul 2014-cü ildə Rot-Veib Erfurt komandası ilə oyunda etmişdir. 15 iyun 2017-ci ildə Zimmermann Borussiya Dortmund II klubundan ayrıldıqdan sonra İngiltərə təmsilçilərindən olan Norviç Siti klubu ilə iki illik müqavilə imzalamışdır. O, 1 iyul 2017-ci ildə kluba qoşulacaq.
Kristof Şnayder
Kristof "Doom" Şnayder ( Christoph Schneider)(11 may 1966, Şərqi Berlin) — Alman musiqiçisi. Rammstein qrupunun zərbçisi. == Bioqrafiya == === Erkən həyatı === Şnayder 1966-cı il may ayının 11-də Şərqi Berlində Pankovda anadan olmuşdur. Özündən iki yaş kiçik bacısı var. Şnayder 16 yaşında gimnaziya məktəbini bitirmiş,daha sonra telekommunikasiya köməkçisi kimi işləməyə başlamışdır. 1984-cü ildə Şərqi Almaniya ordusunda xidmət etmişdir. Qrupun yeganə üzvüdür ki, hərbi xidmətini tam başa vurmuşdur. === Karyerası === Şnayderin valideynləri onun musiqi ifa etməyi öyrənməyini istəyirdilər, buna görə də onlar Şnayderi ilk Sosialist orkestra ilə bağlı olan musiqi məktəbinə göndərməli olurlar. Burada ona 3 seçim təklif edilir: baraban (truba),klarnet, trombon. Şnayder isə birincini seçir, çünki trubada ifa etmək onun üçün çox asan idi.