Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Hubert Lanqet
Hubert Languet (1518 – 30 sentyabr 1581, Antverpen, Brabant hersoqluğu[d]) fransız Diplomatı və İslahatçısıdır. Onun diplomatiyasının aparıcı ideyası protestantlığın qorunması və genişlənməsi üçün dini və vətəndaş azadlığı idi. O, protestant kilsələrinin birliyini inkişaf etdirmək üçün əlindən gələni etmişdir. == Həyatı == Languet 1518-ci ildə Fransanın Dijon şəhərindən 21 mil (34 km) qərbdə yerləşən Vitteaux şəhərində anadan olub . O, hüquq təhsili almaq üçün Poitiers Universitetinə daxil olub, lakin ilahiyyat , tarix , elm və siyasət elmləri ilə də maraqlanıb . Padua və Bolonya universitetlərində olmuş , İtaliya və İspaniyaya səyahət etmişdir . O, şübhələrinə son qoyan Melanchthonun Loci theologici əsərindən çox təsirləndi . 1549-cu ildə Languet Wittenbergə getdi , burada Melanchthon tərəfindən mehribanlıqla qonaq kimi qəbul edildi, tez-tez səyahətlərində onu müşayiət etdi və dostları ilə intim münasibətdə idi. Protestantların təqibləri ilə Fransadan qovulan o, Vittenberqdə məskunlaşdı, qışı orada keçirdi, lakin yay və payızda geniş səyahətlər etdi. 1559-cu ildə Melanxtonun tövsiyəsi ilə Lanqet Saksoniya seçicisinin xidmətinə diplomatik agent kimi daxil oldu və 1577-ci ilə qədər bu vəzifədə çalışdı.
Qanqut döyüşü
Qanqut döyüşü (isv. Sjöslaget vid Hangö udd, Şyeclaqet vid Qanne-Udd və ya Slaget vid Rilax, Slaqet vid Rilaks; fin Riilahden meritaistelu, Riilaxden meritaystelu) — 1714-cü il 27 iyulda (7 avqust) Baltik dənizindəki Qanqut burnu (Xanko yarımadası, Finlandiya) ətrafında Rusiya donanması və 10 gəmidən ibarət İsveç heyəti arasında 1700–1721-ci illər Şimal müharibəsi çəvriçəsində baş vermiş dəniz döyüşü. Rusiya donanmasının Rusiya tarixində ilk hərbi dəniz qələbəsi. 1714-cü ilin yazına qədər Finlandiyanın cənubu və demək olar ki, bütün mərkəzi hissələri rus qoşunları tərəfindən işğal edildi. Rusiyanın isveçlilərin tam nəzarətində olan Baltik dənizinə çıxışı məsələsini birdəfəlik həll etmək üçün İsveç donanmasını məğlub etmək tələb olunurdu. 1714-cü il iyun ayının sonunda admiral-general Fedor Matveyeviç Apraksinin komandanlığı altında avarlı gəmilərdən ibarət rus donanması (99 qalera, qayıq və köməkçi gəmilər) Qangutun şərq sahillərində (Tverminn buxtasında) yerləşdi. Bunda əsas məqsəd Abodakı (Qanqut burnundan 100 km şimal-qərbdə) rus qarnizonunu gücləndirmək üçün qoşunlarının sahilə çıxması idi. Rus donanmasının qarşısını Qustav Vattranqın komandanlığı ilə İsveç donanması (15 döyüş gəmisi, 3 freqat, 2 bombardımançı gəmisi və 9 qalera) kəsmişdi. I Pyotr (şautbenaxt Pyotr Mixayloviç) taktiki manevrdən istifadə etdi. O, qaleralarının bir hissəsini 2,5 kilometr uzunluğunda olan bu yarımadanın içi ilə Qanqutun şimalındakı əraziyə köçürmək qərarına gəldi.
Tanqut rəvəndi
Rheum tanguticum (lat. Rheum tanguticum) — rəvənd cinsinə aid bitki növü. Rheum palmatum L.- Ovucabənzər Tanqut rəvəndi var. tanguticum Maxim (Tanqut rəvəndi, rəvənd) Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5–2,5m-ə bərabərdir. Gövdəsi düzqalxan zəif budaqlanan, dolğun (4–5 sm diametrli), çılpaq, şirəli, silindrik, daxili içiboş oyuqlu olub, yuxarı hissəsi kiçik şırımlıdır. Kökətrafı yarpaqları iri, yumurtaşəkilli, 5–7 pərli, uzun saplaqlı olub, uzunluğu 1m-ə bərabərdir. Saplağı lətli olub, uzunluğu 30 sm-dir. Gövdə yarpaqları kiçik, növbəli, saplaqlı, yumurtavaridir. Çiçəkləri düzgün, kiçik, yaraşıqsız, düzqalxan, piramidal, çoxçiçəkli olmaqla, süpürgə çiçəkqrupunda toplanmışdır. Çiçək yatağı sadə, tacabənzər, 6 bölümlü, ağımtıl-çəhrayı və ya qırmızı rənglidir.
Tanqut skopoliyası
Tanqut skopoliyası (lat. Scopolia tangutica) — skopoliya cinsinə aid bitki növü.
Vanqut topulqası
Vanqut topulqası (lat. Spiraea × vanhouttei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Baltikyanı ölkələrdə, Qafqazda və Orta Asiyada əkin şəraitində becərilir. Hündürlüyü 2,5 m, çətrinin diametri 2 m olan koldur. Tez böyüyür, çoxlu yan budaqlar əmələ gətirir. Yaşlı budaqları aşağıya doğru sallanır. Yarpaqları rombşəkilli-yumurtavari, ucu biz, 3-5 hissəli, üst hissəsi tünd yaşıl, alt hissəsi isə açıq-yaşıldır, payızda sarımtıl rəng alır. Çiçəkləri ağ, hamar olub, may-iyun aylarında kütləvi çiçəkləyir. Çiçəkləri çoxsaylı olmaqla çətir çiçək qrupuna toplanmışdır. Meyvələri xırdadır.
Qırmızı anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Anaqut
Anaqut (əvvəlki adı: Danaqırt) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnış kənd inzibati ərazi dairəsi tərkibindəki Danaqırt kəndi Anaqut kəndi adlandırılmışdır. == Tarixi == Vənənd çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Danaqrrd variantında da qeydə alınmışdır. Danaqırt xırda yabanı otdur. Kənd öz adını ərazinin bitki örtüyündən almışdır. == Əhalisi == Əhalisi 465 nəfərdir.
Lanium
Epidendrum (lat. Epidendrum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Laqqutu
Laqqutu — müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarət zərb aləti. Azərbaycanda Lerik , Astara, Masallı, Lənkəran, Cəlilabad rayonlarında daha çox istifadə edilir. Alətin müxtəlif növləri bir çox ölkələrdə geniş yayılıb. Nağara, qoşa nağara, qaval və başqa zərb alətləri ilə birlikdə müasir ansambl və orkestrlərin tərkibində ifa edilir. == Söz açımı == "Laqqutu" sözü 2 türk kökündən əmələ gəlib: lax/lığ (boş) və qutu . Eyniköklü sözlər: "alaşa", "alaçıq" , rus dilində "лошадь" (loş at) , "лачуга" (alaçıq) . == Quruluşu == Laqqutu mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır. Alətin ölçüləri 250x125x50 mm-dir. Qoz, ərik, tut, fıstıq ağaclarından içərisi xüsusi ölçüdə oyularaq hazırlanır. Oyuğun üst hissəsi alt hissəsinə nisbətən nazik yonulduğundan ifa zamanı xüsusi səs tembri alınır.
Manqup
Manqup (ukr. Мангуп, krımtat. Mangup, Мангуп) — Bağçasaray rayonu ərazisində mövcud olmuş şəhər-qala. Tarixi adı Baba-Dağ olmuşdur. Feodoro knyazlığınln paytaxtı olmuşdur. Sonradan türk qalasına çevrilmişdir. Dağ hündürlüyü 250 m olan vadidə yerləşir. Dağın hündürlüyü 583 metr təşkil edir. Platosunun sahəsi 90 ha-dır. Qalada iki bulaq vardır.
Manqurt
Manqurt — türk, altay və qırğız əfsanələrində bəhs edilən şüursuz kölə. Manqurt halına gətirilmək istənən adamın başı qırxılır, yaş dəvə boynunun dərisi sarılar və beləcə əlləri qolları bağlı olaraq Günəş altında buraxılır. Dəvə dərisi quruduqca gərilər. Gərilən dəri başı sıxar və inanılmaz ağrılar verərək ağlını itirməsinə səbəb olar. Belə bir adam şüursuz və hər istənilən şeyi sorğu-sualsız icra edən bir köləyə çevrilir. == Etimologiya == (Bun/Ban/Man) kökündən törəmişdir. Bun sözü ağıl yoksunluğunu ifadə edər. Monqolca Mun/Mung (Türkcə Bun/Bung) felleri ağlını itirməyi, Munah (Türkcə Bunah) sözləri yaşlılıq səbəbiylə ağlını itirmiş olan kəsləri izah edər. Köhnə Altaycada Manu, Tungus və Mancur dillərində Mana sözcüyü ağlın itirilməsini və istifadə edilməz hala gəlməyi bildirir.
Manqus
Ranqout
Ranqout (niderl. rondhout, hərfən yumru ağac) — yelkənlərin qaldırılması və açılması (dartılması) və işlək vəziyətdə saxlanılması üçün zəruri olan qurğuların ümumi adı. Qədim zamanlardan ranqout istisnasız olaraq ağacdan düzəldildiyinə görə, onun bütün hissəslərini adətə görə indi də ranqout ağacları adlandırırlar, baxmayaraq ki hal hazırda ranqoutun istehsalı üçün qeyri ağac materiallardan istifadə edirlər. Ranqoutlara aiddir: Dor — reylərin və takelajın bərkidilməsi üçün əsas olan şaquli (dik) dayanan ranqout ağacları. Stenqalar — dorların və stenqaların birləşdirildiyi yerdə marslar və salinqlər quraşdırılır. Reylər — düz yelkənlərin daşınması üçün, üfuqi ranqout ağacları. Yuxarı şkatorinlə reylərə bərkidilirlər. Rü (latın reyləri) -latın yelkəninin daşınması üçün nəzərdə tutulur. Qafel — ranqoutun başqa hissələri kimi, çəpinə yelkənlərin daşınması üçün nəzərdə tutulur, qafelin xüsusiyəti — bir göyərtənin traverzindən əks göyərtənin traverzinə azad yerdəyişmə imkanındadı. Qiklər — çəpinə yelkənlərin alt şkatorinlərinin dartılması(açılması) üçün nəzərdə tutulan ranqout ağacları, hərəkətli ya da bərkidilmiş ola bilərlər.
Tanqıt
Tanqıt — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda 190 nəfər əhali yaşayır.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Yaqut
Yaqut (lat. rubens, rubinus — qırmızı) — dəyərli mineral daş. Oksidlər sinfinə aiddir. Qədim dövrlərdə ləl, yaxont adlanırdı. Kimyəvi tərkibi: Al2O3 Texnikada mexaniki saatlarda (əsasən qol və cib saatlarında) yastıq kimi istifadə olunub. İlk lazer qurğularında lezonans maddəsi kimi istifadə olunub.
Henri Lanqlua
Edmond Lanqli
Edmond Lanqli (ing. Edmund of Langley) (5 iyun 1341 – 1 avqust 1402) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan dördüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Lanqli sarayının adını ləqəb olaraq aldı. O, York ailəsinin banisi idi ancaq bu ailənin İngiltərə taxtındakı iddiası Edmondun kiçik oğlu Riçardın, qardaşı Lionelin nəticəsi Anna Mortimerlə evlənməsi ilə başladı. Bu ailənin Gül müharibəsindəki rəqibi olan Lankasterlər də yenə Edmondun digər qardaşı Gentli Conun şəcərəsindən gəlməkdə idi. == Mənbə == James Reston, Jr. "Dogs of God," New York: Doubleday, p. 18. Douglas Biggs, "A Wrong Whom Conscience and Kindred Bid Me to Right: A Reassessment of Edmund of Langley, Duke of York and the Usurpation of Henry IV" Albion, 26 (1994), pp. 231–246.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Bove) — La Liqa klubu Barselonadan icarə əsasında Atletiko Madriddə mərkəz müdafiəçisi kimi çıxış edən fransalı peşəkar futbolçu. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Lanqon (rayon)
Lanqon (fr. Ajaccio) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jironda. Suprefektura — Lanqon. Rayon əhalisi 2006-cı ildə 87 584 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 38 nəf / km². Rayon sahəsi — 2306 km².
Manqurt (dəqiqləşdirmə)
Manqurt - kökünü danan, qınından çıxıb, qınını bəyənməyən kimsə. Manqurt (film, 1990) - Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında çəkilmiş film. Manqurt (balet, Y. Simakin) - balet. Manqurt haqqında rəvayət (balet, K. Moldobasanov) - qırğız bəstəkarı Kalıy Moldobasanovun baleti. Manqurt (balet, N. Zakirov) - özbək bəstəkarı Nurilla Zakirovun baleti.
Müzəffər Alanquş
Müzəffər Alanquş (1 yanvar 1898, Ərzurum ili – 17 dekabr 1972, İstanbul) — Türk əsgər və siyasətçi. Müzəffər Alanquş 1898-ci ildə Ərzurumda anadan olub. 1914-cü ildə Kuleli Hərbi Liseyində oxuyarkən orduya girdi. 1915-ci ildə leytenant rütbəsi aldı. Müxtəlif bölmələrdə Komanda Komandiri və Bölmə Komandiri vəzifələrində çalışıb. 7-ci Diviziya Əməliyyatlara əlavə edilərkən əsir götürüldü. 1 oktyabr 1918–30 dekabr 1920-ci illər arasında Misirdə əsirlikdə qaldı. 28 aprel 1921-ci ildə Anadoluya getdi və Milli Orduya qoşuldu. Müxtəlif hissələrdə xidmət etdikdən sonra 1925–1926-cı illərdə Hərbi Akademiyada kapitan rütbəsi ilə təhsilini başa vurdu. 1926-cı ildə Hərbi Akademiyanı bitirib, 1929-cu ildə heyət üzvü oldu.
Paul Lanqli
Paul Lanqli (9 fevral 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Paul Lanqli Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Luna Lavqud
== Luna Lovegood == C. K. Roulinq-in Harry Potter kitab seriyasındakı uydurma personajdır. Personaj ilk olaraq Harri Potter və Simurq Ordeni ; O, dağınıq, belinə qədər çirkli sarı savçlı ə üzündə çaşqın bir görünüş, gözləri "gümüş kimi", "dumanlı" və "çıxıntılı" (ona "daimi çaşqın görünüş" verən xüsusiyyət) kimi təsvir edilmişdir. Luna obrazını irland aktrisası Evanna Linç "Harri Potter və Simurq Ordeni","Harri Potter və Yarımqan Prins", "Harri Potter və ölüm yadigarları" filmlərinə uyğunlaşdırıb: 1-ci hissə və 2-ci hissə. Roulinq öz internet səhifəsində aktrisanı rolu üçün "mükəmməl" kimi təsvir etmişdir. Bu rolu oynamaq üçün Linç saçlarını açıq sarıya boyamalı idi və tənqidçilər tərəfindən bəyənildi. == Xarakter inkişafı == Rowling tez-tez deyir ki, Luna "anti-Hermiona"dır, çünki Luna hər şeyə yalnız inamla inanır, Hermiona isə öz fikirlərini faktlara və məntiqə əsaslanır. Hermiona dəfələrlə Lunanı inandırmağa çalışır ki, onun inancları absurddur və işləməyəcək. Bu, Lunanın ağıllı olmadığı anlamına gəlmir; həqiqətən, bir Reyvnklou olaraq, "ölçülü olmayan zəka insanın ən böyük xəzinəsidir" inamıdır. Hermiona Lunanı sadəlövh, Luna Hermioneni dar düşüncəli görür. Fərqli fikirlərin olmasına baxmayaraq, Luna və Hermiona sonda dost olurlar.
Hangul
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Küngüt
Baş Küngüt — Şəki rayonunda kənd. Aşağı Küngüt — Şəki rayonunda kənd.
Mangus
Langi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Kampimodromus langei
Kampimodromus langei (lat. Kampimodromus langei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.
Languas galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Languas pyramidata
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.