Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Liabum
Liabum (lat. Liabum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Lalle
Lalle (fr. Lalley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38204. Kommunanın 2005-ci il üçün əhalisi 195 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 673 ilə 2045 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Little Big
Little Big — Sankt-Peterburqda yaradılan, reyv- və hip-hop-qrupu. Little Big musiqi qrupu 2013-cü ildə yaranmışdır. Onların 2018-ci ildə ifa etdikləri "Skibidi" mahnılası böyük populyarlıq qazanmışdı. Qrup Rusiyanı 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.
Little Boy
Little Boy (azərb. Balaca oğlan‎) – hücum məqsədləri üçün istifadə edilən dünyanın ilk atom bombasıdır. 6 avqust 1945-ci il tarixində ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə atılmışdır. Xirosima şəhərinin 550 metr yüksəkliyində partladılan nüvə bombasının partlayış gücü 18000 ton TNT (Trinitrotoluolen) partlayıcıya bərabər idi. == İnkişaf etdirilməsi == Gücünü uran atomunun parçalanmasından çıxan enerjidən alan bu bomba ABŞ-nin İkinci Dünya Müharibəsi dövründə gizli bir formada həyata keçirmiş olduğu Manhattan Layihəsi nəticəsində hazırlanmışdır. Xirosima partlayışı ABŞ-də həyata keçirilmiş olan Trinity Testindən sonra tarixdə baş vermiş olan ikinci nüvə partlayışıdır. Bundan üç gün sonra Naqasakiyə “Gonbul Adam” adlı dünyanın üçüncü atom bombası atılmışdır. == Xirosimanın bombalanması == Bomba Enola Gay adlı B-29 bombardmançı təyyarəsindən 6 avqust 1945-ci ildə yerli vaxtla 8:15 radələrində atılmışdır. Hərbi təyyarənin pilotu ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Paul Warfileld Tibbets olmuşdur. 44.4 saniyəlik sərbəst düşmədən sonra barometrik tətiklərin açılması ilə detonasiya mexanizmi işə salınmışdır.
Triticum labile
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Fransua Rable
Fransua Rable (1494 və ya 1493, Şinon[d] – 9 aprel 1553, Paris) — Fransız yazıçısı. Məşhur "Qarqantüa və Pantaqrüel" romanının müəllifi. == Həyatı == Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub. O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir. Kilsə xadimləri,müqəddəs Fransisk təliminin daşıyıcıları və keşikçləri olan rahiblər gənc Rablenin bu Qeyri-ənənənəvi təhsildən xəbər tutan kimi,onun min əzabla əldə etdiyi bu qədim yunan kitablarını əlindən alırlar.Rahiblər belə hesab edirdilər ki,heç də hər şeyi bilmək lazım deyil,çünki onların etiqad etdikləri müqəddəs Fransisk belə demişdir: "Qoy nadan adamlar savadlanmağa çalışmasınlar!". Dostlarının köməyi ilə o, Benedikt məzhəbini qəbul edir və yerini dəyişərək Malyezza abbatlığında yaşamağa başlayır.Benediktçilər təhsil məsələlərində fransiskçilərdən fərqlənirdilər və Rable artıq burada nəinki ürəyi istədiyi kitabları tapıb oxuya bilərdi,o,hətta burada bir sıra təbiət elmləri ilə,xüsusilə də təbabət elmi ilə dərindən məşğul olmağa başlayır.Burada o yepiskop d`Estissakla dostlaşır.Sonra təhsilini davam etdirmək məqsədilə o,dini rəhbərlərin razılığı ilə 1528-ci ildə Parisə yollanır.O dövrdə baş verən bir sıra siyasi hadisələr nəticəsində dini dünyagörüş məsələlərində və qadağalar sahəsində bir qədər yumşalmalar baş verir.Bundan ruhlanan gənc Rable daha böyük səylə öz dövrünün elmlərini öyrənməkdə davam edir. 17 yanvar 1536-ci il tarixində verilmiş sənədlərin birində deyilir ki, "Rableyə hər yerdə təbabətlə məşğul olmağa icazə verilir,ancaq bir şərtlə-bu gərək təmənnasız olmalıdır və oddan dəmirdən istifadə olunmamalıdır,çünki ,bu tipli əməliyyatlar ruhanilərə qadağan edilib".1537-ci ildə Rable tibb doktoru adını qazanmışdır. Rable Fransanı şəhərbəşəhər gəzərək həm həkimlik edir,həm ruhani kimi fəaliyyət göstərir,həm də günü-gündən təhsilini artırdı.1532-ci ildə Lion şəhərində yaşayarkən o,böyük bir xəstəxananın həkimi olur və ele həmin vaxt da Niderland humanizminin və ümumiyyətlə,Avropa İntibahının ən görkəmli nümayəndələrindən biri olan Rotterdamlı Erzamla məktublaşır. "Qarqantüa və Pantaqrüel"romanının "Məşhur Pantaqruelin çox dəhşətli və vahiməli əməlləri və qəhrəmanlıqları"adlanan birinci kitabını da Fransua Rable məhz elə bu şəhərdə yazmış və 1533-cü ildə Alcofridas Nasier imzası ilə çap etdirmişdir.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Mauro Viale
Mauricio Goldfarb və ya Mauro Viale (28 avqust 1947, Argentina – 11 aprel 2021, Buenos Ayres) — Argentinalı jurnalist və televiziya aparıcısı. == Həyatı == Viale 28 Avqust 1947-ci ildə Argentinanın Buenos Ayres şəhərində anadan olub. Jurnalistlik karyerasına idmanla başladı və daha sonra ümumi, əyləncə istehsalı ilə davam etdi. Argentina Primera División daha sonra 1978 FIFA Dünya Kuboku və 1986 FIFA Dünya Kuboku matçlarını təqdim etdi. == Ölüm == Viale, 8 aprel 2021-ci il tarixində COVID-19 testindən keçdi və nəticənin müsbət olduğu gün eyni gün Los Arcos Sanatoriyasına qəbul edildi. Üç gün sonra, 11 aprel 2021-ci ildə doğulduğu yer; 73 yaşında, müalicə aldığı Argentinanın Buenos Ayres şəhərindəki bir sağlamlıq mərkəzində xəstəlik səbəb olduğu ağırlaşmalardan öldü.
Balaca Liaxve çayı
Balaca Liaxve çayı (oset. Чысыл Леуахи, gürc. პატარა ლიახვი) — Cənubi Osetiya ilə Gürcüstan ərazisində çay. == Coğrafi mövqeyi == Böyük Liaxvenin sol qoludur. Uzunluğu- 61,11 km-dir. Liaxve qoruğu ərazisindən axır. SSR zamanında Zonkarsk su anbarı bu çayın üzərində idi. == Etimologiyası == Lixve sözünün xüsusi etimologiyası mövcud deyiı. Belə ki, Li mövcud olan yer, gürcü dilində isə Xev- su və ya çay mənasını verir.
My Little World
My Little World, Waterloo & Robinson tərəfindən səsləndirilən və 1976 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanıı İngilis dilində səsləndirilərək təmsil edən mahnı.
Bible Muzeyi Lands
Rober de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Robert de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Qiblə
== İslam dinində qiblə == Qiblə (ərəb. قبلة‎) — İslam dinində Məkkədə olan Kəbə evidir. Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər "qibləyə tərəf namaz qılır" deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir. Vacibi namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
Lalə
Xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Larry the Cable Guy
Daniel Lawrence "Larry" Whitney (ing. Larry the Cable Guy; 17 oktyabr 1963, Pawnee City, Nebraska) — ABŞ aktyoru.
Stuart Little: The Animated Series
Stuart Little: The Animated Series (ing. Stuart Little: The Animated Series) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 1 mart 2003-ci il ilə 24 may 2003-cı il arasında yayımlanmışdır.
Liebe Ist Für Alle Da
Liebe Ist Für Alle Da (azərb. Sevgi hər kəs üçündür‎) — Rammstein qrupunun altıncı albomudur.
Lalə-Tulpan
"Lalə-Tülpan" Ufa Katedral Məscidi (başq. «Ләлә-Тюльпан» Өфө йәмиғ мәсете, rus. Уфимская соборная мечеть «Ляля-Тюльпан») — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhəri islam mədəniyyət və təhsil mərkəzi. Məscid 7 aprel 1998 tarixində açılmışdır, və müsəlman bayramlarına ev sahibliyi edir. == Tarixi == Layihə yaz fəslinin simvolu olan lalə gülünə (qədim dövrdən türk xalqlarının simvolu olmuşdur) əsaslandırılmışdır. Məscidin minarələri iki qönçəni özündə birləşdirir. Məscid layihəsinin memarı V. V Davlyaşindir. Məscid möminlərin ianələri və Başqırdıstan Respublikası hökumətinin köməyi ilə inşa edilmişdir. İnşaat 1989-cu ildə başlamış, 1998-ci ildə isə başa çatmışdır. Layihə "BNZS" tresti tərəfindən həyata keçirilmişdir.
Lalə (Qürvə)
Lalə (fars. لاله اي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 617 nəfər yaşayır (132 ailə). Əhalisini kürdlər təşkil edir.
Lalə (ad)
Lalə — bir çox şərq ölkəsində kişi və qadın adı. Lalə (xaşxaş gülü) Azərbaycan dilində gül adıdır. Həmçinin, qırmızılıq bildirir. Bu söz fars dilindəki "Lale" (لاله) sözündən gəlir, bu söz isə pəhləvi dilindəki "Alalaq" (Alālag) sözündən gəlir ki, bu da çələng əsməsi bitkisinə verilən addır. Bu söz fars dilindəki "Lal" (لال, lāl; mənası – qırmızı) sözü ilə eyni kökü daşıyır. Sözün ruslaşdırılmış variantı – "Lala" (Лала).
Lalə Abbasova
Lalə Abbasova — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, jurnalist. == Həyatı == Lalə Abbasova 1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olmuşdur. Ata tərəfdən əsli Quba rayonunun Xınalıq kəndindəndir. Anası isə Bakıda anadan olsa da İran Azərbaycanından, Ərdəbildəndir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləmişdir. Üç övladı — 1 oğlu, 2 qızı vardır. == İctimai-siyasi fəaliyyəti == 1977-ci ildən "Вышка" qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən "Ваш дом" jurnalının redaktoru vəzifələrində çalışmışdır. 2000-ci ildən "Мир женщин" qəzetinin baş redaktorudur. Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı olmuşdur.
Lalə Allahverdiyeva
Allahverdiyeva Lalə İsmayıl qızı — tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin "Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar həkimi(2010),Azərbaycan Respublikasının əməkdar elm xadimi(2021), Bakı şəhəri Baş allerqoloqu.Azərbaycan Respublikasının Pezident Yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti,Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar Cəmiyyətinin üzvü. == Həyatı == 1974-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirib. 1975-1978-ci illərdə 6 saylı uşaq xəstəxanasında həkim-ordinator işləyib 1978-2009-ci illərdə ATU-nin pediatriya fakultəsində baş laborant, assistent, dosent, professor, 09.09.2009-cu ildan isə ATU-nin Klinik Allerqologiya və İmmunologiya kursunun müdiridir. 1981-ci ildə Moskvadakı Mərkəzi həkimlərin təkmilləşmə institutunda namizədlik dissertasiyanı, 2006-cı ildə isə Bakıdakı Elmi-Tədqiqat pulmonologiya institutu Doktorluq dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildən Bakı şəh. Səhiyyə şöbəsinin baş allerqoloqudur. Lalə Allahverdiyeva Azərbaycan Respublikasının tibb tarixində ilk dəfə olaraq "Azərbaycan allerqoloqgiya və klinik immunologiya" elmi-praktik juranl təsis etmiş və jurnalın baş redaktorudur. Jurnal Azərbaycan, ingilis və rus dillərində nəşr olunur. Juranlın ilk nömrəsi 2013-cü ilin yanvar ayında işıq üzü görmüşdür. Jurnal allerqoloq, immunoloq, pediatr, pulmonoloq, dermatoloq, otorinolarinqoloq, ümumiyyətlə allerqologiya və immunologiya ilə maraqlanan bütün tibb mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.
Lalə Azərtaş
Lalə Azərtaş (tam adı: Lalə Qabil qızı Azərtaş; 30 mart 1982, Bakı) — Azərbaycanlı teleaparıcı. == Həyatı == 1982-ci il martın 30-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini qırmızı diplomla bitirib. 2002–2020-ci illərdə Azad Azərbaycan Tv-da, hal-hazırda isə Xəzər TV-də çalışır. Prezident tərəfindən fəxri diplomla təltif edilib. Bir çox beynəlxalq mükafatlarla təltif olunub. Azəriqaz İB-də İctimai Şuranın katibidir. Hal-hazırda BDU-nun Hüquqşünaslıq fakültəsinin 3-cü kursunda təhsil alır. == Şəxsi həyatı == İki qız övladı var. == İstinadlar == ""Bir Arzu var" - cəzb edir, düşündürür, həyacanlandırır… (VİDEO)" ( (az.)).
Lalə Bağıyeva
Lalə Bağıyeva (d. 13 yanvar 1986) — azərbaycanlı voleybolçu. == Həyatı və karyerası == Lalə Bağıyeva 13 yanvar 1986-cı ildə doğulmuşdur. 2007–2008-ci illərdə "Rabitə", 2008–2009-cu illərdə "Azərreyl", 2009–2011-ci illərdə "Lokomativ Bakı", 2011–2012-ci illərdə isə "Bakı" klubunda çıxış edərək Avropa turnirlərində iştirak etmişdir. 2011-ci ildə qısa müddət "Şirvan" klubunun oyunçusu olmuşdur. Sonuncu dəfə "Lokomotiv Biləcəri" klubunun heyətinə qatılmışdır.2008–2012-ci illərdə Azərbaycan milli komandasının heyətində çıxış etmişdir. O, 2009 və 2011-ci illərdəki Avropa çempionatlarında Azərbaycanı təmsil etmişdir. == Xüsusiyyətləri == Lalə Bağıyevin boyu 165 santimetrdir. Libero mövqeyində çıxış etmişdir.
Lalə Bəxtiyarova
Bəxtiyarova Lalə Bahadur qızı - == Həyatı == Bəxtiyarova Lalə Bahadur qızı 1984-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Klinik ordinaturadan sonra 1992-ci ildə Əziz Liyev adına Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasında assistent kimi fəaliyyətə başlamışdır. 1994-cü ildə “müxtəlif formalı revmatik” mənşəli böyrək zədələnməsinin parsial funksiyalarının öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən nefrologiya kafedrasının dosentidir. Nefrologiyanın aktual məsələlərin həsr olunmuş 40-dan çox elmi məqaləsi vardır: böyrək və hamiləlik, diabetik və urat nefropatiya, tez proqressivləşən qlomerulonefrit və s. 2000-ci ildən aprobasion seminarın elmi katibidir. 2006-ci ildən Ə.Əliyev adına AzərbaycanDövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi katibidir.
Lalə Cəfərova
Lalə Tahir qızı Cəfərova; (14 sentyabr 1966, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas, pedaqoq, pianoçu. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (2021). Azərbaycanda balet müəllifi olan ilk qadın bəstəkarlardandır. == Həyatı və karyerası == Lalə Cəfərova 14 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Lalə Cəfərova ilk musiqi təhsilini Bakı şəhəri Rauf Hacıyev adına 15 saylı uşaq musiqi məktəbi Alla Timofeyevna-Mustafayevanın fortepiano sinfində almışdır. Orta musiqi təhsilini isə 1982–1986-cı illərdə Bakı Musiqi Kollecində Həbib Həbibovun fortepiano sinfində başa vurmuşdur. Bakı Musiqi Kollecini bitirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, fortepiano fakültəsində 1986–1988-ci illərdə Validə Muradovanın və 1988–1991-ci illərdə professor Oqtay Abasquliyev sinfində təhsilini davam etdirmiş, fortepiano sinfini fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra 1993-cü ildə professor Arif Məlikovun bəstəkarlıq sinfinin 2-ci kursuna qəbul olunaraq, təhsilini davam etdirmişdir. 1997-ci ildə diplom işi kimi, ilk iri həcmli əsərini — fortepiano və simfonik orkestr üçün konsertini təqdim edərək bəstəkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspirant-stajorluğu bitirərk, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.
Lalə Dövrü
Lalə Dövrü (Osmanlı türkcəsi: لاله دورى) — Osmanlı imperiyasında, 1718-ci ildə Avstriya ilə imzalanan Pojarevatsk sülhü ilə başlayıb, 1730-ci ildəki Patrona Xəlil üsyanı ilə sona çatan dövrdür. "Eyş-işrət və əyləncə" dövrü olaraq bilinən bu dövrün padşahı III. Əhməd, sədrəzəmi isə Nevşəhərli Kürəkən İbrahim Paşadır.Osmanlı xronologiyasında Lalə dövrü anlayışı yoxdur. 1718-ci ildə Avstriya və müttəfiqi Venesiya ilə imzalanan Pojarevatsk sülhünün ardından başlayan uzun sülh dövründə, Haliç və Boğaziçi səmtləri başda olmaqla paytaxtın əksər yerlərində israfa çatacaq dərəcədə lalə bağçaları qurulmuş, bu səbəblə tarixdə ilk dəfə bu dövr tarixçi Yəhya Kamal Bəyatlı tərəfindən Lalə dövrü adlanmışdır. Tarixçi Əhməd Rəfiq Altınayın 1913-cü ildə İkdam qəzetində dərc olunan məqaləsində və iki il sonra eyni adla nəşr olunan kitabında bu dövr Osmanlı tarixinin əyləncə, sülh, yeniliklər və ictimai reformasiya dövrü olaraq anılır.Nevşəhərli Kürəkən İbrahim Paşanın sədarət dövrünü əhatə edən və 1730-cu ildə Patrona Xəlil üsyanı ilə başa çatan bu dövr qərb dünyası ilə siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması ilə səciyyələnir. Belə ki, Parisə, Vyanaya və Moskvaya göndərilən elçilərdən yalnız diplomatik və ticarət əlaqələrinin tənzimlənməsi yox, eyni zamanda Avropa diplomatiyası və hərbi gücü barədə informasiya toplamaq da tələb olunurdu. XV Lüdoviq dövründə Parisə elçi olaraq göndərilən İyirmisəkkiz Çələbi Mehmed Əfəndi buradakı təhsil səviyyəsini eynilə İstanbula daşımağa cəhd göstərmişdir. Bu əsnada ticarət əlaqələri genişlənmiş, iki ölkə arasında ildə 500 ticarət gəmisi səyahət etmişdir. Yenilikçilik siyasətinin ən önəmli nümunəsi isə Çələbi Mehmed Əfəndinin oğlu Mehmed Səid Əfəndi və İbrahim Mütəfərrikanın səyləri ilə 1727-ci ildə qurulan mətbəədir. Fransız zabiti olan və Osmanlı hökumətinə sığınan de Rochefort bəzi hərbi reformasiyalar aparmağa cəhd etsə də, yeniçərilərin hədə-qorxusu ilə bu proses yarım qaldı. Əslən fransız olan bir digər reformist isə Davud ağa idi.
I Want a Little Sugar in My Bowl (Nina Simone)
Fincanım üçün azacıq şəkər istəyirəm (ing. I Want a Little Sugar in My Bowl) — Nina Simonenın Sings the Blues singlına daxil olan mahnılarından biri.