Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lübabə binti Haris
Lübabə binti Haris (593, Məkkə – 655, ərəb. لبابة بنت الحارث‎) — İslam peyğəmbəri Məhəmmədin əmisi Abbasın həyat yoldaşı olan səhabə. O, Məhəmmədin həyat yoldaşı Xədicədən sonra müsəlman olan ikinci qadındır. Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəliblə evlənən Lübabə binti Haris 6 oğul və bir qız dünyaya gətirir. Oğullarının hər biri İslam tarixində mühüm vəzifələr icra etmişdir. O, xəlifə Osmanın dövründə ərindən əvvəl vəfat etmişdir.
Abbas ibn Ubadə
Abbas ibn Ubadə — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Birinci və İkinci Əqabə beyətində iştirak edən səhabələrdəndir. Mədinənin Xəzrəc qəbiləsindəndir. İkinci Əqəbə beyti ilə müsəlman olur. Lakin o, digər mədinəlilər kimi məmləkətinə qayıtmayırlar və Məkkədə peyğəmbərin yanında qalır. Bu səbəbdən o, İslam tarixində “Ənsarın mühaciri” kimi məşhurlaşır. Abbas bin Ubadə Uhud döyüşündə pərən-pərən düşmüş İslam ordusunu toplamaq istəmiş və Məkkəlilərin ordusuna hücum edərkən həlak olmuşdur.
Səd ibn Ubadə
Səd ibn Ubadə (güm. 580-ci illər, Mədinə – 636 və ya 635, Hövran, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, 7-ci əsrin islam siyasəti xadimi, Mədinədəki Xəzrəc qəbiləsinin başçılarından biri. Onun tam adı Sad ibn Ubad ibn Dulaim ibn Haris ibn Numan ibn Əbu Həzeym əl-Ənsari əl-Səidi əl-Xəzrəcdir. Səid şəcərəsinin başçısı idi. Akabedə ikinci beyyət zamanı İslamı qəbul edir. O, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin təşəbbüskarlarından olub. Qureyşlilər bundan xəbər tutur və Akabedən qayıdarkən onun izinə düşərək Məkkəyə gətirirlər. Orada ona işgəncə verilir, lakin Cübeyr ibn Mutim və Haris ibn Hərbin sayəsində Mədinəyə qayıtmağı bacarır. Səd varlı bir insan idi və var-dövlətini gənc müsəlman cəmiyyətinin ehtiyaclarına xərcləyirdi.
Ubadə ibn əs-Samit
Ubadə ibn əs-Samit (586, Mədinə – 655, Ramla[d], ərəb. عبادة بن الصامت‎) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) səhabələrindən biri. O, səhabələrdən və ənsarın böyüklərindəndir. Ləqəbi Ubadə Əbu Vəliddir və xəzrəc qəbiləsinin Avfoğullarındandır. Atası Samit ibn Kays, anası Kurret-ül-ayn binti Ubadədir. Tam adı Ubadə ibn Samit ibn Kays ibn Əsrəm ibn Fihr ibn Saləbə ibn Qanem ibn Salim ibn Avf ibn Amr bin Avf ibn Xəzrecdir. 583-cü ildə Mədinədə doğulmuş, 654-cü ildə Fələstində vəfat etmişdir. Hicrətin 34-cü ilində 72 yaşında Şam yaxınlığındakı Ramlada vəfat edən Ubade bin Samit orada dəfn edilmişdir. Ubadə Besətin on birinci ilində həcc mövsümündə Məkkəyə gedir və müsəlman olur. O, hicrətdən əvvəl baş vermiş birinci və ikinci Əqəbə beyətlərində iştirak etmişdir.
Livadə
Livadə - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsi(Şörəyel livası)da kənd. Dərbənd kəndinin yaxınlığında yerləşən Livadə kəndi. Gəlir: 3.000 ağça..
Ləbbadə
Ləbbadə — çiyinüstü üst gödəkçəsi. Sırıqlı və astarlı olur. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanır. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olur. Qolu qısa, dirsəyə qədərdir. Qoltuq yeri açıq biçilir. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilir.
Abadə
Abadə- İranın Fars ostanının şəhərlərindən və Abadə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 52,042 nəfər və 14,184 ailədən ibarət idi.
Bübanə (Sərdəşt)
Bübanə (fars. بوبانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (29 ailə).
Dübarə (Urmiya)
Dübarə (‎‎fars. گرديك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (41 ailə).
Rübabə Muradova
Rübabə Xəlil qızı Muradova (22 mart 1933, Ərdəbil – 28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971). Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur, amma onun şəxsi həyatı uğurlu olmur. O anasını itirdikdən sonra siqaret və içkiyə qoşanır. Bilindiyinə görə Rübabə Muradova Leyli və Məncnun operasında Leyli obrazını canlandırarkən o içkili olub və pis sözlərdən işlədib. O içkiyə səbəbindən "qaraciyər serozu" xəstəliyini tapır. 28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.
Rübabə Axundova
Axundova Rübabə Məmməd qızı (1907, Azərbaycan Respublikası, Şamaxı—1969)— Azərbaycanın əməkdar müəllimi, SSRİ Ali Sovetinin iki çağırışının deputatı, Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru olmuşdur. Rübabə Məmməd qızı Axundova Azərbaycanın Şamaxı rayonunda anadan olmuş, bir çox rəhbər vəzifələrdə çalışmış və əməkdar müəllim fəxri adlına layiq görülmüşdür. 11 yaşı olanda atası rəhmətə getmiş və o bacısının ailəsində tərbiyə almışdı. 1925-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı dövlət Universiteti) Şərq fakültəsinə qəbul olmuşdur. 1928-ci ildə həmin fakültəni bitirmişdir. Rübabə xanım həmçinin Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsinin də məzunudur. 1928-ci ildən Bakı şəhəri Stalin rayonunda (indiki Səbail rayonu) orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, Bakı şəhəri Voroşilov rayonu (indiki Səbail rayonu, vaxtilə ayrıca rayon olmuş, daha sonra Stalin, yəni indiki Səbail rayonuna birləşdirilmişdir) 132 nömrəli qızlar orta məktəbinin tədris bölməsinin müdiri olmuşdur. 1947-ci ilin oktyabrından Azərbaycan SSR ibtidai və orta məktəb işçilərinin peşə ittifaqı Mərkəzi Komitəsinin sədri olmuşdur. Daha sonra M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru vəzifəsində çalışmışdır. Rübabə Axundova bir sıra dövlət mükafatlarına da layiq görülmüşdür.
Badə
Badə — haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunan rəmzi məcazi içki. İnanışa görə, üzərində ilahi aləmin nəzəri olan gənc bir adam (yetim bir oğlan, çoban, tacir oğlu, əkinçi və s.) yatıb yuxuya gedir və röyada ağ libaslı dərviş, Xızır və ya Həzrət Əli ona mey dolu badə təklif edir. Gənc adam əvvəlcə badədən imtina edib onun haram buyrulduğunu bildirir. Badə verən onu inandırır ki, bu, haram badələrdən deyildir. Gənc badəni içdikdən sonra badə verən müqəddəs ona haqq aşiqliyi verildiyini söyləyib qeyb olur. Gənc oğlan yuxudan ayılıb özünün başqa bir adama çevrildiyini görür. O, bədahətən söz demək, saz çalmaq, qayibdən xəbər söyləmək istedadı qazanır. Beləcə, haqq aşığına çevrilir və ona verilmiş butanın arxasınca yollanır.
Abadə Təşk
Abadə Təşk — İranın Fars ostanının Neyriz şəhristanının Abadə Təşk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,213 nəfər və 1,614 ailədən ibarət idi.
Abadə şəhristanı
Abadə şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadə şəhəridir.
Zubarə
Zubarə – Qətərin paytaxtı Dohadan təqribən 105 km məsafədə, "Aşşimal" bələdiyyəsində yerləşən Qətər yarımadasının şimal qərb sahilində yerləşən dağılmış qədim qala-şəhər. "Əl-Zubarə və "Əz-zubarə" kimi də tanınır. Qala XVIII əsrin ilk yarısında əsas qəbilələrdən olan "Bəni Utbə"nin nümayəndəsi Al ibn Əli tərəfindən tikilmişdir. 2013-cü ildə UNESCO-nun Ümümdünya Mədəni İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülüb. Bu qala qədim dövrlərdə Hörmüz boğazı ilə Fars körfəzinin qərb tərəfi arasında yerləşmiş qlobal ticarət və mirvari yığımı üçün uğurlu mərkəzə çevrilmişdi. Eləcə də bölgədə 18–19-cu əsr qəsəbələrinin ən geniş və ən yaxşı saxlanılan nümunələrindən biri hesab edilir. Qalanın daxili və xarici Fars körfəzində yerləşən digər yaşayış məntəqələrindən fərqli olaraq, şəhər həyatı, quruluşu və Fars körfəzinin sosial və iqtisadi tarixi aspektlərinin 20-ci əsrdə neftin kəşf edilməsindən əvvəlki dövrə məxsus üslublarına xüsusi diqqət yetirilməklə qorunub saxlanmışdır. 400 hektar (xarici şəhər divarının içərisində 60 hektar) ərazini əhatə edən Zubarə Qətərin ən əhəmiyyətli arxeoloji bölgəsidir. Qala daxilində şəhər, xarici, eləcə də sonradan tikilmiş daxili divarlar, liman, dəniz kanalları, ekspozisiya divarları, "Murair Qalası" və daha yaxın tarixdə tikilmiş "Zubara Qalası" yerləşir.
Badə İşçil
Badə İşçil (8 avqust 1983, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Badə İşçil 1983-cü ildə avqust ayının 8-i İstanbulda dünyaya gəlib. Yeditəpə Universiteti Moda Dizayn Fakültəsinin məzunu olub. 2007-ci ildə Badə İşçil Cine5 kanalında nəşr olunan Metropol Cafe adlı komediya serialına ilk dəfə rol alıb. Amma onu əslində daha da məşhur edən rolu isə 2009 və 2011-ci illər arasında "Ezel" adlı televiziya serialında Şəbnəm Sertuna obrazıdır. "Ezel"in ardından hələ də davam etməkdə olan "Kuzey Güney" adlı televiziya serialında Banu Sinaner xarakterini canlandırmaqdadır. Badə İşçilin ən böyük şikayəti xarici görünüşündən ötrü insanların fərqli baxması, yanılmasıdır. Bir reportajında ​​da vəziyyəti belə şərh edir: "Saçımın rəngi və türk standartlarına görə fərqli bir tipin meydana gəlməsi "sarı saçına, mavi gözünə güvənir" kimi təəssürat yaradır." Məni tanımayanlar özündən razı və ərköyün zənn edir. Halbuki çox cana yaxın və səmimi biri olduğumu düşünürəm. Dünya malı yalan gəlir mənə.
Bəngü-Badə
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir. Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir. Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.
Bəngü Badə
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir. Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir. Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.
Bəhmən Qubadi
Bahman Qobadi (Kürd: بەهمەن قوبادی / Bəhmən Qubadî, Fars: بهمن قبادی Bahman Qobadī, 1 fevral 1969, Banə) — İranlı film rejissoru. == Həyatı == 1969-cu ildə İranın-Kürd Banə şəhərində doğulan Bahman Qobadi, təhsili əsnasında bir radioda çalışdı. Daha sonra Senendec'də gənc bir həvəskar olaraq film rejissorları qrupuna qatıldı və onlarla qısa metrajlı filmlər çəkməyə başladı. Daha sonra kino təhsili almaq üçün paytaxta gedən sənətçi təhsilini yarıda buraxdı. 1995–1999 illəri arasında bir çox milli və beynəlxalq yarışlarda mükafat qazanan, 10 qısa filmə rejissorluq edən sənətçinin istehsalları arasında Clermont-Ferrand Festivalında Jüri Xüsusi Mükafatını qazanan "Yaşam şifrəsi" filmi də var. 1999-cu ildə, Abbas Kiyarüsteminin "Külək bizi aparacaq" filminin çəkilişlərində baş assistent olaraq işləyən rejissor, Samira Makhmalbaf'ın "Qara taxta" adlı filmində baş rollardan birini oynamağı boynuna götürdü. Qubadi, "Sərxoş atlar zamanı" filmi ilə 2000-ci il Kann Film Festivalında "Qızıl Kamera Mükafatı", "Gənc Film Mükafatı" və "FIPRESCI Mükafatı" na layiq görüldü. 2004-cü ildə Amerika-İraq müharibəsindəki uşaqların həyatlarından təsirlənərək "Turtles Can Fly" adlı filmin ssenarisini yazdı və rejissorluğunu etdi.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Lubanq adası
Lubanq adası (filip. Lubang)- Cənubi-Çin dənizində Filippin adalarına məxsus ada. == Coğrafiyası == Bu ada Mindora adasından 20 km şimal-qərbdə, Filippinin paytaxtı Manila şəhərindən isə 115 km cənub-qərbdə yerləşir. Mənşəyinə görə vulkanik olub, sıx meşəliklərlə örtülüdür. Onun yaxınlığında yerləşən üç ada ilə Ambil (2010-cü ildə 1882 nəfər), Kabra (2010-cu ildə 2839 nəfər), Qolo ilə həmçinin sahilboyu riflərlə birlikdə Lubanq adaları qrupunu yaradır. Adanın uzunluğu-30 km, eni isə- 8,5 km-dir. Adanın ər iri şəhəri də Lubanq adlanır, onun şimal-qərbindədir. Ən hündür nöqtəsi isə dəniz səviyyəsindən 417 m hündürlükdə olan Maunt-Qoatinq dağıdır. 2010-cu ilin statistik məlumatlarına görə adada 28 000 adam yaşayır. Sahəsi isə 185 km²-dir.
Lubanq arxipelaqı
Babuyan arxipelaqı — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus olan arxipelaq. Arxipelaqın sahəsi 245,4 km², əhalisi 32 826 nəf. (2010) təşkil edir. == Coğrafiya == Mindoro adasından 52 km şimal-qərbdə yerləşir. Arxipelaq şimal-qərbdən cənub-şərqə doğru uzanır: Kabra Lubanq — arxipelaqın ən böyük adası. Ambil. Qolo. Lubanq arxipelaqına yuxarında adı çəkilən adalardan başqa (Mandaui, Talinas və s.) kiçik adalar, riflər və su altı qayalıqlar daxildir. == İnzibati bölgü == Lubanq Qərbi Mindoro vilayətinə daxildir və 2 rayona bölünür: Lubanq (Lubanq adasının qərbi və Karba a.) — 23 068 nəf; 113,1 km². Look (Lubanq adasının şərqi, Ambil, Qolo və dgər kiçik adalar) — 9758 nəf; 132,3 km².
Rafiq Subaye
Rafiq Subaye (ərəb. رفيق السبيعي‎‎; 9 Fevral 1930 – 5 Yanvar 2017) — Suriyalı film aktyoru, yazıçı və direktor. Subaye qədim Dəməşqin ən qədim rayonlarından birində anadan olmuşdur. O, Suriyada dram filmlərində aktyor kimi fəaliyyət göstərmişdir. Subaye həmçinin Əbu Səyyah adı ilə tanınır. Bu ləqəb ona pyeslərdə və televiziya seriallarında oynadığı surətlərin xarakterlərinə görə verilmişdir.
Xana Kubadi
Xana Kubadi (kürd. خانای قوبادی ) (1700, Cavanrud, Kirmanşah ostanı – 1759) — kürd şairi. O, gorani dilində yazmış və Caf elindən idi. O, Ərdalan xanlığında Həvrami şeir məktəbinə mənsub idi və Dərnədə yaşamışdır. Kubadi Quranı gorani bilinə tərcümə etdiyi üçün qonşu Babana qaçmışdır. Əsas nəşr olunan əsəri 1740-cı ildə yazılmış "Şirin və Xosrov"dur. Fars dilinə və ədəbiyyatına bələd olmasına baxmayaraq, şeirlərinin birində qeyd edildiyi kimi kürd dilindən istifadənin tərəfdarı olmuşdur.
I Qubad
Qubad ibn Firuz (I Qubad (Qəvad) Firuz; 473, Ktesifon – 13 sentyabr 531) - 488-531-ci illərdə hakimiyyətdə olmuş İran şahənşahı: I Xosrov Ənuşirəvanın atası == Həyatı == 488-496, 499-531-ci illərdə hakimiyyətdə olmuşdur. I Qubaddan (488–531) öncə "Cürzan ile Arran, Xəzərlərin əlindəydi. "Xəzərlər hududları keçərlər ve basqınlarda bulunarlar; Zaman zaman da Deynəvərə qədər ilərlərdi. Deynəvər şəhəri indiki İranda Kirmanşah ostanında yer alırdı. Beləlikə Xəzərlər Cənubi Azərbaycan ərazisinədə enirdilər və bu topraqlarda məskunlaşdılar. I Qubaddan, Sasanilər dövlətində mərkəzləşdirmə siyasəti aparmış, iqtisadi islahatlar keçirmişdir. VI əsrin I yarısında Azarbaycanın şimal rayonlarında müdafiə istehkamlarını genişləndirmişdir.
Luare (departament)
Luare ( fr. Loiret) — Fransada yerləşən, Mərkəz-Luara vadisi regionun departametindən biri. Sıra nömrəsi — 45. İnzibati mərkəzi — Orlean. Əhalisi — 674 913 nəfərdir (2010). == Coğrafiyası == Ərazi — 6,775 km² əhatə edir. == Tarixi == Luare — 1790 mart ayında Böyük Fransız İnqilabı əsnasında yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Orlean vilayətinin ərazisində yerləşir. Adı Luare çayından gəlir. == İqtisadiyyatı == Departament 1,669,335 hektar (675,555 hektar) ərazisində 975,000 hektar (395 min hektar) əkilir, 100 min hektar (40 min hektar) üzüm, 60 min hektar (24,000 hektar) otlaq, 280 min hektar 110.000 hektar) 16.000 hektar (6.500 hektar) əkin və bağlar 140.000 hektar (57.000 hektar) məhsuldar bataqlıqlar və çirkab sulardır.
Qubad Bayramov
Qubad İbad oğlu Bayramov (12 sentyabr 1971, Aşağı Güzlək, Füzuli rayonu) — azərbaycanlı siyasətçi, iqtisad elmləri namizədi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının qurucusu və ilk sədri. 12 sentyabr 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub. 20 ilə yaxın müddətdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasında çalışmışdır. 53 adda və 175 çap vərəqi həcmində elmi əsərin, 20-dək kitabın, monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. 2004–2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008–2009-cu tədris ilində Çapel Hill Şimali Karolina Universitetində, 2015–2016-cı tədris ilində Dyuk Universitetində, 2017–2018-ci tədris ilində Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018–2021-ci tədris illərində Nyu-Cersidə Ratqers Universitetində yarımştat qaydada pedoqoji fəaliyyətlə məşğul olub. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin qonaq elmi işçisi olmuşdur. Azərbaycan Milli Məclisinin VI çağırış deputatı Vüqar Bayramovun böyük qardaşıdır. 1995–1999-cu illərdə "Ekonomiks" iqtisadiyyat qəzetinin baş redaktoru olmuş, 1 yanvar 2000-ci ildən isə elmi-iqtisadi "Ekspert" jurnalının baş redaktorudur. 2002-ci ildən 2012-ci ilədək İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub. 2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir.
Qubad Hacıyev
Qubad Nəsirov
Nəsirov Qubad Əsədulla oğlu (9 may 1925, Boradigah, Lənkəran qəzası – 2007, Boradigah, Masallı rayonu) — Sosialist əməyi qəhrəmanı. Qubad Nəsirov 9 may 1925-ci ildə Masallı rayonu Boradigah kəndində anadan olmuşdur. Sosialist əməyi qəhrəmanıdır (1949). 1944–1975-ci illərdə Telman adına sovxozda briqadir, manqabaşçısı, Masallı şəhər sovetinin sədri, 1976-cı ildən Boradigah qəsəbə sovetinin sədri olmuşdur.
Qubad Qasımov
Qasımov Qubad Abdulla oğlu (27 iyul (8 avqust) 1896, Qarğabazar, Cəbrayıl qəzası – 1993, Bakı) — musiqişünas, tarix elmləri namizədi (1949), Azərbaycanın Əməkdar mədəniyyət xadimi (1968), Üzeyir bəy Hacıbəyovun bacanağı. Qubad Qasımov 1896-cı ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Orta təhsilini doğma kəndlərində almışdı. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1940–1944-cü illərdə ADK-da musiqi elmi-tədqiqat kabinəsinin elmi işçisi, 1944–1945-ci illərdə SSRİ EA Azərbaycan filialının incəsənət sektorunun, 1945-ci ilin aprelindən isə Azərbaycan EA-nın İncəsənət İnstitutunun elmi katibi işləmiş, 1955-ci ildən Memarlıq və İncəsənət İnstitutunda teatr və musiqi şöbəsinin müdiri, baş elmi işçi olmuşdu. Üzeyir bəy Hacıbəyovun ədəbi-publisistik və musiqi yaradıcılığına dair tədqiqatların — "Ü. Hacıbəyov" monoqrafiyası (1945, rusca; 1949, azərbaycanca), "Ü. Hacıbəyov. Biblioqrafiya" (1947), çoxsaylı məqalələrin müəllifi, Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən nəşr edilən "Ü. Hacıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindən biridir. Üzeyir bəy Hacıbəyovun ədəbi və elmi irsinin toplanması, tərtib və nəşr olunmasında xidməti var. Qubad Qasımov 1993-cü ildə vəfat edib.
Qubad Zeynalov